Məhkəmə qərarları › İş №1(060)-4/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-4/2022

28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-4/2022 28.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 38B, mənzil 40-da qeydiyyatda olmaqla ünvan 1 ünvanda faktiki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx xxxxxxxx 1980-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, “Azərsun” şirkətinin qablaşdırma, inşa və təhqiqat şöbəsinin aparıcı mütəxəssisi, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 51, mənzil 42-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağları massivi, Kəhriz küçəsi ev 14-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.2.3, 32.5, 179.2.4 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 20 oktyabr 2000-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən hüquq şəxs kimi qeydiyyatına alınmış və ********** №-li dövlət qeydiyyat nömrəsi verilmiş, əsas fəaliyyəti politilen məhsullarının istehsalından ibarət olan, ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs MMC-də 06 fevral 2018-ci il tarixdən 29 iyun 2019-cu il tarixədək baş anbardar vəzifəsində işləyərkən, həmin cəmiyyətlə arasında bağlanmış 06 fevral 2018-ci il tarixli əmək və eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən, qulluq mövqeyinə görə ona etibar edilmiş əmlakın saxlanması, daşınması, istifadəsi, satışı ilə əlaqədar əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə, eləcə də xidmətlərin göstərilməsi ilə bağlı cəmiyyətə vurulmuş ziyana münasibətdə tam maddi məsuliyyət daşımaq, qeyd olunan öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar ona etibar edilmiş əmlakın tam qeydinə qalmaqla, əmlakın təhlükəsizliyi barədə məlumat vermək, cəmiyyətə maddi ziyan vurmadan dəqiq uçot aparmaq, müəyyən edilmiş qaydada sənədləşməsini tərtib edib tələb olunan yerlərə təqdim etmək və digər səlahiyyətlərə malik maddi məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş polietilen məhsulunu məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmiş köməkçisi Təqsirləndirilən şəxs2 satıb sonuncunun həmin məhsulu müəssisədən çıxarıb satışını həyata keçirməklə əldə olunmuş pul vəsaitini aralarında bölüb mənimsənilməsi məqsədi ilə vahid niyyətlə 06 oktyabr 2018-ci il tarixdən 29 iyun 2019-cu il tarixədək olan müddətdə cəmiyyətin qeyd olunan ünvanda yerləşən anbarından məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmiş köməkçisi - Təqsirləndirilən şəxs2 06.10.2018-ci il tarixli 005510, 27.10.2018-ci il tarixli, 02.11.2018-ci il tarixli 005809, 05.11.2018-ci il tarixli 005824, 16.11.2018-ci il tarixli 005939, 19.11.2018ci il tarixli, 26.11.2018-ci il tarixli, 29.11.2018-ci il tarixli, 04.12.2018-ci il tarixli 006104, 05.12.2018-ci il tarixli 006108, 13.12.2018-ci il tarixli 006222, 14.12.2018-ci il tarixli 006233, 17.12.2018-ci il tarixli 006262, 20.12.2018-ci il tarixli 006296, 21.12.2018-ci il tarixli 006305, 22.12.2018-ci il tarixli 006315, 27.12.2018-ci il tarixli 006371, 28.12.2018-ci il tarixli 006383, 29.12.2018-ci il tarixli 006396, 29.12.2018-ci il tarixli 006397, 03.01.2019cu il tarixli 006407, 05.01.2019-ci il tarixli 006426, 08.01.2019-cu il tarixli 6446, 09.01.2019-cu il tarixli 006467, 11.01.2019-cu il tarixli, 12.01.2019-cu il tarixli 006486, 15.01.2019-cu il tarixli, 16.01.2019-cu il tarixli, 19.01.2019-cu il tarixli 006539, 21.01.2019cu il tarixli 006603, 28.01.2019-cu il tarixli 006624, 31.01.2019-cu il tarixli 006661, 02.02.2019-cu il tarixli 006686, 06.02.2019-cu il tarixli 006721, 15.02.2019-cu il tarixli 006815, 20.02.2019-cu il tarixli 006868, 04.03.2019-cu il tarixli 006993 qaimə, 06.03.2019cu il tarixli 007024, 07.03.2019-cu il tarixli 007045, 12.03.2019-cu il tarixli 007098, 14.03.2019-cu il tarixli 007116, 15.03.2019-cu il tarixli 007131, 16.03.2019-cu il tarixli 007144, 23.03.2019-cu il tarixli 007196, 25.03.2019-cu il tarixli 007200, 28.03.2019-cu il tarixli 007230, 03.04.2019-cu il tarixli 007309, 05.04.2019-cu il tarixli 007329, 06.04.2019cu il tarixli 007341, 08.04.2019-cu il tarixli 007364, 09.04.2019-cu il tarixli 007368, 17.04.2019-cu il tarixli 007450, 19.04.2019-cu il tarixli 007469, 20.04.2019-cu il tarixli 007487, 22.04.2019-cu il tarixli 007509, 26.04.2019-cu il tarixli 007555, 29.04.2019-cu il tarixli 007579, 01.05.2019-cu il tarixli 007604, 02.05.2019-cu il tarixli 007624, 04.05.2019cu il tarixli 007650, 07.05.2019-cu il tarixli 007677, 08.05.2019-cu il tarixli 007691, 09.05.2019-cu il tarixli 007711, 10.05.2019-cu il tarixli 007725, 11.05.2019-cu il tarixli 007730, 13.05.2019-cu il tarixli 007750, 14.05.2019-cu il tarixli 007765, 16.05.2019-cu il tarixli 007803, 17.05.2019-cu il tarixli 007817, 18.05.2019-cu il tarixli 007822, 23.05.2019cu il tarixli 007883, 24.05.2019-cu il tarixli 007903, 28.05.2019-cu il tarixli 007936, 30.05.2019-cu il tarixli 007975, 01.06.2019-cu il tarixli 007990, 03.06.2019-cu il tarixli 008007, 13.06.2019-cu il tarixli 008128, 14.06.2019-cu il tarixli 008146, 17.06.2019-cu il tarixli 008165, 18.06.2019-cu il tarixli 008196, 20.06.2019-cu il tarixli 008227, 26.06.2019cu il tarixli 008287, 29.06.2019-cu il tarixli 008322 nömrəli olmaqla, ümumilikdə müəssisənin çıxış qapısına təqdim olunmuş 83 qaiməyə, eləcə də anbar kitabına əsasən cəmi 97955 manat dəyərində polietilen məhsullarının satışını həyata keçirdiyi halda, eyni tarixli və nömrəli rəsmi sənəd hesab edilən qaimələrə Təqsirləndirilən şəxs2 məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqda ifadə olunan köməkçiliyi ilə tamah məqsədilə bilə-bilə yalan məlumatlar daxil edib polietilen məhsullarının məbləğini və miqdarını azaldaraq və ya ümumiyyətlə qeyd etməyərək guya 32947 manat dəyərində olan polietilen məhsullarının satılmasını göstərib cəmiyyətin mühasibatlığına təqdim etməklə 65008 manat dəyərində məhsulun Təqsirləndirilən şəxs2 və cinayətdən xəbərsiz olan atası X7 tərəfindən müəssisənin ərazisindən çıxarılıb istintaqla müəyyən edilməyən vaxtlarda və şəraitdə satışını təşkil etməklə əldə edilən pulun 42000 manatını cəmiyyətə ödəyərək qalan 23008 manat pulu aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edib özünə etibar edilmiş özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə alıcı Təqsirləndirilən şəxs2 məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi alıcı Təqsirləndirilən şəxs2 məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırıb yardım etmədə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə tamah məqsədilə ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edib vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 179.2.3, 179.2.4 və 313-cü maddələrində ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 20 oktyabr 2000-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən hüquq şəxs kimi qeydiyyatına alınmış və ********** №-li dövlət qeydiyyat nömrəsi verilmiş, əsas fəaliyyəti politilen məhsullarının istehsalından ibarət olan, faktiki ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs MMC-də 06 fevral 2018-ci il tarixdən 29 iyun 2019-cu il tarixədək baş anbardar vəzifəsində işləyən, həmin cəmiyyətlə arasında bağlanmış 06 fevral 2018-ci il tarixli əmək və eyni tarixli tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən, əmlakın saxlanması, daşınması, istifadəsi, satışı ilə əlaqədar əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə, eləcə də xidmətlərin göstərilməsi ilə bağlı cəmiyyətə vurulmuş ziyana münasibətdə tam maddi məsuliyyət daşımaq, qeyd olunan öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar əmlakın tam qeydinə qalmaqla, əmlakın təhlükəsizliyi barədə məlumat vermək, cəmiyyətə maddi ziyan vurmadan dəqiq uçot aparmaq, müəyyən edilmiş qaydada sənədləşməsini tərtib edib tələb olunan yerlərə təqdim etmək və digər səlahiyyətlərə malik maddi məsul şəxs olan Təqsirləndirilən şəxs1 qulluq mövqeyindən istifadə etməklə sonuncuya etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsənilməsi cinayət əməlinin törədilməsində qanunsuz olaraq artıq çəkidə və məbləğdə polietilen məhsulunu əldə etməyi, onlara sahiblik və istifadə etməyi, o cümlədən, polietilen məhsulu üzərində sərəncam verməyi qabaqcadan vəd etməklə və cinayətin törədilməsinə məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım edərək, bu məqsədlə müəssisənin ünvan 3 ünvanda yerləşən anbarından polietilen məhsulunu alıb həmin məhsulun satışının təşkil olunması məqsədilə vahid niyyətlə 06 oktyabr 2018-ci il tarixdən 29 iyun 2019-cu il tarixədək olan müddətdə 06.10.2018-ci il tarixli 005510, 27.10.2018-ci il tarixli, 02.11.2018-ci il tarixli 005809, 05.11.2018-ci il tarixli 005824, 16.11.2018-ci il tarixli 005939, 19.11.2018-ci il tarixli, 26.11.2018-ci il tarixli, 29.11.2018-ci il tarixli, 04.12.2018-ci il tarixli 006104, 05.12.2018-ci il tarixli 006108, 13.12.2018-ci il tarixli 006222, 14.12.2018ci il tarixli 006233, 17.12.2018-ci il tarixli 006262, 20.12.2018-ci il tarixli 006296, 21.12.2018-ci il tarixli 006305, 22.12.2018-ci il tarixli 006315, 27.12.2018-ci il tarixli 006371, 28.12.2018-ci il tarixli 006383, 29.12.2018-ci il tarixli 006396, 29.12.2018-ci il tarixli 006397, 03.01.2019-cu il tarixli 006407, 05.01.2019-ci il tarixli 006426, 08.01.2019cu il tarixli 6446, 09.01.2019-cu il tarixli 006467, 11.01.2019-cu il tarixli, 12.01.2019-cu il tarixli 006486, 15.01.2019-cu il tarixli, 16.01.2019-cu il tarixli, 19.01.2019-cu il tarixli 006539, 21.01.2019-cu il tarixli 006603, 28.01.2019-cu il tarixli 006624, 31.01.2019-cu il tarixli 006661, 02.02.2019-cu il tarixli 006686, 06.02.2019-cu il tarixli 006721, 15.02.2019cu il tarixli 006815, 20.02.2019-cu il tarixli 006868, 04.03.2019-cu il tarixli 006993 qaimə, 06.03.2019-cu il tarixli 007024, 07.03.2019-cu il tarixli 007045, 12.03.2019-cu il tarixli 007098, 14.03.2019-cu il tarixli 007116, 15.03.2019-cu il tarixli 007131, 16.03.2019-cu il tarixli 007144, 23.03.2019-cu il tarixli 007196, 25.03.2019-cu il tarixli 007200, 28.03.2019cu il tarixli 007230, 03.04.2019-cu il tarixli 007309, 05.04.2019-cu il tarixli 007329, 06.04.2019-cu il tarixli 007341, 08.04.2019-cu il tarixli 007364, 09.04.2019-cu il tarixli 007368, 17.04.2019-cu il tarixli 007450, 19.04.2019-cu il tarixli 007469, 20.04.2019-cu il tarixli 007487, 22.04.2019-cu il tarixli 007509, 26.04.2019-cu il tarixli 007555, 29.04.2019cu il tarixli 007579, 01.05.2019-cu il tarixli 007604, 02.05.2019-cu il tarixli 007624, 04.05.2019-cu il tarixli 007650, 07.05.2019-cu il tarixli 007677, 08.05.2019-cu il tarixli 007691, 09.05.2019-cu il tarixli 007711, 10.05.2019-cu il tarixli 007725, 11.05.2019-cu il tarixli 007730, 13.05.2019-cu il tarixli 007750, 14.05.2019-cu il tarixli 007765, 16.05.2019cu il tarixli 007803, 17.05.2019-cu il tarixli 007817, 18.05.2019-cu il tarixli 007822, 23.05.2019-cu il tarixli 007883, 24.05.2019-cu il tarixli 007903, 28.05.2019-cu il tarixli 007936, 30.05.2019-cu il tarixli 007975, 01.06.2019-cu il tarixli 007990, 03.06.2019-cu il tarixli 008007, 13.06.2019-cu il tarixli 008128, 14.06.2019-cu il tarixli 008146, 17.06.2019cu il tarixli 008165, 18.06.2019-cu il tarixli 008196, 20.06.2019-cu il tarixli 008227, 26.06.2019-cu il tarixli 008287, 29.06.2019-cu il tarixli 008322 nömrəli olmaqla, ümumilikdə müəssisənin çıxış qapısına təqdim olunmuş 83 qaiməyə, eləcə də anbar kitabına əsasən Təqsirləndirilən şəxs1 öhdəsinə götürüb ona və cinayətdən xəbərsiz olan atası X3 cəmi 97955 manat dəyərində polietilen məhsullarının satışını həyata keçirdiyi halda Təqsirləndirilən şəxs1 tərəfindən eyni tarixli və nömrəli rəsmi sənəd hesab edilən qaimələrə məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqda ifadə olunan köməkçiliyi ilə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edilib polietilen məhsullarının həqiqi məbləğini və miqdarını azaldaraq və ya ümumiyyətlə qeyd etməyərək guya 32947 manat dəyərində olan polietilen məhsullarının satılmasını göstərib cəmiyyətin mühasibatlığına təqdim edildikdən sonra özü və cinayətdən xəbərsiz olan atası X7 cəmiyyətin mühasibatlığına 32947 manat pul ödəməklə qanunsuz olaraq artıq qalan 65008 manat dəyərində qeyd edilən malları istintaqla müəyyən edilməyən vaxtlarda və şəraitdə satışını təşkil etməklə əldə edilən pulun 42000 manatını cəmiyyətə ödəyərək qalan 23008 manat pulu aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, özgəyə məxsus olmaqla Təqsirləndirilən şəxs1 etibar edilmiş əmlakın qulluq mövqeyindən istifadə edilib xeyli miqdarda ziyan vurulmaqla mənimsənilməsində və sonuncu tərəfindən tamah niyyəti rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edilib vahid niyyətlə vəzifə saxtakarlığının törədilməsində məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz əldə olunmuş əmlak üzərində sərəncam verməyi qabaqcadan vəd verib köməkçi qismində iştirak etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 32.5, 179.2.3, 32.5, 179.2.4 və 32.5, 313-cü maddələrində ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, bir neçə ay işsiz qaldığından iş axtarmış, «X12» MMCnin anbar proqramı olan 1 C proqramını bilən işçinin axtarıldığını eşidib ora müraciət etmiş, müəssisənin rəhbərləri olan Fizuli və Natiqlə görüşmüş, sonuncular da ona əvvəlcə anbarda, bir müddət sonra isə ofisdə işləməyini təklif vermişlər. O da razılaşmış, bir müddət anbardar köməkçisi, daha sonra isə baş anbardar vəzifələrində işləmişdir. «X12» MMC Metallurq küçəsində yerləşir, əsas fəaliyyəti polietilen məhsullarının istehsalıdı. Müəssisədə dörd ayrı-ayrı sex fəaliyyət göstərmiş və hər sexdən gün ərzində istehsal olunan malların bir qismi anbara qəbul olunmuş, bir qismi də həcmi böyük olduğundan müəssisənin həyətində açıq havada saxlanılmışdır. Anbara mədaxil və məxaric olunan malların hamısının qeydiyyatı qara mühasibatlıq ilə sənədləşdirilmişdir. O da anbardar kimi malların mədaxilini və məxaricini ayrı-ayrı kitablarda qeyd etmişdir. Hər sex istehsal etdiyi malları öz istehsal kitablarında qeyd etmiş, o, isə qapısı bağlanan anbara daxil olan malların siyahısını öz dəftərimdə qeyd etmişdir. Açıq havada qalan malların qeydiyyatını isə yalnız həmin mallar satışa gedəndə aparmışdır. Çünki, həmin mallar istehsaldan sonra üzün müddət çöldə qalmışdır. Müştərilərin bir qismi özləri gəlib mallarını aparmış, bir qisminin malları müəssisəyə məxsus olan Ford markalı yük avtomobilləri ilə göndərilmiş və malın pulları sürücüyə verilmişdir. Müştərilərin bir qismi isə birbaşa anbara yaxınlaşaraq ümumi mallara baxıb sifarişlərini vermiş və nağd şəkildə pullarını ödəyərək mallarını aparmışlar. Bütün satışların qaimələrini o, anbarda olan kompüter vasitəsi ilə adi A4 vərəqində tərtib etdiyi qaimələrə yazmışdr. Qaiməni dörd nüsxədə yazmış, biri müşrətiyə verilmiş, biri qapıya, biri onda qalmış, birini isə günün sonunda və ya növbəti günün səhərində mühasibatlığa vermişdir. Qapıya verilən qaimələrdə malın qiyməti yazılmamış və bəzi hallarda qapının qaimələri ya qapıçı yerində olmadığına, ya da müştəri unudaraq özü ilə apardığına görə verilməmişdir. Müştərilərin çox hissəsi ödənişləri nağd şəkildə xəzinədara ödəmiş, xəzinədar yerində olmayan vaxtlarda isə ona vermiş, o da xəzinədar gələndə satış qaimələri ilə birlikdə pulu sayıb xəzinədara vermişdir. Nağd ödənişlərə görə müştəriyə heç bir qəbz verilməmişdir. Bəzi vaxtlarda, müştəri özü tələb edərdisə həmin müştəriyə mühasib tərəfindən ödəniş qəbzi yazılıb verilmişdir. Satışları isə öz dəftərində qeyd etmiş, satış dəftərində nə yazırdısa mühasibatlığa təqdim olunmuş qaimədə də onu yazmışdır. Çünki elə olurmuş ki, müştəri şirkətdən mal alıb getdikdən sonra aldığı malın bir hissəsinin müəyyən səbəblərdən ona lazım olmadığına, ya da malın keyfiyyətsiz olduğuna görə geri qaytarmış, o halda o, satış dəftərində müvafiq düzəliş etmiş, mühasibatlığa təqdim olunmaq üçün yenə qaimə tərtib edib həmin qaiməni mühasibatlığa vermişdir. Yəni, geri qaytarılan malları həmin qaimədən çıxarmış və yeni qaimə tərtib etmişdir. Müştəri tərəfindən geri qaytarılan mallar anbarda saxlanılmışdır. Elə də olmuşdur ki, müştəri tərəfindən qaytarılan mal keyfiyyətsiz olduğuna görə akt əsasında məhv olunmuş, o da öz dəftərində qeydiyyat aparmışdır. Elə hallar da baş vermişdir ki, müştəri anbara gəlib malın bir hissəsini götürmüş, bir hissəsini isə götürməmişdir. Anbardan çıxan bütün mallar tərəfindən verilməmiş, yəni, elə olmuşdur ki, Natiq ona zəng vurub hansısa müştərinin hansısa malı gəlib götürəcəyini demiş, o da müvafiq olaraq həmin çıxartdığı mala görə qaiməni yazıb malı anbardan çölə qoymuş, müştəri sonradan gəlib həmin malı onsuz götürüb getmişdir. Malın təhvil verməsini isə qapıda dayan mühafizəçi həyata keçirmiş, müştəri də qaimədə qol çəkib qaiməni mühafizəçiyə vermişdir. Anbarda ondan başqa, Fizulinin bacanağı İslam da oturmuş, sonuncu da özündə olan satış dəftərini qaimələrə əsasən yazmışdır. İslam həmin şirkətin rəsmi işçisi olmamış, anbara heç bir məsuliyyəti yox imiş. Anbardan buraxılan qaimələri isə həmişə o, yazmışdır. Müəssisədən ən çox mal alan bazarda alqı-satqı edən şəxslər və müxtəlif mağazalar olmuşlar. Çox vaxt alıcı malın pulunu aldığı vaxt deyil, gələn dəfə mal almağa gələndə ödəmişdir. Yazdığı qaimələri demək olar ki, günün sonunda bir yerə toplayıb növbəti günün səhəri mühasib Talehə vermişdir. Müştəri aldığı malın pulunu həmin gün ödəyəndə sonuncu pulu qaimə ilə birlikdə xəzinədara vermiş, lakin, nisyə, yəni malı borc götürdükdə qaimə onda qalmış, günün axırında qeyd etdiyi kimi həmin qaimələri toplayıb növbəti günün səhərində mühasibatlığa təhvil vermişdir. Hər həftənin sonunda dəftərində yazdıqları ilə mühasibatlığa təqdim olunmuş qaimələrin mühasib tərəfindən 1C proqramına işlənibişlənilməməsini yoxlamışlar. Dəfələrlə elə olmuşdur ki, mühasibatlığa təqdim olunmuş qaimələr 1C proqramına işlənilmirdi. Qaimələr mühasib tərəfindən kompüterə işlənilmiş və bunun əsasında müştərinin ödənişdən başqa nə qədər borcu qaldığı aşkar olunmuşdur. Müştəri həmin pulu ödədikcə ödənilən pul borcdan çıxılmışdır. Şirkət tərəfindən vəzifə funksiyaları ilk gündən müəyyən olunmamış, şirkətin rəhbərliyi tərəfindən verilən şifahi göstərişlər və "xxxx" və ya “email” vasitəsilə göndərilən ismarıclar əsasında işləmişdir. Ondan mal alan müştərilərdən biri də Rasim olmuşdur. Rasim “Azərsun”un işçisi olduğundan həm özü, həm də şirkət üçün mallar almış, özü üçün götürdüyü malın pullarını nağd şəkildə ödəmiş, şirkət isə pulu nağdsız hesaba köçürməklə ödəmişdir. Rasim də başqa müştərilər kimi aldığı malın pulunu dərhal deyil, nisyə götürüb sonradan yuxarıda göstərdiyi qaydada ödəmişdir. Rasimin Azərsun üçün verdiyi malın sifarişi hissə-hissə icra olunmuş, yəni, mallar hissə-hissə Azərsuna göndərilmişdir. Təxminən 2019-cu ilin yaz fəslində Azərsun şirkətinə göndərilmiş malların bir hissəsi keyfiyyətsiz olduğundan Azərsun şirkəti həmin malları qəbul etmək istəməmiş və onların geri aparılmasını tələb etmişdir. Belə olduqda, Natiq Rasimlə danışıb xahiş etmişdir ki, malları çalış şirkət götürsün və pulunu ödəsin. X23 şirkətinə xeyli miqdar xeyir verdiyi və işlərinə yararlı olduğu üçün şirkət rəhbərliyi tərəfindən ona deyilmişdir ki, Rasimin özünə verilən mallar digər müştərilərə nisbətən daha ucuz qiymətə verilsin. Yəni, başqa müştərilərə kiloqramı 3 manata verilən məhsul Rasimə 2 manat 70 qəpiyə və ya 2 manat 80 qəpiyə verilmişdir. Azərsunun ödəmədiyi pulun məbləğini dəqiq bilməmiş, zənnincə 80.000 manata yaxın olmuşdur. Hətta anbarda 3 tondan çox Azərsunun almalı olduğu mal qalmışdır. Şirkət onu keyfiyyətsiz olduğundan qəbul etməmişdir. Malın pulu ödənilmədiyindən Rasimlə Natiqgil arasında narazılıq yaranmışdır. Lakin, Natiqgil Rasimlə münasibətlərini pozmamaq üçün yaranmış narazılıqlarını birüzə verməmiş və sonuncu ilə münasibətlərini davam etdirmişlər. Lakin, narazılıqlarını ona bildirib demişlər ki, çalış ki, Rasimin borcu çox yığılmasın, özünə hiss elətdirmədən malları ona az ver. Daha sonra Təqsirləndirilən şəxs1 ifadələrində göstərmişdir ki, o, Rasimdən “sənə müştəri tapım, ucuz aldığın malı həmin müştəriyə bir qədər baha qiymətə sat və əldə olunacaq gəlirdən müəyyən bir hissəsini mənə ver” məzmunlu xahiş etmişdir. Həmin müştərilərə şirkətin mal satmaqdan imtina etdiyi və ya münasibətləri pozulmuş müştərilər aid olmuşdur. Rasim də razılamış və onlar belə qaydada, yəni təxminən 2018-ci ilin noyabr ayından 2019-cu ilin iyun ayına qədər işləmişlər. Rasim həmin qayda ilə əldə etdiyi gəlirin bir hissəsini ona vermişdir. Onlar hər hansı qanunsuz iş görməmiş, çünki, şirkət birincisi özü həmin müştərilərlə işləməkdən imtina etmiş, ikincisi də Natiq özü Rasimə malları ucuz qiymətə verilməsini demişdir. 2019cu ilin iyun ayında Azərsun şirkəti ona göndərilmiş 80000 manat məbləğində olan malın keyfiyyətsiz olduğuna görə pulları Finplast şirkətinə ödəməmiş, Rasim də heç cür Azərsun şirkəti tərəfindən həmin malların götürülməsini və ya pul ödənilməsini təmin edə bilməmişdir. Və bildiyi həmin səbəbdən Rasimlə Natiqin arasında olan münasibətlər pozulmuşdur. Bu da onunla şirkət rəhbərliyi arasında olan münasibətlərin pozulmasına gətirib çıxarmışdır. Belə ki, təxminən 03 və ya 04 iyul 2019-cu il tarixlərdə Natiq onu otağına çağırmışdır. Otağa girəndə Fizuli, Natiq, Taleh və Fizulinin qardaşı orda olmuşlar. Otağa girən kimi Fizuli onu nalayiq ifadələrlə təhqir edərək “sənə etibar eləmişik, sən isə Rasimlə birlikdə şirkəti yeyib-talamısınız, Rasim götürdüyü malın pulunu ödəməyib” kimi sözlər demişdir. O, Rasimin ona verdiyi pulu xəzinədar Barata ödədiyini demişdir. Mühasib Taleh təxminən 27500 manat məbləğində çatışmazlığın olduğunu demişdir. Fizuli ona Rasimə zəng vurmağını demişdir. O, Rasimə mobil telefonla zəng etmiş, sonuncu ilə danışanda Fizuli telefonu əlindən götürmüş və Rasimi nalayiq ifadələrlə təhqir edərək tez şirkətə gəlməyini demişdir. Rasim gəlməmiş Fizuli və Natiq ona “bizim işimiz sənlə deyil, Rasimlədi, Rasim gələndə sən heç nə danışma, burda ərizə yaz ki, əskiklik Rasimlikdi” kimi sözlər demişlər. O, Natiq və Fizulini sakit etmək üçün ərizədə yazmışdır ki, Rasimin ona verdiyi pulları xəzinədara vermiş, ola bilər ki, Rasimin adı ilə pulu ödəməmiş, yəni Rasimin adının əvəzinə satış yazılsın. Satış yazılsın dedikdə onu nəzərdə tutmuşdur ki, malın müştərisi pulu dərhal ödəyib. Ərizəni o fikirlə və Rasimə hər hansı təzyiq göstərilməsin deyə yazmış, amma dəqiq ərizənin məzmununu xatırlamamış, çünki həmin vaxt təzyiq altında olmuşdur. Bir müddət sonra Rasim gəlmişdir. Fizuli Rasimə “sən götürdüyün mala görə şirkətə pul ödəməlisən, sənə görə hələ bizim Azərsunda 80000 manatlıq malımız da batıb, sən istəsəydin o pulu ödətdirə bilərdim, sənin dizini yerə qoyacağam” kimi sözlər demişdir. Rasim götürdüyü malın pulunu ödədiyini demişdir. Fizuli isə Rasimə və ona hədə qorxu gələrək “indi qara maskalıları çağıracağam və sizin başınıza oyun açacağıq” kimi sözlər demişdir. Rasim götürdüyü malın pulunu ödədiyini deyərək çıxıb getmişdir. O, isə anbara gedib malları saymağı və əgər orada hər hansı bir mal yerində olmazsa həmin malın pulunu ödəməyə hazır olduğunu demişdir. Fizuli və Natiq ona “avtomobilini indi əlindən alacağıq, sabah anbarda hər hansı əskiklik çıxmasa avtomobilini geri qaytaracağıq” kimi sözlər demişlər. O, hədə qorxu nəticəsində razılaşmış və həmin günün axşamı Natiqlə birlikdə avtomobilini saxladığı “Term” adlı idman kompleksin qabağına gələrək avtomobilini Natiqə vermiş, sonuncu da avtomobilini sənədsiz aparmışdır. Həmin günün səhəri isə o, şirkətə gəlmişdir ki, anbardakı malı saysın. Lakin, şirkətə gəldikdə Natiq ona “sənin yazdığın ərizəndə heç nə aydın olmur, gəl gedək notariusa bir borc müqaviləsi bağlayaq ki, anbarda hər hansı əskiklik çıxacağı təqdirdə sən avtomobilini bizə verəcəksən” kimi sözlər demişdir. O da hədə qorxular nəticəsində razılaşmışdır. Onun istifadəsində arvadının adına olan Kia Cerato markalı **- XX-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Natiq ona arvadı ilə birlikdə getməyə icazə verməmiş, arvadının Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən notariusa gəlməyini demişdir. O da onları sakitləşdirmək üçün razılaşmış və arvadına notariusa getməyini demişdir. Natiq artıq ora getmiş və bütün sənədləri hazırlamışdır. Arvadı notariusa gəldikdə isə ona verilən sənədlərə qol çəkmiş, həmin sənədlərin məzmunu ilə tanış olmamışdır. Daha sonra bilmişdir ki, arvadı borc müqaviləsinə yox, avtomobilinin Natiqin adına keçməsi ilə bağlı sərəncam hüququ verən etibarnaməyə qol çəkmişdir. Natiq orada arvadına hədə qorxu da gəlmişdir. Həmin gün o, yenə şirkətə gəlmişdir ki, anbardakı mallar sayılsın. Lakin, Taleh gəlib ziyanın təxminən 55000 manat məbləğində olduğunu demişdir. Fizuli və Natiq ona demişlər ki, həmin məbləğdə olan pulları onlara girov şəklində versin, buna dair ona qəbz veriləcək və əgər anbardakı mallar yerində olacaqsa həmin pullar ona qaytarılacaq, əks halda yox. O da razılaşmışdır. Və həmin gün, yəni 05 iyul 2019-cu il tarixdə üç dəfəyə Natiqə 3000, 5000 və 8000 manat məbləğində pul vermiş, lakin 8000 manata görə ona hər hansı bir qəbz verilməmişdir. 09 iyul 2019-cu il tarixdə isə qohumu ilə birlikdə 14000 manat pul düzəldib Natiqgilə vermişdir. Ümumilikdə nağd şəklində 30000 manat pul verəndən sonra o, yenə anbardakı malları saymaq istəmiş, lakin, Fizuli bir kağıza yazmışdır ki, ziyan 65000 manatdan çoxdu, yerdə qalan pulu düzəltdikdən sonra anbardakı mal sayılacaq. Qohumu Kəramət ona “bunlar səni fırladırlar, get polisə şikayət elə” kimi sözlər demişdir. 1-2 gün keçdikdən sonra arvadı ondan xəbərsiz Bakı şəhər Baş Polis İdarəsinə gedib şikayət etmişdir ki, ona hədə qorxu gəlib avtomobilini əlindən alıblar, həyat yoldaşını isə girov kimi saxlayıblar. Ondan sonra isə Natiqgil ondan prokurorluğa şikayət etmişlər. O, şirkətin pullarını mənimsəməmiş, əksinə Natiq və Fizuli ona qarşı qanunsuzluq etmiş, avtomobilini və pullarını əlindən almışlar. Bundan başqa Təqsirləndirilən şəxs1 ifadələrində Natiq Cabbarovun ifadəsində göstərdiklərinə münasibətdə göstərmişdir ki, Natiq ona hər hansı qaimə təqdim etməmişdir. O, Rasimdən götürdüyü pulları kassaya ödəməməyini etiraf etməmişdir. O, ancaq demişdir ki, anbardakı mal hesablansın və əgər orada hər hansı çatışmazlıq olacaqsa həmin pulu ödəməyə hazırdı. Avtomobili və pulu da Natiqə girov şəklində vermişdir ki, əgər anbarda hər hansı mal yerində olmazsa həmin pul və avtomobil Natiqdə qalsın, yox əgər bütün mallar yerində olardısa Natiq pulu və avtomobili ona qaytarmalı imiş. Eyni zamanda Təqsirləndirilən şəxs1 ifadələrində göstərmişdir ki, iş materiallarında olan ərizədəki xətt və imza ona məxsusdur. O, həmin ərizəni təzyiq altında yazmışdır. “Rasimə verdiyim malların bir qismini kassaya ödəməmişəm” kimi sözləri ona görə yazmışdır ki, həmin vaxt o, Rasimin adı ilə yox, satışla pulun ödənildiyini bildirmək istəmişdir. Yəni, elə olmuşdur ki, müştəri nağd şəkildə pulu ödədikdə onlar qaimədə alıcının əvəzinə satış yazırdılar. Bir neçə dəfə elə olmuşdur ki, Rasim götürdüyü mala görə pulu nağd şəkildə ödəmiş, lakin o, səhv edərək qaimədə satış yazmalı olduğu halda, Rasimin adını qeyd etməklə sonuncunun həmin mala görə borclu qaldığını yazmışdır. Bu təxminən 2-3 dəfə olmuş, məbləğ də 1000-1500 manat təşkil etməliymiş. Həmin ərizədə də o, bunu göstərmək istəmişdir. Ərizədə də yazmışdır ki, nə qədər pul götürmüşdürsə araşdırılsın. Yəni, o, o vaxtdan anbardakı malın miqdarının hesablanmasını istəmişdir. Fizuli həmin vaxt ona “əgər ərizəni yazmasan, biz qara maskalıları çağırıb sənin başına oyun açdırıb istədiyimizə nail olacağıq” kimi sözlər demişdir. O, Fizuligilin buna qadir olduqlarını, bundan əvvəl başqa işçilərə münasibətdə oxşar halların şahidi olduğundan qorxub həmin ərizəni yazmışdır. Fizuli and içmişdir ki, əgər o, onun dediyini eləsə onda imkan yaradılacaq ki, anbardakı malların miqdarı hesablansın və sübut olunsun ki, onun oraya borcu yoxdur. 04 iyul 2019-cu il tarixli “Maddi-məsul şəxslərin fəaliyyətinin yoxlanması zamanı əldə olunan nəticələrin ümumiləşdirilməsi” haqqında aktda yaranan kənarlaşmaların 65109 manat məbləğində təşkil etməsinin doğruluğunu imzası ilə təsdiq etməsinin səbəbi Fizulinin “əgər bu akta qol çəkməsən, sənə anbardakı malların hesablanmağına şərait yaradılmayacaq” kimi sözləri deməsi olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 ifadələrində göstərmişdir ki, mühasibatlığa və qapıya təqdim olunmuş qaimələrlə tanış olmuş və həmin qaimələrdə “Təhvil verdi” qrafasının qabağındakı imzalar ona məxsusdur. Ona təqdim olunmuş audit aktına əlavə edilmiş anbar kitabı kimi deyilən sənəd şirkətdə onun tabeçiliyində olmayan, şirkətdə rəsmi işləməyən, müdirin qohumu olan və anbara heç bir aidiyyəti olmayan İslam tərəfindən tərtib olunmuşdur. Ona görə o, anbar kitabı barəsində hər hansı şərh verməkdən imtina etmişdir. Çünki, həmin kitabda yazılan qaimələrdə onun imzası yoxdur. Bundan başqa o, həmin anbar kitabındakı yazılanların düzgün olub-olmamasını yoxlamamışdır. O, həmin kitabın qeydiyyatının aparılmasını bilmiş, lakin onu bir ciddi hesabat sənədi kimi qəbul etməmişdir. Belə ki, dəfələrlə elə olmuşdur ki, mal alan müştəri müəyyən səbəblərdən malı geri qaytardıqda və ya malı götürməkdən imtina etdikdə o, mühasibatlığa təqdim olunmaq üçün yenə qaimə tərtib etmiş, lakin İslam öz anbar kitabında çox vaxtı düzəlişlər aparmamışdır. Natiq və ya hər hansı başqa müştəri ona malı sifariş verdikdə o, artıq malı hazır etmiş, 4 nüsxədən ibarət olan qaimə tərtib etmişdir. Mal çıxmamış isə İslam artıq ordakı yazılanları öz kitabında qeyd etmişdir. Lakin, çox vaxtı elə olmuşdur ki, müştəri gəlib malı götürdükdə müəyyən malların ona lazım olmadığına görə həmin malları götürməmiş, o da buna müvafiq olaraq yeni qaimə tərtib etmişdir. O, dəqiq olaraq İslamın hansı qaimələr, yəni qapıya və ya mühasibatlığa təqdim olunmuş qaimələr əsasında kitabında qeydiyyat apardığını bilməmişdir. Onun özündə qeydiyyat elədiyi anbar kitabı olmuşdur. O, tərtib etdiyi qaimələr əsasında kitabında qeydiyyat etmiş, qaimədə hər hansı düzəliş etdikdə də həmin qeydiyyat kitabında da müvafiq düzəliş etmişdir. Hər həftə həmin kitabla mühasiblə üzləşmişdir. Onun tərtib etdiyi həmin anbar kitabları bildiyi qədər Fin Plast şirkətinin mühasibatlığında olmalıdı. Qaimədə hər hansı düzəliş edildikdə o, həmin qaimələri masanın üstünə qoymuş, lakin, İslamın yeni düzəliş olunmuş qaimələri kitabda qeydiyyat edib-etməməsini bilməmişdir. O, bir neçə dəfə İslamdan düzəliş olunmuş qaimələri kitabda qeyd edib-etməməsini soruşmuş, lakin İslam həmin anbar kitabının hər hansı ciddi hesab sənədinin olmamasını deyərək həmin düzəlişlərin edilməsinin labüd olmadığını bildirmişdir. Qaimələr arasındakı fərq ancaq müştərinin malı geri qaytarması və ya malı götürməkdən imtina etməsi ilə əlaqədar tərtib edib mühasibatlığa verdiyi yeni qaimələrlə bağlı olmuşdur. Qaimələr Rasimin adına tərtib etdiyi qaimələrdi. Rasim malı geri qaytardıqda o, yeni qaimə tərtib edib mühasibatlığa vermiş, lakin müştəriyə verməmişdir. Çünki, müştəri artıq malı götürüb getmişdir. Qapı qaiməsi ona görə lazım olmuşdur ki, həmin qaimə qapıda dayanan mühafizəçiyə təqdim olunsun və mühafizəçi malı buraxsın. Müştəri malı götürüb getdiyi üçün isə artıq qapıya təqdim olunmaq üçün yeni qaimə tərtib etməyi vacib bilməmişdir. Çox vaxtı da mühafizəçi qapıda olmamış və qaimələr qapıya təqdim olunmamışdır. Elə də olmuşdur ki, müştəri malı sifariş verdikdə o, qaimə tərtib etmiş, müştəri malı götürməkdən imtina etdikdə isə qapıya təqdim olunmaq üçün müştəriyə verdiyi qaiməni dəyişdirməmişdir. Çünki, buna vaxt lazım olmuşdur. Həmin düzəlişləri özündə edib yeni qaimə tərtib edib mühasibatlığa vermişdir. Qapıya təqdim olunmaq üçün verilən qaimə ancaq malın buraxılışı üçün lazım olmuş, ona görə də müştəriyə verdiyi qaiməni düzəliş etməyi vacib bilməmişdir. O, malın miqdarına görə cavabdeh olmuş, məbləğinə görə yox. Çünki, mal müştəridən asılı olaraq müxtəlif qiymətlərə satılmışdır. Onun işlədiyi dövr ərzində də anbardakı malın miqdarında hər hansı əskiklik ola bilməz. Xəzinədarlığa ödəniş olunduqda Barat kitabında müvafiq qeydiyyat edib pulun kimin tərəfindən alındığını göstərmişdir. Təkcə o yox, həmçinin öz şəxsi sürücüləri də müştəridən verilən mala görə pul alıb xəzinədarlığa ödəmişlər. Məsələn, Rasimin nümunəsində qeyd etmişdir ki, Rasim adətən işdən sonra şirkətə gəlmiş, ya da ki, işdən sonra başqa bir yerdə görüşmüş və Rasim götürdüyü mala görə pulu ona vermişdir. O, isə həmin günün səhərisi həmin pulu Barata ödəmiş, sonra da Baratla Rasimi üzləşdirmişdir. Elə bir hal olmamışdır ki, o, Rasimdən aldığı pulu Barata versin, amma onlar üzləşməsinlər. Rasim adətən işdən sonra yəni, 18-19 radələrindən sonra gəlmiş, çox vaxt elə olmuşdur ki, o, anbarda olmamış, malı hazırlayıb anbarın çölünə qoymuş, qaimələri isə mühafizəçiyə vermişdir. Rasim də malı yoxlayıb qaimələrdə qol çəkib çıxıb getmişdir. Dəfələrlə elə olmuşdur ki, Rasim malı yoxlayan zaman malın ona lazım olmadığını telefonda ona bildirib həmin malı götürməsin. Malı geri qaytardıqda isə adətən növbəti günün axşamı malı anbarın çölünə qoyub çıxıb getmiş və ona da məlumat vermişdir. İş vaxtı adətən Rasimin atası oğlunun əvəzinə gəlib malı götürmüşdür. Rasimin atası adətən səhv mal götürdüyünə görə Rasim tez-tez həmin malları geri qaytarmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasında qeyd olunmuş çatışmazlıq qapı qaimələrinə əsasən hesablanmışdır. Yəni, onun mühasibatlığa düzəliş edib təqdim etdiyi qaimələrlə qapıya təqdim olunmuş, düzəliş edilməyən qaimələrin fərqini hesablayıb həmin nəticəyə gəlmişlər. Həmin ekspertiza onun düzəliş etdiyi qaimələrlə anbardakı malın miqdarının düzgün olub-olmamasını yoxlamamışdır. Ona görə də ekspertiza rəyi ilə razı olmamışdır. Hazırda zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödəmiş və dövlət büdcəsinə ödəniləcək məbləği ödədiyini nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 179.2.3, 32.5, 179.2.4 və 32.5, 313-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, “Azərsun” şirkətinin qablaşdırma, inşa və təhqiqat şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyir. Polietilen məhsulların alınması şirkət rəhbərliyi tərəfindən ona tapşırılmış, o da həmin məhsulun alınması ilə bağlı polietilen məhsullarının istehsalı ilə məşğul olan "xxxx" şirkəti ilə razılığa gəlmişdir. Şirkətin məhsullarında problemlər çox yaranmış və həmin problemlərin aradan qaldırılması ilə bağlı dəfələrlə şirkətin sahibi olan Füzuli və Natiqə iradlarımı bildirmişdir. Azərsun şirkəti "xxxx" şirkətinə 6 ton civarında lamina olunmuş qablaşdırma məhsulunu sifariş vermiş, lakin, malın keyfiyyəti aşağı olduğundan istehsalatda həmin malı istifadə etmək mümkün olmamış, həmin malları geri qaytarılması nəzərdə tutulmuşdur. Lakin, onun səyi nəticəsində, işlədiyi şirkətin rəhbərliyinin icazəsi ilə, Natiqgilin malının bir qismini istehsalat prosesinə cəlb edə bilmişdir. Və buna görə Natiqgildən heç nə istəməmiş və hər hansı təmənna güdməmişdir. Lakin, malın 1 tona yaxın olan hissəsi akt vasitəsilə Natiqin iştirakı ilə bərabər zibilə atılmışdır. Həmin malın qiyməti təxminən 50000 AZN məbləğində olmuşdur. Belə hallar digər mallarda da təkrar olduğuna görə Natiqin ona qarşı hansı niyyətdə olduğunu bilməmişdir. O, Natiqlə olan razılaşmaya əsasən “Azərsun” şirkətindən başqa özü üçün də mal alıb satmışdır. Fin Plast şirkəti ilə həmin qayda ilə 2 ilə yaxın işləmişdir. O, şirkətə gəlib anbardar Təqsirləndirilən şəxs1 sifarişlərini vermişdir. Malları nisyə götürdükdə Natiq buna etiraz etməmişdir. Malları qaimə əsasında götürmüş, qaimə 4 nüsxədə olmuşdur. Dəfələrlə olmuşdur ki, sifariş verdiyi malları müştərinin istəyinə əsasən dəyişdirməli olmuşdur. Bundan əlavə, malların dəyişdirilməyimə səbəb malların istədiyi keyfiyyətdə olmaması, sifariş verdiyi malın istədiyi sifarişə uyğun olmaması, real olaraq götürdüyü mal ilə eyni olmaması olmuşdur. Və belə hallar olduqda o, malları geri qaytarmışdır. Bu cür hallar dəfələrlə olmuşdur. Şahinə sifariş verirmiş və onun malı hazır olurmuş, qapı qaiməsini qapıda dayanan mühafizəçiyə təqdim edirmiş, amma şirkətdən çıxmırmış. Çox vaxtı heç bir mühafizəçi tərəfindən avtomobili yoxlanılmamış. Hətta, dəfələrlə mühafizəçi qapıda olmamış, o, qaiməni qapıda duran hər hansı bir mühafizəçi olmayan işçiyə verib çıxıb getmişdir. Bəzən ele hallar olmuşdur ki, o, 60 kisə sifariş vermiş, avtomobili balaca olduğuna görə isə Şahin həmin sifarişi 2 qaimədə göstərmişdir. O, gəlib malın ilk 30 kisəsini götürmüş, amma qaiməyə 60 kisə götürməyi barədə qol çəkib qaiməni qapı çıxışında verirmiş, təkrar geri qayıda bilmədiyindən (ya maşın xarab olurdu, ya da muştəri həmin gün gəlmirdi, ya da sifariş verdiyim mal istədiyim keyfiyyətdə olmadığına, sifariş verdiyim malı fəhlələr avtomobilə yanlış yükləyib malı səhv saldıqlarına görə) Şahinə telefon ilə zəng edərək 2-ci 30 kisəni götürə bilməyəcəyini deyirmiş. Bu cür hallar dəfələrlə baş vermişdir. Satdığı malların pullarını şirkətə əlbəəl vermiş, yəni Şahinə vermiş, xəzinədar Barata vermiş, özü xəzinəyə vermiş, atası da vermiş, lakin ödədiyi bütün pulların qarşılığında şirkət tərəfindən heç bir qəbz verilməmişdir. O, Bakıda şirkətdə işlədiyinə və Sumqayıta gec gəldiyinə görə bəzən malların pullarını Şahinə vermişdir. Eyni zamanda o, əsasən "xxxx" vasitəsilə malların siyahısını Şahinə göndərmiş və sonuncu o, gəlməmiş qaimələri yazıb hazır etmişdir. Malları adətən saat 19 radələrindən sonra gəlib götürmüş və həmin vaxtı adətən orada mühafizəçidən başqa heç kim olmamış, mallar da anbarın kənarında yığılmışdır. O da həmin malları götürüb mühafizəçidə olan qaimələrə qol çəkib getmiş, pul verdiyi günün sabahısı Natiqə və ya xəzinədar Barata zəng edib pulu Şahinə verdiyini demişdir. Mühasibatlıq ilə ayda 1 və 2 dəfə borcla əlaqədar üzləşdirmə olmuşdur. Üzləşmə mobil telefon vasitəsilə və ya üzbə-üz keçirilmişdir. O, ona verilən qaimələri mühasibatlıqla üzləşməyə kimi özündə saxlamış, səbəb isə geri qayıdan malların və ya götürmədiyi malların hesab kitabını həmin qaimənin arxasında yazması olmuşdur. Üzləşmə olduqdan sonra isə həmin qaimələri cırıb tullamışdır. Üzləşmə zamanı çox cüzi problemlər olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayında şirkətdən çıxıb evə getdiyi zaman Şahin ona zəng edib 60000 AZN-ə yaxın borcun olduğunu demiş, o, pulun hamısını ödədiyini dedikdə, Fizuli telefonu Şahindən götürüb kobud halda danışaraq şirkətə gəlməyini demişdir. O, şirkətə gəlib Fizulini, Natiqi, Füzulinin qardaşını, mühasibi və Şahini görmüşdür. Şahinin vəziyyəti çox pis olmuş, onda elə təəssürat yaranmışdır ki, Şahinə fiziki təzyiq göstəriblər. Fizuli ona şirkətdən oğurluq olunduğunu, onun aldığı mallara görə verilməli olan pulun xəzinəyə ödənilmədiyi demişdir. O, pulu Şahinə verdiyini demiş, sonuncu da bunu təsdiqləyərək həmin pulu xəzinəyə ödədiyini demişdir. Natiq ona pulu hansı səbəbdən Şahinə verdiyini soruşduqda o, cavabında “2 il bundan öncə mən pulu kassaya ödəmək üçün Sahinə verdikdə sən heç bir etiraz etmədin” kimi sözlər demişdir. Fizuli əsəbləşərək Natiqə “qara maskalıları” çağırmağını demiş, o, isə pulu Şahinə verdiyini, sonuncunun da bunu təsdiqlədiyini deyərək çıxıb getmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, mühasibatlığa və qapıya təqdim olunmuş qaimələrdəki fərq isə qapıya təqdim olunmuş qaimələrdəki bəzi malları götürməməsi və ya geri qaytarmasına görə yaranmışdır. Belə ki, bəzi mallar keyfiyyətə uyğun gəlməmiş, bəzi sifariş verilən mallar müştəri tərəfindən dəyişdirilmiş, bəzi malları fəhlələr avtomobilə yanlış yükləmiş, bəzi malları isə işdən gec gəldiyi üçün götürə bilməmiş, bəzi mallar isə atası tərəfindən səhv götürülmüşdür. O, faktiki olaraq götürdüyü malın qeydiyyatını aparmış, götürmədiyi mal haqda Şahinə telefonda məlumat vermişdir ki, təkrar olaraq faktiki olaraq götürdüyü malın qaiməsini yazsın. Şahinin sonuncuya verdiyi yeni məlumat əsasında qaiməni yazıbyazmadığını bilməmiş, sadəcə olaraq götürdüyü malın özündə qeydiyyatını apardığı üçün ayın axırında mühasibatlıqla üzləşmişdir. Həmin malları geri qaytarmağını Şahin və anbarda işləyən fəhlələr təsdiq edə bilərlər. O, dəfələrlə Natiqə mobil telefon vasitəsilə malı geri qaytardığını, səbəbin isə malın keyfiyyətsiz olduğunu demişdir. İşdən gec gəldiyinə görə və saat 18:00-dan sonra xəzinə bağlı olduğuna görə məcbur qalıb pulu Şahinə vermişdir ki, sonuncu pulu xəzinəyə ödəsin. Növbəti gün isə xəzinədar Barata zəng edib Şahinin pul verib-vermədiyini soruşurmuş. Şirkətə vurulmuş ziyanın bir hissəsi kimi şirkətə 3 dəfəyə ödənilmiş, ümumilikdə 20000 manatın qarşılığında verilmiş qəbzlərdə Təqsirləndirilən şəxs1la onun adlarının qeyd olunmasını izah edə bilməmiş, pulun Şahin tərəfindən ödənildiyini və orada onun adının qeyd olunmasının izahını Şahinin verə biləcəyini demişdir. Hazırda zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödəmiş və dövlət büdcəsinə ödəniləcək məbləği ödədiyini nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X5 göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin 22 ildir ki, fəaliyyət göstərmiş, əvvəllər cəmiyyətin adı "xxxx" MMC olmuşdur. Cəmiyyət Vergilər nazirliyində qeydiyyatdan keçmiş və qeydiyyat şəhədatnaməsi almışdır. Cəmiyyətin ünvanı Y.Məmmədov küçəsi 114-dür. Cəmiyyət poiteilen məhsullarının istehsalı ilə məşğuldur. Buna polietilen torbalar, parnik örtükləri, sellofan rulonlar və s. daxildir. Mallar anbarda saxlanılır, onların buraxılması da anbardan həyata keçirilir və onların verilməsi 3 nüsxədən ibarət tərtib olunan qaimələrlə rəsmiləşdirilir. Həmin qaimənin bir nüsxəsi alıcıya verilir, bir nüsxəsi mühasibatlıqda qalır, üçüncü nüsxəsi isə qapıda mühafizəçiyə verilir. Məhsulun satışı bəzən nağdsız hesablaşma, bəzən isə hesabı olmayan müştəri birbaşa müraciət etdikdə nağd yolla mühasibatlığa pulunu ödəməklə həyata keçirilir. Məhsullar istehsal olunandan sonra anbara yığılır və oradan da alıcıya verilir. Qapıda dayanan mühafizəçinin özü üçün qeyd dəftəri də hazırlanmış, ora qaimədən başqa, çıxan malların kim tərəfindən aparılması qeyd olunmuşdur. Qaimədə alınan malın adı, sayı, çəkisi, qiyməti qeyd edilir. Anbardar vəzifəsində 2 il Təqsirləndirilən şəxs1 işləmişdir. Şahinlə əmək müqaviləsi və maddi məsuliyyət haqqında müqavilə bağlanmış və sonuncu işə götürülərkən anbarda olan məhsullar sayılıb ona təhvil verilmişdir. Anbardan buraxılan məhsulların qaimələrinin hamısı Şahin tərəfindən yazılmışdır. Anbarda Şahindən başqa fəhlələr də olmuşlar. Sonuncular Şahinin göstərişlərini yerinə yetirib malları anbara yığmaq, anbardan çıxan malları yükləmək və digər işləri görmüşlər. Alıcı malın pulunu xəzinəyə ödəyərkən mühasibatlıqda pulun ödənməsinə dair mədaxil orderi yazılmışdır. Şahinin işlədiyi dövrdə o və digər rəhbər işçilər ondan heç vaxt şübhələnməmişlər. Onlardan mal alanlardan biri də Azərsunda işləyən Təqsirləndirilən şəxs2 olmuşdur. Rasim malı adətən işdən sonra, yəni 18 radələrindən sonra almışdır. Bir gün Rasimin gün ərzində 3 dəfə istehsal sahəsinə girib çıxmasını və mal aparmasını müşahidə etmişdir. O, aparılan malların qaimlərini yoxlayanda qaimələrdən ikisinin mühasibatlığa təhvil verildiyini, digər birinin orada olmadığını görmüşdür. O, dərhal qapını yoxlayan zaman qapıda 3 ədəd qaimə olduğunu görmüşdür. Eyni zamanda mühafizəçinin qeyd dəftərinə baxarkən orada 3 ədəd qaimənin qeyd edildiyini görmüşdür. Bundan sonra həmin ayın qaimələrini eyni qaydada, yəni mühasibatlıqda olan qaimələrlə qapıda olan qaimələri və mühafizəçinin qeyd dəftərində qaimələrə dair qeydiyyatları yoxladıqda böyük fərqlərin olduğunu aşkar etmişdir. Dərhal Şahini yanına çağırmış və hesabında çatışmazlıq olduğunu bildirmiş, lakin sonuncu hesabında hər hansı bir çatışmazlıq olmadığını demişdir. O, isə həmin gün aşkar etdiyi məsələ ilə bağlı özündə olan sənədləri Şahinə təqdim etmişdir. Şahin sənədləri görəndən sonra Rasimə verdiyi bütün malların pullarını şəxsən aldığını və pulları kassaya ödəmədiyini etiraf etmişdir. Sonra o, qapıda olan qaimələri mühasibatlıqda olan qaimələrlə üzləşdirmiş və həmin üzləşmə ilə Şahinin anbardan buraxdığı mallara görə 67.000 manatın ödənilməməsi aşkar olunmuşdur. Həmin məbləği də Şahin etiraf etmiş və özü əli ilə kağız yazaraq həmin məbləği olduğu kimi göstərmiş və pulu yaxın vaxtlarda ödəyəcəyinə söz vermişdir. Onlar Təqsirləndirilən şəxs2 də dəvət etmiş, sonuncu isə aldığı malların pulunu tam olaraq Şahinə verdiyini və aldığı mala görə borcunun olmadığını bildirmişdir. Rasimdən aldığı malların hamısını deyil, yalnız bir hissəsinin mühasibatlığa ödədiyini, qalan pulları isə Şahinə verməsinin səbəbini soruşduqda Rasim cavab verməmişdir. Bundan başqa, o, araşdırma zamanı müəyyən etmişdir ki, bəzi qaimələr qapıda təmiz olduğu halda, mühasibatlığa yanlış, üzərində xətt çəkilmiş və dəyişdirilmiş qaimələr idilər. Həmin qaimələrdə göstərilən malın pulunu Rasim Şahinə nağd olaraq verdiyini bildirmişdir. Şahin həmin vaxt ziyanın hamısını ödəyəcəyinə söz vermiş, ilkin olaraq aldığı avtomobili ziyanın bir hissəsinin yerinə qoymuşdur. Şahinlə 2013-cü il istehsalı olan «KİA Cerrato» markalı avtomobili 20.000 manat qiymətə razılaşdırıb ziyanın bir hissəsi kimi götürmüşdür. Şahin, heç kimin bilməməsi üçün işləməkdə davam etməsinə icazə verilməsini xahiş etmiş, o da etiraz etməmişdir. Bundan sonra Şahin, ayrı-ayrı vaxtlarda 3 dəfəyə cəmisi 22.000 manat pulu xəzinəyə ödəmiş və yazılan kassa mədaxil orderində Şahin tərəfindən Təqsirləndirilən şəxs2lə birlikdə mənimsədiyi pulun ödənildiyi yazılmışdır. Sonradan isə Şahin söz verməsinə baxmayaraq pulu ödəməkdən müxtəlif bəhanələr gətirməklə yayınmağa başlamışdır. Hazırda Şahinin müəssisəyə 25.000 manat ödəməli olduğu pulu qalmışdır. Cəmiyyətə vurulan ziyanın məbləğini müəyyən etmək üçün auditlə müqavilə bağlamış və audit yoxlama apararaq bu barədə akt tərtib etmişdir. Şahinin mal verdiyi şəxslərdən biri də Çingiz olmuşdur. O, baş verənləri aşkar edəndən sonra Sumqayıt şəhərində «Ən ucuz» marketlərə mal paylayan Çingizi dəvət etmiş və sonuncu Şahinin ona aşağı qiymətə mal almasını təklif etdiyini, onun da Şahinin təklifi ilə razılaşdığını bildirmişdir. Şahin, Çingizə aldığı malların pulunu işdən kənarda verməyi xahiş etmişdir. Çingiz də qaimə əsasında ona verilən malların pulunun bir hissəsini Şahinə dəyərindən aşağı nağd olaraq kənarda vermişdir. Çingizin Şahindən aldığı mallara görə borcu qalmamışdır. Çingiz, özündə olan bütün qaimləri ona vermiş və Şahinin ondan aşağı qiymətə alması nəticəsində yaranmış fərqi onun yerinə müəssisəyə ödəməyini və sonra onunla hesablaşacağını xahiş etdiyini demişdir. Çingiz də Şahinə inanaraq 2450 manat pulu gətirib mühasibatlığa ödəyib qəbz almışdır. Lakin, Şahin sonradan həmin pulu söz verməsinə baxmayaraq Çingizə ödəməmişdir. Daha sonra N.F.Cabbarov ifadəsində göstərmişdir ki, əgər o, Şahinin arvadını aldadıb avtomobilin onun adına keçməsi ilə bağlı sərəncam hüququ verən etibarnaməyə qol çəkdirmişdirsə ondan hansı səbəbdən Şahin ondan sonra şirkətə 3000, 5000 və 14000 manat pul ödəmişdir. Bundan başqa əgər Şahin ödədiyi 3000, 5000 və 14000 manata görə qəbz istəmişdirsə hansı səbəbə görə verdiyi 8000 manata görə qəbz istəməmişdir. Şahin həmin ödənişlərdən sonra da onunla mütəmadi olaraq "xxxx" vasitəsilə əlaqə saxlayıb pulun qalan hissəsini ödəyəcəyini demişdir. Müəssisədəki çatışmazlıq müstəqil auditor tərəfindən təqdim olunmuş qaimələr əsasında hesablandığına, Təqsirləndirilən şəxs1 ziyan vurduğunu etiraf etdiyinə görə anbardakı malların miqdarının hesablanması zərurəti olmamışdır. Malın hər hansı səbəbdən geri qaytarılması üçün mütləq qaydada ona deyilməli imiş. O da mala baxıb həmin malın ya keyfiyyətsiz olması, ya da hər hansı bir başqa səbəbdən müştəriyə lazım olmaması qənaətinə gəldikdən sonra malı geri qəbul etmiş və o halda Şahin tərəfindən ona bildiriş verilmiş, o da həmin bildirişi öz imzası ilə təsdiq edib mühasibatlığa vermişdir ki, mal geri qaytarılıb və müştərinin adından borc çıxılsın. Yəni, Şahin ondan xəbərsiz hər hansı məhsulu geri qəbul edə bilməzdi. Bundan başqa ümumiyyətlə Rasim indiyənədək götürdüyü hər hansı məhsulu geri qaytarmamışdır. Hazırda təqsirləndirilən şəxslər tərəfindən Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyan tam ödənildiyindən onlara qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərmişdir ki, 5 ildir ki, sellofan istehsal edən müəssisələrdən həmin məmulatı alıb Sumqayıt şəhərində yerləşən mağazalara paylayır. Mal aldığı müəssisələrdən biri də şəhərin Metallurq küçəsində yerləşən Zərərçəkmiş şəxs MMC olmuşdur. Həmin cəmiyyətlə əlaqələri həmişə yaxşı olmuş, aldığı sellofanın pulunu da həmişə nağd olaraq ödəmişdir. O, həmişə malı satışa baxan anbardar Şahindən almışdır. Sonuncu ona malı verərkən həmişə 4 nüsxədən ibarət qaimə yazmışdır. Şahin qaimənin birini ona, birini mühasibatlığa, birini qapıya vermək üçün ona təqdim etmiş, qaimənin biri isə onun özündə qalmış, həmin qaimələrlə o, mühasibatlığa getmiş, qaiməni mühasibatlığa vermiş və gələn dəfə pulu ödəyəcəyini demişdir. Gələn dəfə gələndə pulu ödəmiş, lakin ona pulun ödənməsi barədə qəbz verilməmişdir. Bundan sonra qaimələrin birini ondan pulu qəbul edən şəxs, birini Şahin götürmüş, biri onda qalmış, birini də çıxanda sexin qapısına vermişdir. Sellofan kiloqramla satılmış və kiloqramını 2 manat 25 qəpiyə almışdır. Şahini təxmini 2-3 il, yəni orada işlədiyi müddətdə tanımışdır. Şahinlə münasibəti həmişə normal olmuşdur. Təxminən 2019-cu ilin iyun ayında Şahin ona təklif etmişdir ki, satdığı məhsulu 10 qəpik aşağısına versin. O, bunun necə olacağını soruşmuş, Şahin isə “bəzi müştərilər vardır, onlar sənə nisbətən sexdən malı ucuz alırlar, malın yarısını onların adına yazıram, sən pulu mənə verərsən mən də pulu onların adına yazıb kassaya ödəyərəm” kimi sözlər demişdir. O, Şahinin sözlərini səmimi olaraq qəbul etmiş və hesab etmişdir ki, Şahin ona yaxşılıq edir. O, etiraz etməmişdir. Həmin ayda o, təxminən 15 dəfə Şahindən hər dəfə təxminən 500 kq. çox torba götürmüşdür. Bundan cəmisi 5 dəfə Şahinin dediyi qaydada, yəni ona ucuz verilən malın pulunu hesablayıb həmin pulu Şahinə vermiş, öz qiymətinə verilən malın pulunu isə sexin xəzinəsinə ödəmişdir. Ona verilən qaimədə aldığı malın çəkisi tam olaraq yazılmış, lakin onun 200 kq pulunu qeyd etdiyi kimi, Şahinə vermiş, o da onu nisbətən malı ucuz alan müştərilərin adına yazacağını və sonuncular tərəfindən ödəmə kimi qeyd edecəyini fikirləşmişdir. Və belə qaydada Şahinə təxminən 2100 manat pul vermişdir. Şahinin ona ucuz verdiyi malın satılması nəticəsində cəmi 100 manat xeyri olmuşdur. Bir müddət sonra Şahin ona zəng etmiş və ona başqalarının adına yazdığı pulun onun adında nisyə kimi göstərildiyini, Natiqgilə soruşacaqları halda Şahindən həmin malı nisyə götürdüyünü deməyini demişdir. O, Şahindən sonuncuya verdiyi pulun necə olacağını soruşanda, sonuncu “sübut edə bilmirəm, mənim maşınımı almışlar, anbar sayılsın, düz olduğum ortaya çıxanda sənin o, pulunu ödəyəcəyəm” kimi sözlər demişdir. Bundan bir neçə gün sonra sexin sahibi olan Natiq onu sexə çağırmış və onunla mühasibatlıqda görüşmüşdür. Natiq ona adına olan qaimələri göstərmişdir. Həmin qaimələrə baxdıqda mühasibatlıqda olan qaimələrdə yazılan torbaların çəkiləri və məbləğləri arasında fərq olduğunu görmüşdür. Yəni, onda olan qaimədə aldığı mal tam olaraq yazılmış, lakin mühasibatlıqda olan qaimədə 200 kq əskik yazılmışdır. O, əvvəlcə Natiqə Şahindən malı nisyə aldığını demişdir. Natiq isə ona belə olduğu təqdirdə borcu ödəməyini demiş, o da razılaşmışdır. Sexdən çıxıb Şahinə zəng edib sonuncuya nisyə adı ilə verdiyi pulunun tələb olunduğunu bildirmişdir. Şahin, isə vəziyyətinin pis olduğunu, sexdən pulunu alıb onun pulunu qaytaracağını demişdir. O da Şahinə inanıb sexə gəlmiş, 2475 manat borcunun olduğu bildirilmiş və o da həmin pulu xəzinəyə aparıb ödəmişdir. Təxminən 2-3 gün sonra ona Natiq zəng edib Şahinin onu polisə verdiyini demişdir. Bundan sonra ona məlum olmuşdur ki, Şahin ondan başqa eyni qadyada Rasimdən pulu alaraq xəzinəyə keçirməmişdir. Rasimlə Şahinin işləməsinin üstü açıldıqdan sonra sexdə yoxlama aparılıb və onun da sexə borclu olduğu aşkar olunmuşdur. Onun borcu guya Şahinin ona verdiyi 5 ədəd qaimə ilə bağlıdır, qalan qaimələrdə göstərilən pulları tam olaraq xəzinəyə ödəmiş, həmin qaimələrə görə heç bir borcu olmamışdır. Onun 5 ədəd qaimə üzrə borcu 2100 manat təşkil etmiş, qalan 375 manat isə həqiqətən onun özünün xəzinəyə olan borcu ilə bağlı olmuşdur. Şahinin ona verəcəyi pulun məbləği 2100 manatdır, çünki, o, həmin pulun Şahinin xahişi ilə xəzinəyə ödəmiş, halbuki, həmin pulu Şahin ondan almışdır. O, sonradan Şahinlə görüşərkən “deyirsən ki, məndən aldığın pulu kassaya ödəmisən, bu halda sənin xeyrin nə olmuşdur” kimi sözlər demiş, Şahin isə hər kq-dan 10 qəpiyin ona qaldığını demişdir. Əvvəl nisyə aldığı malın pulunu vermək üçün sexə gələndə, tutaq ki, 1000 manatlıq mal almağa gələndə, Şahin ona “400 manatını mən ucuz mal verilən müştərinin adına yazmışam, həmin pul mənə ver ki, aparım mühasibatlığa həmin şəxsin adına keçirim” kimi sözlər deyirmiş, o da 400 manatı Şahinə verirmiş, qalan 600 manatı isə aparıb xəzinəyə ödəyirmiş. O, mal alanda pulu həmin vaxt verməmiş, nisyə götürmüş, lakin malın qaiməsini xəzinədara verib çıxıb getmişdir. Növbəti dəfə mal almaq üçün gələndə yenə qaimə yazılmış, o, həmin qaiməni yenə xəzinədara verib keçən dəfə aldığı malın pulunu da sonuncuya ödəmiş, həmin gün aldığı malın pulu isə nisyə olaraq qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1lə birlikdə işləmişdir. O, anbardan satılan məhsulların uçotunu aparmış, yəni anbara gətirilən mallar alıcıya veriləndə Şahinin deməsi əsasında o, kitaba qeydlər etmiş, yəni malın kimə verilməsi, hər bir malın adı, çəkisi, qiyməti və sonda alınan malın ümumi həcmi, məbləğini yazmış, Şahin isə malın verilməsinə dair kompüterdə qaimə yazıb çıxarmışdır. Qaimələrin yazılması ilə bilavasitə Şahin özü məşğul olmuş, alıcı pulu xəzinəyə ödəmişdir. Şahin heç vaxt onun yanında alıcıdan pul qəbul etməmişdir. Onlardan mal alan şəxslərdən biri də Azərsunda işləyən Rasim olmuş, sonuncu demək olar 2 gündən bir, bəzən isə gün ərzində 2-3 dəfə Şahininin yanına gəlib mal aparmışdır. Bəzən isə Rasimin əvəzinə atası gəlib onlardan mal aparmışdır. Rasim, Azərsunun işçisi olsa da, özü müstəqil bir şəxs kimi məhsul alıb satmaqla məşğul olmuşdur. O, həmişə olduğu kimi, anbardan ona mal veriləndə Şahinin deməsi əsasında alınan bütün malların adlarını anbar kitabına yazmış, Şahin isə Rasimə malın alınması barədə qaimə yazıb vermişdir. O, işlədiyi dövrdə heç vaxt Şahinin yazdığı qaimə ilə anbar kitabını üzləşdirməmiş, çünki həmin qaimələri Şahinə aparıb sonradan mühasibatlığa vermiş, ikisini alıcı götürüb çıxanda birini qapıya vermiş, axırıncı qaiməni də Şahin özünə saxlamışdır. O, heç vaxt mühasibatlığa ödənilən pullar və verilən qaimələr arasında hər hansı bir fərq olduğunu eşitməmişdir. Dəqiq tarixi xatırlamadığı bir gün şirkətin rəhbəri olan Natiq ondan anbar kitabını istəmiş və o, həmin kitabı Şahinin yanında Natiqə vermişdir. Natiq kitabı açıb baxmış, həmin zaman Şahin birdən özündən getmişdir. Yaxınlıqda olan şirkətin təsisçisi Fizuli müəllim yaxınlaşmış və Şahinin üzünə su vurmağa başlamışdır. Bundan sonra ona məlum olmuşdur ki, Natiq kitabı qaimələrlə üzləşdirmiş və kitabda olan məlumatlarla mühasibatlıqda olan qaimələrdəki məlumatlar arasında fərq aşkar olunmuşdur. Lakin, məsələnin dərinliyinə qədər onun məlumatı olmamışdır. Növbəti gün işə gələn Şahindən nə baş verdiyini soruşuqda sonuncu, şəkərinin düşdüyünü bildirmişdir. Bundan sonra Şahin iki gün anbarda işləmiş və sonra çıxıb getmişdir. O, maraqlandıqda Natiqgil Şahinin anbardan buraxılan malın pulunu alıb xəzinəyə keçirməyərək mənimsədiyini bildirmişdir. Şahin, bunu şirkətin rəhbərinə etiraf etmiş və pulu ödəyəcəyinə söz vermişdir. Həmin gündən sonra o, Şahini görməmişdir. Şirkətə audit gəlib anbarı yoxlayanda anbar kitabı yoxlanmış və qaimələrlə üzləşdirilmişdir. Onda ona məlum olmuşdur ki, Şahinin mühasibatlığa verdiyi qaimədə malların sayını azaltmış və yaranmış fərqi mənimsəmişdir. Şahinin nə qədər pul mənimsəməsi barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X4 göstərmişdir ki, əsas işi şirkətə daxil olan pul vəsaitlərinin qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatlarının yerinə yetirməsindən ibarətdir. İş vaxtı saat 09 radələrindən saat 19 radələrinədək olmuşdur. Şirkətdə 10 ilə yaxındır ki, işləyir. Şirkət polietilen məhsullarının istehsalı ilə məşğuldur. Həmin məhsullar istehsal olunduqdan sonra anbara təhvil verilir. Anbardar vəzifəsində Təqsirləndirilən şəxs1 işləmişdir. Məhsul anbara təhvil verildikdən sonra oradan birbaşa məhsulun satışı həyata keçirilmişdir. Satış bəzən nağd, bəzən isə nisyə olaraq ləyata keçirilmişdir. Anbarda alıcının adına 4 nüsxədən ibarət qaimə yazılırdı və həmin qaimələrdən ikisi alıcıya verilirdi, alıcı çıxanda onlardan birini qapıya təqdim edirdi, birini mühasibatlığa təqdim edirdi, biri də anbarda qalırdı. Alıcı nağd şəkildə ödənişi həyata keçirdikdə qaiməni xəzinədarlığa təqdim edirdi və onun əsasında ödəniş edirdi. Elə də olurdu ki, ödəniş nisyə olaraq həyata keçirilirdi. Belə olan halda borclu olan şəxsin adı mühasib tərəfindən kompüterdə qeyd olunurdu və sonradan həmin siyahı ona təqdim olunurdu. Borclu olan şəxslər də həmin siyahı əsasında sonradan gəlib xəzinədarlığa ödəniş edirdilər. Qaimələr isə mühasibatlığa anbardar tərəfindən təqdim olunurdu. Borclu olan şəxs gəlib ödəniş etdikdə o dərhal mühasibə məlumat vermişdir. Tez-tez həmin siyahılar və qaimələr üzrə üzləşmələr aparırmışlar ki, hər hansı bir uyğunsuzluğun olubolmamasını müəyyən etsinlər. Bizdən məhsul alan şəxslərdən biri də “Azərsun”da işləyən Rasim olmuşdur. Rasim gündə elə olurdu ki, 2-3 dəfə şirkətə gəlib mal alıb gedirdi. Rasim də yuxanda qeyd etdiyi kimi elə olurdu ki, önədişi nəğd səkildə həyata keçirirdi, elə də olurdu ki, məhsulu borca alırdı, elə də olurdu ki, məhsulun pulunun bir hissəsini verirdi, digər hissəsinə isə borclu qalırdı. Elə olanda yuxanda qeyd etdiyi kimi mühasibə məlumat verirmiş, mühasib kompüterdə Rasimin onlara borclu olan məbləği qeyd edirmiş və sonra həmin siyahını ona təqdim edirdi. Həmin siyahı əsasında da Rasim gəlib borcu qaytardıqda o mühasibə məlumat verirmiş və mühasib Rasimin adını siyahıdan çıxartmışdır. Onu da bildirir ki, Rasim onlardan məhsulu əsasən borca götürürdü. Budan başqa onu da qeyd edim ki, pulu xəzinədarlığa alıcının özü şəxsən təqdim edirdi. Rasim özü tez-tez ona və mühasibə zəng vurub borclu olan məbləği dəqiqləşdirirdi. O həmişə Rasimə ödədiyi pulu və qalıq borcu barədə məlumat vermişdir. Belə üzləşmələrin təşəbbüskarı demək olar ki, həmişə Rasim olmuşdur. Dəqiq tarixi yadında deyil, təxminən yay fəslində məlum olmuşdur ki, Rasimin aldığı məhsula görə mühasibatlığa və qapıya təqdim olunmaq üçün verilən qaimələrin arasında uyğunsuzluq vardır. Belə ki, qapıya təqdim edilən qaimələrdə malın miqdarı və dəyəri mühasibatlıqda olan qaimələrdə göstərilən miqdardan və dəyərdən çox olmuşdur. Yəni, Şahin qapıya təqdim olunmaq üçün bir qaimə yazırmış, mühasibatlığa isə başqa cür qaimə yazırmış, yəni mühasibatlığa verdiyi qaimədə malların sayını azaldıb yaranmış fərqi mənimsəyirmiş. Bir daha bildiri ki, Şahin özü hər hansı alıcıdan pul alıb xəzinədarlığa ödəniş etməmişdir, buna dair onun icazəsi olmamışdır. Yəni, Şahin alıcıdan pul alıb xəzinədarlığa təqdim edə bilməzdi. Şahin ancaq qaiməni mühasibatlığa təqdim edirdi. Şahinin dəqiq hansı məbləğdə pul mənimsəməsini bilməmiş, Şahin pulun mənimsəməsi faktını etiraf eləmiş və pulu yavaşyavaş ödəcəyinə söz vermişdir. O bildiyi qədər Şahin pulun müəyyən bir hissəsini şirkətə qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X11 göstərmişdir ki, təxminən 10 ildir ki, Fin Plast şirkətində gözətçi vəzifəsində işləyir. Vəzifə funksiyası şirkətin giriş-çıxış qapısında dayanıb şirkətdən çölə çıxan polietilen məhsullarının sayını onların qaimə ilə uyğun gəlibgəlmədiyini yoxladıqdan sonra, müsbət halda həmin məhsulların sərbəst buraxılmasını təmin etməkdən ibarətdir. Belə ki, qaimə 4 nüsxədən ibarətdir, onun biri ona, biri mühasibatlığa, biri alıcı, biri isə anbar üçün nəzərdə tutulmuşdur. Anbarda Təqsirləndirilən şəxs1 işləyirdi. Şahin anbara daxil olan və çıxan məhsulların qeydiyyatını aparırdı. Alıcı gəlib mal aldıqda Şahin 4 nüsxədən ibarət olan qaimə yazırdı və həmin qaimələrdən biri də alıcı tərəfindən ona təqdim olunurdu. Bundan başqa Şahinin köməkçisi də var idi ki, hansı ki, anbardan çıxan məhsulların qeydiyyatını öz kitabında aparırdı. Şahin bir neçə ildir şirkətdə anbardar vəzifəsində işləyirdi. Bu müddət ərzində onunla çox yaxşı münasibəti olmuşdur. “Azərsunda” işləyən Rasimi bir neçə ildir tanımışdır. Belə ki, Rasim gündə bir dəfə və ya bir neçə dəfə şirkətə gəlib mal alıb çıxıb gedirdi. Onunla da yaxşı münasibəti olmuşdur. Bu müddət ərzində şirkətdən çıxan məhsulun sayı ilə qaimə arasındakı fərqi müəyyən etməmişdir. Dəqiq tarixi yadında deyil, 2019-cu ilin yay aylarında şirkətin rəhbəri ona demişdir ki, o alıcıların ona təqdim etdiyi qaimələri ona verməyini bildirmişdir. O da həmin qaimələri şirkətin rəhbərinə vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, şirkətin rəhbərliyi ona təqdim olunan qaimələrlə mühasibatlığa təqdim olunan qaimələrin arasında fərq aşkar edilmiş və bilmişdir ki, Şahin xeyli miqdarda şirkətin pulunu mənimsəmişdir. Belə ki, Şahin ona təqdim olunmaq üçün bir qaimə yazırmış, mühasibatlığa isə başqa cür qaimə yazırmış, yəni mühasibatlığa verdiyi qaimədə malların sayını azaldıb yaranmış fərqi mənimsəyirmiş. Şahinin nə qədər pul mənimsəməsi, bu işdən Rasimin nə kimi rolunun olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X7 göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun oğludur. Rasim isə “Azərsun” şirkətində işləyir. Rasim özü üçün "xxxx" şirkətindən polietilen məhsullarını ucuz qiymətə alıb mağazalara satışını həyata keçirmişdir. Rasimin iş vaxtı saat 18-19 radələrində qurtardığı üçün sonuncu, polietilen məhsullarını işdən sonra gəlib almış, lakin təxminən 2018-ci ilin axırında "xxxx" şirkətinin direktoru saat 18 radələrindən sonra şirkətdən məhsul almağı qadağan etmiş, ona görə də Rasim işdə olan vaxtı ona "xxxx" şirkətinə gedib sifarişi əsasında hazır olan məhsulu götürməyini demişdir. O, məhsulları "xxxx" şirkətinin anbarından götürmüş, anbarda Şahin və İslam adlı iki nəfər işləmişlər. Məhsulları götürdükdə İslam öz kitabında qeydiyyat etmiş, Şahin isə istifadəsində olan kompüterdə qaimələri yazıb ona vermişdir. Şahin ona iki qaimə vermiş, biri ona, biri də qapıya təqdim etmək üçün olmuşdur. Həmin qaimələrdə alıcı kimi Rasimin adı qeyd olunmuş, o da həmin qaimələrdə “Təhvil aldı” qrafasında qol çəkmiş, sonra isə malları götürüb qapıya yaxınlaşmış və qaimənin birini qapıda dayanan mühafizəçiyə təqdim etmişdir. Ondan sonra isə şirkətdən çıxıb Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi “Trest” deyilən yerin yaxınlığında yerləşən dəmir köşkə gedib götürdüyü məhsulları orada boşaltmışdır. Rasim də işdən sonra gəlib həmin məhsulları aparmışdır. Dəfələrlə elə olmuşdur ki, qaimədə göstərilən mallar əskik olmuş, o da yenidən şirkətə gəlib həmin malı götürmüş və bunun üçün ona yeni qaimə yazılıb verilmişdir. Lakin, həmin qaimə həmin o əskik mal üçün yox, ümumi olaraq götürdüyü mal üçün yazılmış, yəni götürdüyü mallar üçün iki eyni qaimə yazılmışdır. Həmçinin elə də olmuşdur ki, o, malı boşaldıqdan sonra Rasim ya mal keyfiyyətsiz olduğuna, ya da hər hansı başqa səbəbdən ona lazım olmadığına görə geri qaytarmağını demişdir. O da mal alan günün səhərisi və ya ondan bir neçə gün keçdikdən sonra malı boşaltdığı yerə gedib lazım olmayan malı götürüb şirkətə qaytarmış, şirkətə malı qaytardıqda ona heç nə verilməmişdir. Rasim özü şirkətlə danışmış, onun işii isə ancaq malı geri qaytarmaq olmuşdur. Şirkətə mal arxasınca gedəndə Rasim həmçinin ona xəzinəyə ödəməyə pul da vermişdir. Rasim müəyyən mallara görə pulu özü, müəyyən mallara görə isə pulu ona xəzinəyə ödəmək üçün vermişdir. O, pulu həmişə xəzinədara ödəmiş, lakin bir dəfə elə olmuşdur ki, xəzinədar yerində olmadığına görə pulu xəzinədara vermək üçün xəzinədar oturduğu otağın yanında oturan qadına vermişdir. Rasim onun bildiyinə görə pulu ya xəzinədara, ya da Şahinə ödəmişdir. Rasim Şahinə pulu o vaxt vermişdir ki, işdən gec gəldiyi üçün xəzinədar iş yerində olmamışdır. Şahin də həmin pulu xəzinədara vermişdir. Pulu xəzinədara verəndə ona hər hansı qəbz verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, o yuxarıda göstərilən vəzifədə 2018-ci ilin avqust ayının 1-dən işləyir. Əsas işi şirkətin mühasibat uçotunu aparmaqdan ibarətdir. Şirkət politilen məhsullar istehsal etməklə məşğuldur. Həmin məhsullar istehsal olunduqdan sonra hazır məhsul anbarına təhvil verilir. Hazır məhsul anbarının anbardarı həmin dövrdə Təqsirləndirilən şəxs1 işləmişdir. Məhsul anbara verildikdən sonra birbaşa anbardan onların satışı həyata keçirilirdi. Satış bəzən hesablaşma, bəzən isə nəqd olaraq keçirilirdi. Anbardan məhsul qəbul olunduqdan sonra müraciət edən alıcının adına 4 nüsxədən ibarət qaimə yazılırdı və həmin qaimələrdən ikisi alıcıya verilirdi, alıcı çıxanda onlardan birini qapıya təqdim edirdi, birini anbardar mühasibatlığı təqdim edirdi, biri də anbarda qalırdı. Alıcı çox vaxt həmin qaimə əsasında cəmiyyətin xəzinəsinə ödəniş edirdi. Xəzinə mühasibatlıqda birinci mərətbədə yerləşirdi və xüsusi otaq ayrılmışdı. Son vaxtlara qədər xəzinədar X4 işləyirdi. Alıcı qaməni xəzinədara təqdim edirdi, onun əsasında ödənişi edirdi və sonda qaimə mühasibağa təqdim olunurdu və onun əsasında üzləşmə aparılırdı. O üzləşmə apararkən köməkçisinə verdiyi göstəriş əsasında sonuncu Şahindən anbar kitabını alıb gətiridi və onlar birlikdə verilən pulu və qaiməni anbar kitabında olan məlumatlrala üzləşdirdikdən sonra sənədləri mühasibatlığa işləyirmişlər. Həmin dövrdə köməkçi Abbasov Əli işləyirdi. Hazırda o, işdən çıxmışdır. Belə üzləşmə aparılarkən o Şahin tərəfindən ödənilən, qaimədə yazılan məlumatlar və anbar kitabında olan məlumatilar arasında hər hansı bir fərq aşkar etməmişdir. Onlardan mal alan şəxslərdən biri də Azərsunda işləyən Rasim adlı şəxs olmuşdur. Onlar müasibat sənədlərini nəzərdən keçirərkən müəyyən etmişlər ki, Şahinin əvvəlki dövrlərlə Rasimlə böyük məbləğlərdə dövriyyəsi olmamışdır. Lakin son dövrlərdə Rasim daha çox mal aparırdı. Rasimlə tez- tez zəngəşib onun apardığı və ödədiyi pulla əlaqədar şifahi üzləşmə aparırmışlar. Ona həmişə apardığı malın miqdarı, ödədiyi pul, qalıq borcu barədə məlumat verirmişlər. Belə üzləşmənin təşəbbüskarı demək olar ki, həmişə Rasim özü olmuşdur. Dəqiq tarixi yadında deyil, bir gün cəmiyyətin rəhbəri olan Natiq onun yanına gəlmiş və bildirmişdir ki, Rasimin aldığı malların hesabatını yoxlasınlar. O Rasimin adına olan bütün qaimələri çıxartmış və Natiq anabardarın köməkçisi olan İslama anbar kitabını gətirməyə tapşırmışdır. Az sonra İslam gəlmiş və anbar kitabını onlara verərək bildirmişdir ki, Şahindən ayrı olaraq özü anbar kitabını aparmışdır. Natiqlə o anbar kitabını qaimələrlə üzəlşdirirkən onlar arasında uyğunsuzluq aşkar etmişlər. Bundan sonra Natiq qapıda olan qaimələri də götürmüş və onları mühasibatlıqda olan qaimlərlə üzləşdirərkən onlarda olan məlumatların bir birindən fərqləndiklərini görmüşlər. Belə ki, qapıya təqdim edilən qaimlərdə malın miqdarı və dəyəri, mühasibatlıqda olan qaimlərədə göstərilən miqdardan və dəyərdən çox olmuşdur. Bəzi qapıda olan qaimələrdə alıcının malı və malın dəyəri yazıldığı halda mühasibatlıqda olan qaimədə isə qaimənin ləğv olunduğu qeyd olunmuşdur, yəni orada olan məlumatların qaralanmışdır. Lakin hər iki qaimələrdə nömrələr eyni olmuşdur. Natiq Şahini öz otağına çağırmış və qaimələri ona göstəmişrdi. Buna qədər is biz İslamdan anbar kitabını istəyəndə Şahin bunu görüb halı pisləşmişdir, hətta bunu eşidən Füzuli müəllim onu həkimə aparmışdır. Həkimdən qayıdandan sonra Natiq öz otağında qaimələri və anbar kitabını Şahinə göstərəndə Şahinin vəziyyəti yenə pisləşmiş və etdiklərini boynuna almışdır, yəni bildirmişdir ki, ehtiyacı olduğundan Rasimdən və Çingizdən məhsula görə aldığı pulun bir hissəsini mühasibatlığa verməmiş, qaimələrdə yanlışlığa yol vermişdir. Sonra izahat yazaraq həmin hərəkətləri etmişdir, araşdırılsın və onun nə qədər borcu varsa ödəyəcəyini bildirmişdir. Qərara alınmışdır ki, heç kimə bu barədə bildirilməsin, cünki Şahin özü bunu xahiş etmişdir. O növbəti gündən başlayaraq araşdırmış və Şahinin hesabında təxminən 70.000 manata yaxın çatışmamazlıq aşkar olunmuşdur. Bu fərq ancaq iki alıcı Rasim və Çingizə görə yaranmış, qapıya verilən qaimə ilə mühasibatlığa Şahinin verdiyi qaimələr arasında olan fərqə görə yaranmışdır. Şahin həmin məbləğə tərəddüdlə baxmışdır. Buna görə rəhbərlik audit yoxlaması çağırmaq qərarına gəlmiş və audit tərəfindən aparılan yoxlama zamanı yekun aktda onun müəyyən etdiyi çatışmayan məbləğ olduğu kimi müəyyən edilmişdir. Bu müddətə qədər də Şahin borcunun bir qismini dəqiq yadıda deyildir, iki və ya üç dəfəyə cəmi 21000 manata yaxın pul ödəmişdir. Hətta o, özünün yaxın qohumunu da idarəyə gətirmiş, həmin şəxsi özünün ağsaqqalı kimi təqdim etmişdir. Həmin şəxs bildirmişdi ki, Şahinin bütün borcu ödəniləcəkdir. Həmin gün o, 14.000 manat ödəniş etmiş, Şahin hətta onun yanında borcunun qarşışılı olaraq mahşınını Natiqin adına keçirməyi bildirmişdir. Natiq hətta ondan maşının lazım olmadığını, vurulmuş ziyanın ödənilməsinin zəruri olduğunu izah etmişdir. Sonradan o eştmişdir ki, notarusda maşını Şahin Natiqin adına keçirmişdir. Natiq ona maşını özünün satıb pulunu cəmiyyətə keçirməyi təklif etmişdi. Məhkəmədə əlavə şahid kimi dindirilmiş X6 göstərmişdir ki, bir neçə dəfə “X12” MMC-də nəğd pula məhsul-polietilen torbalar almışdır, nəğd ödəniş apararaq kassa kitabına imza etmiş, ona verilmiş qaimə əsasında məhsulu qapıdan çıxartmışdır. Belə ki, qaimə 4 nüsxədən ibarətdir, onun ikisi ona, biri mühasibatlığa, biri anbar üçün nəzərdə tutulmuş, ona verilən iki qaimədən birini qapıda duran mühafizəçiyə verib çıxmışdır. İş matteriallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizası üzrə 22498 saylı, 29.11.2019-cu il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs MMC-də 2018-ci ilin oktyabr ayında 2136 manat, noyabr ayında 7179 manat, dekabr ayında 8165 manat, 2019-cu ilin yanvar ayında 10040 manat, fevral ayında 3273 manat, mart ayında 8421 manat, aprel ayında 8226 manat, may ayında 12.302 manat, iyun ayında 7741 manat, ümumilikdə 67.483.00 manat məbləğində çatışmazlıq müəyyən edilir. İş matteriallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə 9/6318 saylı, 15.11.2021-ci il tarixli rəyindən görünür ki, şahid ifadələrinin (izahatların), eləcə də 15 avqust 2019-cu il tarixli “X2”nın düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda, Zərərçəkmiş şəxs MMC-də yaranmış çatışmazlıq 67.483,00 manat məbləğində müəyyən edilir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X1 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə vurulmuş maddi ziyan tam olaraq ödənildiyi üçün onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə vurduqları maddi ziyanı tam olaraq ödədikləri üçün zərərçəkmiş hüquqi şəxsin onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında məbləği dövlət büdcəsinə ödəniş etdiklərinə görə barələrində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Sumqayıt filialının 23406 №li, 26 yanvar 2022-ci il tarixli qəbzindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 5752.00 manat məbləğində pul müştərək şəkildə dövlət dövlət büdcəsinə ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 21.02.2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 25.02.2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlini 06.10.2018-ci il tarixdən 29.06.2019-cu il tarixədək törətmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Həmin Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X9 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X10 məhkəmə istintaqı zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cu maddəsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 313-cu maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.2.3, və 32.5, 179.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli, onlar cinayət məsuliyyətindən azad edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 500.00 (beş yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiləri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 313-cü maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 179.2.3 və 32.5, 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 500.00 (beş yüz) məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X9 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X10 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar