Məhkəmə qərarları › İş №1(060)-394/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-394/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-394/2023 04.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs övladı Şahid1 Sumqayıt şəhər X2 Stansiyasında sürücü vəzifəsinə işə düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq, həmin işin görülməsi müqabilində 2022ci ilin may ayında hissə-hissə olmaqla, yəni xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında 2500 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvanda 900 manat, xx.xx.2022-ci il tarixdə həmin ünvanda 1000 manat, eləcə də Təqsirləndirilən şəxs çatdırması üçün Zərərçəkmiş şəxs Şahid1 verdiyi və sonuncunun xx.xx.2022-ci il tarixdə saat 13:26-da Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən Ordubad marketdəki Milli Ön ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid3 adına olan, 5315 **** **** 5958 nömrəli, Bank of Baku tərəfindən verilmiş kart hesabına göndərdiyi 600 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs oğlu Şahid1la 20 ildir ki, yoldaşlıq edir. 2022-ci ilin may ayının əvvəlləri pula ehtiyacı olduğu üçün Şahid1 ona 2500-3000 manat borc pul verməsini xahiş etmiş, Namiq hal-hazırda o qədər pulu olmadığını, həmin məbləği düzəldib onunla əlaqə saxlayacağını bildirmişdir. Təxminən 3 gün sonra Namiq ona zəng edərək 2500 manat pul hazır etdiyini demiş və istədiyi vaxt gedib pulu götürə biləcəyini ona bildirmişdir. Həmin gün o, Sumqayıt şəhərinə getmiş və Sumqayıt şəhərində Namiqin valdeyinlərinin yaşadığı ünvanın yaxınlığında Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində Namiqlə görüşüb 2500 manat pulu Namiqdən götürmüşdür. Təxminən 20 gün sonra Namiq onunla əlaqə saxlayaraq, Namiqin hansısa tanışının Namiqi Sumqayıt şəhəri TTYS-na sürücü vəzifəsinə işə düzəldəcəyinə söz versə də, həmin tanışının sonradan Namiqi işə düzəltməkdən imtina etdiyini bildirib, əgər əlaqələri vardırsa Namiqi həmin işə düzəltməsini ondan xahiş etmişdir. O, Namiqi sözügedən işə düzəltmək imkanları və tanışları olduğunu bildirmiş və Namiqi Sumqayıt şəhəri TTYS-na sürücü kimi işə düzəltməsi üçün 5000 manat pul tələb olunduğunu bildirmişdir. Namiq onun təklifi ilə razılaşmış və Namiqi işə düzəltməsi üçün 5000 manat pulu ona hissə-hissə verəcəyini bildirmişdir. Həmçinin Namiqlə o, Namiqin ona borc verdiyi 2500 manat pulu da qaytarmayaraq Namiqin işə düzəlməsi üçün verməli olduğu 5000 manat pulun bir hissəsi kimi hesablamağa və əlavə olaraq Namiqin, ona 2500 manat da verməsi barədə razılığa gəlmişlər. Razılaşmalarına görə xx.xx.2022-ci il tarixdə Namiq onun həyat yoldaşı Şahid3 Seyidi qızının adına olan “Bank of Baku” kredit kartı hesabına 600 manat pul göndərmiş və o həmin məbləği bankomat vasitəsi ilə çıxardıb nəğdləşdirmişdir. Bundan sonra isə o, 2022-ci ilin iyun ayının ikinci yarısı, ünvan 5 ünvanında, yəni Namiqin valideyinlərinin yaşadığı ünvanda Namiqin atası Zərərçəkmiş şəxsla görüşmüş və Zərərçəkmiş şəxs, onun Namiqi işə düzəltmək adı ilə tələb etdiyi pulun 900 manatını ona vermişdir. Təxminən 2022-ci ilin iyul ayının ikinci yarısında Bakı şəhəri, 20 yanvar metrostansiyasmm yaxınlığında Namiqlə görüşüb Namiqi işə düzəltmək adı ilə tələb etdiyi 5000 manat pulun qalan 1000 manatını Namiqdən almışdır. Beləcə o, Şahid1 Sumqayıt şəhəri TTYS-na sürücü vəzifəsinə işə düzəltmək adı ilə Namiqdən ümumilikdə 5000 (beş min) manat pul alıb öz ehtiyacları üçün xərcləmişdir. İndi etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə ol verməyəcəkdir. Dəymiş ziyanı ödəyə bilməmişdir, vaxt verilərsə ödəniş edə bilər. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, təxminən 2022-ci ilin may ayının əvvəllərində onunla eyni ünvanda yaşayan, xx.xx.1973-cü il təvəllüdlü oğlu Şahid1, ona tanışı olan, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Namiqi Sumqayıt şəhər TTYS-na sürücü kimi işə düzəldə biləcəyini, buna görə Təqsirləndirilən şəxs 5000 manat pul istədiyini bildirmişdir. Belə olan halda o, Təqsirləndirilən şəxsla görüşmək qərarına gəlmiş və may ayının əvvəllərində onun xahişi ilə Natiq onun yaşadığı ünvana gəlmiş və onun oğlunu işə düzəltməsi barədə Natiqlə söhbət etmişdir. Natiq, onun oğlu Namiqi Sumqayıt şəhər TTYS-na sürücü kimi işə düzəldə biləcəyinə onu inandırmışdır. 14 may 2022-ci il tarixdə o, yaşadığı ünvanda oğlu Namiq və həyat yoldaşı Şahid2 yanında, oğlu Namiqi Sumqayıt şəhər TTYS-na sürücü vəsifəsinə işə düzəltməsi üçün istədiyi 5000 min manat pulun ilkin olaraq 2500 manatını Təqsirləndirilən şəxs vermiş, qalan 2500 manat pulu da, tez bir zamanda verəcəyini bildirmiş və Natiq onunla razılaşmışdır. Həmçinin Natiq, Namiqin təxminən 10-15 gün ərzində işə çıxacağını bildirmiş, o, oğlu Namiqi işə düzəltməsi üçün verməli olduğu qalan pulu, yəni 2500 manatı da qısa müddət ərzində düzəldib verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Natiq onun yaşadığı ünvana gedərək, onun oğlu “Namiqin işinin” düzəlmək üzrə olduğunu bildirib, Natiqə verməli olduğu qalan 2500 manat pulu da, verməsini istəmişdir. O, 2500 manat pulu tam düzəltəmdiyi, hələ ki, cəmi 900 manat pul düzəltdiyini bildirib, 900 manatı Natiqə verməyi təklif etmiş, Natiq onunla razılaşmış və 900 manatı götürüb getmişdir. xx.xx.2022-ci il tarixdə Natiq yenə onun yaşadığı ünvana gedib qalan pulu verməsini istəmişdir. O, qısa müddət ərzində pulu tam düzəldə bilmədiyini, cəmi 1000 manat pul düzəltdiyini bildirib, həmin 1000 manat pulu Natiqə verməyi təklif etmiş və bir neçə gün sonra qalan 600 manatı pulu da verəcəyini bildirmişdir. Natiq onun təklifi ilə razılaşmış və 1000 manat pulu götürüb getmişdir. xx.xx.2022-ci il tarixdə Natiq onun oğlu Namiqə zəng edərək “İşin” düzəlmək üzrə olduğunu bildirib qalan 600 manat pulu da təcili vermələrini tələb etdiyi üçün onun oğlu Namiq onunla əlaqə saxlayıb Natiqin qalan 600 manat pulu istədiyini bildirmişdir. O, oğlu Namiqi yanma çağırıb, 600 manat pulu Namiqə vermiş və Natiqə çatdırmasını bildirmiş, Namiq isə öz növbəsində həmin 600 manatı pulu xx.xx.2022-ci il tarixdə, saat 13:26-da Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən Ordubad marketdəki Milli Ön ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid3 adına olan, 5315 **** **** 5958 nömrəli, Bank of Baku tərəfindən verilmiş kart hesabına göndərmişdir. Həmin gün Natiqlə əlaqə saxladıqda Natiq, 600 manatı pulu aldığım bildirmişdir. 4 gün sonra Natiqlə yenə əlaqə saxlayıb iş barəsində soruşduqda Natiq işin alınmadığını bildirmişdir. Belə olan halda o, oğlu Namiqi işə düzəltməsi üçün verdiyi 5000 manat pulu qaytarmasını xahiş etmişdir. Natiq tez bir zamanda pulu qaytaracağını bildirsə də, müxtəlif bəhanələr gətirərək bu günə kimi onun pulunu qaytarmayaraq onunla, eləcə də, onun oğlu Namiqlə əlaqələrini kəsmişdir. Belə olan halda o, başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onun oğlu Şahid1 Sumqayıt şəhər TTYS-na sürücü kimi işə düzəldəcəyi adı ilə onu aldadaraq 5000(beş min ) manat pulunu ələ keçirib mənimsəmişdir. Bu günə qədər ziyan ödənilməmişdir, pulunun qaytarılmasını tələb edir, təqsirləndirilən şəxs barəsində daha ciddi cəzanın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, təxminən 2022-ci ilin may ayının əvvəllərində onun tanışı Təqsirləndirilən şəxs ilə görüşlərinin birində, aralarında olan söhbət əsnasında Təqsirləndirilən şəxs onu Sumqayıt şəhər TTYS-na sürücü kimi işə düzəldə biləcəyini bildirmiş və buna görə ondan 5000 manat pul istəmişdir. O özündə həmin məbləğdə pul olmadığını, ancaq atasının Natiqə 5000 manat verə biləcəyini bildirmişdir. O, atası Zərərçəkmiş şəxs bu barədə bildirdikdə atası, Təqsirləndirilən şəxsla görüşmək qərarına gəlmiş və may ayının əvvəllərində atasının xahişi ilə Natiq onların yaşadığı ünvana getmişdir. Onun atası Zərərçəkmiş şəxs onu işə düzəltməsi barədə Natiqlə söhbət etmişdir. Natiq, onu Sumqayıt şəhər TTYS-na sürücü kimi işə düzəldə biləcəyinə Mövsüm Cəfərovu və onu inandırmışdır. 14 may 2022-ci il tarixdə, yaşadıqları ünvanda, onun atası Mövsüm, onun və onun anası Balaqızın yanında, onu Sumqayıt şəhər TTYS-na sürücü vəsifəsinə işə düzəltməsi üçün istədiyi 5000 min manat pulun ilkin olaraq 2500 manatını Təqsirləndirilən şəxs vermiş, qalan 2500 manat pulu da, tez bir zamanda verəcəyini bildirmişdir. Natiq onun atası Zərərçəkmiş şəxsla razılaşmışdır. Həmçinin Natiq, onun təxminən 10-15 gün ərzində işə çıxacağını bildirmişdir. Zərərçəkmiş şəxs, onu işə düzəltməsi üçün verməli olduğu qalan pulu, yəni 2500 manatı da qısa müddət ərzində düzəldib verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Natiq onların yaşadığı ünvana gedərək, “onun işinin” düzəlmək üzrə olduğunu bildirib, Natiqə verməli olduğu qalan 2500 manat pulu da, verməsini Mövsümdən istəmişdir. Zərərçəkmiş şəxs 2500 manat pulu tam düzəltmədiyini, hələ ki, cəmi 900 manat pul düzəltdiyini bildirib, 900 manat pulu Natiqə verməyi təklif etmişdir. Natiq, onun atası Mövsümlə razılaşmış və 900 manatı götürüb getmişdir. xx.xx.2022-ci il tarixdə Natiq yenə onların yaşadığı ünvana gedib onun atası Zərərçəkmiş şəxs qalan pulu verməsini istəmişdir. Zərərçəkmiş şəxs qısa müddət ərzində pulu tam düzəldə bilmədiyini, cəmi 1000 manat pul düzəltdiyini bildirib, həmin 1000 manat pulu Natiqə verməyi təklif etmiş və bir neçə gün sonra qalan 600 manat pulu da verəcəyini bildirmişdir. Natiq, Zərərçəkmiş şəxs təklifi ilə razılaşmış və 1000 manat pulu götürüb getmişdir. xx.xx.2022-ci il tarixdə Natiq ona zəng edərək “işin” düzəlmək üzrə olduğunu bildirib qalan 600 manat pulu da təcili vermələrini tələb etdiyi üçün o, atası Zərərçəkmiş şəxsla əlaqə saxlayıb Natiqin qalan 600 manat pulu istədiyini bildirmişdir. Onun atası Mövsüm onu yanına çağırıb, 600 manat pulu ona vermiş və Natiqə çatdırmasını bildirmişdir. O, isə öz növbəsində həmin 600 manatı pulu xx.xx.2022-ci il tarixdə, saat 13:26-da Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən Ordubad marketdəki Milli Ön ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid3 adına olan, 5315 **** **** 5958 nömrəli, Bank of Baku tərəfindən verilmiş kart hesabına göndərmişdir. O və atası Mövsüm Natiqlə əlaqə saxladıqda Natiq 600 manat pulu aldığını bildirmişdir. Həmçinin Natiq onunla əlaqə saxlayaraq, “onun gələcək iş yerin”ə təqdim etmək üçün müəyyən sənədləri Natiqə çatdırmasını istəmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, Bakı şəhəri 20 Yanvar metro stansiyasının yaxınlığında Natiqlə görüşüb, ona məxsus hərbi biletin, şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin surətlərini və eləcə də, Natiqin istəyi ilə TƏBİB-ə verilməsi üçün MİS-dən aldığı onun barəsində olan arayışı Natiqə vermişdir. 4 gün sonra atası və eləcə də, o, Natiqlə yenə əlaqə saxlayıb iş barəsində soruşduqda Natiq işin alınmadığını bildirmişdir. Belə olan halda onun atası Zərərçəkmiş şəxs və eləcə də, o, onu işə düzəltməsi üçün Zərərçəkmiş şəxs Natiqə verdiyi 5000 manat pulu qaytarmasını xahiş etmişlər. Natiq tez bir zamanda pulu qaytaracağını bildirsə də müxtəlif bəhanələr gətirərək bu günə kimi onu işə düzəldəcəyi adı ilə onun atası Zərərçəkmiş şəxs aldığı 5000 manat pulu qaytarmayaraq onunla eləcə də, atası Zərərçəkmiş şəxsla əlaqələrini kəsmişdir. Belə olan halda onlar başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu Sumqayıt şəhər TTYS-na sürücü kimi işə düzəldəcəyi adı ilə atası Zərərçəkmiş şəxs aldadaraq 5000 (beş min) manat pulunu alıb ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qeyri rəsmi həyat yoldaşıdır, rəsmi nigahları olmasa da, xx.xx.2001ci il tarixdən ailəli olmuşlar, 18 və 21 yaşlarında iki övladları var, 2022-ci ilin yanvar ayında “Bank of Baku” bankından 1 illik müddətlə 5315 **** **** 5958 nömrəli, Debit plastik kart alıb istifadə etmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs da, həmin kartdan istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə Natiqin tanışı olan Şahid1 ona məxsus sözügedən kart hesabına 600 manat pul köçürmüş və Natiqin həmin məbləği kartın balansından çıxardıb nağdlaşdırması barədə heç bir məlumatı olmamışdır. Həmin kart çox vaxt onun həyat yoldaşı Natiqdə olmuşdur və Natiq kartla etdiyi hər hansı bir əməliyyatlar barədə ona məlumat verməmişdir. Onun həyat yoldaşı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb istintaqa apanldıqdan sonra o, öyrənmişdir ki, Natiq Zərərçəkmiş şəxs oğlu Şahid1 Sumqayıt TTYS-na sürücü vəzifəsinə işə düzəltmək adı ilə aldadıb 5000 manat pulunu alaraq ələ keçirmişdir və həmin məbləğin 600 manatının ona məxsus sözügedən kart hesabma göndərildikdən sonra Natiq tərəfindən çıxarılıb nağdlaşdırılmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı şübhəli şəxs Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri vasitəsilə müəyyən edilərək istintaqa təqdim edilənədək dayandırılmışdır. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin 58-3/2-2414 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:30-da Sumqayıt şəhəri, 3-cü mikrorayon, “Turan” restoranının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin MSYnə təhvil verilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən dərhal azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Üzləşdirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs yalan danışdığını, Təqsirləndirilən şəxs, Şahid1 işə düzəltmək üçün istədiyi 5000 manat pulu Təqsirləndirilən şəxs o, özü verdiyini, Təqsirləndirilən şəxs, Şahid1 Sumqayıt TTYS-na sürücü vəzifəsinə düzəldəcəyi adı ilə onu aldadaraq onun 5000 manat pulunu ələ keçirib ona həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etdiyini Təqsirləndirilən şəxs üzünə deyərək sonuncunu ifşa etmişdir. İş materiallarında olan “Üzləşdirmə haqqında” 02.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs yalan danışdığını, Təqsirləndirilən şəxs, onu işə düzəltmək üçün istədiyi 5000 manat pulu Təqsirləndirilən şəxs onun atası Zərərçəkmiş şəxs verdiyini, Təqsirləndirilən şəxs, Şahid1 Sumqayıt TTYS-na sürücü vəzifəsinə düzəldəcəyi adı ilə onun atası Zərərçəkmiş şəxs aldadaraq 5000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etdiyini Təqsirləndirilən şəxs üzünə deyərək sonuncunu ifşa etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Keşlə bələdiyyəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Sübutların qiymtələndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngüllədirən hal kimi ilk dəfə məsuliyyətə cəlb edilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngüllədirən halı, o cümlədən təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 04 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi qızına 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli "Axtarışda olan şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə tutularaq saxlanmış və xx.xx.2023-cü il tarixdə azad olunmuşdur. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilməmiş, o isə ziyanın tam ödənilməsini tələb edir. Ona görə də, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Cinayət işi üzrə müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdən 14 fevral 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 04 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi qızı tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar