Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-390/2022 22.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı - Zərərçəkmiş şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 23 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.3 və 228.1-ci maddələri ilə ondan ötrü ki, o, bina hesab edilən mağazaya qanunsuz daxil olaraq xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və qanunsuz olaraq döyüş sursatı əldə etmə və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə vahid niyyətlə 09 noyabr 2021-ci il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri 32-ci məhəllədə yerləşən “Karvan” ticarət mərkəzindəki Zərərçəkmiş şəxs istifadəsində olan mağazaya, mağazanın plastik qapısının qıfılına dəmir parçası ilə fiziki təsir göstərib açaraq daxil olub, oradan həmin gün və 11 noyabr 2021-ci il tarixdə saat 15 radələrində hər biri işlənməmiş vəziyyətdə olmaqla hər bir cütünün qiyməti 35 manat, cəmi 1400 manat olan Çin Xalq Respublikası istehsalı 40 cüt “Choose Juicy” markalı qadın ayaqqabısı, hər bir cütünün qiyməti 35 manat, cəmi 1400 manat olan Çin Xalq Respublikası istehsalı 40 cüt “DSN” markalı qadın ayaqqabısı, hər bir cütünün qiyməti 35 manat, cəmi 1400 manat olan Çin Xalq Respublikası istehsalı 40 cüt “Queen Helena” markalı qadın ayaqqabısı, hər bir cütünün qiyməti 35 manat, cəmi 1400 manat olan Çin Xalq Respublikası istehsalı 40 cüt “Aludo” markalı qadın ayaqqabısı, hər bir cütünün qiyməti 35 manat, cəmi 1260 manat olan Çin Xalq Respublikası istehsalı 36 cüt “Gucci” markalı qadın ayaqqabısı, hər bir cütünün qiyməti 35 manat, cəmi 1225 manat olan Çin Xalq Respublikası istehsalı 35 cüt “Renr Roenarı” markalı qadın ayaqqabısı, hər bir cütünün qiyməti 40 manat, cəmi 1440 manat olan Türkiyə Respublikası istehsalı 36 cüt “Deri Moda” markalı qadın ayaqqabısı, hər bir cütünün qiyməti 40 manat, cəmi 1520 manat olan Türkiyə Respublikası istehsalı 38 cüt “Fiko- Marko” markalı qadın ayaqqabısı, hər bir cütünün qiyməti 40 manat, cəmi 1120 manat olan Türkiyə Respublikası istehsalı 28 cüt “Süren” markalı qadın ayaqqabısı, hər bir cütünün qiyməti 40 manat, cəmi 1400 manat olan Türkiyə Respublikası istehsalı 35 cüt “Aily. Art” markalı qadın ayaqqabısı, hər bir cütünün qiyməti 40 manat, cəmi 1280 manat olan Türkiyə Respublikası istehsalı 32 cüt “Gabbara” markalı qadın ayaqqabısı, hər bir cütünün qiyməti 40 manat, cəmi 520 manat olan Türkiyə Respublikası istehsalı 13 cüt “Rıfat” markalı qadın ayaqqabısının tək tayı, hər bir cütünün qiyməti 40 manat, cəmi 720 manat olan Türkiyə Respublikası istehsalı 18 cüt “Daisy” markalı qadın ayaqqabısının tək tayı, hər bir cütünün qiyməti 40 manat, cəmi 480 manat olan Türkiyə Respublikası istehsalı 12 cüt “Seniorah” markalı qadın ayaqqabısının tək tayı, hər bir cütünün qiyməti 40 manat, cəmi 280 manat olan Türkiyə Respublikası istehsalı 7 cüt “Penta-Bella” markalı qadın ayaqqabısının tək tayı olmaqla Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla ümumilikdə 16845 manat dəyərində əmlakını bina hesab edilən mağazaya qanunsuz daxil olaraq gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 7,62 mm kalibrli “AK”, “AKM” modelli avtomatik tüfənglərdə, “RPK” əl pulemyotlarında, “SKS” karabinlərdə və s. uyğun kalibrli yivli odlu döyüş silahıarında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab olunan 7,62x39 mm kalibrli təyinatı üzrə istifadəyə (atəşə) yararlı 27 (iyirmi yeddi) ədəd patronu və 5,45 mm kalibrli “AK-74”, “AKS-74”, “AKS-74U” və s. konstruksiyalı avtomatik silahlarda, “RPK- 74” və s. uyğun kalibrli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab olunan 5,45x39 mm kalibrli təyinatı üzrə istifadəyə (atəşə) yararlı 09 (doqquz) ədəd patronu əldə edib, onları 25 dekabr 2021ci il tarixdə saat 15 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 27/7, mənzil 42 ünvanında yerləşən evə baxış keçirilərkən evin ona məxsus otağındakı döşəmənin üzərində olan qutunun içindən aşkar edilib götürülənədək saxlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə oğurladığı ayaqqabıların qiymətinin xeyli miqdarda olduğunu hesab etmədiyini bildirərək özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, dəqiq tarixi xatırlamır, 2021-ci ilin noyabr ayında fəhləliklə məşğul olacağı yer axdarıb tapmaq üçün mütəmadi olaraq Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən “Karvan” ticarət mərkəzində olmuşdur. Həmin ticarət mərkəzində olarkən oradakı obyektlərdən birində heç bir şəxsin olmadığını və həmin obyektdə çoxsaylı ayaqqabıların olduğunu, obyektə yaxınlaşıb giriş qapısına yaxınlaşıb qapının üzərində olan qıfıllı açıq olduğunu görüb mağazada olan ayaqqabıların lazımsız olduğunu düşünüb oraya daxil olmuşdur. Mağazanın divarının yaxınlığında göy rəngli torbanın içində də qutuları ilə birlikdə ayaqqabıların olduğunu görmüş, bundan başqa, özü də mağazanın içərisində çoxsaylı ayaqqabılar olan qutulardan mağazadan götürdüyü iri həcmli sellofan torbalara ayaqqabıları bəzilərini qutuları ilə bəzilərini qutularından çıxardaraq yığmağa başlamışdır. Sonra mağazadan içəriyə daxil olduğu qapıdan çıxıb oradan uzaqlaşmışdır. Oranı tərk etdikdən sonra yaşadığı ünvana gedib həmin oğurladığı ayaqqabıları yaşadığı ünvanın özü tərəfindən istifadə olunan otağında saxlamışdır. Otaqda ayaqqabılara baxdıqda artıq xatırlamadığı sayda cüt və tək taylı ayaqqabı götürdüyü ona məlum olmuşdur. Növbəti gün səhər və axşam saatlarında ayaqqabıların bir hissəsini tanımadığı şəxslərə satmış, bəzilərini isə hədiyyə vermişdir. Qalan hissəsini evdə saxlamışdır. Atası Şahid1 ilə aralarında münasibət o, narkotik vasitələrdən istifadə etdikdən sonra yaxşı olmadığından əşyalar barədə ondan heçnə soruşmamış, o da heçnə deməmiş, anası Lətifə Məhərrəmova ayaqqabıları haradan əldə etdiyini soruşmuş, o da həmin ayaqqabıların tanışına məxsus olduğunu, satıb qazanc əldə etmək üçün ondan götürdüyünü demişdir. Həmin ayaqqabıları oğurlayaraq əldə etməyi barədə nə anasına, nə də digər şəxslərə heçnə deməmişdir. Başqa yaşadığı ünvandan aşkar olunmuş patronları dəqiq tarixini xatırlamır, taparaq yaşadığı evə gətirib otağında saxlamışdır və evdə valideynlərinin bu barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi oğurluq əməlindən səmimi peşman olduğunu, zərərçəkmişə dəymiş zərəri ödədiyini, zərərçəkmişlə barışdığını, aşkar edilmiş patronlar tapaq evə gətirdiyini, iki azyaşlı uşağının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Cinayət işi üzrə təqsirləndiriən şəxs qismində dindirilmiş və proses iştirakçılarının razılığı ilə ifadəsi elan olunmuş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə oğurladığı ayaqqabıların qiymətinin xeyli miqdarda olduğunu hesab etmədiyini bildirərək özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Evli olmuş, həmin evlilikdən 2 övladı vardır, hal-hazırda rəsmi boşandığı üçün övladları ondan ayrı Bakı şəhərində anaları ilə birlikdə yaşayır. O, valideynləri ilə birlikdə Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 27/7, mənzil 42 ünvanında yaşamışdır. Təxminən 3-4 ildir ki narkotik vasitə qəbul edir. Rəsmi heç bir yerdə işləmir, Sumqayıt şəhər ərazisində dəmir tullantıların yığımı ilə məşğul olmuş, həmçinin qazanc əldə etmək üçün iş olduqda fəhləliklə də məşğul olmuşdur. Maddi imkanı yaxşı olmadığından və son vaxtlar fəhləliklə də məşğul olmadığından öz tələbatı üçün ərzağı borca almışdır. Tələbatlarını ödəmək məqsədi ilə oğurluq edib qazanc əldə etmək qərarına gəlmişdir. Belə ki, 2021-ci ilin noyabr ayında dəmir tullantılar, həmçinin fəhləliklə məşğul olacağı yer axdarıb tapmaq üçün mütəmadi olaraq Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən “Karvan” ticarət mərkəzində olmuşdur. Fəhlə kimi işləyəcəyi paltarları da ona məxsus olan qırmızı rəngli çamadana yığıb özü ilə daşıyırdı. Həmin ticarət mərkəzində olarkən oradakı obyektlərdən birində heç bir şəxsin olmadığını və həmin obyektdə çoxsaylı ayaqqabıların olduğunu, obyektə yaxınlaşıb giriş qapısına yaxınlaşdıqda isə qapının qıfıllı olduğunu, lakin qapıya fiziki təsir göstərərək qıfılını qırıb aça biləcəyini fikirləşmişdir. Bundan sonra bir neçə gün oraya gedib kənardan obyekti müşahidə etmiş və həmin günlərdə də obyektə heç kimin daxil olmadığını görüb, mağazada satış edilmədiyini və mağazanın ayaqqabıların saxlanc yeri kimi istifadə olunduğunu fikirləşib oradan oğurluq etmək qərarına gəlmişdir. Həmin, yəni istifadəçinin və içindəki əşyaların Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs məxsus olduğunu sonradan bildiyi mağazaya iki dəfə daxil olub oradan çoxsaylı ayaqqabılar oğurlamışdır. Belə ki, birinci dəfə oraya 09 noyabr 2021-ci il tarixdə saat 02 radələrində daxil olub oğurluq etmişdir. Mağazanın giriş qapısı qıfıllı olduğundan o, özü ilə dəmir parçası da götürmüşdür. İlk əvvəl əli ilə fiziki təsir göstərib qapının qıfılını açmağa çalışmışdır ki çox səs çıxmasın, lakin bu cür qıfılı açmaq mükün olmadığından dəmir parçası ilə zərbələr endirib qapının qıfılını açmış və oraya daxil olmuşdur. Mağazanın divarının yaxınlığında göy rəngli torbanın içində də qutuları ilə birlikdə ayaqqabıların olduğunu görmüş, bundan başqa özü də mağazanın içərisində çoxsaylı ayaqqabılar olan qutulardan mağazadan götürdüyü iri həcmli sellofan torbalara ayaqqabıları bəzilərini qutuları ilə bəzilərini qutularından çıxardaraq yığmağa başlamış, ümumilikdə 05 ədəd torbada ayaqqabı yığmış, lakin yalnız həmin zaman 04 ədəd torbadakı ayaqqabıları daşıyıb götürə biləcəyindən 01 ədəd içində qutuları ilə birlikdə olan ayaqqabıları və qutularından çıxardıb həmin torbanın yanında topladığı ayaqqabıları daha sonra gəlib götürmək üçün orada saxlamışdır. Mağazadan içəriyə daxil olduğu qapıdan çıxıb oradan uzaqlaşmışdır. Qıfıllaya bilməsə də oğurluq barədə şübhə yaranmaması üçün qapını bağlamışdır. Oranı tərk etdikdən sonra yaşadığı ünvana gedib həmin oğurladığı ayaqqabıları yaşadığı ünvanın özü tərəfindən istifadə olunan otağında saxlamışdır. Otaqda ayaqqabılara baxdıqda 224 cüt və 50 ədəd tək taylı ayaqqabı oğurladığı ona məlum olmuşdur. Növbəti gün səhər və axşam saatlarında oğurladığı ayaqqabıları hissə-hiss olmaqla iki dəfəyə Sumqayıt şəhər bazarına gedib bazar ətrafı ərazidə tanımadığı şəxslərə topdan şəkildə satmışdır. Həmin ayaqqabıların satışından 250 manat qazanc əldə etmişdir. tək taylı ayaqqabıları sata bilməsə də, həmin ayaqqabılardan birini ondan topdan şəkildə ayaqqabılar almış tanımadığı şəxslərdən birinə öz istəyi ilə pulsuz olaraq vermişdir, qalan hissəsini isə sata bilməyib yaşadığı evə aparıb evin ona aid olan otağında saxlamışdır. Həmin şəxslərə ayaqqabıları satarkən özünə məxsus olduğunu, işlətdiyi mağaza bağlandığı üçün topdan şəkildə ucuza satdığını bildirmişdir. Oğurladığı əşyaların satışından əldə etdiyi pulun bir hissəsi ilə borclarını ödəyib, qalan hissəsini şəxsi tələbatına xərcləmişdir. Mağazaya birinci dəfə daxil olduğu zaman daha sonra götürmək üçün orada saxladığı bir hissəsi 01 ədəd torbanın içində və bir hissəsi də topa vəziyyətdə torbanın yanında saxladığı ayaqqabıları götürmək üçün 11 noyabr 2021-ci il tarixdə saat 15 radələrində həmin mağazaya yenidən daxil olmuşdur. Həmin zaman içində paltarları olmasa da, fəhləliklə məşğul olduğu zamanlarda daşıdığı çamadanı da özü ilə götürmüşdür ki, ticarət mərkəzində onu tanıyan şəxslər oraya yenidən fəhləlik üçün gəldiyini fikirləşsin. Mağazaya tərəf gəldikdə həmin zaman orada hərəkətdə olan başqa şəxslərin olduğunu görüb mağazaya tərəf dönməyim ilk əvvəl düz istiqamətdə hərəkətini davam etdirmiş, digər şəxslər oradan uzaqlaşdıqdan dərhal sonra geri qayıdıb mağazanın qarşısına gəlmişdir. Mağazanın giriş qapısının qıfılını qırıb açdığından bu dəfə əli ilə qapı dəstəyini aşağı verib qapını açaraq oraya daxil olmuşdur. Cəld hərəkət edərək topaladığı ayaqqabıları çamadanın içinə yığıb, 01 ədəd göy rəngli sellofan torbanı da götürüb mağazada uzun müddət qalmayaraq oranı tərk edib yaşadığı evdə getmişdir. Evin ona aid olan otağına ayaqqabıları daşımışdır. Həmin gün ayaqqabıların bir hissəsini götürüb Sumqayıt şəhər bazarında tanımadığı şəxslərə sataraq 200 manat qazanc əldə etmişdir. Bu dəfə də ayaqqabıları satarkən özünə məxsus olduğunu demişdir. Əldə etdiyi pulu öz tələbatlarına xərcləmişdir. Mağazadan görüdüyü bütün ayaqqabıları oğurladığından bir daha həmin mağazaya getməmişdir, həmçinin tərəfindən başqa oğurluq da edilməmişdir. Ümumilikdə mağazadan 400 cüt və 50 tək tay ayaqqabı oğurlamışdır. Niyyəti mağazaya bir dəfə daxil olub bütün ayaqqabıları oğurlamaq olmuşdur. Belə ki, ayaqqabıların hamısını bir dəfəyə daşıya bilmədiyimdən daha sonra geri qalanını da götürməkdən ötrü mağazaya daxil olmuşdur. O, Sumqayıt şəhər ərazisində əvvəllər ayaqqabı satışı ilə məşğul olmamış, buna görə də bir neçə gündən bir olmaqla şəhər ərazisində ayaqqabı satışı ilə məşğul olmağının, onun həmin ayaqqabıları oğurlayaraq əldə etməsi barədə şübhə yaradacağından daha sonra satmağı fikirləşib yaşadığı evin otağında saxlamışdır. Həmçinin oğurladığı ayaqqabıların satışından çoxsaylı olmalarına baxmayaraq yüksək miqdarda gəlir əldə edə bilmədiyini görüb oğurlayıb bir hissəsini evdə saxladığı 18 cüt və 49 tək taylı ayaqqabıları daha sonra şübhə yaratmadan müştəri tapacağı təqdirdə satmağı fikirləşmişdir. Atası Şahid1 ilə aralarında münasibət o, narkotik vasitələrdən istifadə etdikdən sonra yaxşı olmadığından ayaqqabılar və ya digər şeylər barədə ondan heçnə soruşmamış, o da heçnə deməmiş, anası Lətifə Məhərrəmova ayaqqabıları haradan əldə etdiyini soruşmuş, o da həmin ayaqqabıların tanışına məxsus olduğunu, satıb qazanc əldə etmək üçün ondan götürdüyünü demişdir. Həmin ayaqqabıları oğurlayaraq əldə etməyi barədə nə anasına, nə də digər şəxslərə heçnə deməmişdir. Bundan başqa yaşadığı ünvandan aşkar olunmuş patronları özü əldə edərək daşıyıb yaşadığı evə gətirib otağında saxlamışdır. Evdə patronlar saxlamağından evdə yaşayan digər şəxslərin, yəni valideynlərinin məlumatı olmamışdır. Belə ki, o, ümumilikdə dəmir tullantıları yığmaqla məşğul olduğundan 24 dekabr 2021-ci il tarixdə axşam saatlarında yaşadığı ünvanın yaxınlığında yerləşən tullantı qutusunun yanına dəmir parçaları atıldığını görüb onları oradan götürərkən tullantı qutusunda həmçinin bir ədəd hərbi çantanın olduğunu görmüşdür. Həmin hərbi çanta səliqəli vəziyyətdə olduğundan onu götürüb içinə baxdıqda döyüş sursatına bənzər patronların olduğunu görmüş və çantanın içindən götürmüşdür. Patronları heç bir yerdə işlətmək və ya satmaq niyyətim olmamışdır, sadəcə olaraq döyüş sursatlarına marağı olduğundan həmin patronları evə saxlamaq üçün götürmüşdür. Buna görə də dağınıq vəziyyətdə olan patronları götürdükdən sonra cibinə yığıb yaşadığı evə apararaq otağındakı ağ rəngli mobil telefon qutusunun içində səliqəli şəkildə yığıb saxlamışdır. Həmin patronlardan heç bir yerdə istifadə etmək niyyətim olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 13 mart 2015-ci il tarixdə Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzində icarəyə götürdüyü mağazada qadın ayaqqabıları, eynəkləri və çantalarının satışı ilə məşğul olmuşdur. 2019-cu ilin dekabr ayından etibarən isə həmin ticarət mərkəzində yerləşən digər bir mağazanı istifadəsinə götürərək, orada qadın ayaqqabılarının satışı ilə məşğul olduqdan bir müddət sonra həmin mağazada ümumilikdə aldığı ayaqqabıları saxlayıb istifadəsində olan digər “Amor” adlı mağazada qadın ayaqqabılarının satışı ilə məşğul olmuşdur. 31 dekabr 2019-cu il tarixdən yalnız qadın ayaqqabılarının satışı ilə məşğul olduğundan həmin mağazada müxtəlif markalı və çoxsaylı olmaqla yalnız qadın ayaqqabıları saxlamışdır. Sonuncu dəfə 21 oktyabr 2021-ci il tarixdə o ayaqqabıları saxladığı mağazadan satıcı Nigar Həsənovanın iştirakı ilə oradan qutuları ilə birlikdə 114 cüt ayaqqabını götürüb digər mağazaya aparıb və oraya bir daha 22 dekabr 2021-ci il tarixdə “Karvan” ticarət mərkəzinin nəzarətçisi onunla telefon əlaqəsi yaradaraq mağazanın içərisinin dağınıq vəziyyətdə olduğunu bildirdikdən sonra həmin tarixdə saat 15 radələrində getmişdir. Oraya getdikdə mağazanın giriş qapısının kilitinə təzyiq göstərilib açıldığı, mağazaya nəzər yetirdikdən sonra isə mağazada orada saxladığı 400 cüt ayaqqabının hər iki tayı və 50 cüt ayaqqabının isə tək tayı olmaqla bir qismi qutuları ilə bir qisminin isə qutularından çıxarılaraq götürüldüyü ona məlum olmuşdur. O ilk əvvəl tək tayı qalmış ayaqqabıları daha sonra satacağını fikirləşdiyindən ilkin araşdırma zamanı ərizə və izahatında həmin ayaqqabıların tək tayının qiymətini hesablayıb ona dəymiş maddi ziyanın təxmini olaraq ümumi qiymətini göstərmişdir. Lakin həmin tək taylı ayaqqabıları daha sonra satmağı qeyri-mümkün olduğundan ilkin olaraq qeyd etdiyi dəyərdən daha artıq ona maddi ziyan dəymişdir. Belə ki, mağazadan edilmiş oğurluq əməli nəticəsində ona hər bir cütünün qiyməti təxminən 30 manat, cəmi 12000 manat olan Çin Xalq Respublikası istehsalı 40 cüt “Choose Juicy” markalı qadın ayaqqabısı, 40 cüt “DSN” markalı qadın ayaqqabısı, 40 cüt “Queen Helena” markalı qadın ayaqqabısı, 40 cüt “Aludo” markalı qadın ayaqqabısı, 36 cüt “Gucci” markalı qadın ayaqqabısı, 35 cüt “Renr Roenarı” markalı qadın ayaqqabısı, Türkiyə Respublikası istehsalı 36 cüt “Deri Moda” markalı qadın ayaqqabısı, 38 cüt “Fiko- Marko” markalı qadın ayaqqabısı, 28 cüt “Süren” markalı qadın ayaqqabısı, 35 cüt “Aily. Art” markalı qadın ayaqqabısı, 32 cüt “Gabbara” markalı qadın ayaqqabısı olmaqla 400 cüt hər iki taylı ayaqqabı, hər birinin qiyməti təxminən 40 manat, cəmi 2000 manat olan Türkiyə Respublikası istehsalı 13 cüt “Rıfat” markalı qadın ayaqqabısı, 18 cüt “Daisy” markalı qadın ayaqqabısı, 12 cüt “Seniorah” markalı qadın ayaqqabısı, 7 cüt “Penta-Bella” markalı qadın ayaqqabısı olmaqla 50 cüt ayaqqabının tək tayı oğurlanmışdır. Araşdırma zamanı oğurlanmış ayaqqabılardan 18 cüt və 49 tək tayı tapılsa da, həmin ayaqqabılar hal-hazırda yeniliyini itirib satış üçün yararsız vəziyyətdə olduğundan, həmçinin ayaqqabıları tək tayı ilə satmaq mümkün olmadığından ona ümumilikdə təxminən 14000 manat və ya daha artıq dəyərdə maddi ziyan dəymişdir. Belə ki, mağazaya satış üçün ümumilikdə çoxsaylı və çoxmüxtəlifli ayaqqabılar alıb saxladığından və həmin ayaqqabıların qiymətinin qeydiyyatını aparmadığından oğurluq nəticəsində ona dəymiş maddi ziyan bildirdiyindən daha da artıq dəyərdə ola bilər. Sözügedən oğurluq ifadəsində də göstərdiyi kimi Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən “Karvan” ticarət mərkəzindəki istifadəsində olan mağazadan edilmişdir. Belə ki, həmin tikili təyinatı üzrə anbar yox, mağazadır, orada əvvəllər ayaqqabı satışı ilə məşğul olsa da daha sonra həmin mağazada ümumilikdə aldığı ayaqqabıları saxlayıb digər mağazada satışı ilə məşğul olmuşdur. Hal-hazırda təqsirləndirilən şəxs tərəfndən ona dəymiş zərər ödənilmişdir, ona qarşı heç bir tələbi yoxdur və onunla barışıq əldə etmişlər. Məhkəmədən təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Məhərrrəmov Şamxal Rauf oğlu onun övladıdır, Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 27/7, mənzil 42 ünvanında onunla birlikdə yaşayıb. Yaşadığı və ona məxsus həmin ev 3 otaqdan ibarətdir. Təqsirləndirilən şəxs əvvəllər dələduzluq etdiyinə görə məhkum olunmuş, 2020-ci ilin avqust ayından etibarən azadlığa çıxmışdır. Şamxal azadlığa çıxdıqdan sonra bir müddət normal həyat tərzi sürmüş, fərdi əməklə məşğul olmuşdur. Təxminən 5-6 ay aralarında yaxşı münasibət olmuşdur. Lakin fərdi əməklə məşğul olub əldə etdiyi qazancı narkotik vasitələrə verməyindən şübhələndikdən sonra münasibətləri pisləşmişdir. Həmin vaxtdan etibarən Şamxal yaşadıqları evin giriş qapısından sol tərəfdə yerləşən otaqda tək yaşamağa başlamışdır. Şamxal Sumqayıt şəhəri ərazisindən dəmir metallar yığıb satmaqla məşğul olub, çox vaxtı həmin metalları sellofan torbalara yığıb yaşadığı otağa gətirib. Bildirir ki, Şamxal onunla bir yerdə yaşasa da münasibətləri pisləşdikdən sonra nə o onun yaşadığı otağa, nə də o onların yaşadıqları otağa daxil olmayıb. Belə ki, 2021-ci ilin noyabr və dekabr aylarında Təqsirləndirilən şəxs günün müxtəlif vaxtlarında əlində sellofan torbalarla və özünə məxsus çamadanla evə gəlib, həmin sellofan torbalarda bəzən dəmir tullantılar, bəzən isə müxtəlif çeşidli və müxtəlif rəngli təzə ayaqqabılar olurmuş. O Şamxalla danışmadığımdan arvadı X4 gətirdiyi ayaqqabıların kimə məxsus olduğunu soruşduqda o, ona bildirdi ki, Şamxaldan bu barədə soruşmuş və Təqsirləndirilən şəxs həmin ayaqqabıların tanışı tərəfindən satıb qazanc əldə etməsi üçün ona verildiyini demişdir. O da polis əməkdaşları yaşadığı ünvanda Təqsirləndirilən şəxs qaldığı otağa baxış keçirənədək hesab edib ki, Şamxal həqiqətən ayaqqabı alğı-satqısı ilə məşğul olurmuş. Belə ki, 25 dekabr 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin əməkdaşları yaşadığı evə gəlib, özlərini təqdim edərək Şamxalın Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən “Karvan” ticarət mərkəzində Zərərçəkmiş şəxs istifadəsində olan satış həyata keçirilməməsinə baxmayaraq çoxsaylı ayaqqabıların olduğu mağazadan qadın ayaqqabıları oğurlayaraq, həmin oğurlamış olduğu ayaqqabıları yaşadıqları evdə saxlamaqda şübhəli olduğunu bildiriblər. Həmin vaxt Şamxal evdə olmayıb. Polis əməkdaşları Şamxalın yaşadığı evdəki otağına baxış keçirmək istədiklərini bildirib və o buna etiraz etməyib, bu barədə yəni, baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə verib. Bundan sonra polis əməkdaşlarının və onun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı otağa videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Şamxalın yaşadığı otağın eyvan hissəsindəki döşəmənin üzərindən 18 cüt müxtəlif çeşidli qadın ayaqqabısı, 49 ədəd tək tay ayaqqabı və döşəmədəki qutunun içindən 36 ədəd patron aşkar edilib, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən ayaqqabılar dəqiq olaraq hansı tarixlərdə evə gətirildiyini xatırlamasada deyə bilərəm ki Şamxal 2021-ci ilin noyabr və dekabr aylarında evə çoxsaylı sellofan torbalarda dəmir tullantılar və ayaqqabılar gətirib, bəzən evə gətirdiyi ayaqqabıları aparıb bir hissəsi ilə qayıdırdı. Onun iştirakı ilə polis əməkdaşları tərəfindən evin Təqsirləndirilən şəxs aid olan otağına baxış keçirilib aşkar olunanadək evdə patronların saxlanmasından nə onun, nə də evdə yaşayan digər şəxslərin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi təzyiq göstərilməmişdir, həmçinin polis əməkdaşlarının qeyri-qanuni hər hansı bir hərəkətini müşahidə etməmişdir. Məhkəmə prosesi zamanı ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 ifadəsi elan edilmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis mayoru rütbəsindədir. Belə ki, Polis bölməsinin icraatında olan Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən “Karvan” ticarət mərkəzindəki Zərərçəkmiş şəxs istifadəsində olan mağazadan 400 cüt və 50 tək taylı olmaqla qadın ayaqqabılarının oğurlanması faktı əsasında araşdırması aparılan material üzrə verilmiş əməliyyat tapşırığı əsasında tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində sözügedən oğurluq əməlinin ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədilməsi, oğurladığı ayaqqabılardan bir qismini, həmçinin qanunsuz olaraq döyüş sursatı olan patronları yaşadığı ünvanda saxlaması barədə əməliyyat məlumatları daxil olmuş, daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Belə ki, 25 dekabr 2021-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 27/7, mənzil 42 ünvanına, ev sahibi olan Şamxal Məhhərovun atası Şahid1 həmin ünvana baxış keçirilməsinə yazılı şəkildə etirazının olmadığını bildirdikdən sonra həmin zaman Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmadığından və harada olması barədə dəqiq məlumat olmadığından polis əməkdaşları ilə birlikdə ev sahibi Şahid1 iştirakı ilə baxış keçirilmişdir. Rauf Təqsirləndirilən şəxs Məhhərmovun evin giriş qapısından sol tərəfdə yerləşən otaqda yaşadığını, həmin otağın ona aid olmaqla otaqdakı əşyaların ona məxsus olduğunu bildirdikdən sonra otağa baxış keçirilərkən, otağın eyvan hissəsində döşəmənin üzərində müxtəlif markalı 18 cüt və 49 tək taylı qadın ayaqqabısı, həmçinin döşəmənin üzərində olan qutunun içində ümumilikdə 36 ədəd döyüş sursatı patron aşkarlandı. Baxış zamanı Rauf Məhhərmov müxtəlif markalı çoxsaylı ayaqqabıların oğlu Təqsirləndirilən şəxs tərəfindən bir neçə dəfəyə olmaqla və oğlunun deməsinə görə tanışı tərəfindən satıb qazanc əldə etməsi məqsədi ilə ona verilərək evə gətirildiyindən məlumatlı olsa da, Təqsirləndirilən şəxs öz yaşadığı otaqda döyüş sursatı olan patronlar əldə edib saxlaması barədə heç bir məlumatı olmadığını bildirmişdir. Daha sonra tərəfindən ayrı-ayrılıqda olmaqla 18 cüt və 49 tək taylı qadın ayaqqabıları, həmçinin 36 ədəd döyüş sursatı patronlar qablaşdırılaraq götürülmüşdür. Zərərçəkmiş şəxs istifadəsində olan və Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən “Karvan” ticarət mərkəzindəki mağazadan 400 cüt və 50 tək taylı ayaqqabının Təqsirləndirilən şəxs tərəfindən oğurlanması barədə əməliyyat aparatına çoxsaylı məlumatlar daxil olsa da, Təqsirləndirilən şəxs tərəfindən sözügedən oğurluq əməlinin törədilməsində və daha sonra oğurladığı ayaqqabıların böyük bir qismini satmasında, həmçinin döyüş sursatı olan patronları əldə edib saxlamasında ona köməklik edilməsi, həmin patronları kimdən, haradan və nə vaxt əldə etməsi barədə heç bir məlumat əldə olunmamışdır. Məhkəmə iclası zamanı şahid qismində ifadəsi alınmış Sumqayıt ŞPİ-nin 4-cü PBnin CAŞ üzrə əməliyyat müvəkkili, polis naş leytenantı Şahid3 da Şahid2 ilə oxşar məzmunli ifadə verərək, onun qeyd etdiyi xüsusatları qeyd etmişdir. Məhkəmə prosesi zamanı ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş X7 ifadəsi elan edilmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən “Karvan” ticarət mərkəzində Zərərçəkmiş şəxs istifadəsində olan “Amor” qadın ayaqqabısı mağazasında satıcı işləyir. Zərərçəkmiş şəxs mağazada satılan ayaqqabıları ümumi şəkildə “Karvan” ticarət mərkəzində yerləşən və onun istifadəsində olan digər mağazada saxladığından ilin müəyyən vaxtlarında həmin mağazaya gedib ayaqqabıların bir qismini satmaq üçün işlədiyi mağazaya aparıblar. Belə ki, sonuncu dəfə 21 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ilə birlikdə həmin mağazaya gedib oradan qutuları ilə birlikdə 114 cüt ayaqqabını götürüb işlədiyi mağazaya aparmışdılar. Həmin ayaqqabıların hamısı satılıb qurtarmadığından daha sonra oğurluq hadisəsinin baş verdiyi mağazaya gedib oradan başqa ayaqqabı götürməmişlər. Sözügedən oğurluq hadisəsinin baş verdiyi mağazada olan ayaqqabıların hamısı istifadə edilməmiş qutularından çıxarılmayan yeni ayaqqabılar idi. Mağazadan oğurluq edildikdən sonra mağazaya və alınan mallarının siyahısına baxılıb nəzər yetirildikdən sonra məlum olmuşdur ki, mağazadan hər biri Çin Xalq Respublikası istehsalı 40 cüt “Choose Juicy” markalı qadın ayaqqabısı, 40 cüt “DSN” markalı qadın ayaqqabısı, 40 cüt “Queen Helena” markalı qadın ayaqqabısı, 40 cüt “Aludo” markalı qadın ayaqqabısı, 36 cüt “Gucci” markalı qadın ayaqqabısı, 35 cüt “Renr Roenarı” markalı qadın ayaqqabısı, hər biri Türkiyə Respublikası istehsalı 36 cüt “Deri Moda” markalı qadın ayaqqabısı, 38 cüt “Fiko-Marko” markalı qadın ayaqqabısı, 28 cüt “Süren” markalı qadın ayaqqabısı, 35 cüt “Aily. Art” markalı qadın ayaqqabısı, 32 cüt “Gabbara” markalı qadın ayaqqabısı olmaqla 400 cüt hər iki taylı ayaqqabı və hər biri Türkiyə Respublikası istehsalı 13 cüt “Rıfat” markalı qadın ayaqqabısı, 18 cüt “Daisy” markalı qadın ayaqqabısı, 12 cüt “Seniorah” markalı qadın ayaqqabısı, 7 cüt “Penta-Bella” markalı qadın ayaqqabısı olmaqla 50 cüt ayaqqabının tək tayı oğurlanmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 04 fevral 2022-ci il tarixli, 3/14 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilən 27 (iyirmi yeddi) ədəd predmet, 7,62 mm kallibrli “AK”, “AKM” modelli avtomatik tüfənglərlə, “RPK” al pulemyotlarında, “SKS” karabinlərdə və s. Uyğun kalibrli yivli odlu döyüş silahlarında iatifadə edilmək üçün nəzrdə tutulan zavod üsulu ilə istehsal edilmiş 7,62 x39 mm kalbrli patrondur- döyüş sursatıdır, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır.Tədqiqata təqdim eedilən 09 (doqquz) ədəd predmet 5,45 mm kalibrli “AK-74” , “AKS-74” , “AKS-74U” və s. konstruksiyalı avtomatik silahlarda, “RPK-74” və s. uyğun kalibirli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş 5,45x39mm kalibirli döyüş sursatı hesab edilən patrondur, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 mart 2022-ci il tarixli, 9/1461 nömrəli rəyindən görünür ki, hər biri işlənməmiş vəziyyətdə olmaqla Çin Xalq Respublikası istehsalı 40 cüt “Choose Juicy” markalı qadın ayaqqabısının hər bir cütünün qiyməti 35 manat, cəmi 1400 manat, Çin Xalq Respublikası istehsalı 40 cüt “DSN” markalı qadın ayaqqabısının hər bir cütünün qiyməti 35 manat, cəmi 1400 manat, Çin Xalq Respublikası istehsalı 40 cüt “Queen Helena” markalı qadın ayaqqabısının hər bir cütünün qiyməti 35 manat, cəmi 1400 manat, Çin Xalq Respublikası istehsalı 40 cüt “Aludo” markalı qadın ayaqqabısının hər bir cütünün qiyməti 35 manat, cəmi 1400 manat, Çin Xalq Respublikası istehsalı 36 cüt “Gucci” markalı qadın ayaqqabısının hər bir cütünün qiyməti 35 manat, cəmi 1260 manat, Çin Xalq Respublikası istehsalı 35 cüt “Renr Roenarı” markalı qadın ayaqqabısının hər bir cütünün qiyməti 35 manat, cəmi 1225 manat, Türkiyə Respublikası istehsalı 36 cüt “Deri Moda” markalı qadın ayaqqabısının hər bir cütünün qiyməti 40 manat, cəmi 1440 manat, Türkiyə Respublikası istehsalı 38 cüt “Fiko-Marko” markalı qadın ayaqqabısının hər bir cütünün qiyməti 40 manat, cəmi 1520 manat, Türkiyə Respublikası istehsalı 28 cüt “Süren” markalı qadın ayaqqabısının hər bir cütünün qiyməti 40 manat, cəmi 1120 manat, Türkiyə Respublikası istehsalı 35 cüt “Aily. Art” markalı qadın ayaqqabısının hər bir cütünün qiyməti 40 manat, cəmi 1400 manat, Türkiyə Respublikası istehsalı 32 cüt “Gabbara” markalı qadın ayaqqabısının hər bir cütünün qiyməti 40 manat, cəmi 1280 manat, Türkiyə Respublikası istehsalı 13 cüt “Rıfat” markalı qadın ayaqqabısının hər bir cütünün qiyməti 40 manat, cəmi 520 manat, Türkiyə Respublikası istehsalı 18 cüt “Daisy” markalı qadın ayaqqabısının hər bir cütünün qiyməti 40 manat, cəmi 720 manat, Türkiyə Respublikası istehsalı 12 cüt “Seniorah” markalı qadın ayaqqabısının hər bir cütünün qiyməti 40 manat, cəmi 480 manat, Türkiyə Respublikası istehsalı 7 cüt “Penta-Bella” markalı qadın ayaqqabısının hər bir cütünün qiyməti 40 manat, cəmi 280 manat olan 15 adda ayaqqabıların istifadədə olmaması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 16845,00 manat müəyyən edilir. 04 adda ayaqqabıların istifadədə olmaması nəzərə alınmaqla, cüt olduğu halda 2000,00 manat müəyyən olunur (tək tay ayaqqabılar təyinatı üzrə yararsız olduğu üçün qiymətləndirmə aparılmır). İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 23 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi hal-hazırda icraatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)- 373/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmi. 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 23 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş 847 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə 01 il 11 ay 28 ün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 23 gün cəzadan şərti olaraq vaxtından \vv\l azad edilmiş məhkum X10 oğlunun cəzası xx.xx.2020-ci il tarixdə bitdiyi üçün barəsində olan nəzarət işi qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər 5 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X10 oğlunun atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan 24 dekabr 2021-ci il tarixli Zərərçəkmiş şəxs istifadəsində olan mağazaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, mağaza Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində, “Karvan” ticarət mərkəzində yerləşir, mağaza birmərtəlidir, mağazanın qapı və pəncərəsi plastik materialdandır, mağazanın qapısının kilitinə fiziki təsir göstərilmişdir, mağazanın daxilində dağınıq vəziyyətdə çoxsaylı qadın ayaqqısı qutuları vardır, həmin qutulardakı ayaqqabılar mağazanın qapısına fiziki təsir göstərib açdıqdan sonra oradan oğurlanmışdır. Cinayət işi materiallarında olan “baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, 25 dekabr 2021-ci il tarixdə saat 15 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı ünvan 3 ünvanın sahibi və Şamxal Məhhərovun atası olan Şahid1 iştirakı ilə Şamxal Məhhərovun yaşadığı evin giriş qapısından sol tərəfdə yerləşən otağına baxış keçirilmiş, baxış zamanı həmin otağın eyvan hissəsindəki döşəmənin üzərindən 18 cüt və 49 tək taylı ayaqqabı, həmçinin otaqda döşəmənin üzərindən 01 ədəd ağ rəngli telefon qutusunun içində döyüş sursatı hesab edilən 36 ədəd patron aşkar edilərək götürülmüşdür. Baxış keçirilərkən Şahid1 şifahi sorğu zamanı baxış keçirilən otaqda yalnız oğlu Təqsirləndirilən şəxs yaşadığını, otaqdakı əşyaların Təqsirləndirilən şəxs aid olduğunu, Şamxal Məhhərmovun evə ayaqqabılar gətirdiyindən məlumatlı olduğunu, Təqsirləndirilən şəxs həmin ayaqqabıları tanışı tərəfindən satıb qazanc əldə edilməsi məqsədi ilə verildiyi barədə ev sakinlərinə məlumat verdiyini, lakin Şamxal Məhhərmovun yaşadığı otaqda döyüş sursatı olan patronlar saxlamasından heç bir məlumatlı olmadığını bildirmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 yanvar 2022-ci il tarixdə, saat 18:25-də Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis baş-leytenantı İlqar Abdullayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Sumqayıt şəhər Məhkəməsinin 4(060))- 8/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli 05 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 1772.4-cü maddələrindən həmin məcəllənin 177.2.3, 177.2.4 və 228.1-ci maddələrində tövsif edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan itiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarından görünür ki, 18 cüt və 49 tək tay ayaqqabı məhkəməyədək saxlanılmasından ötrü zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs geri qaytarılmışdır. Cinayət işi materiallarından görünür ki, cinayət işi üzrə sübut qismində qiymətləndirilmiş 36 ədəd patron isə saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin silahların saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün qismən etiraf etməsi, yəni oğurladığı ayyaqqabıların sayının və qiymətini aşağı olduğuna dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun bu hissəsdə göstərdikləri işin faktiki hallarına uyğun deyildir. Belə ki, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən “Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan hökmün surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 228 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 23 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Hazırkı cinayəti törədən zaman məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismın etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş ziyanı ödəməsini, 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivinin olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasıını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 228.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 05 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə Zərərçəkmiş şəxs Şamxal Rauf oğluna qarşı mülki iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi kimi hesablanır. Lakin iş materillarında olan Zərərçəkmiş şəxs tərəfindən Məhkəməyə ünvanlanmış iddia ərizəsinə dövlət rüsumu ilə bağlı qəbz əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.2-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda Məhkəmə bu halda ərizəni baxılmamış saxlayır. AZərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) müsadirə edilməlidir. Cinayət işi üzrə Sumqayıt ŞPİ-nin silahların saxlanc anbarına saxlanılması üçün təhvil verilmiş 36 ədəd patron müsadirə olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Cinayət işi üzrə 18 cüt və 49 tək tay ayaqqabının saxlanılmasından ötrü zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 228.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli (iş № 1(060)- 390/2022) qərarını icra edərək, 08 aprel 2022-ci il tarixli 591/2022 saylı orderə əsasən vəkil X1 onun vəkili təyin etmişdir. Müdafiəçi X2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) hesabına köçürülməlidir. İş üzrə maddi sübut 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia baxılmamış saxlanılsın. Sumqayıt ŞPİ-nin silahların saxlanc anbarına saxlanılması üçün təhvil verilmiş 36 ədəd patron müsadirə olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Cinayət işi üzrə 18 cüt və 49 tək tay ayaqqabının saxlanılmasından ötrü zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekəspertiza tədqiqatının dəyəri 114,00 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X6, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO13601**********3944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut 02 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 228.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-390/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-390/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver