Məhkəmə qərarları › İş №1(060)-398/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-398/2025

02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-398/2025 02.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1979-cu ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, SKZ, Yataqxana 2 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddəsi ilə, xx.xx.1994-cü ildə Göyçay rayonunda anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri. Yaşıldərə bağlar massivi fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o. özgə əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 5 ünvanında yerləşən "xxxx" ASC-nin nəzdində olan İplik fabrikində mühafizəçi işlədiyi müddətdə, onunla birlikdə mühafizəçi işləmiş X6 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində fabrikin istehsal sahəsinə daxil olaraq cinayətkar niyyətlərini həyata keçirmək üçün aralarında əldə edilmiş razılığa və rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 hər hansı bir kənar şəxs gələrsə xəbər verməsi üçün çöldə dayanmış digərləri isə (Cognetex FTC8L 1088 spindles s/n6840) markalı əyirici avadanlığın ehtiyyat hissələrinin, eləcə də qiyməti 6493,54 manat olan «THİBEAU card lype CA w 2,20 m delivery 1 can diamcter lOOOxh, 1200mm Put intosonformity» markalı tekstil avadanlığının ayrılmaz hissəsini təşkil edən ehtiyyat hissələrini, ASC-nin yeməkxanasından 2006-cı il tarixdə alınmış və istifadə edilməmiş, alış dəyəri 2554 manat olan 01 ədəd peşəkar sənaye mətbəx avadanlığını, tərkibi qara metaldan və çuğundan ibarət olan tekstil avadanlığının mühərrikin ayrılmaz hissəsi olan, hər biri 90 manat təşkil edən 03 ədəd rotor-mühərrik və taxta barabana sarılmış aliminium materialdan olan, ASB 50 markalı, içərisində hər birinin qalınlığı 1,9 sm olan üç naqildən ibarət 250 metr uzunluğunda, 2500 manat dəyərində kabeli və hər biri 15-20 kq olan, ümumi dəyəri 250,00 (iki yüz əlli) manat olan 05 ədəd çuqun qapaqları (lyuk) gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə ümumilikdə 12.067.54 (on iki min altmış yeddi manat, əlli dörd qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 toplanmış sübutların məcmusuna əsasən təqsirləndirilir ondan ötrü ki, o, özgə əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 5 ünvanında yerləşən "xxxx" ASC-nin nəzdində olan İplik fabrikində mühafizəçi işlədiyi müddətdə, onunla birlikdə mühafizəçi işləmiş X6 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2024-cii il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində fabrikin istehsal sahəsinə daxil olaraq cinayətkar niyyətlərini həyata keçirmək üçün aralarında əldə edilmiş razılığa və rol bölgüsünə əsasən o, hər hansı bir kənar şəxs gələrsə xəbər verməsi üçün çöldə dayanmış digərləri isə (Cognetex FTC8L 1088 spindles s/n6840) markalı əyirici avadanlığın ehtiyyat hissələrinin, eləcə də qiyməti 6493,54 manat olan «THİBEAU card type CA w 2,20 m delivery 1 can diameter lOOOxh, 1200mm fut intosonformity» markalı tekstil avadanlığının ayrılmaz hissəsini təşkil edən ehtiyyat hissələrini, ASC-nin yeməkxanasından 2006-cı il tarixdə alınmış və istifadə edilməmiş, alış dəyəri 2554 manat olan 01 ədəd peşəkar sənaye mətbəx avadanlığını, tərkibi qara metaldan və çuğundan ibarət olan tekstil avadanlığının mühərrikin ayrılmaz hissəsi olan, hər biri 90 manat təşkil edən 03 ədəd rotor-mühərrik və taxta barabana sarılmış aliminium materialdan olan, ASB 50 markalı, içərisində hər birinin qalınlığı 1,9 sm olan üç naqildən ibarət 250 metr uzunluğunda, 2500 manat dəyərində kabeli və hər biri 15-20 kq olan, ümumi dəyəri 250.00 (iki yüz əlli) manat olan 05 ədəd çuqun qapaqları (lyuk) gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə ümumilikdə 12.067,54 (on iki min altmış yeddi min əlli dörd qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə ittiham aktında göstərildiyi kimi baş verib və orada sadalananlar götürülüb, lakin ittihamda yazılan ziyanın məbləği düzgün deyil. Hadisədən 7-8 ay qabaq ərazidə kamera quraşdırılmışdı və kameralar işlək vəziyyətdə idi, niyyəti oğurluq olmayıb, belə olsa idi o zaman kameranın altında bu hərəkətləri etməzdi. Ərazidə olan köhnə metalları Nicat və Cabirlə birlikdə maşınına yığıb aparırdılar. İlk dəfə oğurluq üstündə tutulduqları vaxtdan təxminən 3 ay qabaq olmuşdur. İlk dəfə Cabir ona təklif etmişdir ki, “sənin maşının var, gəl dəmirləri yığıb aparaq, çorək pulu qazanaq”, onunla razılaşmışdır. Sadəcə zavodun ərazisində olan yararsız dəmirləri götürüb aparmışlar. Dəmirləri aparmaq üçün heç kimdən icazə almamışlar. Hər dəfə 40-50 manat pul qazanıb aralarında bölmüşlər. Təqsirləndirilən şəxs2 bir-iki dəfə ona kömək etməsini xahiş etmişdir. Nicat təxminən 3-4 dəfə metalları yığmaqda ona kömək etmişdir. Metalları axşamdan yığıb, səhər işdən çıxanda maşınla aparıb metalloma təhvil vermişdir. Həmin vaxt Nicat onunla getməmişdir. Üç dəfə Nicata 5-10 manat pul vermişdir. Təxminən 20-30 dəfə zavod ərazisindən oğurluq etmişdir. Hesab edir ki, oğurladıqları dəmir, metalların dəyəri təxminən 2000 manat olumşdur. Metalloma dəmirləri təhvil verəndə onları yerdən yığacaqlarını demişlər. Lakin, mətbəx avadanlığı, motor, lyuk, çuğun qapaqlar götürməmişlər. Tekstil avadanlığıda götürməmişdir. Sadəcə olaraq qara metal və köhnə kabelləri, paslı dəmirləri, armatur, köhnə kabelləri götürmüşlər. Hesab edir ki, oğurlanmış avadaqlıqların dəyəri 12000 manat deyil. Cinayət üç nəfər tərəfindən törədilmişdir. Hər iştirakçıya 4 min manat ziyan düşür. Buna baxmayaraq həmin ziyandan 7000 manatı onun tərəfindən zərərçəkmişə ödənilmişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. İlk dəfə cinayət əməli törətmişdir. Ailəsinə ondan başqa baxan, işləyib qazanc gətirən yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır. Ona görədə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, Sumqayıt Xovlu İplik ASC-nın idarə heyətinin sədri X4 müraciəti ilə tanış olmuşdur. Mahiyyəti üzrə bildirmişdir ki, o, 2022-cı ilin aprel ayından Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “Sumqayıt Xovlu İplik" ASC-də gözətçi işləmişdir. Gözətçi kimi bir gun gündüz 12 saatlıq, bir gün gecə 12 saatlıq növbədə qaldıqdan sonra növbəti iki gün istirahət etmişdir. İşlədiyi zavodun ərazisində 2 post olmuşdur. Postlara növbə ilə çıxmışlar. Əgər bu gün 1 ci postda dayanmışdırsa, növbəti dəfə 2-ci posta çıxmış və iş qrafiki bu formada davam etmişdir. Eyni vaxtda zavodun ərazisində iki gözətçi olmuşdur. Gecə saatlarında növbə ilə yatıb istirahət etmişlər. Bir nəfər yatanda digəri zavodun ərazisində gəzmiş və nəzarət etmişdir. Belə ki, o, gecə növbəsində qaldığı günlər onunla eyni zavodda gözətçi işləyən X5 2024-cü ilin fevral ayında işlədikləri zavodda qara, əlvan metallar və kabellər olduğunu və oğurlamaq istədiyini və bu işi onunla birlikdə etmək istədiyini təklif etmişdir. Cabir də onunla razılaşmış və onlar oğurluq etmək qərarına gəlmişlər. Daha sonra zavodun işığını söndürmüşlər ki, zavod ərazisində quraşdırılmış videokmeralar onların etdikləri oğurluq hadisəsini qeydə ala bilməsin. İşıqları söndürdükdən sonra zavodun istehsalat sahəsinə daxil olaraq oradan aliminium materialdan olan kabelləri balta ilə doğramışlar və zavodda olan əl arabasına yükləyərək zavodun giriş qapısına gətirmişlər, girişdə saxladığı ona məxsus Niva markalı **-BO-*** dövlət qeydiyyta nişanlı avtomobilə yükləyərək səhər satlarında Cabirlə birlikdə aparıb Sumqayıt şəhəri metallurq küçəsində olan metal qəbulu məntəqəsinə satmışlar. Lakin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq metal qəbulu məntəqəsinə verdikləri aliminium kabellərin qarşılığında oradan hansı məbləğdə pul almalarını xatırlamır. Belə ki, oğurluq hadisəsi nəticəsində əldə olunmuş gəliri Cabirlə tam olaraq bölmüşdür. Həmin pulları da özü üçün xərcləmişdir. Həmçinin Cabirlə birlikdə 2024cu ilin fevral ayından 19 06.2024-cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda işlədikləri zavod daxilindən 10-15 dəfə oğurluq hadisəsi törətmişlər. Həmçinin Cabir işdə olmadığı vaxtlarda zavodun digər gözətçisi Təqsirləndirilən şəxs2 ilə də eyni növbədə olduqları vaxtlarda o, Nicata zavod ərazisindən oğurluq etməyi təklif etmiş, o, da onun təklifi ilə razılaşaraq bir qayda olaraq zavodun işığını söndürdükdən sonra oğurluq hadisəsini törətmişlər. Razılaşmalarına görə Nicat çöldə dayanıb kimsə gələcəyi təqdirdə onlara xəbər verməli olmuşdur. Nicatla birlikdə oğurladıqları metalları əvvəlcədən dostu Faiqdən idarə etmək üçün götürdüyü «Changan» markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığaraq Metallurq küçəsində yerləşən metal qəbulu məntəqəsinə satmışdır. Oğurluq hadisəsi nəticəsində əldə etdiyi gəlirdən 10-15 manat Nicatın M-10 hesabına yükləmişdir. Bundan başqa Nicat və Cabirlə üçü eyni vaxtda zavod ərazisindən oğurluq hadisəsi törətmişlər və həmin oğurladıqları əşyaları satdıqdan sonra əldə olunmuş gəlirdən 10-15 manatı Nicata verdikdən sonra yerdə qalan pulları Cabirlə birlikdə bölmüşlər. O, Nicata verdiyi pulların ümumi məbləğini xatırlamır. Amma o, hər dəfə ona malları satdıqdan sonra pul vermişdir. 27.06 2024-cu il tarixdə işlədikləri zavodun rəhbəri X7 idarə əməkdaşları və gözətçiləri ilə birlikdə iclas keçirmiş və iclasda bütün işçilərdən zavod ərazisində oğurluq hadisəsi törədib törətmədiklərini soruşmuşdur. Onlar da zavod ərazisində oğurluq hadisəsi törətmədiklərini ona bildirmişlər. Üzərindən bir qədər keçdikdən sonra zavod rəhbərliyi polis bölməsinə zəng vurub polis əməkdaşı dəvət etdikdən sonra oğurluq hadisəsi ilə bağlı videogörüntülər təqdim olunmuş və həmin görüntülərdə onun, Cabirin və Nicatın zavod daxilində oğurluq hadisəsi törətmələri öz əksini tapmışdır. Bundan sonra polis əməkdaşları hər üçünü bölməyə dəvət etmişlər. Onlar polis bölməsinə gəldikdən sonra törətdikləri oğurluğu səmimi olaraq etiraf etmişlər və bu barədə izahat vermişlər. Changan markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil dostu Şahid1 məxsusdur, o, avtomobili ondan alan zaman ona avtomobilin şəxsi məqsədlə özünə lazım olduğunu demiş və Faiqin avtomobili oğurluq malları daşımaq məqsədilə alıb sürməyini əvvəlcədən bilməmişdir. X6 və Təqsirləndirilən şəxs2 ilə birlikdə işlədikləri zavod ərazisindən ümumilikdə 3-4 dəfə oğurluq hadisəsi törətmişlər, qalan oğurluq hadisələrində həm Cabirlə birlikdə ikisi həm də ki, Nicatla etmişlər. Ümumilikdə qeyd edilən müddət ərzində yəni, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək o, Cabir və Nicat "xxxx" ASC-nin ərazisindən müxtəlif metallar, elektrik kabellərini oğurladıqdan sonra aparıb satmışlar. Bu müddət ərzində hansı məbləğdə metal və ya kabel oğurladıqlarını dəqiq bilmir. Onlar fabrikin ərazisində oğurluq etmələri təxminən 4-5 ay davam etmişdir. Buna görə də o, oğurladıqları mallardan əldə etdikləri gəliri dəqiq bilməmişdir. "xxxx" ASC-nin İdarə Heyətinin sədri Elson Aydınovun baş vermiş oğurluq hadisəsi nəticəsində ASC-yə ümmilikdə təxminən 10000 manat maddi ziyan dəyməsini bildirməsi ilə bağlı verilmiş suala cavab verərək bildirmişdir ki, onlar ASC-nin ərazisindən etdikləri oğurluq nəticəsində satdıqları malların qiymətini xatırlamır. Ancaq bu məbləğ 10000 manatdan az olmuşdur. Bu məbləğ təxminən 1000-2000 manat arası olmuşdur. "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə təqdim etdiyi diskə baxış keçirilərkən «xx.xx.2024» adlı 7-ci qovluqdakı 3-cü videoda onların yanına üçüncü şəxsin gəlməsi, bundan başqa «xx.xx.2024» adlı 3-cü qovluqda olan videofaylda, «xx.xx.2024» adlı 6-cı qovluqdakı 2 ədəd videoda və «xx.xx.2024» adlı 7-ci qovluqda 2 ədəd videolarda onun və Cabir Tağıyevin yanında başqa bir şəxsin olması ilə bağlı verilmiş suala cavab verərkən bildirmişdir ki, o, qeyd edilən videolara baxmışdır. 1-ci videoda olan şəxs onun dostu Faiqdir. O, işdə olan zaman bəzən Faiq onun yanına gəlib ona baş çəkmişdir. Ancaq digər videolarda olan şəxsi tanımamışdır. Çünki onlar növbədə olan zaman bəzən yaxınlıqdakı müəssisələrin gözətçiləri çay içmək və ya söhbət elmək üçün onların yanına gəlmişlər. Bəzən onlar da onların yanına getmişlər. Bundan başqa onların işlədikləri müəssisədə və ya qonşu müəssisələrdə tez-tez növbələr dəyişdiyi üçün həmin şəxsin kim olduğunu tanımamışdır. Faiq və ya digər videolardakı şəxsin onların müəssisədən oğurluq etdiklərini bilib- bilməmələri və onların bu işdə hər hansı bir maraqlarının olub olmamaları ilə bağlı verilmiş suala cavab verərkən bildirmişdir ki, Faiq onların oğurluq etdiklərindən xəbərsiz olmuşdur. Eləcə də digər videoda olan tanımadığı şəxs də həmin vaxt onların yanında görünsə də həmin şəxsin onların oğurluq etdiklərindən xəbəri olmamışdır. Həmin şəxsin kim olduğunu xatırlamır. Eyni zamanda həmin şəxs onlardan metalları nə üçün müəssisədən çıxardıqları barədə soruşmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, keçən il oktyabr ayında həmin zavodda işləməyə başlamışdır. O, Cabirlə Ramilə kömək məqsədilə yığmağa kömək etmiş, orada onun niyyəti oğurluq olmayıb. Ondan kömək etməyini xahiş etdilər, Ramil də onun böyüyü olduğu və ona tabe olduğu üçün, eyni zamanda işə yeni başladığı üçün ona kömək etməyə başlamışdır. Köməyinin qarşılığında onlardan heç nə tələb etməmiş, hətta bildirmişdir ki, heç nə lazım deyil, atmayın, amma ertəsi gün tezdən görmüşdür ki, telefonuna 5-10 manat pul atıblar. Ramil xahiş etdiyi üçün köhnə dəmirləri və kəsik-kəsik olan kabelləri yığmağa və araba ilə daşımağa Ramilə köməklik etmişdir. Yığdıqları köhnə dəmirləri araba ilə, bir dəfə isə əllə daşımışlar. Yığdıqları dəmirlər təxminən 80 kq olmuşdur. Köhnə dəmirləri yığmaları təkcə axşam vaxtı deyil, günorta vaxtları da olmuşdur. Etdiyi köməkliklə bağlı Ramillə aralarında pul söhbəti olmamışdır. Lakin, Ramil 5-6 dəfə ona 5-10 manat pul göndərmişdir. Dəmirləri yığarkən 3-4 dəfə çöldə gözləmişdir ki, digər mühafizəsi Kamal bu barədə bilməsin. İşə təzə başladığından, həmdə Ramil yaşca ondan böyük olduğundan Ramilin oğurluq barədə təklifi ilə razılaşmışdır. Sonradan özü Ramildən uzaqlaşmışdır. Ramil onun starşisi (böyüyü) olduğundan onun sözündən çıxa bilməmişdir. Özü müharibə iştirakçısıdır. 44 günlük Vətən müharibəsində iştirak etmiş, bir sıra medallarla təltif edilmişdir. İlk dəfə bu cinayət əməlini törətmişdir. Sonra səhfini başa düşmüşdür. Vurulmuş ziyandan 1000 manat onun tərəfindən zərərçəkmişə ödənilmişdir. Ona görə də ilk dəfə cinayət əməli törətməsini, əməlindən səmimi peşman olmasını, müharibə iştirakçısı olmasını, cavanlığını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-eü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, o, "xxxx" ASC-nın idarə heyətinin sədri X4 müraciəti ilə tanış olmuşdur. Bildirmişdir ki, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır, həmçinin müharibə veteranıdır. «Vətən müharibəsi iştirakçısı» və «Laçının azad olunmasına gorə» medalları ilə təltif olunmuşdur. Mahiyyəti üzrə bildirmişdir ki, o, 2023-cü ilin oktyabr ayından Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “Sumqayıt Xovlu İplik" ASC-də işə çıxdıqdan sonra növbəti iki gün istirahət etmişlər. İşlədiyi zavodun ərazisində iki post olmuşdur. Postlarda gözətçi kimi işləmişdir. Gözətçi kimi bir gün gündüz 12 saatlıq, bir gün gecə 12 saatlıq növbədə qalaraq növbə ilə çıxmışlar. Əgər bu gün 1-ci posta dayanmışdırsa, növbəti dəfə 2-ci posta çıxmış və iş qrafiki bu formada davam etmişdir. Eyni vaxtda zavodun ərazisində iki gözətçi olmuşdur. Gecə saatlarında növbə ilə yatıb istirahət etmişlər. Bir nəfər yatanda digəri zavodun ərazisində gəzmiş və nəzarət etmişdir. Belə ki, o, gecə növbəsində qaldığı günlər onunla eyni zavodda gözətçi işləyən Təqsirləndirilən şəxs1 2024-cü ilin fevral ayında işlədikləri zavodda qara, əlvan metallar və kabellər olduğunu və oğurlamaq istədiyini və bu işi onunla birlikdə etmək istədiyini təklif etmişdir. O, da Ramillə razılaşaraq oğurluq etmək qərarına gəlmişdir. Daha sonra zavodun işığını söndürmüşlər ki, zavod ərazisində quraşdırılmış videokameralar onların etdikləri oğurluq hadisəsini qeydə ala bilməsin. İşıqları söndürdükdən sonra zavodun istehsalat sahəsinə daxil olaraq oradan aliminium materialdan olan listləri və həmçinin nerj materialdan olan listləri götürərək zavodun giriş qapısına gətirmişlər, girişdə Ramilin idarə etmək uçun dostundan aldığı Changan markalı **-LH-*** dövlət qeydiyyat nişanı avtomobilə yükləyərək səhər satlarında Ramil Sumqayıt şəhəri ərazisində yerləşən, ona məlum olmayan metal qəbulu məntəqələrinə aparıb satmışdır. Oğurladıqları metalları satdıqdan sonra hər dəfə Ramil həmin pullardan onun M-10 hesabına 10-15 manat yükləmişdir. O, da həmin pullarla mərc oyunlarında mərc edərək uduzmuşdur. Ramil onunla birlikdə oğurladıqları metalları aparıb metal qəbulu məntəqəsinə satan zaman o, onun yanında olmamış və hansı məbləğə satması barədə heç bir məlumatı olmamışdır. Həmçinin Ramillə birlikdə 2024-cü ilin fevral ayından həmin ilin iyun ayının 19-dək olan müddət ərzində müxtəlif vaxtlarda işlədikləri zavod daxilindən ümumilikdə 3-4 dəfə oğurluq hadisəsi törətmişlər. Bundan başqa bir neçə dəfə də Ramil və zavodun digər gözətçisi Cabirlə birlikdə oğurluq etmişlər. Oğurluq edərkən razılığa əsasən o, çöldə dayanıb əgər kimsə gələrsə xəbər edəcəkmiş. Bir müddətdən sonra müəssisənin rəhbəri X7 idarə əməkdaşları və gözətçiləri ilə birlikdə iclas keçirdi və iclasda bütün işçilərdən, yəni onlardan zavod ərazisində oğurluq hadisəsi törədib törətmədiklərini soruşmuşdur. Onlar da zavod ərazisində oğurluq hadisəsi törətmədiklərini ona bildirmişlər. Üzərindən bir qədər keçdikdən sonra zavod rəhbərliyi polis bölməsinə zəng vurub polis əməkdaşı dəvət etdikdən sonra oğurluq hadisəsi ilə bağlı vıdeogörüntülər təqdim olunmuş və həmin görüntülərdə onun, Ramilin və Cabirin zavod daxilində oğurluq hadisəsi törətmələri öz əksini tapmış və polis əməkdaşları hər üçünü bölməyə dəvət etmişlər. O, törətdiyi əməldən səmimi peşimandır. O, X6 və Təqsirləndirilən şəxs2 ilə birlikdə işlədikləri zavod ərazisindən qeyd edilən müddət ərzində yəni, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində müxtəlif metallar, elektrik kabellərini oğurladıqdan sonra aparıb satmışlar. Yəni o, oğurluqda iştirak etsə də oğurlanmış malların satılmasında iştirak etməmişdir. Malların satılmasını Ramil və Cabir həyata keçirmişlər. Qeyd etdiyi müddətlərdə hansı məbləğdə metal və ya kabel oğurlanmasını dəqiq bilmir. Onlar fabrikin ərazisində oğurluq etmələri təxminən 4-5 ay davam etmişdir. Buna görə də o, oğurladıqları mallardan əldə etdikləri gəliri dəqiq bilməmişdir. Bundan başqa oğurladıqları malları Ramil və Cabir satdığından onlar ona az pul vermişlər. "xxxx" ASC-nin İdarə Heyyətinin sədri Elson Aydınovun baş vermiş oğurluq hadisəsi nəticəsində ASC-yə ümmilikdə təxminən 10000 manat maddi ziyan dəyməsini bildirməsi ilə bağlı verilmiş suala cavab verərək bildirmişdir ki, ASC-nin ərazisindən oğurluq nəticəsində satılan malların qiymətini xatırlamır. Ancaq bu məbləğ təxminən 1000-2000 manat olmuşdur. Onlar üçü oğurluq edərkən yanlarında kənar şəxslər olmamışdır. "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə təqdim etdiyi diskə baxış keçirilərkən «xx.xx.2024» adlı 7-ci qovluqdakı 3-cü videoda Cabir və Ramilin yanına üçüncü şəxsin olması, bundan başqa «xx.xx.2024» adlı 3-cü qovluqda olan videofaylda, «xx.xx.2024» adlı 6-cı qovluqdakı 2 ədəd videoda və «xx.xx.2024» adlı 7-ci qovluqda 2 ədəd videolarda onların yanında başqa bir şəxsin olması ilə bağlı verilmiş suala cavab verərkən bildirmişdir ki, o, qeyd edilən videolara baxmışdır. Lakin həmin şəxsləri tanımamışdır. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəsində qismində dindirilmiş Nümayəndə ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin nəzdində olan İplik fabriki 1997-ci ildən fəaliyyət göstərmir. Lakin Fabrikin ərazisi və avadanlıqları 9 nəfərdən ibarət mühafizəçilər tərəfindən mühafizə olunur. Eyni zamanda cəmiyyətin ərazisində 12 ədəd kamera quraşdırılmışdır. Son vaxtlar sexlərin qapılarının plomblarının və yeməkxananın şüşəsinin sındırılmasından sonra müəssisənin rəhbərliyi oğurluq hadisələrinin baş verməsindən şübhələnmişdir. Buna görə də kamera görüntülərinə baxarkən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində müxtəlif tarixlərdə ümumilikdə 39 gün müddətində oğurluq hadisələrinin baş verdiyi müəyyən olunmuşdur. Eyni zamanda videogörüntülərə baxarkən müəyyən edilmişdir ki, oğurluq edən şəxslər müəssisənin mühafizəsini təşkil edən Təqsirləndirilən şəxs1, X6 və Təqsirləndirilən şəxs2 və onlara məlum olmayan kənar şəxslərdir. Məlumat üçün bildirir ki, 2006-cı ildən "xxxx" ASC-də Fransa Respublikasında işlədilən və Respublikayaa idxal edilən ikinci əl avadanlıqlar yerləşdirilmişdir. Belə ki, həmin avadanlıqlar ilk dəfə Fransada işlədilmiş, daha sonra bağlanmış müqavilə əsasında oradan sökülərək onların müəssisəsində quraşdırılması üçün gətirilmiş, lakin uzun müddət, yəni oğurluq hadisəsi baş verənədək qablaşdırılmış şəkildə ərazidə qalmışdır. Kamera vasitəsi ilə müşahidə olunan görüntülərdən müəyyən edilmişdir ki, ASC-nin ərazisindən tekstil avadanlıqlarının ayrılmaz hissəsini təşkil edən müxtəlif ölçülərdə və çəkilərdə aliminium və qara metal hissələri, peşəkar sənaye mətbəx avadanlığı, o cümlədən elektrik kabelləri və sexin içərisində döşəməyə quraşdırılmış çuğun qapaqlar (luklar) oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsindən sonra ASC-nin İdarə Heyyətinin sədri X7 ərizə ilə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə müraciət etmişdir. Oğurlanmış avadanlıqların markası, modeli, ölçüləri, qiymətləri və digər texniki göstəriciləri barədə verilmiş suala cavab verərkən bildirmişdir ki, ASC-nin ərazisindən dəyəri 109464.45 manat olan (Cognetex FTC8L 1088 spindles s/n6840) markalı əyirici avadanlığın ehtiyyat hissələri, eləcə də qiyməti 6493,54 manat olan «THİBEAU card type CA w 2,20 m delivery 1 can diameter lOOOxh, 1200mm Put intosonformity» markalı tekstil avadanlığının ayrılmaz hissəsini təşkil edən ehtiyyat hissələri oğurlanmış və nəticədə avadanlıqlar istismara yararsız vəziyyətə düşmüşlər. Bundan başqa ACS-nin yeməkxanasından 2006cı il tarixdə alınmış və istifadə edilməmiş, alış dəyəri 2554 manat olan peşəkar sənaye mətbəx avadanlığı oğurlanmışdır. Aparılan tekstil avadanlıqlarının ayrı-ayrı detallarının adlarını və dəyərini müəyyən etmək mümkün deyildir. Belə ki, həmin avadanlıqlar respublikada yalnız onların müəssisəsində olmuşdur və ölkədə qeyd olunan avadanlıqların detallarının ayrı-ayrılıqda adlarını və dəyərini müəyyən edə bilən mütəxəssis yoxdur. Həmçinin bildirmişdir ki, həmin tekstil avadanlıqlarının tərkibi qara metaldan və çuğundan ibarət olan mühərrikin ayrılmaz hissəsi olan hər biri təxminən 90 manat təşkil edən 03 ədəd rotor-mühərrik və taxta barabana sarılmış aliminium materialdan olan, ASB 50 markalı, içərisində hər birinin qalınlığı 1,9 sm olan üç naqildən ibarət təxminən 250 metr uzunluğunda, təxminən 2500 manat dəyərində kabel, hər biri 15-20 kq olan, 05 ədəd çuqun qapaqlar oğurlanmışdır. Çuğunun 1 kq-nın orta bazar qiymətini bilmədiyi üçün qeyd etdiyi qapaqların bazar qiyməti barədə məlumat verə bilmir. Beləliklə ASC-yə vurulmuş maddi ziyanın məbləği təxminən 10000 (on min) manat təşkil etmişdir. O, istintaqa müvafiq sənədlərin surətini təqdim etmişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş ziyandan öz paylarına düşən hissə 8000 manat tam şəkildə ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxslərə nə cəza verilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ramil onun dostudur. **-LH-*** dövlət qeydiyyatlı nişanlı, «Changan» markalı avtomobil ona məxsusdur. O, bir neçə dəfə Ramilin xahişi ilə həmin maşını idarə etmək üçün ona vermişdir. xx.xx.2024-cü il tarixdə Polis Bölməsində ona bildirmişlər ki, Ramil işlədiyi fabrikdən metal oğurlayıb və onun maşını ilə daşımışdır. O, isə bundan xəbəri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 ondan maşını istəyərkən ev işlərinə lazım olduğunu bildirmişdir. O, əvvəllər də ona maşın verdiyi üçün və heç bir problem yaranmadığı üçün ona etibar edib maşını idarə etmək üçün ona vermişdir. Təqsirləndirilən şəxs1 və digər iki nəfər iş yoldaşının oğurluq etməsindən onun xəbəri olmamış və Ramil ona heç bir məbləğdə pul verməmişdir. Bəzən Ramillə görüşmək üçün o, işdə olan zaman onun yanına getmişdir. Məhkəmədə şahid kimi dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisənin üzərindən müəyyən vaxt keçdiyindən tam xatırlamır, lakin Təqsirləndirilən şəxs1 onlara təxminən 1-2 dəfə tör-töküntü metallar gətirib vermişdi, yanında kiminsə olub-olmadığını da tam xatırlamır. Gətirdiyi metalların qiyməti təxmini 300-400 manat tutmuşdu. Gətirdikləri isə aliminium qırıntılar, qara və yarasız metallar idilər. Ramilin gətirdiyi metalların çəkisi 100-150 kq olmuşdur. Ona 300-400 manat pul vermişdir. Ona aliminum, qara metal və kabellər vermişdir. Kabelləri soyub hazır vəziyyətdə gətirmişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, 4-5 il olar ki, Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən metal qəbulu məntəqəsini icarə əsasında o, işlədir. Metal qəbulu məntəqəsində ayrı-ayrı şəxslərdən metal qəbul edir və həmin şəxslərə gətirdikləri qara metal və əlvan metalların çəkisinə uyğun pulları o, ödəmişdir. Belə ki, gətirilən məhsulları gətirən şəxslərdən qəbul etməzdən əvvəl həmin malların oğurluq olubolmamasını soruşmuş və onlar məhsulların özlərinə aid olmasını və ya küçə və zibilxanalardan yığdıqlarını dedikdən sonra o, həmin malları qəbul etmişdir. Həmçinin oğurluq olmasını şübhə etdiyi qara və əlvan metalları gətirən şəxslərdən qəbul etməmişdir. Belə ki, iki nəfər üzdən tanıdığı və adlarını bilmədiyi şəxslər mütəmadi olaraq işlətdiyi metal qəbulu məntəqələrinə qara və əlvan metallar gətirərək satmışlar və həmin məhsulların özlərinə məxsus olmasını dedikləri üçün o, malları qəbul edib onlara ayrı-ayrı məbləğlərdə pul ödəmişdir, bundan başqa gətirdikləri malların oğurluq olması onda şübhə yaratmadığı və özlərinə məxsus olmasını dedikləri üçün o, həmin malları onlardan qəbul etmişdir. Həmçinin üzdən tanıdığı və sonradan adlarının Cabir və Ramil olduğunu bildiyi şəxslər ayrı-ayrı vaxtlarda onun işlətdiyi metal qəbulu məntəqəsinə aliminium və nerj materialdan olan lövhələr və həmçinin aliminium kabellər gəlirərək satmışlar və gətirdikləri mallara uyğun olaraq onlara ümumilikdə təxminən 500-600 manat pul ödəmişdir. Lakin gün ərzində başqa-başqa şəxslərdən mallar qəbul etdiyi üçün onların gətirdikləri malların müqabilində onlara hansı məbləğdə pul ödədiyi yadında qalmamışdır. xx.xx.2024-cü il tarixdə işlədiyi metal qəbulu məntəqəsində olan zaman iki nəfər mülki geyimdə olan şəxslər gələrək polis əməkdaşları olduqlarını və Sumqayıt şəhəri, 76-cı məhəllə ərzisində yerləşən "xxxx" ASC-də oğurluq hadisəsi baş verdiyini, oğurlanmış əmlakın gətirib ona satıldığını demişlər və onu PB-nə dəvət etmişlər, o. onlara etiraz etməyərək onlarla birlikdə PB-nə gəlmişdir. Əlavə olaraq bildirmişdir ki, o, 5-ci PB- nə gəldikdən sonra bilmişdir ki, Cabir və Ramilin gətirib ona satdıqları qara və əlvan metal zavod ərazisindən oğurlanmışdır, onun həmin məhsulların oğurluq olması barədə əvvəlcədən məlumatı olmamışdır. Məhkəmədə şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2022-ci ildən "xxxx" ASC-də mühafizəçi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs1, X6 və Təqsirləndirilən şəxs2 da tanıyır. Onlar da onunla birlikdə "xxxx" ASC-də mühafizəçi vəzifəsində işləmişlər. 2024-cü ildə onlar fabrikdən oğurluq etdikləri üçün işdən çıxarılmışlar. Bundan sonra onlarla əlaqəsi olmamışdır. Onun fabrikdə baş vermiş oğurluq hadisəsi ilə bağlı heç bir əlaqəsi olmamış və o, baş vermiş oğurluqda iştirak etməmişdir. Təqsirləndirilən şəxs1, X6 və Təqsirləndirilən şəxs2 fabrikdən oğurluq etmələri ilə bağlı onun şübhələri olmuşdur. Buna görə də bu barədə rəhbərliyə məlumat vermişdir. Ancaq o, onların hansısa əşya və ya avadanlığı oğurlamalarını müşahidə etməmişdir. Təqsirləndirilən şəxs1, X6 və Təqsirləndirilən şəxs2 fabrikdən başqa şəxslərlə də oğurluq etmələri ilə bağlı hər hansı məlumatının olub-olmaması ilə bağlı verilmiş suala cavab verərkən bildirmişdir ki, onlar oğurluğu üç nəfər etmişlər. Onun onlardan başqa dördüncü şəxsin onlarla birlikdə oğurluq etməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri təqsirləndirilən şəxslərin özlərinin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadələri, ekspert rəyi, müəssisənin ərazisində quraşdırılmış müşahidə kameralarının disklərinə baxış protokolları və cinayət işinin materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarndan görünür ki, "xxxx" ASC-nin nümayəndəsinin təqdim etdiyi 01 ədəd diskə baxış keçirilmişdir. Həmin diskdə 01 ədəd «Sumqayıt Xovlu» adlı qovluq vardır. Qovluq açıldıqda içərsində «Aprel 2024», «Çöl kameranın qabağının bağlanması», «Fevral 2024», «İyun 2024», «Mart 2024» və «May 2024» adlı qovluqlar və «Sumqayıt Xovlu» adlı fayl vardır. «Aprel 2024» adlı qovluğa baxış keçirildikdə içərisində 10 ədəd qovluq olduğu müəyyən edilmişdir. «xx.xx.2024» adlı 1-ci qovluqda 05 ədəd videofayl var. 1-ci video 35 saniyyədən ibarətdir, İlk saniyyədə kişi cinsindən olan şəxs araba ilə müəssisənin giriş qapısına tərəf gəlir və arabanı qapının yanında saxlayır və digər tərəfə doğru hərəkət edir. Sonra digər şəxs qapıya yaxınlaşıb həmin şəxsin getdiyi tərəfə doğru hərəkət edir. Sonra video bitir. 2- ci video 55 saniyyədən ibarətdir. İlk saniyyələrdə iki nəfər qapının yanında olan arabadakı torbaya yığılmış əşyaları qapıdan çölə çıxarırlar. Sonra ikinci şəxs qayıdıb arabadan növbəti torbanı götürüb güclə qapının qarşısına gətirir. Sonra video bitir. 3- cü video 51 saniyyədən ibarətdir. Şəxs yenidən arabaya yaxınlaşıb növbəti torbanı qapıdan çölə çıxarır. Sonra növbəti torbanı gətirib qapının qarşısına qoyur. Sonra video bitir. 4- cü video 43 saniyyədən ibarətdir. Şəxs qapının qarşısına gətirdiyi 02 ədəd torbanı çölə çıxarır. Sonra video bitir. 5- ci video 35 saniyyədən ibarətdir. Şəxslərdən biri əlində metal hissələrlə qapılan çölə çıxdı. Digər şəxs isə kameranın altından keçərək digər tərəfə keçir. Sonra video bitir. «xx.xx.2024» adlı 2-ci qovluqda 04 ədəd videofayl var. 1-ci video 4 dəqiqə 22 saniyyədən ibarətdir. Qapıya yaxınlaşan şəxslərdən biri əlində metal boruları çölə çıxarır. Digər şəxs isə üzərində metal hissələr olan arabanı qapının qarşısına gətirir. Sonra arabadakı metal hissələri qapıdan çölə çıxarır. Sonra hər iki şəxs bir neçə dəfə təkrarlamaqla arabada olan metalları qapıdan çölə çıxarırlar. Araba boşaldıqdan sonra şəxs arabanı yenidən içəri aparır. Sonra video bitir. 2- ci video 15 saniyyədən ibarətdir. Şəxs metal hissələri arabaya yığıb qapının qarşısına gətirir. Digər şəxs isə digər tərəfə gedir. Sonra video bitir. 3-cü video 2 dəqiqə 55 saniyyədən ibarətdir. İki şəxs qapının qarşısında olan arabadakı metalları hissə-hissə qapıdan çölə çıxarırlar. Sonra video bitir. 3- cü video 2 dəqiqə 43 saniyyədən ibarətdir. İki şəxs araba ilə metal hissələri qapının qarşısına gətirirlər. Sonra həmin şəxslər metal hissələri köməkləşərək qapıdan çölə çıxarırlar. Sonra video bitir. «xx.xx.2024» adlı 3-cü qovluqda 07 ədəd videofayl var. 1-ci video 1 dəqiqə 12 saniyyədən ibarətdir. İki şəxs araba ilə metal hissəni qapının qapşısına gətirirlər. Şəxslərdən biri qapını açıb digər tərəfə keçir. 2-ci şəxs isə arabanı qapıdan çölə çıxarır. Sonra video bitir. 2- ci video 1 dəqiqə 7 saniyyədən ibarətdir. Şəxslərdən biri araba ilə təkər formasında olan metallı araba ilə qapının qarşısına gətirir. Digər şəxs isə əlindəki metal boruları masaya söykədikdən sonra onlar qapını açırlar. Şəxslərdən biri masaya söykədiyi metalları qapıdan çölə çıxarır. Digər şəxs isə arabadakı metal hissəni qapıdan çölə çıxarır. Sonra video bitir. 3- cü video 59 saniyyədən ibarətdir. Şəxslərdən biri araba ilə təkər formasında olan metallı araba ilə qapının qarşısına gətirir. Digər şəxs isə əlindəki metal boruları masaya söykədikdən sonra qapını açır. Həmin şəxs masaya söykədiyi metalları qapıdan çölə çıxarır. Digər şəxs isə arabadakı metal hissəni qapıdan çölə çıxarır. Sonra video bitir. 4-cü video 35 saniyyədən ibarətdir. Şəxs metal listi gətirib masanın üzərinə qoyduqdan sonra qapını açır. Sonra video bitir. 5-ci video 35 saniyyədən ibarətdir. Şəxs açıq qapıdan içəri daxil olur. Digər şəxs sürdüyü arabanı açıq qapıdan çölə çıxarır. Sonra video bitir. 6-cı video 31 saniyyədən ibarətdir. Şəxs arabanın üzərində olan metal hissəni qapıdan çölə çıxarır. Sonra video bitir. 7-ci video 19 saniyyədən ibarətdir. Şəxs əlində olan metal hissələri qapıdan çölə çıxarır. Sonra video bitir. «xx.xx.2024» adlı 4-cü qovluqda 15 ədəd videofayl var. 1-ci video 9 dəqiqə 29 saniyyədən ibarətdir. Şəxslərdən biri üzərində metallar olan arabanı qapının yanına gətirir. Digər şəxs isə onun yanında dayanır. Sonra arabanı sürən şəxs metalları çölə daşıyır. Sonra video bitir. 2-ci video 1 dəqiqə 19 saniyyədən ibarətdir. 21-ci saniyyədə şəxs gəlib qapını açır. Digər şəxs isə metal detalı qapıya tərəf gətirdikdən sonra hər iki şəxs birlikdə həmin metalı qapıdan çölə çıxarırlar. Sonra video bitir. 3-cü video 31 saniyyədən ibarətdir. İki şəxs açıq qapıdan içəri daxil olur. Sonra hər iki şəxs yaxınlıqda olan metal lövhəni qapıdan çölə çıxarırlar. Sonra video bitir. 4-cü video 23 saniyyədən ibarətdir. İki şəxs yenidən içəri daxil olub növbəti metal lövhəni çölə çıxarırlar. Sonra video bitir. 5-ci video 59 saniyyədən ibarətdir. İki şəxs növbəti metal lövhəni çölə çıxarmaq istəsələr də yerə qoyub biraz gözləyirlər. Sonra video bitir. 6-cı video 15 saniyyədən ibarətdir. İki şəxs əllərindəki metal parçaları qapıdan çölə çıxarırlar. Sonra video bitir. 7-cı video 23 saniyyədən ibarətdir. Şəxslərdən biri içəri qayıdıb masanın üzərindəki metal parçaları götürüb çölə çıxır. Sonra video bitir. 8-ci video 15 saniyyədən ibarətdir. Şəxs yenidən qayıdıb masanın üzərində olan digər metal parçaları götürüb çölə çıxır. Sonra video bitir. 9-cu video 19 saniyyədən ibarətdir. Şəxs yenidən metal parçaları götürüb qapıdan çölə çıxır. Sonra video bitir. 10-cu video 31 saniyyədən ibarətdir. Şəxs yenidən metal parçaları götürüb qapıdan çölə çıxır. Sonra video bitir. 11-ci video 27 saniyyədən ibarətdir. Şəxs masanın üzərində olan metal parçaları götürüb qapıdan çölə çıxır. Sonra video bitir. 12-ci video 15 saniyyədən ibarətdir. Şəxs masanın üzərində olan metal parçaları götürüb qapıdan çölə çıxır. Sonra video bitir. 13-cü video 23 saniyyədən ibarətdir. Şəxs pəncərənin kənarında olan torbanı götürüb qapıdan çölə çıxır. Sonra video bitir. 14-cü video 15 saniyyədən ibarətdir. Şəxs yenidən pəncərənin kənarından torbanı götürüb qapıdan çölə çıxır. Sonra video bitir. 15-ci video 19 saniyyədən ibarətdir. Şəxs masanın üzərində olan torbanı götürüb qapıdan çölə çıxır. Sonra video bitir. «xx.xx.2024» adlı 5-ci qovluqda 01 ədəd videofayl var. Fayl 8 dəqiqə 58 saniyyədən ibarətdir. Şəxs dolu vəziyyətdə olan arabanı sürərək qapıdan çölə çıxarır. Sonra şəxs arabada olan əşyaları boşaltmağa başlayır. Şəxs arabanı boşaltdıqdan sonra arabanı içəri aparır. Sonra video bitir. «xx.xx.2024» adlı 6-cı qovluqda 08 ədəd videofayl var. 1-ci video 23 saniyyədən ibarətdir. Şəxs içəridən 02 ədəd torbanı qapıdan çölə çıxarır. Sonra digər şəxs 02 ədəd torbanı çölə çıxarır. Sonra video bitir. 2- ci video 10 dəqiqə 14 saniyyədən ibarətdir. Şəxslərdən biri araba ilə metalları qapının qarşısına gətirir. Digər şəxs isə qapını açır. Sonra şəxslərdən biri metal parçalarını çölə daşıyır. Arabanı boşaltdıqdan sonra şəxs arabanı içəri aparır. Sonra video bitir. 3- cü video 2 dəqiqə 43 saniyyədən ibarətdir, iki şəxs araba ilə metal parçalarını qapının qarşısına gətirirlər. Sonra həmin şəxslər metal parçalarını qapıdan çölə çıxarırlar. Metal parçalar daşındıqdan sonra şəxslərdən biri arabanı içəri aparır. Sonra video bitir. 4- cü video 1 dəqiqə 35 saniyyədən ibarətdir. Şəxs içərisində metal parçalar olan arabanı qapının qarşısına gətirib biraz gözlədikdən sonra arabanı qapıdan çölə çıxarar. Sonra video bitir. 5- ci video 2 dəqiqə 22 saniyyədən ibarətdir. Şəxslərdən biri içərisində metal parçalar olan arabanı qapının qarşısına gətirir. Digər şəxs isə qapını açır. Hər iki şəxs çölə çıxıb baxdıqdan sonra yenidən içəri qayıdırlar. Sonra hər iki şəxs arabadakı metalları çölə çıxarmağa başlayırlar. Sonra video bitir. 6- cı video 23 saniyyədən ibarətdir. Şəxs içərisində metal parçalar olan arabanı qapıdan çölə çıxarır. Sonra video bitir. 7- ci video 23 saniyyədən ibarətdir. Şəxs içərisində metal parçalar olan arabanı qapıdan çölə çıxarır. Sonra video bitir. 8- ci video 1 dəqiqə 07 saniyyədən ibarətdir. Şəxslərdən biri içərisində metal parçalar olan arabanı qapının qarşısına gətirir. Digər şəxs isə qapını açır. Hər iki şəxs çölə çıxıb baxdıqdan sonra yenidən içəri qayıdırlar. Sonra şəxs arabanı qapıdan çölə çıxarır. Sonra video bitir. «xx.xx.2024» adlı 7-ci qovluqda 05 ədəd videofayl formatında fayl var. 1-ci fayl 37 saniyyədən ibarətdir. Faylda videogörüntü yoxdur. Lakin danışıq səsləri var. Danışıqlar başa düşülmür. 2-ci fayl 23 saniyyədən ibarətdir. Şəxs əlində torba ilə qapıya yaxınlaşır və qapını açır. Şəxs torbanı çölə çıxardıqdan sonra digər şəxs qapıya tərəf gəlib çölə çıxır. Sonra video bitir. 3-cü video 23 saniyyədən ibarətdir. Qapının qarşısında üç nəfər var. Sonra həmin şəxslər qapıdan çölə çıxırlar. Sonra video bitir. 3-cü video 3 dəqiqə 38 saniyyədən ibarətdir. Şəxs araba ilə metal parçalarını qapının qarşısına gətirir. Sonra həmin şəxs və digər şəxs metal parçalarını qapıdan çölə çıxarırlar. Metallar qurtardıqdan sonra şəxslərdən biri arabanı içəri aparır, digəri isə qapını bağlayır. Sonra video bitir. 4-cü video 2 dəqiqə 02 saniyyədən ibarətdir. Şəxs araba ilə metal parçalarını qapının qarşısına gətirir. Sonra həmin şəxs və digər şəxs metal parçalarını qapıdan çölə çıxarırlar. Metallar qurtardıqdan sonra şəxslərdən biri arabanı içəri aparır. Sonra video bitir. «xx.xx.2024» adlı 8-ci qovluqda 03 ədəd videofayl formatında fayl var. 1-ci fayl 51 saniyyədən ibarətdir. Faylda videogörüntü yoxdur. Lakin danışıq səsləri var. Şəxslərdən biri «Kondisioneri söndür» ifadəsini işlədir. Digər danışıqlar başa düşülmür. 2-ci video 6 dəqiqə 53 saniyyədən ibarətdir. Şəxslərdən biri qapını açır, digər şəxs isə üzərində metal borular olan arabanı qapının qarşısına gətirir. Sonra həmin şəxs və digər şəxs metal parçalarını qapıdan çölə çıxarırlar. Metallar qurtardıqdan sonra şəxslərdən biri arabanı içəri aparır. Digər şəxs isə qapını bağlayır. Sonra video bitir. 3-cü video 4 dəqiqə 46 saniyyədən ibarətdir. Şəxslərdən biri qapını açır, digər şəxs isə üzərində metal hissələr olan arabanı qapının qarşısına gətirir. Sonra həmin şəxs və digər şəxs metal parçalarını qapıdan çölə çıxarırlar. Metallar qurtardıqdan sonra şəxslərdən biri arabanı içəri aparır. Digər şəxs isə qapını bağlayır. Sonra video bitir. «xx.xx.2024» adlı 9-cu qovluqda 01 ədəd videofayl var. Video 59 saniyyədən ibarətdir. İki şəxs pəncərənin yanında olan torbaları qapıdan çölə çıxardıqdan sonra içəri qayıdırlar. Şəxslər içəri daxil olduqdan sonra üçüncü şəxs qapının yanına yaxınlaşıb küçəni müşahidə edir. «xx.xx.2024» adlı 10-cu qovluqda 03 ədəd videofayl var. 1-ci video 3 dəqiqə 42 saniyyədən ibarətdir. Şəxs araba ilə metal parçalarını qapının qarşısına gətirir. Sonra həmin şəxs və digər şəxs metal parçalarını qapıdan çölə çıxarırlar. Metallar qurtardıqdan sonra şəxslərdən biri arabanı içəri aparır. Digər şəxs isə qapım bağlayır. Sonra video bitir. 2- ci video 3 dəqiqə 30 saniyyədən ibarətdir. Şəxs araba ilə metal parçalarını qapının qarşısına gətirir. Sonra həmin şəxs və digər şəxs metal parçalarını qapıdan çölə çıxarırlar. Metallar qurtardıqdan sonra şəxslərdən biri arabanı içəri aparır. Digər şəxs isə qapını bağlayır. Sonra video bitir. 3- cü video 2 dəqiqə 26 saniyyədən ibarətdir. Şəxs araba ilə metal parçalarını qapının qarşısına gətirir. Sonra həmin şəxs və digər şəxs metal parçalarını qapıdan çölə çıxarırlar. Metallar qurtardıqdan sonra şəxslərdən biri arabanı içəri aparır. Digər şəxs isə qapını bağlayır. Sonra video bitir. «Çöl kameranın qabağının bağlanması» adlı qovluqda 01 ədəd video var. Video 47 saniyyədən ibarətdir. Bir nəfər əlindəki taxta parçasının ucunda olan dəsmalla müşahidə kamerasını bağlayır. Sonra video bitir. «Fevral 2024» adlı qovluğa baxış keçirildikdə içərisində 04 ədəd qovluq olduğu müəyyən edilmişdir. «xx.xx.2024» adlı qovluqda 03 ədəd videofayl var. 1-ci fayl 17 dəqiqə 11 saniyyədən ibarətdir. Faylda videogörüntü yoxdur. 2-ci fayl 32 saniyyədən ibarətdir. Faylda videogörüntü yoxdur. 3-cü fayl 17 dəqiqə 7 saniyyədən ibarətdir. Şəxslərdən biri əlində metal listləri qapıdan çölə çıxır. Digər şəxs isə qapıya yaxınlaşıb çölə baxır. Sonra həmin şəxs də çölə çıxır. Şəxslərdən biri içəri girib metal detalları götürüb qapıdan çıxır. Sonra digər şəxs əlində torba ilə çölə çıxır. Şəxslər yenidən içəri daxil olurlar. Şəxslərdən biri metal parçaları götürüb çölə çıxır. Digər şəxs isə əlində torba ilə qapıya tərəf gəlib digər şəxsə verir. Arıq bədən quruluşlu şəxs qapıya yaxınlaşıb çölü müşahidə edir. Sonra həmin şəxs çölə çıxıb işığı yandırır. 2-ci şəxs isə digər tərəfə gedir. Sonra onlar əllərində torba ilə qayıdırlar. Həmin şəxslər yenidən qayıdıb qapıdan çölə çıxırlar. Şəxslərdən birinin əlində torba var. Həmin şəxs çölə çıxdıqdan sonra işığı söndürür. Sonra video bitir. «xx.xx.2024» adlı 2-ci qovluqda 02 ədəd videofayl var. 1-ci video 39 saniyyədən ibarətdir. İki şəxs əllərində torba ilə qapıdan çölə çıxırlar. Sonra video bitir. 2-ci video 31 saniyyədən ibarətdir. Şəxs araba ilə qapıya yaxınlaşıb qapını açır və arabanı çölə çıxarır. Arabada olan əşyaların üzəri bağlı vəziyyətdədir. Sonra video bitir. «xx.xx.2024» adlı 3-cü qovluqda 02 ədəd videofayl var. 1-ci video 12 saniyyədən ibarətdir. Şəxs əllərində olan metal parçasını qapıdan çölə çıxırlar. Sonra video bitir. 3-cü video 11 saniyyədən ibarətdir. Şəxs əllərində olan metal parçasını qapıdan çölə çıxırlar. Sonra video bitir. «xx.xx.2024» adlı 4-cü qovluqda 02 ədəd videofayl var. 1-ci video 1 dəqiqədən ibarətdir. İki şəxs əllərində olan metal parçaları qapıdan çölə çıxarırlar. Sonra video bitir. 4-cü video 16 saniyyədən ibarətdir. Şəxs əlindəki metal listi qapıdan çölə çıxarır. Sonra video bitir. «İyun 2024» adlı qovluğa baxış keçirildikdə içərisində 06 ədəd qovluq olduğu müəyyən edilmişdir. «xx.xx.2024» adlı 1-ci qovluqda 07 ədəd videofayl var. 1-ci video 12 saniyyədən ibarətdir. Şəxs əllərində olan dəmir parçalarını qapıdan çölə çıxarır. Sonra video bitir. 2- ci video 15 saniyyədən ibarədir. Şəxs əllərində olan dəmir parçalarını qapıdan çölə çıxarır. Sonra video bitir. 3- cü video 15 saniyyədən ibarətdir. Şəxs əllərində olan dəmir parçalarını qapıdan çölə çıxarır. Sonra video bitir. 4- cü video 11 saniyyədən ibarətdir. Şəxs pəncərənin kənarında olan dəmir parçalarını qapıdan çölə çıxarır. Sonra video bitir. 5- ci video 11 saniyyədən ibarətdir. Şəxs pəncərənin kənarında olan dəmir parçalarını qapıdan çölə çıxarır. Sonra video bitir. 6- cı video 15 saniyyədən ibarətdir. Şəxs pəncərənin kənarında olan dəmir parçalarını qapıdan çölə çıxarır. Sonra video bitir. 7- ci video 4 dəqiqə 49 saniyyədən ibarətdir. Şəxs arabada olan metal parçaları qapının qarşısına gətirir. Sonra həmin metalları bir neçə dəfəyə daşıyıb qapıdan çölə çıxarır. Sonra arabanı içəri aparır. Sonra video bitir. «xx.xx.2024» adlı 2-ci qovluqda 04 ədəd videofayl var. 1-ci video 12 saniyyədən ibarətdir. Şəxs girişdə masanın altında olan 02 ədəd torbanı qapıdan çölə çıxarır. Sonra video bitir. 2- ci video 12 saniyyədən ibarətdir. Şəxs girişdə masanın altında olan 01 ədəd torbanı qapıdan çölə çıxarır. Sonra video bitir. 3- cü video 1 dəqiqədən ibarətdir. Şəxslərdən biri döşəməni silərək qapının qarşısını təmizləyir. Digər şəxs isə əlindəki fənarla yerə işıq salır. Sonra video bitir. 4- cü video 24 saniyyədən ibarətdir. Videoda heç bir hərəkət qeydə alınmamışdır. «xx.xx.2024» adlı 3-cü qovluqda 01 ədəd videofayl var. Video 3 dəqiqə 55 saniyyədən ibarətdir. İki şəxs qapıya yaxınlaşır. Şəxslərdən biri metal yığılmış arabanı qapının qarşısına gətirir. Digər şəxs isə qapını açır. İki şəxs arabadakı əşyaları çölə aparırlar. Bu vaxt oraya üçüncü şəxs yaxınlaşır. Sonra şəxslərdən biri arabanı qapıdan çölə çıxarır. Sonra video bitir. «xx.xx.2024» adlı 4-cü qovluqda 01 ədəd videofayl var. Video 2 dəqiqə 18 saniyyədən ibarətdir. Şəxslərdən biri içərisində əşyalar olan arabanı qapının qarşısına gətirir. Sonra digər şəxs gəlib kənara keçir. Arabanı gətirən şəxs pəncərədən baxıb küçəni müşahidə edir. Sonra digər şəxsə də qapının qarşısına gəlir. Digər şəxs arabanı çölə çıxarır, ikinci şəxs də qapıdan çölə çıxır. Sonra video bitir. «xx.xx.2024» adlı 5-ci qovluqda 02 ədəd videofayl var. 1-ci fayl 4 dəqiqə 52 saniyyədən ibarətdir. Faylda videogörüntü yoxdur. 2-ci video 20 saniyyədən ibarətdir. Şəxs çiynində torba ilə qapıya yaxınlaşır və oradan çölə çıxır. Sonra video bitir. «xx.xx.2024» adlı 6-cı qovluqda 03 ədəd videofayl var. 1-ci video 36 saniyyədən ibarətdir. Şəxs arabaya yığdığı əşyaları qapının qarşısına gətirir. Qapını açdıqdan sonra arabanı qapıdan çölə çıxarar. Sonra video bitir. 2-ci video 20 saniyyədən ibarətdir. Şəxs əlində olan metallarla qapıya yaxınlaşır və metalları çölə çıxarır. Sonra video bitir.2-ci video 13 saniyyədən ibarətdir. Şəxs əlində olan metallarla qapıdan çölə çıxır. Digər şəxs isə küçəni müşahidə edir. Sonra video bitir. «Mart 2024» adlı qovluğa baxış keçirildikdə içərisində 08 ədəd qovluq olduğu müəyyən edilmişdir. «xx.xx.2024» adlı 1-ci qovluqda 11 ədəd videofayl var. 1-ci video 12 saniyyə davam edir. Şəxs metal parçasını götürüb qapıdan çölə çıxır. Sonra video bitir. 2- ci video 12 saniyyə davam edir. Şəxs metal parçasını götürüb qapıdan çölə çıxır. Sonra video bitir. 3- cü video 16 saniyyə davam edir. Şəxs metal parçasını götürüb qapıdan çölə çıxır. Sonra video bitir. 4- cü video 8 saniyyə davam edir. Şəxs metal parçasını götürüb qapıdan çölə çıxır. Sonra video bitir. 5- ci video 12 saniyyə davam edir. Şəxs metal parçasını götürüb qapıdan çölə çıxır. Sonra video bitir. 6- cı video 12 saniyyə davam edir. Şəxs metal parçasını götürüb qapıdan çölə çıxır. Sonra video bitir. 7- ci video 12 saniyyə davam edir. Şəxs metal parçasını götürüb qapıdan çölə çıxır. Sonra video bitir. 8- ci video 16 saniyyədən ibarədir. Şəxs iki ədəd metal borunu götürüb qapıdan çölə çıxır. Sonra video bitir. 9- cu video 12 saniyyə davam edir. Şəxs iki ədəd metal borunu götürüb qapıdan çölə çıxır. Sonra video bitir. 10- cu video 12 saniyyə davam edir. Şəxs iki ədəd metal borunu götürüb qapıdan çölə çıxır. Sonra video bitir. 11- ci video 12 saniyyə davam edir. Şəxs iki ədəd metal borunu götürüb qapıdan çölə çıxır. Sonra video bitir. «xx.xx.2024» adlı 2-ci qovluqda 08 ədəd videofayl var. 1-ci video 20 saniyyədən ibarətdir. İki şəxs metal qazanı qapıdan çölə çıxarır. Sonra video bitir. 2- ci video 12 saniyyə davam edir. Şəxs bir ədəd metal listi götürüb qapıdan çölə çıxır. Sonra video bitir. 3- cü video 20 saniyyədən ibarətdir. İki şəxs hərəsi bir ədəd olmaqla dəmir listi götürüb qapıdan çölə çıxırlar. Sonra video bitir. 4- cü video 24 saniyyədən ibarətdir. İki şəxs hərəsi bir ədəd olmaqla dəmir listi götürüb qapıdan çölə çıxırlar. Sonra video bitir. 5- ci video 24 saniyyədən ibarətdir. İki şəxs hərəsi bir ədəd olmaqla dəmir listi götürüb qapıdan çölə çıxırlar. Sonra video bitir. 6- cı video 20 saniyyədən ibarətdir. İki şəxs hərəsi bir ədəd olmaqla dəmir listi götürüb qapıdan çölə çıxırlar. Sonra video bitir. 7- ci video 24 saniyyədən ibarətdir. İki şəxs hərəsi bir ədəd olmaqla dəmir listi götürüb qapıdan çölə çıxırlar. Sonra video bitir. 8- ci video 20 saniyyədən ibarətdir. İki şəxs hərəsi bir ədəd olmaqla dəmir listi götürüb qapıdan çölə çıxırlar. Sonra video bitir. «xx.xx.2024» adlı 3-cü qovluqda 07 ədəd videofayl var. 1-ci video 20 saniyyədən ibarətdir. Şəxs pəncərənin kənarından metal parçasını götürüb qapıdan çölə çıxarır. Sonra video bitir. 2- ci video 20 saniyyədən ibarətdir. Şəxs çöldən içəri gəlib yenidən pəncərənin yanına gedir və oradan metal parçasını götürüb qapıdan çölə çıxır. Sonra video bitir. 3- cü video 20 saniyyədən ibarətdir. Şəxs çöldən içəri gəlib yenidən pəncərənin yanına gedir və oradan 02 ədəd metal parçasını götürüb qapıdan çölə çıxır. Sonra video bitir. 4- cü video 15 saniyyədən ibarətdir. Şəxs çöldən içəri gəlib yenidən pəncərənin yanına gedir və oradan metal parçasını götürüb qapıdan çölə çıxır. Sonra video bitir. 5- ci video 20 saniyyədən ibarətdir. Şəxs içəridən əllərində metal detallarla gəlib qapıdan çölə çıxır. Sonra video bitir. 6- cı video 12 saniyyədən ibarətdir. Şəxs içəridən əllərində metal detallarla gəlib qapıdan çölə çıxır. Sonra video bitir. 7- ci video 32 saniyyədən ibarətdir. Şəxs içəridən əlində metal detalla gəlib qapıdan çölə çıxır. Sonra digər şəxs əlində metalla qapıdan çölə çıxır. Sonra video bitir. «xx.xx.2024» adlı 4-cü qovluqda 08 ədəd videofayl var. 1-ci video 16 saniyyədən ibarətdir. İki şəxs metal çərçivəni gətirib qapıdan çölə çıxarırlar. Sonra video bitir. 2- ci video 12 saniyyədən ibarətdir. İki şəxs metal çərçivəni gətirib qapıdan çölə çıxarırlar. Sonra video bitir. 3- cü video 12 saniyyədən ibarətdir. İki şəxs metal çərçivəni gətirib qapıdan çölə çıxarırlar. Sonra video bitir. 4- cü video 16 saniyyədən ibarətdir. İki şəxs metal çərçivəni gətirib qapıdan çölə çıxarırlar. Sonra video bitir. 5- ci video 16 saniyyədən ibarətdir. İki şəxs metal çərçivəni gətirib qapıdan çölə çıxarırlar. Sonra video bitir. 6- cı video 16 saniyyədən ibarətdir. İki şəxs metal çərçivəni gətirib qapıdan çölə çıxarırlar. Sonra video bitir. 7- ci video 12 saniyyədən ibarətdir. İki şəxs metal detalları qapıdan çölə çıxarırlar. Sonra video bitir. 8- ci video 24 saniyyədən ibarətdir. İki şəxs metal detalları gətirib qapıdan çölə çıxarırlar. Sonra video bitir. «xx.xx.2024» adlı 5-ci qovluqda 09 ədəd videofayl var. 1-ci fayl 1 dəqiqə 56 saniyyədən ibarətdir. Faylda maşın səsi var. Videogörüntü yoxdur. 2- ci video 1 dəqiqədən ibarətdir. İki şəxs bir ədəd metal listi qapıdan çölə çıxarırlar. Sonra video bitir. 3- cü video 16 saniyyədən ibarətdir. İki şəxs metal listi qapıdan çölə çıxarırlar. Sonra video bitir. 4- cü video 16 saniyyədən ibarətdir. İki şəxs metal listi qapıdan çölə çıxarırlar. Sonra video bitir. 5- ci video 16 saniyyədən ibarətdir. İki şəxs metal listi qapıdan çölə çıxarırlar. Sonra video bitir. 6- cı video 16 saniyyədən ibarətdir. İki şəxs metal listi qapıdan çölə çıxarırlar. Sonra video bitir. 7- ci video 16 saniyyədən ibarətdir. İki şəxs metal listi qapıdan çölə çıxarırlar. Sonra video bitir. 8- ci video 8 saniyyədən ibarətdir. Şəxs əlindəki torbanı qapıdan çölə çıxarır. Sonra video bitir. 9- cu video 16 saniyyədən ibarətdir. İki şəxs qapıdan çölə çıxır. Sonra bir nəfər də gəlib qapıdan çölə çıxır. Onların əlində heç bir şey yoxdur. Sonra video bitir. «xx.xx.2024» adlı 6-cı qovluqda 11 ədəd videofayl var. 1-ci video 16 saniyyədən ibarətdir. İki şəxs içərisində əşyalar olan qutunu qapıdan çölə çıxarır. Sonra video bitir. 2- ci video 16 saniyyədən ibarətdir. Şəxs əlində torba ilə qapıdan çölə çıxır. Sonra bir nəfər də gəlib qapıdan çölə çıxır. Sonra digər şəxs iki ədəd torbanı çölə çıxarır. Sonra video bitir. 3- cü video 12 saniyyədən ibarətdir. Şəxs əlində torba və 01 ədəd detalla qapıdan çölə çıxır. Sonra video bitir. 4- cü video 8 saniyyədən ibarətdir. Şəxs əlində torba və 01 ədəd detalla qapının qarşısına gəlir və həmin əşyaları digər şəxsə verir və həmin şəxs çölə çıxır. Sonra video bitir. 5- ci video 5 saniyyədən ibarətdir. Şəxs əlində əşyalarla qapıdan çölə çıxır. Sonra video bitir. 6- cı video 8 saniyyədən ibarətdir. İki şəxs əllərindəki torbalan çölə çıxarırlar. Sonra video bitir. 7- ci video 8 saniyyədən ibarətdir. Şəxslərdən biri əlində torba ilə digəri isə əliboş qapıdan çölə çıxır. Sonra video bitir. 8- ci video 1 dəqiqədən ibarətdir. Şəxslərdən biri qapıdan çölə çıxır. Digər şəxs əlindəki torbanı qapıdan çölə çıxarır. Digər şəxs qayıdıb ona kömək edir və torbanı küçəyə çıxarır. Sonra həmin torba küçədəki maşının baqaj hissəsinə qoyulur. Sonra video bitir. 9- cu video 12 saniyyədən ibarətdir. Şəxs əlindəki torbanı çölə çıxarır. Sonra həmin torba küçədəki maşının baqaj hissəsinə qoyulur. Sonra video bitir. 10- cu video 12 saniyyədən ibarətdir. Şəxslər növbəti torbanı küçəyə çıxarıb küçədəki maşının baqaj hissəsinə qoyurlar. Sonra video bitir. 11- ci video 12 saniyyədən ibarətdir. Şəxslər növbəti torbanı küçəyə çıxarıb küçədəki maşının baqaj hissəsinə qoyurlar. Sonra video bitir. «xx.xx.2024» adlı 7-ci qovluqda 08 ədəd videofayl var. 1-ci video 8 saniyyədən ibarətdir. Şəxs əlində metalla qapıdan çölə çıxır. Sonra video bitir. 2- ci video 12 saniyyədən ibarətdir. Şəxs əlində metal parçaları ilə qapıdan çölə çıxır. Sonra video bitir. 3- cü video 8 saniyyədən ibarətdir. Şəxs əlində metal parçaları ilə qapıdan çölə çıxır. Sonra video bitir. 4- cü video 8 saniyyədən ibarətdir. Şəxs əlində metal parçaları ilə qapıdan çölə çıxır. Sonra video bitir. 5- ci video 12 saniyyədən ibarətdir. Şəxs əlində metal parçaları ilə qapıdan çölə çıxır. Sonra video bitir. 6- cı video 12 saniyyədən ibarətdir. Şəxs əlində metal parçaları ilə qapıdan çölə çıxır. Sonra video bitir. 7- ci video 12 saniyyədən ibarətdir. Şəxs əlində metal parçaları ilə qapıdan çölə çıxır. Sonra video bitir. 8- ci video 12 saniyyədən ibarətdir. Şəxs əlində metal parçaları ilə qapıdan çölə çıxır. Sonra video bitir. «xx.xx.2024» adlı 8-ci qovluqda 01 ədəd videofayl var. Video 16 saniyyədən ibarətdir. Şəxs əlindəki əşya ilə qapıdan çölə çıxır. Sonra video bitir. «May 2024» adlı qovluğa baxış keçirildikdə içərisində 10 ədəd qovluq olduğu müəyyən edilmişdir. «xx.xx.2024» adlı 1-ci qovluqda 1 ədəd videofayl var. Video 1 dəqiqə 12 saniyyə davam edir. Şəxs əlindəki əşya ilə qapıdan çölə çıxıb yenidən içəri qayıdır. Şəxs yenidən əlindəki metal detallarla qapıdan çölə çıxır. O. metalları küçədəki maşına yığıb içəri qayıdır. Şəxs yenidən metal parçalar götürüb qapıdan çölə çıxır. Sonra video bitir. «xx.xx.2024» adlı 2-ci qovluqda 1 ədəd videofayl var. Video 5 dəqiqə 51 saniyyə davam edir. Şəxs araba ilə metal parçalarını qapının qarşısına gətirir. Digər şəxs isə çölə çıxır. Sonra hər iki şəxs metalları çölə çıxarırlar. Metallar qurtardıqdan sonra şəxslərdən biri qapını bağlayır, digər isə arabanı içəri aparır. Sonra video bitir. «xx.xx.2024» adlı 3-cü qovluqda 1 ədəd videofayl var. Video 3 dəqiqə 23 saniyyə davam edir. Şəxs araba ilə metal parçalarını qapının qarşısına gətirir. Digər şəxs isə çölə çıxır. Sonra hər iki şəxs metalları çölə çıxarırlar. Metallar qurtardıqdan sonra şəxslərdən biri qapını bağlayır, digər isə arabanı içəri aparır. Sonra video bitir. «xx.xx.2024» adlı 4-cü qovluqda 1 ədəd videofayl var. Video 1 dəqiqə 04 saniyyə davam edir. Şəxslərdən biri araba ilə digəri isə əlindəki torba ilə metalları çölə çıxarırlar. Sonra video bitir. «xx.xx.2024» adlı 5-ci qovluqda 5 ədəd videofayl var. 1-ci video 12 saniyyə davam edir. Şəxs əlindəki metalları qapıdan çölə çıxarır. Sonra video bitir. 2- ci video 12 saniyyədən ibarətdir. Şəxs içəri qayıdır. Digər şəxs isə əlindəki metallarla qapıdan çölə çıxır. Sonra video bitir. 3- cü video 12 saniyyədən ibarətdir. Şəxs əlindəki metallarla qapıdan çölə çıxır. Sonra video bitir. 4- cü video 12 saniyyədən ibarətdir. Şəxs əlindəki metallarla qapıdan çölə çıxır. Sonra video bitir. 5- ci video 11 saniyyədən ibarətdir. Şəxs əlindəki metallarla qapıdan çölə çıxır. Sonra video bitir. «xx.xx.2024» adlı 6-cı qovluqda 2 ədəd videofayl var. 1-ci video 1 dəqiqə 20 saniyyədən ibarətdir. Şəxs araba ilə metalları qapının qarşısına gətirir və qapını açır. Sonra şəxslərdən biri çölə çıxır. 3-cü bir şəxs isə foyedə dayanıb digər şəxslərə baxır. Arabanı gətirən şəxs arabanı qapıdan çölə çıxarır. Sonra video bitir. 2-ci video 28 saniyyədən ibarətdir. Şəxs araba ilə metalları qapının qarşısına gətirir və qapını açır. Sonra iki şəxs də qapının yanına gəlirlər. Arabanı gətirən şəxs arabanı qapıdan çölə çıxarır. Sonra video bitir. «xx.xx.2024» adlı 7-ci qovluqda 2 ədəd videofayl var. 1-ci video 1 dəqiqə 08 saniyyədən ibarətdir. Şəxs araba ilə metalları qapının qarşısına gətirir. Digər şəxs qapını açır və çölə çıxır. 3-cü şəxs isə kənarda dayanıb baxır. Sonra çölə çıxan şəxs içəri qayıdır. Arabanı gətirən şəxs arabanı qapıdan çölə çıxarır. Sonra video bitir. 2-ci video 1 dəqiqə 11 saniyyədən ibarətdir. Şəxs araba ilə metalları qapının qarşısına gətirir. Digər şəxs qapını açır və çölə çıxır. 3-cü şəxs isə kənarda dayanıb baxır. Arabanı gətirən şəxs arabanı qapıdan çölə çıxarır. Sonra video bitir. «xx.xx.2024» adlı 8-ci qovluqda 2 ədəd videofayl var. 1-ci video 52 saniyyədən ibarətdir. Şəxs üzərində metal parçalar olan arabanı qapının qarşısına gətirir. Digər şəxs arabadakı torbaları kənara qoyur. Video bitir. 2-ci video 11 dəqiqə 31 saniyyədən ibarətdir. Şəxs qapını açır və hər ki şəxs arabanın üzərində olan metalları çölə çıxarırlar. Sonra torbalar çölə çıxarılır. Əşyalara bitdikdən sonra şəxs arabanı içəri aparır. Sonra video bitir. «xx.xx.2024» adlı 9-cu qovluqda 2 ədəd videofayl var. 1-ci video 4 dəqiqə 35 saniyyədən ibarətdir. Şəxs üzərində metal parçalar olan arabanı qapının qarşısına gətirir. Digər şəxs isə əlindəki metalları qapıdan çölə çıxarır. Sonra hər iki şəxs arabadakı metalları çölə çıxarırlar. Sonra şəxslərdən biri qapını qapını bağlayır, digər isə arabanı içəri aparır. Video bitir. 2-ci video 3 dəqiqə 26 saniyyədən ibarətdir. Şəxs üzərində metal parçalar olan arabanı qapının qarşısına gətirir və qapını açır. Sonra hər iki şəxs arabadakı metalları çölə çıxarırlar. Sonra şəxslərdən biri qapını bağlayır, digər isə arabanı içəri aparır. Video bitir. «xx.xx.2024» adlı 10-cu qovluqda 2 ədəd videofayl var. 1-ci video 55 saniyyədən ibarətdir. Şəxs üzərində metal parçalar olan arabanı qapının qarşısına gətirir və qapıdan çölə çıxarır. Sonra video bitir. 2-ci video 32 saniyyədən ibarətdir. Şəxs üzərində metal parçalar olan arabanı qapının qarşısına gətirir və qapıdan çölə çıxarır. Sonra video bitir. İş üzrə təyin edilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cii il tarixli, 9/6613 saylı rəyindən görünür ki, analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən 15-20 kq olan çuqun qapaqların (lyuk) orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cii ilin ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 250.00 manat (5 ədəd x 50.0 manat) müəyyən olunur. Digər mallar haqqında kifayət qədər məlumat (markası, modeli, materialı, təyinatı, texniki göstəriciləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Lakin zərərçəkmiş şəxsin qeyd etdiyi məhsulun qiymətinin 10000 manat təşkil etdiyi göstərildiyi üçün həmin məhsul üzrə qiymətləndirmə zərərçəkmiş şəxsin qeyd etdiyi qiymətlərlə yəni, (Cognetex FTC8L 1088 spindles s/n6840) markalı əyirici avadanlığın ehtiyyat hissələrinin, eləcə də qiyməti 6493,54 manat olan «THİBEAU card type CA w 2.20 m delivery 1 can diameter lOOOxh, 1200mm Put intosonformity» markalı tekstil avadanlığının ayrılmaz hissəsini təşkil edən ehtiyyat hissələrini, ASC-nin yeməkxanasından 2006-cı il tarixdə alınmış və istifadə edilməmiş, alış dəyəri 2554 manat olan 01 ədəd peşəkar sənaye mətbəx avadanlığını, tərkibi qara metaldan və çuğundan ibarət olan tekstil avadanlığının mühərrikin ayrılmaz hissəsi olan, hər biri təxminən 90 manat təşkil edən 03 ədəd rotor-mühərrik və taxta barabana sarılmış aliminium materialdan olan, ASB 50 markalı, içərisində hər birinin qalınlığı 1,9 sm olan üç naqildən ibarət təxminən 250 metr uzunluğunda, təxminən 2500 manat dəyərində kabel və rəydə göstərilən çuqun qapaqlarla birlikdə 12.067,54 (on iki min altmış yeddi manat, əlli dörd qəpik) manat olaraq hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 25 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki,Təqsirləndirilən şəxs2 26 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum olunmamışlar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2011-ci il tarixli bir azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxslər tərəfindən təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Kapital Bank ASC-nin Birbank tətbiqi üzərindən ödəmə qəbzlərindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən 8000 manat vurulmuş ziyana görə zərərçəkmiş hüquqi şəxsə ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 44 günlük Vətən müharibəsində iştirak etmiş, «Laçının azad olunmasına görə» və «Vətən Müharibəsi iştirakçısı» medalları ilə təltif edilmişdir. Cinayət işinin materiallarından görünür ki, 16 aprel 2025-ci il tarixdə hazırki cinayət işinindən digər təqsirləndirilən şəxs X3 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə ********* saylı cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin özlərinin etirafı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, cinayətini törətmələri tamamilə sübuta yetirildi. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.4-cü maddələrinə əsasən oğurluq cinayətinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən himayəsində azyaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Həmçinin məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 döyüş əməliyyatlarında iştirak etməsini və bir sıra medallarla təltif ediilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, cinayət əməlini törətmiş şəxslərə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxslərin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, onlara təqsirli bilindikləri cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını qeydiyyatda olduğu yerdə - Sumqayıt şəhəri ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı, Abşeron və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək qeydiyyat yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını qeydiyyatda olduğu yerdə - Sumqayıt şəhəri ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı, Abşeron və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək qeydiyyat yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza xərci 50 manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövoət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 yaşayış yerini- ünvan 7 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərləri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 qeydiyyat yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşayış yerini- Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi fərdi yaşayış evi ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərləri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduqları 14 saata görə hər birinə 154 (yüz əlli dörd) manat olmaqla Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularak Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar