Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-395/2022 09.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib iki il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaqda elan edilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında fəaliyyət göstərən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********, hazırki "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) ilə 25 noyabr 2014-cü il tarixdə və həmin ünvanda fəaliyyət göstərən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə (VÖEN **********) 22 oktyabr 2019cu il tarixdə bağladığı müqavilələr əsasında həmin QSC-nin adından və hesabına “Topaz” idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə vasitəçilik xidmətlərinin göstərilməsini təmin edən ticarət nümayəndəsi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Zərərçəkmiş şəxs 29 mart 2018-ci il tarixli icarə müqaviləsi əsasında istifadə etdiyi X4 məxsus Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən “Rəndə MTK”nin binasının birinci mərtəbəsində yerləşən 105276 nömrəli və 18 oktyabr 2019-cu il tarixli icarə müqaviləsi əsasında istifadə etdiyi X3 məxsus ünvan 4 ünvanında yerləşən 105410 nömrəli “Topaz” məntəqələrinin fəaliyyətini 05 iyul 2016-cı il tarixli etibarnamə əsasında həyata keçirən Şahid1 tərəfindən aralarında olan şifahi razılaşmaya əsasən 20 dekabr 2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 105410 nömrəli “Topaz” məntəqəsində əmək müqaviləsi bağlamadan 300 manat əmək haqqı müqabilində kassir kimi işə qəbul edildikdən sonra özgə əmlakını mənimsəməklə və israf etməklə talamaq məqsədilə 20 dekabr 2021-ci il tarixdə, saat 22:34 radələrində Şahid1lə aralarında olan şifahi razılaşmaya əsasən həmin gündən etibarən Şahid1 tərəfindən ona etibar edilmiş ünvan 4 ünvanında yerləşən “Topaz” məntəqəsinin kassasında olan 2501,42 manat pulu götürüb Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən “Rəndə MTK”nin binasının birinci mərtəbəsində yerləşən 105276 nömrəli “Topaz” məntəqəsinə gedərək həmin məntəqənin kassiri işləyən Şahid2 Şahid1 aralarında olan şifahi razılığa əsasən ertəsi gün bank vasitəsilə "xxxx" QSC-nin hesabına köçürməsi üçün ona etibar etdiyi 2348 manat pulu aldıqdan sonra ünvan 4 ünvanında yerləşən 105410 nömrəli “Topaz” məntəqəsinə qayıdaraq idman mərc oyularının qeydiyyata alındığı terminal vasitəsilə həmin məntəqənin terminaldakı hesabı vasitəsilə 20 dekabr 2021-ci il tarixdə, saat 23:48-də 317 manat dəyərində “1f01o00aak04f” nömrəli, 691 manat dəyərində “**********010” nömrəli və 600 manat dəyərində “**********124” nömrəli kuponlar üzrə idman mərc oyuları oynayıb hər iki məntəqənin kassasından əldə etdiyi 4849,42 manat pulu öz şəxsi ehtiyaclarına sərf etməklə və 1608 manat pulu israf etməklə Zərərçəkmiş şəxs məxsus olmaqla ona etibar edilmiş cəmi 6457,42 manat pulu vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək və israf edərək talamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə elan olunan ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 dekabr 2021-ci il tarixdə Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən "Topaz” məntəqəsinə kassir kimi işə düzəlmişdir. Həmin məntəqədə keçirilən mərc oyunları nəticəsində toplanan pula nəzarət etmək ona etibar olunmuşdur. Həmin günü Amillə birlikdə kassadan yığılmış 2000 manat pulu Şahid1 Rabitəbank hesabına köçürmüşlər. 20 dekabr 2021-ci il tarixdə işdə olan zaman 1608 manat pulu mərc oyunlarında uduzmuşdur. Gün sonunda kassada 920 manat pul olmuşdur. O, həmin pulu işdən çıxan zaman özü ilə götürmüşdür. Bundan başqa Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən “Topaz” məntəqəsində kassir işləyən Elvin adlı şəxs ondan həmin məntəqəyə aid olan 2348 manat pulu da sonuncudan götürərək növbəti gün bank hesabına köçürməsini xahiş etmişdir. O, həmin pulu 20 dekabr 2021-ci il tarixdə Elvindən Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən "Topaz” məntəqəsində götürmüşdür. Növbəti gün isə onunla heç kimin əlaqə saxlaya bilməməsi üçün telefonunu söndürmüşdür. O, ümumilikdə 4876 manat pul götürmüşdür. Uduzduğu 1608 manat mərc oyunlarından başqa, digər məbləğ nəğd şəkilində mənimsənilmişdir. Törətdiyi əmələ görə peşmandır. Əməlinin tövsif olunmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (hazırki "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) ilə 25 noyabr 2014cü il tarixdə və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə 22 oktyabr 2019-cu il tarixdə “Topaz” adlı mərc oyunlarının təşkil edilməsində vasitəçilik xidmətlərinin göstərilməsi məqsədi ilə ticarət nümayəndəsi müqavilələri bağlamışdır. Əvvəlcə Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən obyekti icarə əsasında götürmüşdür. Şirkətin həmin obyektdə məntəqəsini açıb fərdi sahibkar kimi fəaliyyət göstərməyə başlamışdır. Sonra Sumqayıt şəhəri, 26-cı məhəllədə daha bir obyekt icarəyə götürmüş və orada daha bir “Topaz” məntəqəsi açıb fəaliyyət göstərməyə başlamışdır. Hər iki məntəqənin fəaliyyəti ilə onun kimi etibarnamə əsasında oğlu Şahid1 də məşğul olmuşdur. 2021-ci ilin dekabr ayının ortalarında 26-cı məhəllədə yerləşən “Topaz” məntəqəsində kassir vəzifəsinə ehtiyac yarandığından oğlu Xəqani internet vasitəsilə onlayn iş elanı vermişdir. Həmin elanı özünün və ya digər şəxsin verdiyini, elanda oğlu Xəqaninin, yoxsa digər şəxsin adının qeyd olunduğunu bilmir. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs həmin iş elanı ilə bağlı telefon əlaqəsi saxlamışdır. Oğlu Xəqani və ya digər şəxslə telefon əlaqəsi saxladığını bilmir. Lakin yekunda 18 dekabr 2021-ci il tarixdə oğlu Xəqani ilə Sumqayıt şəhərində görüşmüşlər. Onlar görüşdükdən sonra oğlu Xəqani Əşrəfi 26-cı məhəllədə yerləşən “Topaz” məntəqəsinə kassir kimi işə götürməyə qərar vermişdir. Bundan sonra Əşrəfin məntəqədə kassir işini öyrənməsi üçün həmin gündən məntəqələrin birində ona işi öyrətmişlər. Əşrəf işi öyrənəndən sonra 20 dekabr 2021-ci il tarixdə 26-cı məhəllədə yerləşən “Topaz” məntəqəsində sərbəst, müstəqil olaraq kassir kimi işə başlamışdır. Həmin gün Əşrəfin işlədiyi məntəqənin açarı da ona təhvil verilmişdir. Əşrəfin işi saat 11:00-da məntəqəni açmaq, müştərilərə kuponları təqdim etmək, məntəqəni “Topaz” mərc oyunlarının oynanılması üçün hər cür şəraiti yaratmaq, müştərilərin mərclərini qeydə almaq, həmin mərc oyunları üçün ödənişi qəbul etmək, müştərinin qazancını ona təqdim etmək, müştərinin oynadığı mərci elektron qaydada “Topaz” mərc oyunlarının sisteminə daxil etmək, müştərilərin oynadıqları mərclərlə bağlı qəbzləri müştərilərə təhvil vermək, saat 00-da məntəqəni bağlamaq və Xəqaninin tapşırığı ilə kassada toplanmış pulu banka gedib bankdakı hesaba köçürməkdən ibarət olmuşdur. Əşrəf 20 dekabr 2021-ci il tarixdə müstəqil qaydada özü məntəqəni saat 11 radələrində açdıqdan sonra saat 00 radələrini bağlayıb getmişdir. Hər iki məntəqənin kassasında toplanmış pulu ertəsi gün banka köçürməsi barədə Xəqani ona göstəriş vermişdir. 21 dekabr 2021-ci il tarixdə, səhər saatlarında oğlu Xəqani Əşrəfə zəng etmiş, lakin Əşrəfin telefon nömrəsinə zəng çatmamışdır. Bundan sonra Xəqani Elvinlə telefon əlaqəsi saxlayıb Əşrəfin telefon nömrəsinə zəng çatmadığını bildirmişdir. Elvin isə ona demişdir ki, Əşrəf 20 dekabr 2021ci il tarixdən 21 dekabr 2021-ci il tarixə keçən gecə onun işlədiyi məntəqəyə gəlib banka köçrmək üçün məntəqədə olan 2400 manat pulu da götürüb getmiş, bundan sonra onu görməmişdir. Sonradan öyrəndiyinə görə Əşrəf 26-cı məhəllədə yerləşən özünün işlədiyi məntəqəni bağlayıb çıxandan sonra 19-cu məhəllədə yerləşən məntəqəyə gedib həmin məntəqənin kassiri Elvinə onu Xəqaninin göndərdiyini, Xəqanini tapşırığına əsasən 19-cu məhəllədəki məntəqənin kassasında toplanmış pulu ona verməli olduğunu, ertəsi gün həmin pulu banka gedərək hesaba köçürəcəyini bildirmişdir. Elvin kassada olan 2400 manat pulu Əşrəfə vermişdir. Əşrəf 19-cu məhəllədə özünün işlədiyi məntəqəyə qayıdıb mərc oyunları terminalının balansında olan 1600 manat pulu mərc oyunlarına xərcləmişdir. Həmin məntəqənin kassasında olan 2500 manat pulu və Elvindən aldığı 2400 manat pulu götürüb getmiş, telefonunu söndürmüş və bir daha qayıtmamışdır. Buna görə o, bununla bağlı Sumqayıt şəhər polis idarəsinin 4-cü bölməsinə ərizə ilə müraciət etmişdir. Şahid1 Təqsirləndirilən şəxs səhv etmirsə, aylıq 300 manat əmək haqqı müqabilində yuxarıda göstərdiyi işləri görməsi qarşılığında kassir kimi işə qəbul etmişdir. Oğlu Xəqani onunla əmək müqaviləsi bağlamaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməsini istəmiş, Təqsirləndirilən şəxs isə şəxsiyyət vəsiqəsinin yanında olmadığını 21 dekabr 2021-ci il tarixdə şəxsiyyət vəsiqəsini Xəqaniyə təqdim edəcəyini bildirmişdir. Xəqani də əmək müqaviləsi bağlanması üçün Əşrəfin şəxsiyyət vəsiqəsini təqdim etməsini gözləmişdir. Əşrəf cəmi bir gün işlədiyinə və şəxsiyyət vəsiqəsini təqdim etmədiyinə görə onunla əmək müqaviləsi bağlanması mümkün olmamışdır. O, Təqsirləndirilən şəxs məntəqədə işi öyrəndiyi və işlədiyi müddətdə görməmişdir. Onun barəsində şikayət etdikdən sonra polis bölməsində onu görmüşdür. Onun mülki hüquqlarını təmsil etməsi üçün verdiyi etibarnamə əsasında oğlu Şahid1 20 dekabr 2021-ci il tarixdən 19-cu məhəllədə yerləşən məntəqəni, mərc oyunlarının elektron qaydada qeydə alınması üçün istifadə olunan oğlu Xəqaninin adına açılmış bank hesabını, terminalın kodunu, müştərilərin mərc oyunları üçün ödədikləri pulları Təqsirləndirilən şəxs etibar etmişdir. Ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 25 noyabr 2014-cü il tarixdə atası Zərərçəkmiş şəxs “Topaz” adlı mərc oyunlarını təşkil edən "xxxx" QSC (hazırki "xxxx" QSC) ilə müqavilə bağlamışdır. Həmin müqavilə əsasında Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 19-cu məhəllədə yerləşən X4 məxsus obyekti icarə əsasında götürmüşdür. Bundan sonra “Topaz” mərc oyunlarını təşkil edən "xxxx" QSC-nin həmin obyektdə məntəqəsini açıb fərdi sahibkar kimi fəaliyyət göstərməyə başlamışdır. 22 oktyabr 2019-cu il tarixdə yenidən əlavə müqavilə bağlayaraq Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 26-cı məhəllədə X3 məxsus obyekti icarəyə götürmüş və orada daha bir “Topaz” məntəqəsi açıb fəaliyyət göstərməyə başlamışdır. Hər iki məntəqənin fəaliyyəti ilə atasının etibarnaməsi əsasında o da məşğul olmuşdur. 2021-ci ilin dekabr ayının ortalarında 26-cı məhəllədə yerləşən “Topaz” məntəqəsində kassir vəzifəsinə ehtiyac yarandığından o, “Tap.az” internet saytında onlayn iş elanı vermişdir. Həmin elanı məntəqədə kassir işləyən Amilin adından vermiş və Amilin telefon nömrəsini qeyd etmişdir. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs həmin iş elanı ilə bağlı Amillə telefon əlaqəsi saxlamışdır. 14 dekabr 2021-ci il tarixdə o, Təqsirləndirilən şəxsla Sumqayıt şəhərində 26-cı məhəllədə yerləşən “Topaz” məntəqəsinin qarşısında görüşmüşdür. O, Əşrəflə görüşəndə Əşrəf özünü normal aparmışdır. Lakin o, sonradan öyrənmişdir ki, Əşrəf əvvəllər də “Topaz” məntəqəsində işləmişdir. Lakin Əşrəf bunu ona bildirməmişdir. O, Əşrəfi işə qəbul etməyə qərar vermiş və onunla əmək müqaviləsi bağlamaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməsini istəmişdir. Əşrəf ona demişdir ki, şəxsiyyət vəsiqəsini dəyişmək üçün müraciət etmişdir, buna görə də hazırda təqdim edə bilmir. Əşrəf 1 gün sonra şəxsiyyət vəsiqəsini təqdim edəcəyinə söz vermişdir. Bundan sonra Əşrəfin məntəqədə kassir işini öyrənməsi üçün həmin gündən hər iki məntəqədə Elvin və Amil ona işi öyrətmişlər. Əslində isə Əşrəf işi bilmiş, lakin onları aldatmışdır. Əşrəf işi öyrənəndən sonra 20 dekabr 2021-ci il tarixdə 26-cı məhəllədə yerləşən “Topaz” məntəqəsində sərbəst, müstəqil olaraq kassir kimi işə başlamışdır. 19 dekabr 2021-ci il tarixdə axşam saatlarından Əşrəfin işlədiyi məntəqənin açarı da ona təhvil verilmişdir. Əşrəfin işi saat 11:00-da məntəqəni açmaq, müştərilərə kuponları təqdim etmək, məntəqədə “Topaz” mərc oyunlarının oynanılması üçün hər cür şəraiti yaratmaq, müştərilərin mərclərini qeydə almaq, həmin mərc oyunları üçün ödənişi qəbul etmək, müştərinin qazancını ona təqdim etmək, müştərinin oynadığı mərci elektron qaydada “Topaz” mərc oyunlarının sisteminə daxil etmək, müştərilərin oynadıqları mərclərlə bağlı qəbzləri müştərilərə təhvil vermək, saat 00-da məntəqəni bağlamaq və onun tapşırığı ilə kassada toplanmış pulu banka gedib bankdakı hesaba köçürməkdən ibarət olmuşdur. Əşrəf 20 dekabr 2021-ci il tarixdə müstəqil qaydada özü məntəqəni saat 11 radələrində açdıqdan sonra saat 22:30 radələrini bağlayıb getmiş, saat 23:45-də isə yenidən məntəqəyə qayıdıb təxminən 5 dəqiqə sonra yenidən məntəqəni bağlayıb getmişdir. Əşrəf yeni işçi olmasına baxmayaraq 19-cu məhəllədə yerləşən məntəqənin kassiri ertəsi gün xəstəxanaya gedəcəyindən hər iki məntəqənin kassasında olan pulu götürüb ertəsi gün bank vasitəsilə şirkətin hesabına köçürməyi Əşrəfə tapşırmışdır. 21 dekabr 2021-ci il tarixdə, səhər saatlarında o, Əşrəfə zəng etmiş, lakin Əşrəfin telefon nömrəsinə zəng çatmamışdır. Bundan sonra o, Elvinlə telefon əlaqəsi saxlayıb Əşrəfin telefon nömrəsinə zəng çatmadığını bildirmişdir. Elvin isə ona demişdir ki, Əşrəf 20 dekabr 2021-ci il tarixdən 21 dekabr 2021-ci il tarixə keçən gecə onun işlədiyi məntəqəyə gəlib məntəqədə olan təxminən 2400 manat pulu da götürüb getmişdir. Sonradan öyrəndiyinə görə Əşrəf 26-cı məhəllədə yerləşən özünün işlədiyi məntəqəni 20 dekabr 2021-ci il tarixdə, saat 22:30 radələrində bağlayıb çıxandan sonra 19-cu məhəllədə yerləşən məntəqəyə gedib həmin məntəqənin kassiri Elvinə onun Əşrəfi göndərdiyini, onun tapşırığına əsasən 19-cu məhəllədəki məntəqənin kassasında toplanmış pulu ona verməli olduğunu, ertəsi gün həmin pulu banka gedərək hesaba köçürəcəyini bildirmişdir. Elvin kassada olan 2400 manat pulu Əşrəfə vermişdir. Əşrəf 19-cu məhəllədə özünün işlədiyi məntəqəyə saat 23:45 radələrində qayıdıb mərc oyunları terminalı vasitəsilə 1608 manat pulu mərc oyunlarına xərcləmişdir. Həmin məntəqənin kassasında olan təxminən 2500 manat pulu və Elvindən aldığı təxminən 2400 manat pulu götürüb getmiş, telefonunu söndürmüş və bir daha qayıtmamışdır. Buna görə atası bununla bağlı Sumqayıt şəhər polis idarəsinin 4-cü bölməsinə ərizə ilə müraciət etmişdir. Sonradan atası "xxxx" QSC-nə müraciət etdikdə Təqsirləndirilən şəxs ələ keçirdiyi məbləği dəqiq olaraq müəyyən etmişdir. Belə ki, "xxxx" QSC-nin 09 fevral 2022-ci il tarixli məktubuna əsasən atası Zərərçəkmiş şəxs məxsus 105276 və 105410 nömrəli məntəqələr üçün xx.xx.2021 – xx.xx.2021-ci il dövrünə aid gəlir 1114,74 manat müəyyən edilmişdir. "xxxx" QSC-nə isə həmin dövr üçün 3734,68 manat borclu qalmışdır. Yəni məntəqələr üzrə hesabat hər həftənin çərşənbə axşamı təqdim edilir. Sonuncu hesabat 13 dekabr 2021-ci il tarixdə təqdim edilmişdir. Ona görə də 14 dekabr 2021-ci il tarixdən 20 dekabr 2031-ci il tarixədək məntəqələrin kassasına daxil olmuş pul vəsaiti, yəni mərc oyunlarından əldə edilmiş vəsait şirkət hesabına köçürülməmişdir. Yuxarıda göstərilən dövr ərzində əldə edilmiş vəsait QSC ilə bağlanmış müqaviləyə əsasən 1114,74 və 3734,68 manat məbləğindəki iki hissəyə bölünməli, 1114,74 manatlıq hissə atası Zərərçəkmiş şəxs çatmalı, 3734,68 manat məbləğindəki hissə isə QSC-nin hesabına köçürülməli olmuşdur. Yəni Təqsirləndirilən şəxs həmin dövrdə məntəqələrin kassasında toplanan 4846,42 manat pulu ələ keçirib getmişdir. Bundan əlavə "xxxx" QSC-nin 09 fevral 2022-ci il tarixli məktubuna əsasən atasına məxsus 105410 nömrəli məntəqədə 20 dekabr 2021-ci il tarixdə, saat 23:40-23:50 arasında üç ədəd mərc oyunu oynanılmışdır. Həmin mərc oyunlarının məbləği isə 1608 manat olmuşdur. Həmin məbləğ də atası Zərərçəkmiş şəxs adına QSC-nə əlavə borc olaraq hesablanmışdır. Belə ki, hər məntəqə üçün QSC tərəfindən həftəlik 2.000 manatlıq limit təyin olunmuşdur. Həmin limitlər əsasında məntəqələrdə mərc oyunları qeydə alınır. Mərc oyunları onlayn terminalda qeydə alınarkən məntəqədən onlayn qaydada pul köçürülmür. Müştərilərin ödədikləri nəğd pullar kassada toplanır və hər çərşənbə axşamı QSC-nə ödənilir. Təqsirləndirilən şəxs kassada toplanmış pulu ələ keçirməsi ilə və məntəqənin ödəniş terminalı ilə mərc oyunları oynayıb kassaya hər hansı məbləğdə pul qoymaması ilə atası Zərərçəkmiş şəxs QSC-nə 5342,68 manat borclu qalmış və gəlir kimi əldə etməli olduğu 1114,74 manat pulu itirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs 6457,42 manat maddi ziyan vurmuşdur. O, Təqsirləndirilən şəxs aylıq 300 manat əmək haqqı müqabilində yuxarıda göstərdiyi işləri görməsi qarşılığında kassir kimi işə qəbul etmişdir. O, Əşrəflə əmək müqaviləsi bağlamaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməsini istəmiş, Təqsirləndirilən şəxs isə şəxsiyyət vəsiqəsinin yanında olmadığını, 21 dekabr 2021-ci il tarixdə şəxsiyyət vəsiqəsini ona təqdim edəcəyini bildirmişdir. O da əmək müqaviləsi bağlanması üçün Əşrəfin şəxsiyyət vəsiqəsini təqdim etməsini gözləmişdir. Əşrəf cəmi bir gün işlədiyinə və şəxsiyyət vəsiqəsini təqdim etmədiyinə görə onunla əmək müqaviləsi bağlanması mümkün olmamışdır. Atasının mülki hüquqlarını təmsil etməsi üçün verdiyi etibarnamə əsasında o, 20 dekabr 2021-ci il tarixdən etibarən 19-cu məhəllədə yerləşən məntəqəni, mərc oyunlarının elektron qaydada qeydə alınması üçün istifadə olunan terminalı, terminalın kodunu, müştərilərin mərc oyunları üçün ödədikləri pulları, məntəqənin kassasında olan pulları Təqsirləndirilən şəxs təhvil verib etibar etmişdir. Lakin bununla bağlı hər hansı sənəd tərtib etməmiş, şifahi qaydada bu barədə razılaşmışlar. Göstərilən məsələlərin hamısı onunla bağlanılacaq əmək müqaviləsində öz əksini tapacaqdı, lakin Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini təqdim etməyərək bundan yayınmışdır. Eyni zamanda onun Rabitəbank hesabına köçürülmüş 2000 manat pulla bağlı bildirir ki, həmin pullar sonradan xx.xx.2021 il tarixdə yenidən şirkətin hesabına vurulmuşdur ki, kassirlər satış həyata keçirə bilsin. Həmin pulların ittihamda göstərilən məbləğdə Təqsirləndirilən şəxs tərəfindən mənimsəməsinə aidiyyəti yoxdur. Eyni zamanda hər günün sonunda 200-300 manat pul kassada qalıq saxlanılır ki, növbəti gün məntəqə xidmət göstərsin. Təqsirləndirilən şəxs kassa təhvil verilən vaxt kassada 300 manat pul olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2020-2021-ci illərdə müəyyən fasilələrlə ümumilikdə 6-7 ay ərzində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, 19-cu məhəllədə və 26-cı məhəllədə yerləşən “Topaz” məntəqələrində kassir işləmişdir. Onun işinə Zərərçəkmiş şəxs oğlu Şahid1 nəzarət etmişdir. Sonradan "xxxx" MMC-də mühasib vəzifəsinə qəbul olunduğuna görə “Topaz” məntəqəsindəki işindən azad olunmuşdur. O, işlədiyi müddətdə məntəqələrə işçi lazım olanda Xəqaninin tapşırığı ilə “Tap.az” internet saytında iş elanı yerləşdirib müraciət edənlərlə görüşüb danışdıqdan sonra Xəqaniyə təqdim etmişdir. Xəqani də onların işə qəbul edilib-edilməməsinə qərar vermişdir. Həmin məntəqələrdə kassir işləmiş Elvin və Nizami adlı şəxslər də əvvəllər onun yerləşdirdiyi iş elanları əsasında işə müraciət edib işə qəbul olunmuşlar. 2021-ci ilin dekabr ayının ortalarında Xəqani ona yenidən “Topaz” məntəqəsində kassir işləməsini təklif etmişdir. Lakin o, Xəqaniyə bildirmişdir ki, hazırki işi ilə bağlı yenidən orada işləyə bilməz, lakin 2-3 gün boş vaxtı vardır, həmin müddətdə ona kömək edə bilər. Xəqani ona bundan əvvəl də işçi tapmasını tapşırmışdır. O, buna görə yenə “Tap.az” internet saytında iş elanı yerləşdirmişdir. Adını xatırlamadığı bir nəfərin həmin iş elanı ilə bağlı müraciətinə görə onunla Sumqayıt şəhərində yerləşən "xxxx" ASCnin filialının qarşısında görüşmüşdür. Lakin həmin şəxslə işlə bağlı razılaşa bilməmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs həmin iş elanı ilə bağlı ona müraciət etmişdir. O da Əşrəflə həmin yerdə görüşmüşdür. İlk görüşdən normal bir insan təsiri bağışlamışdır. Həmin vaxt onun mobil telefonu olmamış, mobil telefonunun ustada olduğunu demişdir. Ona başqa şəxsə məxsus telefon nömrəsi ilə zəng etmişdir. Bundan bir neçə gün sonra yenidən Əşrəflə görüşmüş və Sumqayıt şəhərində yerləşən kafeyə gedib orada Xəqani ilə görüşmüşlər. Xəqani Əşrəflə danışıb onu işə qəbul etməyə qərar vermişdir. Bundan sonra bir neçə gün ərzində o və kassir Elvin Əşrəfə işi öyrətmişlər. 20 dekabr 2021-ci il tarixdə Əşrəf artıq 19-cu məhəllədə yerləşən “Topaz” məntəqəsində kassir kimi sərbəst işə başlamışdır. Həmin məntəqənin açarları, kassası və kassada olan pullar Xəqani tərəfindən ona etibar edilmişdir. Həmin gün saat 20 radələrində o, işdən gələndə onun yanına “Topaz” məntəqəsinə getmişdir. Həmin vaxt Əşrəf yemək sifariş etmiş və yemək yemişdir. O, Əşrəfin işini yoxlamış və hər hansı çətinliyinin olub-olmadığını soruşmuşdur. Həmin vaxt onun gördüyü iş qaydasında olmuşdur. Buna görə o, oradan getmişdir. Ertəsi gün səhər saatlarında Xəqani ona zəng edib demişdir ki, Əşrəf “Topaz” məntəqəsini açmamış, işə gəlməmiş, axşam hər iki məntəqənin kassasında olan pulu götürdükdən sonra isə həmin pulu bank vasitəsilə şirkətin hesabına köçürməmişdir. Əşrəfin telefon nömrəsinə də zəng çatmamışdır. Elvinin telefonu ilə qardaşına əvvəllər zəng etdiyinə görə həmin telefon nömrəsi ilə Xəqani əlaqə saxlamışdır. Elvinin adını bilmədiyi qardaşı ona bildirmişdir ki, Əşrəfin əvvəllər oğurluq edib cəzaçəkmə müəssisəsində cəza çəkdiyinə görə onunla əlaqə saxlamır və görüşmür. O, Əşrəfi əvvəllər tanımamış, onu heç yerdə görməmişdir. Əşrəf işə qəbul olunduqdan sonra ona Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yaşadığını demişdir. O, Əşrəfə bildirmişdir ki, orada 20 il yaşamış, lakin onu görməmişdir. Əşrəf cavabında ona demişdir ki, həmin yerə təzə köçmüşdür. O, artıq həmin ərazidə təxminən bir il altı ay əvvəldən yaşamadığına görə bunun mümkün olacağını düşünmüşdür. “Topaz” məntəqələrində olan kassalardakı puldan xəbəri olmadığına görə Əşrəfin hansı yolla, nə qədər pul ələ keçirdiyini bilmir. Lakin Xəqaninin ona dediyinə görə ona təxminən 6-7 min manat ziyan vurmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan protokol və qəarardan görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2021-ci il tarixdə, saat 19:25-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-694/2021 saylı, xx.xx.2021ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 28 dekabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 25 noyabr 2014-cü il tarixli “Ticarət nümayəndəsi (agent) haqqında” müqavilədən görünür ki, ünvan 3 ünvanında fəaliyyət göstərən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) ilə X7 arasında Sumqayıt şəhəri, 19-cu məhəllədə həmin QSC-nin adından və hesabına “Topaz” idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə vasitəçilik xidmətlərinin göstərilməsinin təmin edilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan 22 oktyabr 2019-cu il tarixli “Ticarət nümayəndəsi (agent) haqqında” müqavilədən görünür ki, ünvan 3 ünvanında fəaliyyət göstərən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə X7 arasında ünvan 4 ünvanında həmin QSC-nin adından və hesabına “Topaz” idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə vasitəçilik xidmətlərinin göstərilməsinin təmin edilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan 29 mart 2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, X6 tərəfindən Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən “Rəndə MTK”nin binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi Zərərçəkmiş şəxs icarəyə verilmişdir. İş materiallarında olan 18 oktyabr 2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, X5 tərəfindən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Zərərçəkmiş şəxs icarəyə verilmişdir. İş materiallarında olan 05 iyul 2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakı və digər mülki münasibətlərinin idarə edilməsi, onlar üzərində sərəncam verilməsi ilə bağlı hüquqları və işlərin görülməsi Şahid1 etibar edilmişdır. İş materiallarında olan "xxxx" QSC-nin 09 fevral 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Zərərçəkmiş şəxs məxsus 105410 nömrəli məntəqədə 20 dekabr 2021-ci il tarixdə Bakı vaxtilə saat 23:40 – 23:50 arasında 317 manat dəyərində “1f01o00aak04f” nömrəli, 691 manat dəyərində “**********010” nömrəli və 600 manat dəyərində “**********124” nömrəli kuponlar üzrə idman mərc oyuları qeydə alınmışdır. İş materiallarında olan "xxxx" QSC-nin 09 fevral 2022-ci il tarixli digər məktubunda göstərilmişdir ki, Zərərçəkmiş şəxs məxsus 105276 və 105410 nömrəli məntəqələr üçün xx.xx.2021 – xx.xx.2021-ci il dövrünə aid gəlir (komissiya) 1114,74 manat, "xxxx" QSC-nə həmin tarixlər üçün formalaşmış borc məbləği isə 3734,68 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskdə iki videogörüntü vardır. Birinci videogörüntü 20 dekabr 2021-ci il tarixdə, saat 22:32:04-dən saat 22:33:20-ə qədər olan vaxtı əhatə edir. Baxış zamanı tikilinin içərisində olan döşəməsi ağ rəngli, divarları ağ, boz və qırmızı rəngli, döşəmənin üzərində oturacaqlar, masalar, divarda televizor olan bir otaq müşahidə edilir. Həmin otağın videokameranın quraşdırıldığı küncündə üzərində şəffaf şüşə olan rəf vardır. Həmin rəfin arxasında bir nəfər şəxs vardır. Həmin Şəxs müxtəlif əskinaslardan ibarət pulları sayaraq dəstələyir. Onun ətrafında bir ədəd stolüstü komputer və bir ədəd notbuk və digər əşyaların olması müşahidə edilir. Şahid1 bildirmişdir ki, videokamera ünvan 4 ünvanında yerləşən 105410 nömrəli “Topaz” məntəqəsinin içərisində divara quraşdırılmışdır. Videogörüntülərdəki yer həmin məntəqədir. Videogörüntülərdəki şəxs Təqsirləndirilən şəxsdur. 20 dekabr 2021-ci il tarixdə, saat 22:32-də kassada olan pulları sayıb dəstəkləyərək özü ilə götürüb “Topaz” məntəqəsindən çıxır. Diskdə olan ikinci videogörüntü 20 dekabr 2021-ci il tarixdə, saat 23:44:14-dən saat 23:45:11-ə qədər olan vaxtı əhatə edir. Yuxarıda göstərilən videokamera vasitəsilə lentə alınmış və həmin yerin görüntülərini lentə almışdır. Lakin birinci videogörüntüdə süni lampa ilə işqlandırılmış, ikinci videogörüntüdə isə otaq qaranlıq olmuşdur. Videogörüntüdə bir nəfər şəxsin monitoru parlaq olan stolüstü komputer vasitəsilə qeyri-müəyyən əməliyyatlar həyata keçirməsi və həmin əməliyyatlar nəticəsində monitorun yuxarısında olan qurğudan birbirinə zəif bağlanmış şəkildə üç ədəd kağız parçasının çap olunması müşahidə edilir. Kağız parçaları çap olunduqdan sonra şıxs monitoru və onun yuxarısındakı qurğunu söndürüb kağız parçalarını əynindəki şalvarın cibinə qoyaraq otağın qapısını açıb çğlə çıxması və qapını çöldən bağlaması müşahidə edilir. Şahid1 bildirmişdir ki, videokamera ünvan 4 ünvanında yerləşən 105410 nömrəli “Topaz” məntəqəsinin içərisində divara quraşdırılmışdır. Videogörüntülərdəki yer həmin məntəqədir. Videogörüntülərdəki şəxs Təqsirləndirilən şəxsdur. 20 dekabr 2021-ci il tarixdə, saat 22:45-də terminal vasitəsilə üç ədəd mərc oynayıb kuponları özü ilə götürüb “Topaz” məntəqəsindən çıxır. İş materiallarında olan Salyan Rayon İra Hakimiyyəti Başçısının Salyan şəhər İnzibati Ərazi Dairəsi üzər Nümayəndəsinin 39 nömrəli, xx.xx.2022ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq ailəsi ilə birlikdə həmin ünvanda yaşamır. İş materiallarında olan Salyan Rayon İra Hakimiyyəti Başçısının Salyan şəhər İnzibati Ərazi Dairəsi üzər Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan məhkmə-mühasibatlıq ekspertizasının 9/1457 saylı, xx.xx.2022-ci tarixli rəyindən görünür ki, iş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş sənədlərin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alındığı təqdirdə, Zərərçəkmiş şəxs icarədarı olduğu Sumqayıt şəhəri, 26-cı və 19-cu məhəllədə yerləşən “Topaz” məntəqəsinin hesabı üzrə 6.457,42 məbləğində müəyyən edilir. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid1, Şahid2 və Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 179.2.1 və 179.2.4-cü maddələri ilə cinayət təqibinin rədd edilməsi, törədilmiş cinayət nəticəsində Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın məbləğinin 6457,52 manat oluduğu qəbul edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə elan olunmuş ittihamın məzmununa dəyişiklik və əlavələr edilərək həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək və ona əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrlə yenidən ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-329/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 25 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan təqdimatdan görünür ki, Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 15 gün, yəni 12 aprel 2022-ci il tarixədək uzadılması barədə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-153/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 28 mart 2022-ci il tarixdən hesablanmaqla 15 gün müddətinə uzadılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-395/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs və Şahid1 adına "xxxx" ASC-də bank hesabı olub-olmaması, bank hesabı olduğu halda həmin hesaba dair 15 dekabr 2021-ci il tarixdən, 25 dekabr 2021-ci il tarixədək hesabdan çıxarışın Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunması barədə sorğu verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin RB02/1820 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, adı qeyd olunmuş şəxslərin "xxxx" ASC-də heç bir bank hesabı mövcud deyildir. İş materiallarında olan zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş "xxxx" ASC-yə məxsus hesabdan çıxarışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Şahid1 hesab nömrəsinə 2000,0 manat məbləğində pul mədaxil edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş "xxxx" ASC-yə məxsus hesabdan çıxarışın surətindən görünür ki, Şahid1 tərəfindən həmin hesaba 1600 manat mədaxil edilmiş, Təqsirləndirilən şəxs işlədiyi “Topaz” məntəqəsindən xx.xx.2021-ci il tarixdə 1200 manat pul depozit hesabdan çıxarılmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə verdiyi izahatdan görünür ki, o xx.xx.2021-ci il tarixdə “Topaz” məntəqsində işə başlamışdır. İşə başladığı tarixdən xx.xx.2021-ci il tarixədək onda 1447 manat pul yığılmışdır. Həmin pulları o, xx.xx.2021-ci il tarixdə banka köçürməli idi. xx.xx.2021-ci il tarixdə, saat 23 radələrində o məntəqəni bağlayıb 19-cu məhəllədə yerləşən Xəqaniyə aid Topaz məntəqəsinə getmişdir. Həmin məntəqənin kassiri Elvin ona “WhatsApp” vasitəsilə yazmışdır ki, işdən sonra gedib ondan pulları götürsün ki, ertəsi gün banka ödəniş edərkən onun üçün də ödəniş etsin. O məntəqədən çıxarkən Topaz aparatında olan 1200 manat pulu da basketbol oyununda hesaba vurmuş və uduzmuşdur. Sumqayıt şəhəri, 19cu məhəllədə yerləşən məntəqəyə gedib Elvinlə görüşmüşdür. Elvin ona 2348 manat pul vermişdir. O, pulları götürüb Bakı şəhərində yerləşən yaşadığı ünvana getmişdir. Ertəsi gün banka heç bir ödəniş etməmiş, işə də getməmişdir. Mobil telefonu söndürmüşdür ki, onunla əlaqə yarada bilməsinlər. Əldə etdiyi pulun təxminən 250-300 manatını gündəlik tələbatına xərcləmiş, qalan hissəsini isə 2-3 gün ərzində internet üzərindən mərc oyunlarına hesaba köçürərək hamısını uduzmuşdur. Bildirir ki, sözügedən məntəqələrdən 6500 manat deyil, nağd olaraq ümumilikdə 3795 manat pul ələ keçirmişdir. Əlavə olaraq isə 1200 manat da məntəqənin hesabından hesaba pul vurub uduzmuşdur. Ümumilikdə 4995 manat pul ələ keçirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən müdafiəçinin iştirakı ilə Sumqayıt ŞPİ-yə verdiyi izahatında Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə verdiyi izahatdan fərqli olaraq bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə kassada 1344 manat pul yığıldığını aşkar etmişdir. Bu ifadələr arasında ziddiyəti onunla izah etmişdir ki, Təqsirləndirilən şəxs oradan 1344 manat pul götürmüşdür və onun özünə məxsus da 103 manat pulu olmuşdur. Həmin pullar hamısı birlikdə onun cibində olmuş və ümumilikdə 1447 manat olmuşdur. Hazırda verdiyi izahatın doğru olduğunu bildirmiş, izahatın onun sözləri ilə yazıldığını öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında 10 mart 2022-ci il tarixli protokolundan görünür ki, müdafiəçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs heç bir səbəb göstərmədən imza etməkdən imtina etsə də, şübhəli şəxs qismində saxlanılarkən verdiyi izahata uyğun ifadə vermişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsində 20 dekabr 2021-ci il tarixdə X8 məxsus “Topaz” məntəqələrindən ümumilikdə 4876 manat pul götürməsi ilə bağlı hissəsi obyektiv reallığı əks etdirməməklə özünü müdafiə xarakteri daşıması və əməlinin tövsif olunmasına cəhd kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə əsasən həmin Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Təqsirləndirilən şəxs da məbləğin 4876 manat olduğunu iddia etməklə əməlinin tövsif olunmasına nail olmağa çalışmışdır. İşdə olan Təqsirləndirilən şəxs ilkin və sonradan verdiyi izhatlar zamanı kassada 1447 manat olduğunu sonradan inkar edərək 1344 manat olduğunu qeyd etmişdir. Hazırda məhkəmədə ifadə verən zaman məntəqənin kassasında 920 manat məbləğində pul götürdüyünü qeyd etmişdir. Məhkəmədə tədqiq edilmiş ifadələr, ekspert rəyi, digər sənədlər və işin konkret halları ilə Təqsirləndirilən şəxs kassadan 1344 manat və digər Topaz məntəqəsindən toplanmış 2348 manat götürdüyü və 1608 manat ona məxsus olmayan vəsaitlə mərc oyununda uduzduğu, ümumilikdə 5300 manat özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək və israf edərək taladığı təsdiq olunur. İttihamda qeyd olunan qalan məbləğin Təqsirləndirilən şəxs tərəfindən mənimsənilməsi və ya israf etməsi öz təqdiqini tapmamşdır. Cinayət işi materiallarından göründüyü kimi 1114,74 manat vəsait əldən çıxmış faydadır və mənimsəmə kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında fəaliyyət göstərən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********, hazırki "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) ilə 25 noyabr 2014-cü il tarixdə və həmin ünvanda fəaliyyət göstərən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə (VÖEN **********) 22 oktyabr 2019-cu il tarixdə bağladığı müqavilələr əsasında həmin QSC-nin adından və hesabına “Topaz” idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə vasitəçilik xidmətlərinin göstərilməsini təmin edən ticarət nümayəndəsi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Zərərçəkmiş şəxs 29 mart 2018-ci il tarixli icarə müqaviləsi əsasında istifadə etdiyi X4 məxsus Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən “Rəndə MTK”nin binasının birinci mərtəbəsində yerləşən 105276 nömrəli və 18 oktyabr 2019-cu il tarixli icarə müqaviləsi əsasında istifadə etdiyi X3 məxsus ünvan 4 ünvanında yerləşən 105410 nömrəli “Topaz” məntəqələrinin fəaliyyətini 05 iyul 2016-cı il tarixli etibarnamə əsasında həyata keçirən Şahid1 tərəfindən aralarında olan şifahi razılaşmaya əsasən 20 dekabr 2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən 105410 nömrəli “Topaz” məntəqəsində əmək müqaviləsi bağlamadan 300 manat əmək haqqı müqabilində kassir kimi işə qəbul edildikdən sonra özgə əmlakını mənimsəməklə və israf etməklə talamaq məqsədilə 20 dekabr 2021-ci il tarixdə, saat 22:34 radələrində Şahid1lə aralarında olan şifahi razılaşmaya əsasən həmin gündən etibarən Şahid1 tərəfindən ona etibar edilmiş ünvan 4 ünvanında yerləşən “Topaz” məntəqəsinin kassasında olan 1344 manat pulu götürüb Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən “Rəndə MTK”nin binasının birinci mərtəbəsində yerləşən 105276 nömrəli “Topaz” məntəqəsinə gedərək həmin məntəqənin kassiri işləyən Şahid2 Şahid1 aralarında olan şifahi razılığa əsasən ertəsi gün bank vasitəsilə "xxxx" QSC-nin hesabına köçürməsi üçün ona etibar etdiyi 2348 manat pulu aldıqdan sonra ünvan 4 ünvanında yerləşən 105410 nömrəli “Topaz” məntəqəsinə qayıdaraq idman mərc oyularının qeydiyyata alındığı terminal vasitəsilə həmin məntəqənin terminaldakı hesabı vasitəsilə 20 dekabr 2021-ci il tarixdə, saat 23:48də 317 manat dəyərində “1f01o00aak04f” nömrəli, 691 manat dəyərində “**********010” nömrəli və 600 manat dəyərində “**********124” nömrəli kuponlar üzrə idman mərc oyuları oynayıb hər iki məntəqənin kassasından əldə etdiyi 3692 manat pulu öz şəxsi ehtiyaclarına sərf etməklə və 1608 manat pulu israf etməklə Zərərçəkmiş şəxs məxsus olmaqla ona etibar edilmiş cəmi 5300 manat pulu vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək və israf edərək talamışdır. Məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan hökmün surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırkı cinayəti törədən zaman məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 28 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Şahid1 təqdim etdiyi ünvan 4 ünvanında yerləşən 105410 nömrəli “Topaz” məntəqəsində lentə alınmış videogörüntülərin olduğu bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-395/2022) qərarını icra edərək, 06 aprel 2022-ci il tarixli 582 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 30 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut Şahid1 təqdim etdiyi ünvan 4 ünvanında yerləşən 105410 nömrəli “Topaz” məntəqəsində lentə alınmış videogörüntülərin olduğu bir ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-395/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-395/2022
09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver