Məhkəmə qərarları › İş №1(060)-398/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-398/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-398/2023 28.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1974-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ilə rəsmi nigahda olduğu həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs alnın sol hissəsinin, alnın sağ hissəsinin, alt çənənin orta hissəsinin sıyrılan, alt dodağın sol hissəsinin selikli qişasının cərrahi tikişə ehtiyacı olan yarası xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bilərək, qeyd etdi ki, Zərərçəkmiş şəxs onun rəsmi nigahda olduğu həyat yoldaşıdır, onunla bir ünvanda yaşayır. Zərərçəkmiş şəxs ilə 16 ildir ki, ailə həyatı qurmuş, lakin rəsmi nkaha 2014-cü ildə girmişlər. Birgə nigahlarından 2007-ci təvəllüdlü Roza Bəylərova adlı qız, 2008-ci il təvəllüdlü Şahruz Bəylərov adlı oğlan, 2011-ci il təvəllüdlü Ruzi Bəylərov adlı oğlan olmaqla 3 övladları var. Evliliklərinin ilk vaxtlarından münasibətləri normal olmuş, ara-sıra xırda məişət problemləri olsa da, ailə olduqları üçün həmin problemləri böyütməmiş, tez bir zamanda həll etməyə çalışmışlar. Qeyd edir ki, əvvəllər Zərərçəkmiş şəxs onun tərəfindən heç vaxt işgəncələrə, təzyiqlərə fiziki və psixi təsirlərə məruz qalmamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 15:30 radələrində yaşadığı ünvana bir qədər spirtli içki qəbul edərək gəlmiş, yoldaşı onun sərxoş olduğunu hiss etsə də, bu barədə mübahisə yaratmaq istəməmiş, lakin o, sərxoş olduğundan özündən asılı olmadan hərəkətləri ilə sözsöhbət yaratmağa başlamış, Kəmalə artıq onun bu hərəkətlərindən çox əsəbiləşmiş, övladlarının gözü qarşısında evə içkili gəlməyi barədə ona irad bildirmişdir. Bu zaman o, Kəmalənin iradlarına heç bir məhəl qoymayaraq onun üzərinə hücum çəkmişdir. O, ilk dəfə olaraq belə bir hərəkət etmişdir. Həyat yoldaşı ondan uzaq durmasını tələb etsə də, buna məhəl qoymamış, aralarında davam edən münaqişə əsnasında onun qarın və diz nahiyələrinə təpik zərbələri ilə, başına və bədəninin digər nahiyələrinə yumruq zərbəsi ilə vuraraq həyat yoldaşını döymüşdür. Bu zaman evdə olan azyaşlı övladları onun bu hərəkətlərini görmüşdür. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, həyat yoldaşı ilə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs ilə 16 ildir ki, ailə həyatı qurmuş, lakin 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nigahlarından 2007-ci təvəllüdlü Roza Bəylərova adlı qız, 2008-ci il təvəllüdlü Şahruz Bəylərov adlı oğlan, 2011-ci il təvəllüdlü Ruzi Bəylərov adlı oğlan olmaqla 3 övladları var. Evliliklərinin ilk vaxtlarından münasibətləri normal olmuş, ara-sıra xırda məişət problemləri olsa da həmin problemləri böyütməmiş, tez bir zamanda həll etməyə çalışmışdır. O,əvvəllər Təqsirləndirilən şəxs tərəfindən heç vaxt işgəncələrə, təzyiqlərə fiziki və psixi təsirlərə məruz qalmamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 15:30 radələrində yaşadığı ünvanda olan zaman yoldaşı sərxoş vəziyyətdə evə gəlmişdir. O, Natiqin sərxoş olduğunu hiss etsə də, bu barədə mübahisə yaratmamışdır. Lakin Natiq öz hərəkətləri ilə söz-söhbət yaratmağa başlamışdır. O, artıq onun bu hərəkətlərindən çox əsəbiləşmiş, övladlarının gözü qarşısında evə içkili gəlməsi barədə ona irad bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs onun iradlarına heç bir məhəl qoymamış, onun üzərinə hücum çəkmiş, belə bir hal ilə ilk dəfə rastlaşdığı üçün nə edəcəyimi bilməmiş, Natiqin ondan uzaq durmasını tələb etmişdir. Lakin Natiq onun sözlərini eşitməmiş, aralarında davam edən münaqişə əsnasında qarın və diz nahiyələrinə təpik zərbələri ilə, başına və bədəninin digər nahiyələrinə yumruq zərbəsi ilə vuraraq onu döymüşdür. Bu zaman evdə olan azyaşlı övladları Natiqin bu hərəkətini görmüşlər. Bundan sonra o, qızı Rozaya polisə zəng vurmasını tapşırmışdır. Rozada onun mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, həyat yoldaşı ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X3 xx.xx.2023-cü il tarixli, 268 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Alının sol hissəsinin, alının sağ hissəsinin, alt çənənin orta hissəsinin sıyrıqları, alt dodağın sol hissəsinin selikli qişasının cərrahi tikişə ehtiyacı olan yarası. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla 02.03.23-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, özü-özünə yetirməsi istinsa edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir (i.v. 24-27). İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 40). İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 38). Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 06 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar