Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-39/2021 03.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, Sumqayıt şəhəri 2-ci məhəllə ev 5/28 mənzil 70-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti” altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədilə xx xxx 2020-ci il tarixdə saat 13:49:10-da ünvan 1 ünvanında yerləşən yaşayış binasının qarşısında yol kənarında park edilmiş Zərərçəkmiş şəxs məxsus “Toyota Rav 4” markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edib, avtomobilin qabaq tərəfdən sol qapısını açıb sürücü oturacağında əyləşməklə ön hissədə yerləşən “qoltuqaltı” adlandırılan qutuda saxlanılan pul kisəsinin içərisindən 07 (yeddi) ədəd 100 (bir yüz) manatlıq, 01 (bir) ədəd 50 (əlli) manatlıq, 01 (bir) ədəd 20 (iyrimi) manatlıq, 02 (iki) ədəd 10 (on) manatlıq, 01 (bir) ədəd 5 (beş) manatlıq və 04 (dörd) ədəd 1 (bir) manatlıq nəğd pul əskinazlarını götürüb gizli talayarkən, Zərərçəkmiş şəxs bunu aşkar edib ona mane olmağa çalışmış, Təqsirləndirilən şəxs isə hərəkətlərini davam etdirib pul əskinazlarını götürərək hadisə yerindən qaçmaqla zərərçəkmişə məxsus puldan ibarət əmlakı açıq yolla talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 799 (yeddi yüz doxsan doqquz) manat ziyan vurub soyğunçuluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat 13:30 radələrində Sumqayıt şəhəri Nərimanov küçəsi ilə piyada yaşadığı Sumqayıt şəhəri 2-ci məhəllə ərazisində yerləşən ev istiqamətində gedərkən, yol kənarında park edilmiş ağ rəngli “Toyota Rav 4” markalı ** DD *** dövlət nömrə nişanlı avtomobilin qapılarının açıq olduğunu, həmçinin avtomobilin içərisində və ya ətrafında heç kimin olmadığını görüb pula ehtiyacı olduğundan avtomobildən oğurluq etmək qərarına gəlmiş, bunun üçün bir qədər kənarda dayanıb ətrafı müşahidə etmiş, ətrafda heç kimin olmamasına tam əmin olduqdan sonra isə avtomobildən hər hansı qiymətli əşya və pul oğurlaya biləcəyi ümüdi ilə avtomobilin sükanı yerləşən sol qabaq qapısını açıb avtomobilin içərisinə əyləşmiş, bundan sonra avtomobilin içərisini axtarmağa başlamış, həmin vaxt avtomobilin ön hissəsində yerləşən oturacaqların arasındakı “qoltuqaltı” adlandırılan qutunun qapağını qaldırdıqda, həmin yerdə qara rəngli pul kisəsi olduğunu görmüş və pul kisəsini açıb içinə baxdıqda pul kisəsinin içərisində 10, 5 və 1 manatlıq əskinazlardan ibarət pulun olduğunu görüb həmin pul əskinazlarını götürüb əynində olan şalvarın cibinə qoymuş, daha sonra ətrafa nəzər yetirdikdə bir nəfər şəxsin avtomobilə tərəf gəldiyini görüb cəld avtomobildən yerə düşmüş və Sumqayıt şəhəri 1-ci mikrorayon istiqamətində qaçmağa başlamış, həmin şəxs qaçdığını görüb onu səsləyərək dayanmağını tələb etmiş, sonra isə arxasınca qaçmağa başlamış, ancaq həmin şəxs bir qədər arxasınca qaçsada ona çata bilməmiş və bundan istifadə edərək qaçıb ordan uzaqlaşmış, daha sonra avtomobildən götürdüyü pulu saydıqda həmin pulun iki ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq, iki ədəd 1 manatlıq pul əskinazlarından ibarət ümumilikdə 27 manat olduğunu müəyyən etmiş, həmin pulun bir hissəsini şəxsi ehtiyacları üçün xərcləmiş, sonradan isə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları yaşadığı Sumqayıt şəhəri 2-ci məhəllə ərazisində onu saxlayıb polis bölməsinə dəvət etmiş və bölmədə hadisənin təfərüatları ilə bağlı bağlı izahat vermiş, adını sonradan bildiyi Zərərçəkmiş şəxs məxsus avtomobildən cəmi 27 manat məbləğində pul oğurlamış, Sumqayıt ŞPİ-nin 4-cü PB-də olarkən adlarını bilmədiyi polis əməkdaşları tərəfindən döyüldüyündən məcbur olaraq Zərərçəkmiş şəxs göstərdiyi məbləğdə yəni, 799 manat pul oğurladığını bildirmiş, Zərərçəkmiş şəxs məxsus avtomobildən oğurladığı pul əskinazlarının bir hissəsini sonradan şəxsi ehtiyaclarım üçün xərcləmiş, onda qalmış ümumilikdə 16 manat məbləğində pul əskinazlarını isə polis əməkdaşlarına təhfil vermiş, hadisə baş verən zaman əlində hər hansı bir silah və ya silah qismində istifadə olunan əşya olmamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ağ rəngli “Toyota Rav 4” markalı ** DD *** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat 10:45 radələrində icarə əsasında işlətdiyi ünvan 2 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsindəki “Avon-oriflame” mağazasına getmək üçün mağazada satıcı işləyən Fənərlə birlikdə yaşadığı evdən çıxıb, ona məxsus avtomobillə mağazanın qarşısına gəlmiş, bundan sonra idarə etdiyi avtomobili yol kənarında park edib mağazaya daxil olmuş, saat 13:30 radələrində mağazada olarkən, mağazada satıcı işləyən Fənər qışqıraraq avtomobilin içərisində adam olduğunu bildirmiş, bundan sonra mağazada satıcı işləyən Fənər və həmin vaxt mağazada olan Elvinlə mağazadan çıxıb ona məxsus avtomobilə doğru hərəkət etməyə başlamış, ancaq bunu görən ona məxsus avtomobilin ön sürücü oturacağında oturmuş təxminən 20-25 yaşlarında, təxminən 160-170 sm boyunda, arıq bədən qurluşlu, əynində qara rəngli papaqlı idman gödəkcəsi, tünd boz rəngli şalvar, ağzında isə tibbi maska olan şəxs avtomobildən düşüb qaçmağa başlamış, həmin şəxsi səsləyib dayanmasını tələb etsədə, həmin şəxs ordan qaçıb uzaqlaşmış, Elvinlə bir qədər həmin şəxsin arxası ilə qaçsalarda ona çata bilməmişlər, bundan sonra geri qayıdıb avtomobilin içərisinə baxdıqda avtomobilin ön hissəsində yerləşən oturacaqların arasında “qoltuqaltı adlandırılan qutudakı pul kisəsinin içərisinə qoyduğu yeddi ədəd 100 manatlıq, bir ədəd 50 manatlıq, bir ədəd 20 manatlıq, iki ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq və dörd ədəd 1 manatlıq pul əskinazlarından ibarət ümumilikdə 799 manat pulunun oğurlandığını müəyyən etmiş, daha sonra Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət edərək hadisə barədə məlumat vermiş və cinayət əməli törətmiş şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Hadisə xx.xx.2020-ci il tarixdə saat 13:30 radələrində ünvan 2 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsindəki icarə əsasında işlətdiyi “Avon-oriflame” mağazasının qarşısında baş vermiş, həmin vaxt ona qarşı heç bir formada fiziki qüvvə tətbiq edilməmiş, hadisəni törətmiş şəxs idarə etdiyi avtomobilin qapılarını kilidləməməsindən istifadə edərək avtomobilə daxil olmuş, ona məxsus avtomobildə hadisədən sonra hər hansı sındırılma və ya zədələnmə izləri aşkar etməmiş, hadisə baş verən zaman ətrafda tanımadığı başqa bir neçə nəfər şəxslər olmuş, hadisə baş verən zaman hadisəni törətmiş şəxsin əlində hər hansı bir silah və ya silah qismində istifadə olunan əşya olmamış, ona məxsus avtomobilin ön hissəsində yerləşən oturacaqların arasında “qoltuqaltı” adlandırılan qutudakı pul kisəsinin içərisinə qoyduğu yeddi ədəd 100 manatlıq, bir ədəd 50 manatlıq, üç ədəd 10 manatlıq, üç ədəd 5 manatlıq və dörd ədəd 1 manatlıq pul əskinazlarından ibarət ümumilikdə 799 manat pulu oğurlanmış, ona məxsus avtomobildə göstərdiyi məbləğdə pul olmasını icarə əsasında işlətdiyi mağazada satıcı işləyən Fənər təsdiq edə bilər, belə ki, xx.xx.2020-ci il tarixdə axşam saatlarında mağazadan çıxmamışdan əvvəl kassada olan pulu Fənərin yanında götürmüş, sonra Fənərlə birlikdə ona məxsus avtomobilə əyləşib ilk olaraq Sumqayıt şəhəri 48-ci məhəllə ərazisində yerləşən “Belnəlxalq Banka” məxsus bankomatın yanına gedərək bankomatdan anasına məxsus təqaüd kartının vasitəsilə pul nağdlaşdırmış, daha sonra birlikdə yaşadığı evə getmişlər və gecəni onun evində qaldıqdan sonra, səhəri gün Fənərlə birlikdə işə gəlmiş, mağazaya daxil olmamışdan əvvəl içərisində 799 manat pul olan pul kisəsini Fənərin yanında idarə etdiyi avtomobilin ön hissəsində yerləşən oturacaqların arasındakı “qoltuqaltı” adlandırılan qutunun içərisinə qoymuş, sonradan isə soyğunçuluq hadisəsi baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddət əvvəl tanımış, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat 13:30 radələrində Zeynəbin icarə əsasında işlətdiyi ünvan 2 ünvanında yerləşən yaşayış binasının birinci mərtəbəsindəki “Avon-oriflame” mağazasında olarkən, mağazada satıcı işləyən Fənər qışqıraraq avtomobilin içərisində adam olduğunu demiş, bundan sonra Zeynəb və Fənər mağazadan çıxıb Zeynəbə məxsus avtomobilə doğru hərəkət etməyə başlamış, ancaq bunu görən avtomobilin ön sürücü oturacağında oturmuş təxminən 20- 25 yaşlarında, 160-170 sm boyunda, arıq bədən qurluşlu, əynində qara rəngli papaqlı idman gödəkcəsi, tünd boz rəngli şalvar, ağzında isə tibbi maska olan şəxs avtomobildən düşüb qaçmağa başlamış, həmin şəxsi səsləyib dayanmasını tələb etsələrdə həmin şəxs ordan qaçıb uzaqlaşmış, Zeynəblə bir qədər həmin şəxsin arxası ilə qaçsalarda ona çata bilməmişlər. Bundan sonra geri qayıtmışlar, Zeynəb özünə məxsus avtomobilin içərisinə baxdıqda avtomobilin ön hissəsində yerləşən oturacaqların arasında “qoltuqaltı” adlandırılan qutudakı pul kisəsinin içərisinə qoyduğu ümumilikdə 799 manat pulunun oğurlandığını bildirmiş, daha sonra Zeynəb Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət edərək hadisə barədə məlumat vermiş və şikayət ərizəsi yazmışdır. İş materiallarından olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2020-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, hadisənin görüntülərini əks etdirən 01 (bir) ədəd CD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 03 (üç) ədəd C 22151737; C 51794135; B 37209499 seriyalı beş manatlıq və 01 (bir) ədəd F 40148347 seriyalı bir manatlıq pul əskinazları cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, Sumqayıt ŞPİ-nin Maliyyə Plan Bölməsinə saxlanca verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSSİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 321.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək, ona təyin olunmuş cəza şərti hesab edilmiş və 01 il sınaq müddəti müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs cəza müddəti başa çatdığı üçün barəsində olan nəzarət işi xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Abbasov X1 Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, dəymiş ziyanın tam ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üzrə şərti məhkum etmə ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının CM-nin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi onun məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmalqa üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında həbs edilməlidir. Bundan başqa, iş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalı, Sumqayıt ŞPİ-nin Maliyyə Plan Bölməsində saxlanılan iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 03 (üç) ədəd C 22151737; C 51794135; B 37209499 seriyalı beş manatlıq və 01 (bir) ədəd F 40148347 seriyalı bir manatlıq pul əskinazları Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası üzrə şərti məhkum etmə ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi onun məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmalqa üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında həbs edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt ŞPİ-nin Maliyyə Plan Bölməsində saxlanılan iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 03 (üç) ədəd C 22151737; C 51794135; B 37209499 seriyalı beş manatlıq və 01 (bir) ədəd F 40148347 seriyalı bir manatlıq pul əskinazları Zərərçəkmiş şəxs qaytarılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-39/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-39/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver