Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-40/2025 27.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İİİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 7(003)-638/2023 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 10 (on) ay 13 (on üç) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 16.33-də Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən "xxxx"ın bankomatının qarşısında olarkən ondan bankomatdan pul çıxarmaqda köməklik etməsini xahiş edən Zərərçəkmiş şəxs1 6762-6111-0123-9837 nömrəli "xxxx"ın bank kartını bankomata daxil edərək hesabında 1 manat pul olduğunu deyib, elektron məlumat daşıyıcılarından istifadə etməklə 450 manat pul vəsaitini çıxararaq gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 450 (dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən "xxxx"ın bankomatının qarşısında olarkən ondan bankomatdan pul çıxarmaqda köməklik etməsini xahiş edən Zərərçəkmiş şəxs2 5167-5133-3202-9669 nömrəli "xxxx"ın bank kartını bankomata daxil edərək hesabında pul olmadığını deyib, elektron məlumat daşıyıcılarından istifadə etməklə 130 manat pul vəsaitini çıxararaq gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 130 (yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,167 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 17:35-də Sumqayıt şəhəri, 40-cı məhəllə «Ordubad» marketin yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,167 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq, götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində özünə məxsus təqaüdü çıxartmaq üçün Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən Elmar marketdə yerləşən "xxxx" ASC-yə məxsus bankomata getmişdir. Təqaüd kartından pul çıxararkən tanımadığı yaşlı bir kişi ona yaxınlaşaraq kartından pul çıxarmaqda ona köməklik etməsini xahiş etmiş və öz kartını ona vermişdir. O, kartı bankomata daxil etmiş və hesabında 450 manat pul olduğunu lakin bankomatda pul olmadığını demişdir. Pulun çıxarılması üçün düyməni sıxmış, lakin kartı bankomatdan götürüb həmin şəxsə qaytararaq bankomatda pulun olmadığını bildirmişdir. Həmin şəxs bir qədər uzaqlaşan kimi bankomatdan çıxan pulu götürmüş və oradan uzaqlaşmışdır. Həmin pulu şəxsi təlabatları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən "Pioneer" marketdə yerləşən "Azərbaycan Beynəlxalq bank” ASC-yə məxsus bankomatın yaxınlığında dayanmışdır. Bu zamana bir nəfər tanımadığı qadın ona yaxınlaşaraq kart hesabından pul çıxartmaq üçün ona köməklik etməyini xahiş etmişdir. O da qadının kartını bankomata daxil etmiş və kartında 160 manat pul olsa da, qadına bankomatda pul olmadığını demişdir. Kartından 130 manat pul çıxarılması üçün düyməni sıxmışdır. Həmin şəxs uzaqlaşıb getmiş, o, bankomatdan çıxan 130 manat pulu götürüb oradan uzaqlaşmış və həmin 130 manat pulu da öz şəxsi tələbatı üçün xərcləmişdir. xx.xx.2024-cü il tarixdə saat 17:35 radələrində Sumqayıt şəhəri 40-cı məhəllə “Ordubad” marketin yaxınlığında olarkən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları onu saxlayaraq 3-cü PB-nə aparmışlar. Bölmədə o törətdiyi oğurluq hadisələrini etiraf etmiş, lakin polis əməkdaşları onu döyərək narkotik vasitə ilə bağlı da etirafedici ifadə verməsini tələb etmişlər. İlkin olaraq razılaşmadıqda onu yerə yıxaraq təpik zərbələri ilə başına vurmuşlar. O da məcbur olaraq razılaşmışdır. Daha sonra polis əməkdaşları onun üzərinə bölmənin xidməti otaqların birində video çəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirələcəyini bildirmişlər. Polislərdən qorxduğu üçün bu barədə vəkilinə də heç nə deməmişdir. Bundan sonra əvvəlcədən qurulmuş senari üzrə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşlarının öncədən ona təqdim etdiyi psixotrop maddə olan metamfetamini cibindən çıxarıb təqdim etmişdir ki, guya ona məxsusdur. Bundan iki gün sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar məhkəməyə gətirilmiş və məhkəmə ona qarşı olan qanunsuzluqlar barədə məlumat vermişdir. Polis əməkdaşlarının onu döyməsi nəticəsində başından xəsarətlər almış və həmin xəsarətlər 3 saylı İstintaq Təcridxanasında qeydə alınmışdır. O uzun illər öncə narkotik vasitə istifadə etmişdir, heç vaxt metamfetamin istifadə etməmişdir, saxlanılmamışdan iki-üç ay öncə isə marixuana istifafə etmişdir. Qolunda olan kəsik izləri uzun illər öncəyə aiddir, həmin xəsarətləri özüözünə yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü yalnız oğurluqla bağlı təqsirli bildiyini, psixotrop maddəni qanunsuz olaraq əldə etmə, saxlama və üzərində saxlamaqla bağlı isə təqsirli bilmədiyini qeyd etsə də, son sözündə özünü ona elan edilmiş bütün ittihamlar üzrə təqsirli bildiyini qeyd edərək, peşman olduğunu bildirmiş və ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə verdiyi ifadəsi ilə həmin epizod üzrə ibtidai araşdırma zamanı verdiyi ilkin izahatı və ifadələri arasında ziddiyyətlər yarandığı üçün ifadələrin ziddiyyətli hissələri elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin ifadələrində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 17:35 radələrində Sumqayıt şəhəri 40-cı məhəllə “Ordubad” marketin yaxınlığında olarkən mülki geyimli şəxslər özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Onu qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlamaqda şübhəli olduğunu, buna görə də onlarla birlikdə Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinə dəvət etmişlər. O da etiraz etməmiş və onlarla birlikdə həmin bölməyə getmişdir. Polis əməkdaşları xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirtmək istədiklərini bildirmiş, bu zaman o, etiraz etməmişdir. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş, eləcə də hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. O, həmin bildirişlə tanış olmuş və vəkilə etiraz etməmişdir. Bundan sonra ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edilmiş, o da əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Bundan başqa üzərinə şəxsi axtarış davam etdirilmiş və üzərindən hər hansı iş üçün əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı üzərindən aşkar olunan metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində tanımadığı şəxsdən 15 manata alıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş metamfetamin tərəziyə qoyulub çəkilmiş və bükümün gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisinin 0,21 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin büküm 01 ədəd zərfə qablaşdırılmış və üzəri möhürlənmişdir. Daha sonra müvafiq sənədləşmə aparılmış, o da həmin sənədlərlə tanış olmuş və imzalamışdır. Psixotrop maddə olan metamfetamini aldığı şəxslə təsadüf nəticəsində tanış olmuşdur. Sözügedən metamfetamini özü istifadə etmək məqsədi ilə əldə etmişdir. Onu satmaq niyyəti olmamış və o, narkotik vasitələrin satışı ilə ümumiyyətlə məşğul olmamışdır. Həmin maddəni almaqda ona heç kim kömək etməmişdir. O, saxlanılarkən polis əməkdaşalrı tərəfindən ona qarşı hər hansı psixi və ya fiziki zor tətbiq edilməmişdirş O, öz hüquqlarını bilir, ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş və hər hansı hüququ pozulmamışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı, ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeyə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində maaşını çıxartmaq üçün Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Pioneer” marketə bitişik olan bankomatın qarşısına getmişdir. Bankomatdan pul çıxarda bilmədiyi üçün orada dayanmış, sonradan tanıdığı Təqsirləndirilən şəxs ona köməklik etməsini xahiş etmiş və o da buna etiraz etməmişdir. O, kartını Hüseynxana vermiş, sonuncu isə kartı bankomata daxil edərək yoxlamışdır. Hüseynxan onun kartında pul olduğunu, lakin bankomatda pul olmadığı bildirmiş və kartını ona geri qaytarmışdır. O, kartı götürmüş, Hüseynxan isə bir qədər uzaqlaşıb getmişdir. Həmin vaxt ondan sonra bankmatdan pul çıxartmaq istəyən başqa bir nəfər şəxsin bankomatdan pul çıxartdığını görüb şübhələnmiş və ətrafa baxmış, lakin artıq kartını verdiyi şəxsi görə bilməmişdir. O, şübhələndiyi üçün kartı bir daha yoxlamış və 130 (yüz otuz) manat pulun kartından çıxarıldığını müəyyən etmişdir. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək dəymiş zərərin ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmamasını bildirmiş və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 13.01,2024-cü il tarixdə saat 17 radələrində təqaüdünü çıxartmaq üçün Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomata yaxınlaşmışdır. Bankomatdan pul çıxartmağı bacarmadığı üçün orada dayanmış, hündürboylu, qıvrım saçlı və saqqalı olan bir nəfər şəxsdən ona köməklik etməsini xahiş etmişdir. O da buna etiraz etməmiş və ona yaxınlaşmışdır. O, kartını ona vermiş və həmin şəxs kartı bankomata daxil etdikdən sonra ona kartında 1 manat pul olduğunu demişdir. O, həmin şəxsə kartında 451 manat pul olduğunu demiş və həmin şəxs ikinci dəfə də kartını bankomata daxil etdikdən sonra ona yenə də pul olmadığını demişdir. Həmin şəxs kartını ona vermiş və oradan çıxıb getmişdir. O, sonradan bununla bağlı "xxxx" a zəng edərək məlumat vermişdir. Ona həmin kart hesabından 450 manat pul çıxarılması məlum olmuşdur. Polisə şikayət etdikdən sonra həmin şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişdir. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək dəymiş zərərin ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmamasını bildirmiş və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilən tədbirlər nəticəsində xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Sumqayıt şəhəri, 40-cı məhəllə, “Ordubad” marketin yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis idarəsinə vəkil dəvət edilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyriqanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümü təqdim etmiş, həmin büküm açılan zaman içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni həmin tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı bir şəxsdən aldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəziyə qoyulub çəkilmiş, müvafiq qaydada qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və daha sonra hər hansı etiraz etməmiş, törətdiyi əməli səmimi etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin cinayət-axtarış üzrə kiçik inspektoru Şahid2 ondan öncə məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişlər ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində saxladığı bir bükmdə olan maddəni təqdim edərək həmin maddənin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Cinayət işinin 1-ci cild 52-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 97-102-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qtimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 59-60-cı vərəqələrində olan “şəxsi axtarış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş bir ədəd diskdə olan video görüntülərdən görünür ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən çıxarıb bir ədəd bükümü təqdim etmiş, bükümün içərisinə baxış keçirilərkən psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə olan “patı” olduğunu, onu həmin tarixdə saat 11:12 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddə bükümü ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 0,21 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq psixotrop maddənin özünə məxsus olduğunu, ona qarşı hər hansı təsir və ya təzyiq olmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 68-69-cu vərəqələrində olan məhkəmə-kimyəvi ekspertizasının 21 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/1024 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs-imza... imza, təhqiqatçı: Əliyevimza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,167 qram olan kustar üsulla hazırlanmış psixotrop madə metamfetamindir. Qeyd: Metamfetaminin ümümi təmiz çəkisi 0,167 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq - 0,117 qram. Cinayət işinin 1-ci cild 67-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza xərcləri müvafiq olaraq 92 (doxsan iki) manat təşkil edir. Cinayət işinin 1-ci cild 232-ci vərəqəsində olan “diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş bir ədəd diskdə olan foto şəkillərdən görüntülərdən görünür ki, həmin diskdə 07 ədəd foto şəkil mövcuddur. Foto şəkillərdə əynində sarı rəngli köynək olan arıq, uca boylu şəxsin bankomatdan pul çıxarması görünür. Foto şəkillərdə olan şəxsin Təqsirləndirilən şəxs olmasını sonuncu özü təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 139-140-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 01 may 2024-cü il tarixli, 2859 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cild 233-241-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,117 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd disk və “Azərbaycan Beynəlxalq Bankından” daxil olmuş 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinə əlavə olunmuş 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 23.0.2024-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi baxış zamanı o zədə aldığını bildirmiş, bədən səthinin mayinəsi zamanı təpə nahiyyəsində şişkinlik aşkar edilmişdir. Cinayət işinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə Sumqayıt şəhər Məhkəməsinin məluamtı əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış və toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd olunmuşdur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 xx.xx.2024-cü il tarixli 18 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirli Tibb baş idarəsində müayinə olunarkən onun bədəni üzərində aşağıdakı xəsarətlər olmuşdur: Başın təpə nahiyyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi. 2. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Azərbaycan Respublikası Ədliyyə Nazirli Tibb baş idarəsinə qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinə əlavə olunmuş Sumqayıt şəhər Polis İdarəsi tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabından görünür ki, Təqsirləndirilən şəxs MSY-də gətirilən zaman qolunda kəsik izləri aşkar olunmuş və özü qolunun kəsdiyini bildirmişdir. Cinayət işinə əlavə olunmuş Sumqayıt şəhər Polis İdarəsinin MSY-nə daxil olan şəxslərin tibbi müayinədən keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabından çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə MSY-nə daxil olarkən və xx.xx.2024-cü ildə MSY-dən təcridxanaya köçürülən zaman heç bir şikayətinin olmamasını bildirmiş, onun yalnız qolunda köhnə kəsik izləri aşkar edilmiş, sonuncu həmin xəsarətləri əvvəllər özünün-özünə yetirdiyini bildirmişdir. Cinayət işinin 1-ci 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5 və 69.3-cü maddələrinə əsasən 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 1-ci cild 220-221-ci vərəqələrində olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 7(003)-638/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 13 (on üç) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. Cinayət işinə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı var (müvafiq olaraq xx.xx.2016-cı il və xx.xx.2020-ci il təvəllüdlü). Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyətli ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma, həmçinin təkrarən və elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq etməsi, yəni özgənin əmlakını gizli olaraq talama cinayətlərini törətməsi tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (psixotrop maddənin ona məxsus olmaması, həmin maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin və təqsirləndirilən şəxsin ilkin dindirmə protokollarından görünür ki, təqsirləndirilən şəxs ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər-hansı qanunsuz hərəkətlər edilməsi, Təqsirləndirilən şəxs hər hansı təsir və ya təzyiqlərə qalması halı da müəyyən edilməmişdir. Belə ki, qeyd edilən məsələ üzrə, Təqsirləndirilən şəxs üzərində olan xəsarətlərin saxlanılan zaman polis əməkdaşları tərəfindən yetirilib-yetirilməməsi məsələsi ilə bağlı araşdırma aparılmış və həmin fakt öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerinə daxil olarkən və oradan təcridxanaya köçürülərkən onun hər hansı xəsarəti olmamış, yalnız saxlanıldığı vaxtdan dörd gün sonra, yəni xx.xx.2024-cü ildə təcridxanada onun baş nahiyyəsində şişkinlik aşkar edilmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərə və Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələrə əsasən onun özünə xəsarət yetirməyə meyilli şəxs olması müəyyən edilmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsə də, son sözündə ona elan edilmiş bütün ittihamlar üzrə özünü təqsirli bildiyini və peşman olmasını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (psixotrop maddənin ona məxsus olmaması, həmin maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) ilə ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri arasında olan ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrarən və elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasəsən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəyərək barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir tələb və şikayətinin olmamasını, həmçinin iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 7(003)-638/2023 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 10 (on) ay 13 (on üç) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2024-cü ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdiriən halları, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzaları təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla ona cəza təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 7(003)-638/2023 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 10 (on) ay 13 (on üç) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və o, sınaq müddətində qəsdən az ağır cinayət törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmü ilə məhkum edildiyi iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 7(003)-638/2023 nömrəli qərarı ilə 10 (on) ay 13 (on üç) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 67.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 10 (on) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,117 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 22 saata görə 132 (yüz otuz iki) manat, xx.xx.2025-ci il tarixdən indiyədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 05 saata görə 55 (əlli beş) manat, ümumilikdə 187 (yüz səksən yeddi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Qeyd edilən qərara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə dəyişiklik edilmiş və dəyişikliyə əsasən Qərarın 1-ci hissəsində “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilmiş və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmü ilə məhkum edildiyi iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 7(003)-638/2023 nömrəli qərarı ilə cəzasının çəkilməmiş qalan 10 (on) ay 13 (on üç) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 10 (on) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,117 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 22 saata görə 132 (yüz otuz iki) manat, xx.xx.2025-ci il tarixdən indiyədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 05 saata görə 55 (əlli beş) manat, ümumilikdə 187 (yüz səksən yeddi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-40/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-40/2025
27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver