Məhkəmə qərarları › İş №1(060)-393/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-393/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-393/2023 19.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qubadlı rayonu Mahruzlu kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri 49- cu məhəllə ev 126-da yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdə saat 00:10 radələrində Sumqayıt şəhəri 42-ci məhəllə 5 saylı binanın qarşısından tanışı Zərərçəkmiş şəxs məxsus 4250 manat dəyərində 1990-cı il istehsalı, “Mersedes Benz 190” markalı, 4-CF-809 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qəsdən qanunsuz ələ keçirib idarə edərkən Sumqayıt şəhəri 17-ci mikrorayon X5 küçəsində yerləşən “Daş bazarı’nın yaxınlığında Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq avtomobil ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gətirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində qeyd etdi ki, Zərərçəkmiş şəxs ilə arasında yaxın dostluq münasibətləri olmuşdur. Lakin sonradan aralarında olan münasibətlər əvvəlki qədər səmimi olmamışdır. 09 oktyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri 42-ci məhəllə, 5 saylı binanın yaxınlığında olduğu vaxt saat 00:00 radələrində Elməddinin idarə etdiyi Mersedes Benz 190 markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin yerə gəldiyini görmüş, Elməddin və onun dostu İlkin avtomobildən düşmüşdür. İlkin maşının yanında qalmışdır. İlkinin yanına gedərək onunla görüşmüş, İlkindən maşının kimə məxsus olmasını soruşduqda İlkin də avtomobilin Elməddinə məxsus olduğunu və təzə aldığını bildirmişdir. Avtomobil idarə etmək həvəsinə düşdüyünə görə Elməddinə məxsus avtomobili götürüb idarə etmək istəmişdir. X4 icazəsiz avtomobili idarə etməməyi demiş, ona görə də avtomobilin içərisinə baxan zaman açarın mühərrik işə salıcısının üzərində olduğunu gördüyü üçün avtomobilə əyləşib mühərrikini işə salaraq oradan uzaqlaşmışdır. Avtomobili oradan birbaşa Bakı şəhərinə sürmüş, bir qədər Bakı şəhəri ərazisində avtomobili idarə etdikdən sonra Sumqayıt şəhərinə geri qayıtmaq istəmişdir. Geri qayıdan zaman 20 Yanvar metrostansiyasının yaxınlığına gəlmişdir ki, oradan Sumqayıt şəhərinə aparmaq üçün hər adama 1 manat pul alaraq dörd nəfər sərnişin götürüb Sumayıt şəhərinə getsin. 20 Yanvar metrostansiyasının yaxınlığnda bir qədər gözləyib 4 nəfər sərnişin götürdükdən sonra Sumqayıt şəhərinə yola düşmüş, Sumqayıt şəhəri ərazisində 3 nəfər sərnişin maşından düşmüş, bir nəfər isə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində “Səməd” marketin yaxınlığında maşından düşəcəyini bildirmişdir. Ona görə də 9-cu mikrorayon istiqamətində hərəkətdə olduğu zaman 17-ci mikrorayon ərazisində X5 küçəsində “Daş bazarı”nın yaxınlığında yol polisi əməkdaşı idarə etdiyi avtomobilə işarə edərək saxlatmışlar. Həmin vaxtı Fiat markalı avtomobillərdə PPX əməkdaşları da oraya yaxınlaşmışdır. Bundan sonra avtomobildən düşmüş və ona məlum olmuşdur ki, Elməddin ona məxsus avtomobili qaçırmağı ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, barəsində Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə şikayət ərizəsi yazmışdır. Bundan sonra onu və avtomobildə olan sərnişini ayrı-ayrı post-patrul xidməti əməkdaşları olan “Fiat” markalı avtomobilə mindirib 1-ci polis bölməsinə gətirmişlər. 1-ci polis bölməsində avtomobili qaçırdığını səmimi etiraf etmişdir. İlkinə avtomobili sürüb aparacağını deməmişdir. Avtomobili qaçırmaqda oğurlamaq və ya hanısa bir detalını dəyişdirmək məqsədi olmamış, sadəcə idarə etmək həvəsində olduğundan və özünün avtomobili olmadığından Elməddinə məxsus avtomobili qaçıraraq idarə etmişdir Sərnişin olaraq 20 Yanvar metrosundan görürdükləri müştərilər avtomobili qaçırmağından məlumatları olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasına videokonfrans vasitəsi ilə qoşulmuş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, **-CF-*** dövlət qeydiyyat nişanlı Mersedes Benz 190 markalı avtomobil ona məxsusdur. Həmin vaxtı avtomobilin adına rəsmiləşdirilməsi vaxt apardığından, eləcə də rüsumu ödəməyə artıq pul lazım olduğuna görə avtomobili baş etibarnamə əsasında almışdır. Sumqayıt şəhəri 49-cu məhəllədə yaşayan Təqsirləndirilən şəxs ilə əvvəllər arasında səmimi münasibətləri olmuş, lakin sonradan Vüqar ilə münasibətləri əvvəlki kimi olmamışdır. 09 oktyabr 2022-ci il tarixdə gecə saat 00:10 radələrində idarə etdiyi avtomobillə dostu İlkini evlərinə düşürtmək üçün Sumqayıt şəhəri 42-ci məhələyə gedərək onun yaşadığı 5 saylı binanın qarşısında avtomobili saxlamışdır. Bundan sonra avtomobilin mühərrikini söndürsə də, açarları üstündə saxlayıb avtomobildən düşüb siqaret almaq üçün yaxınlıqda yerləşən dükana getmişdir. İlkin isə maşının yanında qalmışdır. 5 dəqiqə sonra geri qayıdan zaman avtomobilin yerində olmadığını görmüşdür. İlkindən maşının harada olmasını soruşan zaman İlkin Vüqarın oraya gələrək özbaşına maşına əyləşib idarə edərək getdiyini, onun arxasınca səslənsə də Vüqarın avtomobili saxlamayaraq oradan uzaqlaşıb getdiyini bildirmişdir. Vüqarın etdiyi hərəkətlərdən əsəbləşdiyinə görə həmçinin onun hər hansısa bir hadisə törədəcəyindən ehtiyat etdiyi üçün DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra isə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gedərək avtomobilinin Vüqar tərəfindən qaçırılması ilə bağlı ərizə və izahat yazmışdır. Həmin gecə saat 03 radələrində polis əməkdaşları Vüqarı ona məxsus Mersedes Benz 190 markalı avtomobil ilə birlikdə polis bölməsinə gətirmişlər. Həmin vaxtı Vüqarın yanında başqa bir tanımadığı şəxs də olmuşdur. Polis əməkdaşlarının deməsindən məlum olmuşdur ki, Vüqar ona məxsus avtomobili qaçırdıqdan sonra idarə edərək Bakı şəhərinə getmiş və oradan geri qayıdan zaman 20 Yanvar metrostansiyasının yaxınlığından dörd nəfər şəxsdən adambaşına 1 manat pul alaraq Sumqayıt şəhərinə gətirmişdir. Vüqar ilə birlikdə gətirdikləri şəxs də avtomobilə sərnişin qismində olan şəxslərdən biri olmuşdur. Avtomobilinin bütün detalları olduğu kimi yerində olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 9-cu mikrorayon ev 27/5 mənzil 50-də yaşayır. Bakı şəhəri Yasamal rayonu ərazisində İnşaatçılar metrostansiyasının yaxınlığında aptekdə əczaçı kimi işləyir. Hər gün axşam saat 02 radələrində işdən çıxır. İşdən çıxdıqdan sonra 20 yanvar metrostansiyasına gəlib oradan Sumqayıt şəhərinə işləyən 1 manatlıq taksilərə minib Sumqayıt şəhərinə gəlir. 09 oktyabr 2022-ci il tarixdə həmişəki kimi işdən çıxıb 20 yanvar metrostansiyasının ətrafına gəlmiş, bu zaman bir nəfər şəxs Sumqayıt şəhərinə adambaşına bir manata apardığını bildirmişdir. O da həmin şəxslə razılaşıb avtomobilə əyləşmişdir. Həmin şəxsin idarə etdiyi Mersedes Benz 190 markalı avtomobil olmuşdur. Avtomobildə ondan başqa 3 nəfər sərnişin də olmuşdur. Lakin həmin şəxslərin kim olduqlarını bilmir. Avtomobildə 4 nəfər sərnişin götürdükdən sonra sürücü Sumqayıt şəhərinə yola düşmüşdür. Sumqayıt şəhərinin girişində digər 3 nəfər avtomobildən düşüb getmişdir. O isə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən Səməd marketin qarşısında düşəcəyini bildirmiş, 17-ci mikrorayon ərazisində yerləşən daş bazarının yaxınlığında yol polisi avtomobili onun sərnişin olduğu avtomobili saxlamışdır. Bundan sonra başqa polis əməkdaşları da onların maşınına yaxınlaşmışdır. Polis əməkdaşlarına avtomobilə Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında sərnişin qismində əyləşdiyini bildirmişdir. Polis əməkdaşları sürücü ilə birlikdə onu da Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə dəvət etmişlər. Avtomobili idarə edən Vüqar adlı şəxsi əvvəlcədən tanımamışdır. Həmin şəxsin avtomobilin qaçırılmasından məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin PPXB 2-ci bölüyünün polis nəfəri vəzifəsində işləyir. 09 oktyabr 2022-ci il tarixdə saat təxminən 03 radələrində 9184 çağırışlı avtopatrulda Elşad Aslanov və manqa komandiri Şahid4lə birlikdə xidmət aparan zaman efir vasitəsilə Şəhər Polis İdarəsinin Növbətçi Hissəsi - “Çinar” dan qaçırılmış **-CF-*** dövlət qeydiyyat nişanlı Mersedes Benz 190 markalı avtomobilin Saray Körpüsü istiqamətindən Sumqayıt şəhəri istiqamətinə gəlməsi barədə məlumat daxil olmuşdur. Onlar birlikdə həmin istiqamətə gedərək qeyd olunan avtomobilin gəldiyini görüb yol polis əməkdaşları ilə birlikdə onu saxlatdırmışlar. Həmin vaxtı avtomobildə sürücü və başqa bir nəfər sərnişin olmuşdur. PPXB-nün digər əməkdaşları sürücü Vüqar adlı şəxsi ŞPİ-nin 1-ci polis bölməsinə aparmışlar. O isə Şahid4 və Elşad Aslanovla birlikdə sürücünün yanındakı sərnişini ŞPİ-nin 1-ci Polis Bölməsinə gətirmişlər. Polis bölməsində sərnişin qismində olan şəxsin Sumqayıt şəhər sakini Şahid1 olması, sürücünün isə Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin avtomobilin tanışı Zərərçəkmiş şəxs adlı şəxsə məxsus olduğunu və avtomobil idarə etmək həvəsinə düşdüyünə görə 09 oktyabr 2022-ci il tarixdə saat 00:10 radələrində Sumqayıt şəhəri 42-ci məhəllə ərazisindən qaçırdığını bildirmişdir. Şahid1 Vüqar adlı şəxsin avtomobili qaçırmasından məlumatlı olmadığını bildirmişdir. Bundan sonra o, bununla bağlı Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinin rəhbərliyinə raportla məruzə edərək məlumat vermişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin PPXB 2-ci bölüyünün polis nəfəri vəzifəsində işləyir. 09 oktyabr 2022-ci il tarixdə saat təxminən 03 radələrində 9180 çağırışlı avtopatrulda Şahid3 və Elbrus Hüseynovla birlikdə xidmət aparan zaman efir vasitəsilə Şəhər Polis İdarəsinin Növbətçi Hissəsi - “Çinar” dan qaçırılmış Mersedes Benz 190 markalı avtomobilin Saray Körpüsü istiqamətindən Sumqayıt şəhəri istiqamətinə gəlməsi barədə məlumat daxil olduğundan, xidmət apardığı polis nəfərləri ilə birlidə həmin istiqamətə gedərək qeyd olunan avtomobilin gəldiyini görüb yol polis əməkdaşları ilə birlikdə onu saxlatdırmışlar. Həmin vaxtı avtomobildə sürücü və başqa bir nəfər sərnişin olmuşdur. Yol-patrul xidməti ilə birlikdə sürücünü ŞPİ-nin 1-ci polis bölməsinə gətirmişlər. Polis bölməsində həmin şəxsin 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin avtomobilin tanışı Zərərçəkmiş şəxs adlı şəxsə məxsus olduğunu və avtomobil idarə etmək həvəsinə düşdüyünə görə 09 oktyabr 2022-ci il tarixdə saat 00:10 radələrində Sumqayıt şəhəri 42-ci məhəllə ərazisindən qaçırdığını bildirmişdir. Vüqar adlı şəxs həmin avtomobili qaçırdıqdan sonra Bakı şəhərinə getdiyini, orada 20 Yanvar metrostansiyasının yaxınlığında Sumqayıt şəhərinə gətirmək üçün 3 nəfər sərişin götürərək geri qayıtdığını, yolda gələn zaman Sumqayıt şəhəri ərazisində sərnişinlərdən ikisini düşürdüyünü və avtomobildə bir nəfər sərnişin qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobildə olan şəxsin avtomobilin qaçırılmasından məlumatlı olmadığını bildirmişdir. Bundan sonra Elbrus Hüseynov bununla bağlı Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinin rəhbərliyinə raportla məruzə edərək məlumat vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt şəhəri 42-ci məhəllə, ev 4, mənzil 33-də yaşayır. Zərərçəkmiş şəxs dostudur. Elməddin Sumqayıt şəhəri 9-cu mikrorayonda yaşayır. Elməddin ilə aralarında səmimi münasibət olmuşdur. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs da tanıyır. Onunla da arasında səmimi münasibət olmuşdur. Aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Vüqar ilə Elməddin arasında əvvəllər yaxın münasibət olsa da sonradan onlar arasındakı münasibətlər o qədər isti olmamışdır. Elməddinin Mersedes-Benz 190 markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. 08 oktyabr 2022-ci il tarixdə Elməddin ilə onun idarə etdiyi Mersedes Benz 190 markalı avtomobil ilə Bakı şəhərinə getmişlər. 09 oktyabr 2022-ci il tarixdə saat 00:10 radələrində Bakı şəhərindən Sumqayıt şəhərinə qayıtmışlar. Elməddin ilə yaşadığı 42-ci məhəllə 5 saylı binanın qarşısına gəlmişlər. Elməddin maşını saxlamışdır. Bundan sonra maşından düşmüşlər. Elməddin binanın qarşısında olan marketə getmişdir. O isə Elməddinə məxsus avtomobilin yanında dayanmışdır. Bu zaman Vüqar həmin yerə gəlmişdir. Vüqar ondan maşının kimə məxsus olmasını soruşmuşdur. O da maşının Elməddinə məxsus olduğunu və təzə aldığını demişdir. Vüqar ondan necə maşın olduğunu soruşduqda o da Vüqara yaxşı maşın olduğunu demişdir. Vüqar Elməddinə məxsus maşını idarə etdmək istədiyini bildirdikdə ona Elməddindən icazəsi maşını idarə etməməsini demişdir. Bundan sonra Vüqar sürücü tərəfindən yaxınlaşaraq sürücü oturacağına oturmuşdur. O da yan tərəfə keçib qabaq sərnişin oturacağına oturmaq istədikdə Vüqar avtomobilin mühərrikini işə salıb idarə edərək oradan uzaqlaşıb getmişdir. Vüqarın arxasınca qışqıraraq maşını saxlamasını bildirsə də Vüqar maşını saxlamayıb oradan uzaqlaşıb getmişdir. Bundan sonra Elməddinə bu barədə məlumat vermişdir. Vüqar avtomobil sürmək həvəskarı olmaqla həmişə dostlarının maşını idarə etdiyini, lakin avtomobili təhlükəli idarə etdiyini eşitmişdir. Təxminən 30 dəqiqə kimi Vüqarın qayıdıb gəlməsini gözləmişlər. Lakin Vüqar qayıdıb gəlməmişdir. Vüqarın Elməddinə məxsus avtomobili idarə edərkən hər hansı bir hadisə törədəcəyindən ehtiyat etdiyi üçün Elməddin DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra Elməddin Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə gedərək ərizə ilə müraciət etmişdir. Həmin günü saat 03 radələrində 1-ci polis bölməsinin həyətində olduğu zaman polis əməkdaşlarının deməsindən onlara məlum olmuşdur ki, Vüqar avtomobili Bakı şəhərinə idarə edib oradan geri qayıdan zaman Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və Vüqar Elməddinə məxsus Mersedes markalı avtomobil ilə birlikdə 1-ci polis bölməsinə gətirilmişdir. Vüqar 1-ci polis bölməsində olduğu zaman ona yaxmlaşaarq Elməddinin ondan şikayət edəcəyini gözləmədiyini və ərk edərək ona məxsus maşını götürüb sürüb getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus Mersedes Benz 190 markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili qaçıran zaman ətrafda heç kim olmamışdır. Vüqarın Elməddinə məxsus vtomobili sürüüb aparmasını yalnız o görmüşdür. Həmin vaxtı Elməddin özü də yaxınlıqdakı dükanda olmuşdur. Hadisə vaxtı Təqsirləndirilən şəxs Elməddinə Səmədova məxsus avtomobilin sükanı arxasında əyləşən zaman o da qabaq oturacaqda oturmaq istəmişdir. Lakin bu zaman Vüqar avtomobilin mühərrikini işə salaraq idarə edib getmişdir. Onun arxasınca maşını saxlamasını bildirsə də Elməddin avtomobili saxlamayaraq oradan uzaqlaşıb getmişdir. Avtomobildən endikləri zaman Elməddin mühərriki söndürsə də avtomobilin açarları üstündə olmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid3 elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt ŞPİ-nin PPXB-2-ci bölüyünün manqa komandiri vəzifəsində işləyir. Polis baş serjantı xüsusi rütbəsi daşıyır. Polis serjantları Şahid5 və Elbrus Hüseynov onun manqasında xidmət aparır. 09 oktyabr 2022-ci il tarixdə saat təxminən 03 radələrində 9180 çağırışh avtopatrulda Şahid5 və Elbrus Hüseynovla birlikdə xidmət aparan zaman efir vasitəsilə Şəhər Polis İdarəsinin Növbətçi Hissəsi - “Çinar” dan qaçırılmış ** CF *** dövlət qeydiyyat nişanlı Mersedes Benz 190 markalı avtomobilin Saray Körpüsü istiqamətindən Sumqayıt şəhəri istiqamətinə gəlməsi barədə məlumat daxil olmuşdur. Birlikdə həmin istiqamətə gedərək qeyd olunan avtomobilin gəldiyini görüb yol polis əməkdaşları ilə birlikdə onu saxlatdırmışlar. Həmin vaxtı avtomobildə sürücü və başqa bir nəfər sərnişin olmuşdur. Yol-patrul Xidməti əməkdaşları ilə birlikdə sürücünü ŞPİ-nin 1-ci Polis Bölməsinə gətirmişlər. Polis bölməsində həmin şəxsin 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin avtomobilin tanışı Zərərçəkmiş şəxs adlı şəxsə məxsus olduğunu və avtomobil idarə etmək həvəsinə düşdüyünə görə 09 oktyabr 2022-ci il tarixdə saat 00:10 radələrində Sumqayıt şəhəri 42-ci məhəllə ərazisindən qaçırdığını bildirmişdir. Vüqar adlı şəxs həmin avtomobili qaçırdıqdan sonra Bakı şəhərinə getdiyini, orada 20 Yanvar metro stansiyas mm yaxınlığında Sumqayıt şəhərinə gətirmək üçün 3 nəfər sərişin götürərək geri qayıtdığını, yolda gələn zaman Sumqayıt şəhəri ərazisində sərnişinlərdən ikisini düşürdüynü və avtomobildə bir nəfər sərnişin qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobildə olan şəxsin avtomobilin qaçırılmasmdan məlumatlı olmadığını bildirmişdir. Bundan sonra Elbrus Hüseynov bununla bağlı Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinin rəhbərliyinə raportla məruzə edərək məlumat vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid4 elan edilmiş ifadəsindən görünür ki, o, oxşar məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilin istintaqı aparılmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1990-ci il istehsal olunmuş Mersedes Benz 190 markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibrnamənin surətindən görünür ki, 05 sentyıbr 2022-ci il tarixdə Mersedes Benz 190 markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində sərəncam vermək və digər səlahiyyətlər mülkiyyətçi X3 tərəfindən Zərərçəkmiş şəxs etibar edilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər ərazisində xx.xx.2022-ci il tarixdə saat 17:10-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Sumqayıt şəhəri 42-ci məhəllə 5 saylı binanın qarşısında baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs özünə məxsus olan Mersedes Benz 190 markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili 09 oktyabr 2022-ci il tarbdə saat 00:10-da həmin binanın qarşısından tanışı Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən qaçırıldığını göstərmişdir. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus olan Mersedes Benz 190 markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil tünd boz metallik rənglidir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs avtomobil qaçırıldıqdan sonra hər hansı bir detalının dəyişdirilmədiyini və ya oğurlanmadığını, avtomobilin hər hansı bir hissəsinin zədələnmədiyini bildirmişdir. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus Mersedes Benz 190 markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil cianayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8580 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Respublikada yerləşən avtobazarlarda, internet saytlarında mövcüd olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 1990-cı il buraxılışlı, **-CF-*** dövlət qeydiyyat nişanlı tünd boz metallik rəngli 1500 m3 həcmli ‘‘Mersedes Benz 190” markalı avtomobilin istifadədə olması və yuxarıdakı xüsusiyyətləri nəzərə alınmaqla 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 4250, 00 manat müəyyən edilir. İş materiallarında olan Qubadlı rayonu İcra Hakimiyyəti başçısının Mahruzlu kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkündür, hal-hazırda Sumqayıt şəhər, Yaşıl dərə massivində müvəqqəti məskunlaşmışdır, himayəsində oğlu-xx.xx.2021-ci il təvəllüdlü X7 oğlu vardır. Doğum haqqında şəhadətnamənin surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayətin predmeti olmaqla Zərərçəkmiş şəxs məxsus 4250 manat dəyərində 1990-cı il istehsalı, “Mersedes Benz 190” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185.2.1, 185.2.4, 186 və 187-ci maddələri ilə cinayət təqibi başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şahid1 və qeyrilərinin barəsində Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə xahişini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus 1990-cı il istehsalı, “Mersedes Benz 190” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-393/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 482 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir.İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus 1990-cı il istehsalı, “Mersedes Benz 190” markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar