Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-39/2020 15.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Qubadlı rayonu, Mollu Kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Yuxarı Mollu kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, o, özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı X3 etibarından sui-istifadə edib aldatmaqla ona “Mersedes benz 208D” markalı avtomobili satacağı barədə yalan vədlər verib inandıraraq xx xxxx 2019-cu il tarixdə, saat 20 radələrində Sumqayıt şəhər Avtovağzalı ərazisində yerləşən kafedə 10000 (on min) manat pulunu ələ keçirməklə, zərərçəkmiş şəxs Səbuhi Hüseynova xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Sumqayıt şəhərində məcburi köçkünlər üçün nəzərdə tutulmuş yataqxanada ailəsi ilə birlikdə yaşamışdır. Hazırda isə Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində fərdi evdə kirayədə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Səbuhi Hüseynovu uzun müddətdir ki, tanıyır. Aralarında qohumluq əlaqəsi olmasa da, münasibətləri həmişə yaxşı olmuş və aralarında ədavət olmamışdır. Əvvəllər Səbuhiyə məxsus avtomobillə sərnişin daşınması ilə məşğul olmuş və bir neçə dəfə Səbuhidən borca pul alıb qaytarmışdır. Növbəti dəfə Səbuhidən 10000 manat pul alıb başqa borclarını ödəmişdir. Həmin pulun müqabilində Səbuhiyə “Mercedes” markalı mikroavtobus verməyi vəd etmiş, istədiyi maşını Səbuhiyə göstərmişdir. Həmin “Mercedes” markalı mikroavtobusa dair özünün baş etibarnaməsi olmuşdur, həmin etibarnamə ilə onun bütün səlahiyyətləri olmuşdur. Amma “Mercedes” markalı mikroavtobus faktiki olaraq onun yerlisi Razim Xanışovun olmuşdur. Razimlə çox vaxt bir yerdə olmuşlar. Razim onunla bir yerdə işlədiyi üçün ona həmişə kömək etmiş, bu dəfə də kömək etmək istəmişdir. Zərərçəkmiş şəxsdən pulu almamişdan qabaq Razimdən maşını satmağı xahiş etmişdir. Razimə maşının pulunu 15 aya hər ay 1000 manat olmaqla ödəyəcəyinə dair söz vermiş, Razim də bu şərtlərlə avtomobili satmağa razılaşmışdır. Razim də bilmişdir ki, o Səbuhidən aldığı pulu borclarına ödəyəcəkdir, çünki Razimin onun banka və digər borclarının olması barədə məlumatı olmuşdur. Zərərçəkmiş şəxsdən pulu aldıqdan sonra anası ilə birlikdə Razimin yanına getmiş, pulu aldığını demiş, Razim yenə də razı olduğunu bildirmiş, narazılığı olmamışdır. Amma alqı-satqını tam reallaşdırmaq üçün Səbuhi və Müşviqlə Razimin yanına getdikdə Razim Almaniyada yaşayan atası ilə telefonla danışmış, atası ona Ramilin zamin duracağı halda maşını satmasını demişdir. Yalnız bundan sonra Razim şərt qoymuşdur ki, Ramil zamin dursa alqı-satqı baş tutar, Ramil zamin durmasa maşını satmayacaqdır. X13 yanına getmişlər, Ramil İsmayılov isə zamin durmaq istəməmişdir. Bundan sonra alqı-satqı baş tutmamış, Səbuhiyə aldığı pulları qaytaracağını bildirmişdir. Amma maddi imkansızlığı, işləmək üçün Rusiyaya getməsi səbəbindən Səbuhinin pullarını vaxtında qaytara bilməmişdir, Səbuhi də ondan polisə şikayət etmişdir. X14 aldatmaq fikri olmamışdır. Sadəcə olaraq Səbuhiyə olan borcunun ödənilməsini gecikdirmişdir. Məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 göstərdi ki, 6-7 ildir ki, avtomobil alveri ilə məşğul olur və bunu Müşfiq adlı dostu ilə birlikdə edir. Təqsirləndirilən şəxs isə 1994cü ildən tanıyır. Ceyhun onun yerlisidir. Bir neçə il əvvəl Ceyhun onun avtomobili ilə 5 saylı marşrutda sürücülük etmişdir. Onunla əvvəllər münasibəti yaxşı olmuş, aralarında heç vaxt ədavət olmamışdır. Hazırda Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən 555 saylı marşrutun dispetçeri işləyir. Bir neçə dəfə Ceyhuna Gürcüstan Respublikasından avtomobil ehtiyat hissələri və müxtəlif markalı avtomobillər gətirib satmaq üçün pul vermişdir və əldə olunan qazancdan Ceyhuna müəyyən məbləğdə pul ödəmişdir. xx xxxx 2019-cu il tarixdə Sumqayıt şəhər avtovağzalının yaxınlığında yerləşən kafedə oturduğu zaman Ceyhun ona “Mersedes 208D” markalı avtomobilinin olduğunu, həmin avtomobili müdirinin ona verdiyini, həmin avtomobili satmaq istədiyini demişdir. Hətta avtomobilə aid olan baş etibarnaməni çıxarıb ona göstərmişdir. O, zəng edib Müşfiqi çağırmış, birlikdə avtomobilə baxmış və onu almaq qərarına gəlmişlər. Ceyhun avtomobilə görə 10000 manat pul istəmişdir. O, avtomobildən 7000 manat götürüb Ceyhuna vermiş, qalan 3000 manatı Müşfiq yaşadığı evə gedib gətirmiş, həmin 3000 manat pulu o, sonra Müşfiqə qaytarmışdır. Ona görə də, 10000 manat pul ümumilikdə ona məxsus olmuş, yəni ziyan ona dəymişdir. Ceyhuna cəmi 10000 manat vermişdir. Bundan sonra avtomobilə aid olan baş etibarnamə almaq üçün notariat kontoruna getmişlər, lakin axşam olduğu üçün notariat kontoru bağlı olmuşdur. Sonra Ceyhun növbəti gün Müşfiqə avtomobilə aid olan baş etibarnamə vermək üçün Müşfiqin şəxsiyyət vəsiqəsinin ona verilməsini təklif etmişdir. Onlar razılaşmış, növbəti gün Ceyhuna zəng etsələr də, ona zəng çatmamışdır. 3 gün sonra Ceyhunu iş yerində tapmış və onunla birlikdə avtomobilin mülkiyyətçisi Razim adlı şəxsin yanına getmişlər. Razim avtomobili satmaqdan imtina etmiş və bildirmişdir ki, atası avtomobili satmağa icazə vermir, Ceyhunun müdiri zamin dursa verər. Onlar müdirin yanına getsələr də, müdir Ceyhuna zamin durmamış, ona pul verməkdən də imtina etmişdir. Bundan sonra onlar Ceyhunun təklifi ilə Ceyhungilə getmişlər. Orada Ceyhunun anası Nargilə bildirmişdir ki, xx xxxx 2019-cu il tarixdə gəlib ondan pulu götürsünlər. Bundan sonra, Müşfiq şəxsiyyət vəsiqəsini Ceyhundan almış və onlar ayrılmışlar. Deyilən vaxtda Ceyhungilə getsələr də, Ceyhunun anası pulu verməkdən imtina etmişdir. O vaxtdan etibarən Ceyhunu tapa bilməmişlər. Ceyhunun anasının verdiyi məlumata görə Ceyhun Rusiyaya getmişdir. O, Ceyhundan polisə və prokurorluğa şikayət etmək məcburiyyərində qalmışdır. Zərərçəkmiş şəxs, eyni zamanda göstərdi ki, Ceyhunun borcu olmasından məlumatı olmuş, ondan aldığı pulla borclarını ödəyəcəyini bilmişdir. Hazırda onun pulları qaytarılmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirdi ki, artıq 15 ildir ki, avtomobil alveri ilə məşğul olur. O, Səbuhi ilə birlikdə avtomobil alveri edir. 10 ildir ki, Təqsirləndirilən şəxs tanıyır. Ceyhun onun həmkədlisidir. Ceyhunla əvvəllər münasibəti yaxşı olmuş, aralarında heç vaxt ədavət olmamışdır. Hazırda Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən 555 saylı marşurutun dispetçeri işləyir. Səbuhi bir neçə dəfə Ceyhuna Gürcüstan Respublikasından avtomobil ehtiyat hissələri və ya müxtəlif markalı avtomobillər gətirib satmaq üçün pul vermişdir və Ceyhun əldə olunan qazancdan onun pulunu vermişdir. xx xxxx 2019-cu il tarixdə Sumqayıt şəhər avtovağzalının yaxınlığında yerləşən kafedə olan zaman Ceyhun “Mersedes 208D” markalı avtomobilinin olduğunu, həmin avtomobili müdirinin ona verdiyini, həmin avtomobili satmaq istədiyini bildirmişdir və avtomobilə aid olan baş etibarnaməni çıxarıb onlara göstərmişdir. Səbuhi ilə birlikdə avtomobilə baxmış və onu almaq qərarına gəlmişlər. Ceyhun avtomobilə görə 10000 manat pul istəmiş, Səbuhi avtomobildən 7000 manat götürüb Ceyhuna vermiş, qalan 3000 manatı isə Səbuhi onun yaşadığı evə gedib gətirmişdir. Ümumilikdə Ceyhuna 10000 manat vermişlər. Yəni o, 3000 manatı Səbuhiyə vermiş, Səbuhi də həmin 3000 manat pulu Ceyhuna vermişdir. Bundan sonra avtomobilə görə baş etibarnamə almaq üçün notariat kontoruna getmişlər, lakin notariat kontoru axşam olduğu üçün bağlı olmuşdur. Sonra Ceyhun ondan avtomobilə görə baş etibarnamə almaq üçün şəxsiyyət vəsiqəsini istəmişdir. Onlar razılaşmış, növbəti gün Ceyhuna zəng etsələr də, ona zəng çatmamışdır. 3 gün sonra Ceyhunu iş yerində tapmışlar. Onlar Ceyhunun avtomobilin həmin ərazidə olduğunu dediyi üçün Ceyhunla birlikdə Sumqayıt şəhəri, Tuqzavod ərazisinə getmişlər, lakin avtomobil orada olmamışdır. Daha sonra avtomobilin mülkiyyətçisi Razim adlı şəxs gəlmişdir. Razim avtomobili satmaqdan imtina etmiş və bildirmişdir ki, atası avtomobili satmağa icazə vermir. Sonra Ceyhun müdirinin yanına getmələrini onlara təklif etmişdir və müdirdən pul alıb verdikləri pulu onlara qaytaracağını bildirmişdir. Onlar müdirin yanına getsələr də, müdir Ceyhuna pul verməkdən imtina etmişdir. Bundan sonra onlar Ceyhunun təklifi ilə Ceyhungilə getmiş və orada Ceyhunun anası Nargilə xx xxxx 2019-cu il tarixdə pulu onlara qaytaracağını söz vermişdir. Bundan sonra o, şəxsiyyət vəsiqəsini Ceyhundan almış və onlar ayrılmışlar. Onlar Ceyhunun anasının dediyi vaxtda Ceyhungilə getsələr də, Ceyhunun anası pulu verə bilməmişdir. O vaxtdan etibarən Ceyhunu tapa bilməmişlər. Anasının dediyinə görə Ceyhun Rusiyaya getmişdir. Buna görə Səbuhi məcbur olub Ceyhundan polisə və prokurorluğa şikayət etmişdir. Məhkəmə iclasında şahid X1 göstərdi ki, 2005-ci ildən Sumqayıt şəhəri avtovağzalında nəzarətçi işləyir. Səbuhi Hüseynovu təxminən 15 ildir ki, tanıyır. Aralarında heç vaxt ədavət olmamış, münasibətləri həmişə yaxşı olmuşdur. Bir neçə ildir ki, Təqsirləndirilən şəxs tanıyır. O, Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən 555 saylı marşrutun dispetçeri işləmişdir. Ceyhun və Səbuhi də bir-birini çoxdan tanıyır, onlar həmkəndlidirlər. Ceyhun həm də avtomobil və avtomobilin ehtiyat hissələrinin alveri ilə məşğul olmuşdur. Hətta Ceyhun bir neçə dəfə Səbuhi üçün avtomobil gətirmişdir. 2019-cu ilin iyul ayının sonlarında Sumqayıt şəhəri avtovağzalında olduğu zaman Ceyhunla Səbuhi avtovağzalın yaxınlığında yerləşən çayxanaya gəlmişlər. O, həmişəki kimi keçib onlarla bir masa arxasında əyləşmiş, söhbətdən başa düşmüşdür ki, Ceyhun Səbuhi üçün “Mersedes-benz” markalı avtomobil gətirmişdir. Həmin avtomobilə görə Səbuhi Ceyhuna 10000 manat pul verməli olmuşdur. Həmin vaxt Səbuhi avtomobilindən 7000 manat gətirib Ceyhuna vermiş, qalan 3000 manat pulu isə Səbuhinin dostu Müşfiq yaşadığı evdən gətirib Ceyhuna vermişdir. X7 10000 manat pul vermişdir. Bir müddət keçdikdən sonra eşitmişdir ki, Ceyhun Səbuhini aldatmış və 10000 manat pulu almasına baxmayaraq, vəd etdiyi “Mersedes-benz” markalı avtomobili Səbuhiyə satmamışdır. Buna görə də Səbuhi polisə şikayət etməli olmuşdur. Məhkəmə iclasında şahid X10 göstərdi ki, Təqsirləndirilən şəxs 2015-ci ildən etibarən tanıyır. Ceyhun 555 saylı marşrutun dispetçeri işləmişdir. Onun özünün də həmin marşrut üzrə 2 ədəd mikroavtobusu olmuşdur. Səbuhi Hüseynovu uzun müddətdir ki, tanıyır. Münasibətləri yaxşı olmuş, aralarında heç vaxt ədavət olmamışdır. Ceyhunun dəfələrlə maddi problemi olmuş və o hər dəfə Ceyhuna köməklik etmişdir. Sonuncu dəfə Ceyhun ona məxsus “Mersedes 208D” markalı avtomobili satmaq üçün ondan icazə istəmiş, əvəzində 15 ay müddətində ona hər ay 1000 manat verəcəyini bildirmişdir. . O əvvəlcə razılaşmışdır. Hətta Ceyhunun anası da bu barədə ondan xahiş etmişdir. Sonra Ceyhun, Səbuhi və Müşviq onun yanına gəlmiş, avtomobilə görə Ceyhunun Səbuhidən 10.000 manat pul aldığını bildirmişlər. Ceyhun həmin pulu alıb borclarını ödəmişdir. Bu barədə onun məlumatı olmuşdur. O əvvəl razılıq versə də artıq iş reallaşdığından öz atasına zəng etmiş, vəziyyət barədə məlumat vermişdir. Atası ancaq Ceyhunun müdiri Ramil zəmanət verərsə razılaşmasını bildirmişdir. Onlar Ramilin yanına getmiş, Ramil Ceyhuna zamin durmamışdır. Ona görə də, o avtomobili satmaqdan vaz keçmiş, əvvəlki razılığını pozmuşdur. X15 ilham oğlu göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2-3 ildir ki, tanıyır, Ceyhun 555 saylı marşrutun dispetçeri işləmişdir, o isə həmin marşruta nəzarət funksiyasını həyata keçirmişdir. 2019-cu ilin iyul ayının əvvəllərində Ceyhun zəng edib onunla görüşmək istəmiş, Sumqayıt şəhərində "Avtobaza" deyilən yerdə görüşmüşlər. Ceyhun görüşə sonradan adlarını bildiyi Razim, Səbuhi və bir nəfər də adını xatırlamadığı başqa şəxslə birlikdə gəlmişdir. Həmin görüş vaxtı Razim adlı şəxs ona bildirmişdir ki, Ceyhun Səbuhiyə pul verməlidir, həmin pulun əvəzində ona (Razimə) məxsus "Mercedes" markalı mikroavtobusu Səbuhiyə vermək istəyir, lakin Ceyhun ona deyir ki, bu marşrutda işləyib avtomobilin pulunu işləyə-işləyə ödəyəcəkdir. Razim soruşmuşdur ki, Ceyhunun burada işləyib avtomobilin pulunu ödəyəcəyinə zəmanət verirmi?. Razimə bildirmişdir ki, Ceyhunun burada işləyib avtomobilin pulunu ödəyəcəyinə zəmanət verə bilməz, məsələnin ona heç bir aidiyyatı yoxdur. Ola bilər ki, Ceyhun 3-5 günə işdən çıxar, başına hər hansı hadisə gələ bilər. Bundan sonra Razim, Ceyhun və digər gələnlər ondan aralanıb çıxıb getmişlər. Həmin vaxtdan sonra Ceyhunu və digərlərini görməmişdir. İş materiallarında olan Götürmə haqqında xx.xx.2019-cu il tarixli Protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə X3 təqdim etdiyi A4 formatında kağızda icra edilmiş yazı nümunələri götürülmüşdür. Təqdim edilmiş A4 formatında kağızda Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş yazıda Təqsirləndirilən şəxs Səbuhi Hüseynovdan 10000 manat pulu “Mercedes benz” markalı avtomobili satmasına görə aldığını göstərmişdir. (i.v. 32) İş materiallarında olan 1 ədəd vərəqdəki yazı nümunəsindən görünür ki, Təqsirləndirilən şəxs özünə maşın almaq üçün Hüseynov Səbuhidən 3000 manat almışdır. Sonra onun iş yoldaşı Razim baş etibarnamə ilə Təqsirləndirilən şəxs məxsus olan “Mercedes benz” markalı mikroavtobusu Təqsirləndirilən şəxs hədiyyə etdiyini bildirmişdir. Onun pula ehtiyacı olduğu üçün Hüseynov Səbuhidən maşını vermək üçün 7 min manat pul almışdır. Sonra iş yoldaşı maşını ona verməkdən imtina etmişdir. O, Səbuhidən aldığı 7000 manatı ehtiyacı olub xərclədiyi üçün qaytara bilməmişdir. Onun X6 cəmi 10000 manat borcu var. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, X11 əvvəllər məhkum olunmamışdır. (i.v. 50) İş materiallarında olan X21 İdarəsi 4-cü Polis Bölməsinin xx.xx.2019-cu il tarixli, 127-11511-1219 saylı məktubundan və xx.xx.2019-cu il tarixli Axtarışda olanın tutulması Protokolundan görünür ki, X11 xx.xx.2019-cu il tarixdə, saat 18:00-da keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhər ərazisində tutularaq Sumqayıt şəhər Pİ-nin MSY-nə təhvil verilmişdir. (i.v. 62-63) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-262/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, vəsatətin qismən təmin olunması, Təqsirləndirilən şəxs barəsində 1 (bir) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbs müddətinin başlanğıcının xx xxxxxxx 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. (i.v. 94-95) İş materiallarında olan Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Mollu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 98) İş materiallarında olan AZE seriyalı 18350858 saylı, AZE seriyalı 18350991 saylı, AZE seriyalı 18352149 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü (Quluzadə Nuray), xx.xx.2012-ci il təvəllüdlü (Quluzadə Ləman) və xx.xx.2016-cı il təvəllüdlü (Quluzadə Zəhra) azyaşlı uşaqları vardır. (i.v. 99-101) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-262/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində bir ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx xxxxxxx 2019-cu ildən hesablanmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-276/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması barədə təqdimat və vəsatət təmin edilməmiş, həbs qətimkan tədbirinin uzadılmasından imtina olunmuş, o dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. İş materiallarında olan Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2019-cu il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2019cu il tarixli Qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş və Səbuhi Hüseynovdan 10000 manat pulu “Mercedes benz” markalı avtomobili satmasına görə aldığını etiraf etdiyi A4 formatında 01 vərəqin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə aşağıda göstərilən prosessual normaların tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinyət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: -məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında olan faktiki münasibətləri, işdə olan sübutları nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə qeyd etməyi zəruri sayır ki, istintaq orqanı iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmamış, sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməmiş, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları eyni səviyyədə araşdırmamışdır. Zərərçəkmiş şəxsin və şahidlərin ifadələrində göstərilən, təqsirləndirilən şəxsin xeyrinə olan hallara diqqət yetirilməmiş, həmin hallar düzgün qiymətləndirilməmişdir. İş üzrə mühüm əhəmiyyət kəsb edən sübut olan X15 ilham oğlunun ifadəsi sübutlar siyahısına əlavə edilməmiş, başqa sübutlarla müqayisəli şəkildə yoxlanmamışdır. Halbuki onun ifadəsi ilə tam təsdiq edilir ki, məhz onun zamin durmaması səbəbindən Razim Xanışov əvvəlki razılığına əməl etmədən avtomobilin Ceyhun Quliyev tərəfindən borcunun əvəzinə verilməsindən (“satılmasından”) imtina etmişdir. Zərərçəkmiş şəxs və şahidlər də istintaq zamanı verdikləri ifadələrində atası ilə danışdıqdan sonra Razim Xanışovun avtomobili satmaqdan imtina etdiyini göstərmişlər. Beləliklə, müəyyən edildi ki, Təqsirləndirilən şəxs “Mersedes benz 208D” markalı avtomobilin faktiki sahibi Razim Xanışovla danışaraq 15 ay ərzində ona hər ay 1000 manat vermək şərti ilə həmin avtomobili satıb aldığı pulla borclarını ödəmək barədə razılaşmış, borclarını ödəmək üçün X2 10000 manat pul almış, əvəzində ona “Mersedes benz 208D” markalı avtomobili verməyi vəd etmişdir. Sonradan həmin avtomobilin faktiki sahibi Razim Xanışov atasının razı olmaması, Ceyhun Quliyevin müdiri olan Ramil İsmayılovun zamin durmaması səbəbindən “Mersedes benz 208D” markalı avtomobili satmaqdan imtina etmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı sübutlar Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi barədə qənaətə gəlməyə əsas vermir. X3 Təqsirləndirilən şəxs 10000 manat pul verməsi iş materialları, təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilsə də, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsinin mövcudluğu sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə satmaq istədiyi “Mersedes benz 208D” markalı avtomobillə əlaqədar hüquqlar baş etibarnamə əsasında verilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə satmaq istədiyi avtomobillə və onun həmin avtomobillə əlaqədar hüquqlarınının yaranma əsasları ilə bağlı yalan məlumatlar verməmişdir. Həmçinin Təqsirləndirilən şəxs “Mersedes benz 208D” markalı avtomobili satmaq niyyətinin olmaması iş materialları ilə təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs ilə X8 arasında olan mübahisə mülki xarakter daşıyır və həmin məsələyə mülki qanunvericiliyin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq - şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Maddənin dispozisiyasının mənasına görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (sahibkarı əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. (yəni əmlak ələ keçirilir, qarşılığında isə heç nə vəd edilmir). Dələduzluq - cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Odur ki, əmlakı sahibliyinə keçirərkən (məsələn, razılaşmaya əsasən, müqaviləyə əsasən) şəxsdə aldatma, etibardan sui-istifadə etməklə əmlakı əvəzsiz olaraq ələ keçirmə kimi niyyətlərin olmaması, sonrakı dövrdə əmlak, yaxud əmlakın əvəzi hər hansı bir səbəbdən mülkiyyətçiyə qaytarılmadıqda şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki hüquqi pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin subyektindən dələduza çevirmir. Şəxsin özgə əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyəti olmadığı halda həmin əmlak barəsində sahibkarla sövdələşmə zamanı onu bu cür razılaşmanı bağlamağa sövq etmək üçün yalandan istifadə etməsi də şəxsin əməlində dələduzluq cinayətinin tərkibinin olmasına dəlalət etmir. Çünki belə vəziyyətdə şəxs sahibkarı əmlakdan məhrum etmək niyyətində olmadığından, onun istifadə etdiyi yalan əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə deyil, müstəsna olaraq sövdələşmənin baş tutmasına yönəlmiş olur və yalnız bu məqsədə xidmət edir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin Qərarın 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 5-ci bəndində qeyd edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Məhkəmə işin hallarını, təqsirləndirilən şəxsin hərəkətlərini həm cinayət qanunvericiliyində, həm Ali Məhkəmənin qeyd edilən qərarında göstərilən, dələduzluq cinayətinin tövsifedici əlamətləri ilə müqayisə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli törədilməmişdir. “İnsan Hüquqlarının və X5 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan Hüquqlarının və X5 Haqqında” Konvensiyanın Konvensiyaya və onun birinci Protokoluna artıq daxil edilənlərdən başqa bəzi hüquq və azadlıqların təmin olunmasına dair 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına əsasən azadlıqdan məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 11-ci maddəsinə əsasən heç kim, yalnız hansısa müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmaması əsasında azadlıqdan məhrum edilə bilməz. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərar). CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən, bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi sübuta yetirilmir və ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Cinayət işi üzrə maddi sübut olan, X4 X2 10000 manat pul alması barədə yazı nümunələri əks edilmiş bir ədəd vərəq iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 43.1.2, 344-353, 356, 358, 381, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, X4 X2 10000 manat pul alması barədə yazı nümunələri əks edilmiş bir ədəd vərəq iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-39/2020
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-39/2020
15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver