Məhkəmə qərarları › İş №1(060)-393/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-393/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-393/2025 23.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Test-1 fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,675 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət-axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 mart 2025-ci il tarixdə saat 21:12-də Sumqayıt şəhəri, 21 -ci məhəllə, 38 nömrəli tam orta məktəbin yaxınlığında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,675 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,568 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 mart 2025-ci il tarixdə saat 21:04-də Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Çənlibel” restoranının arxasında tutularaq saxlanılmış və orada üstündə yoxlanılma aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0.568 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, ibtidai istintaqda verdiyi ifadəni tam təsdiq edir. İlk dəfə 06 mart 2025-ci il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində gəzərkən əvvəllər tanıdığı və təsadüfən orada gördüyü şəxsdən heroin almışdır. İkinci dəfə isə 30 mart 2025-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən narkotik vasitə əldə etmişdir. Kakosu 20 manata tanımadığı şəxsdən əldə etmişdir. Kakosu çəkmək yolu ilə qəbul edir. Himayəsində üç uşağı vardır. İstintaq zamanı ona heç bir təzyiq olmamışdır. İstintaqda verdiyi ifadəsini tam təsdiq edir. Əməlindən peşimandır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman və himayəsində 3 uşağı olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, marixuanadan, heroindən, psixotrop maddə olan metamfetamindən 5-6 ildir ki, həm inyeksiya, həm də yandırıb tüstüsünü udma yolu ilə istifadə edir. xx.xx.2025-ci il tarixdə günorta saatlarında narkotik vasitə almaq üçün Corat qəsəbəsi ərazisində gəzmiş, bu zaman təsadüfən rastlaşdığı, əvvəllər tanıdığı şəxslə görüşmüş, onunla danışıq zamanı narkotik vasitə alüdəçisi olduğunu bildirmişdir. Həmin şəxsin narkoman olduğunu görüb ona narkotik vasitə olan “heroin" verməsini xahiş etmişdir. Həmin şəxs də ona özü istifadə etmək məqsədi ilə 20 (iyirmi) manat pul müqabilində 01 (bir) ədəd bükümdə narkotik vasitə “heroin" vermiş, həmin heroini əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə yerləşdirmişdir. Həmin tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində piyada hərəkət edən zaman əvvəllər tanıdığı Nəsimi adlı şəxslə görüşmüş, eyni istiqamətdə getdikləri üçün birlikdə hərəkət edən zaman 03 (üç) nəfər mülki geyimli şəxslər küçədə onlara yaxınlaşıb onları saat 21:12-də yaxalamışlar, özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşları olduqlarını deyib, onun narkotik vasitələrin və psixotrop madddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər. Həmin polis əməkdaşlarından biri tutulduqları andan əlində mobil telefon vasitəsi ilə videoçəkiliş aparmışdır. O, etiraz etməmiş, sonra üst-başını yoxlamağa başlamazdan qabaq polis əməkdaşı ona üzərində qanunla qadağan olunmuş hansı narkotik vasitə, yaxud, psixotrop maddə olub-olmadığını soruşur. O, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirib üzərində narkotik vasitə olan “heroin" bükümü olduğunu deyib əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümü çıxardıb polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı şəffaf rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə 01 (bir) ədəd bükümdə olan kütləni ondan həmin narkotik vasitəni haradan, kimdən, nə məqsədlə, hansı qiymətə əldə etdiyini soruşur, o, bildirir ki, həmin narkotik vasitə bükümünü xx.xx.2025-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində olarkən tanımadığı şəxsdən 20 (iyirmi) manat pul müqabilində alıb öz istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan narkotik vasitə “heroinə" bənzər maddə büküldüyü şəffaf rəngli sellofan kəsiyi ilə birlikdə Çin istehsalı olan elektron tərəzi vasitəsi ilə ölçüldükdə çəkisinin 0,82 qram olması müəyyən edilmişdir. Bundan başqa, 30 mart 2024-cü il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon “Çənlibel” restoranın arxasında mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Onun narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını deyib üzərində qanunla qadağan olunmuş hansı əşyalar olduğunu soruşmuşlar. O, da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir bükümdə olan narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi büküm tərəzidə çəkilərək çəkisinin 0,60 qram olması müəyyən edilmiş və daha sonra onun üzərinə baxış keçirilmişdir. Həmin vaxt aşkar olunmuş 1 ədəd büküm tərəziyə qoyulub çəkilən zaman həmin maddənin sellofan kəsiyi ilə birlikdə çəkisinin, 0,61 qram olduğu müəyyən olunmuş və həmin maddə ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa üzərindən hər hansı əşya aşkar edilib götürülməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini səhər saatlarında Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, 06 mart 2025-ci il tarixdə və 30 mart 2025-ci il tarixdə saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Tutulduğu anadək hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. 06 mart 2025-ci il tarixdə və 30 mart 2025-ci il tarixdə üzərindən aşkar olunan narkotik vasitə ‘*heroin"ləri özü istifadə etmək məqsədi ilə üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 06 mart 2025-ci ıl tarixdə qərəzsiz və etibarlı mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, üzərində gəzdirməsi və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı daxıl olmuş, bununla bağlı əməliyyat tədbirləri keçirilmişdir. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə saat 21 radələrində əldə etdikləri məlumat əsasında Sumqayıt şəhəri, 21-ci məhəllə, 38 nömrəli tam orta məktəbin yanmda saat 21:12-də Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs da üzərinə yoxlama aparılmasına etiraz etməmiş və bundan sonra sonuncuya təklif etmişlər ki, əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa onları təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə elektron tərəzi ilə ölçülmüş və çəkisinin 0,81 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin 01 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə qablaşdırılmış və götürülmüşdür. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu, onu istifadə etmək məqsədilə 20 manata əldə edib üzərində saxladığını bildirmişdir. Məhkəmədə şahid kimi dindirilmiş Şahid2 Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 30 mart 2025-ci il tarixdə qərəzsiz və etibarlı mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, üzərində gəzdirməsi və saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat tədbirləri həyata keçirilmişdir. Daha sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə saat 21 radələrində əldə etdikləri məlumat əsasında Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən «Çənlibel» restoranının yanında saat 21:04-də həmin restoranın arxasında olarkən Təqsirləndirilən şəxs görüb saxlamışlar. Təqsirləndirilən şəxs da üzərinə yoxlama aparılmasına etiraz etməmiş və bundan sonra sonuncuya təklif etmişlər ki, əgər üzərində qanunsuz hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa onları təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə elektron tərəzi ilə ölçülmüş və çəkisinin 0.60 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğunu, onu istifadə etmək məqsədilə tanımadığı şəxsdən 20 manata əldə edib üzərində saxladığını bildirmişdir. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün Təqsirləndirilən şəxs aidiyyatı üzrə təhvil verilmişdir. Məhkəmədə şahid kimi dindirilmiş Şahid5 və X4 Qafarovun göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin 30-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 68-69-cu vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 99-100-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 153-156-cı vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 08 mart 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair 06 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2025- ci il tarixdə saat 21:12-də Sumqayıt ŞPİ-nin Cinayət-axtarışı şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 21-ci məhəllə 38 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq üzərində yoxlama aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair 30 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2025- ci il tarixdə saat 21:04-də Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən «Çənlibel» restoranının arxasında saxlanılaraq üzərində yoxlama aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 07 mart 2025-ci i! tarixli 20/31 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “Zərflər üçün № 124" möhür əksi. “Təqsirləndirilən şəxs /imza/; Şahid2 /imza/; Həmzəyev Nəsimi /imza/; Şahid1 /imza/;" əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.675 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 31 mart 2025-ci il tarixli 16/151 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik maddə..." sözlər və imzalar olan kağız paketdəkı 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,568 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 12 mart 2025ci il tarixli, 1517 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19.01,2023-cü il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli hökm dəyişdirilməklə AR CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2024-cii il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 13 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2024-cü il tarixdə cəzası bitmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən 06 mart 2025-ci il tarixdə aşkar olunaraq götürülmüş təmiz çəkisi 0.675 qram narkotik vasitə heroin 30 mart 2025-ci il tarixdə aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,568 qram narkotik vasitə heroin, üstü yoxlanılan zaman çəkilmiş içərisində videogörüntülər olan 02 ədəd disk maddi sübut kimi tanınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini təkrarən əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşiman olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması və CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təkrar törətməsi Təqsirləndirilən şəxs oğunun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyən edilmiş daha ciddi cəza nöünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusioə təhlükəli resivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 mart 2025-ci il tarixdən 08 mart 2025ci il tarixədək və 30 mart 2025-ci ildən 01 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 23 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasənxüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1517 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,518 qarm və 0,575 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 123 (yüz iyirmi üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 mart 2025-ci il tarixdən 08 mart 2025-ci il tarixədək və 30 mart 2025-ci il tarixdən 01 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,518 və 0,575 qram narkotik vasitə olan heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 123 (yüz iyirmi üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 11 saata görə 121 (yüz iyirmi bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar