Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-390/2021 21.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1974-cü ildə Ermənistan SSR, Əzizbəyov rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, fərdi qaydada sürücü işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs koronovirus infeksiyasına yoluxduğu halda 27.02.2021-ci il tarixdə saat 19-radələrində Sumqayıt şəhəri Bakı-Sumqayıt yolu “Betonzavod” ərazisində xüsusi karantin rejimi dövründə epidemiya əleyhinə rejimin eləcə də sanitariya-gigyena və karantin rejim qaydalarını pozmaqla xəstəlik yayılması üçün real təhlükə yaradarkən Sumqayıt ŞPİ-in 4-cü PB-nin və PPXT-un əməkdaşları tərəfindən aşkar olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin fevral ayının ortalarında boğazında ağrılar başlamış və ağrının səbəbinin “Covid-19” virusu olmasından şübhələndiyi üçün 15.02.2021-ci il tarixdə Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən “Baku” klinikasında analiz vermiş və həmin günü saat 18.00 da analizin nəticəsinin pozitiv olmasını yəni onun “Covid-19” virusuna yolxuduğunu başa düşmüşdür. O, virus əlehinə dərman preparatları alaraq müalicə olunmağa başlamış və 14 günlük müalicə müddətində evdən çölə çıxmamalı olduğu ona izah olunmuşdur. 27.02.2021-ci il tarixdə 15 radələrində yol vərəqəsi ilə idarə etdiyi “Körpü-bina tikinti” şirkətinə məxsus olan Kamaz markalı **-AJ-*** dövlət qeydiyat nişanlı yük avtomobilini qaraja yerləşdirmək üçün evdən çıxmış və avtomobili idarə edib öz işlərini gördükdən sonra yük avtomobili ilə Xıdalan istiqamətində gedən zaman Bakı-Sumqayıt yolu “Asfaltbeton” ərazisindən keçərkən mobil nömrəsinə zəng olunmuş və o, avtomobili olduğu yerdə saxlaması xahiş olunduğundan o, həmin yerdə avtomobili saxlamışdır. O, avtomobili saxladıqdan sonra polis əməkdaşları ona yaxınlaşaraq karantın qaydalarını pozduğunu izah etmiş və o, idarə etdiyi avtomobili “Körpü-bina tikinti” şirkətinə məxsus dayanacağa yerləşdirməli olduğunu bildirdikdən sonra, Kamaz markalı **-AJ-*** dövlət qeydiyat nişanlı yük avtomobilini polis əməkdaşları ilə birlikdə Xırdalan şəhəri ərazisində olan “Körpü-bina tikinti” şirkətinə məxsus dayancağa yerləşdirilmiş, özünü isə polis əməkdaşları tərəfindən yaşadığı ünvana təmin edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, himayəsində üç azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olduğunu, “Körpü-bina tikinti” şirkətinə məxsus olan Kamaz markalı **-AJ-*** dövlət qeydiyat nişanlı yük avtomobilini idarə etdiyini qeyd edərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, 27.02.2021-ci il tarixdə Sumqayıt ŞPİdən korona virus infeksiyasına yoluxmuş və ev şəraitində müalicə alan şəxslərin ətrafında müvafiq profilaktik tədbirlər keçirilməsi ilə bağlı 123-8285-1221 saylı məktubla birlikdə siyahı icraatına daxil olmuşdur. Həmin siyahıda xidmət etdiyi inzibati ərazidə COVİD-19 xəstəsi olan ünvan 2 ünvanında yaşayan xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs evdə qalmalı olduğu halda, evdən çıxıb işə gedərək karantin qaydalarını kobud şəkildə pozması müəyyən olunmuş və Təqsirləndirilən şəxs karantin qaydalarını pozduğu üçün onun olduğu yeri müəyyən edilib məsuliyyətə cəlb olunması ilə bağlı Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşları ilə birlikdə tədbir keçirilmiş və həqiqətən COVİD-19 xəstəsi olan Təqsirləndirilən şəxs idarə etdiyi Kamaz markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı-Sumqayıt yolu, Sumqayıt şəhəri, Asfalt Beton zavod ərazisi yaxınlığında müəyyən edilərək saxlanılmış, onun idarə etdiyi avtomaşın Abşeron rayonu, Xırdalan şəhəri, H,Əliyev küçəsində yerləşən Körpü Bina tikinti firmasının dayanacağına təhvil verildikdən sonra, Təqsirləndirilən şəxs özü karantin qaydaların riayət olunması üçün yaşadığı Sumqaqyıt şəhəri, 2-ci mikrorayon, ev 38/16b, mənzil 12 ünvanına təmin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Təbib Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 Sumqayıt şəhər Səhiyyə Şöbəsinin 16.03.2021-ci il tarixli 332 saylı məktubundan görünür ki, ünvan 3 ünvanında yaşayan 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 15.02.2021-ci il tarixdən, 01.03.2021-ci il tarixədək “COVİD-19” diaqnozu ilə müayinə və müalicə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Təbib Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 Sumqayıt şəhər Səhiyyə Şöbəsinin 14.04.2021-ci il tarixli 428 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 17.02.2021-ci il tarixdə “COVİD-19” analizinin cavabı pozitiv çıxmış, karantin müddətində evdə qalması vətəndaşa izah olunmuşdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, videogörüntü və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06.04.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqları-21.06.2010-cu il təvəllüdlü X4, 13.05.2012-ci il təvəllüdlü X5 və 10.01.2009-cu il təvəllüdlü X3 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 26.05.2021-ci il tarixli (iş № 1(060)-390/2021) qərarını icra edərək, 28.05.2021-ci il tarixli 584/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 2500 (iki min büş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə cəzası hökm qanuni qüvvəsini aldığı gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Sumqayıt Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Təbib Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 Sumqayıt şəhər Səhiyyə Şöbəsinin 16.03.2021-ci il tarixli 332 saylı məktubu cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-390/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-390/2021
21.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver