Məhkəmə qərarları › İş №1(060)-398/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-398/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-398/2022 25.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci il tarixdə Sumqayıt şəhərində, anadan olmuş, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2arəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1,352 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq, üzərində saxlamış, 19.11.2021-ci il tarixdə saat 20:15-də Sumqayıt şəhəri S.Vurğun küçəsində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilib, orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,352 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, uzun müddətdir narkotik vasitə olan heroindən istifadə edir, 19.11.2021-ci il tarixdə, təxminən saat 20:15 radələrində o, Sumqayıt şəhəri, S.Vurğun küçəsi, “Məkan” kafesinin yaxınlığında olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün şübhəli olduğundan saxladıqlarını bildirib onu Pİ-nə dəvət etmişlər, Pİ-də vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər və üzərində əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması barədə soruşmuşlar, olduğu halda həmin əşyanı təqdim etməyini təklif etmişlər. O da bu zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş maddəni polis əməkdaşlarına təqdim etmiş, bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açılmış, bükümdə «heroinə» bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı o, aşkar olunan həmin bükümün içində «kokos», yəni heroin olduğunu bildirmiş və aşkar olunmuş həmin bükümü 3 gün əvvəl, yəni 16.11.2021-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında təsadüfən rastlaşdığı, həbsxanada tanış olduğu, üzdən tanıdığı, lakin adını və yaşayış ünvanını bilmədiyi şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 1,49 qram olduğu müəyyən edilmişdir. Saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunu, himayəsində xəstə anasının olmasını bildirərək, Məhkəmədən barəsində yüngül cəza seçilməsini xahiş edir. Məhkəmədə şahid dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs dair düşmənçilik və ədavət münasibətləri olmamışdır. Belə ki, 19.11.2021-ci il tarixdə ona etibarlı və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması, istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, istintaq-əməliyyat qrupu yaradılmışdır. Həmin gün, saat 20:15 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsi ərazisində “Məkan” kafesinin yaxınlığında bir nəfər şəxsin Təqsirləndirilən şəxs əlamətləri ilə uyğun gəldiyini görüb, ona yaxınlaşmışlar, həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib, Sumqayıt ŞPİ-yə getməli olacaqlarını, polis idarəsində üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-yə getmişdir. Sumqayıt şəhər Pİ-də xidməti otaqlarının birində təhqiqatçı Səadət Qənbərov özünü təqdim edərək, saxlanılan şəxsə narkotik vasitələrin üzərində saxlanılmasında şübhəli şəxs qismində saxlanıldığını və polis əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-yə gətirildiyini demişdir. Daha sonra təhqiqatçı tutma haqqında protokolu, hüquq və vəzifələri haqqında olan bildirişi Təqsirləndirilən şəxs təqdim etmişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X2 təyin olunduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet olub-olmadığını soruşmuş, olduğu halda təqdim etməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxardaraq təqdim etmişdir. Təhqiqatçının müvafiq suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş bükümün daxilindəki narkotik vasitə olan heroindir və həmin maddəni 3 gün əvvəl yəni 16.11.2021-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar ərazisindən üzdən tanıdığı, adını və yaşayış ünvanını bilmədiyi şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd büküm təhqiqatçı tərəfindən elektron tərəziyə qoyulub çəkilən zaman 1,49 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxsnın üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər büküm Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Tərtib olunmuş protokollar o və digər iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş və proses iştirakçılarının razılığı ilə ifadəsi elan edilmiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o da Şahid2 və Şahid3 ilə oxşar məzmunlu ifadə verərək, onların qeyd etdiyi xüsusatları qeyd etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının 20.11.2021-ci il tarixli, 6/5132 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dirəvi möhür əksi olan, «Vət.Təqsirləndirilən şəxs üzərindən…» yazısı və imzalar olan polietilen bağlamadakı 01 ədəd bükümdə təmiz çəkisi 1,352 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: heroinin təmiz çəkisi : 1,352 qr, tədqiqata sərf edildi: 0,05 qr, qalıq: 1,302 qr. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 08.01.2022-ci il tarixli 71 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 476 saylı, 10.02.2022-ci il tarixli arayışan görünür ki, Təqsirləndirilən şəxs 09.2005-ci il tarixdən “OPİOİDLƏRİN qəbulu nəticəsində psixi və davranış pozuntusuasılılıq sindromu” diqnozu ilə qeydiyyatdadır. Cinayət işi materiallarında olan Sumqayıt şəhər “Xəzər” Bağçılıq Cəmiyyəti üzrə 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan şəxsi axtarışın keçirilməsi barədə 19.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd bükümü təqdim etmişdir. Həmin 01 ədəd bükümd şffaf sellofana bükülmüş spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə “heroin”-ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı o bildirmişdir ki, ondan aşkar olunan 01 ədəd büküm narkotik maddə “heroin”-dir. Aşkar olunmuş maddəni üzdən tanıdığı adını xatırlamadığı və həbsxanadan tanış olduğu şəxsdən tutulmazdan 3 gün əvvəl, Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığından 20 manata öz şəxsi istifadəsi üçün almışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 24.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər xalq məhkəməsinin 02.05.1994-cü il tarixli hökmü əsasında həmin dövr üzrə qüvvədə olan Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 2-ci hissəsi ilə 1 il 6 ay müddətində azadlıqdan məhrum etmə, 13.10.1995-ci il tarixli hökmü əsasında həmin dövr üzrə qüvvədə olan Azərbaycan Respublikası CM-nin 146, 39-cu maddələri ilə 1 il müddətində azadlıqdan məhrum etmə, Bakı şəhər qarnizon hərbi tribunalının 13.03.2000-ci il tarixli hökmü əsasında həmin dövr üzrə qüvvədə olan Azərbaycan Respublikası CM-nin 93-5-ci maddəsinin 2-ci hissəsi ilə 05 il müddətində azadlıqdan məhrum etmə, Sumqayıt şəhər məhkəməsinin 10.06.2005-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 177.2.2, 234.1-ci maddələri ilə 04 il müddətində azadlıqdan məhrum etmə, Sumqayıt şəhər məhkəməsinin 17.05.2012-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətində azadlıqdan məhrum etmə, Sumqayıt şəhər məhkəməsinin 02.04.2015-ci il tarixli hökmü əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə 01 il 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası MM 20.05.2016-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılıb, 03.09.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işi materiallarından görünür ki, həmin cinayət işi Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X3, tərəfindən 20.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başlanaraq, icraatına qəbul edilib, istintaqı aparılmışdır. İş materiallarında olan 19 noyabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2021-ci il tarixində saat 20:15-də Sumqayıt şəhəri, S.Vurğun küçəsi ərazisində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov tərəfindən şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş “qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə” 21.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən dərhal azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan 15.12.2021-ci il tarixli “cinayət işinin icraatının dayandırılması haqqında” qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı Təqsirləndirilən şəxs ağır xəstəliyi ilə əlaqədar dayandırlmışdır. Cinayət işi materiallarında olan 08.01.2022-ci il tarixli “cinayət işinin icraatının təzələnməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işi materiallarında olan “diskə baxış keçirilmsi barədə” protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: video görüntünün 01-ci saniyəsində 01-ci saniyəsində Sumqayıt şəhər Pİ-nin TŞ-də təhqiqatçı Səadət Qənbərov xidməti otaqlarının birində özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini tələb edir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi, üzərində gəzdirilməsi və saxlanılmasında şübhəli şəxs qismində saxlanıldığını və TŞ-nə gətirildiyini deyir. Daha sonra isə mülki geyimli olan polis əməkdaşları özlərini təqdim edir. Azərbaycan Respublikası CPM-nin 90cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri haqqında olan bildirişi Təqsirləndirilən şəxs təqdim edilir və ona hüquqlarının müdafiə edilməsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X2 təyin olunduğu bildirilir. Təqsirləndirilən şəxs etirazının olmadığını deyir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa təqdim etməsini tələb edir. Görüntünün 01:52-ci saniyəsində Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü, 5 azn pul əskinasını və sol yan cibindən şəxsiyyət vəsiqəsini təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin nə olduğunu, nə vaxt, haradan, kimdən əldə etdiyini, nə qədər ödəniş etdiyini, hansı məqsədlə üzərində gəzdirdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin bükümün “kakos” olduğunu, 3 gün bundan əvvəl Bakı şəhərində “20 Yanvar” ərazisində üzdən tanıdığı adını xatırlamadığı həbsxanada tanış olduğu şəxsdən 20 manata və özünün istifadəsi üçün aldığını bildirir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirdir. Qanunla qadağan edilmiş hər hansı bir predmet müəyyən olunmur. Təhqiqatçı tərəfindən həmin büküm açıldıqda qəhvəyi rəngli narkotik vasitə olduğu müəyyən olunur. Görüntünün 06:51-ci saniyəsində təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş şəffaf sellofana bükülmüş narkotik vasitə elektron tərəziyə qoyulub çəkilən zaman şəffaf sellofan ilə birlikdə çəkisinin 1,49 qram olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir. Tərtib olunmuş protokollar iştirakçılar tərəfindən imzalanır. Şübhəli şəxs Təqsirləndirilən şəxs vəkili Günay Cəfərova sonuncudan polis əməkdaşlarının saxlanılarkən hər hansı bir fiziki zor tətbiq olunması, həmin narkotik vasitənin ona məxsus olması və əməlindən peşman olması barədə soruşduqda Təqsirləndirilən şəxs heç bir fiziki zor tətbiq olunmadığını, narkotik vasitənin ona məxsus olduğunu və əməlindən peşman olduğunu bildirir. Görüntünün 12:25-ci saniyəsində çəkiliş təhqiqatçının məruzəsi ilə yekunlaşır. Baxış zamanı sübut əhəmiyyətli digər fakt növü aşkar edilməmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 5(060)-850/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 19.11.2021-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 1,352 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 1,302 qram heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, istifadə məqsədi ilə ümumi təmiz çəkisi 1,352 qram çəkidə narkotik vasitə olan heroinin əldə edib üzərində daşımasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməlidir və o məhkəmə zalından dərhal həbs edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 25.05.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş ümumi təmiz çəkisi 1,352 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 1,302 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 01.04.2022-ci il tarixli (iş № 1(060)-398/2022) qərarını icra edərək, 06.04.2022-ci il tarixli 419 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçiməhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 (doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardımlaraa görə cəmi 54,00 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 25.05.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş 1,352 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 1,302 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 09 (doqquz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi tərəfindən göstərilən hüquqi yardıma görə cəmi 54,00 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar