Məhkəmə qərarları › İş №1(060)-393/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-393/2022

30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-393/2022 30.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 1981-ci ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-natamam təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Yeni-Yaşma kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2nın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 29 oktyabr 2021-ci il tarixdə saat 19:00 radələrində işlədiyi “X4 Sənayi və Ticaret Anonim Şirkəti” MMC-nin "xxxx" QSC-nin Xızı rayonu, Yaşma kəndi ərazisindən keçən dəmir yolu xəttləri ərazisində yerləşən ofisində olarkən iş yoldaşı Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq "xxxx" QSC-nin H.Z.Tağıyev çeşidləmə dəmir yolu stansiyası ərazisindən dəmir yoluna məxsus kabeli oğurlayaraq həmin ərazidə gizlətməsini bildirməklə həmin kabelin dəmir yolu ərazisindən çıxarılmasına və satılmasına köməklik edilməsini təklif etməsindən sonra, sonuncunun təklifi ilə razılaşaraq Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin əraziyə gedərək qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə 672 (altı yüz yetmiş iki) manat dəyərində olan 80 metr uzunluğunda “SPBU 21x1” markalı kabeli götürmüş, yəni qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakı əldə etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, "xxxx" QSC ilə müqavilə əsasında yeni dəmir yolu xəttləri çəkən "xxxx" MMC-də bir ilə yaxın fəhlə işləmiş, hazırda həmin şirkətdə işləmir. Beləki o, 29 oktyabr 2021-ci il tarixdə saat 18-19 radələrində işdə çıxdığı vaxtlarda həmin şirkətdə onunla işləyən tanışı və həmkəndlisi Rəhman ona yaxınlaşmış, H.Z.Tağıyev çeşidləmə stansiyası ərazisində yerləşən dəmir yolu xəttlərinə aid kabelləri gizli söküb kənara gizlətdiyini ona demişdir. Rəhman həmin kabelləri özü apara bilmədiyi üçün ondan həmin kabelləri köməklik edərək qoyduğu yerdən aparıb kənar yerdə gizlətməklə sonra metal qəbulu məntəqələrindən birinə təhvil verilməsini xahiş etmişdir. O, Rəhmanla razılaşmış, onunla birlikdə gedib kabelləri həmin yerdən götürmüş, H.Z.Tağıyev çeşidləmə stansiyasından kənarlaşanda onlara polis əməkdaşı yaxınlaşmış, kabeli hara apardıqlarını, kabeli hardan əldə etdiklərini soruşmuş, onlar da hər şeyi olduğu kimi etiraf etmişlər. Bundan sonra polis əməkdaşı onların hər ikisini Baş Sumqayıt st. XPB-nə dəvət etmişdir. Hal-hazrda o cinayət əməli nəticəsində dəymiş maddi ziyanı tam ödəmişdir və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. O, barəsində amnistiya aktının tətbiq olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə tərəfindən onun barəsində amnistiya tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə ona elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xızı rayonu ərazisindən keçən dəmir yolu xəttləri ilə müqavilə əsasında dəmir yolu xəttləri çəkən "xxxx" MMC-də bir ilə yaxın müddətdə fəhlə işləmiş, hazırda həmin şirkətdə işləmir. Beləki o, 29 oktyabr 2021-ci il tarixdə saat 18:00 radələrində işlədiyi "xxxx" MMC-dən işdən çıxıb evə gedən vaxtı oradan bir qədər məsafədə yerləşən dəmir yolu xəttləri ilə gəzərək Sumqayıt çeşidləmə stansiyası ərazisinə getmiş, dəmir yolu xəttlərinin kənarında uzun bir rabitə kabelini görmüş, həmin vaxt ətrafa baxıb yaxınlıqda hər hansı bir şəxsin olmadığından əmin olmuş, həmin kabeli əli ilə dartıb sökərək dəmir yolu xəttlərinin yaxınlığında olan təpənin arxasına qoyaraq gizlətmiş, sonra gedib iş yerindən həmkəndlisi Elməddinə dəmir yolu xəttlərindən kabeli gizli sökməyi barədə danışmış, Elməddindən dəmir yolu xəttləri gizli çıxardaraq kənara qoyduğu kabeli aparıb gizlədilməsinə və sonradan metal qəbulu məntəqələrindən birinə sataraq pul əldə edilməsinə ona köməklik etməsini xahiş etmişdir. O da onunla razılığa gəlmiş, sonra Elməddinlə H.Z.Tağıyev çeşidləmə stansiyası ərazisinə getmiş, kabeli götürüb dəmir yolu xəttlərindən aralandıqda onlara polis əməkdaşı yaxınlaşmışdır. Həmin vaxt polis əməkdaşı özünü təqdim etmiş, onlardan həmin kabeli haradan əldə etdiklərini və kabeli hara apardıqları barədə soruşmuşdur. O da hər şeyi olduğu kimi etiraf etmiş, bundan sonra həmin polis əməkdaşı onları Baş Sumqayıt st. XPB-nə dəvət etmişdir. Halhazrda o cinayət əməli nəticəsində dəymiş maddi ziyanı tam ödəmişdir və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə ifadəsi elan edilmiş zərərçəkmiş şəxs Nümayəndə ifadəsində göstərmişdir ki, o, "xxxx" QSC-nin 01 nömrəli H.Z.Tağıyev İşarəvermə və Rabitə sahəsinin böyük elektrik mexaniki vəzifəsində işləyir. ********* saylı cinayət işində zərər çəkmiş şəxsin, yəni "xxxx" QSC-nin nümayəndəsi kimi iştirak edir. 29 oktyabr 2021-ci il tarixində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ADY QSC-nin 01 nömrəli H.Z.Tağıyev İşarəvermə və Rabitə sahəsinə vurulmuş maddi ziyanın ümumilikdə 672 (altı yüz yetmiş iki) manat dəyərində hesablanmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs "xxxx" QSC İnfrastruktur Departamentinin 1 nömrəli H.Z.Tağıyev İşarəvermə və Rabitə Sahəsinin rəisi İldırım Məmmədov tərəfindən verilmiş 236 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən H.Z.Tağıyev çeşidləmə stansiyasından kabellərin oğurlanması nəticəsində vurulmuş 672 (altı yüz yetmiş iki) manat maddi ziyan tam ödənilmişdir. Onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə baxışlarını onların iştirakı olmadan keçirilməsini və təqsirləndirilən şəxslərə hər hansı bir cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, "xxxx" QSC-nin 01 nömrəli işarəvermə və rabitə sahəsində böyük dipeçer vəzifəsində işləyir. 29 oktyabr 2021-ci il tarixdə işdə olarkən Baş Sumqayıt st. XPB-nin əməkdaşları onu Baş Sumqayıt st. XPB-nə dəvət etmiş, bölmədə sonradan adı ona məlum olan Rəhman adlı şəxsin H.Z.Tağıyev çeşidləmə stansiyası ərazisindən dəmir yolu xəttlərinə aid olan 80 metr uzunluğunda kabeli oğurladığı və yanında olan Elməddin adlı şəxsin həmin kabeli Rəhmana köməklik edərək satmaq üçün çeşidləmə stansiyasından apardıqları və apararkən polis əməkdaşı tərəfindən saxlanıldıqları məlum olmuşdur. Bununla bağlı təhqiqatçı tərəfindən kabelə keçirilən baxışda iştirak etmək ona təklif olunmuş, o da etiraz etmədən razılaşmışdır. Baxış zamanı həmin kabel 80 metr uzunluğunda olmaqla “SPBU markalı 21x1 tipli” 01 nömrəli H.Z.Tağıyev işarəvermə və rabitə sahəsinə məxsus kabel olması və həmin kabelin H.Z.Tağıyev çeşidləmə stansiyasının cüt boğazından aparıldığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 19 noyabr 2021-ci il tarixli 9/7952 saylı rəyindən görünür ki, 80 metr uzunluğunda “SPBU 21 X 1 markalı” kabel 762 (80 metr x 8, 40 m) manat, ümumi dəyərləri 448 (dörd yüz qırx səkkiz) manat təşkil edir. İş materiallarında olan qətiman tədbiri seçilməsi barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş matertiallarında olan Xızı rayon İcra Haimiyyəti Başçısının Yeni Yaşma kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 03 nömrəli, xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş matertiallarında olan Xızı rayon İcra Haimiyyəti Başçısının Yeni Yaşma kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 46 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir, himayəsində 01 (bir) azyaşlı və 02 (iki) yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən "xxxx" QSC-yə vurmuş olduğu 672 (altı yüz yetmiş iki) manat maddi ziyan ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 177.2.1, 177.2.3-2 və 194.2.2-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 01 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, əməlindən peşman olmasını və səmimi etirafını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “8Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində amnistiya tətbiq edilməli, o məsuliyyətdən azad olunmalı və cinayət təqibinə xitam verilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr– Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar