Məhkəmə qərarları › İş №1(060)-39/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-39/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-39/2024 31.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin 1(012)-785/2023 saylı, xx.xx.2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azalıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazirki hökmlə təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətə azalıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin 1(012)- 451/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş bilinərək 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azalıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla qəti olaraq 02 (iki) il müddətə azalıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemi ilə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,279 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək onu üzərində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 01.40 radələrində Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci bölüyünün əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 41A məhəlləsi ərazisində yerləşən “039 Cars” avtomobil satışı mağazasının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə aparıldığı zaman onunla sorğu keçirilərkən üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sol yan cibində 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,279 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respubliksı CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğu üçün təxminən uzun müddətdir narkotik vasitə olan heroin istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 01:40 radələrində tanışı Şahid4 ilə birlikdə Sumqayıt şəhəri, 41 a məhəllə ərazisində yerləşən “039” cars avtosalonunun yaxınlığında dayanıb söhbət edən zaman ərazidə xidmət aparan PPXT-un polis əməkdaşları ona yaxınlaşıb ərazidə baş vermiş oğurluqlarla bağlı suallar verdikdə onların şullarına qeyri səmimi cavablar verib Ruslan ilə birlikdə kənara çəkilib oradan getmək istədikdə onlar Sumqayıt ŞPİ-in 5-ci PB-si ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli olduqlarını deyib onlar ilə birlikdə aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 5ci PB-nə dəvət etmişlər. O, üzərində psixotrop maddə olan metamfetamin olduğuna və bölmədə polis əməkdaşlarının bunu biləcəyindən ehtiyat edərək getmək istəmədiyini demiş, onlar israr etdikdə o, PPX avtomaşınının şüşəsilənini əli ilə qırıb onunla üz və qolundan bir necə dəfə vurmuş, polis əməkdaşları həmin əşyanı onun əlindən almağa çalışdıqda onlara müqavimət göstərib onları özündən kənara itələmiş, həmin vaxt polis əməkdaşının birinin metaldan olan qol saatının yerə düşdüyünü görüb həmin saatı götürüb metal saatla sağ üz nahiyəsindən bir necə dəfə vurmuş və polis əməkdaşlarını itələyib qaçmağa çalışsa da, qaçarkən ayağı burxulduğundan sağ üzü üsdə yerə yıxılmış, polis əməkdaşları ona yaxınlaşıb ayağa qaldıraraq Ruslanı PPX maşınına əyləşdirib 5-ci PB-nə gətirdilər. PB-nə gələrkən yolda polis əməkdaşlarına hal hazırda üzərində narkotik vasitə olan metamfetamin olduğunu bildirmiş, PB-nə çatdıqdan sonra polis əməkdaşları videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər, o isə buna etiraz etməmişdir. PB-də xidməti otaqların birində ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 təqdim edilmişdir. Ona təqdim edilmiş vəkilə heç bir etiraz etməmişdir. Daha sonra isə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddi sübutunn olubolmadığı sual olunan zaman özü sol əli ilə əynindəki qara rəngli cins şalvarın sol yan cibindən siqaretin gümüşü kağız bükülüsünü çıxarıb təqdim etmişdir. Həmin kağız bükümü açılan zaman bükümün içərisində kristal halında psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş kütlənin psixotrop maddə olan “metamfetamin” olduğunu, həmin kütləni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Ramanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 12 (on iki) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar edilmiş kütlə elektron tərəziyə qoyulub çəkilmiş və ekspertizaya göndərilməsi qablaşdırılaraq möhürlənmişdir. Verilən suallara cavab olaraq o, Sumqayıt ŞPİ-nin 5-ci PB-nİn təhqiqatçısı tərəfindən üzərində şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşlarının onun üzərinə saxlanıldığı yerdə baxış keçirmədiklərini, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilmədiyini, üz və qol nahiyysindəki olan xəsarətləri maşının şüşəsiləni və polis əməkdaşının metaldan olan qol saatı ilə özü özünə xəsarət yetirmişdir, eləcə də, həmin xəsarətlərin müəyyən qismi polislərdən qaçmaq istəyərkən yıxıldığı zaman almışdır. Üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini aldığı şəxsi dəqiq tanımadığını, onun yaşadığı ünvanı, adını bilmədiyini, həmin şəxsin onda mobil nömrəsi olmadığını, ümumiyyətlə mobil telefon istifadə etmədiyini bildirmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ”9175” cağırışlı avtopatrulda post yoldaşlarımla birgə saat təxminən 02:00 radələrində “Koroğıu” “Lermantov” küçələrin kəsişməsində 41A məhəllə isdiqamətində iki nəfər vətəndaşın iti addımlarla yeridiklərini görmüşlər. Ərazidə baş vermiş oğurluq hadisələri ilə bağlı onlarla söhət etmək üçün yaxınlaşanda onlardan biri Ruslan adlı şəxs qaçmağa başlamış, digər əməkdaşlardan biri onun arxasınca qaçaraq yaxalayıb gətirmiş və onları xidməti avtopatrula əyləşdirmək istəyərkən Vüqar adlı şəxs onlara tabesizlik göstərərək dövlət əmlakı olan xüsusi avtomobilin şüşəsini sındırıb özünə xəsarət yetirmək istəyərkən dərhal bunun qarşısını aldıqları zaman qolundakı saatı qıraraq özünə xəsarət yetirməyə və saxlanılan zaman müqavimət göstərərək uzaqlaşmağa çalışmış və yıxılaraq sağ alın nahiyəsindən xəsarət almışdır. Bunun qarşısını almaq üçün zərurət qarşısında qalaraq xusüsi vasitə olan əl-qol bağlayan qandal il əl-qolunu bağlayaraq xidməti avtopatrula əyləşdirərək ərazi adiyatı üzrə 5-ci PB-nə yaxınlaşan zaman Vüqar adlı şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bölməyə gətirildikdən sonra xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla təhqiqatçı Ramin Əhmədov ona özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş etmiş və saxlanmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etmiş, daha sonra digər onlar da özlərini təqdim etmişlər. Onun üzərinə şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı Ramin Əhmədov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil X7 təqdim olunmuş, o bildirişlə tanış olub, vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman bükümün içərisində kristal formalı psixotrop maddə olan metamfetamin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Vüqar üzərindən aşkar olunmuş metamfetamini Bakı şəhəri, Ramanı qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 12 (on iki) manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt Vüqarın üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Verilən suallara cavab olaraq o, Təqsirləndirilən şəxs qarşı təzyiq göstərilmədiyini və könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Sumqayıt ŞPİnin 5-cü PB-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Sumqayıt ŞPİ-nin 5-cü PB-nin təhqiqatçısı, polis mayoru Ramin Əhmədov tərəfindən 03 may 2023cü il tarixdə saat 02:50 radələrində Sumqayıt ŞPİ-nin PPXT-nin, polis nəfəri, polis serjantı Şahid1, Şahid2, kiçik serjantı X5, 5-ci PB-nin əməliyyat müvəkkilli, polis mayoru Şahid3, Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalisti, polis mayoru Rasim Paşayevin və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə şəxsi axtarış və götürmə aparılmağa başlanıldı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində qara rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 01 (bir) ədəd gümüşü rəngli siqarət kağız bükümünü təqdim edərək masanın üzərinə qoydu. Həmin büküm açılan zaman bükümün içərisində kristal formalı psixotrop maddə olan “metamfetamin” müəyyən edildi. Bundan sonra aşkar edilmiş 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kristal formalı olan “metamfetaminə”ə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0,51 qram olduğu müəyyən edilir və aşkar olunmuş həmin maddələr xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün Azərbaycan Respublikasının DİN-nin 242 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/2555 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,279 qram olan ağ rəngli kristall şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi – 0,279 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,229 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 4820 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, 0,279 qram psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,229 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-785/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Həsənov X3 Rayon Məhkəməsinin 1(012)-785/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azalıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazirki hökmlə təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətə azalıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin 1(012)-451/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş bilinərək 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azalıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla qəti olaraq 02 (iki) il müddətə azalıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş 613 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol mil-bilək oynağının, sol əlin, sağ baldırın, sol dizin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, müddəti müayinədən 1 günə qədər omaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan 12 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-dən daxil olmuş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamini haradan və hansı şəraitdə əldə etməsi, eləcə də kimlərə satıb-satmaması, bundan başqa əvvəllər narkotik vasitənin satışı ilə məşğul olub-olmaması haqqında məlumat əldə etmək mümkün olmamışdır. Bundan əlavə, Vüqar adlı şəxsin həyat tərzi, cinayət əlaqələri, bundan əvvəl hər hansı cinayətin törədilməsində iştirakının olub-olmaması müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Abşeron Rayon Məhkəməsinin 1(012)-785/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Həsənov X3 Rayon Məhkəməsinin 1(012)-785/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azalıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazirki hökmlə təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətə azalıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin 1(012)-451/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş bilinərək 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azalıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla qəti olaraq 02 (iki) il müddətə azalıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, məkmumluğu olan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlərin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, yüngülləşdirici halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Abşeron Rayon Məhkəməsinin 1(012)-785/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azalıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək “həbs” qətimkan tədbiri seçilməli və onun Abşeron Rayon Məhkəməsinin 1(012)-785/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azalıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,279 qram psixotrop maddə olan metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,229 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri 88.00 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Abşeron Rayon Məhkəməsinin 1(012)-785/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azalıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəsini alanadək “həbs” qətimkan tədbiri seçilsin və Abşeron Rayon Məhkəməsinin 1(012)-785/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azalıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılanqalıq çəkisi 0,229 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 88.00 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar