Məhkəmə qərarları › İş №1(060)-392/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-392/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-392/2025 27.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 04 avqust 1999-cu ildə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, D/Y Y/M, ev 4-də qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 0,556 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 23 yanvar 2025-ci il tarixdə saat 02:44-də Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Qayalı” marketin yaxınlığında küçədə 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb, hava şəraiti ilə əlaqədar yaxınlıqdakı polis sahə məntəqəsinə dəvət edilib, orda üzəri yoxlanılarkən sol ayağına geyindiyi qara rəngli corabın boğaz nahiyəsində saxladığı həmin bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq ümumilikdə 1,110 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlamış, 14 fevral 2025-ci il tarixdə saat 18:20də Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən “32 market” adlı marketin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Pİ-nə gətirildikdən sonra xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxladığı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisində 08 ədəd gümüşü rəngli siqaret kağıza bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,390 qram, 0,104 qram, 0,170 qram, 0,085 qram, 0,047 qram, 0,124 qram, 0,068 qram, 0,122 qram, ümumi təmiz çəkiləri 1,110 qram xeyli miqdarda ağ rəngli, kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilsə də, sərbəst ifadə verərkən özünü CM-nin 234.2-ci maddəsi ilə deyil, həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək bildirmişdir ki, təxminən iki il əvvəl fasilələrlə psixotrop maddə metamfetamini çəkməklə istifadə etməyə başlamışdır. Narkotikə olan tələbatını ödəmək üçün tanımadığı şəxslərdən narkotik vasitə və psixotrop maddə alıb istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə gecə saat 02:44 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən Qayalı marketin yaxınlığında tək piyada hərəkət edərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və ona nədə şübhəli olduğunu bildirib, hüquq və vəzifələrini izah edərək üzərinə videoçəkiliş aparmaqla baxış keçiricəklərini izah etmişlər. Ona üzərində qanunla saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı əşyanın olub-olmadığı, olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, o, corabının içində saxladığı bir ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra sənədləşmənin davam etdirilməsi üçün polis əməkdaşları onu polis sahə məntəqəsinə dəvət etmişlər. Sahə məntəqəsində təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Bölmədə olarkən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil təqdim olunmuşdur. Polis əməkdaşları qablaşdırılmış zərfi təqdim etmiş, həmin zərfə yenidən baxış keçirilmişdir. Qeyd edir ki, həmin maddəni Bakı şəhəri 20 Yanvar metrostansiyası yaxınlığından tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almışdır. Həmin kütlə yenidən videoçəkilişlə elektron tərəzidə çəkilmişdir. Bundan başqa sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar metrostansiyasının yaxınlığında olarkən təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı şəxsə 45 manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün bir ədəd bükümdə qablaşdırılmış, bükümün içərisində ümumilikdə 08 ədəd bükmdə psixotrop maddə metamfetamin almış və üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 18:20-də Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən “32 Market" adlı marketin yaxınlığında olarkən ona polis əməkdaşlarıı yaxınlaşıb onun qanunsuz olaraq psixotrop maddələrin əldə edilməsi, qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğundan saxlanıldığını bildirib, onu Sumqayıt ŞPİ-nə dəvət etmiş, o, etiraz etmədən ŞPİ-nə gəlmişdir. İdarədə xidməti otaqların birində ona hüquq və vəzifələrinin izahına dair bildiriş, həmçinin hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuşdur. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, üzərində qanunla saxlanılması və ya daşınması qadağan olunmuş əşya və ya predmetin olub-olmaması, olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, o əynindəki şalvarın cibində saxladığı siqaret qutusunu, digər cibində saxladığı “Samsung” markalı mobil telefonu təqdim etmiş, təqdim etdiyi siqaret qutusunun içərisinə baxış keçirilmiş, içərisində 08 ədəd bükümdə psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Bükümlər elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edilərək qablaşdırılmışdır. Üzərindən aşkar edilərək götürülmüş kağız və metal pul əskinazları özünə geri qaytarılmışdır. Üzərinə əlavə olaraq şəxsi axtarış keçirilərkən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, ilk dəfə xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri H.Zeynalabdin Tağıyev qəsəbəsində, ikinci dəfə Corat qəsəbəsində 14 fevral 2025-ci il tarixdə saxlanılmışdır. Bildirir ki, 14 fevral 2025-ci il tarixdə saxlanılarkən üzərində aşkar edilərək götürülmüş 08 ədəd bükümdə olan psixotrop maddəni satış məqsədilə deyil, yalnız öz şəxsi istifadəsi üçün almışdır. Qeyd edir ki, gün ərzidnə 01 çet (büküm) narkotik istifadə etmişdir. Bundan başqa sonuncu dəfə psixotrop maddə əldə etdiyi şəxsdən əvvəllər heç bir vaxt psixotrop maddə əldə etməmişdir. Narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olan tanıdığı şəxslər olmuşdur ki, onlar artıq tutulmuşlar. Hətta onlarla belə heç vaxt birilikdə narkotikdən istifadə etməmiş, nə həmin şəxslər ona, nə də o, həmin şəxslərə narkotik verməmişdir. Qeyd edir ki, sonuncu dəfə 20 Yanvar metrostansiyası yaxınlığında xassiyyəti uyğun gəldiyi və təsadüfən tanış olduğu şəxsə “onda psixotrop maddə olubolmadığını soruşduqda, sonuncu ondan nə qədər pulunun olduğunu maraqlanmış, o həmin şəxsə cavabında 40 manat pulunun olduğunu” bildirmişdir. Həmin şəxs ona 40 manat müqabilində 08 bükümdə psixotrop maddə metamfetamin vermişdir. Həmin sayda psixotrop maddəni alması sırf təsadüdüfən baş vermişdir. O, əldə etdiyi psixotrop maddəni özü hissələrə bölməmiş, məhz bükümlər şəklində almışdır. Gün ərzində yalnız bir dəfə bir büküm istifadə etmişdir. Həmin psixotrop maddələri 08 gün ərzində istifadə edəcəkmiş. Eyni zamanda bildirmişdir ki, Sumqayıt şəhəri ərazisində butulka istehsal edən zavodda operator işləmiş və aylıq 1000 manat əmək haqqı almışdır. O, gün ərizndə təxminənə 5-10 manat narkotikə pul xərcləmişdir. İndiyədək bu qədər sayda heç bir vaxt psixotrop maddə almamışdır. Əməlində səmimi peşmandır. Ədaləti cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Hafıs oğlu ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin CAŞ-nə Vidadi adlı şəxsin narkotik vasitələrin istifadə edilməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 18:20-də Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən “32-market” adlı marketin yaxınlığında saxlanılmışdır. Ona özlərini təqdim edib, nədə şübhəli olduğunu izah edib, birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilməklə, video kamera ilə üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşya olub-olmaması, olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, o, üzərində narkotik vasitə olduğunu təsdiq edərək əynindəki şalvarın cibindən bir ədəd siqaret qutusunu, bir ədəd mobil telefonu, alışqanı, metal və kağız pulları çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə əlavə şəxsi axtarış keçirilsə də, onun üzərindən digər qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Metal və kağız pul əskinazları onun özünə geri qaytarılmış, təqdim edilmiş siqaret qutusunun içərisinə baxış keçirilərkən xatırladığı qədərilə qutunun içərisindən siqaret dənələri ilə birlikdə bir ədəd kağız büküm, həmin kağız bükümün içərisindən səkkiz ədəd siqaret kağızına bükülmüş bükümlər aşkar edilmişdir. Bükümlərin hər birinin içərisində kristalşəkilli maddələr olmuşdur. Bükümlər elektron tərəzidə çəkilmiş, çəkiləri müəyyən edildikdən sonra aşkar edilmiş mobil telefonla birlikdə ayrı ayrı zərflərə qablaşdırılmışdır. Məhkəmə iclasında Şahid1 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, istintaq orqanına şəxsin satışla məşğul olmasını təsdiq edə biləcək hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Şahid2 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı şəxsin narkotik vasitələni gəzdirməsi, daşınması və istifadəsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onda əməliyyat məlumatı olmamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə ifadə verdiyini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, ifadəsində göstərmişdir ki, 2ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş, bu məqsədlə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 02:44 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən Qayalı marketin yaxınlığında küçədə bir nəfər şəxsin tək hərəkət etdiyini görüb, ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar Təqsirləndirilən şəxs nədə şübhəli olduğunu bildirib, hüquq və vəzifələrini izah etmiş, videoçəkilişlə üzərinə baxış keçirmişlər. Onlar Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını, olduğu təqdirdə təqdim etməsini təklif etmiş, sonuncu ayağında olan corabın içindən bir ədəd bükümü çıxardaraq təqdim etmişdir. Həmin büküm götürülmüş, içərisinə baxış keçirilərkən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olduğu müəyyən edilmiş, həmin büküm qablaşdırılaraq götürülmüşdür. Bundan sonra birlikdə 2-ci PB-nə gəlmişlər. X9 hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil təqdim olunmuş, videoçəkilişlə Salahovdan götürülmüş və müvafiq qaydada qablaşdırılmış zərf təhqiqatçıya təqdim edilmişdir. Zərfə təkrarən baxış keçirilmiş yenidən qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikdən sonra ibtidai istintaq zamanı şahid qismində ifadə verən şahidlər Şahid6, Şahid5 ifadələri elan edilərək tədqiq edilmiş, müəyyən edilmişdir ki, həmin şahidlər ibtidai istintaq zamanı Şahid3lə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ŞPİ-nin rəisinə ünvanladığı xx.xx.2025-ci il tarixli Raportda “Vidadi adlı şəxsin dəqiq və qərəzsiz mənbədən daxil olmuş məlumatın, o cümlədən vətəndaşların sorğusu əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsi barədə məlumat daxil olması” göstərilmişdir. (i.v.03); Sumqayıt ŞPİ-nin CAŞ-nin rəisi polis-polkovnik leytenantı Cabir Niftəliyevin ŞPİ-nin rəisinə ünvanladığı xx.xx.2025-ci il tarixli Raportda “xx.xx.1999-cu il təvəllüdlü ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə CAŞ məlumat daxil olması” göstərilmişdir. (i.v.06); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 14 fevral 2025-ci il tarixdə protokolda Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 14 fevral 2025-ci il tarixdə, saat 18:20 dəqiqədə tutulduğu qeyd edilmişdir. (i.v.19); Təqsirləndirilən şəxs 16 fevral 2025-ci il tarixdə CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 51-52); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 16 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v.59-61); Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-41/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.74-75); “Cinayət işi üzrə əməlin tövsif edilməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi ilə birləşdirilərək ********* saylı nömrə altında bir icraatda davam etdirilmişdir.(i.v. 78-79); “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 yanvar 2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 82); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 23 yanvar 2025-ci il tarixdə, saat 02:44 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 104); Təqsirləndirilən şəxs 24 yanvar 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 144-145); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v. 153); “Təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v. 158-160); “Şəxsi axtarışın keçirilməsi haqqında” 14 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı Elnur Feyzullayev özünü təqdim edir, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli maddələri və psixotrop maddələri əldə etməsi, qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nə daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Pİ-nə gətirilməsi barədə məlumat verir, şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 olduğunu təqdim edir, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir, üzərində qanunla saxlanması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilir, sonuncu əynindəki şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunu, arxa sağ cibindən bir ədəd mobil telefonu, bir ədəd alışqanı, metal pullam, sol yan cibindən kağız pul əskinazım çıxararaq təqdim edir. Aşkar edilərək götürülmüş metal və kağız pul əskinazları sonuncuya geri qaytarılır, təqdim edilmiş siqaret qutusunun içərisinə baxış keçirilərkən qutunun içərisindən siqaret dənələri ilə birlikdə bir ədəd kağız bükümün, həmin kağız bükümün içərisindən səkkiz ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlərin aşkar edilir, bükümlərin içərisinə baxış keçirilərkən hər birinin içərisində ağ rəngli, kristalşəkilli maddələrin olduğu müəyyən edilir. Bükümlər elektron tərəzidə çəkilir çəkilərinin 1,55 qram təşkil etdiyi müəyyən edilir. Aşkar edilmiş mobil telefonla birlikdə həmin bükümlər xüsusi qaydada qablaşdırılır. (i.v 27-28). “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 23 yanvar 2025-ci il tarixli protokolundan görünür ki, tədbirin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsini və ətraf əraziləri əks etdirdiyi, video görüntünün əvvəlində hər iki tərəfində fərdi yaşayış evləri yerləşən küçədə bir nəfər şəxsin hərəkət etdiyinin göründüyü, bu cür video görüntünün bir neçə saniyyə davam etdikdən sonra həmin şəxsə arxa tərəfindən iki nəfər şəxsin yaxınlaşdıqları və onu saxladıqları, daha sonra oraya başqa bir mülki geyimli şəxsində yaxınlaşaraq özünü saxlanılmış şəxsə təqdim edərək Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid6 olduğunu bildirir. Saxlanılmış şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Həmin şəxsə nədə şübhəli olduğu izah edilir. Bundan sonra həmin şəxsə üzərində yoxlama aparacağını bildirərək, ordakı şəxslər yaxınlıqda yerləşən polis sahə məntəqəsinə dəvət edilir, təklifdən sonra həmin şəxslər inzibati binaya tərəf gedirlər və içəri daxil olurlar. Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi təklif edilir. O, sol ayağına geyindiyi corabın boğaz nahiyəsindən bir ədəd bükümü çıxarıb təqdim edir, aşkar edilmiş büküm elektron tərəzidə çəkilir, çəkisinin 0,74 qram olması müəyyən edilir. Həmin büküm zərfə qablaşdırılır. (i.v. 91-92); “Təqdim olunan əşyaların götürülməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı X8 Salahovun nədə şübhəli olması barədə 2-ci PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi ərazisində yerləşən “Qayalı” marketin yaxınlığında 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq üzərinin yoxlanıldığını, həmin vaxt Salahovun üzərindən psixotrop maddəyə bənzər maddələrin aşkar edilərək qablaşdırılmaqla götürüldüyünü, götürülmüş psixotrop maddənin təqdim edildiyi barədə məlumat verilir. Həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir, hüquq və vəzifələrinin izahına dair yazılı bildirişdə təqdim edilir. Bükümə baxış keçirilərkən içərisindən kristal şəkilli maddənin aşkar edildiyi, elektron tərəzidə çəkildiyi, büküm elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 0,72 qram olmasının müəyyən edilir.. (i.v. 113-114) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/706 nömrəli 15 fevral 2025-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Saxlanılan şəxs Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki ümumilikdə səkkiz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,390 qram, 0,104 qram, 0,170 qram, 0,085 qram, 0,047 qram, 0,124 qram, 0,068 qram, 0,122 qram, ümumi təmiz çəkisi 1,110 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi - 1,110 qram, tədqiqata sərf edildi - 0,080 qram, qalıq - 1,030 qram. (i.v. 37-41) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/345 nömrəli 23 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 126” dairəvi möhür əksi olan, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,556 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,556 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq -0,506 qram. (i.v. 129-133); AR Səhiyyə Nazirliyi Respublika X7 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 608 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 208-209); Azərbaycan Respublikası SN “MTE və PAB” Publik hüquqi şəxsinin 88 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət izi aşkar edilməmişdir. (i.v. 136-138) Məhkəmə istintaqı zamanı tədqiq edilən disklərə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması öz təsdiqini tapmışdır. Sumqayıt ŞPİ-nin 2-ci PB-nin rəisi Bəhruz Qulamov ŞPİ-nin İstintaq Şöbəsi tərəfindən verilmiş əməliyyat tapşırığına cavab olaraq ŞPİ-nin rəsinə ünvanladığı məktubda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmasa da, uzun müddətdir heroin və metamfetamin kimi narkotik vasitələrdən istifadə etdiyi qeyd edilmişdir. (i.v.173) Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəisi Sadiq Heydərov ŞPİ-nin İstintaq Şöbəsi tərəfindən verilmiş əməliyyat tapşırığına cavab olaraq ŞPİ-nin rəsinə ünvanladığı məktubda Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi şəxs və ya şəxslərin şəxsiyyəti, olduğu yer və əlaqələrini müəyyən edilməsinin mümkün olmadığını, həmin şəxs və ya şəxslərin şəxsiyyətlərini müəyyən etmək istiqamətində tərəflərindən əməliyyat, axtarış tədbirlərinin davam etdirildiyi, həmçinin Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi keçirdiyi, saxlanılmamışdan öncə narkotik vasitə və psoxotrop maddələrin daşınması, satışı və qəbulu ilə məşğul olması, lakin Təqsirləndirilən şəxs narkotik vasitə və psixtorop maddələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən edilmədiyi və onun narkotik vasitələrin və psixotrop maddələrin satışı, qəbulunda şübhəli olan şəxslərlə əlaqəsinin müəyyən edilmədiyi qeyd edilmişdir. (i.v.193) DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v.167-168); xx.xx.2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Salahovun üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, laki cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edən hal aşkar edilməmiş, mobil telefon Təqsirləndirilən şəxs qardaşı X5 geri qaytarılmışdır. (i.v. 191-192) “Sübutların qiymətləndirilməsi haqqında” 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.2-ci madddələrinə ilə elan edilmiş ittiham və barəsində Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi ekspertizasının və məhkəmənarkoloji ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ilkin təmiz çəkisi 0.556 qram və 1.110 qram olan, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.506 qram və 1.030 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, “şəxsi axtarış və götürmə haqqında” 02 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini qanunsuz olaraq satmış şəxsin və həmin cinayətlərin törədilməsində iştirak etmiş digər şəxslərin barəsində materialın ayrılarq həmin material üzrə araşdırılmasının davam etdirilməsi qərara alınmışdır (i.v. 210- 227); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prossessaul Məcəlləsinin, 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. 145.3-cü maddəsinə görə isə ittihamm sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə toplanmış sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış və daşımış, lakin bunu satış məqsədi ilə etməmişdir. Göstərilənlərlə bərabər, tədqiq edilmiş sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı olduğu halda, həm ittiham aktından, həm də cinayət işinin materiallarından sonuncuya qarşı irəli sürülmüş bu ittihamın əsasını yalnız Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddənin bükümlərinin sayının təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində həmin gün məhz hansı səbəbdən üzərində 08 ədəd bükümdə psixotrop maddənin olduğunu, həmin bükümlərin kim tərəfindən hissələrə bölündüyünü və psixotrop maddəni hansı qiymətə və hansı şəkildə əldə etməsi barədə səmimi ifdalər vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da eyni məzmunlu ifadə vermişdir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin Sumqayıt şəhərində yerləşən zavodlardan birində operator işləməsini, aylıq 1000 manat məbləğində əmək haqqı almasını nəzərə alaraq hesab edir ki, sonuncu gündəlik 5-10 manat dəyərində şəxsi istifadəsi üçün psixotrop maddə almaq üçün yetərli imkana malik olmuşdur. Göründüyü kimi xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə satan şəxsdən ona psixotrop maddə lazım olduğunu bildirdikdə sonuncu ondan sadəcə nə qədər pulunun olduğunu soruşmuş, o, həmin şəxsə cavabında 40 manatının olduğunu bildirdikdə həmin şəxs ona həmin pul müqabilində məhz 8 ədəd xırda bükümlər şəklində psixotrop maddə metamfetamin satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi kimi ehtiyacı olduğu təqdirdə psixotrop maddəyə çatımlılığının asan olmadığını nəzərə alsaq onun 8 gün ərzində istifadə etmək üçün 08 ədəd bükümdə psixotrop maddəni öncədən almasını məhkəmə ağlabatan hesab edir. Məhkəmə bu xüsusatı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni satmaq niyyəti olmamış, verdiyi ifadəsi səmimi ifadələr kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin dəlillərini, işin hallarını nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını gücləndirəcək əlavə heç bir sübut əldə etməmişdir. Məhkəmə hesab edir ki, narkotik vasitənin bükümlərinin sayı özü-özlüyündə ayrılıqda, digər hər hansı sübut olmadan Təqsirləndirilən şəxs məqsədinin məhz satış məqsədi olmasının həlledici meyarı kimi çıxış edə bilməz. Təqsirləndirilən şəxs məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı sübut iş materialında mövcud olmamışdır. Deyilənlərin təsdiqi kimi nəzərə almaq lazımdır ki, ibtidai istintaqı aparan orqan tərəfindən Təqsirləndirilən şəxs hər iki epizod üzrə götürülmüş psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmasının yoxlanması, habelə həmin şəxsin cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi barədə əməliyyat tapşırıqları verilmişdir. Həmin əməliyyat tapşırıqları araşdırılmış, tapşırıqları araşdıran müvafiq olaraq 2-ci PB-nin rəisi ŞPİ-nin İstintaq Şöbəsi tərəfindən verilmiş əməliyyat tapşırığına cavab olaraq ŞPİ-nin rəisinə ünvanladığı məktubda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmasa da, uzun müddətdir heroin və metamfetamin kimi narkotik vasitələrdən istifadə etdiyi, 1-ci PB-nin rəisi isə ŞPİ-nin İstintaq Şöbəsi tərəfindən verilmiş əməliyyat tapşırığına cavab olaraq ŞPİ-nin rəsinə ünvanladığı məktubda Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi şəxs və ya şəxslərin şəxsiyyəti, olduğu yer və əlaqələrini müəyyən edilməsinin mümkün olmadığını, həmin şəxs və ya şəxslərin şəxsiyyətlərini müəyyən etmək istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyi, həmçinin Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi keçirdiyi, saxlanılmamışdan öncə narkotik vasitə və psoxotrop maddələrin daşınması, satışı və qəbulu ilə məşğul olması, lakin Təqsirləndirilən şəxs narkotik vasitə və psixtorop maddələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən edilmədiyi və onun narkotik vasitələrin və psixotrop maddələrin satışı, qəbulunda şübhəli olan şəxslərlə əlaqəsinin müəyyən edilmədiyini qeyd etmişlər. Məhkəmə hesab edir ki, təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməsini, saxlamasını və daşımasını təsdiq edən hər hansı bir mötəbər sübut məhkəmə istintaqında müəyyən edilməmiş, o cümlədən ibtidai istintaq orqanı bu halı təsdiq edən sübutları əldə etməmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddələrin 08 ədəd bükümdə olmasından başqa sonuncunun aşkar olunmuş psixotrop maddəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud olmamışdır. Bundan başqa iş materiallarından da görünür ki, əməliyyat məlumatının daxil olduğu CAŞ əməliyyat müəvəkkili polis kapitanı Şahid1, eyni zamanda CAŞ-nin rəisi polispolkovnik leytenantı Cabir Niftəliyev ŞPİ-nin rəisinə ünvanladıqları xx.xx.2025-ci il tarixli Raportlarda yalnız Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə CAŞ-nə məlumat daxil olduğunu bildirmişlər. Göründüyü kimi əməliyyat axtarış tədbirinin keçirilməsinə əsas olan ilkin məlumat şəxsin məhz narkotik vasitələrinin şəxsi istehlakı ilə bağlı olmuş, həmin məlumat əsasında əməliyyat axtarış tədbiri keçirilmiş, şəxs saxlanıldıqdan sonra onun üzərindən aşkar edilmiş bükümlərin sayı ilə ibtidai istintaq orqanı onun narkotik vasitənin satışı və ya satmaq niyyətinin olması qənaətinə gəlmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə iclasında əməliyyat qrupunun üzvü polis əməkdaşı Şahid2 ona ünvanlanmış suallara cavab olaraq əməliyyat məlumatının şəxsin narkotik vasitələri gəzdirməsi, daşınması və istifadəsi ilə bağlı olduğunu bildirmişdir. Şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onda əməliyyat məlumatı olmamışdır. İbtidai istintaq zamanı Salahovun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə ifadə verməsini xatırlamadığını bildirmişdir. Əməliyyat qrupunun üzvü polis əməkdaşı Şahid2 da onda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı deyil, sonuncunun məhz həmin maddələrin qanunsuz olaraq istifadə edilməsi və gəzdirilməsi barədə məlumatın olmasını məhkəmə iclasında bir daha təsdiq etmişdir. Məhkəmə hesab edir ki, hər hansı sübuta söykənməyən yalnız ehtimala əsaslanan formal xarakterli fərziyyələr əsasında şəxsə CM-nin 234.2-ci maddəsi ilə ittiham verilə bilməz. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyildir. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə ədalətsiz olmaqla yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət mühakimə icraatı zamanı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması müəyyən olunmadı. Başqa sözlə məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şəxsi mülahizələrə, ehtimal və şübhələrə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə qeyd edir ki, göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs özünün CM-nin 234.1-ci maddəinə münasibətdə etirafedici ifadəsindən əlavə onda narkomaniya xəstəliyinin aşkar olunması onun narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olmasını bir daha təsdi edir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 08 ədəd bükümdə psixotrop maddə olan metamfetaminin ümumi çəkisinin 1.110 qram, həmçinin digər epizod üzrə aşkar edilmiş psixotrop maddə metamfetaminin 0.556 qram olması özünün istifadə etməsinə dair dəlil və mövcüd sübütları gücləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən psixotrop maddə metamfetaminin 0.15 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdarın minimum həddindən artıq miqdar hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 14-cü bəndinə görə CM-in 234.4.2-ci maddəsi ilə həmin Məcəllənin məhz 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, yəni narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi CM-in 234-cü maddəsində nəzərdə tutulmadığından, əvvəllər CM-in 234.1 və ya 234.1-1-ci maddəsində göstərilən cinayəti törətmiş şəxs tərəfindən eyni əməllərin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Belə hallarda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda və ya külli miqdarda və ya xüsusilə külli miqdarda bir neçə dəfə əldə etmə, saxlama, daşıma, emal etmə, hazırlama əməli hər bir əməldə narkotik vasitənin (psixotrop maddənin) miqdarı xeyli miqdar olduqda - CM-in 234.1-ci maddəsi, külli miqdar olduqda – CM-in 234.1-1-ci maddəsi, xüsusilə külli miqdar olduqda – CM-in 234.4-1-ci maddəsi ilə tövsif olunmalı, CM-in 234.1-ci və ya 234.1-1-ci və ya 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını olmasını CM-nin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə cinayətin təkrar törədilməsi CM-nin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Vidadi Salhovun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddələrin miqdarlarının xeyli miqdarın minimum həddindən bir neçə dəfə çox olmasını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, əməlindən səmimi peşman olmasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 146 manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılantədqiqatdan sonra qalıq qalmış 0.506 qram və 1.030 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 08 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 88 (səksən səkkiz) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 yanvar 2025-ci il tarixdən 24 yanvar 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 14 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 146 (bir yüz qırx altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0.506 qram və 1.030 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar