Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-40/2024 22.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1960-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 2-ci mkr, ev 40/16, mənzil 38-də qeydiyyatda olmaqla, ünvan 1-də yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs tanışlarının vasitəsilə sonuncunun oğlu Şahid1 Gömrük Komitəsinə yük bölməsinə işə düzəldəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs onun hesab kartına göndərdiyi 500 manat pulu və həmin ayın ortalarında Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Tolişon” restoranında Zərərçəkmiş şəxs 6000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs xeyli miqdarda, ümumilikdə 6500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə Bakı şəhərində toy məclisində təsadüfən tanış olmuş, söhbət zamanı Ehtibar oğlu Seyfəlini işə düzəltmək istədiyini və normal işlə maraqlandığını demiş, o da Ehtibara Gömrük Komitəsində əlaqələrinin olduğunu deyərək oğlunu yük bölməsinə işə düzəltməyə köməklik edə biləcəyini təklif etmiş və özündən buna görə 20.000 manat pul lazım olduğunu demiş, Ehtibar bu barədə düşünəcəyini demiş və bir-birinə mobil nömrələrini verərək ayrılmışlar. Bir müddətdən sonra o, maddi problemlərinə görə sıxıntı keçirmiş, Ehtibara zəng edərək oğlunun işə düzəltməsi adı ilə hissə-hissə pul almağı düşünmüş və 2022-ci ilin iyul ayının əvvəllərində dəqiq xatırlamadığı gün Ehtibara zəng edərək oğlunun Gömrük Komitəsinə işə düzəltməyə sənədlərin toplanması üçün ilkin olaraq 500 manat lazım olduğu üçün həmin pulu ona göndərməsini, qalan məbləği də sonradan ona deyəcəyini bildirmişdir, Ehtibar etiraz etməmiş və həmin gün Ehtibara göndərdiyi hesab kartına sonuncu 500 manat pul göndərmiş, həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Bir neçə gündən sonra Ehtibara zəng edərək oğlunun imtahandan keçməsi üçün özündən daha da 6.000 manat pul lazım olduğunu demiş, Ehtibar pulu düzəldib ona xəbər edəcəyini demişdir. Bir neçə gündən sonra 2022-ci ilin iyul ayının ortalarında Ehtibarla zəngləşib Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən “Tolişon” restoranında görüşmüş, o, keçmiş tələbəsi Tələtlə gəlmiş, Ehtibar da oğlu Seyfəli ilə gəlmişdir. Söhbət zamanı Ehtibara oğlu Seyfəlini Gömrük Komitəsində işə düzəlməsini bir həftə ərzində həll edəcəyini demiş və Ehtibar ona 6000 manat pulu vermiş, Ehtibara iş həll olunduqdan sonra ona əlavə də pul verəcəyini demiş, Ehtibar etiraz etməmişdir. Ehtibardan aldığı pulu öz maddi probemlərinə xərcləmiş, dost-tanışdan pul tapıb sonradan Ehtibarın pulunu hissə-hissə qaytarıb işinin həll olunmadığını deyəcəyini düşünmüşdür. Bir müddətdən sonra Ehtibar və oğlu Seyfəli ona zəng edərək işlə bağlı maraqlanırmışlar, o da onlara hər dəfə bəhanələr gətirərək səbrli olmalarını və işin həll olunacağını deyib yola verirmiş, həmçinin özü də Ehtibara qaytarmaq üçün pul axtarırmış. Ehtibara aldığı ümumilikdə 6500 manat pulu öz maddi problemlərinə xərclədiyini deməmiş, lakin bir müddət keçdikdən sonra Ehtibar və oğlu Seyfəli mütəmadi olaraq ona zəng edib işlə bağlı soruşurmuşlar, sonda isə pulu qaytarmağını tələb etməyə başlamışlar. Bir müddətdən sonra səhhətində problemlər yarandığı üçün Türkiyəyə müalicə olunmağa getmiş, müalicəsinə çoxlu xərci çıxdığından Ehtibarın pulunu qaytara bilməmişdir. Sonda ona Ehtibar və oğlu onun barədə polisə şikayət etdiyini məlum olmuşdur. Ehtibardan aldığı ümumilikdə 6500 manat pulu qaytaracağına söz verir. Ehtibardan ümumilikdə 6500 manat pulu özü almış və həmin puldan heç kimə verməmişdir. Ehtibarın oğlu Seyfəlini Gömrük Komitəsində yük bölməsinə işə düzəltməklə bağlı heç kimə bir söz deməmiş və heç bir aidiyyəti orqana müraciət etməmişdir. Ona təqdim olunmuş CD diskdə olan dinlədiyi səs yazıları və votsapda yazılmış yazılar ona məxsusdur, həmin səsləri və yazıları o, votsapla Ehtibarın oğlu Seyfəliyə göndərmişdir. Göstərilən halları, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, 1-ci qrup əlil olmasını, həmçinin səhhətində ciddi problemlər olmaqla həftədə üç dəfə hemodializ seansı qəbul etməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə Bakı şəhərində toy məclisində təxminən bir il bundan qabaq təsadüfən tanış olmuş və söhbət edən zaman oğlu Seyfəlini işə düzətmək istədiyini bildirmişdir. Qəhrəman onun oğlunu Gömrük Komitəsinə yük bölməsinə işə düzəltməyə köməklik edə biləcəyini və buna görə 20000 manat pul lazım olduğunu bildirmiş, o, bu barədə düşünəcəyini demiş və mobil nömrələrini bir-birinə verib ayrılmışlar. Təxminən 2-3 ay sonra 2022-ci ilin iyul ayının əvvəllərində dəqiq xatırlamadığı gün Qəhrəman ona zəng edərək oğlunun sənədlərini toplamaq üçün ilkin olaraq 500 manat pul lazım olduğunu və qalan pulu da sonra istəyəcəyini demiş, o da Qəhrəmana inanıb ona göndərdiyi kart hesabına 500 manat pul göndərmişdir. Bir neçə gündən sonra 2022-ci ilin iyul ayının ortalarında Qəhrəman Seyfəlinin imtahandan keçməsi üçün ondan 6000 manat pul istəmiş, bir neçə gündən sonra o, oğlu Seyfəli ilə Qəhrəmanın dediyi kimi Sumqayıt şəhərinə gəlmiş, zəngləşib Sumqayıt şəhəri 9-cu mkr ərazisində yerləşən “Tolişon” restoranında görüşmüşlər. Qəhrəman Tələt adlı cavan oğlanla gəlmiş, söhbət zamanı Qəhrəman özünün güləş müəllimi və Tələtin də onun tələbəsi olduğunu demiş, söhbət zamanı Qəhrəman onlara Seyfəlinin işinin bir həftə ərzində həll ediləcəyini vəd etmiş, o da Qəhrəmana inanıb oğlu Seyfəli və Qəhrəmanın tanışı Tələt adlı şəxsin yanında 6000 manat pulu Qəhrəmana vermiş, Qəhrəman iş həll olunduqdan sonra ona əlavə də hörmət edəcəyini bildirmiş, sonra onlar kafedən çıxıb getmmişlər. Bir həfdədən sonra oğlu Seyfəli Qəhrəmana zəng edərək işinin nə yerdə olduğunu soruşmuş, Qəhrəman Seyfəliyə həmin işi həll edəcək adamın ezamiyyətə getdiyini və işin həll olunması üçün təxminən 15- 20 gün gözləmək lazım olduğunu bildirmişdir. Qəhrəmanın dediyi müddət keçəndən sonra Seyfəli təkrar olaraq Qəhrəmana zəng etmiş və Qəhrəman bu dəfə gömrük rəisinin dəyişdiyini səbəb gətirərək işin həll olunması üçün bir ay da gözləmək lazım olduğunu demişdir. Bir ay sonra Qəhrəman müxtəlif bəhanələr gətirərək bir neçə dəfə təkrar olaraq onlara gözləməyi bildirmişdir. O, özü də bir neçə dəfə Qəhrəmanla danışmış, lakin ona da bəhanələr gətirmişdir. Sonda o, Qəhrəmanın onlar üçün iş görməyəyini bilmiş, Seyfəli Qəhrəmana zəng edərək ona verdikləri pulu geri tələb etmiş, bundan sonra da Qəhrəman müxtəlif bəhanələr gətirərək pulu qaytarmamış, onlar bir müddət də gözləmiş, lakin heç bir nəticə olmadığına görə oğlu Seyfəli Qəhrəman barəsində polisə şikayət etmişdir. Qəhrəmana 500 manat pulu kart hesabına göndərmiş, daha bir neçə gündən sonra 6000 manat pulu isə 2022-ci ilin iyul ayının ortalarında Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən "Tolişon" restoranında ona öncədən vəd etdiyi oğlu Seyfəlinin Gömrük Komitəsinə yük bölməsinə işə düzəltməyə köməklik üçün vermişdir. Qəhrəman onun etibarından istifadə edərək aldadıb dələduzluq yolu ilə ona ümumilikdə 6500 manat maddi ziyan vurmuşdur. Hazırda ona dəymiş ziyanın ödənilməmişdir və təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, atası Ehtibar Qəhrəmanla Bakı şəhərində toy məclisində təsadüfən tanış olmuş və Qəhramanla söhbət edən zaman onu işə düzətmək istədiyini bildirmişdir. Qəhrəman onu Gömrük Komitəsinə yük bölməsinə işə düzəltməyə köməklik edə biləcəyini atası Ehtibara təklif etmiş və buna görə 20000 manat pul lazım olduğunu demiş, atası da bu barədə düşünəcəyini demiş və mobil nömrələrini bir-birlərinə verib ayrılmışlar. Təxminən 2-3 ay sonra 2022-ci ilin iyul ayının əvvəllərində Qəhrəman Ehtibara zəng edərək onun sənədlərini toplamaq üçün ilkin olaraq 500 manat pul lazım olduğunu və qalan pulu da sonra istəyəcəyini demişdir. Atası da Qəhrəmana inanıb onun göndərdiyi kart hesabına 500 manat pul göndərmişdir. Bir neçə gündən sonra 2022-ci ilin iyul ayının ortalarında Qəhrəman onun imtahandan keçməsi üçün atasından 6000 manat pul istəmiş, bir neçə gündən sonra o və atası Sumqayıt şəhərinə gəlmiş, zəngləşib Sumqayıt şəhəri 9-cu mkr ərazisində yerləşən "Tolişon" restoranında Qəhrəmanla görüşmüşlər. Qəhrəman Tələt adlı cavan oğlanla gəlmiş, söhbət zamanı Qəhrəman özünün güləş müəllimi, Tələtin isə tələbəsi olduğunu demişdir. Söhbət zamanı Qəhrəman işin bir həftə ərzində həll ediləcəyini vəd etmiş, onlar da Qəhrəmana inanmışlar. Atası Ehtibar onun və Tələt adlı şəxsin yanında 6000 manat pulu Qəhrəmana vermişdir. Qəhrəman iş həll olunduqdan sonra ona əlavə də hörmət edəcəklərini bildirmiş, bir həftədən sonra o, Qəhrəmana zəng edərək işinin nə yerdə olduğunu soruşmuş, Qəhrəman ona həmin işi həll edəcək adamın ezamiyyətə getdiyini və işin həll olunması üçün təxminən 15-20 gün gözləmək lazım olduğunu bildirmişdir. Qəhrəmanın dediyi müddət keçəndən sonra o, təkrar olaraq Qəhrəmana bir ay da gözləmək lazım olduğunu demiş, bir ay sonra Qəhrəman müxtəlif bəhanələr gətirərək bir neçə dəfə təkrar olaraq gözləmələrini demişdir. Atası Ehtibar özü də bir neçə dəfə Qəhrəmanla danışmış, lakin Qəhrəman bəhanələr gətirirmiş. Sonda onlar Qəhrəmanın onlar üçün iş görməyəcəyini bilmişdir. o, Qəhrəmana zəng edərək pulu geri tələb etmiş, Qəhrəman isə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Onlar bir müddət də gözləmiş, lakin heç bir nəticə olmadığına görə şikayət etmişlər. Qəhrəmanla votsapla əlaqə saxladığı müddətdə ona göndərdiyi səs yazılarını diskə köçürmüş, həmçinin votsapla yazışmaların fotoşəkillərini çəkmiş və istintaq oranına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, o, idman müəllimi işləyir. Təqsirləndirilən şəxs tanıyır, Qəhrəman onun qohumudur, münasibətləri normaldır, aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. Təxminən 2022ci ilin iyul ayında Ehtibar oğlunun gömrükdə işə düzəldilməsi üçün Qəhrəmanın hesab kartına 500 manat pul göndərmiş, həmçinin bir neçə gün sonra o, Qəhrəman, Seyfəli və Seyfəlinin atası Ehtibarla birlikdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Tolışon” restoranında görüşmüşlər və Qəhrəman Seyfəlini gömrükə işə düzəltməsi üçün Ehtibardan onun yanımda 6000 manat pul almışdır. Sonra onlar çıxıb getmişlər. Qəhrəman xəstə olduğu üçün o, demək olar ki, çox vaxt onun yanında olurmuş. Qəhrəmanın Seyfəlini işə düzəltməsi ilə bağlı aldığı pulla onun heç bir əlaqəsi yoxdur. Qəhrəman həmin puldan ona heç nə verməmiş, Qəhrəmanın Seyfəlini işə düzəldib-düzəltməyəcəyi barədə də heç bir məlumatı olmamışdır. Bir müddətdən sonra Qəhrəman xəstələndiyi üçün 2022-ci ilin dekabr ayının sonunda Türkiyəyə müalicə olunmaq üçün getmişdir. O da həmin vaxt Qəhrəmanla birlikdə getmiş və onlar 3 aydan çox Türkiyədə qalmış, mart ayında Azərbaycana qayıtmışlar. X1 işə düzəltməmiş və onların aralarında narazılıq yaranmışdır. Cinayət işinin 99-cu vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 102-ci vərəqəsində olan diskə baxış keçirilməsi haqqında xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Şahid1 götürülmüş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskin yaddaşında aşağıdakı məzmunda səs yazıları mövcuddur və həmin səs yazılarını dinləyən Təqsirləndirilən şəxs səs yazılarının ona məxsus olmasını təsdiq etmişdir: - "X6 2023-04-27" 51 KB həcmli 22 saniyəlik səs yazısında "qoy paypaynan danışım yığacam səni narahat olma, qəbulə girəcəksən mütləq, mən səni mütləq işə düzəldəcəyəm", - "X6 2023-04-27" 137 KB həcmli 59 saniyəlik səs yazısında "mən kişiynən dostam, mənə bir qəpik də pul lazım deyil, mən hər şeyi pulsuz həll edəcəyəm, bir dost kimi, qardaş kimi hamısını həll edəcəyəm, narahat olma, tüpürüm pula, bu dünyada hər şey pulla həll olunmurki, sən narahat olma söhbət qurtardı", - "X6 2023-04-27" 94 KB həcmli 40 saniyəlik səs yazısında " bizim dövlətdə bu saat rüşvət deyilən şey yoxdur, xahiş edirəm, telefonda bir də pul barədə danışma, lazım deyildə telefonda elə şeyləri danışma, inşAllah sən öz fərasətinlə, öz ağlınla işləyəcəksən, vəssaläm, bir də telefonda belə şeyləri danışma, xahiş edirəm səndən, bu yazdıqlarını, dediklərini poz", - "X6 2023-04-27" 100 KB həcmli 43 saniyəlik səs yazısında " mən dedim sənə narahat olma, səbrlə gözlə, axşam o sənin qohumun zəng edib, tanımır məni kiməm nəçiyəm, telefonda o dəqiqə keçir pul söhbətinə, ağsaqqal adamam, iş almar-alınmaz, adamın pulu olar- olmaz, dostluğa qardaşlığa nə dəxli var, oğlum sən işləyəcəksən, nəyin bahasına olursa sən işləyəcəksən, qoy indi papaynan danışım yığacam səni" - "X6 2023-04-27" 88 KB həcmli 38 saniyəlik səs yazısında " Seyfəli axşamın xeyr, qonaqlarım var danışa bilmirdim, çölə çıxdım, mən bir şeyi sənə 10 dəfə başa saldım, öz cibimdən Sizin əvəzinizə aparıb 25 min pul vermişəm, mən Sizin özünüzdən 10 dəfə narahatam, otur yerində gözlə mənim zəngimi, indi qonaqlarım var danışa bilmirəm, sənə zəng edəcəyəm" - "X6 2023-04-27" 73 KB həcmli 32 saniyəlik səs yazısında " bilirsən oğlum, gələcəkdə işləyəcəksən, ağıllı ol, insan özü öz işinə problem yaratmaz, bu telefon axmaq şeydi, bunnan ağzımıza gələni danışırıq sonra işimizə də ziyan edir, nə isə, rahat ol işində ol, sən sənə zəng edəcəyəm". Cinayət işinin 164-cü vərəqəsində olan Tibbi-Sosial Ekspert Komissiyasının forma 88 arayışından görünür ki, Təqsirləndirilən şəxs birinci dərəcəli əlildir (diaqnoz: xroniki böyrək xəstəliyi V mərhələ, ürək çatışmazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik, arterial hipertoniya xəstəliyi İİ dərəcə). Cinayət işinin materiallarında TƏBİB Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi şəxsi 1 nömrəli xəstəxana tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən hal-hazıradək xəstəxananın hemodializ şöbəsində həftədə 3 dəfə olmaqla 4 saatlıq hemodializ seansı qəbul edir. Diaqnoz “xroniki böyrək xəstəliyi V mərhələ, nefrogen hipertoniya, real anemiya, şəkərli diabet 2 tip ağır forma, diabetik nefropatiya, proqram hemodializ (x/t0431661) unikal kod; **********94. Cinayət işinin materiallarında TƏBİB Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi şəxsi 1 nömrəli xəstəxana tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın hemodializ şöbəsində xx.xx.2023-cü il tarixdən halhazıradək xəstəxananın hemodializ şöbəsində həftədə 3 dəfə olmaqla 4 saatlıq hemodializ seansı alır. Diaqnoz “xroniki böyrək xəstəliyi V mərhələ, nefrogen hipertoniya, real anemiya, şəkərli diabet 2 tip ağır forma, diabetik nefropatiya, xroniki ürək çatışmazlığı”. Xəstənin seansı ambulator şəraitdə aparılır. Cinayət işinin 103-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü ildə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 107-ci vərəqəsində olan Sumqayıt ŞB üzrə 20-ci mikrorayon 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin 109-115-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şahid1 götürülmüş Təqsirləndirilən şəxs sonuncuya Whatsap proqram tətbiqi ilə göndərmiş olduğu səs yazılarını əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmiş, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə əsasən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum edilməməsini, birinci dərəcəli əlil olmasını, xx.xx.2023-cü il tarixdən hal-hazıradək həftədə 3 dəfə olmaqla 4 saatlıq hemodializ seansı almasını, aşağıdakı məzmunda diaqnoz qoyulmasını “xroniki böyrək xəstəliyi V mərhələ, nefrogen hipertoniya, real anemiya, şəkərli diabet 2 tip ağır forma, diabetik nefropatiya, xroniki ürək çatışmazlığı” cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum edilməməsini, birinci dərəcəli əlil olmasını, xx.xx.2023-cü il tarixdən hal-hazıradək həftədə 3 dəfə olmaqla 4 saatlıq hemodializ seansı almasını, aşağıdakı məzmunda diaqnoz qoyulmasını “xroniki böyrək xəstəliyi V mərhələ, nefrogen hipertoniya, real anemiya, şəkərli diabet 2 tip ağır forma, diabetik nefropatiya, xroniki ürək çatışmazlığı”, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ Zərərçəkmiş şəxs izah edilməli, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Whatsap proqram tətbiqi ilə göndərmiş olduğu səs yazılarını əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ Zərərçəkmiş şəxs izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 35 saata görə 210 (yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-40/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-40/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver