Məhkəmə qərarları › İş №1(060)-4/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-4/2023

24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-4/2023 24.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, işsiz, orta təhsilli, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, çəkilməmiş 05 ay 09 gün cəzası olan, ünvan 2-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham ondan ibarətdir ki, o, özgənin əmlakını talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 icarəyə işlətdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən “Corat” marketin dəmirdən olan giriş qapısının kilidini açar seçmə yolu ilə açaraq qanunsuz içəriyə daxil olaraq oradan 01 ədədi 8 manat 5 ədədi 40 manat olan 1 litrlik “Sultanbek”, 01 ədədi 5 manat 12 ədədi 60 manat olan 0,7 litrlik “Sultanbek”, 01 ədədi 5 manat 10 ədədi 50 manat olan 0,5 litrlik “Cristaya Serebro”, 01 ədədi 5 manat 10 ədədi 50 manat olan 0,5 litrlik “Ruska” spirtlik içki olan araqlar, 01 ədədi 01 manat 50 ədədi 50 manat olan böyük “bizon” enerji içkisi, 01 ədədi 1,60 manat 15 ədədi 24 manat olan 2 litrlik “Cola”, 01 ədədi 1,60 manat 10 ədədi 16 manat olan 2 litrlik “Fanta”, 01 ədədi 1 manat 10 ədədi 10 manat olan 1 litrlik Sprite”, 01 ədədi 1 manat 10 ədədi 10 manat olan 1 litrlik Fanta içkiləri, 01 ədədi 1,50 manat 5 ədədi 7,50 manat olan böyük “Snikers”, 01 ədədi 1,50 manat 5 ədədi 7,50 manat olan böyük Twix şokoladları və xırda qəpiklərlə 50 manat nağd pulu gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə təxminən 375(üç yüz yetmiş beş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində yerləşən “20 Yanvar” dairəsi yaxınlığında istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,270 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 00:14də Sumqayıt şəhəri 3-cü mikrorayon, 9/16 saylı binanın yaxınlığında Sumqayıt ŞPİ-nin 3cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölməyə gətirilmiş və orada xidməti otaqların birində üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi xalis çəkisi 1,270 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 04:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 455 saylı evə bitişik olan mağazaya dəmirdən olan giriş qapısının içəridən olan kilidini mismarla sıxıb açaraq qanunsuz içəriyə daxil olub oradan 01 bloku (içərisində 10 qutu, 01 qutunun dəyəri 2,30 manat) 23 manat olan «Rothmans» markalı, 01 bloku (içərisində 10 qutu, 01 qutunun dəyəri 1,80 manat) 18 manat olan «Argo» markalı, 01 bloku (içərisində 10 qutu, 01 qutunun dəyəri 2,30 manat) 23 manat olan «Vinçester» markalı, 01 ədədi 2,30 manat olan 10-nu 23 manat olan 10 qutu «Rothmans» markalı siqaretləri, 01 ədədi 01 manat 15 ədədi 15 manat olan yarım litrlik «Bizon» markalı enerji içkisini və içərisində alış-veriş market kartları və 335 manat nağd pul olan 5 manat dəyərində pul kisəsini gizli talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə təxminən 442 (dörd yüz qırx iki) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, qeyd edilən narkotik vasitə onun üstündən çıxmayıb. 3-cü PB-nin polis əməkdaşları onu Corat Bələdiyyəsinin heykəlinin yanında 02 mart 2021-ci il tarixdə səhər saat 11-12 radələrində saxlamışlar. Həmin vaxt telefonunu da alıb ciblərinə qoymuşlar. Onu bölməyə gətirərək Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə sənədləşdirmişlər. O, narkotik vasitənin ona məxsus olmadığını qeyd etsə də onun sözünə əhəmiyyət verməmişlər. Onu 3-cü mikrorayonda qarajlar adlanan əraziyə aparmışlar. Orada 30 metr onu qabağa buraxaraq guya onu narkotiklə tuturlar deyə görünüş yaratmışlar. Onun cibinə narkotik vasitəni polis əməkdaşı qoymuşdur. Onu gecə saat 2-də videoçəkilişlə aparmışlar. Onu polis bölməsində polis əməkdaşı vurmuş və buna dair MSY-də qeyd aparılmışdır. O, sənədlərə imza etmədiyindən ayağının altından onu vurmuşlar. xx.xx.2021-ci il tarixdə onun bədənində xəsarətlər olmuşdur. Müdafiəçisi Müdafiəçi sonradan oraya gəlmişdir. Müdafiəçi orada onunla konfidensial qaydada görüşmək istədə də ona mane olmuşlar. Onu Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həbsdən azad etmişlər. Amma daha sonra guya onu yenə oğurluq əməli törətdiyini bildirərək saxlamışlar. O, yenə də Müdafiəçi seçmək istədiyini bildirsə də onu təyin etməmiş, başqa vəkil təyin etmişlər. Oğurluq əməlini də o etməmişdir. Həmin vaxt o 6 saylı cəzaçəkmə müəssisəsində karsda olmuşdur. Həmçinin istintaq zamanı ifadə verməmişdir. İkinci dəfə onu 1-ci PB-nin əməkdaşları tutmuşlar. Onu bölmədə 3 gün saxlamışlar. Məhkəmədən barəsində bəraət verilməsini xahiş edir. İbtidai istintaq dövründə təqsirləndirilmiş şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, 2021-ci ilin əvvələrində işsiz olduğundan və pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş, o Sumqayıt şəhəri, Corat qəsəbəsində qaldığından həmin əraziləri yaxşı tanıdığı üçün və qaldığı yerə yaxın olduğundan oradan oğurluq etməyi fikirləşmişdir. O, xx.xx.2021-ci il tarixdə saat 04 radələrində yaşadığı evdən çıxaraq Corat qəsəbəsində heçkəsə görünmədən gəzməyə və oğurluq etmək üçün yerlər axtarmağa başlamışdır. O, öz məhlələrində gəzərkən orada qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 məxsus “Corat” marketi görmüş və oradan oğurluq etməyi fikirləşmişdir. O, ətrafda kiminsə olub-olmadığına nəzər salmış və heçkəs olmadığından maqazinin giriş qapısına yaxınlaşmış, marketin işıqları sönülü olduğundan, marketin dəmirdən olan giriş qapısına əl atdıqda qapının açıq olduğunu görmüş, o marketin yiyəsinin qapını açıq qoyduğunu fikirləşərək içəri daxil olmuş, üzərində olan alışqanın işığını yandıraraq ətrafa baxmağa başlamış, şüşədən olan piştaxtanın üzərində 5 qutu “Rothmans” markalı siqaret və 5 ədəd böyük göy rəngli “bizon” enerji içkisi olduğunu görmüş və siqaretlərlə bizonları götürmüşdür. Daha sonra piştaxtanın üzərində olan şirniyyatların yanında plastmas qabda qəpik pullar olduğunu görüb, həmin qəpik pulları da götürərək ciblərinə doldurmuşdur. O, daha sonra marketdən çıxmaq istəyəndə şüşədən olan piştaxtanın üzərindəki tərəzinin yanında açar görüb fikirləşmişdir ki, giriş qapısının açarıdı. O, həmin açarı götürərək qapının üzərində yoxlamış və həmin qapının açarı olduğunu görmüşdür. O, oğurladığı siqaret, bizonları görürüb marketdən çıxdıqda giriş qapısını açarla bağlamışdır ki, heçkəs şübhələnməsin. Sonra həmin açarı marketin yaxınlığından gedəndə orada olan kanalizasiya qapağından içəriyə tullayıb, yaşadığı evə getmişdir. O evdə qəpik pulları saydıqda 20(iyirmi) manat olduğunu görmüş, həmin siqaretlərlə bizonları özü istifadə etmiş və 20 manat olan qəpik pulları da şəxsi ehtiyacları üçün xərcləmişdir. O, son bir neçə ay olaraq mütəmadi olaraq psixotrop maddə, el arasında “şüşə” adı ilə tanınan, metamfetamindən istifadə edir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında şəxsi işi ilə bağlı Bakı şəhərinə getmiş, Sumqayıt şəhərində qayıtmaq üçün 20 yanvar daiəsi yaxınlığında dayandığı vaxt üzdən tanıdığı, adını bilmədiyi şəxs yaxınlaşıb onunla söhbətləşməyə başlamış, söhbət əsnasında o ona özündə psixotrop maddə olan metamfetamin olduğunu, istəyirsə ona satacağını bildirərək əlində saxladığı şəffaf rəngli sellofan bükümü ona göstərmişdir. Kənar şəxslər olduğu üçün açıb içərisinə baxa bilməmiş, keyfiyyətinin necə olduğunu soruşanda onu əmin etmişdir ki, ondan narazı qalmayacaq. Deməsinə görə əlində tutduğu metamfetamin 1.5 qram çəkisindədir və 20 manata satır. O razılaşıb 20 manat pul verib həmin narkotik vasitə metamfetamini almış, yol marşurutu ilə Sumqayıt avtovağzalına oradan isə yaşadığı evə getmiş, xx.xx.2021-ci il tarixdə saat 23 radəərində psixotrop maddə metamfetamini əynindəki tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibinə qoyub evdən çıxmışdır. Həmin gün gec saatında evə qayıdacaqdı və əgər ürəyi istərsə münasib yer tapıb psixotrop maddə olan metamfetamini istifadə edəcəkdi. xx.xx.2021-ci il tarixdə saat 00:14-də Sumqayıt şəhəri 3-cü mikrorayon, ev 9/6 binasının yaxınlığında gedən zaman ona polis əməkdaşları yaxınlaşmışlar, əynində polis forması olan sonradan adının Rəşad Behbudov olduğunu bildiyi şəxs ona narkotik vasitələrin qanunsuz dövriyyəsində, saxlanılmasında, daşınmasında şübhəli olduğunu bildirib şübhəli şəxs qismində saxlanıldığını bildirmişdir. Sonra onu saxlayan polis əməkdaşları bir-bir özlərini təqdim etmişlər. Əynində polis forması ilə digər şəxs videoçəkiliş aparmışdır. Ondan vidoçəkilişin aparılmasına etirazının olub-olmaması soruşulmuş, o da heç bir etirazının olmadığını demiş, daha sonra üzərinə şəxsi axtarış keçirilməsi və sənədləşdirmə işləri davam etdirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PByə dəvət etmişlər, o da təkliflə razılaşmışdır. Videoçəkiliş davam etməklə onu xidməti avtomobillə Sumqayıt ŞPİ-nin 3-cü PB-yə aparmışlar, orada xidməti otaqlardan birində ona hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi təqdim edilərək hüquqlarının həmin müdafiəçi tərəfindən qorunmasına ertirazının olub-olmamasını soruşmuşlar. O, heç bir etirazının olmadığını bildirmiş, hüquq və vəzifələrinə dair ona bildiriş təqdim edilmiş, bildirişlə tanış olmuşdur. Vəkil Müdafiəçi tərəfindən də ona hüquq və vəzifələri izah edilmiş, təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olubolmamasını əgər varsa təqdim etməsini bildirmiş, o da əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibində saxladığı şəffaf rəngli sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin şəffaf sellofan açılmış, içərəsindəki ağ rəngli kristal formasındakı kütləni görən təhqiqatçı ondan həmin kütlənin tərkibi barədə soruşmuş, o da həmin kütlənin psixotrop maddə olan metamfetamın olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən çıxan həmin büküm və ona məxsus mobil telelfon qablaşdırılıb möhürlənmiş, digər əşyalar yəni, Rothmons markalı siqaret, alışqan, cib dəsmalı, USB kabel, qələm, bint, saqqız və baş geyimi əhəmiyyət kəsb etmədiyi üçün ona geri qaytarılmışdır. Videoçəkiliş sonlandırılıqdan sonra sənədləşmə işləri aparılıb şəxsi axtarışa dair protokol tərtib edilmiş, həmin protokol onlar tərəfindən imzlanmışdır. Saxlanılarkən və ya polis bölməsinə üzərinə şəxsi axtarış keçirilərkən həmçininin sonradan polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki psixi zorakılıq tətbiq edilməmişdir. Bununla əlaqədar o Sumqayıt ŞPİ- nin 3-cü PB tərəfindən şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verilmiş, sonra iş istintaqa göndərilmiş və onun barəsində cinayət işi başlanılaraq istintaqı Sumqayıt ŞPİ-in İŞ-də müstəntiq Asəf Hətəmli aparmış, o onun tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Sumqayıt şəhər məhkəməsi qarşısına çıxarılmış, lakin məhkəmə barəsində həbs qətimkan tədbiri seçməkdən imtina edərək onu həbsdən azad etmiş və müstəntiq Asəf Hətəmli tərəfindən həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, çıxıb evinə getmiş, lakin o işsiz olduğundan, pula ehtiyacı olduğu üçün yenə də oğurluq etmək qərarına gəlmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə saat 04:30 radələrində yaşadığı evdən çıxaraq hərəkət etməyə başlamışdır. O, 455 nömrəli evin yanından keçəndə gözü evə bitişik olan mağazaya dəymiş, beləki həmin mağaza Zərərçəkmiş şəxs1 həyat yoldaşının mağazası olmuşdur. Nasir məhlədə olan “Corat” marketi icarəyə götürərək işlədirdi. Həyat yoldaşı Zərərçəkmiş şəxs2 isə yaşadığı evlərə bitişik olan mağazanı işlədirdi. O orada qaldığından bilirdi ki, onlar yola getmədiklərindən ikisi də ayrı-ayrı mağazalar işlədirlər. O, yenə ətrafa fikir vermiş və heçkəs olmadığından yaşıl rəngli dəmir giriş qapısına yaxınlaşmışdır. O, onların mağazaya bitişik olan evdə yaşadıqlarını bildiyindən içəridə kiminsə olubolmadığına qulaq asmış və içəridən səs gəlmədiyindən heç kəsin olmadığını anlamış, həmin dəmir qapı içəridən bağlandığından və bayırdan dəmir qapı biraz aralı olduğu üçün o əlində olan mismarla boşluğa keçirilmiş dəmiri aralayıb çıxartmış və qapını açaraq içəriyə daxil olmuş, əl-barmaq izləri düşməməsi üçün əlinə parçadan əlcək geyinmişdir. O əlində olan alşqanın işığını yandıraraq ətrafa baxmış, mağazanın içərisində olan şüşədən olan vitrin soyuducunun içərisindən 1 ədəd markasını xatırlamadığı şokolad yağını, 1 ədəd təxminən 1 kilo olan markasını xatırlamadığı kolbasanı və 1 ədəd balaca “snickers”i, həmin soyuducunun arxa tərəfində olan 4 qutu “Argo” markalı siqareti, divarda olan rəfin üzərindən bir ədəd göy rəngli balaca “bizon” bir ədəd böyük bizon götürmüşdür. Daha sonra mağazanın içərisində açıq ara kəsmədən içəri otağa keçmiş, orada taxta stolun üzərində qadın pul kisəsi görmüş, o pul kisəsinin işərisinə baxdıqda içərisində alış-veriş kartları və bütöv 100 manatlıq əskinaslıq olan 100 manat pul görmüş, o həmin pul kisəsini də götürmüş, sonra içəridən səs gəldiyi üçün kiminsə oyanacağını fikirləşib onu görməsinlər deyə girdiyi giriş qapısından çıxmış, oradan çıxdıqdan sonra hava yavaşyavaş açıldığından evə getməmiş və bayırda tanımadığı 1-2 nəfər tüfeyli həyat sürən adam görmüş və onlar ac olduğundan onlarla birlikdə götürdüyü kolbasanı, çörəyi yemiş və bizonları da orada içmişlər, 4 qutu siqaretdən də ikisini onlara vermiş və qalan iki qutu siqareti, “snikers”i və 100 manat pulu isə özündə saxlamışdır. O pul kisəsindən pulu götürdüyü üçün pul kisəsi və içərisində olan alış-veriş kartları lazım olmadığından onu küçədə tullamış, o daha sonra həmin siqaretləri, snikersi və pulu da öz şəxsi ehtiyaclarına istifadə etmişdir. Daha sonra o, xx.xx.2021-ci il tarixdə Corat qəsəbəsində gəzən zaman polis əməkdaşları ərazidə baş verən oğurluqlarla bağlı şübhəli olduğundan onu saxlayaraq 1-ci Polis Bölməsinə dəvət etmişlər və o da orada etdiyi oğurluqları etiraf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluqların ikisini də tək etmiş, yanında heçkəs olmamış, Zərərçəkmiş şəxs1 ifadəsində icarəyə işlətdiyi “Corat” marketin axşam qapısını bağladığını, hətda yoxladığını və oğurluq edən şəxsin qapının üzərində olan qıfılı açar seçmə yolu ilə açdığını, marketdən 200 manat dəyərində müxtəlif spirtli içkilər, 200 manat dəyərində müxtəlif şirin sular, 70 manat dəyərində müxtəlif enerji içkiləri, 30 manat dəyərində şirniyyatlar, 50 manat olan qəpik pullar oğurlandığını, ona ümumilkdə 550 manat maddi ziyan dəyməsi barədə göstərdiyi xüsusatlar barədə bildirmişdir ki, “Corat” marketə daxil olarkən qapı açıq olmuş və o oradan 5 qutu “Rothmans” markalı siqaret, 5 ədəd böyük göy rəngli bizon və 20 manat dəyərində qəpik pullar oğurlamışdır. Zərərçəkmiş şəxs2 ifadəsində mağazadan həmin günü içərisində market kartları və 335 manat olan pul kisəsi, 1 blok “Rothmans” markalı siqaret, 1 blok qırmızı “Argo” markalı siqaret, 1 blok”vinçester” markalı siqaret, 10 qutu da əlavə Rothmans markalı siqaret, 15 ədəd yarım litrlik bizon enerji içkisi oğurlandığını, ona ümumilikdə təxminən 443 manat maddi ziyan dəyməsi barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, ona məxsus mağazadan içərisində alış veriş kartları və 100 manat pul olan pul kisəsi, 1 ədəd markasını xatırlamadığı şokolad yağı, 1 ədəd təxminən 1 kilo olan markasını xatırlamadığı kolbasa, 1 ədəd balaca “snickers, 4 qutu “Argo” markalı siqaret, 1 ədəd göy rəngli balaca “bizon” 1 ədəd göy rəngli böyük bizon oğurlamışdır. Narkotik vasitəni aldığı şəxsi əvvəllər 2-3 dəfə 20 Yanvar dairəsi yaxınlığında görmüş, lakin onu tanımamış, onunla əvvəllər aralarında heç bir münasibət olmamış, ondan əvvəllər narkotik vasitə və ya psixotrop maddə almamış, həmin şəxs təxminən 30 yaşında, arıq bədən quruluşlu, 170 sm - 175 sm hündürlükdə, qaraşın, üzdən qafqazlıya bənzər, üzü çox tüklü şəxs olmuş, həmin narkotik vasitəni əldə etmək üçün tanımadığı şəxsə vermiş olduğu 20 manat məbləğində pul onun özünə məxsus olan pul olmuş, o saxlanılarkən, ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Tutulduğu anadək heç bir zaman hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2020-ci ildən hal-hazıradək Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən «Corat» marketi icarə əsasında işlədir. xx.xx.2021-ci il tarixdə saat 24 radələrində marketin qapı və pəncərələrini bağlayaraq yaşadığı evə getmiş, xx.xx.2021-ci il tarixdə saat 06:30 radələrində marketi açmaq və səhər gələn çörəkləri qəbul etmək məqsədi ilə marketə yaxınlaşmış və açarı qıfıla daxil edərək qapını açmaq istəmiş, qıfılın birini açdıqdan sonra digərinə ehtiyac olmamış, digər qıfıl açıq olduğundan qapı avtomatik açılmış, bu zaman o, qapının kənar şəxs tərəfindən açıldığını hiss etmiş və dərhal marketə daxil olmuşdur. Bir neçə dəqiqə sonra marketə baxış keçirtmiş və marketdə olan 01 ədədi 8 manat 5 ədədi 40 manat olan 1 litrlik “Sultanbek”, 01 ədədi 5 manat 12 ədədi 60 manat olan 0,7 litrlik “Sultanbek”, 01 ədədi 5 manat 10 ədədi 50 manat olan 0,5 litrlik “Cristaya Serebro”, 01 ədədi 5 manat 10 ədədi 50 manat olan 0,5 litrlik “Ruska” spirtlik içki olan arağların, 01 ədədi 01 manat 40 qəpik 50 ədədi 70 manat olan böyük “bizon” enerji içKisinin, 01 ədədi 2 manat 15 ədədi 30 manat olan 2 litrlik “Cola", 01 ədədi 2 manat 10 ədədi 20 manat olan 2 litrlik “Fanta”, 01 ədədi 1,50 manat 10 ədəd 15 manat olan 1 litrlik Sprite”, 01 ədədi 1,50 manat 10 ədədi 15 manat olan 1 litrlik Fanta içkilərinin və 100 manat dəyərində başqa şirin sular, 01 ədədi 1,50 manat 5 ədədi 7,50 manat olan böyük “Snikers”, 01 ədədi 1,50 manat 5 ədədi 7,50 manat olan böyük Twix şokoladları, 35 manat dəyərində müxtəlif şirniyyatlar və xırda qəpiklərlə 50 manat nağd pulun olmadığını oğurlandığı aşkar etmiş, daha sonra hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişlər. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları hadisə yerinə gələrək baxış keçirtmişlər. İlkin izahat və ərizəsində o, 300 manat dəyərində siqaretlərin və 10 manat dəyərində alışqanların da oğurlandığını göstərmiş, lakin hadisədən sonra o, həmin alışqanları və siqaretləri piştaxtanın altından tapdığından, onlarla bağlı onun heç bir şikayət və tələbi yoxdur, gələcəkdədə olmayacaqdır. Beləliklə də oğurluq nəticəsində ona ümumilikdə təxminən 550 manat ziyan vurulmuşdur. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Sonrakı məhkəmə iclasına yenidən dəvət edilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən xeyli vaxt keçmişdir. Əvvəlki məhkəmə iclasında verdiyi ifadələri təsdiq edir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Oğurluq olan dövrdə mağaza işlədirdi. İki mağaza olmuş, onlardan birini o, digər mağazanı isə həyat yoldaşı Zərərçəkmiş şəxs2 işlədirdi. Mağazalardan ayrı-ayrı günlərdə oğurluq olmuş, onun işlətdiyi mağazadan siqaret və içkilər, həyat yoldaşının işlətdiyi mağazadan isə siqaret və digər məhsullar oğurlanmışdır. Oğurluq hadisəsi barədə xəbər tutduqdan sonra polisə məlumat vermişlər, dərhal polis əməkdaşları gəlmiş, hadisə yerindən əlbarmaq izləri götürülmüş, eyni zamanda qapıda olan kilidin içliyini də çıxarıb götürmüşlər. İlkin məhkəmə prosesinə qədər oğurluq edən şəxsin Məmməd olduğunu bilməmiş, bildikdə isə çox təəccüblənmişdir. İstintaq zamanı ona oğurluq edən şəxsin Məmməd olduğunu bildirməmişlər, ümumiyyətlə polis tərəfindən ona oğurluqda şübhəli olan şəxs olduğu da bildirilməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 elan edilmiş ifadəsindən görünür ki, yaşadığı evə bitişik giriş qapısı küçəyə baxan kiçik ölçülü ərzaq mağazasını işlədir və həmin mağazanın içərisindən iki otaqlı evinin içərisinə giriş var. xx.xx.2021-ci il tarixdə saat 05 radələrində evin arxa yataq otağında yatarkən evin içərisindən səs gəldiyini eşitmiş, həmin zaman yuxudan oyanıb mağazaya tərəf keçəndə mağazanın giriş qapısının açıq olduğunu, masanın üzərində olan anasının çantasının içindəkilərinin masanın üzərinə dağıldığını lakin içərisində heç oğurlanmadığını aşkar etmişdir. Daha sonra isə mağazaya keçəndə mağazanın giriş qapısının çərçivəsinin qanırılmış vəziyyətdə, mağazada vitrində saxladığı içərisində market kartları və 335 manat nağd pulu olan 5 manat dəyərində pul kisəsinin, 23 manat dəyərində olan 1 blok “Rothmans” markalı siqaret, 16 manat dəyərində olan 1 blok qırmızı “Argo” markalı siqaret, 23 manat dəyərində olan 1 blok "Vinçester” markalı siqaret, 23 manat dəyərində 10 qutu “Rothmans” markalı siqaret, biri 1 manat 20 qəpik olan 15 ədəd yarım litrlik “bizon” enerji içkisi oğurlanmışdır. O, baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə zəng vurub məlumat vermiş, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə təxminən 443 manat ziyan vurulmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində ona məxsus mağazadan 1 ədəd markasını xatırlamadığı şokolad yağının, 1 ədəd təxminən 1 kilo olan markasını xatırlamadığı kolbasanın, 1 ədəd balaca «snickers» şokoladının oğurlaması barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, onun mağazasından şokolad yağı, kolbasa, şokolad ümumiyyətlə oğurlanmamış, onun mağazasından nə oğurlanmışdırsa, onu qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Məmməd adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, satmasında, əldə olunmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2021-ci il tarixdə, saat 00:14-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 3-cü mikrorayon, 9/6 saylı binanın yaxınlığında müəyyən olunaraq, saxlanılmışdır. Belə ki, videoçəkiliş aparılmaqla Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı X12 Vəliyevə yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanıldığını soruşanda, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı ona daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməkdə şübhəli bilindiyini, ona görə saxlanıldığını, video çəkiliş ilə üzərində vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini, lakin həmin yerdə şəxsi axtarış və sənədləşmə aparmağa şərait olmadığını, çəkiliş dayanmadan 3-cü Polis Bölməsinə gedəcəklərini, etirazının olub-olmadığını soruşmuş, Məmməd də etiraz etmədiyini bildirmiş, daha sonra o, onlarla birlikdə çəkiliş dayanmadan piyada Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinə getmiş, orada xidməti otaqların birində Məmmədə hüquq və vəzifələri barədə bildiriş, vəkil Müdafiəçi təqdim olunmuşdur. O hüquq və vəzifələri ilə tanış olub, vəkilə etirazının olmadığını demişdir. Sonra təhqiqatçı ona üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın olubolmadığını soruşmuş, o da əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibində saxlamış olduğu içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmiş, ondan həmin psixotrop maddə olan metamfetaminin haradan əldə edildiyi soruşulduqda, o da həmin metamfetamini xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 20 yanvar metrosu ərazisində olarkən üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını demişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamin şəffaf rəngli sellofanla birlikdə tərəzidə çəkilmiş və çəkisi 1,49 qram müəyyən olunmuş, metamfetamin qablaşdırılaraq, videoçəkiliş dayandırılmışdır. Sənədləşdirmə aparılaraq protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmış, həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncudan aşkar edilmiş «Rotmans»markalı siqaretlər, alışqan, cib dəsmalı, USB, qələm, bint, Dirol saqqızı, papaq əhəmiyyət kəsb etmədiyindən Məmmədin özünə qaytarılmış, «Honor» markalı telefon isə qablaşdırılaraq protokola əlavə olunmuşdur. Bundan başqa, Şahid4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmiş, Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə olan metamfetaminin haradan əldə etməsi barədə soruşduqda, o, həmin psixotrop maddə olan metamfetamini Bakı şəhəri 20 yanvar metrosu ərazisində olarkən üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri, psixotrop maddə olan metamfetamini qəbul etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuş, ancaq onun narkotik vasitələrin, psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman o iştirak etməmişdir. Həmçinin təqsirləndirilən şəxsin hal-hazırda yalan ifadə verdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 Rafiq oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Məmməd adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, satmasında, əldə olunmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2021-ci il tarixdə, saat 00:14-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 3cü mikrorayon, 9/6 saylı binanın yaxınlığında müəyyən olunaraq, saxlanılmışdır. Belə ki, videoçəkiliş aparılmaqla Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı X12 Vəliyevə yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanıldığını soruşanda, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı ona daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməkdə şübhəli bilindiyini, ona görə saxlanıldığını, video çəkiliş ilə üzərində vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini, lakin həmin yerdə şəxsi axtarış və sənədləşmə aparmağa şərait olmadığını, çəkiliş dayanmadan 3-cü Polis Bölməsinə gedəcəklərini, etirazının olub-olmadığını soruşmuş, Məmməd də etiraz etmədiyini bildirmiş, daha sonra o, onlarla birlikdə çəkiliş dayanmadan piyada Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinə getmiş, orada xidməti otaqların birində Məmmədə hüquq və vəzifələri barədə bildiriş, vəkil Müdafiəçi təqdim olunmuşdur. O hüquq və vəzifələri ilə tanış olub, vəkilə etirazının olmadığını demişdir. Sonra təhqiqatçı ona üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın olubolmadığını soruşmuş, o da əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibində saxlamış olduğu içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmiş, ondan həmin psixotrop maddə olan metamfetaminin haradan əldə edildiyi soruşulduqda, o da həmin metamfetamini xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 20 yanvar metrosu ərazisində olarkən üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını demişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamin şəffaf rəngli sellofanla birlikdə tərəzidə çəkilmiş və çəkisi 1,49 qram müəyyən olunmuş, metamfetamin qablaşdırılaraq, videoçəkiliş dayandırılmışdır. Sənədləşdirmə aparılaraq protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmış, həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncudan aşkar edilmiş «Rotmans»markalı siqaretlər, alışqan, cib dəsmalı, USB, qələm, bint, Dirol saqqızı, papaq əhəmiyyət kəsb etmədiyindən Məmmədin özünə qaytarılmış, «Honor» markalı telefon isə qablaşdırılaraq protokola əlavə olunmuşdur. Bundan başqa, Şahid4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmiş, Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə olan metamfetaminin haradan əldə etməsi barədə soruşduqda, o, həmin psixotrop maddə olan metamfetamini Bakı şəhəri 20 yanvar metrosu ərazisində olarkən üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri, psixotrop maddə olan metamfetamini qəbul etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuş, ancaq onun narkotik vasitələrin, psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Özü 6-cı mikrorayon ərazisində yaşayır. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrə ona məxsusdur və ikinci nömrə kimi istifadə edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Məmməd adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, satmasında, əldə olunmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2021-cu il tarixdə, saat 00:14-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 3-cü mikrorayon, 9/6 saylı binanın yaxınlığında müəyyən olunaraq, saxlanılmışdır. Belə ki, videoçəkiliş aparılmaqla Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı X12 Vəliyevə yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanıldığını soruşanda, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı ona daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməkdə şübhəli bilindiyini, ona görə saxlanıldığını, video çəkiliş ilə üzərində vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini, lakin həmin yerdə şəxsi axtarış və sənədləşmə aparmağa şərait olmadığını, çəkiliş dayanmadan 3-cü Polis Bölməsinə gedəcəklərini, etirazının olub-olmadığını soruşmuş, Məmməd də etiraz etmədiyini bildirmiş, daha sonra o onlarla birlikdə çəkiliş dayanmadan piyada Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinə getmiş, orada xidməti otaqların birində Məmmədə hüquq və vəzifələri barədə bildiriş, vəkil Müdafiəçi təqdim olunmuşdur. O hüquq və vəzifələri ilə tanış olub, vəkilə etirazının olmadığını demişdir. Sonra təhqiqatçı ona üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın olubolmadığını soruşmuş, o da əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibində saxlamış olduğu içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmiş, ondan həmin psixotrop maddə olan metamfetaminin haradan əldə edildiyi soruşulduqda, o da həmin metamfetamini xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 20 yanvar metrosu ərazisində olarkən üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını demişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamin şəffaf rəngli sellofanla birlikdə tərəzidə çəkilmiş və çəkisi 1,49 qram müəyyən olunmuş, metamfetamin qablaşdırılaraq, videoçəkiliş dayandırılmışdır. Sənədləşdirmə aparılaraq protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmış, həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncudan aşkar edilmiş «Rotmans»markalı siqaretlər, alışqan, cib dəsmalı, USB, qələm, bint, Dirol saqqızı, papaq əhəmiyyət kəsb etmədiyindən Məmmədin özünə qaytarılmış, «Honor» markalı telefon isə qablaşdırılaraq protokola əlavə olunmuşdur. Bundan başqa, Şahid4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmiş, Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə olan metamfetaminin haradan əldə etməsi barədə soruşduqda, o, həmin psixotrop maddə olan metamfetamini Bakı şəhəri 20 yanvar metrosu ərazisində olarkən üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını demişdir. Hal-hazırda mənbənin müəyyən edilməsi istiqamətində onlar tərəfindən əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri, psixotrop maddə olan metamfetamini qəbul etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuş, ancaq onun narkotik vasitələrin, psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamış, onun narkotik vasitələrin, psixotrop maddə olan metamfetamini satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin müstəntiqi, polis kapitanı X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi onun icraatında olmuşdur. Sonradan digər müstəntiqin icraatında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi onun icraatında olan cinayət işi ilə bir icraatda birləşdirilmiş və o, istintaq hərəkətlərini davam etdirmişdir. Məmməd Vliyev dindirilərkən iradəsinə uyğun ifadə vermiş, heç bir təzyiqə və işgəncəyə məruz qalmamışdır. Öz hüquqlarını yaxşı bildiyindən onun verdiyi ifadədən artıq nəysə yazmaq mümkün deyildir. Təqsirləndirilən şəxs özü vəkildən imtina edərək başqa vəkil dəvət olunmasını istəmiş, o da əvvəlki vəkilə bu barədə məlumat verərək başqa vəkil dəvət etmişdir. Adətən oğurluq hadisələrinin istintaqı zamanı əl-barmaq izləri götürülür və tədqiq edilir. Təqsirləndirilən şəxs açarı atdığı kanalizasiyaya baxış keçirməmiş, düşünmüşdür ki, kanalizasiya axıb getdiyinə görə ehtiyac yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 011-2251-1221 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərdən 03 ədədinin (Sumqayıt ŞPİ-dən ADİS məlumat bankına daxil olan) xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş Zərərçəkmiş şəxs1 sol əlinin ovucu (02) və şəhadət barmağı ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 21/273a nömrəli tədqiqat haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd daxili qıfılın silindirik mexanizmi zavod üsulu ilə istehsal olunub, işlək vəziyyətdədir. Silindirik mexanizmin açar oyuqlarının xarici səthi üzərində, üz lövhəsində (korpusunda) və silindirik mexanizmin ştiftlərinin (içərisi oyuq lövhələr) işçi və yan səthlərinin üzərində heç bir kənar alətin təsiri nəticəsində əmələ gəlmiş izlər aşkarlanmadı. Silindirik mexanizmin üzərinə «Нар.Сторона» hərfləri həkk edilmiş patronun hər iki yan hissələrində təxmini 8-9 mm uzunluqda metal sürtünməsi izləri müşahidə edildi. Həmin izlərin silindirik mexanizmin mantajı və istismarı zamanı əmələ gəlməsi istisna edilmir. Həmçinin həmin patronun açar dəliyinin yanlarında yeyilmə, alt hissəsində isə metal əzilməsi, qopması aşkar edildi. Həmin daxili qıfılın silindirik mexanizmi öz açarı ilə və yaxud heç bir iz qoymadan oxşar açarla açılmışdır. Təqdim edilmiş bir ədəd açar zavod üsulu ilə istehsal olunub və təqdim edilmiş daxili qıfılın silindirik mexanizmin açarıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 011-2390-1221 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi xx.xx.1994-cü il tarixdə Baı şəhərində anadan olmuş vət.Zərərçəkmiş şəxs2 sol əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2021-ci il tarixdə saat 12:15-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, 09 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-151/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 07 aprel 2021ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilməklə digər icraatda olan ********* saylı cinayət işinə birləşdirilmiş və iş üzrə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilməklə ********* saylı cinayət işi üzrə istintaq davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 9/6 yaxınlığında xx.xx.2021-ci il tarixdə saat 00:14-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə ********* saylı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-82/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, məhkəmə iclas zalından həbsdən azad edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsdən də özünü təqdim etməyini xahiş edən zaman həmin şəxs - Təqsirləndirilən şəxs olduğunu söylədi. Həmin vaxt Təqsirləndirilən şəxs "nə səbəbə” saxlanıldığını soruşan zaman ona bildirildi ki, narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim olundu, daha sonra Təqsirləndirilən şəxs üzərinə PB-nin xidməti otaqların birində vəkili Müdafiəçi iştirakı ilə şəxsi axtarış keçiriləcəyi bildirilən zaman Təqsirləndirilən şəxs heç bir etiraz etmədi və videoçəkiliş dayanmadan PB-də xidməti otaqların birinə daxil oldular. PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini təmin edəcək vəkili Müdafiəçi təqdim edildi, Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilə heç bir etiraz etmədi. Daha sonra isə Təqsirləndirilən şəxs üzərində hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması əgər vardırsa, həmin əşyanı təqdim etməsini təklif edilən zaman Təqsirləndirilən şəxs özü əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etdi. Həmin sellofan büküm tərəfimdən açılan zaman içərisində spesifik iyə malik kristal formalı ağ rəngli maddənin olduğu müəyyən edildi. Sorğu zaman Təqsirləndirilən şəxs bildirdi ki, ondan aşkar olunmuş maddə narkotik vasitə olan “metamfetamin”dir, həmin “metamfetamin” adlanan maddəni xx.xx.2021 -ci il tarixdə Bakı şəhəri 20 Yanvar metrosu ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəyə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddə şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 1,49 qram olduğu müəyyən olundu və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırıldı və DİN-nin 127 saylı möhürü ilə möhürləndi. Həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncudan aşkar olunmuş Rotmans markalı siqaretlər, alışqan, cib dəsmalı, USB, qələm, bint, dirol markalı saqqız, papaq xususi əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmış, Honor markalı mobil telefon isə xususi qaydada qablaşdırılaraq protokola əlavə olunmuşdur. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/870 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №127” dairəvi möhür əksi olan, “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,270 qram olan ağ rəngli kristalik formada kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-nin siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 1,220 qram metamfetamin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, 01 ədəd “Honor” markalı mobil telefona baxış keçirilmişdir. Telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən sms, telefon danışıqları və yaxud başqa məlumatlar aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş, ekspertiza tərəfindən tədqiq olunmuş 1,270 qram psixotrop maddə olan metamfetamindən, tədqiqatdan sonra qalıq qalmış 1,220 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin 17/46-503 saylı, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Təqsirləndirilən şəxs xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə ərziə ilə müraciət etdiyi üçün yaxın qohumları ilə ünvan 1 ünvanında görüşməsinə icazə verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə daxil olduqda, orada «00800» rəqəmlər göstərilən papka müəyyən edilir. «00800» rəqəmləri göstərilən papkaya daxil olduqda, müəyyən edilir ki, orada 14 dəqiqə 48 saniyədən ibarət videogörüntü var.Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, 3-cü mikrorayon 9/6 saylı binanın yanı ilə bir nəfər şəxs gəlir, videokameraya çatmasına az qalmış polis əməkdaşları ona yaxınlaşır. Həmin vaxt polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı Rəşad Behbudov özünü təqdim edir, sonra da ona özünü təqdim etməsini xahiş edir. O da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra digər polis əməkdaşları da özlərini təqdim edir. Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanıldığını soruşanda, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı ona daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələri əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu deyərək saxlanıldığını, video çəkiliş ilə üzərində vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini, lakin həmin yerdə şəxsi axtarış və sənədləşmə aparmağa şərait olmadığım, çəkiliş dayanmadan 3-cü Polis Bölməsinə gedəcəklərini, etirazının olub-olmadığım soruşur. Təqsirləndirilən şəxs də etiraz etmədiyini bildirir. Daha sonra o onlarla birlikdə çəkiliş dayanmadan piyada Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinə gedir. Orada xidməti otaqların birində Məmmədə hüquq və vəzifələri barədə bildiriş, vəkil Müdafiəçi təqdim olunur. O hüquq və vəzifələri ilə tanış olub, vəkilə etirazının olmadığını deyir. Sonra təhqiqatçı ona üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın olub-olmadığım soruşur, O da əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik cibində saxlamış olduğu içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim edir. Ondan həmin psixotrop maddə olan metamfetaminin haradan əldə edildiyi soruşulduqda, o da həmin metamfetamini xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 20 yanvar metrosu ərazisində olarkən üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını deyir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamin şəffaf rəngli sellofanla birlikdə tərəzidə çəkildə və çəkisi 1,49 qram müəyyən olundu. Daha sonra metamfetamin qablaşdırılır, ekspertizaya göndərilməsi və sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-85/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7(003)- 180/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsi təmin olunmuş və çəkilməmiş qalan cəza müddətini çəkmək üçün o, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən tutularkən döyülməsi, işgəncəyə məruz qalması barədə toplanmış 181-C-21 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 884 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası-1960-cı il təvəllüdlü X6,qardaşı-1983-cü il təvəllüdlü X7, qardaşının həyat oldaşı-1987-ci il təvəllüdlü X8, qardaşı oğlu-2009-cu il təvəllüdlü X11, qardaşı qızı-2012-ci il təvəllüdlü X2 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 1056 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3726 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2021-ci ilin fevral-mart aylarına olan orta bazar qiyməti nəzəri qaydada 227 (125+102) manat müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər 4 adda mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. - 01 ədədi 01 manat 50 ədədi 50 manat olan böyük “bizon” enerji içkisi, 01 ədədi 1,60 manat 15 ədədi 24 manat olan 2 litrlik “Cola”, 01 ədədi 1,60 manat 10 ədədi 16 manat olan 2 litrlik “Fanta”, 01 ədədi 1 manat 10 ədəd 10 manat olan 1 litrlik Sprite”, 01 ədədi 1 manat 10 ədədi 10 manat olan 1 litrlik Fanta içkiləri, 01 ədədi 1,50 manat 5 ədədi 7,50 manat olan böyük “Snikers”, 01 ədədi 1,50 manat 5 ədədi 7,50 manat olan böyük Twix şokoladları; - 01 bloku (içərisində 10 qutu, 01 qutunun dəyərini 2,30 manat) 23 manat olan «Rothmans» markalı; - 01 bloku (içərisində 10 qutu, 01 qutunun dəyərini 1,80 manat) 18 manat olan «Argo» markalı; - 01 bloku (içərisində 10 qutu, 01 qutunun dəyərini 2,30 manat) 23 manat olan «Vinçestr» markalı; - 01 ədədi 2,30 manat olan 10-nu 23 manat olan 10 qutu «Rothmans» markalı siqaretlər; - 01 ədədi 01 manat olan 15 ədədi 15 manat olan yarım litrlik «Bizon» markalı enerji içkisi. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 1817 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi qismində iştirakına xitam verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 180, 234.2-ci maddələrinin tərkibi olmadığından, həmin xüsusat üzrə onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın ümumi məbləği 375 manat, Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın ümumi məbləği 442 manat olması kimi olması nəzərə alınmış, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1,220 qram psixotrop maddə metamfetaminin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiyi oğurlanmış 100 manat dəyərində müxtəlif şirin sular və 35 manat dəyərində müxtəlif şirniyyatlar barəsində zərərçəkmiş dəqiq məlumat vermədiyindən və həmin oğurlanmış şirin sularla şirniyyatların konkret olaraq nələr olduğu müəyyən edilmədiyindən onlar Təqsirləndirilən şəxs xeyrinə həll olunaraq ittihamdan çıxarılmış, Təqsirləndirilən şəxs döyülməsiylə bağlı göstərdiyi xüsusatlar üzrə Coşqun Nəcəfov tərəfindən qəbul edilmiş 16 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar nəzərə alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-466/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən cinayət işi üzrə ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin kimə məxsus olmasına, həmin şəxslərin anket məlumatlarının, həmin nömrələrə 02 mart 2021-ci il tarixdən, 04 mart 2021-ci il tarixədək daxil olan və çıxan zənglərin siyahısı, smslərin mətnlərini ***-***-**-**, ***-***-**-**, ***-***- **-** və ***-***-**-** mobil telefon nömrələrinin 02 mart 2021-ci il tarixdən 04 mart 2021-ci il tarixədək hansı anten əhatə dairəsində işlənməsinə dair məlumatlar, ***-***-**-** mobil telefon nömrəsinin kimə məxsus olmasına, həmin şəxsin anket məlumatlarının, həmin nömrəyə 01 fevral 2021-ci il tarixdən, 31 aprel 2021-ci il tarixədək daxil olan və çıxan zənglərin siyahısı, smslərin mətnlərini, ***-***-**-** mobil telefon nömrəsinin 01 fevral 2021-ci il tarixdən, 31 aprel 2021-ci il tarixədək hansı anten əhatə dairəsində işlənməsinə dair məlumatların məhkəməyə təqdim edilməsi üçün "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə sorğu verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olan "xxxx" MMC tərəfindən verilmiş 20919 saylı, xx.xx.2021-ci il tarixli məktuba əsasən sorğuya cavab daxil olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olan "xxxx" MMC tərəfindən verilmiş BKC/LGL-18456/21 saylı, xx.xx.2021-ci il tarixli məktuba əsasən sorğuya cavab daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən verilmiş 00313778/221 saylı, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə saat 07.20-də 070 ***-**-** nömrəli telefondan “102” Xidmətinə zəng edərək, Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən ona məxsus mağazadan ərzaq məhsulları və xırda pulların oğurlanması barədə məlumat vermişdir. Daxil olmuş məlumat qeydiyyata alınaraq baxılması üçün dərhal ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ 1-ci PB-yə ötürülmüşdür. xx.xx.2021-ci il tarixdə saat 09.43-də Sumqayıt ŞPİ 1-ci PB-dən “102” Xidmətinə verilmiş cavabda Zərərçəkmiş şəxs2 əri Zərərçəkmiş şəxs1 PB-yə ərizə ilə müraciət edərək arvadının “102” Xidmətinə verdiyi məlumatı təsdiq etməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olan "xxxx" MMC tərəfindən verilmiş AZF/LGL-27347/21 saylı, xx.xx.2021-ci il tarixli məktuba əsasən sorğuya cavab daxil olmuşdur. İş materiallarında olan MSY-də saxlanılan tutulmuş və ya həbs edilmiş şəxslərin kameradan çıxarılmasının qeydiyyatı kitabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 10:05-də A.Piriyev tərəfindən istintaq hərəkəti keçirilməsi səbəbindən Mustafayev R. adlı şəxsin müşayiəti ilə kameradan çıxmış, xx.xx.2021-ci il tarixdə saat 10:20-də kameraya qayıtmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş 08/862 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, əsassız cinayət məsuliyyətinə cəlb edilməsinə və barəsində olan cinayət işi üzrə ibtiai istintaqın qeyriobyektiv aparılmasına dair Təqsirləndirilən şəxs Baş Prokurorluğa daxil olmuş müraciəti Sumqayıt şəhər Məhkəməsinin icraatında olan onun Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə əlavə edilib baxılmasından ötrü məhkəməyə göndərilmişdir. İş materiallarında olan 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş arayışdan görünür ki, Məhkum Təqsirləndirilən şəxs xx.xx.1991-ci ildə Sumayıt şəhərində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sumayıt şəhəri, Corat qəsəbəsi, ev 467 ünvanında qeydiyyatda olmuş və yaşamış, Sumayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (cəzasının əvvəli: xx.xx.2018, cəzasının sonu: xx.xx.2021). Məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirlmiş və xx.xx.2020-ci il tarixdə 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə gətirilərək qeydiyyata götürülmüşdür. xx.xx.2021-ci il tarixdə həbs edildiyi üçün 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin qeydiyyatından çıxarılmışdır. Məhkum Təqsirləndirilən şəxs 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddət ərzində yol verdiyi Daxili rejim qaydaları pozuntusuna görə onun barədində aşağıdakı tənbeh tədbirləri tərbiq olunmuşdur : xx.xx.2021-ci il tarixdə “töhmət”, xx.xx.2021-ci il tarixdə “töhmət”, xx.xx.2021-ci il tarixdə “07 gün cərimə otağı”, xx.xx.2021-ci il tarixdə “töhmət”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi Məhkumun Tibbi Kitabçasından görünür ki, Təqsirləndirilən şəxs baxış zamanı dəri səthində bir ədəd çapıq toxuması aşkarlanmışdır. Ümumi vəziyyəti kafidir, hal-hazırda şikayəti təngnəfəslikdən və boğulmadan ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin 17/46-842 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, müəssisədə cəza çəkmiş xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ərizə ilə müraciət etdiyi üçün xx.xx.2021-ci il saat 09:00 tarixdən xx.xx.2021-ci il saat 09:00 tarixədək, xx.xx.2021-ci il saat 09:00 tarixdən xx.xx.2021-ci il saat 09:00 tarixədək xx.xx.2021-ci il saat 09:00 tarixdən, xx.xx.2021-ci il saat 09:00 tarixədək yaxın qohumları ilə ünvan 2 ünvanında görüşməsinə icazə verilmişdir. Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 05 (beş) ay 09 (doqquz) gün təşkil edir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-21/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məhkəməxətşünaslıq ekspertizasının 4/1909 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 1-(060)-21/2022 saylı cinayət işinin İ cildinin 171-1-ci vərəqində ekspertiza rəyinin şübhəli və ya təqsirləndirilən şəxsə elan edilməsi haqqında 3 mart 2021-ci il tarixli protokolda “Müdafiəçi” qrafasında “Müdafiəçi” yazılarının qarşısındakı imza - Müdafiəçi tərəfindən tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 1- (060)-21/2022 saylı cinayət işinin İ cildinin 203-204-cü vərəqində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 4 mart 2021-ci il tarixli qərarın sonunda “Müdafiəçi” qrafasında “Müdafiəçi” yazılarının qarşısındakı imza - Müdafiəçi tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxsin tutulma vaxtı və yeri barədə verdiyi ifadə ilə şahidlərin ifadəsi arasında ziddiyyət olduğundan məhkəmə tərəfindən anten dairəsi barədə sorğular verilmiş və əldə edilmiş anten dairəsi məlumatları ilə şahidlərin ifadəsində qeyd etdiyi xüsusatların üst-üstə düşdüyü müəyyən edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs döyülməsi faktı ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılmış, Sumqayıt şəhər Polis İdarəsində “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarrına” uyğun olaraq tərtib edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabından çıxarışa əsasən Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə daxil olarkən onun üzərində ilkin müayinə zamanı xəsarət aşkar olunmamış, bu barədə şikayət daxil olmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs tutularkən döyülərək qanunsuz hərəkətlərə məruz qalması faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət tərkibi vardır və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05 ay 09 gün çəkilməmiş cəzası qalmışdır. Görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək Təqsirləndirilən şəxs təyin olunmuş 03 il müddətində azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 05 ay 09 gün bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1,220 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan dörd ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsiri müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokolda Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 06 aprel 2021-ci il tarixdən məhdudlaşdırıldığı qeyd olunmuş, eyni zamanda Sumqayıt ŞPİ-nin 1-ci PB-nin Təqsirləndirilən şəxs saxlanılması barədə məktubu 06 aprel 2021-ci il tarixə aiddir. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri isə 09 aprel 2021-ci il tarixdə seçilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs 06 aprel 2021-ci il tarixdə saxlanılmasına baxmayaraq heç bir prosessual hərəkət aparılmamış, şübhəli şəxs kimi tutulması barədə protokol 07 aprel 2021-ci il tarixdə tərtib edilmişdir. Görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi kimi onun azadlığı 48 saat müddətdən artıq məhdudlaşdırılmışdır. Eyni zamanda iş materiallarında Təqsirləndirilən şəxs harada tutulması barədə qeyd aparılmamışdır. Bu da onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi kimi 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən çıxdığı an saxlanılmış və bölməyə aparılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işinin istintaqı zamanı müdafiəçi qismində yenə də Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət edilməsini xahiş etsə də əsassız və qanunsuz olaraq həmin vəkil işdən uzaqlaşdırılmış və təqsirləndirilən şəxsin həmin vəkildən imtina etməsi və başqa vəkil dəvət olunması barədə qərar qəbul edilmiş və bu barədə əvvəlki vəkilə məlumat verilməmiş, bununla da təqsirləndirilən şəxsin müdafiə hüququ kobud şəkildə pozulmuşdur. CPM-nin 19-cu maddəsində göstərilir ki, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: • tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək; hüquqlarını izah etmək, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq, onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək; şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq. Bundan başqa ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması faktı qətimkan tədbiri seçilməsi zamanı müdafiəçinin iştirakının təmin edilməməsi ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə qərarı ilə təqsirləndirilən şəxsin barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edildikdən sonra şəxsin barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi zamanı müdafiəçinin iştirakı təmin edilmədiyi, həmin qərar onun tərəfindən imza edilmədiyi, imzanın müdafiəçiyə məxsus olmadığı aşkar olunmuşdur. Qeyd olunan fakt müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə-xətşünaslıq ekspertizası rəyi ilə təsdiq olunmuşdur. Bundan başqa iş materiallarında oğurluq əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi barədə mötəbər sübut yoxdur. Belə ki, hadisə yerindən əl-barmaq izləri götürülmüş, lakin Təqsirləndirilən şəxs əl-barmaq izləri ilə uyğunluğunun müəyyən edilməsi barədə rəy və yaxud məlumat qeyd olunmamış, aşkar edilmiş izlər yalnız zərərçəkmiş şəxslərə məxsus olmuşdur. Eyni zamanda təqsirləndirilən şəxsin ifadəsi yerində yoxlanılmamış, üzləşdirmə istintaq hərəkəti keçirilməmişdir. İş materiallarında təqsirləndirilən şəxsin qeyd olunan istintaq hərəkətlərindən imtina edilməsi qeyd edilsə də məhkəmədə bu barədə artıq şübhə yaranmışdır. Belə ki, təqsirləndirilən şəxs tərəfindən etirafedici ifadə verilməsinə baxmayaraq ifadənin yerində yoxlanılmasından, eyni zamanda utandığını bildirərək üzləşdirmə istintaq hərəkətindən imtina etməsi ağlabatan və inandırıcı deyildir. Müstəntiq tərəfindən təqsirləndirilən şəxsin ifadəsində açarı yaxınlıqda olan kanalizasiyaya atması qeyd olunmuş, lakin iş üzrə əhəmiyyət kəsb edən həmin açarın atıldığı yerə müstəntiq tərəfindən baxış keçirilməsi, sübutun müəyyən edilməsi istiqamətində hər hansı addım atılmamış və buna zərurət görülməmişdir. Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində bildirmişdir ki, ilkin məhkəmə iclasına qədər oğurluq əməlini törədən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilməmiş, məhkəmə iclası zamanı bu barədə məlumatı olmuş və bildikdə təəccüblənmişdir. Eyni zamanda cinayət işinin istintaqı zamanı ona cinayət törətməkdə şübhəli olan şəxsin olmadığı da bildirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq tədqiq və təhlil etmiş, toplanmış sübutları həm ayrı-ayrılıqda, həm də bir-biri ilə əlaqəli şəkildə müqayisə edərək sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qanunu və vicdanını rəhbər tutaraq qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək daxildir (maddə 8.0.3, 8.0.5). Sübutlar Azərbaycan Respublikası CPM-də müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan sübutlar başa düşülür. CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. İş üzrə sübutlar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi üzrə ittihamın düzgün həlli üçün sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiyanın 129-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 19-cu maddəsində göstərilir ki, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: • tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək; hüquqlarını izah etmək, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq, onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək; şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahasını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İV hissəsində göstərilir ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və X1 haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimı olunması üçün yetərli sübut təqdim etməlidir (Barbera, Messegi və Cabardo İspaniyaya qarşı, § 77; Yanoseviç İsveçə qarşı, § 97). Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur (Telfner Avstriyaya qarşı, § 15). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Məhkəmənin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olubolmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən «təqsirliliyi sübuta yetirilmədikdə» məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq və məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat və 200 (iki yüz) manat Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli (iş № 1(060)- 466/2021) qərarını icra edərək, xx.xx.2021-ci il tarixli 727 saylı orderə əsasən vəkil X5 onun vəkili təyin etmişdir. Daha sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək hüquqlarının müdafiəsinin təmin olunmasını vəkil Müdafiəçi həvalə edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-466/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini təmin edilməsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət edilmişdir. Müdafiəçi X9 (hazırlıq və baxış) və Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün X9 10 (on) saat, Müdafiəçi 100 (bir yüz) vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına, 600 (altı yüz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4, 55, 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Balakişi oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs Balakişi oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Balakişi oğluna Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 05 (beş) ay 09 (doqquz) gün azadlıqdan məhrumetmə cəzası hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs Balakişi oğluna qəti olaraq 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) il 10 (on) ay 15 (on beş) gün müddət nəzərə alınsın və Təqsirləndirilən şəxs Balakişi oğluna təyin edilmiş cəza çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs Balakişi oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1,220 qram psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 04 (dörd) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq və məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat və 200 (iki yüz) manat Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına, vəkili Müdafiəçi göstərdiyi 100 (bir yüz) saat hüquqi yardıma görə 600 (altı yüz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar