Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-398/2021 21.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1959-cu ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran rayonu, Tütəpeştə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldadaraq sonuncunun adına təqaüd düzəldəcəyinə köməklik göstərəcəyinə dair yalan vədlər verib inandırmaqla 2020-ci ilin iyul ayının ortalarında Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi Asfaltzavod ərazisində Zərərçəkmiş şəxs kirayəyə yaşadığı fərdi evdə 600 (altı yüz) manat pulunu ələ keçirib dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, usta kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Şahinlə münasibətləri daim yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 2020-ci ilin iyul ayında o, Şahingilə qonaq getmişdir. Söhbət əsnasında Şahin ondan təqaüd düzəltməsinə kömək etməsini xahiş etmişdir. O da maraqlanıb Şahinə bir söz deyəcəyini demişdir. Şahin bildirmişdir ki, buna görə 600 manat pulu var və həmin pulun müqabilində ona təqaüd düzəltsin. O, razılaşmış və fikirləşmişdir ki, Şahinin qeydiyyatda olduğu və onun da əvvəllər yaşadığı Lənkəran şəhərində Dövlət Sosial Müdafiə fondunun Lənkəran şəhər şöbəsində bir tanış tapıb Şahin üçün təqaüd düzəldər. 2020-ci ilin iyul ayının ortalarında, (tarixini dəqiq xatırlamır) saat 13 radələrində Şahinin yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən fərdi evində 600 manat pulu Şahindən alıb onun üçün təqaüd düzəldə biləcəyini demiş, Şahin pulu ona verəndə yanlarında yalnız Şahinin arvadı Şəhanə olmuşdur. O, Şahindən pulu aldıqdan sonra Lənkəran şəhərində Dövlət Sosial Müdafiə fondunun Lənkəran şəhər şöbəsinə gəlmiş, nə qədər çalışsa da, tanış tapa bilməmiş və bu səbəbdən Şahinin işini həll edə bilməmişdir. Şahinin işinə görə bir neçə dəfə rayona gedib-gəlmiş, bu səbəbdən Şahinin verdiyi 600 manat pulun bir hissəsi yol xərclərinə getmişdir. Qalan hissəsini isə işin alınmadığını görüb qaytarmaq istəsə də, həmin ərəfələrdə pula ehtiyacı yaranmış və həmin pulu xərcləmək məcburiyyətində qalmışdır. Fikirləşmişdir ki, Şahinlə münasibəti var, pulunu sonra qaytarar. Şahin ondan zəng edib işi barədə soruşduqda o, işin alınmadığını və pulu isə ehtiyacı olduğu üçün xərclədiyini bildirib qısa müddətdə pulu qaytaracağını deyərək ona vaxt verməsini xahiş etmişdir. Şahin onunla razılaşsa da, dediyi vaxtda pulu qaytara bilmədiyi üçün Şahin ondan polisə şikayət etmişdir. Şahinə təqaüd düzəldilməsinə görə kiminləsə görüşməmiş, puldan heç kimə verməmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini və zərərçəkmişlə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 12 ilə yaxındır ki, ev ustası kimi tanımışdır. Çingizlə yaxşı münasibətdə olmuşdur. 2020-ci ilin iyul ayının ortalarında Çingiz onlara evə gələn zaman onunla söhbət əsnasında ona təqaüd almaq üçün kömək etməsini bildirmişdir. Çingiz etiraz etməyərək tanışlarının olduğunu demiş və o da 600 manatı olduğunu və bu pulu da hörmət kimi ona verə biləcəyini demişdir. O, Çingiz isə buna görə 1000 manat pul istəmişdir. O da imkanının aşağı olduğunu bildirmiş və bu işin aşağı qiymətinin olub-olmamasını soruşmuşdur. Çingiz 600 manatla razılaşmışdır. Çingizlə razılaşıb 2020-ci ilin iyul ayının ortalarında günorta saat 13 radələrində yaşadığı 1 otaqlı fərdi həyət evinin içərisində arvadı X1 yanında Çingizə 600 manat pulu sayıb vermişdir. Üzərindən biraz keçmiş o, Çingizlə telefon əlaqəsi saxlayan zaman Çingiz ona işin həll olunacağını, narahat olmamasını demişdir. Lakin, daha sonra Çingizə zəng vurub işlə bağlı maraqlandıqda Çingiz ona müəyyən bəhanələr gətirərək işin sonra həll olunacağını bildirmişdir. Lakin, 1-2 həftə sonra Çingizə zəng vurduğu zamanda Çingiz ona pulu verməyəcəyini “get hara şikayət edirsən elə” deyib telefonu söndürmüşdür. Çingiz ona təqaüd düzəldilməsinə görə kiminsə adını çəkməmiş və puldan başqa şəxsə verəcəyi barədə bir söz deməmişdir. O, sonradan dəfələrlə ona zəng vurmaq istəsə də, Çingiz onun telefon zənglərinə cavab verməmişdir. Bu səbəbdən də o, şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, onunla barışdığını və sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi dinləyib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmədə Zərərçəkmiş şəxs ərizə verərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs vurulmuş maddi zərəri tam olaraq ödədiyini, onunla barışdığını və onun ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12.03.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşiman olmaqla, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödəməsini, zərərçəmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və ya tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli (iş № 1(060)-398/2021) qərarını icra edərək, 28 may 2021-ci il tarixli 582 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 7 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-398/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-398/2021
21.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver