Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-392/2021 26.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası CM-ni 234.1-ci maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaqla elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq ümumilikdə 0,239 qram çəkidə narkotik vasitə heroini əldə edib saxlamaqla üzərində daşımış, 04.03.2021-ci il tarixdə saat 20:11-də Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində “ Möhtəşəm “ şadlıq sarayının qarşısında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirildikdən sonra üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükümündə 0,239 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs əvvəlcə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində onun 02 mart 2021-ci il tarixdə saat 14 radələrində öz yaşadığı evdən polis əməkdaşları tərəfindən aparıldığını, onun üzərində narkotik vasitə olmadığını, 1-ci Polis bölməsində olarkən ona 234.1-ci maddə ilə ittiham elan olunacağını , razı olmadığı təqdirdə isə 234.3-cü maddə ilə ittiham elan olunacağını dediklərini, bu səbəbdən də məcbur qalıb razılaşdığını, daha sonra onu Möhtəşəm şadlıq sarayının arxasına gətirərək orada tutulması barədə çəkiliş etdiklərini bildirdi. 26 avqust 2021-cili tarixində keçirilmiş məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdə verdiyi məhkəmə iclasında verdiyi ifadəsinin həqiqətə uyğun olmadığını və özünümüdafiə xarakteri daşıdığı bildirərək ifadəsində göstərdi ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir və bədənində ağrılar olduğu üçün narkotik vasitələrdən istifadə edir. 04 mart 2021-ci il tarixindən yəni tutulmamışdan 2-3 gün əvvəl Bakı şəhəri, 20 Yanvar meteostansiyasının yaxınlığında tanımadığı şəxsdən 08 (səkkiz) manat məbləğdə öz şəxsi istifadəsi üçün 1 büküm narkotik vasitə olan heroini almış, 04 mart 2021-ci il tarixdə saat 20:11 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən “Möhtəşəm” adlı şadlıq sarayının arxası ilə gedərəkən üç nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq onu saxlamışlar və polis əməkdaşları olduqlarını bildirdikdən sonra isə narkotik vasitələri qanunsuz istifadə etməkdə və gəzdirməkdə şübhəli olduğu üçün onu saxladıqlarını üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirəçəklərini bildirərək 1-ci PB-nə dəvət etmişlər. O, polis bölməsində olarakən bölmənin xidməti otaqlarının birində vedeoçəkilş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirmişlər və onun etirazı olmamışdır. Şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən qızılı rəngli siqaret kağızına bükülmüş 1 büküm narkotik vasitə olan heroin, eləcədə şalvarının arxa sağ cibindən 1 manat pul və sol yan cibindən bir paçka siqaret aşkar edilmişdir. Sorğu zamanı həmin heroini Bakı şəhəri 20 Yanvar metrosunun yanında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 8 (səkkiz) manata aldığını bildirmişdir. Həmçinn təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, məhkumluğunun olmadığını bildirərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-da əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 04.03.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 235-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1, polis baş leytenantı Abasət Məmmədovdan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Pərvin Allahverdiyevdən və Sumqayıt ŞPİ KTB-nin inspektor-kriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində “Möhtəşəm” şadlıq sarayının yaxınlığında olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında 04.03.2021-ci il tarixdə saat 21 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisinə “Möhtəşə” şadlıq sarayıın yanına getmişlər. Orada olan zaman inspektor-kriminalist Rasim Paşayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmış, bir neçə dəqiqədən sonra əlamətləri Təqsirləndirilən şəxsla üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görüb onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş və videoçəkilişlə PB-də onun üzərində şəxsi axtarış aparılacağı izah edilərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə PB-yə aparılaraq üzərində olan əşyaları təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan bükülünü çıxardaraq təqdim etmiş, Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində narkotik vasitə olan “kakos” (heroin) olduğunu söyləmişdir. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuş, o həmin narkotik maddəni 2-3 gün əvvəl Bakı şəhəri 20 Yanvar metrosunun yanında olan zaman tanımadığı şəxsdən 08 (səkkiz) manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini söyləmişdir. Sonra PB-də xidməti otaqda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəziyə qoyulub çəkilərək qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər.Təqsirləndirilən şəxsin ilkin məhkəmə baxışında göstərdiklərinin həqiqəti əks etdirməmiş və özünü müdafiə xarakterli ifadə verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ CAŞ-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-da əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 04.03.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 235-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkilləri, Şahid2, polis baş leytenantı Abasət Məmmədovdan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Pərvin Allahverdiyevdən və Sumqayıt ŞPİ KTB-nin inspektorkriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində “Möhtəşəm” şadlıq sarayının yaxınlığında olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında 04.03.2021-ci il tarixdə saat 21 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 8ci mikrorayon ərazisinə “Möhtəşə” şadlıq sarayıın yanına getmişlər. Orada olan zaman inspektor-kriminalist Rasim Paşayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmış, bir neçə dəqiqədən sonra əlamətləri Təqsirləndirilən şəxsla üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görüb onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş və videoçəkilişlə PB-də onun üzərində şəxsi axtarış aparılacağı izah edilərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə PB-yə aparılaraq üzərində olan əşyaları təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan bükülünü çıxardaraq təqdim etmiş, Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində narkotik vasitə olan “kakos” (heroin) olduğunu söyləmişdir. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuş, o həmin narkotik maddəni 2-3 gün əvvəl Bakı şəhəri 20 Yanvar metrosunun yanında olan zaman tanımadığı şəxsdən 08 (səkkiz) manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini söyləmişdir. Sonra PB-də xidməti otaqda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəziyə qoyulub çəkilərək qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxsin ilkin məhkəmə baxışında göstərdiklərinin həqiqəti əks etdirməmiş və özünü müdafiə xarakterli ifadə verdiyini bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,239 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0,189 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınaraq və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 05.03.2021-ci il tarixli, 6/907 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «saxlanılan şəxs: “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək gütürülmü....” yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,239 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmə-kimyəvi ekspertizasının 05.03.2021-ci il tarixli, 6/907 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut kimi qiymətləndirilməli və istintaq materiallarına əlavə edilməlidir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 29.04.2021-ci il tarixli 1303 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 05.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon Məhkəməsinin 23 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.04. oktyabr 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan sayılır. İş materiallarında olan 04 mart 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixində saat 20:11-da Sumqayıt şəhərində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Pərvin Allahverdiyev tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. İş materiallarında olan 06 mart 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında Qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və onun barəsində “Polisin nəzarəti altına vermə“ növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulmasına dair 08 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-nin İş-nin 01 aprel 2021-ci il tarixli Qərarı ilə axtarış elan olunmuş Təqsirləndirilən şəxs 08 aprel 2021-ci il tarixində saat 13:10-da Corat qəsəbəsi ərazisində tutularaq istintaq orqanına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 10 aprel 2021-ci il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs barəsində 05 iyun 2021-ci il tarixinədək həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 08 aprel 2021-ci il tarixindən hesablanmışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə inzibati ərazi dairəsi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli 704 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı vardır. Sumqayıt şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə inzibati ərazi dairəsi tərəfindən verilmiş yaşayış yeri üzrə xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xaraktrizə olunmuşdur. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 16.05.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etiraf edici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyi, maddi sübutlar habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Sumqayıt şəhər Məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatət təmin olunaraq iş üzrə şahid qismində ifadə vermiş Şahid2 və Emil Həsənova məxsus mobil telefonların 04.03.2021-ci il tarixində hansı mobil rabitə operatorlarının anten əhatə dairəsində işlənməsinə dair çıxarışların alınması üçün müvafiq qərarlar mobil rabitə operatorlarına göndərilmiş və yuxarıda qeyd olunan şəxslərin mobil telefonlarının 04 mart 2021-ci il tarixdə saat 20:11-də şübhəli şəxsin tutulduğu ərazidə olması müəyyən edilmiş və bununla da Təqsirləndirilən şəxs 04 mart 2021-ci il tarixində deyil 02 mart 2021-ci il tarixində yaşadığı evdən tutulmasına dair göstərdikləri öz təsdiqini tapmamış və özünümüdafiə xarakterli ifadə olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli ərizədən də görünür ki, o, 18 iyun 2021-ci il tarixli məhkəmə iclasında verdiyi ifadəsinin həqiqətə uyğun olmadığını və özünümüdafiə xarakteri daşıdığı bildirərək ifadəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini və əvvəlki ifadəsinin Məhkəmə tərəfindən nəzərə alınmamasını bildirdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 124-cü maddəsinə əsasən cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində azyaşlı uşağının olmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əvvəllər də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasını və ona Yasamal rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini , cəzasını çəkdikdən sonra yenidən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun hələ də islah olunmadığını göstərir. Bu səbəbdən də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır.Barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,189 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 24 may 2021-ci il tarixli (iş № 1(060)-392/2021) qərarını icra edərək, 28 may 2021-ci il tarixli 576 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. "xxxx" ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,189 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan ) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. "xxxx" ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-392/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-392/2021
26.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver