Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-391/2021 06.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-236/2021 saylı 23.05.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 460,0 qram çəkidə narkotik vasitə olan marixuana əldə edərək üzərində daşıyaraq saxlamış, 06.02.2021-ci il tarixdə saat 18:08-də Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllə ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin iç tərəfində qarın nahiyyəsində saxlamış olduğu yaşıl rəngli sellofan torbanın içərisindən təmiz çəkisi 460.0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 6 ildir ki, narkotik vasitə olan marixuana istifadə edir. O, 06.02.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri 20 Yanvar metrostansiyası yaxınlığına getmişdir. Orada olarkən tanımadığı bir şəxs ona yaxınlaşmış, siqaret istəmiş və yanında dayanıb, avtobus gözlədiyini, lakin, avtobusların işləmədiyini dedikdə və aralarında söhbət yaranmışdır. Söhbət zamanı həmin şəxs siqaretlərin artıq çox pis istehsal olunduğunu başqa nədənsə istifadə etmək lazım olduğunu demişdir. O, həmin şəxsin narkotik barədə danışdığını anlamış və tapmaq olmadığını demişdir. Sonradan həmin şəxs “istəyən tapar” deyərək istəsə onun üçün təşkil edə biləcəyini demiş və əlində olan idman çantasını göstərib “istəyirsənsə verim” deyərək və çantasında marixuana olduğunu bildirmişdir. O, istədiyini deyərək, marixuananı neçəyə satmaq istədiyini soruşmuş, həmin şəxs ona qurudulmuş marixuananı 70 manata satmaq istədiyini demişdir. O, özü istifadə etmək məqsədi ilə həmin şəxsə 70 manat pul verib bir ədəd yaşıl sellofan torbada olan qurudulmuş marixuananı ondan almışdır. Həmin şəxs yaşıl rəngli, sellofan torbada olan qurudulmuş marixuananı ona vermişdir. Narkotik vasitə olan marixuananı alaraq Sumqayıt şəhərində yaşadığı ünvana gətirmişdir. Həmin narkotik vasitəni yaşadığı evdə saxlaya bilmədiyi üçün qərara gəlmişdir ki, H.Z.Tağıyev qəsəbəsi ərazisində gizlətsin. Buna görə də həmin gün təxminən saat 18 radələrində H.Z.Tağıyev qəsəbəsi ərazisinə getmişdir. Orada yol ilə getdiyi zaman üç nəfər mülki geyimli, iki nəfər isə polis formasında olan şəxs ona yaxınlaşmış, ona narkotik vasitələrin qanunsuz saxlanılması və gəzdirilməsində şübhəli olduğunu bildirərək polis bölməsinə getməyini, orada müdafiəçinin iştirakı ilə üzərinə baxış keçiriləcəyini bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz bildirməyib və onlarla bilrikdə polis bölməsinə getmişdir. Orada otaqlardan birində müdafiəçinin iştirakı ilə axtarış keçiriləcəyi bildirilərək üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın, narkotik vasitə və digər bu kimi maddələrin olub-olmaması barədə sual verilərkən o, buna etiraz etməyib, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün 1 saylı Vəkil bürosunun vəkili X3 təqdim edilmişdir. Həmin vaxt videoçəliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli gödəkçəsinin iç tərəfində qarın hissəsində saxladığı yaşıl sellofan torbanı çıxarıb təqdim edərək, içərisində narkotik vasitə olan marixuana olmasını etiraf etmiş və Bakı şəhəri 20 yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 70 manata aldığını bildirmişdir. Həmin vaxt onun üzərindən aşkar olunan kütlə marixuana tərəziyə qoyularaq çəkilib və onun çəkisinin 483.4 qram olduğunu görmüşdür. Şəkillər çəkilib və onun üzərində aşkar olunmuş kütlə zərfə qoyularaq DİN-nin 126 nömrəli möhürü ilə mühürlənib və ona həmin kütlənin Ədliyyə Nazirliyini Məhkəməbioloji ekspertizasına göndəriləcəyi izah olunmuşdur. Eləcə də o, ifadəsində narkotik vasitə olan qurudulmuş marixuananı 06.02.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri 20 yanvar metrostansiyanın yaxınlığında tanımadığı şəxsdən 70 manata özü istifadə etmək məqsədi aldığını, üzərində saxladığını, narkotik vasitəni aldığı şəxsin təxminən 35 yaşlarında bir nəfər olduğunu, üzü az tüklü təxminən 170 sm boyunda olduğunu, adını bilmədiyini, əynində göy cins şalvar, qara dəri gödəkçə olduğunu, eləcə də özünün heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, 06.02.2021-ci il tarixdə Sumqayıt şəhər sakini Ədalət adlı şəxsin narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, 2-ci PBnin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2, CA-üzrə kiçik inspektoru polis baş serjantı Şahid3 və kriminlastik təhqiqatlar bölməsinin inspektoru, polis mayoru Elnur Qocayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 06.02.2021ci il tarixdə saat 18:00 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisinə getmişlər. Təxminən saat 18:08 radələrində Ədalət adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin oraya gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən saxlanıldığını bildirmişlər. Sonra Təqsirləndirilən şəxs tərəflərindən üzərinə 2-ci PB-də vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılacağını izah edərək videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxsla birlikdə 2-ci PB-nə gəlmişlər. 2-ci polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs vəkil X3 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin iç tərəfində qarın hissəsində saxladığı yaşıl sellofan torbanı çıxarıb bizə təqdim etmişdir. Həmin bükülü tərəflərindən yaşıl rəngli bitki kütləsi Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulduqda həmin maddənin narkotik vasitə olan marixuana olduğunu demişdir. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, həmin narkotik vasitəni Bakı şəhəri 20 yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 70 manata aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilib, qablaşdırılaraq möhürlənib və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunub, iştirakçılara ucadan oxunub, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Eləcə də o, ifadəsində bu barədə Təqsirləndirilən şəxs soruşduqda həmin marixuananı Bakı şəhərində olarkən tanımadığı şəxsdən 70 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, Hal-hazırda mənbənin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat tədbirləri davam etdirildiyini, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəyini, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə heç bir əməliyyat məlumatı daxil olmadığını, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəyini göstərmişdir. Məhkəmədə Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 06.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.02.2021-ci il tarixli, 7/163 №-li məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş” sözləri olan zərfdəki 01(bir) ədəd sellofan bağlamanın içərisində təmiz çəkisi 460.0 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi-460,0 qram, tədqiqata sərf edildi-0,2 qram, qalıq- 459,8 qram). Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 29.04.2021-ci il tarixli, 1326 nömrəli rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 21.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-236/2021 saylı 23.05.2021-ci il tarixli qərarı ilə başqa bir cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsindəki polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-236/2021 saylı 23.05.2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı və cəza çəkmə müddətinin başlanğıcı 06 iyul 2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 08 fevral 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 459,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli (iş № 1(060)-391/2021) qərarını icra edərək, 28 may 2021-ci il tarixli 585 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 7 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 06 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsindəki polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-236/2021 saylı 23.05.2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 459,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-391/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-391/2021
06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver