Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-396/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci üdə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan barəsində "polisin nəzarəti ahına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 0,335 qram olan narkotik vasitə heroini və 0,273 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində Sumqayt şəhəri, Bulvar ərazisində yerləşən ASAN 2 Sumqayıt inzibati binasında olan zaman binada xidmət aparan Sumqayıt Mühafizə İdarəsinin əməkdaşlarının siqaret istəməsi səbəbindən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd qara rəngli “Marlbro” markalı siqaret qutusunu çıxardaraq təqdim etdikdə polis əməkdaşları tərəfindən qutunun içərisində siqaretdən əlavə iki ədəd narkotik maddəyə bənzər bükümlər aşkar edildiyi üçün Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə bağlı saxlanılıb Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına gətirilmiş və PBdə onun Mİ-nin əməkdaşlarına təqdim etdiyi 1ədəd qara rəngli “Marlbro” markalı siqaret qutusunun içərisində olan 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə 0,335 qram çəkidə narkotik vasitə olan heroini və 01 ədəd şəffaf rəngli sellofan bükümdə 0,273 qram çəkidə olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 06 aya yaxındır ki, narkotik vasitə olan heroini falqaya doldurub yandırmaqla istifadə edir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən Asan 2 xidmət mərkəzinə şəxsiyyət vəsiqəsinin müddəti bitdiyi üçün dəyişdirmək məqsədilə müraciət edən zaman girişdə olan polis əməkdaşı yanındakı polis əməkdaşından siqaret istəyərəknə həmin polis əməkdaşına üzərində olan qara rəngli 2Marlbro” siqaret qutusunu vermiş, polis əməkdaşı siqaret qutusunun içərisindən özü üçün siqaret götürən zaman qutunun içərisindən 1 ədəd şəffaf və 1 ədəd gümüşü rəngli bükümləri aşkar edib onu saxlayaraq araşdırma aparılması üçün 4-cü PB-nə təhvil vermişlər. PB-də onun narkotik vasitələrin qanunsuz qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxladıqlarını bildirib üzərinə və polis əməkdaşına verdiyi qara rəngli “Malbro2 markalı siqaret qutusuna şəxsi axtarış keçiriləcəyi bildirilən zaman buna etiraz etməmiş, hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər regional vəkil bürosunun vəkili X2 təqdim edilmişdir. Həmin siqaret qutusunun içərisindən 7 ədəd siqaret, 1 ədəd gümüşü rəngli siqaret kağızının içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddənin, 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində ağ rəngli, spesifik iyə malik psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmiş, sorğu zamanı üzərindən aşkar olunmuş qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitənin kakos olduğunu, ağ rəngli, spesifik iyə malik narkotik vasitənin şüşə olduğunu, həmin maddələri xx.xx.2023-cü il tarixdə səhər saatlarında Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bnzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddə kütləsinin 0,40 qram olduğu, ağ rəngli spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddə kütləsinin 0,32 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə kütləsi xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş və o, da həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. O, heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamış və polis əməkdaşları tərəfindən saxlanılan zaman ona təzyiq göstərilməmişdir. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, evlidir, 2 azyaşlı uşağı vardır, buna görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhər Mühafizə İdarəsinin, polis nəfəri kimi polis serjantı rütbəsində xidmət edir. Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən “Asan 2 Sumqayıt” inzibai binasında girişdə həm mühafizəni, həm də inzibati binaya daxil olan şəxslərin yoxlanılmaqla inzibati binaya girişini təmin edirlər. 19 yanvar 2023-cü il tarixdə saat 17:00 radələirndə xidmət yoldaşı olan Sumqayıt Mühafizə İdarəsinin mühafizəçisi Şahid2 ilə birlikdə xidmətdə olarkən sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs Asan 2 inzibati binasına daxil olmuş, həmin vaxt xidmət yoldaşı Şahid2 siqaret istəmiş, Şahid2 siqaretinin olmadığını deyərkən girişdə olan Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən çıxartdığı Malbro markalı siqaret qutusunu ona uzatmışdır.O həmin vaxt Sabirin özünü şübhəli aparmasından, yəni hərəkətlərindən narkotik vasitənin təsiri altında olan şəxs kimi apardığını hiss etmiş, qara rəngli “Malbro” markalı siqaret qutusundan siqaret götürmək istəyərkən həmin qutunun içərisində gümüşü rəngli siqaret kağızı bükümü və şəffaf rəngli sellofan bükülünü görüb diqqətini cəlb etmiş və Sabirdən həmin bükümlərin nə olduğunu soruşmuşdur. Sabir də həmin 02 ədəd bükümün narkotik vasitə olduğunu və narkotik vasitə istifadəçisi olduğu üçün öz istifadəsi məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bu zaman xidmət yoldaşı Şahid2la birlikdə Təqsirləndirilən şəxs saxlayıb təqdim etdiyi həmin bükümlərlə Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə aparmış və bu barədə bölük komandirinə məruzə etmişlər. Sumqayıt ŞPİ-nin 4-cü PB-də Təqsirləndirilən şəxs təhqiqatçı Kənan Hacıyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçi və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarışın gedişatı videokamera ilə çəkilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə onu könüllü sürətdə verməsi təklif olunmuş və bu zaman Təqsirləndirilən şəxs ona təqdim etdiyi “Malbro” markalı siqaret qutusunu təqdim etmişdir. Həmin siqaret qutusunun içərisində siqaretlər və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş kütlə aşakar olunmuşdur. Sabirdən həmin bükümlərin nə olduğunu soruşduqda birinin narkotik vasitə olam “kokos”, digərinin isə “şüşə” olduğunu, həmin narkotik vasitələri xx.xx.2023-cü il tarixdə səhər saatlarında Xırdalan şəhərində bazar ərazisində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Həmin bükümlər sonradan bütün iştirakçıların gözü önündə elektron tərəzidə çəkilmiş və kakos adlandırdığı kütlənin çəkisi 0,40 qram, şüşə adlandırdığı kütlənin çəkisi isə 0,32 qram olmuşdur. Sonradan həmin narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr ekspertizaya təqdim edilməsi üçün kağız paketdə qablaşdırılmış və paketin üzəri möhürlənmişdir. İstintaq hərəkətinin sonunda protokol tərtib edilərək ucadan oxunmuş və həmin protokol doğru tərtib edildiyindən imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşı, mühafizəçi X3 eyniməzmunlu ifadə verərək digər Şahid1 ifadəsini təsdiq etdi. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:00-da Sumqayıt şəhəri, Bulvar ərazisi, Asan 2 inzibati binasında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı Kənan Hacıyev xx.xx.2023-cü il tarixdə, 17:00 radələrində Sumqayıt Mühafizə İdarəsinin əməkdaşlarının Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən Asan 2 Sumqayıt inzibati binasında xidmətdə olduğu zaman özünü şübhəli aparması səbəbindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş Təqsirləndirilən şəxs müdafiəçisi Sumqayıt Regional Vəkil bürosunun vəkili X2 təqdim olunur. O, hüquq və vəzifələri ilə tanış olub, vəkilinə etiraz etmir. Sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhər Mühafizə İdarəsinin polis nəfəri Şahid1 təqdim etdiyi bir qutu “Malbro” markalı siqaret qutusu təqdim olunur. Həmin siqaret qutusunun içərisində siqaretlər və bir ədəd siqaretin gümüşü rəngli siqaret kağızına və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş kütlə aşkar olundu. Gümüşü rəngli bükülü açıldıqda içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə, digər şəffaf rəngli sellofan bükülünü açdıqda isə içərisində şəffaf rəngli, kristallar halında, spesifik iyə malik psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan kütlələrin nə olduğu soruşulduqda həmin kütlələrin birinin narkotik vasitə olan «kakos», digərinin isə narkotik vasitə olan «şüşə» olduğunu bildirir. Ondan həmin kütlələri haradan əldə etməsi və nə məqsədlə üzərində saxlaması soruşduqda, həmin narkotik vasitələri xx.xx.2023-cü il tarixdə səhər saatlarında Xırdalan şəhərində bazar ərazisindən 20 manata aldığını bildirir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin və metamfetamin tərəzidə çəkilərək qablaşdırılır.Bundan əlavəTəqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən sənədlər, siqaret, alışqan, bank kartı, 12 manat 90 qəpik pul iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılır, mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülür. Bundan sonra videoçəkiliş dayandırılır. Məhkəmə iclasında həmin diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq olundu. İş materiallarında olan məhkəmə–kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/380 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,335 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,273 qram olan ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən “Samsung J6” markalı mobil telefon aparatıdır. Həmin mobil telefon aparatında ***-***-**-** mobil nömrə var. Mobil telefon aparatına baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş kimyəvi tədqiqatlardan sonra 0,285 qram çəkidə narkotik vasitə heroin, 0,223 qram çəkidə psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs saxlanılıb saxlanılıb 4-cü PB-nə gətirilərkən üzərinə şəxsi axtarış keçirilərkən Panasonik markalı videokamera ilə çəkilmiş və DVD diskinə yazılmış videoçəkiliş maddi sübut kimi tanınmış, xalis çəkisi 0,285 qram çəkidə narkotik vasitə heroin, 0,223 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, DVD disk isə cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulub saxlandığı 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 21-2/3-11 saylı məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində şəxsi iş qeydiyyatda yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 705 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodilərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 02.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən “Asan 2 Sumqayıt” inzibati binasının müşahidə kameralarında Təqsirləndirilən şəxs saxanılması ilə bağlı qeydə alınmış və diskə yazılaraq götürülmüş videogörüntü olan disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2 azyaşlı uşağı (xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4) vardır. İş materiallarında olan 4 saylı MTİİTS-nin 991 saylı, xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə CM-nın 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, ailə vəziyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadliqdan məhrum edilmədən də islah edilə bilər. Ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,285 qram narkotik vasitə heroin və 0,223 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünün olduğu və onun Sumqayıt Asan 2 mərkəzində tutulmasını özündə əks etdirən iki ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə tutulmuş, 21 yanvar 2023-cü il tarixdə azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdən 21 yanvar 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri. V.Xəlilov küçəsi, 26-nı tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınsın və ona narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,285 qram narkotik vasitə heroin və 0,223 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünün olduğu və onun Sumqayıt Asan 2 mərkəzində tutulmasını özündə əks etdirən iki ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-396/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-396/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver