Məhkəmə qərarları › İş №1(060)-396/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-396/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-396/2025 09.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Ağsu rayonu Ərəbuşağı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orla təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş. ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-254/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə növündə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə vasitəsi ilə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 01 ədəd qara rəngli polietilen bükümdə xeyli miqdarda, 440.968 qram təmiz çəkidə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əynindəki gödəkçəsinin ön içəri hissəsində saxlayaraq daşımış, 22 mart 2025-ci il tarixdə saat 15:33-də Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PBnin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, Çexov küçəsində yerləşən 5/21 saylı fərdi yaşayış evinin qarşısında saxlanılaraq, üzərində aparılan şəxsi axtarış zamanı əynindəki açıq boz rəngli gödəkçəsinin ön içəri hissəsində saxladığı 01 ədəd qara rəngli polietilen bükümdə xeyli miqdarda 440,968 qram təmiz çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən salış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 01 ədəd qızılı rəngli siqaret kağız bükümündə xeyli miqdarda, təmiz çəkisi 0.598 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroini 01 ədəd “Want" markalı siqaret qutusunun içərisinə qoyub üstündə saxlayaraq daşımış, 29 mart 2025-ci il tarixdə saat 01:59-da Sumqayıt şəhər polis idarəsinin 2-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri. H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində, “Qayalı market”-in yaxınlığında saxlanılaraq, üzərində aparılan şəxsi axtarış zamanı əxnindəki açıq boz rəngli gödəkçəsinin sağ yan cibində olan 01 ədəd “Want" markalı siqaret qutusunun içərisindəki 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0.598 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, beş ilə yaxın müddətdir narkotik maddələdən istifadə edir. 22 mart 2025-ci il tarixdə səhər saatlarında şəxsi istifadəsi üçün narkotik vasitə almaq qərarına gəlmiş, bu məqsədlə Abşeron rayonu Masazır qəsəbəsinə yollanmış və təsadüfən qarşılaşdığım, əvvəllər tanımadığı şəxs ona narkotik vasitə qurudulmuş marixuana təklif etmiş və o, həmin şəxsə 140 manat pul verib "nəşə" kimi tanınan narkotik vasitə qurudulmuş marixuana almışdır. Aldığı bükümü əynindəki açıq boz rəngli gödəkçəsinin ön hissədən içəri tərəfində gizlətmiş və Masazır qəsəbəsindən avtobusla Sumqayıt şəhərinə gəlmişdir. Saat 15 radələrində aldığı marixuanadan istifadə etmək məqsədilə piyada Köhnə Kotec istiqamətində yollanmış, Köhnə Kotec qəsəbəsində məhəllələrin arası ilə piyada gedərkən ona mülki geyimdə olan 4 nəfər şəxs yaxınlaşaraq, özlərini təqdim etmiş, onun narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanması və gəzdirilməsində şübhəli şəxs qismində saxlanıldığını bildirmişdir. O, əynindəki açıq boz rəngli gödəkçəsinin ön içəri hissəsində gizlətdiyi qara rəngli polietilen bükümü çıxarıb həmin polis əməkdaşına təqdim etmiş, büküm qablaşdırıb möhürləmişdir. Sonra 4-cü polis bölməsinə gətirilərək otaqlardan birində, ona vəkil təyin edilmiş və təhqiqatçı üzərinə şəxsi axtarış keçirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi və ya fiziki təsir göstərilməmişdir. Bundan başqa, o, 28 mart 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metrostansiya ərazisində tanımadığı şəxsdən 45 manata şəxsi istifadəsi üçün bir büküm narkotik maddə heroin almış, Sumqayıt şəhərinə qayıdıb şəxsi işlərilə məşğul olmuş, axşam saatlarında isə narkotik vasitədən istifadə etmək üçün münasib yer axtararkən Hacı Zeynalabdin qəsəbəsinə getmək qərarına gəlmişdir. O, 29 mart 2025-ci il tarixə keçən gecə saat 01:59-da Hacı Zeynalabdin qəsəbəsində gəzişərkən, S.Bəhlulzadə küçəsində, "Qayalı market'in yaxınlığında mülki geyimdə olan bir neçə şəxs yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin əməkdaşları olduqlarını deyib, onun narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməkdə şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. O, əynində olan gödəkçəsinin sağ yan cibindən siqaret qutusunu çıxararaq, içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, polis əməkdaşı onun saxlanıldığı yerdə müvafiq sənədləşmə işlərinin aparılmasının mümkün olmayacağını bildirərək, şəxsi axtarışın yaxınlıqda yerləşən sahə rəisinin məntəqəsində davam etdirilməsini təklif etmişdir. O, həmin siqaret qutusunu yenidən öz cibinə qoymuş və onlar birlikdə polis məntəqəsinə gəlmişlər. Bundan sonra polis əməkdaşı məntəqədə ona hüquq və vəzifələrini izah edib, üzərində olan narkotik vasitəni təqdim etməsini təklif etmişdir. O, gödəkçəsinin sağ yan cibindən siqaret qutusunu çıxarıb polis əməkdaşına təqdim etmiş, polis əməkdaşı siqaret qutusunu açıb, içərisindəki qızılı rəngli siqaret kağızı bükümünü görüb götürmüş, çəkisini çəkdikdən sonra qablaşdırmış, polis əməkdaşları ilə birlikdə 2-ci polis bölməsinə gəlmiş, xidməti otaqda təhqiqatçı özünü təqdim edib, ona üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, hüquq və vəzifələrini izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim etmişdir. Təqsirləndirilən şəxs çıxışında qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Təqsirləndirilən şəxs özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa elmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. 22 mart 2025-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 15:33-də Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, Çexov küçəsində yerləşən 5/21 saylı fərdi yaşayış evinin qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində saxlanılmış, o, əynindəki açıq boz rəngli gödəkçəsinin ön içəri hissəsindən şəffaf skoçla sarınmış 01 ədəd qara rəngli polietilen büküm çıxararaq təqdim etmiş, həmin bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, büküm möhürləmişdir. Daha sonra Təqsirləndirilən şəxs 4-cü PB-nə gətirmişlər. Polis bölməsində təhqiqatçı xidməti otaqda Təqsirləndirilən şəxs, vəkili sonuncuya təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümdəki küllənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni səhər saatlarında Masazır qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə 140 manata aldığını bildirmişdir. Şahid qismində dindirilmiş Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin kiçik inspektoru Şahid3 analoji ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusalları təsdiq elmişlər. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid əməliyyat müvəkkili Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər polis idarəsinin 2-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa elmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. 29 mart 2025-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 01:59-da Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində. “Qayalı market”in yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində saxlanılmışdır. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs əynindəki açıq boz rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd “Want” markalı siqaret qutusunu çıxarıb, içərisində bükümdə narkotik vasitə heroin olduğunu bildirmiş, qutunun içərisindən qızılı rəngli siqaret kağızı bükümü aşkar edillmişdir. Bükümü açıb içərisinə baxdıqda, qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar küllənin olduğunu müəyyən edilmiş, həmin kütlənin nə olduğunu, haradan və hansı məqsədlə əldə etdiyini Təqsirləndirilən şəxs soruşmuş, sonuncu, bükümdəki küllənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə 45 manata aldığını, beş ildir narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Bundan sonra 2-ci PBnə gəlmişlər. Polis bölməsində təhqiqatçı xidməti otaqda Təqsirləndirilən şəxs vəkil təyin edilmiş, hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış keçirilmişdir. Şahid qismində dindirilmiş Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin əməliyyat müvəkkilləri Şahid6 və Şahid7 analoji ifadə verərək, Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid əməliyyat müvəkkili Şahid5 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, Şahid4 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 22-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il, saat 01:59-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 56-cı vərəqəsində olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il, saat 11:40-da Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 87-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il, saat 15:33-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 129-cu vərəqəsində olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il, saat 12:10-da Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 10-11-ci vərəqəsində olan Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid5 tərəfindən xx.xx.2025-ci il tarixdə şübhəli şəxsin üstünün yoxlanılması haqqında tərtib olunmuş protokoldan görünür ki, barəsində əməliyyat-axtarış tədbiri keçirilən xx.xx.1978-ci ildə Ağsu rayonunda anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş. ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2 Təqsirləndirilən şəxs 29 mart 2025-ci il tarixdə saat 01:59-da Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən "Qayalı market" in yaxınlığında piyada hərəkətdə olarkən, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində saxlaması və gəzdirməsində şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilərək. hüquq və vəzifələri, o cümlədən müdafiəçi ilə təmin olunmaq hüququnun olması izah edilmişdir. Şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərində ümumi yoxlama və götürülmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində əldə olunması, saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya narkotik vasitə olub-olmadığı soruşulmuş, olarsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş və əynindəki açıq boz rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd "Want" markalı siqaret qurusu çıxararaq təqdim etmiş və siqaret qutusunda 01 ədəd qızılı rəngli siqaret kağızı bükümündə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin büküm açılmış və içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm elektron tərəzidə çəkilmiş və 0.79 qram çəkidə olduğu müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və gödəkçəsinin sol yan cibindən üzərində ***-***-**-** nömrəsindən istifadə olunan 01 ədəd "Explay" markalı mobil telefon aşkar olunmuşdur. Həmin 01 ədəd qızılı rəngli siqaret kağızı bükümü və 01 ədəd "Explay" markalı mobil telefon ayrı-ayrılıqda zərflərin içərisinə qoyularaq müvafiq qaydada qablaşdırılmış və hər iki zərf iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarışın keçirilməsi videoçəkiliş aparılmaqla qeydə alınmış, bu barədə protokol tərtib olunmuş, videoçəkiliş CD-R formatlı diskə köçürülərək protokola əlavə edilmişdir. Şübhəli şəxsin üstünün yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokol iş üzrə sübut növü kimi qiymətləndirilmiş və iş materiallarına əlavə edilmişdir Cinayət işinin 29-30-cu vərəqəsində olan Sumqayıt şəhər polis idarəsinin 2-ci PB-nin təhqiqatçısı, polis leytenantı X10 tərəfindən xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi haqqında tərtib olunmuş protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə etibarlı və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında xx.xx.2025-ci il tarixdə saat 01:59-da Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən "Qayalı market”in yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlamazdan əvvəl ona hüquq və vəzifələri izah olunmuş, bu barədə bildiriş verilmiş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X8 təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar edilmiş 01 ədəd qızılı rəngli siqaret kağızı bükümündə qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə ona təqdim olunmuş və həmin kütlənin nə olduğu, haradan və hansı məqsədlə əldə olunduğu soruşulmuş. Təqsirləndirilən şəxs bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni həmin gün səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə 45 manata aldığını bildirmişdir. 01 ədəd qızılı rəngli siqaret kağızı bükümündə qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar küllə elektron tərəziyə qoyularaq çəkilmiş və çəkisinin 0.78 qram olduğu müəyyən edilmişdir. Daha sonra büküm zərfə qoyularaq Azərbaycan Respublikası DİNnin 126 saylı möhürü ilə möhürlənmişdir. Vəkil X1 cavab verən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlərə, qeydi-insani rəftara məruz qalmadığını, üzərindən aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olduğunu bildirmişdir. Şəxsi axtarışın keçirilməsi videoçəkiliş aparılmaqla qeydə alınmış, şəxsi axtarış saat 03:24-dən saat 03:32-dək davam etmiş, bu barədə protokol tərtib olunmuş, videoçəkiliş CD-R formatlı diskə köçürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarışın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokol iş üzrə sübut növü kimi qiymətləndirilmiş və iş materiallarına əlavə edilmişdir Cinayət işinin 74-75-ci vərəqəsində olan Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən xx.xx.2025-ci il tarixdə şübhəli şəxsin üstünün yoxlanılması haqqında tərtib olunmuş protokoldan görünür ki. barəsində əməliyyat-axtarış tədbiri keçirilən xx.xx.1978-ci ildə Ağsu rayonunda anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş. ünvan 4 ünvanında qeydiyyatda olub. ünvan 5 Təqsirləndirilən şəxs 22 mart 2025-ci il tarixdə saat 15:33-də Sumqayıt şəhəri. Köhnə Kotec qəsəbəsi. Çexov küçəsində, ev 5/21 saylı fərdi yaşayış evinin qarşısında piyada hərəkətdə olarkən, narkotik vasitələrin, psixolrop maddələrin qanunsuz dövri)yəsi ilə məşğul olması, üzərində saxlaması və gəzdirməsində şübhəli şəxs qismində saxlanılmışdır. Şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərində ümumi yoxlama və götürülmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində əldə olunması, saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı əşya predmet və ya narkotik vasitə olub-olmadığı soruşulmuş, olarsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki açıq boz rəngli gödəkçəsinin ön içəri hissəsindən şəffaf skoçla sarınmış 01 ədəd qara rəngli policlilen bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisindəki kütlənin nə olduğu soruşulmuş, Təqsirləndirilən şəxs bükümdəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 22 mart 2025-ci il tarixdə səhər saatlarında Masazır qəsəbəsində tanımadığı şəxsdən 140 manata əldə eldiyini, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. 01 ədəd qara rəngli polietilen bükümün içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar küllə elektron tərəzidə çəkilmiş və 455 qram çəkidə olduğu müəyyən edilmiş, daha sonra qablaşdırılaraq. Azərbaycan Respublikası DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra hadisə yerində protokol tərtib olunması üçün şərait olmadığından, protokol Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsində tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış, şübhəli şəxsin üstünün yoxlanması mobil telefon vasitəsilə videoçəkiliş aparılmaqla qeydə alınmış və CD-R formatlı diskə köçürülərək protokola əlavə edilmişdir. Şübhəli şəxsin üstünün yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokol iş üzrə sübut növü kimi qiymətləndirilmiş və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 95-96-cı vərəqəsində olan Sumqayıt şəhər polis idarəsinin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X12 tərəfindən xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi haqqında tərtib olunmuş protokoldan görünür ki. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə etibarlı və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında xx.xx.2025-ci il tarixdə saat 15:33-də Sumqayıt şəhəri. Köhnə Kotec qəsəbəsi, Çexov küçəsində, ev 5/21 saylı fərdi yaşayış evinin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlamazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş verilmiş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X6 təqdim olunmuş, daha sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək. sonuncuya üzərində qanunla qadağan olunmuş hər hansı əhəmiyyət kəsb edən əşyanın olubolmaması. əgər varsa, həmin əşyanı təqdim etməsi təklif olunmuş. Təqsirləndirilən şəxs üzərində əhəmivvəl kəsb edən hər hansı qanunsuz əşya və ya predmelin olmadığını bildirmiş, bundan sonra şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra təhqiqata təqdim olunmuş 01 ədəd qara rəngli polietilen bükümün içərisindəki kütlə elektron tərəzidə çəkilmiş və 455 qram çəkidə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bükümün içərisindəki kütlənin nə olduğu soruşulmuş. Təqsirləndirilən şəxs bükümdəki küllənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 22 mart 2025-ci il tarixdə səhər saatlarında Masazır qəsəbəsində tanımadığı şəxsdən 140 manata şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd qara rəngli polietilen bükümdəki kütlə qablaşdırılaraq. üzərində müvafiq qeydlər aparılmaqla Azərbaycan Respublikası DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarışın keçirilməsi videoçəkiliş aparılmaqla qeydə alınmış, şəxsi axtarış saat 16:25-dən saai 16:35-dək davam etmiş, bu barədə protokol tərtib olunmuş, videoçəkiliş CD-R formatlı diskə köçürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarışın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokol iş üzrə sübut növü kimi qiymətləndirilmiş və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 38-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 20/142 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə”; /imza/ Təqsirləndirilən şəxs; /imza/ Şahid4: /imza/ Şahid5; /imza/ Şahid7" əlyazılan olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi sözləri 0.598 qram olan qəhvəyi rəngli maddə narkotik vasitə -heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,598 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,548 qram. Cinayət işinin 37-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edir. Cinayət işinin 107-108-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 20/116 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində " "Şübhəli şəxs: /imza Təqsirləndirilən şəxs: Müdafiəçi:/imza'. təhqiqatçı imza/ N.Rəhimov" əlyazılan olan bağlamadakı 01 ədəd bükümdə təmiz çəkisi 440,968 qram olan bitki mənşəli küllə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; Qeyd: Marixuananın təmiz çəkisi – 440,968 qram qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 440,868 qram. Cinayət işinin 106-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat təşkil edir. Cinayət işinin 172-173-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1995 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniv adan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alman məlumata əsasən. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 199-213-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 440,868 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 0,548 qram çəkidə narkotik vasitə olan heroin sübut kimi tanınmış, saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 166-167-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə barəsində 02 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyi. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.1. 177.2.3. 52-1.5-ci maddələri 01 il 01 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunduğu müəyyən edilmişdir. Cinayət işinin 62-ci vərəqəsində olan mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Explay markalı mobil telefonun içərisində olan ***-***-**-** mobil nömrəsindəki telefon zənglərinə və whatsapp ani mesajla.ma programına baxış keçirilmiş, lakin sübut əhəmiyyəti kəsb edə biləcək yazışmaların olmadığı müəyyən edilmişdir. Cinayət işinin 63-cü vərəqəsində olan qəbzdən görünür ki, Explay markalı mobil telefon təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 4(060)- 113/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 4(060)- 113/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 162/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdən 21 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, həmin müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-254/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 sentyabr 2024-cü il tarixdən 21 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və cəzasının əvvəli 01 may 2025-ci il tarixdən hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və heroini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etirafı cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrarlığı yaranmışdır. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin təkrar törədilməsini, həm də cinayətin residivinin olması cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halların olmasını və ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki qərar üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, hazırki hökm üzrə xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-ci il, saat 01:59-dan, xx.xx.2025-ci il, saat 11:50-ə dək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün olmaqla ümumillikdə 06 (altı) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt Apellyasiya Məhkəməsinin 27 may 2025-ci il tarixli 1(105)-254/2025 saylı saylı qərarına əsasən xx.xx.2025-ci il tarixdən hesablanmalı, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və onun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1995 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, Respublika Narkoloji Mərkəzində qeydiyyata olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,548 qram narkotik vasitə olan heroin və 440,868 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 2 (iki) il 06 (altı) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-254/2025 saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və hazırkı iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək və xx.xx.2025-ci il, saat 01:59-dan , xx.xx.2025-ci il, saat 11:50-ə dək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, Respublika Narkoloji Mərkəzində qeydiyyata olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0.548 qram çəkidə narkotik vasitə heroin və 440.868 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sunqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar