Məhkəmə qərarları › İş №1(060)-392/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-392/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-392/2024 01.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1959-cu ildə Xocavənd rayonu, Böyük Tağlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Sumqayıt şəhəri, 10cu mikrorayon, ev 50, mənzil 38 ünvanının mətbəxində olduğu zaman onunla bir ünvanda yaşayan və həmin vaxt mətbəxdə olan arvadı Zərərçəkmiş şəxs ilə aralarında olmuş şəxsi münasibətdər zəminində baş vermiş mübahisə zamanı şüşə bankanı əlinə götürüb Zərərçəkmiş şəxs başına vuraraq Zərərçəkmiş şəxs sol-təpə alın nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası ilə müşayət olunan dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ruhi-əsəb, narkaloji və ya başqa bir xəstəliyi yoxdur. Onunla bərabər həmin ünvanda həyat yoldaşı Zərərçəkmiş şəxs və qızı X1 da yaşayır. Elnarə həyat yoldaşından boşandığı üçün onun evində yaşayır. Qızı Elnarə hər gün axşamlar məktəbin həyətində olan idman meydançasında yürüşə çıxmış və o da buna narazı olmuş və qızından günüz vaxtlarda getməsini istəmiş, bu barədə həyat yodaşı Telnaza da demişdir. Eləcə də, Telnaza qızının boşanmasına narazı olduğunu, evə gəlməməsini demişdir. Lakin bir nəticə olmamışdır. xx.xx.2024-cü il tarixdə Telnaz mətbəxdə olduğu zaman o, mətbəxə keçmiş, yenə də qızının yürüş məsələsi ilə bağlı aralarında mübahisə düşmüş, o da əsəbləşərək masanın üzərində olan şüşə bankanı əlinə götürüb Telnazın başına vurmuşdur. Sonra Telnazın başının qanadığını görüb TTY çağırmış və evinə gələn həkimlər Telnazı xəstəxanaya aparmışlar. Həmin vaxt qızı Elnarə evdə olmamış, təxminən 3 gün olar digər qızı Marqaritanın evində qonaq qalmışdır. Hadisə zamanı evdə Telnaz və ondan başqa hər hansı bir şəxs olmamışdır, səs-küyə qonşulardan hadisə yerinə hər hansı bir şəxs gəlməmiş, hadisə təxminən iki dəqiqə davam etmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı ödəmişdir, bir-birilərinə qarşı heç bir tələb və şikayətləri yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 50, mənzil 38 ünvanında olduğu zaman həyat yoldaşı Təqsirləndirilən şəxs da evdə olmuşdur. Həmin vaxt onlarla bir yerdə yaşayan ərindən boşanmış qızı Elnarə isə evdə olmamışdır. Evdə əri Qəhrəmandan və ondan başqa kimsə olmamışdır. O mətbəxdə iş görmüş, əri Qəhrəman da mətbəxə gəlmiş və aralarında söhbət edən zaman Qəhrəman ona Elnarənin boşanmasına və onlarla bir yerdə qalmasına razı olmadığını, evə gəlməməsini demiş, o da Qəhrəmana «boşanıbdır, hara getməlidir» demişdir. Bu səbəbdən Qəhrəmanla onun arasında sözlə mübahisə düşmüş, bu zaman Qəhrəman mətbəxdə masa üzərində olan şüşə bankanı əlinə götürüb onun başına vurmuş, o başından xəsarət almışdır. Sonra TTYX-na zəng edərək həkim çağırmış, bir qədər sonra həkimlər onun evinə gələrək onu xəstəxanaya aparmışlar. Hadisə zamanı səs-küyə ətrafdan qonşularan kimsə evlərinə gəlməmiş, hadisə təxminən iki dəqiqə davam etmişdir. Hazırda onlar barışmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2024-cü il tarixli, 476 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – sol-təpə alın nahiyyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmişcırılmış yarası. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə xx.xx.2024-cü il tarixdə şüşə banka ilə yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan 16 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 1228 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Tibb Ərazi Bölmələrini X3 Hüquqi Şəxs 2 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən verilmiş 109 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 08 (səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də, 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar