Məhkəmə qərarları › İş №1(060)-395/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-395/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-395/2023 05.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-“Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Cəbrayıl rayonu, Balyant kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Cəbrayıl rayonu, Balyant kəndində qeydiyyatda olan və Abşeron rayonu, Məhəmmədi kəndi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2023-cü il tarixdə saat 21:30 radəlorində Təqsirləndirilən şəxs Sumqayıt şəhər Yaşıldərə bağlar ərazisində ailə-məişət münasibətləri zəmnində aralarında baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sağ almacıq nahiyyənin dərialtı hematoması, sağ gözaltı nahiyyənin 1,7x0.4 sm ölçüdə, burun ucunun, boynun sol yan səthinin yuxarı 1/3-nin qançırları, sol əlin 2-3-cü barmaqlarının proksimal falanqasının arxa səthinin sıyrıqları, sol əlin 3-cü barmağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı, sol əlin arxa səthinin yumşaq toxumaların şişkinlik fonunda əziyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, X1 ilə 2018-ci ildə rəsmi olaraq ailə həyatı qurmuşlar. Onların birgə nigahlarından xx.xx.2019-cu il təvəllüdlü X3 adında bir övladları doğulmuşdur. Nərgiz onun ikinci arvadıdır. Nərgizdə onun kimi Laçın ticarət mərkəzində satıcı işləyir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində nahar edən zaman 0.5 litr araq içmiş, həmin günü saat 19 radələrində Nərgizidə götürüb işdən çıxaraq qatara əyləşib evə gələn zaman o, Nərgizə övladlarının 4 gündür ki, Sumqayıt şəhəri Ceyrabatan bağlar ərazisində yaşayan anası Rüzgargildə qaldığını deyib birlikdə oğlularını götürməyə gedməyi bildirmişdir. Nərgizdə heç bır söz deməyib razılaşmış, saat 21:20 radələrində onlar Sumqayıt şəhər Dəmir yol vağzalında qatardan düşüb Sumqayıt şəhər Yaşıldərə bağlar ərazisi Qayalı marketin yaxınlığında evlərin arası ilə anasıgilin evi istiqamətində gedən zaman Nərgiz ilə söhbətləri əsnasında Nərgiz birdən dayanmış və gedmək istəmədiyini demiş, o, israr edib gəlməsini desədə Nərgiz onun sözünə heç bir əhəmiyyət verməmiş, o, bundan sonra əsəbləşərək iki dəfə əl zərbəsi ilə Nərgizin üz nahiyyəsindən vurmuş, zərblərdən biri Nərgizin sol göz nahiyyəsinə digəri isə əli ilə üzünü tutduğundan sol əlinə dəymiş, mübahisə zamanı oradan keçən bir nəfər tanımadıqları oğlan onların mübahisələrinə baxdığından o, ailə məsələsi olduğun deyib ona çıxıb gedməsini bildirmiş, həmin şəxs gedmədikdə onların aralarında söz mübahisəsi yaranmış, onun həmin şəxslə söhbətə başının qarışmasından istifadə edərək Nərgiz orada qaçaraq çıxıb getmişdir. O, da bundan sonra heç bir şey etməyib evə qayıtmışdır. Onun Nərgizlə olan mübahisəsinin şahidi olan şəxsi tanımır və həmin şəxs ilə onun arasında söz mübahisəsi yaranmışdır. Nərgizin qumar oynamağı ilə bağlı dedikləri həqiqətə uyğun deyil. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2018ci ildə rəsmi olaraq ailə həyatı qurmuşlar, onların birgə nigahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 oğlu adında bir övladları doğulmuşdur. O, Sahil ilə ailə həyatı qurduqdan bir müddət sonra bilmişdir ki, Sahilin ondan öncədə ailəsi olub lakin o, bildikdə artıq gec olduğundan Sahilin onu aldatmasını bağışlamışdır. Sahil qumar oyunlarının həvəskarıdır və mütəmadi olaraq bilmədikləri yerdə tanımadıqları adamlarla qumar oynayır, qumarda uduzduqda qumar borclarını vermək üçün onun xəbəri olmadan ailə üzvlərindən və yaxınlarından borca pullar alıb qaytarmamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 21:30 radələrində Sahil ona ilə birlikdə Sumqayıt şəhəri, Ceyrabatan bağlar ərazisində yaşayan anası Rüzgargildən oğullarını götürməyə gedməyi təklif etdikdə o, ilk olaraq getmək istəmsədə daha sonra razılaşmışdır. Sahil yol boyu tanıdığı və tanımadığı şəxslərin ünvanına nəlayiq ifadələr işlətmişdir. Onlar Sumqayıt şəhər Dəmir yol vağzalında qatardan düşüb Sumqayıt şəhər Yaşıldərə bağlar ərazisi Qayalı marketin yaxınlığında evlərin arası ilə qaynanasıgilin evi istiqamətində gedən zaman Sahil heç bir səbəb olmadan valideynlərinin ünvanına nəlayiq ifadələr işlətməyə başlamış, o, ilk öncə fikir verməsədə Sahil onun valideyinləri haqqında dahada kobud sözlər deməyə başladıqda əsəbləşərək ona cavab qaytarmış, bundan sonra Sahil gözləmədiyi halda əl zərbələri ilə üzündən, başından vurub sacını dartaraq yerə yıxmış, yerdə olan zaman Sahil təpik zərbələri ilə sol qolundan və sol ayaq nahiyyəsindən vurmağa başlamış, həmin zaman oradan keçən bir nəfər tanımadıqları oğlan Sahilə yaxınlaşıb onu tutub kənara çəkərək etdiyi hərəkətin yaxşı olmadığını demiş, Sahil bundan sonra onunla mübahisə etməyə başlamış, o, Sahilin fikrinin yayındığını görüb ayağa qalxaraq oradan qaçıb yol ilə gedən maşınlardan birini saxlatdırıb minərək çıxıb getmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi zərərin ödənildiyini bildirərək sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2023-ci il tarixli, 260 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ almacıq nahiyyənin dərialtı hematoması, sağ gözaltı nahiyyənin 1,7x0.4 sm ölçüdə, burun ucunun, boynun sol yan səthinin yuxarı 1/3-nin qançırları, sol əlin İİ-İİİ barmaqlarının proksimal falanqasının arxa səthinin sıyrıqları, sol əlin 3-cü barmağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı, sol əlin arxa səthinin yumşaq toxumaların şişkinlik fonunda əziyi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törəmə müddəti zərərçəkmiş şəxsin müayinəsindən 2-3 gün əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisina edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona dəyən ziyanın ödənildiyini bildirərək sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmişə vurulan ziyanı ödəməklə onunla barışdığını bildirərək barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 792 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar