Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-392/2023 06.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1969-cu ildə Gürcüstan Respublikası, Rustavi şəhərində anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, evli, orta təhsilli, işləməyən, Gürcüstan Respublikası, Qardabani şəhəri, Sovet küçəsi, ev 2, mənzil 40 ünvanında qeydiyyatda olan, faktiki olaraq Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivi, 51-ci məhəllədə fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İş üzrə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 0,342 qram narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 18 yanvar 2023-cü il tarixdə satt 17:00 radələrində həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri 45-ci məhəllə Nəriman Nərimanov küçəsində yerləşən “Pioner” marketin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin inzibati binasına gətirilib həmin tarixdə saat 17:35-də orada video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ yan kiçik cibində siqaretin gümüşü rəngli kağızma bükülmüş halda bır ədəd bükümdə 0,342 qram həmin narkotik heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, Gürcüstan Respublikasının vətəndaşı olsa da 2000-ci ildən ailəsi ilə birlikdə Azərbaycana gəlib və burada yaşayır. Azərbaycan dilində sərbəst danışa, latın qrafikası ilə yazıb, oxuya bilir. O, bir neçə müddətdir ki, narkotikdən istifadə etməyə başlamışdır. Belə ki, o, 18 yanvar 2023-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, 45-ci məhəllə adlanan ərazidə gəzərkən bir nəfər şəxslə tanış olmuş və söhbət edərkən həmin şəxsin də narkotik vasitə aludəçisi olduğunu bilmişdir. Söhbət əsnasında həmin şəxs ona narkotik vasitə sata biləcəyini bildirmiş və o, 5 manat verməklə həmin şəxsdən bir büküm narkotik vasitə olan heroin almışdır. Aldığı narkotiki şalvarının cibinə qoymuş və bir müddət gəzdikdən sonra təxminən saat 17:00 radələrində “Pioner” marketin yaxınlığında olarkən mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin qanunsuz daşınmasında, saxlanmasında şübhəli olduqlarını bildirib onlarla Polis Bölməsinə getməyi təklif etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və birlikdə bölməyə getmişlər. Bölmədə xidməti otaqların birində vəkilin iştirakı ilə onun üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Baxış keçirilməmişdən öncə ona üzərində nə varsa təqdim etməsi təklif olunmuş və o, könüllü olaraq üzərində olan əşyalarını, o cümlədən bir az öncə əldə etdiyi narkotik vasitə olan heroini cibindən çıxararq polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən açılan zaman içərisində narkotik vasitə olan heroin aşkar edilmişdir. O, sorğu zamanı narkotik vasitəni hardan və necə əldə etdiyini polis əməkdaşlarına danışmışdır. Bundan sonra həmin narkotik vasitə elektron tərəzidə çəkilərək, xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Hazırda o, etdiyi əməldən peşman olduğunu, ailəsinin yeganə qazanc gətirəni olmasının nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, 18 yanvar 2023-cü il tarixdə Bölməyə Elşad adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq məqsədilə polis leytenantı Şahid3 və cinayət axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Firdun Firdunzadə ilə birlikdə Sumqayıt şəhəri, 45-ci məhəllə deyilən əraziyə “Pioner” marketin qarşısına gəlib orada müşahidə aparmış və əlamətlərinə görə deyilən şəxsə oxşar bir nəfər şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Sorğu zamanı həmin şəxs Təqsirləndirilən şəxs İsmayı oğlu olduğunu bildirmişdir. Bundan sonra ona üzərində qanunsuz narkotik vasitələrin saxlanması və daşınmasında şübhəli olduğu bildirilmiş, bu səbəbdən ona birlikdə bölməyə getməsi təklif edilmişdir. Bölmədə xidməti otaqların birində müdafiəçinin iştirakı ilə, həmçinin video çəkiliş aparılmaqla ona üzərində axtarış aparılacağı bildirilmişdir. Axtarış keçirilməmişdən öncə isə ona üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş kütləni çıxararaq içərisində narkotik vasitə heroin olduğunu və tutulduğu gün “Pioneer” marketin yaxınlığında tanımadığı şəxsdən 5 manat ödəməklə aldığını bildirdi. Aşkar edilərək götürülmüş kütlə elektron tərəzidə çəkilmiş və 0,43 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra həmin maddə ekspertizaya göndərilməsi üçün təhqiqatçı tərəfindən qablaşdırılmış və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və məhkəməyəqədər icraat zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2023-cü il tarixli 6/324 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... “ sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,342 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 08 fevral 2023-cü il tarixli 707 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamə – arayışdan görünür ki, xx.xx.1969-cü il təvəllüdlü Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. İş materiallarında olan ******* saylı pasportdan görünür ki, xx xxxx 1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Gürcüstan Respublikasının vətəndaşıdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 0,342 qram narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 18 yanvar 2023-cü il tarixdə satt 17:00 radələrində həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri 45-ci məhəllə Nəriman Nərimanov küçəsində yerləşən “Pioner” marketin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin inzibati binasına gətirilib həmin tarixdə saat 17:35-də orada video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ yan kiçik cibində siqaretin gümüşü rəngli kağızma bükülmüş halda bır ədəd bükümdə 0,342 qram həmin narkotik heroin aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs öz əməlini səmimi etiraf etməsini və ailəsinin yeganə qazanc gətirəni olmasının məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu və CM-nin 52-1.6-cı maddəsini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü tarixədək saxlanıldığı müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı onun məhkəmə iclas zalından həbsə alındığı tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,292 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 81 (səksən bir) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Cəzasının əvvəli onun həbsə alındığı 06 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,292 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 81 (səksən bir) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə ona 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin 1 saylı Sumqayıt filialı, 09Aİİ********************, VÖEN:**********) hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-392/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-392/2023
06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver