Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-397/2025 23.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Qubadlı rayonu, Aşağı Cibikli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Qubadlı rayonu, Aşağı Cibikli kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağları, Bərpa xəstəxanasının yataqxanası 15 nömrəli otaqda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1 (bir) ədəd qara rəngli sellofon bağlamada təmiz çəkisi- 410,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 27 fevral 2025-ci il tarixdə, saat 19:37-də Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə qurudulmuş marixuana əynində olan qara rəngli gödəkçənin sol iç tərəfində aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları üzərinə baxış keçirən zaman “nəşə” adlanan narkotik vasitə aşkar etmişlər, çəkisinin nə qədər olduğunu bilmir, tanımadığı şəxsdən pulsuz əldə etmişdir. Xəstə olduğuna görə şəxsi istifadəsi üçün almışdır. Astma xəstəsidir, İİ Qarabağ Müharibəsi iştirakçısıdır, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Başqa narkotik vasitə istifadə etməmişdir. Əməlindən peşmandır. Bundan başqa barəsində Abşeron rayon Məhkəməsində CM-nin 234.1-ci maddəsi ilə başqa cinayət işi vardır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, Sumqayıt şəhəri, Xəzər bağları, Bərpa xəstəxanasının yataqxanası 15 nömrəli otaqda ünvanında anası Arzu Qurbanova və qardaşı Tərxan İsmayılovla birlikdə yaşayır. İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Asma-bronxit xəstəliyindən əziyyət çəkir. 10 ildən çox müddətdir ki, narkotik vasitə qurudulmuş marixuananı tüstü yolu ilə qəbul edərək istifadə edir, işsizdir. Ailə həyatı qurmamışdır. Narkotik vasitəyə olan tələbatını üdəmək üçün müxtəlif yollarla narkotik vasitə əldə edir. Son bir neçə gün “Tik tok” sosial şəbəkəsində özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuşdur. Həmin şəxs ona narkotik vasitə qurudulmuş mrixuana təşkil edə biləcyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində o özünü İİR-nın vətəndaşı kimi təqdim edən şəxslə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə əlaqə saxlamışdır. Həmin şəxs ona 150 manat müqabilində bir neçə aylıq istifadə üçün qurudulmuş marixuana təşkil edəciyi bildirmişdir. O. həmin şəxsin göndərdiyi M10 hesabına 150 manat pul vəsaiti göndərçişdir. Sonra həmin şəxsin ona göndərdiyi ünvan üzrə Novxanı qəsəbəsinə getmişdir. Yerini dəqiq xatırlamadığı yolun kənarında bir qədər içəri tərəfdə ağaclar olan yerdə tanımadığı şəxsdən qara rəngli polietilen paketə bükülmüş bağlamanı götürmü. və əynində olan qara rəngli gödəkçənin sepini açaraq paketi sol iç tərəfə yerləşdirmişdir. Sonra 10 nömrəli avtobusa minərək Sumqayıt şəhəri Köhnə Kotec qəsəbəsinə gəlmişdir. Çexov küçəsində avtobusdan düşmüşdür. Həmin yerdən onun yaşadığı Bərpa xəstəxanasının yataqxanasına bir neçə dəqiqlik piyada məsafə var. O, avtobusdan düşüb bir qədər irəlilədikdən sonra bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Onlar özlərini tədim edərək polis əməkdaşları olduqlarını, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları olduqlarını bildirmiş və xidməti vəsiqələrini təqdim etmişlər. Polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu, bu səbəbdən üzərinə şəxsi axtarış keçirməli olduqlarını bildirmişlər. İlk olaraq polis əməkdaşları ona üzərində əldə edilməsi, istifadəsi, daşınması qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməyini təklif etmişlər. O, həmin vaxt əynində olan qara rəngli qış gödəkçəsinin sol iç tərəfində saxladığım 01 ədəd qara rəngli polietilen paketə bükülmüş bağlamanı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümün “nəşə” olduğunu, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Novxanı qəsəbəsində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Sonra onun polis əməkdaşlarına təqdim etdiyi büküm qablaşdırılaraq götürülmüşdür. Bundan sonra o polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gəlmişdir. Polis bölməsində otaqlardan birində ona hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 təyin edilmişdir. Ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş maddəyə yenidən baxış keçirilmiş və sonra təkrar qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, polis bölməsinə Qeyrət adlı şəxsin narkotik vasitələrin istifadəsində, saxlamasında və üzərində gəzdirilməsində şübhəli olması barədə əməliyyat məlumat daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə bölmənin əməliyyat müvəkkilləri tərəfindən və onun iştirakı ilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qeyrət adlı şəxs Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Çexov küçəsi ərazisində axşam təxminən 19:15-25 radələrində tərəflərindən saxlanılmışdır. Saxlanılan zaman videoçəkiliş vasitəsi ilə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və ona narkotik vasitələri gəzdirməsində, saxlanılmasında şübhəli olması barədə saxlandığı bildirildi. Ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi soruşulmuş, həmin şəxs gödəkçəsinin içindən bükümdə olan əşyanı təqdim etdi. Həmin bükümün nə olduğu soruşulduqda narkotik vasitə olan “nəşə” olduğunu bildirdi. Həmin narkotik vasitəni haradan və hansı məqsədlə əldə etdiyi soruşulduqda Novxanı qəsəbəsindən, tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra həmin büküm tərəflərindən qablaşdırılmış və digər zəruri hərəkətlərin həyata keçirilməsi səbəbindən 4-cü polis bölməsinə dəvət olundu. Polis bölməsində hüquq müdafiəçisinin iştirakı ilə həmin şəxsə müdafiəçi tərəfindən narkotik vasitənin ona məxsus olub-olmaması, təzyiqə məruz qalıb-qalmaması soruşulmuş və o da özünə məxsus olduğunu, təzyiqə məruz qalmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən də büküm qablaşdırılmış və ekspertizaya təqdim olunmuşdur. Daha sonra həmin bükümün narkotik vasitə olan “marixuana” olduğu aşkarlanmışdır. Sonradan məlum olmuşdur ki, həmin şəxsin barəsində Abşeron rayon Məhkəməsində narkotik vasitələrdən istifadəyə görə cinayət işi vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə əməliyyat aparatına əməliyyat məlumatı daxil olmuşdur ki, həmin şəxs narkotik vasitələrin istifadəsində və gəzdirilməsində şübhəlidir. Həmin məlumat polis bölməsinin rəhbərliyinə məruzə olundu və əməliyyataxtarış tədbirləri keçirildi. Qeyrət adlı şəxs Kotec qəsəbəsində, Çexov küçəsində o, Şahid1, Şahid5 və Şahid4la birlikdə keçirilmiş tədbirlər nəticəsində saxlanıldı və saxlanılan zaman özünə hüquq və vəzifələr izah edildi, üzərində qanunla qadağan olunmuş bir şey olub-olmaması sual olunduqda gödəkçəsindən çıxardığı qara rəngli bükümü təqdim etmişdir. Bükümdə nə olduğu soruşulduqda “marixuana, nəşə” olduğunu, tanımadığı İran İslam Respublikası vətəndaşından məkan bildirişi vasitəsilə şəxsi istifadəsi üçün əldə etmişdir. Həmin büküm yerindəcə qablaşdırılaraq Sumqayıt şəhər 4-cü Polis Bölməsinə yaxınlaşmışlar. Orada təhqiqat araşdırması aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ifadəsində göstərdi ki, Sumqayıt şəhər 4cü polis bölməsinə Qeyrət adlı şəxsin qanunsuz olaraq narkotik vasitədən istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradıldı. Məlumat əsasında 27 fevral 202-ci il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kotec qəsəbəsində saxlanılıb və qanunsuz olaraq narkotik vasitəni üzərində daşıması bildirilmişdir. Üzərində hər hansı qanunsuz əşya olub-olmadığı bildirildikdə o, üzərində olan marixuananı onlara təqdim etmişdir, öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Sumqayıt şəhər 4-cü Polis Bölməsinin inzibati otağında təhqiqatçı və vəkilin iştirakı ilə şəxsi axtarış keçirildi və digər prosessual hərəkətlər davam etdirildi. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid3 və Şahid5 elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raporta müraciət edilərək Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş edilmişdir. Raport əsasında əməliyyat istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:25-də əməliyyat müşahidəsinə götürülmüş və o, saat 19:27-də ünvan 3 ünvanının qarşısında əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılmışdır. O və digər əməliyyat müvəkkilləri özlərini təqdim etdikdən sonra Qeyrət Baratova özünü təqdim etməsini bildirmişlər. Qeyrət Baratov özünü təqdim etdikdən sonra o Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istifadəsində, daşınmasında şübhəli olduğunu bildirərək saxlanıldığı yerdə üzərinə baxış keçiriləcəyini bildirdim. İlk olaraq Təqsirləndirilən şəxs üzərində qanunla istifadəsi, əldə olunması, daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin qarşısını açaraq içəri tərəfdə saxladığı qara rəngli sellofan paketə bükülmüş bükümü təqdim etmişdir. O, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs bükümün içərisində “nəşə” olduğunu bildirmişdir. Onun sualına cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümü sosial şəbəkədə tanış olduğu, özünü İİR-nın vətəndaşı kimi təqdim edən şəxsin göndərdiyi konum üzrə gedərək Novxanı qəsəbəsində tanımadığı şəxsdən götürərək üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin büküm qablaşdırılmış və möhürlənmişdirdi. Bundan sonra onlr Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gəlmişlər. İdarənin inzibati otaqlarından birində təhqiqatçı Səyyad Hacəhmədov tərəfindən sənədləşmə prosesi davam etdirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və ona hüquq və vəzifələri yenidən izah edilmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş və heç bir şey aşkarla edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və gəzdirilməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:37 dəqiqədə ünvan 3-in qarşısında saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsini açaraq içərisində olan qara rəngli sellofan bağlamanı təqdim etdi.Həmin bağlama açılan zaman içərisində yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə “Marixuana”ya bənzər bitki kütləsi aşkar edildi. Sonra həmin bağlama elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə əkisi 505 qram oldu. Sonra həmin bitki kütləsi qablaşdırıldı, saxlanılan şəxs, tərəfindən imzalandı və götürüldü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş həmin «əni xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində olan zsman tanımadığı şəxsdən 150 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasında tərtib edildi. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. - Təqsirləndirilən şəxs ünvan 3 ünvanının qarşısında xx.xx.2025-ci il tarixdə saat 19:37-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli “şəxsi axtarış və təqdim olunan əşyalara baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş təqdim edildi və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 təqdim olundu. Vəkilin iştirakı ilə və Təqsirləndirilən şəxs icazəsi ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa əvvəl ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz predmetin olmadığını bildirdi. Onun üzərinə tərəfimdən şəxsi axtarış keçirildi, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir predmet aşkar edilmədi. Üzərindən aşkar edilmiş “Brequal” markalı asma dərmanı araşdırma üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarıldı. Bundan sonra təhqiqata təqdim edilmiş 01 ədəd möhürlənmiş bağlama açıldı və içərisində yaşıl rəngli, spesifik iyə malik bitki kütləsi aşkar edildi. Həmin bağlama tərəziyə qoyularaq çəkildi. Elektron tərəzidə həmin bağlamanın sellofanla birlikdə çəkisi 491 qram olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, onun üzərindən aşkar olunan həmin bitki kütləsini xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən 150 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bitki kütləsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırıldı və DİN-nin 128 saylı möhürü ilə möhürləndi. - Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7/376 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs:... Təqsirləndirilən şəxs” yazıları və imzalar olan üzəri skoçla bağlanmış ağ rəngli polietilen bağlamada kağız bağlamanın içərisindəki 1 (bir) ədəd qara rəngli sellofon bağlamada təmiz çəkisi-410,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,1 qram sərf edildikdən sonra 409,9 qram marixuana qalıq qalmışdır. - Məhkəmə-tibbi ekspertizasının 262 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. - xx.xx.2025-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən İMG_7881 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 08 dəqiqə 08 saniyədən ibarətdir. Videogörüntü Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis mayoru Səyyad Hacəhmədov özünü təqdim etməsi ilə başlayır. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı digər polis əməkdaşlarından özlərini təqdim etməsini xahiş edir və əməliyyat müvəkkilləri özlərini təqdim edir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir və bu barədə protokolu ona təqdim edir. Təqsirləndirilən şəxs protokolla tanış olduqdan sonra ona dözlət hesabına təyin edilmiş müdafiəçi X4 özünü təqdim edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və yaxud daşınması qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs üzərində heç bir şey olmadığını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxıçş keçirilir və qanunla qadağan edilmiş heç bir şey aşkar edilmir. Təqsirləndirilən şəxs üzərində olan sprey formalı dərman sübut əhəmiyyəti kəsb etmədiyi üçün özünə qaytarılır. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən əməliyyat müvəkkilləri tərəfindən aşkar edilərək götürülmüş bağlamaya baxış keçirir. Qayçı vasitəsilə bağlama kəsilir və bu zaman bağlamanın içərisində yaşıl rəngli spesifik iyə malik kütlə olduğu müəyyən olunur. Təhqiqatçı Təqsirləndirilən şəxs kütlənin nə olduğunu soruşur və Təqsirləndirilən şəxs bükümün “nəşə” olduğunu, Novxanı qəsəbəsindən tanımadığı şəxsdən aldığını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Sonra təhqiqatçə tərəfindən büküm yenidə qablaşdırılaraq çəkilir. Çəkilən zaman kütlənin çəkisi 491 qram təşkil edir. Sonra əməkdaşlar və Təqsirləndirilən şəxs tərəfindən imzalar çəkilir. Müdafiəçi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin ona aid olub-olmadığını soruşur və Təqsirləndirilən şəxs cavabında həmin bükümün ona aid olduğunu və öz şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirir. - xx.xx.2025-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən Video Vhatsapp 2025_02_28 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 06 dəqiqə 57 saniyədən ibarətdir. Videogörüntünün ilk saniyələrində üç nəfər mülki geyimli şəxsin irəlilədiyi görünür. Sonra həmin şəxslər qarşı tərəfdən gələn şəxsin üzərinə gedərək həmin şəxsin qollarından tutur və polis əməkdaşları olduqlarını bildirirlər. Polis əməkdaşı özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 olduğunu bildirir. Daha sonra digər polis əməkdaşları Şahid2, Şahid3, Kamrn Sahibov və Nicat Abdullayev özlərini təqdim edirlər. Daha sonra polis əməkdaşı Şahid1 saxlanılan şəxsə saxlanılmasının səbəbini izah edərək qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, istifadəsi və daşınmasında şübhəli olduğunu bildirirlər. Sonra saxlanılan şəxsə özünü təqdim etməsi bildirirli və şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra polis əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa baxışa təqdim etməsini bildirir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəni açaraq iç tərəfdə saxladığı qara rəngli polietilen paketə bükülmüş kütləni baxışa təqdim edir. Polis əməkdaşları həmin bağlamanın içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs bağlamanın içərisində “nəşə” olduğunu bildirir.Əməliyyat müvəkkilinin suallarana cavab olaraq həmin narkotik vasitə qurudulmuş marixuananı Novxanı ərazisindən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirdi. Kənana Osmanov tərəfindən bağlama açıldıqda içərisində yaşıl rəngli, spesifik iyə malik ot kütləsinin olduğu müəyyən edilir. Sonra həmin bağlama yenidən yapışqan lent vasitəsilə bağlanılır və elektron əl tərəzisində çəkilir. Bükümün kütləsi tərəzidə 505 qram göstərilir. Sonra həmin büküm ağ kağızlar vasitəsilə yenidən qablaşdırılır. DVD diskə köçürülmüş ikinci diskə baxış keçirdikdə videogörüntünün 01 dəqiqə 44 saniyə olduğu görünür. Video görüntüdə əməliyyat müvəkkilinin Qeyrətin üzərinə yenidən baxış keçirdiyi, baxış zamanı 01 ədəd sprey formalı dərman, 02 ədəd tabletka və 02 ədəd 10 qəpik aşkarlanır. Aşkar edilmiş aşyalar sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs geri qaytarılır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 410.0 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı təmiz qalıq çəkisi 409.9 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş, “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 27 fevral 2025-ci il tarixli istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş 02 ədəd “CD" disk is üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. - Məhkəmə-narkoloji ekspertizasının 1225 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN, KANNABİOİDLƏRİN, PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Qubadlı MX-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.8-ci bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə cəzadan azad edilmişdir. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 410.0 qram narkotik vasitə qurudulmuş marixuananın cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və ekspertiza tədqiqatına sərf edilmiş kütlə çıxılmaqla müvafiq olaraq ümumi qalıq çəkisi 409.9 qram narkotik vasitə qurudulmuş marixuananın saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama anbarına təhvil verilməsi nəzərə alınmış, "Şəxsi axtarış keçirilməsi" barədə 27 fevral 2025-ci il tarixli tarixli istintaq hərəkətinin videogörüntüsü əks etdirilmiş 02 ədəd "DVD" formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməsi və cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. - Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), narkotik vasitə olan marixuana (qurudulmuş) xeyli miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə – marixuana xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin: - 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs “Vətən müharibəsi” iştirakçısı olmaqla medalla təltif edilməsi onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınır. - 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. -58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdırna halların olub-olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” - 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 409.9 qram narkotik vasitə qurudulmuş “marixuana” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2021-ci il tarixdən Qubadlı MX-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 72,00 (manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-397/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 820 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 (altı) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları, Bərpa xəstəxanasının yataqxanası 15 nömrəli otaq ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun xx.xx.2021-ci il tarixdən Qubadlı MX-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 409.9 qram narkotik vasitə qurudulmuş “marixuana” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 72,00 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 06 (altı) saat hüquqi yardıma görə 66 (altmış altı) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(060)-397/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-397/2025
23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver