Məhkəmə qərarları › İş №1(060)-394/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-394/2022

21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-394/2022 21.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Həzi Aslanov metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,263 qram çəkidə narkotik vasitə olan heroini əldə edərək onu üzərində saxlamış, 11 oktyabr 2021-ci il tarixdə saat 15:20 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş bir ədəd bükümdə içərisindən 0,263 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, özgənin əmlakını talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 07:00 radələrində Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi ərazisində yerləşən X2 məxsus 567 nömrəli evin hasarından aşaraq həyətə daxil olub evin plastik qapısını sıxıb açmaqla evə qanunsuz daxil olaraq oradan Məhərrəm Əmirbəyovun kürəkəni Zərərçəkmiş şəxs məxsus 01 ədəd 20 (iyirmi) manat dəyərində kiçik ölçülü «İnterskol» markalı «D350ER» model kiçik ölçülü dreli, 01 ədəd 40 (qırx) manat dəyərində «Kalibr» markalı, «EP-800/26» model orta ölçülü perforatoru, 01 ədəd 25 (iyirmi beş) manat dəyərində «CANDAN» markalı, «CM-01» model plastik boru ütüsünü, 02 ədəd ümumilikdə 10 (on) manat dəyərində 7 metr uzunluğunda elektrik uzadıcını, 01 ədəd 6 (altı) manat dəyərində 10 metr uzunluğunda elektrik uzadıcını, 01 ədəd 4 (dörd) manat dəyərində 10 metrlik metrəni, 01 ədəd 2 (iki) manat dəyərində 5 metrlik metrəni, 01 ədəd 2 (iki) manat dəyərində vintaçanı, 02 ədəd ümumilikdə 4 (dörd) manat dəyərində kəlbətini, 06 ədəd ümumilikdə 18 (on səkkiz) manat dəyərində prefaratora məxsus 18-lik qazma ucluğunu (sverlo), 01 top 100 metr uzunluğunda 4-lük 40 (qırx) manat dəyərində elektrik naqili, 01 top 100 metr uzunluğunda 2-lik 40 (qırx) manat dəyərində elektrik naqili gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 211 (iki yüz on bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 11 oktyabr 2021-ci il tarixdə, saat 15:20 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində piyada hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra üzərində narkotik vasitə daşımaqda şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə aparılacağını bildirmişlər. O, etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə 1-ci PB-nə getmişdir. Orada xidməti otaqlardan birində onun üzərinə telefonla çəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları ona işgəncə verdikləri üçün həmin polis əməkdaşlarının ona təqdim etdiyi narkotik maddə olan heroini götürərək üzərində saxlamış və üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilərkən könüllü olaraq çıxarıb təqdim etmiş və həmin narkotik maddənin özünə məxsus olduğunu bildirmişdir. O, həmin narkotik maddənin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən ona işgəncə verilməsi barədə hər hansı bir orqana şikayət etməmişdir. O, narkotik istifadəçisi olsa da, həmin gün onun üzərində hər hansı bir narkotik maddə olmamışdır. Oğurluq cinayət ilə bağlı isə onu bildirir ki, X3 onun doğma dayısıdır. Dayısı təxminən doqquz ay əvvəl vəfat etmişdir. O, vəfat etdikdən sonra onun Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 567 saylı evində heç kim yaşamamışdır. Zərərçəkmiş şəxs isə dayısının kürəkənidir. Bir müddət bundan əvvəl o, eşitmişdir ki, Murad dayısının evində təmir işləri aparır. O, güman etmişdir ki, əgər evdə təmir işləri gedirsə orada təmir alətləri ola bilər. xx.xx.2021-ci il tarixdə təxminən saat 07 radələrində o, yaşadığı evdən çıxıb gəzərək dayısının evinin qarşısına gəlmişdir. O, evin açıq vəziyyətdə olan darvazasından həyətə daxil olmuşdur. Sonra o, evin plastik qapısını açıb içəri daxil olmuşdur. O, evdə otaqda müxtəlif təmir alətlərinin olduğunu görmüşdür. O, evdən döşək üzlüyü götürüb 01 ədəd prefarator, 06 ədəd sverlo, 01 ədəd kiçik ölçülü drel, 01 ədəd təmir üçün olan ütü, 01 ədəd vint açan, 01 ədəd kəlbətin, 02 ədəd metrə, və 02 ədəd elektrik uzadıcısını həmin döşək üzlüyünə yığmışdır. Həmin əşyaları götürməkdə məqsədi fərdi qaydada usta işlədiyi üçün istifadə edib, sonradan qaytarmaq olmuşdur. O, sonra pula ehtiyyacı olduğu üçün həmin əşyaları xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən «1001 xırdavat» adlı təmir-tikinti materialları dükanına gətirmiş və orada həmin əşyaları qoyaraq dükan sahibindən pul götürmüş və bildirmişdir ki, pulu qaytarıb həmin əşyaları götürəcəkdir. İlkin məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamlarla təqsirli bilməyib, üzərindən narkotik maddə çıxmaması və oğurluq niyyəti ilə evə girmədiyini göstərsə də daha sonra məhkəmə istintaqının gedişində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ilkin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin həqiqəti əks etdirmədiyini bildirib ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, o, heç yerdə işləməmişdir. Təxminən 8 il olardı ki, narkotik vasitə heroindən istifadə etmişdir. Narkotik vasitə heroindən istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuuşdur. 11 oktyabr 2021-ci il tarixdə, saat 15:20 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində piyada hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra üzərində narkotik vasitə daşımaqda şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə aparılacağını bildirmişlər. Həmin vaxt polis əməkdaşlarından biri onun əllərindən möhkəm yapışdığına görə öz istifadəsi üçün üzərində gəzdirdiyi narkotik vasitə heroini üzərindən kənarlaşdıra bilməmiş və polis əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə aparılmışdır. Orada xidməti otaqda onu oraya gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu halda təqdim etmək təklif olunmuşdur və o, da əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı siqaretin gümüşü rəngli kağızına bükülmüş bir bükümdə narkotik vasitə heroini çıxararaq təqdim etmişdir və həmin bükümün içində heroin olduğunu təhqiqatçıya demişdir. Sonradan təhqiqatçı həmin bükümü açıb baxaraq narkotik vasitə heroin olmasını özü də aşkar etmişdir. Bundan sonra üzərində aparılan şəxsi axtarış zamanı heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə nakotik vasitə heroin elektron tərəzidə çəkilmiş və təxmini çəkisi 0,52 qram olması müəyyən edilmişdir, həmin maddə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroindir, ona məxsusdur, həmin bir bükümdə olan narkotik vasitə heroini 10 oktyabr 2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Həzi Aslanov metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manata almış və öz istifadəsi üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilərək götürülmüş bir bükümdə olan narkotik vasitə heroini satmaq fikri olmamış, üzərində saxlamaqda məqsədi istifadə etmək olmuşdur. O, həmin şəxsin adını və yaşadığı ünvanını bilmir, ondan narkotik vasitə alarkən ilk dəfə idi ki, onu görmüşdür. Bundan başqa o, oğurladığı və istintaqa təhvil verəcəyini bildirdiyi digər əşyaları satdığı üçün istintaqa təqdim edə bilməmişdir. X3 onun doğma dayısıdır. Dayısı təxminən doqquz ay əvvəl vəfat etmişdir. O, vəfat etdikdən sonra onun Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 567 saylı evində heç kim yaşamamışdır. Zərərçəkmiş şəxs isə dayısının kürəkənidir. Bir müddət bundan əvvəl o, eşitmişdir ki, Murad dayısının evində təmir işləri aparır. O, güman etmişdir ki, əgər evdə təmir işləri gedirsə orada təmir alətləri ola bilər. xx.xx.2021-ci il tarixdə təxminən saat 07 radələrində o, yaşadığı evdən çıxıb gəzərək dayısının evinin qarşısına gəlmişdir. O, ətrafa baxıb heç kimin olmadığını görmüşdür. Buna görə evə girmək qərarına gəlmişdir. O, evin açıq vəziyyətdə olan darvazasından həyətə daxil olmuşdur. Sonra o, evin plastik qapısını açıb içəri daxil olmuşdur. O, evdə otaqda müxtəlif təmir alətlərinin olduğunu görmüşdür. O, evdən döşək üzlüyü götürüb 01 ədəd prefarator, 06 ədəd sverlo, 01 ədəd kiçik ölçülü drel, 01 ədəd təmir üçün olan ütü, 01 ədəd vint açan, 01 ədəd kəlbətin, 02 ədəd metrə, və 02 ədəd elektrik uzadıcısını həmin döşək üzlüyünə yığmışdır. Sonra o, oğurladığı əşyalarla birlikdə evdən çıxmış və yaşadığı evə gəlmişdir. O, həmin əşyaları öz otağına qoymuşdur. Ailə üzvləri onun otağa nə qoyduğunu görməmişlər. xx.xx.2021-ci il tarixdə o, oğurladığı əşyaları Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən «1001 xırdavat» adlı təmir-tikinti materialları dükanına gətirmişdir. O, həmin dükanda işləyən Arif adlı şəxsi tanımışdır. Belə ki, o, onu usta olduğu üçün tanımışdır. O, Arifə demişdir ki, ona pul lazımdır. O, gətirdiyi əşyaları onun yanında girov qoymaq istədiyini və bunun müqabilində ona 40 manat pul verməsini istəmişdir. O, Arifə demişdir ki, bir neçə günə işə başlayacaq və gətirib pulu qaytaracaq. Arif onunla razılaşmış və ona 40 manat pul vermişdir. O, oğurladığı 01 ədəd kəlbətini, 01 ədəd vintaçanı, 02 ədəd elektrik uzadıcını və 01 ədəd 5 metrlik metrəni yaşadığı evdə saxlamışdır. xx.xx.2021-ci il tarixdə o, yaşadığı evdən çıxarkən polis əməkdaşları ona yaxınlaşmış və onun oğurluqda şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, onlara etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə getmişdir. O, orada törətdiyi əməli etiraf etmişdir. O, dayısının evindən onun kürəkəninə məxsus 01 ədəd prefarator, 06 ədəd sverlo, 01 ədəd kiçik ölçülü drel, 01 ədəd təmir üçün olan ütü, 01 ədəd vint açan, 01 ədəd kəlbətin, 02 ədəd metrə və 02 ədəd elektrik uzadıcısını oğurlamışdır. O, oğurluğu tək etmiş və yanında heç kim olmamışdır. O, Arifə həmin malların oğurluq olduğunu bildirməmişdir. O, Arifə təmir alətlərinin özünə məxsus olduğunu bildirmişdir. Arif isə ona inanmışdır. O, həmin malları ona satmamış, həmin evə girərkən və evdən çıxarkən küçədə heç kim olmamışdır. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək törətdiyi cinayət əməllərindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi ərazisində yerləşən 567 nömrəli ev qaynatası X2 məxsusdur. O, təxminən 9 ay bundan əvvəl vəfat etmişdir. O, vəfat etdikdən sonra həmin evdə heç kim yaşamamışdır. O, qaynatasının il mərasimindən əvvəl həmin evdə təmir işləri aparmaq qərarına gəlmişdir. Buna görə də özünə məxsus bəzi təmir alətlərini həmin ünvana aparmışdır. Sonuncu dəfə o, xx.xx.2021-ci il tarixdə axşam saatlarında həmin evdə iş gördükdən sonra evin qapı və pəncərələrini bağlaryıb öz evinə getmişdir. xx.xx.2021-ci il tarixdə saat 19 radələrində o, evə baş çəkmək məqsədi ilə həmin ünvana getmiş və evin plastik qapısının sıxılaraq açıldığını, yəni qapının açıq vəziyyətdə olduğunu görmüşdür. O, dərhal içəri daxil olmuş və evdə olan ona məxsus alətlərin yerində olmadığını müşahidə etmişdir. O, evə naməlum şəxsin daxil olduğunu anlamış və buna görə də 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları həmin ünvana gəlib baxış keçirmiş və müvafiq sənədləşmə işlərini aparmışlar. Baş vermiş oğurluq hadisəsi qaynatasına məxsus evdən ona məxsus 01 ədəd 50 manat dəyərində kiçik ölçülü drel, 01 ədəd 120 manat dəyərində prefarator, 01 ədəd 70 manat dəyərində təmir aləti olan ütü, 01 top 4-lük 40 manat dəyərində elektrik naqili, 01 top 2-lik 40 manat dəyərində elektrik naqili, 02 ədəd 7 metr uzunluğunda, 01 ədəd isə 10 metr uzunluğunda ümumilikdə 20 manat dəyərində elektrik uzadıcı, 01 ədəd 10 metrlik və 01 ədəd 5 metrlik ümumilikdə 7 manat dəyərində metrə, 01 ədəd 2 manat dəyərində vintaçan və 02 ədəd ümumilikdə 9 manat dəyərində kəlbətin və prefaratora məxsus 06 ədəd 01 ədədi 5 manat dəyərində olan 18-lik sverlo oğurlanmışdır. Bununla da ona ümumilikdə təxminən 395 manat maddi ziyan dəymişdir. Bundan başqa oğurluq edən şəxs evdə olan su qızdırıcını, su vintillərini yerindən çıxardaraq yararsız hala salaraq sındırmışdır. Bununla da ona əlavə olaraq təxminən 200 manat maddi ziyan dəymişdir. 01 ədəd kiçik ölçülü «İnterskol» markalı drel, 01 ədəd «Kalibr» markalı prefarator, 01 ədəd «CANDAN» markalı ütü polis əməkdaşları tərəfindən ona qaytarılmış, lakin digər əşyalar və ya onların dəyəri ona ödənilməmişdir. O oğurluğun qaynatasının bacısı oğlu Təqsirləndirilən şəxs tərəfindən edildiyini biləndən sonra Sərdarla söhbət etmişdir. Sərdar onunla söhbətdə oğurluğu etiraf etmişdir və söz vermişdir ki, oğurladığı əşyaları qaytarıb ziyanı ödəyəcəkdir. Lakin o heç nəyi qaytarmamış və ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə qarşı şikayətçidir və sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını istəyir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, o, 2019-cu ildən Sumqayıt şəhər polis idarəsinin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Orxan Rzayevdən, polis sahə rəisi, polis leytenantı Şahid3 və Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin kriminalisti, polis mayoru Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 15:20 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yaşadığı küçədə Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sərdar nə üçün saxlanıldığını soruşmuşdur. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək onu 1-ci PB-nə dəvət etmişlər. Sərdar heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqlardan birində kriminalist Orxan Aslanov panasonik markalı videokameranı işə salmışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X7 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin bükümə baxarkən içərisindəki qəhvəyi rəngli, spesifik iyə mailk narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Onlar ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni Bakı şəhəri, Həzi Aslanov metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,52 qr olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni Bakı şəhəri, Həzi Aslanov metrosunun yanında tanımadığı şəxsdən 15 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxsə o və digər polis əməkdaşları hər hansı bir qeyri insani rəftar etməmiş və sonuncu öz əməlini etiraf etmişdir. Şahid X5 Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilənləri təsdiq etmişdir. Məhkəmədə məhkəmənin təşəbbüsü ilə dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Sumqayıt şəhər polis idarəsinin 1-ci PB-nin təhqiqatçısı vəzifəsində xidmət edir. xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumata əsasən Təqsirləndirilən şəxs bölmənin əməkdaşları tərəfindən saxlanılaraq 1-ci PB-nə gətirilmişdir. O, bölməyə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün vəkil dəvət etmiş və həmin müdafiəçini iştirakı ilə təqsirləndirilən şəxsə hüquq və vəzifələri barədə bildirişi təqdim edərək üzərinə vidoçəkilişlə baxış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş və videoçəklişlə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin bükümə baxarkən içərisindəki qəhvəyi rəngli, spesifik iyə mailk narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. O, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni Bakı şəhəri, Həzi Aslanov metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Bundan sonra, həmin baxışın keçirilməsini qeydə almış videodiskə baxış keçirmiş və baxış keçirməsi barədə protokol tərtib edərək iş materiallarına əlavə etmişdir. Məhkəmədə məhkəmənin təşəbbüsü ilə dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin istintaqının aparılması əvvəl başqa müstəntiqə tapşırılmış, sonra isə həmin iş onun icraatına verilmişdir. O, həmin işin istintaqını apararkən heç bir prosessual pozuntu ilə rastlaşmamış və hər hansı bir prosessual pozuntuya yol verməmiş, təqsirləndirilən şəxsin ifadəsini almış və təqsirləndirilən şəxs ifadəsində səmimi olaraq hər iki cinayət əməlini törətməsini etiraf etmişdir. O, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi barədə diskə baxış keçirən zaman disk xarab olduğundan vidoçəkilişə axıra qədər baxılması mümkün olmamış, bu barədə protokol tərtib edərək cinayət işinin materiallarına əlavə etdmişdir. Təqsidləndirilən şəxsin ifadəsini alarlən, təqsirləndirilən şəxs hər hansı bir işgəncəyə məruz qalması barədə ona heç bir fikir bildirməmiş, törətdiyi cinayət əməllərini səmimi olaraq etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 10 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntünü özündə əks edirən diskə məhkəmə iclas zalında kompyuter vasitəsi ilə baxılarkən diskdə texniki nasazlıq olduğu üçün baxılması mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunmuş və video çəkilişin müddəti saat 16:10-dan 16:15-dək davam etmiş, video çəkiliş diskə köçürülmüş və “HP” markalı kompyuterdə baxıldıqdan sonra tərtib olunmuş protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 4245 saylı rəyindən görünür ki, Analoji malların markalı, modeli orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 10 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin noyabr ayna olan orta bazar qiyməti ilə ümumi dəyərinəzəri qaydada təxminən 131,00 manat müəyyən edilir. Digər 2 adda mallar haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. 01 ədəd kiçik ölçülü «İnterskol» markalı «D350ER» model kiçik ölçülü drelin qiyməti 20 manat, 01 ədəd «Kalibr» markalı, «EP-800/26» model orta ölçülü perforatorun qiyməti 40 manat, 01 ədəd «CANDAN» markalı, «CM-01» model plastik boru ütüsü 25 manat, 02 ədəd 7 metr uzunluğunda elektrik uzadıcının ümumilikdə qiyməti 10 manat, 01 ədəd 10 metr uzunluğunda elektrik uzadıcının qiyməti 6 manat, 01 ədəd 10 metrlik metrənin qiyməti 4 manat, 01 ədəd 5 metrlik metrənin qiyməti 2 manat, 01 ədəd vintaçanın qiyməti 2 manat, 02 ədəd kəlbətinin qiyməti 4 manat və 06 ədəd prefaratora məxsus 18-lik qazma ucluğu (sverlo) 18 manat təşmil etmişdir. Ekspertizaya təqdim olunmayan lakin oğurlanmış 2 adda yəni, 01 top 100 metr uzunluğunda 4-lük 40 manat dəyərində elektrik naqili, 01 top 100 metr uzunluğunda 2-lik 40 manat dəyərində elektrik naqili zərərçəkmiş şəxsin göstərdiyi qiymətlərlə qiymətləndirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 6/4521 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 125 nömrəli” dairəvi möhr əksi olan “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən..” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,263 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. (Heroinin təmiz çəkisi-0,263 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,213 qramdır). İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 817 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də Təqsirləndirilən şəxs məhkəmə baxışında vermiş olduğu ilk ifadəsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qiymətləndirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs Ağaqul oğlunun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Ağaqul oğlunun törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Ağaqul oğlunun cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağaqul oğlu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs Ağaqul oğluna hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimat rədd edilmiş, ibtidai istintaq orqanının xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasından gizləndiyi üçün barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə məhkəmə iclasına məcburi gətirilməsi barədə qərar qəbul olunmuş və eyni məhkəmənin xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs özünü müəmmalı apardığından ondan səbəbi soruşularkən o narkotik vasitə istifadə edib məhkəməyə gəldiyini və narkotikin təsiri altında olduğunu bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ağaqul oğlunun həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılaraq ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Ağaqul oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan, yəni 21 aprel 2022-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs Ağaqul oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,213 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd kiçik ölçülü «İnterskol» markalı drel, 01 ədəd «Kalibr» markalı prefarator, 01 ədəd «CANDAN» markalı ütünün Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 138,70 manat Təqsirləndirilən şəxs Ağaqul oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Ağaqul oğlunun məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli (iş № 1(060)-394/2022) qərarını icra edərək, 01 aprel 2022-ci il tarixli 376 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 21 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,213 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd kiçik ölçülü «İnterskol» markalı drel, 01 ədəd «Kalibr» markalı prefarator, 01 ədəd «CANDAN» markalı ütünün Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 138,70 manat Təqsirləndirilən şəxs Ağaqul oğlundan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar