Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-399/2022 01.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1987-ci il tarixdə Neftçala rayonunda anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 1 ev 22 otaq 10-da qeydiyyatda olmaqla, Sumqayıt şəhəri. 2-ci mikrorayon, ev 20/25 mənzil 8-də yaşayan, barəsində 10 mart 2022-ci il tarixdə barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Ramazanov 02 yanvar 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 20-25 mənzil 8-dəki evində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə sonuncunun azyaşlı qızı X1 aldığı "Maxvi" markalı mobil telefonu götürərək özünün işlətməsi ilə bağlı Zərərçəkmiş şəxs ona həmin telefonu geri qaytarmasını söyləyən zaman aralarında bu zəmində, yəni şəxsi münasibətlər zəminində mübahisə yaranmış, həmin mübahisə zamanı sonuncunun baş və bədən nahiyyəsinə dabankeşlə qəsdən bir neçə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sol təpə-gicgah, sağ bazu, sol bazu nahiyyələrinin qançırlarla, hərəkət məhdudluğu ilə müşayət olunmuş sol said nahiyyəsinin sol mil bilək oynağı nahiyyəsini əhatə edən qançır-şişkinliyindən ibarət xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunan ittihamla özünü qismən təqsirli bilərək göstərdi ki, o, 1987-ci il tarixdə Neftçala rayonunda anadan olmuş və hal-hazırda Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 20\25, mənzil 8-də ailəsi illə birgə yaşayır.Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onunla 2010-cu il tarixdə ailə həyatı qurmuş və bu evlilikdən 2 azyaşlı qız övladı vardır. Evliliyinin ilk vaxtlarında münasibətləri normal olmuşdur. Son zamanlarda isə onun başqa şəxslərlə danışdığını aşkar etdiyi üçün münasibətləri pisləşmişdi və Şahnaz da uşaqlarla birgə anası Növrəstənin yanında qalırdı. İş həyatında da problemlər olduğu üçün öz mobil telefonunu lombarda qoyub pul götürmüşdür. Bu səbəbdən də telefonsuz qalmışdır. 01.01.2022-ci il tarixdə qaynanasıgildə olan zaman qızı Aminadan müvəqqəti istifadə etmək üçün onun "Maxvi" markalı mobil telefonunu götürmüş, həmin mobil telefona öz nömrəsini salıb müvəqqəti salıb işlətməyə başlamışdır. Həmin günü Şahnaz ona zəng edib nə üçün qızının telefonunu götürdüyünü deyən zaman ona olub keçəni danışmışdır. 02.01.2022-ci il tarixdə səhər saat 11 radələrində evdə olan zaman Şahnazın birgə yaşadığı evə gəldiyini., ondan həmin telefonu istədiyini, ona telefonu verməkdən imtina edən zaman aralarında sözlə mübahisə düşdüyünü, evdən çıxıb getmək istəyən zaman Şahnazın gödəkçəsindən tutub evdən çıxmamağı bildirdiyini, bundan əsəbləşib evin çöl qapısının yan hissəsində olan dabankeşi götürüb onun qolundan dabankeşlə qəsdən bir neçə dəfə zərbə endirdiyini, bu zaman Şahnaz geri çəkildiyini və dabankeşi götürüb evdən tez çıxdığını bildirmişdir. Həmin dabankeşi dəqiq yadında qalmayan yerdə yaxınlıqda olan zibil qutusunun içərisinə tulladığını və oradan uzaqlaşdığını qeyd elmişdir. Şahnazı dabankeşlə vurduğunu təsdiq etmiş, hadisənin birgə yaşadıqları evin içərisində baş verdiyini, 3-4 dəqiqə davam etdiyini, hadisə zamanı evdə heç kəs olmadığını bildirmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə ərizə ilə müraciət edərək iştirak edə bilməyəcəyini və iş üzrə icraata xitam verilməsini xahiş etmiş, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs elan edilmiş ifadəsindən görünür ki, 1983-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş və hal hazırda Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 20\25, mənzil 8-də ailəsi ilə birlikdə yaşayır. X2 ilə 2010-cu il tarixdən ailə həyatı qurmuş və birgə nigahdan 2 azyaşlı övladı vardır. Evliliyin ilk vaxtlarında münasibətləri normal olmuşdur. Son 2 aydır ki, münasibətləri pisləşmişdir. Təqsirləndirilən şəxs aylıq maaşını mərc oyunlarına qoyurdu və həmin mərc oyunlarında tez-tez uduzduğundan o müxtəlif şəxslərdən borc pullar alırdı. O da həmin borc pulları öz hesabına bağlayırdı. Yaşadığı evə Taryel pul gətirmirdi. 02.01.2022-ci il tarixdə saat 11 radələrində yaşadığı ünvanda olan zaman Taryelin azyaşlı qızına vermiş olduğu sadə telefonu götürməsini görmüş və həmin telefonu aparıb satacağını bildiyindən ondan telefonu geri istəmişdir. Bu zaman Taryellə aralarında mübahisə yaranmağa başlamış və Taryelin evin çöl qapısının yanına qovduğu dabankeşi götürərək həmin dabankeşlə onun bədən və baş nahiyyəsinə bir neçə dəfə zərbə endirdiyini və zərbənin təsirindən yerə yıxıldığını bildirmişdir. Bundan sonra isə polisə məlumat vermişdir. Hadisə yaşadığı evin içərsində baş verdiyini, 3-4 dəqiqə davam etdiyini, hadisə zamanı evdə heç kəs olmadığını, hadisə zamanı Taryeli vurmadığını, bir birlərini də təhqir etmədiklərini, olub keçəni anası Növrəstəyə danışdığını və anasının onun bədəni üzərində xəsarətləri gördüyünü bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Şahid ifadəsində göstərmişdir ki, 1944-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş və halhazırda Kimyaçılar qəsəbəsi, 1 nömrəli yataqxana, otaq 10-da tək yaşayır. Zərərçəkmiş şəxs onun doğma qızıdır. O 2010-cu il tarixdə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş və onların bu evlilikdən 2 övladı var idi. Onlar arasında əvvələr münasibət normal olmuşdur. Son zamanlar Təqsirləndirilən şəxs mərc oyunları aludəçisi olduğundan xeyli sayda pullar uduzduğunu və qızı Şahnazın da onun pullarını ödədiyini qeyd elmişdir. Buna baxmayaraq Taryel evə pul gətirmirmiş. Qızı Şahnaz da öz azyaşlı uşaqlaırına öz vəsaiti hesabına mobil telefon almış, Taryel də yenə pulu olmadığından uşaqların əlindən mobil telefonu alıb getmişdir. Qızı da buna görə ondan küsülü qalmışdır. 02.01.2022-ci il tarixdə saat 12 radələrində qızı Şahnazın ağlaya-ağlaya onun yaşadığı evə gəldiyini, bu zaman Şahnazın üz və bədən nahiyyəsində xəsarət izləri olduğunu gördüyünü və ondan nə baş verdiyini soruşan zaman Şahnaz ona Taryelin qızının əlindən mobil telefonu götürdüyünə görə onunla mibahisə etdiyini və daha sonra Taryelin onu dabankeşlə baş və bədən nahiyyəsinə vuraraq ona xəsarət yetirdiyini deməsini bildirmişdir. 10 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində həmin tarixdə "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 08 yanvar 2022-ci il tarixli, 01 saylı rəyi ilə müəyyən olunmuşdur ki. Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol təpə-gicgah, sağ bazu, sol bazu nahiyyələrinin qançırları, hərəkət məhdudluğu ilə müşayət olunmuş sol said nahiyyəsinin sol mil bilək oynağı nahiyyəsini əhatə edən qançır-şişkinliyi. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən 02.01.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 16 fevral 2022-ci il tarixli tələbnaməsindən görünür ki. Təqsirləndirilən şəxs əvvələr məhkum olmamışdır. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, əməlindən peşmandır, məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 08 (səkkiz) saat sərf etmişdir. Ona görə də, 48 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129,130,131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2.1, 40.2.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-399/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-399/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver