Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-40/2021 16.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.2004-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, orta təhsilli, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 15ci məhəllə, yataqxana 3, otaq 7-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilən və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 15.02.2020-ci il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən “Lider Diş” klinikasına müştəri qismində daxil olaraq dolabın üzərində olan Zərərçəkmiş şəxs4 məxsus içərisində 650(atı yüz əlli) manat nəğd pul və 320 (üç yüz iyirmi) manat dəyərində qızıl boyunbağı olan 20 manat dəyərində qara rəngli kişi pul qabını gizli talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 990 (doqquz yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 17.03.2020-ci il tarixdə saat 18. radələrində Sumqayıt şəhəri, “Avtovağzal” ərazisində yerləşən Zərərçəkmiş şəxs6 məxsus meyvə dükanına müştəri qismində daxil olaraq orada stulun altında olan sonuncuya məxsus pul qabıdan 200(iki yüz) manat məbləğində pulu gizli talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 18.03.2020-ci il tarixdə saat 19.radələrində Sumqayıt şəhəri, 2-ci mkr ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Azad” optika maqazininə müştəri qismində daxil olaraq orada olan taxta dolabın içərisindən 310(üç yüz on) manat pulu gizli talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 26.04.2020-ci il tarixdə saat 12.radələrində Sumqayıt şəhəri, 13-cü mkr ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Yağmur” santexnika maqazininə müştəri qismində daxil olaraq içəridə olan dolabdakı Zərərçəkmiş şəxs1 məxsus pul qabıdan 2620(iki min altı yüz iyirmi) manat pulu gizli talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 09.05.2020-ci il tarixdə saat 14:20.radələrində Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən Zərərçəkmiş şəxs5 məxsus ”Colorit” parça dükanına müştəri qismində daxil olaraq içəridə olan dolabdan içərisində 540(beş yüz qırx) manat və 340(üç yüz qırx) manat ekvivalentində 200(iki yüz) ABŞ dolları pul olan 10(on) manat dəyərində qırmızı rəngli pul qabını gizli talayaraq Zərərçəkmiş şəxs5 ümumlikdə 890(səkkiz yüz doxsan) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 13.05.2020-ci il tarixdə saat 14.radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus “Bəhram” ərzaq maqazininə müştəri qismində daxil olaraq orada olan dolabın işərisindəki pul qabıdan 110(yüz on) manat pulu gizli talayaraq oğurluq etmişdir. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 177.2.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 3, otaq 7 ünvanında anası X1 ilə birlikdə yaşayır. O, 15.02.2020-ci il tarixdə 16.radələrində Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən “Lider Diş” klinikasına həkimə getmiş, başqa xəstə olduğundan orada gözləmiş, həmin ərəfədə orada olan dolabın üzərində qara rəngli pul qabını görüb onu oğurlamağı fikirləşmiş, hamı başıqarışıq olduğundan pul qabını oradan götürərək bayıra çıxmışdır. Bayırda pul qabıya baxdıqda içərisində 290(iki yüz doxsan) manat pul olduğunu görmüş və pulları götürərək pul qabını ətrafa tullamışdır. Sonra həmin pulları öz şəxsi tələbatlarına xərcləmişdir. Bundan başqa 17.03.2020-ci il tarixdə saat 18.radələrində Sumqayıt şəhəri “Avtovağzal” deyilən yerin yaxınlığında gəzmişdir. O orada yerləşən dəmir vaqonda meyvə satılan dükana girərək özünə meyvə almaq istəmiş, dükana girdikdə orada orta yaşlı qadın satıcı və müştərinin olduğunu da görmüş, dükanda olduqda dükanın içərisində olan stulun altında qadına məxsus qırmızı rəngli pul qabının olduğunu görmüş və oğurluq etmək qərarına gəlmişdir. Qadın ondan nə istədiyini soruşduqda, o da ona anasını gözlədiyini dedimişdir. qadının başı digər müştəriyə qarışdıqda o pul qabıda olan pullardan bir qismini götürərək qadının xəbəri olmadan pul qabını yenidən oraya qoymuşdur. Sonra dükandan çıxdıqdan sonra pulu saymış və pulların ümumi 200(iki) yüz manat olduğunu görmüşdür. Həmin pullar 50 manatlıq, iyirmi manatlıq və on manatlıq əskinaslardan ibarət olmuşdur. O sonra həmin pulların hamısını yavaş yavaş öz tələbatlarına xərcləmişdir. O həmin günün səhərsi yəni 18.03.2020-ci il tarixdə təxminən 19 radələrində Sumqayıt şəhəri, 2-ci mkr ərazisində gəzmişdir. Orada binaların kənarı ilə gəzdikdə binanın altında optik və gün eynəkləri satılan “Azad Optika” adlı maqazinə daxil olaraq gün eynəklərinə baxmışdır. O gün eynəklərinə baxdıqda orada olan satıcı başqa bir müştərini yola saldıqda orada olan dolabı açdıqda dolabın içərisində pul olduğunu görmüşdür. O həmin mağazadan çıxmışdır. Daha sonra oradan oğurluq etmək qərarına gəlmiş və yenidən oraya daxil olmuşdur. O satıcıya atasını gözlədiyimi, buraya gələcəyini demiş və satıcı da etiraz etməmiş, o orada gözləmişdir. Həmin vaxtı satıcı mağazanın digər tərəfində gün eynəklərini düzəltmişdir. O da onun eynəklərə başının qarışdığını görüb dolabı açmış, orada olan taxta dolabın içərisində olan pulda əlinə yerləşdiyi qədər pulu götürərək cibinə qoymuşdur. Sonra isə satıcıya bayıra çıxaraq atasını bayırda gözləyəcəyini demişdir. O bayıra çıxdıqdan sonra pulları saydıqda 310(üç yüz on) manat pul oduğunu görmüşdür. O həmin günü həmin pulları Vüsal adı tanışına borcu olduğundan vermişdir. Bundan başqa 26.04.2020-ci il tarixdə saat 12.radələrində Sumqayıt şəhəri, 13-cü mkr ərazisində gəzişmişdir. Həmin vaxt orada olan binalardan birinin altında “Yağmur” adlı santexnika mağazasının qapılarının açıq olduğunu görmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. O mağazaya girdikdə orada qadın satıcını görmüşdür. Satıcı ondan nə istədiyini soruşduqda, o da qadına atasının kombi sifariş etdiyini, hazır olub-olmadığını öyrənmək üçün gəldiyini, atasının da gələcəyini demişdir. Qadın da ona heç kəsin kombi sifariş etmədiyini demişdir. O da ona atasının da gəldiyini, o gələnə kimi gözləyə bilib-bilmədiyini soruşmuşdur. Qadın da ona gözləyə biləcəyini demiş və o mağazanın içərisində dayanmışdır. O həmin vaxt qadın şübhələnməsin deyənə özünə məxsus telefonu qulağına tutaraq yalandan “ata burdayam səni gözləyirəm” sözünü demişdir. Sonradan qadının oturduğu stolun yanında olan stulda əyləşmiş, qadın da kənarda oturaraq telefonla oynamışdır. O da həmin vaxtı stolun içərisində olan dolab biraz açıq olduğundan orada qadına məxsus qəhvəyi rəngli pul qabını görmüş, pul qabının içərisində pul olacağını fikirləşmiş və oğurlamaq qərarına gəlmişdir. O qadının başı telefona qarışıq olan vaxtı tez dolabdakı pul qabını götürmüş və açdıqda içərisində sayını bilmədəyi, lakin baxdıqda çox olan 100(yüz)manatlıq əskinasların olduğunu görmüşdür. O qadın şübhələnməsin deyənə pulun hamısını yox, bir qismini götürmüş və sonrada pul qabını yenidən dolaba qoymuşdur. O pulu cibinə qoymuş və yenidən telefonu yalandan qulağına tutmuşdur. Sonra qadına atasının zəng etdiyini, burası deyildə başqa mağazada olduğunu demiş və oradan çıxmışdır. Qadın həmin vaxtı oğurluq etməyindən şübhələnməmişdir. O çıxdıqdan sonra pulu kənarda heçkəsin görmədiyi yerdə saymış və 628(altı yüz iyirmi səkkiz)manat pul olduğunu görmüşdür. O pulları dostları ilə xərcləmək üçün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış masssivinə getmək qərarına gəlmişdir. O oraya getdikdə Sumqayıt şəhəri, 1 saylı şəhər xəstəxanasının yaxınlığında Ruslan adlı əvvəlcədən tanıdığı təxminən 20 yaşlarında olan şəxsi görmüşdür. Təxminən 3-4 ay bundan qabaq Ruslan adlı şəxs ondan heç bir səbəb olmadan 200 manat pul istəmiş, o da ona pulu verə bilmədiyi üçün ondan özünə məxsus “Xiomi” markalı telefonu almışdır. O onu orada gördükdə ondan telefonunu istəmişdir. O da telefonun özündə olmadığını, girovda olduğunu, 200 manat verdikdə telefonu götürə biləcəyini demişdir. O da cibində olan puldan iki ədəd yüz manatlıq əskinas olmaqla 200(iki yüz) manat pulu çıxardaraq ona vermiş və telefonunu qaytarmasını bildirmişdir. Ruslan da ona orada gözləməsini, telefonu götürüb gələcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra onun gəlmədiyini görüb oradan marşuruta minərək Elnur və Aydın adlı dostları ilə görüşməkdən ötrü Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivinə getmişdir. O orada Elnur, Aydın adlı dostları ilə görüşmüşdür. O onlarla birlikdə H.Z.Tağıyev qəsəbəsinin mərkəzinə getmişlər. Orada onların digər H.Z.Tağıyev qəsəbəsi, “Bulaq“ deyilən yerin yaxınlığında yaşayan Fərid adlı dostları da gəlmişdir. Həmin vaxtı saat təxminən 18.radələri olardı, o orada uşaqlara da, özünə də mağazadan gönəbaxan tumu, meyvə suları almış və onlarla birlikdə parkda oturaraq söhbət etmişlər. Sonra Elnur və Aydın gec olduğunu bildirib evlərinə getmişlər. O və Fərid isə orada qalmışlar. Sonra o, Fəridlə birlikdə orada parkın yaxınlığında olan “Playstation” oyun zalına getmişlər. Onlar orada tanımadıqları uşaqlarla oyun oynamışlar. O orada uşaqlarla oyun oynayan zaman cibindən pul düşməsin deyənə cibində olan pulları saxlaması üçün Fəridə vermişdir. Orada özünə də, digər uşaqlara da sular, şirniyyatlar almışdır. Aldıqları hər şeyin pulunu o Fəriddə olan puldan vermişdir. O və Fərid axşamdan səhərə kimi oyun zalında olmuşlar. Oradan təxminən səhər saat 08 radələrində çıxmışlar. O evdə anası cibində olan pulları görüb oğurluq etməsindən şübhələnməsin deyə pulları saxlaması üçün Fəridə vermək qərarına gəlmişdir. Həmin vaxtı Fərid onun ona verdiyi pulları saymış və 232 (iki yüz otuz iki) manat pul qaldığını görmüşlər. Fərid həmin puldan ona 15(on beş) manat pul vermiş və özünün evə gedib gələcəyini və o, gələnə kimi onun mağazadan özlərinə siqaret, şirniyyat və sular almasını demişdir. O mağazadan siqaret, su almağa getdiyi zaman orada bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirmiş və onun oğurluqda şübhəli olduğunu deyərək onu 1-ci polis bölməsinə gətirmişdir. Bölmədə ona “Yağmur” santexnika mağazadan oğurluq etdiyini dedikdə o olanları danişmaq qərarına gəlmiş və polis əməkdaşlarına danışmışdır. O sonra 09.05.2020-ci il tarixdə saat təxminən 14:20 radələrində Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində gəzərkən orada olan binanın altında yerləşən ”Colorit” adlı parça satılan mağazada çoxlu adam olduğunu görmüşdür. O orada çoxlu adam olduğundan oradan oğurluq etmək qərarına gəlmişdir. O mağazaya daxil olmuşdur. Mağazada olan satıcı qadın onun orada olan müştərilərin yanında gəldiyini fikirləşərək ondan heç nə soruşmamışdır. Həmin vaxtı orada çoxlu müştəri olmuşdur. Onlar parçalara baxmışdır. O da qadının yanında dayanmışdır. Ona ümumiyyətlə fikir verməmişlər. O mağazada gəzişərkən orada olan stolun atında qadın çantası və çantanın da üzərində qırmızı qadın pul qabısının olduğunu görmüşdür. O biraz da orada gəzişdikdən sonra hamının başının qarışıq olduğunu görərək tez əyilərək stolun altında olan həmin pul qabını götürmüş və əynində olan qara rəngli gödəkçəsinin sol qoltuq cibinə qoymuş və heç kəs də şübhələnmədən mağazadan çıxmışdır. O kənarda pul qabının içərisinə baxdıqda orada qadına məxsus şəxsiyyət vəsiqəsi, bank kartları, digər kartların və pulun olduğunu görmüşdür. Onun fikri pulu oğurlamaq olduğundan kartlara baxmamış və orada olan pulları götürərək saymış və həmin pulların 540(beş yüz qırx) manat məbləğində nağd pul və 200(iki yüz) ABŞ dolları olduğunu görmüşdür. O pulları götürərək pul qabını içərisində olan sənəd və kartlarla birlikdə yol kənarına tullamışdır. O daha sonra özünə avtomobil almaq istədiyindən internetdə avtomobil satışı elanlarına baxmışdır. O internet saytlarında göy rəngli “Zaz 968” makalı avtomobil tapmışdır. Həmin avtomobil 570(beş yüz yetmiş) manata olmuşdur. O həmin avtomobilin internetdə olan Hüseyn adlı sahibinə məxus (055) ***-**-** mobil nömrəylə danışmışdır. Hüseyn ona Abşeron rayonu, Qobu qəsəbəsində olduğunu demişdir. O avtomobili almaq istədiyini demişdir. O 200 ABŞ dollarını Sumqayıt şəhəri, 18-ci mkr ərazisində olan valyuta dəyişmə yerində dəyişmiş və 340(üç yüz qırx) manat pul olmuşdur. O taksiylə Qobu qəsəbəsinə getmişdir. Həmin puldan 40(qırx) manat taksiyə vermişdir. O oraya çatdıqda həmin Hüseyn adlı təxminən 20-21 yaşlarında olan oğlanın köhnə tanışı olduğunu görmüşdür. O onunla razılaşdıqdan sonra 570(beş yüz yetmiş) manat pulu ona vermişdir. Daha sonra yoldan keçən dövlət qeydiyyat nişanını xatırlamadığı evakuatorla həmin avtomobili Abşeron rayonu Saray qəsəbəsinə gətirmişlər. O avtomobili evakuatordan düşürtdükdən sonra avtomobili özü sürə-sürə Sumqayıt şəhərinə gətirmişdir. O Sumqayıt şəhərinə gəldikdən sonra Rövşən adlı dostu ilə görüşmüşdür. Rövşənin təxminən 22-23 yaşı olduğundan avtomobili sonra o, idarə etmişdir. O yerdə qalan pulları da öz gündəlik ehtiyaclarına xərcləmişdir. Həmin günü avtomobil Rövşəndə qalmışdır. Sonra o bir neçə gün Rövşəni görməmişdir. Sonra Rövşəni gördükdə Rövşən avtomobili 300(üç yüz) manata satdığını bildirmişdir. O da ondan icazəsiz nə səbəbə satdığını soruşduqda o, pul lazım olduğunu ona görə satdığını demişdir. O daha sonra 13.05.2020-ci il tarixdə saat təxminən 14.radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində gəzdikdə “Bəhram” adlı ərzaq mağazasını görmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. O mağazaya daxil olduqda əvvəlcə mağazada heç kim olmamışdır. Sonra mağazanın içəri otağından bir nəfər orta yaşlı qadın satıcı çıxmış, o qadına bir siqaret adı demişdir. Qadın ona həmin siqaretdən olmadığını demişdir. O sonra mağazanın çıxış qapısına tərəf getmiş və və satıcının içəri girdiyini görüb əyilmiş vəziyyətdə dolabların qarşısı ilə mağazanın yuxarı hissəsinə gəlmişdir. Satıcı həmin vaxtı otaqdan çıxaraq mağazaya baxıb sonra yenidən içəriyə girmişdir. Lakin o əyildiyindən onu görməmişdir. O, içəri girdikdən sonra dolabların qarşısı ilə fırlanıb kassanın yanına getmiş və ətrafa baxmışdır. Həmin vaxtı dolabın altında qara rəngli kişi pul qabısını görmüş və dərhal götürərək ağzını açmış və içərisində olan pulların hamısını götürmüş və satıcının gəldiyini hiss edib dərhal pul qabını götürdüyü yerə qoyub dolabların arxasına gəlmiş və əyilmişdir. Satıcı otaqdan çıxaraq maqazinə baxıb sonra içəri keçmiş, lakin onu görməmişdir. O da əyilmiş vəziyyətdə maqazindən çıxmaq istəmişdir. Lakin həmin vaxtı otaqda olan satıcı otaqdan çıxmışdır. O da özünü itirməyərək ayağa qalxmış və onlar ondan şübhələnməmişlər. Qadın ondan nə etdiyini soruşduqda o da ona ayaqqabının ipini bağladığını demişdir. Həmin vaxtı içəri müştəri də girdiyindən başları qarışmış, o da maqazini tərk etmişdir. O bayırda pulları saydıqda 110(yüz on) manat məbləğində nağd pul olduğunu görmüşdür. O həmin pulu da öz tələbatlarına xərcləmişdir. Bütün oğurluqları tək etmiş və kiminləsə əlbir olmamışdır. Zərərçəkmiş şəxs4 ifadəsində pul qabıda 650 manat pul və 350 manat dəyərində qızıl-zinət əşyaları olması barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, həmin pul qabıda 290 manat pul olmuş, qızılları isə görməmiş, çünki o pulları götürdükdən sonra pul qabını tullamışdır. Ona görə də pul qabının içərisində qızıl olub-olmadığına fikir verməmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində dolabda olan pul qabıdan 2620(iki min altı yüz iyirmi) manat pul oğurlanması barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, o dolabda olan pul qabıdan 628(altı yüz iyirmi səkkiz)manat pul oğurlamışdır. Hazırda maddi ziyanın ödənilməsi üçün imkanı olmadığını bildirərək Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 Əhməd qızı ifadəsində göstərdi ki, o 2016-cı ilin aprel ayından hazırədək ünvan 2 ünvanında yerləşən “Yağmur” santexnika avadanlıqları satışı ilə məşğul olan mağazanı işlətməklə bütün günü orada olur. Ona orada tanışı Şahid1 kömək edir. O hər gün 08:00 da mağazanı açır, axşam saatlarında bağlayır. Həmişə olduğu kimi 26.04.2020-ci il tarixdə səhər saat 08:00da mağazanı açmışdır. O mağazada olduqda bir-iki müştəri gəlmiş və onları yola salmışdır. Sonra bir nəfər müştəri gələrək ondan mebelə aid aksesuarlar istəmiş, o da ona həmin aksesuarların adlarını dəqiq deməsini bildirmişdir. Həmin adam özü bilmədiyini bildirmiş və bayırdan ustanı çağırmışdır. O və həmin iki nəfər şəxs mağazanın anbarına düşmüşlər və oradan lazım olan əşyaları onlara vermişdir. O aşağıya düşdükdə mağazanın qapısını bağlamışdır. O ümumiyyətlə aşağıya düşdükdə mağazanın qapısını bağlayır. O onları yola salmış, lakin onlar həmin əşyaları istəməyərək çıxıb getmişlər. Onlar gedən zaman mağazaya təxminən 15-16 yaşlarında oğlan girmiş və ona Samir adlı atasının kombi sifariş etdiyini və gələcəyini, onu da hazır olub-olmadığını öyrənmək üçün göndərdiyini demişdir. Kombilər adətən böyük olduğundan onu almaq istəyən müştərilər əvvəlcədən sifariş verirlər. Həmin vaxtı da ona əvvəlcədən kimsə sifariş verməmişdir. O uşağa heç kəsin sifariş vermədiyini demişdir. Lakin uşaq israr etdiyindən o düşünmüşdür birdən köməkçisi Həbibə sifariş vermişlər. O Həbibə zəng edərək kiminsə kombi sifariş verib-vermədiyini soruşmuşdur. O isə ona heç kəsin kombi sifariş vermədiyini demişdir. O da uşağa onlara heç kəsin kombi sifariş vermədiyini demiş, o da ona onda atasının gəldiyini, onu burada gözləyə bilib-bilmədiyini soruşmuşdur. O da gözləyə biləcəyini demişdir. Uşaq gözlədiyi zaman ona tez-tez zəng gəlmiş və o da “ata burdayam, gözləyirəm” sözünü demişdir. O, təxminən yarım saat mağazada gözləmişdir. O, gah mağazadan bayıra çıxmış, gah da içəridə gəzişmişdir. Sonra mağazaya başqa müştəri gəlmişdir. O, ona unitaz istədiyini demişdir. O ona hansı unitazdan istədiyini soruşduqda o, ona fərqi olmadığını bildirmişdir. O da həmin müştəri ilə ikinci otağa keçərək ona unitazları göstərmişdir. O, sonra alacağını, hazırda eləcənə baxdığını demiş və çıxıb getmişdir. O gedən zaman da uşaq hələdə mağazada olmuşdur. Bir neçə dəqiqə sonra ona zəng gəlmiş və o, danışdıqdan sonra ona səhv gəldiyini, başqa mağaza olduğunu, atasının orada gözlədiyini demiş və çıxıb getmişdir. O həmin günü yeni mallar gətirmək üçün Bakıya getməli olmuşdur. O ya tək getmiş, ya da Həbib ilə birlikdə getmişdir. Həmin vaxtı Həbib ona zəng edərək yolda olduğunu, hazırlaşmasını demişdir. Həmin vaxtı birdən onun ağlına uşağın burada uzun qaldığını və oğurluq edə biləcəyini düşünmüşdür. Həmdə o, uşağın mağazada olan stolun ətrafında fırlandığını görmüşdür. Lakin həmin vaxtı ümumiyyətlə uşağın oğurluq edəcəyini fikirləşməmişdir. O tez stolunun içərisində olan dolabı açmış və özünə məxsus qəhvəyi rəngli pul qabını götürərək içərisində olan pulların böyük qisminin olmadığını, oğurlandığını görmüş və uşağın oğurladığını anlamışdır. O adətən bütün pulları pul qabına qoymuşdur. Həmin vaxtı da pul qabının bir cibində 2620(iki min altı yüz iyirmi)manat bir pul olmuş, digər cibində 155(yüz əlli beş) manat pul var olmuşdur. Həmin puldan 2620 manat 50 və 100 manatlıq əskinaslardan ibarət olmuş və üzərində də bir ədəd 20 manatlıq əskinas var idi. Çünki həmin pul yeni mal gətirmək üçün yığılmışdır, yəni alver olan günlərdən yığılmış pullar olmuşdur. Onun üzərində olan bir ədəd 20 manat isə malları gətirən avtomobilə veriləsi pul idi. O biri cibində olan 15 ədəd 1 manatlıq əskinas, yəni 15 manat onun üzərində olan pul, 1 ədəd 100 manatlıq əskinas və 2 ədəd 20 manatlıq əskinas isə, yəni 140 manat pul isə həmin gündə olan alverin pulu idi. Həmin vaxtı isə 155 mant pula əl dəyilməmiş, lakin 2620 manat pul isə oğurlanmışdır. O həmin vaxtı polisə məlumat vermiş və 1-ci Polis Bölməsinin əməkdaşları oraya gələrək hadisə yerinə baxış keçirtmişlər.Hadisə 26.04.2020-ci il tarixdə saat 12. radələrində ünvan 2 ünvanında yerləşən “Yağmur” santexnika mağazasından baş vermiş və o yalnız həmin uşaqdan şübhələnmişdir. Çünki həmin vaxtı oğurluğu yalnız o, edə bilərdi. Çünki o səhər mağazaya girdikdə pulların hamısı pul qabıda olmuşdur. Oğurluq zamanı ona məxsus 2620(iki min altı yüz iyirmi) manat pul oğurlanmaqla ona həmin məbləğdə maddi ziyan dəymişdir.Zərərçəkmiş şəxs1 ona dəymiş maddi ziyan ödənilmədiyindən şikayətçi olduğunu bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ona məxsus Sumqayıt şəhəri, 2-ci mkr ərazisində yerləşən “Azad optika” maqazini təxminən 2001-ci ildən fəaliyyət göstərir. Orada müxtəlif eynəklər satılır. Oranı əvvəlcə atası Bəkirli Fuad işlətmişdir. Lakin təxminən 5-6 ildirki buranı sırf özü işlədir. O həmişə olduğu kimi 18.03.2020-ci il tarixdə səhər saatlarında işə gəlmişdir. O gündəlik işləri ilə məğul olmuşdur. 18.03.2020-ci il tarixdə təxminən 19 radələrində o mağazada olmuş, boş olduğundan eynəklərin təmiri ilə məşğul olmuşdur. Həmin vaxtda mağazada bir nəfər uşaq daxil olmuş, o da ona yaxınlaşmışdır. O, atasının bura gələcəyini onu gözlədiyini demişdir. O da ona ertiraz etməmiş və girişdə olan oturacaqda əyləşmişdir. O da həmin yerdən biraz yuxarıda olan qabağı açıq otaqda eynək təmir etmiş və başı ora qarışmışdır. Oradan həmin uşağın ancaq başını görmüşdür. Sonra ona vintaçan lazım olduğundan o aşağıya düşdükdə həmin uşağın orada dolabın yanında gəzdiyini görmüşdür. O ondan nə etdiyini soruşduqda, sonuncuda ona mağazaya gedib gələcəyini demiş və ondan nəsə istəyib istəmədiyini soruşmuş, o da ona heç nə lazım olmadığını demişdir. O, gedib qayıdacağını deyərək çıxmışdır. Sonra dükanda pulları saxladığı karton qutunun içərisində baxdıqda orada 380 manat olmalı olduğu halda 70 manat qaldığını görmüş və 310 manat pulun olmadığını görmüşdür. O həmin pulun həmin uşaq tərəfindən oğurlandığından şübhələndiyi üçün tez bayıra çıxmışdır. Lakin həmin uşaq yox idi. Sonra o polisə məlumat vermiş və polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər. Oğurluq nəticəsində ona 310(üç yüz on) manat məbləğində ziyan vurulmuşdur.Zərərçəkmiş şəxs2 ona dəymiş maddi ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, təxminən 10 ilə yaxındır ki Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən “Colorit” parça maqazinini işlədir. O hər gün səhər saatlarında mağazanı açır. O 09.05.2020-ci il tarixdə də həmişə olduğu kimi səhər saatlarında mağazanı açmışdır. Gün ərzində mağazaya gələn müştəriləri yola salmışdır. O mağazanın içərisində olan dolabın içərisinə özünə məxsus çantasını qoymuşdur. Həmin günü günorta saatlarında müştəriər çox gəldiyindən başı qarışıq olmuşdur. Təxminən saat 14.radələrində dolabın içərisində olan çantasından pul qabını götürmək istədikdə qırmızı rəngli pul qabının olmadığını görmüşdür. O həmin dəqiqə onun oğurlandığını anlamış və mağazada olan kameraya baxdıqda mağazaya daxil olan bir uşağın başının qarışıq olmasından istifadə edərək pul qabını oğurladığını görmüş və dərhal polisə məlumat vermişdir. Polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər.Hadisə 09.05.2020-ci il tarixdə saat 14:20 radələrində ona məxsus Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən “Colorit” parça mağazasında baş vermiş, həmin pul qabını kameraya düşən uşaq oğurlamışdır. Oğurlanmış pul qabının içərisində 540 manat, 200 ABŞ dolları pul olmuşdur. O həmin pulu işdən yığmışdır ki, yeni parçalar sifariş etsin. Bundan başqa pul qabıda 2 ədəd “Acces” banka, 1 ədəd “Unibank” a məxsus bank kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi, özünə məxsus maqazinin “Vöen” sənədi, özünə məxsus sosial siğorta kartı və müxtəlif mağaza alış veriş kartları olmuşdur. Oğurluq nəticəsində ona 880(səkkiz yüz səksən) manat maddi ziyan vurulmuşdur. Sonradan polis əməkdaşları həmin oğurluğu Təqsirləndirilən şəxs etdiyini müəyyən etmişlər və ona məxsus içərisində pullardan başqa digər sənədlərin olduğu qırmızı rəngli pul qabı tapılmışdır.Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmədiyindən ondan şikayətçi olduğunu bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, ona məxsus olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 1-ci məhəllə ərazisində yerləşən “Bəhram” ərzaq mağazasını təxminən 5-6 ildir ki işlədir. O özü hər gün orada olur. Orada ondan başqa satıcı da olur. 13.05.2020-ci il tarixdə satıcı ona zəng edərək dolabda olan pul qabının içərisində olan 110 manat pulun olmadığını bildirmişdir. O dolaba pul qabı alaraq qoymuşdur ki, alverin pullarını ora yığsınlar. O dərhal mağazaya getmişdir. Mağazada olan kameralara baxdıqda mağazaya bir nəfər uşağın girdiyini, satıcıların başının qarışmasından istifadə edərk əyilmiş vəziyyətdə dolabın yanına gələrək dolabdan pul qabının içərisindən pulları oğurladığını görmüşlər. O sonra polisə məlumat vermişdir. Polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Oğurluq nəticəsində ona 110 manat məbləğində maddi ziyan vurulmuşdur.Ona dəymiş maddi ziyan ödənilməsə də təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, təxminən 5 ildir ki Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən “Lider diş həkimi” klinikasında həkim-stomatoloq vəzifəsində çalışır. O hər gün səhər saatlarında işə gedir. 15.02.2020-ci il tarixdə saat 16 radələrində işlədiyi klinikaya müştəri qismində təxminən 15-16 yaşlarında olan uşaq daxil olmuşdur. Həmin uşaq ona bildirmişdir ki, dişində ağrılar var, az sonra atası gələcək ondan sonra dişini müalicə elətdirəcək. O uşağa gözləməyini demişdir. Uşaq da qəbul otağında gözləmişdir. Sonra isə o digər otaqda xəstə ilə maraqlanmışdır. O özünə məxsus qara rəngli pul qabını adətən girişdə olan qəbul şöbəsində dolabın üzərinə qoymuşdur. Biraz keçdikdən sonra uşaq heç bir söz demədən çıxıb getmişdir. O təxminən 5 dəqiqə sonra qəbul şöbəsinə keçdiyi zaman dolabın üzərinə baxdığı zaman pul qabının olmadığını görmüşdür. O uşağın oğurladığını anlamışdır. Bayıra çıxıb baxdıqda uşağı görməmişdir. Əvvəlcə şikayət etməməyi fikirləşmiş, lakin bir müddətdən sonra qohumlarının təkidi ilə şikayət etmişdir. Çünki əvvəlcə fikirləşmişdir ki uşaq ağıla gəlib gətirib pul qabını qaytaracaq, lakin o, qaytarmamışdır. O da ona görə polisə şikayət etmişdir. Polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər.Oğurluq zamanı ona məxsus qara rəngli içərisində 650 manat nağd pul və təxminən 350 manat dəyərində 750 əyyarlı, təxminən 4 qramlıq qızıl sep olan pul qabısı oğurlanmışdır. Belə ki onun pul qabısı qara rəngli dəridən olmuş və onu 2018-ci il tarixdə 20 manata almışdır. Bir ədəd qızıl boyunbağını isə 2017-ci il tarixdə 350 manata almışdı və təxminən 4 qram, 750 əyyar olmuş və ona oğurluq nəticəsində 1000(bir min) manat maddi ziyan vurulmuşdur.Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o təxminən 1 ildir ki Sumqayıt şəhəri, Avtovağzal deyilən yerin yaxınlığında meyvə-tərəvəz mağazasını işlədir. 17.03.2020-ci il tarixdə 18 radələrində o, mağazada olduqda təxminən 13-14 yaşlarında bir uşaq içəri girmişdir. O ona rayona getdiyini, anasını gözlədiyini və burada gözləyə bilib-bilməyəcəyini soruşmuşdur. O da uşağa problem olmadığını demişdir. O həmin vaxta başqa müştəriləri də yola salmış, yəni başı qarışıq olmuşdur. Təxminən 30 dəqiqə sonra uşaq çıxıb getmişdir. O həmin vaxtı özünə məxsus əl çantasını içəridə olan stulun altına qoymuşdur. O çantasının içərisindən pul götürmək istədikdə içərisində olan 200 manat pulunun olmadığını görmüşdür. O uşağın oğurladığını fikirləşmişdir. Sonra polisə məlumat vermişdir. Polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər.Hadisə17.03.2020-ci il tarixdə saat 18 radələrində ona məxsus Sumqayıt şəhəri, Avtovağzal ərazisində yerləşən meyvə-tərəvəz mağazasında baş vermiş və yalnız həmin uşaqdan şübhələnmişdir. Oğurluq nəticəsində ona 200 manat maddi ziyan olmuşdur. Zərərçəkmiş şəxs6 ona dəymiş maddi ziyan ödənilməsə də təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, təxminən 1-2 ildir ki, Sumqayıt şəhəri, 18-ci mkr ərazisində meyvə tərəvəz dükanı işlədir. 09.05.2020-ci il tarixdə saat təxminən 16 radələrində dükana bir nəfər uşaq gəlmiş, o əvvəlcə uşağın da müştəri olduğunu fikirləşmişdir. Lakin həmin uşaq ona anasının xəstə olduğunu bildirərək 200 ABŞ dolları pul verərək dəyişməsini xahiş etmişdir. O, anasına dərman almalı olduğunu, ona görə də pulu dəyişməyini xahiş etmişdir. O uşaqdan 200 ABŞ dollarını alaraq əvəzində 340 manat qaytarmışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki, o da Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16.07.2020-ci il tarixli, 9/1744 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində markalanmasına dair məlumat olmayan qırmızı rəngli 20x10 sm ölçüdə, düymə ilə açılıb-bağlanan süni materialın pul kisəsinin istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin may ayına olan bazar qiyməti təxminən 10 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13.07.2020-ci il tarixli, 9/2605 saylı rəyindən görünür ki, respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə 1 qram 750 əyarlı qızılın məmulat 2020-ci ilin fevral ayına kimi orta bazar qiymətinin – 80 manat olması nəzərə alınmaqla qərarda göstərilən 750 əyarla təxminən 4 qram çəkidə olan qızıl boyunbağının nəzəri qaydada orta bazar qiyməti təxminən 320 manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd qara rəngli dəridən olan, 2018-ci il tarixdə alınmış pul qabı haqqında kifayət qədər məlumat (markası, modenli, istehsal yeri) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 08.06.2020-ci il tarixli, 1032 saylı rəyindən görünür ki, cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlir: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqnlı hesab edilməlidir.Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.Aparılmış psixoloji müayinəni yekunlaşdırıb, həmçinin cinayət işi materiallarını psixoloji cəhətdən hərtərəfli təhlil edərək belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğun olmaqla baş verənləri qavramaq, təsvir etmək və bu barədə məlumat vermək qabiliyyətinə malikdir. Situativlik, eqosentrizm, başqalarının hiss və həyacana qarşı biganəlik, nümayişkaranəlik kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli və psixi inkişafına görə hadisə zamanı emosional halı nəzərə alınmaqla törətmiş olduğu cinayət əməllərinin xarakter və mənasını, mahiyyətini anloamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməlləri törədərkən hərəkət və davranışının şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişklik (stress, psixi-emosional gərginlik, fizioloji affekt və s.) yaranmamışdır.Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında 30.05.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 işlədiyi “Lider Diş” klinikasına 15.02.2020-ci il tarixdə saat 16 radələrində 15-16 yaşlarında oğlan uşağı daxil olur və təxminən 10 dəqiqə sonra klinikanı tərk edir. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında 18.06.2020-ci il tarixli protokoldan görünür ki, maqazin parçaların satışı ilə məşğul olan maqazindi. Maqazinin içərsində müxtəlif parçaların olduğunu, orta hissədə 3- 4 nəfər orta yaşlı qadının parçalara baxdığı, iki nəfər qadının içəridən həmin qadınlara parçalar verdiyi müşahidə olunur. Həmin vaxt əynində qara rəngli idman gödəkçəsi, başında qara papaq olan 15-16 yaşlı bir oğlan maqazinin qapısını açaraq içəri daxil olur. Sonra qapının yanında dayanır. Sonra oğlan maqazinin içərsində hərəkət edir, ətrafa baxır, qadınların başı qarışıq olduqda və maqazinin digər tərəfində olduqda əyilərək dolabın altından hər hansı bir əşya götürür və maqazindən gedir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, videoda olan qara idman gödəkçəli, qara papaqlı oğlan özüdü. 09.05.2020-ci il tarixdə saat təxminən 11.radələrində Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində gəzərkən orada olan binanın altında yerləşən ”Colorit” adlı parça satılan mağazada çoxlu adam olduğunu görərək oradan oğurluq etmək qərarına gəlmiş, maqazinə daxil olmuş, maqazində olan satıcı qadın onun orada olan müştərilərin yanında gəldiyini fikirləşərək ondan heçnə soruşmamışdır. O, mağazada gəzişərkən orada olan stolun altında qadın çantası və çantanın da üzərində qırmızı qadın pul qabısının olduğunu görmüş, biraz da orada gəzişdikdən sonra hamının başının qarışıq olduğunu görərək tez əyilərək stolun altında olan həmin pul qabını götürmüş və əynində olan qara rəngli gödəkçəsinin sol qoltuq cibinə qoyaraq maqazindən çıxmışdır. Bayırda pul qabının içərisinə baxdıqda orada qadına məxsus şəxsiyyət vəsiqəsi, bank kartları, digər kartların və pulun olduğunu görmüş. Fikri pulu oğurlamaq olduğundan kartlara baxmamlş və orada olan pulları götürərək saymış və həmin pulların 540(beş yüz qırx) manat məbləğində nağd pul və 200(iki yüz) ABŞ dolları olduğunu görərək pulları götürmüş və pul qabını içərsində olan sənəd və kartlarla birlikdə yol kənarına tullamışdır. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında 23.06.2020-ci il tarixli protokoldan görünür ki, maqazin ərzaq maqazinidi və içəridə ərzaqların olduğu çoxlu sayda vitrinlər var. Görüntüdən görünür ki, bir nəfər əynində sarı gödəkçə, göy rəngli cins şalvar, qırmızı köynək və başında qara papaq olan 15-16 yaşlı oğlan maqazinə daxil olaraq maqazinin kassası tərəfə yaxınlaşır və həmin vaxt maqazinin içərisində olan otaqdan bir nəfər əynində qara rəngli idman geyimi olan 30-35 yaşlarında qadın çıxır və oğlan onunla söhbət edir. Sonra oğlan maqazinin qapısına sarı gəlir və qadın da otağa keçir. Oğlan qapının ağzında dayanır. Qadın otağa keçdikdən sonra əyilərək dolabların qarşısı ilə maqazinin yuxarı tərəfinə gəlir. O, hərəkət edərkən qadın otaqdan çıxır və yenidən içəri keçir. Oğlan sonra ayağa qalxır və dolabların içəri tərəfində qara rəngli stolun yanına gəlir və ətrafa baxır. Sonra dolabın içərisindən əşya götürür və həmin əşyanın içərisindən nəsə götürüb əşyanı yenidən yerinə qoyur və qaçaraq dolabların yanına gəlir və əyilir. Qadın yenidən otaqdan çıxır və dərhal da içəri qayıdır. Oğlan da qadının gedibgetmədiyinə baxır. Oğlan bir qədər də qabağa hərəkət edir. Həmin vaxtı da qadın otaqdan çıxır. Qadınla bərabər bir nəfər əynində qara jilet, göy cins olan 25-30 yaşlarında başqa qadın da otaqdan çıxır. Həmin vaxtı maqazinə bir nəfər əynində boz idman geymi, başında qara papaq olan 30-35 yaşlarında oğlan və bir qədər sonra bir nəfər əynində qara köynək, göy cins şalvar, başında boz papaq olan 25-26 yaşlarında oğlan da daxil olur. Oğlan da ayağa qalxaraq qadınla söhbət edir. Sonra oğlan maqazindən çıxır və qadınlar da maqazinə daxil olan müştəriləri yola salırlar. Diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, videoda olan sarı gödəkçəli, göy rəngli cins şalvarlı, qırmızı köynəkli və qara papaqlı oğlan özüdü. O, 13.05.2020-ci il tarixdə saat təxminən 14.radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində gəzdikdə “Bəhram” adlı ərzaq maqazini görmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. O, maqazinə daxil olduqda əvvəlcə maqazində heçkəs yox idi. Sonra maqazinin içəri otağından bir nəfər orta yaşlı qadın satıcı çıxmış, o, qadına siqaret adı deyərək olub-olmadığını soruşmuş, sonra maqazinin çıxış qapısına sarı gələrək satıcının içəri girdiyini görüb əyilmiş vəziyyətdə dolabların qarşısı ilə maqazinin yuxarı hissəsinə gəlmiş, satıcı həmin vaxtı otaqdan çıxaraq maqazinə baxıb sonra yenidən içəri girmiş, lakin əyildiyindən onu görməmişdir. Qadın içəri girdikdən sonra dolabların qarşısı ilə fırlanıb kassanın yanına gəlmiş və ətrafa baxmışdır. Həmin vaxtı dolabın altında qara rəngli kişi pul qabısını görmüş və dərhal götürərək ağzını açaraq içərisində olan pulların hamısını götürmüş və satıcının gəldiyini hiss edib dərhal pul qabını götürdüyü yerə qoyaraq dolabların arxasına gəlmiş və əyilmişdir. Satıcı otaqdan çıxaraq maqazinə baxıb sonra içəri keçmiş, lakin onu görməmişdir. O da əyilmiş vəziyyətdə maqazindən çıxmaq istəmiş, lakin həmin vaxtı otaqda olan satıcı otaqdan çıxçış, o da özünü itirməyərək ayağa qalxmış və satıcı ondan şübhələnməmişdir. Həmin vaxtı içəri müştəri də girdiyindən başları qarışmış və o da maqazinindən çıxmış, bayırda pulları saydıqda 110(yüz on) manat məbləğində nağd pul olduğunu görmüşdür. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında 30.05.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 işlədiyi “Lider Diş” klinikasına 15.02.2020-ci il tarixdə saat 16 radələrində 15-16 yaşlarında oğlan uşağı daxil olur və təxminən 10 dəqiqə sonra klinikanı tərk edir.Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında 18.06.2020-ci il tarixli protokoldan görünür ki, maqazin parçaların satışı ilə məşğul olan maqazindi. Maqazinin içərsində müxtəlif parçaların olduğunu, orta hissədə 3-4 nəfər orta yaşlı qadının parçalara baxdığı, iki nəfər qadının içəridən həmin qadınlara parçalar verdiyi müşahidə olunur. Həmin vaxt əynində qara rəngli idman gödəkçəsi, başında qara papaq olan 15-16 yaşlı bir oğlan maqazinin qapısını açaraq içəri daxil olur. Sonra qapının yanında dayanır. Sonra oğlan maqazinin içərsində hərəkət edir, ətrafa baxır, qadınların başı qarışıq olduqda və maqazinin digər tərəfində olduqda əyilərək dolabın altından hər hansı bir əşya götürür və maqazindən gedir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, videoda olan qara idman gödəkçəli, qara papaqlı oğlan özüdü. 09.05.2020-ci il tarixdə saat təxminən 11.radələrində Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində gəzərkən orada olan binanın altında yerləşən ”Colorit” adlı parça satılan mağazada çoxlu adam olduğunu görərək oradan oğurluq etmək qərarına gəlmiş, maqazinə daxil olmuş, maqazində olan satıcı qadın onun orada olan müştərilərin yanında gəldiyini fikirləşərək ondan heçnə soruşmamışdır. O, mağazada gəzişərkən orada olan stolun altında qadın çantası və çantanın da üzərində qırmızı qadın pul qabısının olduğunu görmüş, biraz da orada gəzişdikdən sonra hamının başının qarışıq olduğunu görərək tez əyilərək stolun altında olan həmin pul qabını götürmüş və əynində olan qara rəngli gödəkçəsinin sol qoltuq cibinə qoyaraq maqazindən çıxmışdır. Bayırda pul qabının içərisinə baxdıqda orada qadına məxsus şəxsiyyət vəsiqəsi, bank kartları, digər kartların və pulun olduğunu görmüş. Fikri pulu oğurlamaq olduğundan kartlara baxmamlş və orada olan pulları götürərək saymış və həmin pulların 540(beş yüz qırx) manat məbləğində nağd pul və 200(iki yüz) ABŞ dolları olduğunu görərək pulları götürmüş və pul qabını içərsində olan sənəd və kartlarla birlikdə yol kənarına tullamışdır.Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında 23.06.2020-ci il tarixli protokoldan görünür ki, maqazin ərzaq maqazinidi və içəridə ərzaqların olduğu çoxlu sayda vitrinlər var. Görüntüdən görünür ki, bir nəfər əynində sarı gödəkçə, göy rəngli cins şalvar, qırmızı köynək və başında qara papaq olan 15-16 yaşlı oğlan maqazinə daxil olaraq maqazinin kassası tərəfə yaxınlaşır və həmin vaxt maqazinin içərisində olan otaqdan bir nəfər əynində qara rəngli idman geyimi olan 30-35 yaşlarında qadın çıxır və oğlan onunla söhbət edir. Sonra oğlan maqazinin qapısına sarı gəlir və qadın da otağa keçir. Oğlan qapının ağzında dayanır. Qadın otağa keçdikdən sonra əyilərək dolabların qarşısı ilə maqazinin yuxarı tərəfinə gəlir. O, hərəkət edərkən qadın otaqdan çıxır və yenidən içəri keçir. Oğlan sonra ayağa qalxır və dolabların içəri tərəfində qara rəngli stolun yanına gəlir və ətrafa baxır. Sonra dolabın içərisindən əşya götürür və həmin əşyanın içərisindən nəsə götürüb əşyanı yenidən yerinə qoyur və qaçaraq dolabların yanına gəlir və əyilir. Qadın yenidən otaqdan çıxır və dərhal da içəri qayıdır. Oğlan da qadının gedib-getmədiyinə baxır. Oğlan bir qədər də qabağa hərəkət edir. Həmin vaxtı da qadın otaqdan çıxır. Qadınla bərabər bir nəfər əynində qara jilet, göy cins olan 25-30 yaşlarında başqa qadın da otaqdan çıxır. Həmin vaxtı maqazinə bir nəfər əynində boz idman geymi, başında qara papaq olan 30-35 yaşlarında oğlan və bir qədər sonra bir nəfər əynində qara köynək, göy cins şalvar, başında boz papaq olan 25-26 yaşlarında oğlan da daxil olur. Oğlan da ayağa qalxaraq qadınla söhbət edir. Sonra oğlan maqazindən çıxır və qadınlar da maqazinə daxil olan müştəriləri yola salırlar. Diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, videoda olan sarı gödəkçəli, göy rəngli cins şalvarlı, qırmızı köynəkli və qara papaqlı oğlan özüdü. O, 13.05.2020-ci il tarixdə saat təxminən 14.radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində gəzdikdə “Bəhram” adlı ərzaq maqazini görmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. O, maqazinə daxil olduqda əvvəlcə maqazində heçkəs yox idi. Sonra maqazinin içəri otağından bir nəfər orta yaşlı qadın satıcı çıxmış, o, qadına siqaret adı deyərək olub-olmadığını soruşmuş, sonra maqazinin çıxış qapısına sarı gələrək satıcının içəri girdiyini görüb əyilmiş vəziyyətdə dolabların qarşısı ilə maqazinin yuxarı hissəsinə gəlmiş, satıcı həmin vaxtı otaqdan çıxaraq maqazinə baxıb sonra yenidən içəri girmiş, lakin əyildiyindən onu görməmişdir. Qadın içəri girdikdən sonra dolabların qarşısı ilə fırlanıb kassanın yanına gəlmiş və ətrafa baxmışdır. Həmin vaxtı dolabın altında qara rəngli kişi pul qabısını görmüş və dərhal götürərək ağzını açaraq içərisində olan pulların hamısını götürmüş və satıcının gəldiyini hiss edib dərhal pul qabını götürdüyü yerə qoyaraq dolabların arxasına gəlmiş və əyilmişdir. Satıcı otaqdan çıxaraq maqazinə baxıb sonra içəri keçmiş, lakin onu görməmişdir. O da əyilmiş vəziyyətdə maqazindən çıxmaq istəmiş, lakin həmin vaxtı otaqda olan satıcı otaqdan çıxçış, o da özünü itirməyərək ayağa qalxmış və satıcı ondan şübhələnməmişdir. Həmin vaxtı içəri müştəri də girdiyindən başları qarışmış və o da maqazinindən çıxmış, bayırda pulları saydıqda 110(yüz on) manat məbləğində nağd pul olduğunu görmüşdür. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu da onun dediklərini qismən təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu da onun dediklərini qismən təsdiq etmişdir. Cinayət işinin materiallarında olan təqdim etmə və götürmə haqqında 28.04.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Məmməd qızına məxsus pul qabından oğurlayaraq özündə saxlamış olduğu 232 manat pulu Sumqayıt ŞPİnin 1-ci PB-yə təqdim etmişdir. Cinayət işinin materiallarında olan 02.05.2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus «Yağmur» santexnika mağazasında olan sonuncunun pul qabısından oğurladığı 2620 manat puldan 232 manat pul ona təhvil verilmişdir. Cinayət işinin materiallarında olan təqdim etmə və götürmə haqqında 09.05.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 09.05.2020-ci il tarixdə saat 14:20 radələrində Sumqayıt şəhəri 29-cu məhəllə ərazisində yerləşən ona məxsus «Colorit» parça mağazasında baş vermiş oğurluq hadisəs inin videogörüntüsünü əks etdirən 01 ədəd CD diski Sumqayıt ŞPİ-nin 4-cü PB-yə təqdim etmişdir. Cinayət işinin materiallarında olan təqdim etmə və götürmə haqqında 14.05.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 13.05.2020-ci il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri 13-cü məhəllədə yerləşən ona məxsus «Bəhram» ərzaq mağazasında baş vermiş oğurluq hadisəsinin videogörüntüsünü əks etdirən 01 ədəd CD diski Sumqayıt ŞPİ-nin 4-cü PB-yə təqdim etmişdir. Cinayət işinin materiallarında olan könüllü təqdim etmə haqqında 15.05.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 məxsus oğurlamış olduğu, içərisində sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, 10 ədəd mağaza kartları, 02 ədəd bank kartı, VÖEN sənədi, sığorta şəhadətnaməsini, 02 ədəd vizit kartı, resept, şəkil, tikiş sapı olan qırmızı rəngli pul qabısını Sumqayıt ŞPİ-nin 4-cü PB-yə təqdim etmişdir. Cinayət işinin materiallarında olan təqdim etmə və götürmə haqqında 30.05.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 15.02.2020-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən «Lider» diş klinikasında baş vermiş oğurluq hadisəsinin videogörüntüsünü əks etdirən 01 ədəd CD diski Sumqayıt ŞPİ-nin 4cü PB-yə təqdim etmişdir. Cinayət işinin materiallarında olan 10.06.2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 məxsus «Colorit» parça mağazasından oğurladığı pul qabıda olan 2 ədəd “Acces” banka, 1 ədəd “Unibank” a məxsus bank kartı, özünə məxsus şəxsiyyət vəsiqəsi, özünə məxsus maqazinin “Vöen” sənədi, özünə məxsus sosial siğorta kartı və müxtəlif mağaza alış veriş kartları ona təhvil verilmişdir. Cinayət işinin materiallarında olan 15.07.2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 məxsus «Colorit» parça mağazasından oğurladığı qırmızı rəngli pul qabı ona təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılarkən, sonuncu ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha dəqiqliklə göstərmişdir. Cinayət işinin materiallarında olan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Məmməd qızına məxsus pul qabından oğurlayaraq təqdim etdiyi sonuncuya məxsus 232 manat pul Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 oğurlayaraq təqdim etdiyi sonuncuya məxsus 2 ədəd “Acces” banka, 1 ədəd “Unibank” a məxsus bank kartı, şəxsiyyət vəsiqəsi, maqazinin “Vöen” sənədi, sosial siğorta kartı və müxtəlif mağaza alış veriş kartları və qırmızı rəngli pul qabısı Zərərçəkmiş şəxs5 təhvil verilmiş, Zərərçəkmiş şəxs5 təqdim etdiyi 09.05.2020-ci il tarixdə saat 14:20 radələrində Sumqayıt şəhəri 29-cu məhəllə ərazisində yerləşən ona məxsus «Colorit» parça mağazasında baş vermiş oğurluq hadisəsinin videogörüntüsünü əks etdirən 01 ədəd CD disk, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 13.05.2020-ci il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri 13-cü məhəllədə yerləşən ona məxsus «Bəhram» ərzaq mağazasında baş vermiş oğurluq hadisəsinin videogörüntüsünü əks etdirən 01 ədəd CD disk, Zərərçəkmiş şəxs4 təqdim etdiyi 15.02.2020-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri 16-cı məhəllədə yerləşən «Lider» diş klinikasında baş vermiş oğurluq hadisəsinin videogörüntüsünü əks etdirən 01 ədəd CD disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 16.08.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 300 (üç yüz) manat cərimə cəzasına məhkum edilmiş və 15.10.2018-ci ildə cərimə cəzası tam ödənmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən o məhkumluğu olmayan şəxs hesab olunur. Cinayət işinin materiallarında olan 15 iyun 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 iyun 2020-ci il tarixdə yetkindiş yaşına çatmayanın nəzarət altına verilməsi tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 17.07.2020ci il tarixli qərardangörünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 177.2.1,180.1 və 326.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün ifadəsində qismən təqsirli bildiyini göstərsə də, istintaq sübutları ilə onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, hadisə yerinə, disklərə baxış keçirilməsi, təqdim etmə və götürmə, ifadənin yerində yoxlanıması, üzləşdirmə aparılması haqqında protokollar, ekspert rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam təkzib olunaraq törətmiş olduğu cinayət əməli sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət türətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun türədilməsi hallarına və cinayət türətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, cinayət törədərkən yetkinlik yaşına çatmamasını, türətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmaması və həmin məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini səmimi etiraf etməsi, iki nəfər zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hal olaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət türətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin türədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Həmin məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət türətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda tətbiq olunur ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilir. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 435.4.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə nəzərə almalıdır ki, cəza tədbiri yalnız türədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarında güstərilir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların türətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (türədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər ( yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasından gürünür ki, həmin cinayət əməlini törətmiş şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, yetkinlik yaşına çatmayan şəxs olmasını, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, həmçinin yetkinlik yaşına çatmayan X2 hazırda islah yolunda olmasını nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinin tələblərinə uyğun həddə təyin edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlıdir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilındə müəyyən yerlərə getməmək, alkoqolızmdən, narkomaniyadan, toksikomaniyadan və ya zührəvi xəstəlıklərdən müalıcə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kümək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanın nəzarət altına verilməsi” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza nüvünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması nüvündə cəza təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) tutulmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 30 iyul 2020-ci il tarixli (iş № 1(060)-384/2020) qərarını icra edərək, müvafiq orderə əsasən Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 X3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 onlara dəymiş maddi ziyanın ödənilməsi üçün mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 21, 39, 42, 344-349,350; 351-353, 356, 358, 381, 384.1, 385 və 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şübəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 3, otaq 7 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanın nəzarət altına verilməsi” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək saxlanılsın. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE********************saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki ) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB**********2500366125 VÖEN **********. Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 X3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 onlara dəymiş maddi ziyanın ödənilməsi üçün mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-40/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-40/2021
16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver