Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-4/2025 05.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X4, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs (mülki cavabdeh): Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,178.2.3, 29,178.2.4, 178.3.2 və 320.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 29,178.2.3, 29,178.2.4, 178.3.2-ci maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 320.1-ci maddəsi ilə 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirilmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 06 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 6, mənzil 42-də qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi, ev 92, mənzil 469-da yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin rəisi vəzifəsində işlədiyi dövr ərzində öz qulluq mövqeyindən istifadə edərək, Zərərçəkmiş şəxs1 Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı mənzillərdən hər hansı birini adına rəsmiləşdirmək kimi imkanının və əlaqələrinin olmasına inandıraraq, tutduğu vəzifə ilə bağlı yaranmış etibardan sui-istifadə edib, Zərərçəkmiş şəxs1 göstərilən məhəllədə yerləşən mənzillərin birini adına rəsmiləşdirəcəyinə dair yalan vəd verib, aldadaraq, sonuncudan bununla bağlı 2022-ci ilin may ayının ortalarında Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən 20 saylı Mənzil Kommunal Sahəsinin inzibati binasının qarşısında 18000 manat pulu alıb ələ keçirməklə, sonradan verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdar təşkil edən 18000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 ayrı-ayrı şəxsləri işə düzəltmək kimi imkanının və əlaqələrinin olmasına inandıraraq, etibardan sui-istifadə edib, Zərərçəkmiş şəxs2 sonuncunun arvadı Şahid4 Sumqayıt şəhərində yerləşən uşaq baxçalarının hər hansı birinə müdir vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib, aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 bununla bağlı 2022-ci ilin mart ayında Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin inzibati binasında Şahid3 vasitəsilə 10000 manat, Zərərçəkmiş şəxs2 2022- ci ilin may ayında Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən 20 saylı Mənzil Kommunal Sahəsinin inzibati binasında 15000 manat, 2022-ci ilin iyun ayında Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən “Hiper” marketin qarşısında 1500 manat pulu alıb ələ keçirməklə, sonradan verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdar təşkil edən 26500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin rəisi vəzifəsində işlədiyi dövr ərzində öz qulluq mövqeyindən istifadə edərək, Zərərçəkmiş şəxs3 Sumqayıt şəhərində yerləşən məcburi köçkünlərin məskunlaşdığı mənzillərdən hər hansı birini adına rəsmiləşdirmək kimi imkanının və əlaqələrinin olmasına inandıraraq, tutduğu vəzifə ilə bağlı yaranmış etibardan sui- istifadə edib, Zərərçəkmiş şəxs3 ünvan 1 ünvanını adma rəsmiləşdirəcəyinə dair yalan vəd verib, aldadaraq sonuncudan bununla bağlı 2022-ci ilin iyun ayının əvvəllərində ünvan 2 ünvanın qarşısında 20000 manat pulu alıb ələ keçirməklə, sonradan verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdar təşkil edən 20000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin rəisi vəzifəsində işlədiyi dövr ərzində öz qulluq mövqeyindən istifadə edərək, Zərərçəkmiş şəxs4 Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı mənzillərdən hər hansı birini adına rəsmiləşdirmək kimi imkanının və əlaqələrinin olmasına inandıraraq, tutduğu vəzifə ilə bağlı yaranmış etibardan sui-istifadə edib, Zərərçəkmiş şəxs4 göstərilən məhəllədə yerləşən 9 mərtəbəli binanın 3-cü mərtəbəsindən 4 otaqlı mənzili adma rəsmiləşdirəcəyinə dair yalan vəd verib, aldadaraq sonuncudan bununla bağlı 15 iyul 2022-ci il tarixdə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən 20 saylı Mənzil Kommunal Sahəsinin inzibati binasında 20000 manat pulu alıb ələ keçirməklə, sonradan verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdar təşkil edən 20000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin rəisi vəzifəsində işlədiyi dövr ərzində öz qulluq mövqeyindən istifadə edərək, Zərərçəkmiş şəxs5 Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı mənzillərdən hər hansı birini adına rəsmiləşdirmək kimi imkanının və əlaqələrinin olmasına inandıraraq, tutduğu vəzifə ilə bağlı yaranmış etibardan sui-istifadə edib, Zərərçəkmiş şəxs5 göstərilən məhəllədə yerləşən 9 mərtəbəli binanın 5-ci mərtəbəsindən 2 ədəd mənzili adma rəsmiləşdirəcəyinə dair yalan vəd verib, aldadaraq vahid niyətlə əhatə olunan qəsdlə sonuncudan bununla bağlı 12 avqust 2022-ci il tarixdə Sumqayıt şəhər 3 saylı notariat ofisinin qarşısında 40000 manat, 04 sentyabr 2022-ci il tarixdə ona məxsus ****-****-5007- 5518 nömrəli «Leobank» bank kartına Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən “Seymur” adlı aptekdəki "Million” ödəmə terminalı vasitəsi ilə göndərdiyi 3000 manat, 2022-ci ilin sentyabr ayının ortalarında Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən 20 saylı Mənzil Kommunal Sahəsinin inzibati binasında 2000 manat pulu alıb ələ keçirməklə, sonradan verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə xeyli miqdar təşkil edən 45000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, yazdıqlarını təsdiq edir, ittihamda qeyd olunanlarla razıdır, beş epizod üzrə də özünü təqsirli bilir, yalnız Zərərçəkmiş şəxs1 dəymiş zərər düzgün qeyd olunmayıb, Kamilə şikayət ərizəsində başqa məbləğ qeyd etmiş, sonradan dəyişmişdir, lakin onu da qəbul edir və ifadə verməkdən imtina edir. Azərbaycan Respublikası CPM-nin 91.5.10-cu maddəsinə əsasən təqsirləndirilən şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək hüququ vardır. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, 2021-ci ilin iyun ayından 2023-cü ilin aprel ayına kimi Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin 20 saylı Mənzil Kommunal İstismar sahəsinin rəisi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs1m MKİB-də mühəndis işləyən Eldənizin vasitəsilə tanımışdır. 2022-ci ilin may ayında tarixini xatırlamadığı gün Zərərçəkmiş şəxs1 ilə görüşüb söhbət etdikdə sonuncuya məcburi köçkünlərin yaşadığı 47-ci məhəllədə yerləşən binada həmin məcburi köçkünlər yurdlarına qayıtdıqdan sonra mənzil verə biləcəyini dedikdə, Zərərçəkmiş şəxs1 bunun üçün nə qədər pul lazım olduğunu soruşmuş, o da mənzil verilməsi ilə bağlı 18000 manat pul verməli olduğunu demişdir. Zərərçəkmiş şəxs1 da razılaşmışdır. Orada Zərərçəkmiş şəxs1 mənzilin nə vaxt onlara təhvil veriləcəyini soruşduqda, o, pul veriləndən 3-4 ay sonra mənzilin veriləcəyini demişdir. 2022-ci ilin may ayının ortalarında Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 20 saylı MKİS-də iş yerində olarkən Zərərçəkmiş şəxs1 yanında oğlu və bacısı oğlu ilə gəlmişdir. Xidməti otağında olan zaman Zərərçəkmiş şəxs1 ona 18000 manat pul vermiş və o, pulu götürüb Zərərçəkmiş şəxs1 2022-ci ilin avqust ayında mənzilin onlara verilib adlarına rəsmiləşdiriləcəyini bildirmişdir. Aldığı pulu o, öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra o, işdən çıxdıqdan sonra Zərərçəkmiş şəxs1 onun yanma gəlib, pulu tələb etdikdə o, əlyazması ilə vərəqdə Zərərçəkmiş şəxs1 18000 manat pulu mənzil verilməsi ilə bağlı aldığını, lakin bununla bağlı heç bir iş görə bilmədiyini, aldığı pulu qaytara bilmədiyini, tezliklə qaytaracağını yazmışdır. Lakin sonradan Kamilənin pulunu qaytara bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 2022-ci ilin mart ayında tanımış, Zərərçəkmiş şəxs2 onunla görüşərək arvadının baxçada müəllimə işlədiyini, arvadını hər hansı bir baxçaya müdir kimi işə düzəltmək istədiyini, onun bu işi düz-qoş edə biləcəyini öyrəndiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs2 həqiqətən də bu işi həll edə biləcəyini və arvadını Sumqayıt şəhərində yerləşən baxçaların birinə müdir kimi işə düzəldə biləcəyini demiş və bunun üçün ilk əvvəl 10000 manat verməli olduğunu, sonradan isə nə qədər pul lazım olduğunu deyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 də onunla razılaşmışdır. 2022ci ilin mart ayının sonlarında Zərərçəkmiş şəxs2 qaynatası Tanrıverdi adlı şəxslə işlədiyi MKİS-ə 10000 manat pul göndərmiş və o, həmin pulu götürüb saydıqdan sonra Tanrıverdini yola salmışdır. Aldığı pulu isə öz ehtiyaclarına xərcləməyə başlamışdır. 2022ci ilin may ayının ortalarında o. Zərərçəkmiş şəxs2 zəng vuraraq arvadının işinin düzəldiyini, lakin əlavə 15000 manat pul lazım olduğunu demişdir. Anar da etiraz etməmiş və sonuncu onun iş yerinə gələrək 15000 manat pulu ona vermişdir. O, Anara narahat olmamasını, tezliklə işin düzələcəyini demişdir. Bundan sonra aldığı pulu da öz ehtiyaclarına xərcləmiş və 2022-ci ilin iyun ayında təkrar Anara zəng vuraraq işin alınması üçün əlavə olaraq 1500 manat pul lazım olduğunu demiş və Anar da etiraz etməmişdir. Həmin vaxt Anarla Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən «Hiper» marketin qarşısında görüşmüşlər və orada Anar ona 1500 manat pul vermişdir. O da pulu götürüb Anara demişdir ki, tez bir zamanda iş düzələcək. Bundan sonra Anar ona zəng vurduqda, hər dəfə vaxtı uzatmağa başlamış və aldığı pulları xərclədiyi üçün Anarm pulunu qaytara bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 2021-ci ildən tanıyır. Belə ki, Zərərçəkmiş şəxs3 MKİS-də mühəndis işləyən Atamoğlanın bacısı olmuş, Validənin əri Şahid2 «Azərkimya» İstehsalat Birliyinin «Üzvü sintez» zavodunda işləmiş və 1982-ci ildən ev növbəsində olmuşdur. 2022-ci ilin iyun ayının əvvəllərində Validə, əri Tələt və qardaşı Atamoğlanla birlikdə onun iş yerinə gəlmişlər. Orada Validə əri Tələtin uzun illərdir ki, ev növbəsində olduğunu, evə ehtiyaclarının olduğunu demişdir. Həmin vaxt o, Validəyə demişdir ki, ünvan 1 ünvanında 3 otaqlı mənzil vardır, həmin mənzildə məcburi köçkün yaşamış və həmin məcburi köçkün ailənin rayonlarına qayıtdığını, həmin mənzili onlara verə biləcəyini, bunun müqabilində isə 20000 manat pul verməli olacaqdır. O, fikirləşmişdir ki, Validədən 20000 manat pulu alıb, həmin pulun bir qədərini özünə, bir qədərini isə şəhərin abadlaşdırılmasına xərcləyər. Validə də onunla razılaşmışdır. Bir neçə gün sonra Validə ilə ünvan 3 ünvanının qarşısında görüşmüşlər, orada Validə ona 20000 manat pul vermiş və o, onlara artıq mənzilə köçüb yaşaya biləcəklərini demişdir. Bundan sonra Validə həmin mənzilə köçüb orada yaşamağa başlamış və səhv etmirsə həmin mənzili təmir də etdirmişdir. Bundan bir il sonra Şəfiqə adlı qadın MKİS-nə gələrək Zərərçəkmiş şəxs3 yaşadığı evin İcra Hakimiyyəti tərəfindən ona verildiyini iddia etmiş və bundan sonra bu məsələ ilə bağlı o, ərizə yazaraq işdən çıxmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs4 2022-ci ilin iyul ayında tarixini xatırlamadığı gün tanımış, Zərərçəkmiş şəxs4 onun iş yerinə gəlib, məcburi köçkünlərin yaşadığı binalardan ev almaq istədiyini və onun bu işi həll edə biləcəyini eşitdiyini bildirmişdir. O, Nicata bildirmişdir ki, məcburi köçkünlər yurdlarına qayıtdıqdan sonra onların qaldıqları mənzillər İcra Hakimiyyətinin balansına keçir və 3 otaqlı evlər 20000 manat. 4 otaqlı evlər isə 25000 manata satılacaqdır. Həmin vaxt Nicat 4 otaqlı ev istədiyini dedikdə, o, məcburi köçkünlərin yaşadığı 47-ci məhəllədə yerləşən 9 mərtəbəli binanın 3-cü mərtəbəsində ev olduğunu və onu təşkil edə biləcəyini demişdir. Nicat da razılaşmış və xx.xx.2022-ci il tarixdə o, iş yerinə gələrək iş otağında ona 20000 manat pul vermiş, 5000 manatı isə ev düzəldikdən sonra verəcəyini bildirmişdir. O, pulu götürdükdən sonra noyabr ayına evin düzələcəyini demiş və Nicat çıxıb getmişdir. Sonradan o, Nicat ona hər dəfə zəng vurduqda vaxtı uzatmağa başlamış, çünki Nicatın verdiyi pulu öz ehtiyaclarına xərcləmiş və Nicatın pulunu qaytara bilməmişdir. O. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 aldığı pullardan heç kimə heç nə verməmişdir. Onun hər hansı bir şəxsi işə düzəltmək kimi imkanı olmamışdır. Onun hər hansı bir şəxsin adma məcburi köçkünlərin yaşadığı mənzillərdən hər hansı birini adlarına sənədləşdirmək kimi səlahiyyəti olmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs5 2022-ci ilin avqust ayında tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs5 o, MKİS-də rəis işlədiyi zaman yanına gələrək, özü üçün mənzil almaq istədiyini və eşitdiyinə görə məcburi köçkünlər öz rayonlarına qayıdan zaman onların yaşadıqları mənzilləri almaq mümkün olduğunu eşitdiyini bildirmişdir. Zərərçəkmiş şəxs5la danışıq zamanı o, 3 otaqlı mənzil üçün 20000 manat, 4 otaqlı mənzil üçün 25000 manat pul verilməli olduğunu demişdir. Emin də bir ədəd 3 otaqlı və bir ədəd 4 otaqlı mənzil almağa razılaşmışdır. O, Zərərçəkmiş şəxs5 47-ci məhəllədə yerləşən məcburi köçkünlər yaşayan 9 mərtəbəli binanın 5-ci mərtəbəsindən 2 mənzil verəcəyini demiş və hətta Zərərçəkmiş şəxs5la birlikdə həmin binanın yanına gedib binanı Eminə göstərmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs5 bildirmişdir ki, mənzillərdə Zəngilan rayonundan olan məcburi köçkünlər yaşamış və torpaqlar işğaldan azad olunduqdan sonra onlar Zəngilan rayonuna köçmüşlər. Emin də razılaşmış və 12 avqust 2022-ci il tarixdə Eminlə Sumqayıt şəhərində yerləşən 3 saylı notarius kontorunda görüşmüşlər. Belə ki, Emin 40000 manat pulu ona notariusda müqavilə yolu ilə verəcəkdir. Həmin vaxt notariusda o və Zərərçəkmiş şəxs5 anası arasında müqavilə bağlanmış və notarius yolu ilə Zərərçəkmiş şəxs5 ona 40000 manat pul vermişdir. Daha sonra isə 2022-ci ilin sentyabr ayının 04-də Zərərçəkmiş şəxs5 onun bank kartına 3000 manat pul göndərmiş, həmçinin 2022-ci ilin sentyabr ayının ortalarında MKİSin qarşısında əlbə-əl ona 2000 manat pul vermişdir. O, Eminə məsələnin 2022-ci ilin noyabr ayına kimi yoluna düşəcəyini demişdir. 2022-ci ilin noyabr ayında Emin ona zəng vurduqda, o, vaxtı uzatmağa başlamış və bəhanələr bildirməyə başlamışdır. Bu minvalla 2023-cü ilin may ayına kimi Eminə müxtəlif yalanlar bildirməklə vaxtı uzatmış, sonra isə zənglərə cavab verməmişdir. Zərərçəkmiş şəxs5 aldığı 45000 manat pulun bir hissəsini özünə xərcləmiş, bir hissəsini isə şəhərin abadlaşdırılmasına xərcləmişdir. O, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 aldığı pullardan heç kimə heç nə verməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə ev alqı-satqısı olmuşdur, ona 20000 manat pul verərək ev almışlar, evi təmir etdirmişlər, təmirə görə də 30000 manat xərcləri çıxmışdır. Pulu götürəndən sonra Anar kiməsə zəng edərək vətəndaşlarla razılaşdığını demişdir. Bundan sonra Anar açarları ona vermiş və onlar evə daxil olmuşlar. Anar evin sənədlərini onlara təqdim etməli idi, lakin hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bir il həmin evdə yaşadıqdan sonra bir qadın gələrək evin onun olduğunu demiş və onlara kirayə müqaviləsi göstərmişdir. Bununla bağlı məhkəmə işləri olmuş, Ali Məhkəmənin qərarı ilə onların evdən çıxarılması qərara alınmış və onlar da əşyalarını həmin evdən çıxarmışlar. İki il həmin evdə yaşamışlar. Pulu Anara əlbəəl vermiş, pulu verərkən yanında qardaşı olmuşdur. Ona dəymiş zərərdən heç bir ödəniş olmamışdır. O, sadəcə pulunu tələb edir, təqsirləndirilən şəxsin tutulmasını istəmir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 20 saylı mənzil istismar sahəsində tanımışdır. O, Anarın iş yerinə getmiş və Anarla söhbət edən zaman sonuncu bildirmişdir ki, məcburi köçkünlər gedən zaman həmin evlər İcra Hakimiyyətinin balansına keçəcək və bundan sonra rəsmi qaydada digər şəxslərə veriləcəkdir. Anar 3 otaqlı evin 20.000 manata, 4 otaqlı evin isə 25.000 manat satılacağını demişdir. O, 4 otaqlı ev almaq istədiyini demişdir. Anar 47-ci məhəllədə yerləşən məcburi köçkünlər yaşadığı 9 mərtəbəli binanın 3-cü mərtəbəsindən 1 ev verəcəyini bildirmişdir. Həmin vaxt Anarın deməsinə görə həmin evlərdə Zəngilan köçkünləri olmuş, torpaqlar işğaldan azad olunandan sonra Zəngilana qayıtmışlar. Bundan sonra o, Anara 20000 manat pul vermiş və 5000 manatı ev düzələndən sonra verəcəyini demişdir. Hal-hazıradək ona dəymiş zərərdən heç bir ödəniş olmamışdır. O, sadəcə pulunu tələb edir, təqsirləndirilən şəxsin tutulmasını istəmir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, arvadı Şahid4 müəllimə işləmiş, həmin ərəfələrdə arvadı bağça müdirəsi vəzifəsinə keçmək istəmişdir. Həmin ərəfədə qayınatası Tanrıverdi ona bildirmişdir ki, Anar adlı jek müdiri vardır və həmin şəxs müxtəlif şəxslərin işlərini həll etmişdir. Anarla danışıq zamanı sonuncu ilkin olaraq 10.000 manat verilməli olduqlarını bildirmişdir. Həmin pul verilib işə başlayandan sonra əlavə olaraq nə qədər xərcin çıxacağını onlara deməli olmuşdur. Bundan sonra o, 10.000 manat pulu qaynatası Tanrıverdiyə vermişdir ki, aparıb Anara versin. Həmin gün qayınatası 10.000 manat pulu dostu Elmanın iştirakı ilə Anara vermişdir. Anar həmin vaxt qaynatasına işin 2 aya həll olunacağını, Çinarənin Sumqayıt şəhərində yerləşən bağçalardan birinə müdir təyin olunacağını demişdir. Anar ona zəng edərək işin həll olunduğunu amma əlavə olaraq 15.000 manat da pulun lazım olduğunu bildirmişdir. Bundan sonra həmin gün o, 15.000 manat pulu Anara vermişdir. Sonradan Anar onunla əlaqə saxlayaraq əlavə olaraq 1500 manat pul lazım olduğunu demişdir. O da həmin gün Anarla görüşüb 1500 manat pulu sonuncuya vermişdir. Bundan sonra tez-tez onunla əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşmuşlar, Anar isə hər dəfə tezliklə işin həll olunacağını demişdir. Sonradan isə aldadıldıqlarını bilmişlər. Təqsirləndirilən şəxs aldığı pulu Təhsil Nazirliyində vəzifəli şəxslərə verəcəyini demişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2022-ci may ayında tanımış, Anar onların məhəlləsində jek müdiri işləmişdir. Anarı bacısı oğlu Şahid5 vasitəsi ilə tanımışdır. Anar onun üçün ev məsələsini həll edəcəkdi, buna görə ona istədiyi pulun 18000 manatını vermiş, qalanını da order verildikdən sonra verəcəyini demişdir. Anar iyun ayına qədər order verəcəyini demiş, lakin avqust ayı Anar Şahid5 telefonuna order şəkili göndərərək evin hazır olduğunu demiş və 1000 manat şirinlik istəmişdir. O, həmin pulu Eldənizə vermiş, lakin nə ev məsələsi alınmamış, nə də pulunu qaytarmamışdır. Ümumilikdə Anara 18000 manat bir, 1000 manat bir olmaqla pul vermiş, Anar həmin puldan ona 400 manat pul qaytarmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində vurulmuş 18 min manat məbləğində maddi ziyandan cəmi 400 manat (dörd yüz manat) məbləğində pul ödənilmişdir, lakin cinayətin törədilməsi ilə əlaqədar ittiham aktında nəzərdə tutulan məbləğdən və məhkəməyə iddia ərizəsində nəzərdə tutulan 25000 (iyirmi beş min) məbləğində maddi və mənəvi ziyandan heç bir ödəniş edilməmiş və qeyd edilən ziyanın ödənilməsinə cəhd belə edilməmişdir, ona görə də məhkəmədən təqsirləndirilən şəxsə ən ağır cəza təyin olunmasını, məhkəməyə verdiyi iddia ərizəsinin tam təmin olunmasını və onun Qubadlı rayon məcburi köçkün olduğu nəzərə alınmasını və 18 (on səkkiz min manat) pulun bütün həyatı boyu min bir əziyyətlə qazandığını nəzərə alınmasını xahiş edir. Məhkəmədən növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin avqust ayının əvvəllərində bir tanışı vasitəsilə tanımışdır. Anar bildirmişdir ki, məcburi köçkünlər öz torpaqlarına qayıdan zaman onların yaşadıqları evləri müəyyən pul müqabilində müxtəlif şəxslərin adlarına sənədləşdirir. Anar 2 otaqlı evin 15000 manata, 3 otaqlı evin 20.000 manata, 4 otaqlı evin isə 25.000 manat satılacağını demişdir. Anar 47-ci məhəllədə yerləşən məcburi köçkünlər yaşadığı 9 mərtəbəli binadan ev verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər 3 saylı notarius ofisində Anarla 40.000 manatlıq borc müqaviləsi bağlamışlar. Bundan sonra Anara məxsus bank kart hesabına 3.000 manat pul göndərmiş, qalan 2000 manat pulu isə Anarın iş yerində ona vermişdir. Ümumilikdə Anara 45000 manat pul vermişdir, həmin puldan heç bir məbləğdə pul qaytarmamışdır. Anar ona telefonda order şəkili göstərsə də, yalan olduğunu bilmişlər, bundan sonra Anar müxtəlif bəhanələr gətirərək sənədləşmənin gecikdiyini demişdir. 2023-cü ilin fevral ayında artıq Anar ev məsələsinin alınmadığını və pulu qaytaracağını demişdir. O vaxtdan da indiyə kimi pulu qaytarmamışdır. Hazırda ona dəymiş zərərin ödənilməsini, pulunun geri qaytarılmasını tələb edir, ödənilmədiyi halda qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində vurulmuş maddi ziyan 45000 (qırx beş min) manat məbləğində ziyandan bir manat da olsa ödəniş olunmamışdır və ümumiyyətlə ona dəymiş zərərin ödənilməsi istiqamətində təqsirləndirilən şəxs tərəfindən heç bir addım atılmamışdır. Ona görə də təqsirləndirilən şəxsə ən ağır cəza təyin olunmasını xahiş edir. Məhkəmədən həmçinin növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, ev satıldığını eşitmiş, bununla bağlı Anara müraciət etmiş, o da iki-üç gündən sonra Hüseyn müəllimlə danışıb həll etdiyini, 20000 manat pul verilməli olduğunu demişdir. O, bacısı ilə məsləhət edib razılaşmışlar. Bundan sonra bacısıgil qohumlardan pul toplamağa başlamışdır. Pulu topladıqdan sonra Anar müəllimlə görüşüb pulu vermişlər və Anar onlara evə girib yaşaya biləcəklərini demişdir. Bundan sonra ev çox pis vəziyyətə olduğundan evi təmir etmişlər. Təmir zamanı onları narahat edən kimsə olmamışdır, təmirdən sonra həmin evdə yaşamağa başlamışlar. O, hər dəfə Anardan evin sənədini soruşduqda o, Hüseyn müəllimin düzəldəcəyini demiş, lakin ev elə sənədsiz də qalmışdır. Təxminən bundan 7-8 ay sonra başqa bir qadın müqavilə ilə gələrək evin onun olduğunu demişdir, bundan sonra onları evdən çıxartdırmışlar. Bildiyinə görə bacısına dəymiş zərər bu günədək ödənilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində göstərdi ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Anar Çinarə adlı xanımı bağça müdiri kimi işə düzəldəcəkdi, bu barədə Anarla Çinarənin atası söhbət etmişlər, Çinarənin atası Anara 10000 min manat pul vermişdir, lakin iş alınmamışdır. Çinarənin atası qızını işə düzəltmək istədiyi barədə ona demiş, o da Anarla söhbət edən zaman bu barədə Anara demiş, Anar isə köməklik edə biləcəyini bildirmişdir. O, onları tanış etmiş, onlar özləri söhbət etmişlər və razılığa gəlmişlər. 10000 manat onun yanında verilmiş, sonradan bilmişdir ki, sonradan 16000 manat da verilmişdir. Bundan sonra söhbət zamanı eşitmişdir ki, həmin iş alınmamışdır. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2022ci ilin aprel ayından jek müdiri kimi tanımışdır. Həmin ilin may ayında Anar onunla söhbət edən zaman 47-ci məhəllədə məcburi köçkünlər yaşadığı mənzillərdən öz doğma yurdlarına köçəndən sonra həmin mənzillərin müxtəlif şəxslərə veriləcəyini bildirmişdir. Bundan sonra o, bu barədə xalası Kamiləyə demiş və Anarla görüşmüşlər. Söhbət əsnasında Anar həmin məhəllədən olan binadan 2 otaqlı evin verilməsinə görə 18.000 manat pul lazım olduğunu demişdir. Kamilə razılaşmış və 2022-ci ilin may ayının ortalarında Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 20 saylı MKİS-in inzibati binasının qarşısında Kamilə onun və oğlu Nicatın iştirakı ilə Anara 18.000 manat pul vermişdir. Anar 2022-ci ilin avqust ayında 2 otaqlı evin onun adına rəsmiləşdiriləcəyini bildirmişdir. Həmin vaxt gələn zaman onlar Anarla əlaqə saxlamışlar, Anar tezliklə işin həll olunacağını bildirmişdir. Bundan sonra Anarın işdən çıxdığını bilmişdir. Həmin vaxt xalası, Anara verdiyi pulu təsdiqlətmək üçün əlyazması ilə 18.000 manat almasına dair yazı yazdırmışdır. Bundan sonra aylarla Anar xalasını aldatmaqda davam etmişdir. Bir müddət sonra isə Anarın onlardan başqa digər şəxsləri də aldatdığını bilmişlər və bu barədə xalası Kamilə şikayət etmişdir. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə tanımışdır. Həmin vaxt Anar Sumqayıt şəhəri, 20 saylı mənzil istismar sahəsinin rəisi vəzifəsində işləmişdir. Oğlu Emin müxtəlif şəxslərdən eşitmişdir ki, Təqsirləndirilən şəxs məcburi köçkünlər öz torpaqlarına qayıdan zaman onların yaşadıqları evləri müəyyən pul müqabilində müxtəlif şəxslərin adlarına sənədləşdirir. Onlar isə baxçada yaşadıqlarından bu barədə Emin maraqlanmışdır. Anar Eminə bildirmişdir ki, məcburi köçkünlər gedən zaman həmin evlər İcra Hakimiyyətinin balansına keçəcək və bundan sonra rəsmi qaydada digər şəxslərə veriləcəkdir. Anar 3 otaqlı evin 20.000 manata, 4 otaqlı evin isə 25.000 manat satılacağım demişdir. İki oğ]u olduğundan hərəsinə bir ev almaq istəmişdir. 3 otaqlı və 4 otaqlı ev almaq istədiklərini demişlər. Anar 47-ci məhəllədə yerləşən məcburi köçkünlər yaşadığı 9 mərtəbəli binanın 5-ci mərtəbəsindən 2 ev verəcəyini bildirmişdir. Onlar bir yerdə həmin binaya kənardan baxmışlar, ancaq mənzilin içərisini görməmişlər. Həmin vaxt Anarın deməsinə görə həmin evlərdə Zəngilan köçkünləri olmuş, torpaqlar işğaldan azad olunandan sonra Zəngilana qayıtmışlar. Bundan sonra xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər 3 saylı notarius ofisində Anarla 40.000 manatlıq borc müqaviləsi bağlamış və 40.000 manat pulu Anara vermişlər. Emin özü borc müqaviləsi bağlamışdır ki. gələcəkdə xoşagəlməz hadisə olarsa Anara 40.000 manat pul verməklərini sübut etsinlər. Bundan sonra oğlu Emin xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 20- ci məhəllədə yerləşən “Seymur” aptekdə olan “Milli Ön” ödəmə terminalı vasitəsi ilə Anara məxsus Leo bank kart hesabına 3.000 manat pul göndərmişdir. Daha sonra oğlu Emin 2022-ci ilin sentyabr ayının ortalarında 2000 manat pulu Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 20 saylı MKİS-in inzibati binasında Anarın xidməti otağında vermişdir. Anar 2022-ci ilin noyabr ayına kimi işin həll olunacağını demişdir. Həmin vaxt tamam olandan sonra onlar onunla əlaqə saxlamışlar. Anar ilk öncə işin gecikdiyini deyərək müxtəlif bəhanələr gətirmiş, bundan bir müddət sonra isə yenidən müxtəlif bəhanələr gətirməyə başlamışdır. 2023-cü ilin may ayma qədər onlara müxtəlif bəhanələr gətirmişdir. Sonradan bilmişlər ki, Anar digər şəxsləri də onlar kimi aldatmışdır. Bundan sonra o, bu barədə şikayət etmişdir. Təqsirləndirilən şəxs verilən 45.000 manat pulun hamısı oğlu Eminə məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Anara ev almaq üçün 20000 manat pul vermiş, Anar 48-ci məhəllədən ona ev vermişdir. Ev pis vəziyyətdə olmuş, borc xərc edərək 30000 manata həmin evi təmir etdirmişdir. Evin sənədini istədikdə müxtəlif gətirmiş, lakin nə sənədi hazır etməmiş, nə pulunu qaytarmamış, həmçinin onları evdən çıxartmışlar. Anar onlardan 25000 manat pul istəmiş, lakin o, 20000 manat vermiş, qalan 5000 manatı da evin sənədi hazır olacağı zaman verəcəyini demişdir. Ev bərbad vəziyyətdə olmuş, iyun ayından avqust ayının 8-nə kimi evdə təmir getmiş, həmin evdə iki il yaxın yaşamışlar. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2022ci mart ayında dostu Elmanın vasitəsi ilə tanımış, qızı Çinarə müəllimə işləmiş və onlar qızını baxça müdirəsi keçirtmək istəmişlər. Həmin ərəfədə Elman müəllimlə söhbət etmişlər və Elman Anar adlı jek müdiri olduğunu və sonuncunun müxtəlif işləri həll etdiyini demişdir. Bundan sonra Elmanla bir yerdə Anarla görüşmüşlər. Anar ona özü haqda danışandan sonra yaxşı ailədən olduğuna və yaxınlarının yaxşı vəzifədə işlədiyini bilmiş və Anara inanmışdır. Anar ilkin olaraq qızının baxça müdirəsi keçməsi üçün 10.000 manat pul verilməli olduğunu demişdir. Anar bundan sonra əlavə xərc olacağı təqdirdə deyəcəyini bildirmişdir. Bundan sonra bu barədə qızına və əri Anara demişdir. 2022-ci ilin mart ayının sonlarında Anar ona 10.000 manat pul vermiş və o, həmin pulu Elmanın iştirakı ilə Təqsirləndirilən şəxs xidməti otağında sonuncuya vermişdir. Anar işin 2 aya kimi həll olunacağını bildirmişdir. Bundan sonra qızına dair müvafiq sənədlərin surətin götürmüşdür. Anar həmin pulu Təhsil Nazirliyində vəzifəli şəxslərə verəcəyini bildirmişdir. 2022-ci ilin may ayının ortalarında Anar yeznəsinə zəng edərək işin həll olunduğunu amma əlavə olaraq 15.000 manat da pulun lazım olduğunu bildirmişdir. Bundan sonra həmin gün yeznəsi 15.000 manat pulu Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 20 saylı MKİSin inzibati binasında Anarın xidməti otağında vermişdir. 2022-ci ilin iyun ayının əvvəllərində Anar yeznəsi ilə əlaqə saxlayaraq əlavə olaraq 1500 manat pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs2 də həmin gün Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən “Hiper” marketin qarşısında Anarla görüşüb 1500 manat pulu sonuncuya vermişdir. Bundan sonra tez-tez onunla əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşmuşlar, Anar isə hər dəfə tezlikə işin həll olunacağını demişdir. O, təhsil nazirliyi ilə bu barədə maraqlanmış, həmin vaxt belə bir məsələnin olmadığını demişlər. Bu zaman onlar aldadıldıqlarını bilmişlər və Anardan pullarını istəmişlər. Anar isə tezliklə pulunu qaytaracağını demiş və yeznəsinə özünə məxsus evə dair etibarnamə vermişdir ki, həmin evi satıb pulunu götürsün. Ancaq həmin evin olmadığını bilmişlər və bundan sonra bu barədə Zərərçəkmiş şəxs2 şikayət etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid4 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid3 göstərdiklərini təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid6 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid5 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 müraciətləri üzrə toplanmış ilkin yoxlama materialı əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. -xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. - ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmış, xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. - Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:30-da Bakı şəhəri, Yasamal rayonu ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş və Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. - ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-301/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,178.2.3, 29,178.2.4, 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 29,178.2.3, 29,178.2.4, 178.3.2-ci maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 320.1-ci maddəsi ilə 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirilmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 06 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 308-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Abşeron rayon Məhkəməsinin 1(012)-471/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı iş materiallarına əlavə edilmişdir. - xx.xx.2023-cü il tarixli ”sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü il tarixdə elan edilmiş ittihamda dəyişiklik olduğundan, həmin ittiham dəyişdirilərək ona CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 32.4, 312-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 308 və 311-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid8 və Şahid5 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 barəsində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihama dəyişikliklər və əlavələr edilərək ona həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilərək həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, bəhs edilən cinayət işi üzrə mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs tərəfindən bilavasitə Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsi nəticəsində ona vurulmuş maddi ziyanın (zərərin) əvəzi olaraq 18000 (on səkkiz min) manat məbləğində pulun, həmin pulun təxminən 2 ilə yaxın müddətdə qanunsuz saxlanılması ilə bağlı 1800 (bir min səkkiz yüz) faiz şəklində pulun və 5200 (beş min iki yüz) manat məbləğində mənəvi zərərin əvəzinin, ümumilikdə 25000 manat (iyirmi beş min) manat məbləğində pulun (18000 manat+1800 manat+5200 manat=25000 manat) mülki cavabdehdən (təqsirləndirilən şəxsdən) alınaraq ona ödənilməsinə dair məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” - 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” -143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” - 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” - 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” - 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. - 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, dələduzluq cinayəti - etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki: - Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin üç hissəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə əsas cəza, həmçinin dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməsi növündə əlavə cəza təyin edilməlidir, ona görə ki, təsiqləndirilən şəxsin etibardan sui-istifadə edərək aldatma yolu ilə özgə əmlakının ələ keçirilməsi üsulu, davamlılığı və zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsi təqsirləndirilən şəxsə daha yüngül cəza verilməsinə imkan vermir. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasının qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-301/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,178.2.3, 29,178.2.4, 178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 29,178.2.3, 29,178.2.4, 178.3.2-ci maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 320.1-ci maddəsi ilə 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirilmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 06 ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin: - 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. - 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-965/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 2112 saylı orderə əsasən vəkil X6 onun vəkili təyin etmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 ilə müqavilə bağlamış, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə X1 Təqsirləndirilən şəxs müdafiəçisi qismində iştirakına xitam verilmişdir. Sumqayıt Regional Vəkil Bürosu Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)- 131/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli, 1871 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir Müdafiəçi X8 məhkəmə iclasında iştirak etmiş (hazırlıq), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 03 (üç) saat vaxt sərf etmişdir. Müdafiəçi2 məhkəmə iclasında iştirak etmiş (baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun, 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1 tərəfindən cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmişdir. Mülki iddia barədə ərizəyə əsasən maddi ziyanın (zərərin) əvəzi olaraq 18000 (on səkkiz min) manat məbləğində pulun, həmin pulun təxminən 2 ilə yaxın müddətdə qanunsuz saxlanılması ilə bağlı 1800 (bir min səkkiz yüz) faiz şəklində pulun və 5200 (beş min iki yüz) manat məbləğində mənəvi zərərin əvəzinin, ümumilikdə 25000 manat (iyirmi beş min) manat məbləğində pulun (18000 manat+1800 manat+5200 manat=25000 manat) mülki cavabdehdən (təqsirləndirilən şəxsdən) alınaraq ona ödənilməsinə dair məhkəmə tərəfindən qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Məhkəmə istintaqı dövründə Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan 18000 manat məbləğində təsdiqini tapdığından və təqsirləndirilən şəxs tərəfindən həmin məbləğdən 400 manat məbləğində pul geri qaytarıldığından, tələbin maddi ziyan hisssəsi sübuta yetirilmiş hissədə, yəni 17600 manat məbləğində təmin edilməli, mənəvi zərər və faiz hissəsində isə əsaslı sübut olmadığından, bu barədə heç bir mötəbər sübut məhkəməyə təqdim olunmadığıdan həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Göstərilənləri məhkəmə nəzərə alaraq hesab edir ki, iddia tələbinin maddi ziyan hissəsi- 17600 manat məbləğində pul təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdehdən tutularaq zərərçəkmiş şəxsə (mülki iddiaçıya) ödənilməlidir. Digər zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 il 06 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.3, 29,178.2.4, 178.2.3 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 01 il 06 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 16 may 2024-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin və hazırda digər iş üzrə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş maddi ziyanın əvəzi olaraq 17600 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 göstərdiyi 03 (üç) saat hüquqi yardıma görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Digər zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İş üzrə xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(060)-4/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-4/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver