Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-392/2022 25.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçiiştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-170/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 04 (dörd) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 1(001)-170/2021 saylı, xx.xx.2021ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 04 (dörd) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası “8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarının 4-cü bəndi tətbiq edilməklə 06 (altı) ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) bükümdə, təmiz çəkisi 1,011 qram narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlaması, 30 iyul 2021-ci il tarixdə saat 13:00 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 44 saylı evin yaxınlığında saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına aparılıb, orada xidməti otaqlardan birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarının sağ arxa cibindən 01 (bir) ədəd sarı rəngli sellofana bükülmüş vəziyyətdə 1,011 qram çəkidə narkotik vasitə heroinin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin yanvar ayında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. xx.xx.2021-ci il tarixdə, saat 13:18 radələrində Sumqayit şəhəri, Corat qəsəbəsi, ev 44 ünvanının yaxinlığında piyada hərəkatdə olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. O özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğu üçün saxlanıldığı izah edilmişdir. Daha sonra saxlanıldığı yerdə müvafiq şərait olmadığından sənədləşməni davam etdirmək və üzərinə şəxsi axtarış aparmaq üçün onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getmişdir. Bölmədə xidməti otaqların birində ona Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, həmin siyahını nəzərdən keçirib maddi imkanının olmadığını bildirmiş və vəkil X2 hüquqlarını müdafiə etməsini istədiyini demişdir. Bir müddət sonra vəkil Fərid Əlimərdanov ona təqdim olunmuşdur. Müdafiəçisinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış başlanandan sonra təhqiqatçı ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan oluinmuş hər hansı əşya və ya predmet varsa təqdim etsini təklif etmişdir. O, həmin vaxt əynində olan boz rəngli klassik şalvarın sağ arxa cibindan 01 (bir) ədəd sarı rəngli sellofana bükülmüş narkotik vasitə olan "kakos" çixardaraq təqdim etmişdir. Ondan qeyd olunan maddənin nə olduğunu, haradan əldə etiyini və əldə etdiyi maddənin müqabilində nə qədər pul ödədiyini soruşduqda o, həmin maddənin narkotik vasitə “kakos”, yəni heroin olduğunu, bir neçə gün əvvəl Abşeron rayonu, Saray qəsəbəsində tanımadığı şəxsdən 20 (iyirmi) manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi Şahid2 Mirmövsum oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr istifadə etməsi, üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı nənbədən məlumat daxil olmuşdur. Məlumat raportu vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməyim üçün o də əlavə edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt səhəri, Corat qəsəbəsi ərazisində pusqu qurmuşlar. Saat 13:18 radələrində Corat qəsəbəsi, ev 44 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs əlamətlərinə oxşar bir nəfər şəxsin gəldiyini görüb onu saxlamışlar. Onlar özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib ondan özünü təqdim etməsini tələb etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra saxlanılan şəxsə şəxsi axtarış istintaq hərkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olacaqlarını bildirib, ondan etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB- in inzibati binasına gətirmişlər, Sumqayıt ŞPİ-nin 1-ci PB-də təhqiqatçı Elvin Allahquliyev xidməti otaqda özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini tələb etmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçının göstərişi ilə o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Təhqiqatçı şübhəli şəxsə hüquqlarını müdafiə etməsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 təqdim etmiş, bundan sonra təhqiqatçı şübhəli şəxsə tutulmasının səbəbləri izah etmiş, videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyini bildirib Təqsirləndirilən şəxs videoçəkilişin aparılmasına etirazının olubolmadığını soruşmuş, həmçinin təhqiqatçı şübhəli şəxsə hüquq .əzifələrini izah edərək hüquq və vəzifələrin əks olunduğu bildirişi Təqsirləndirilən şəxs təqdim etmişdir. Təhqiqatçı Valehə üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ arxa cibindən 01 (bir) ədəd büküm təqdim edərək "kokos” olduğunu bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmiş, lakin saxlanılan şəxsin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisindən narkotik vasitə heroinə bənzər maddə aşkar edilmiş, həmin büküm elektron tərəzidə çəkilmişdir. X1 sualına cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümü Saray qəsəbəsi ərazisindən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 (iyirmi) manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 126 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi Şahid3 Şahid2 Mirmövsum oğlunun ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntüdən görünür ki, X1 şübhəli şəxs qismində saxlanılmış şəxsə özünü təqdim etdi və saxlanılan şəxsdən dəözünü təqdim etməsini istəməsi bildirdi. Saxlanılan şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı gətirilən şəxsə onun gətirilmə səbəbini izah edir. Bundan sonra təhqiqatçı şəxsi axtarışda iştirak edən polis əməkdaşlarına özlərini təqdim etmələrini təklif edir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı şübhəli şəxsə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 təqdim edir. Bundan sonra təhqiqatçı şübhəli şəxsə tutulmasının səbəbləri izah edib, videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyini bildirib ondan videoçəkilişin aparılmasına etirazının olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirir. Həmçinin təhqiqatçı şübhəli şəxsə hüquq vəzifələrini izah edərək hüquq və vəzifələrin əks olunduğu bildirişi ona təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının arxa sağ cibindən 01 (bir) ədəd büküm təqdim edir və “kokos” olduğunu bildirir. Təhqiqatçı sual verən zaman Təqsirləndirilən şəxs həmin bükümü Saray qəsəbəsində tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Bundan sonra həmin büküm açılaraq elektron tərəzidə ölçülən zaman çəkisinin 1,14 qram olduğu müəyyən edilir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş başqa əşyanın olub-olmamasını soruşur və şəxsin üzərinə şəxsi axtarış keçirir. Şəxsi axtarış zamanı qanunla qadağan olunmuş, sübut əhəmiyyəti kəsb edəcək əşya aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılır və iştirakçılar tərəfindən imzalanır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 31 iyul 2021-ci il tarixli, 6/3211 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün Nə 128” dairəvi möhür əksi olan, “.... Təqsirləndirilən şəxs....” sözlər, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd sellofan bükümdə təmiz çəkisi 1.011 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi - 1,011 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,961 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1257 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-392/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə barəsində secilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin 124-16023 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulmuş və Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx/xx-4965 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, , Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,961 qram narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-170/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 04 (dörd) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş 326 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 1(001)-170/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 04 (dörd) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası “8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarının 4-cü bəndi tətbiq edilməklə 06 (altı) ay azaldılmış və o, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-170/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş 326 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. İş materiallarında olan 8 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-170/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin olunmuş 01 (bir) il 04 (dörd) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası yeni təyin olunmuş cəza ilə tamamilə birləşdirilərək hazırki hökm üzrə təyin olunmuş qəti cəza müddətinə birinci hökm üzrə təyin olunmuş və çəkilmiş cəza hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,961 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65,00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-170/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin olunmuş 01 (bir) il 04 (dörd) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə tamamilə birləşdirilərək 02 (iki) il 10 (on) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-170/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən çəkilmiş 01 (bir) il 04 (dörd) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanmaqla 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi ssəkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,961 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65,00 (altmış beş) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-392/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-392/2022
25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver