Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-400/2020 24.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanlnda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx xxxxxx 2017-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Samux Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(058)-76/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə xx xxxxx 2019-cu il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq olunmasına baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxxxx 2019cu il tarixədək şəxsi maraqları naminə, cəmi 3482,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda yaşadığı ərazidə, Sumqayıt şəhəri “Daş bazarı” deyilən yerdə fəhlə kimi işləyir və aylıq gəliri təxminən 150-200 manat təşkil edir, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır və onunla heç bir düşmənçiliyi, ədavəti yoxdur. Zərərçəkmiş şəxs ilə 2011-ci ildə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşdur və həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü Zəhra adlı qız uşaqları vardır. Zərərçəkmiş şəxs ilə münasibətləri pozulduqdan sonra ayrılaraq nikahları ləğv edilmiş və sonuncu uşaqların saxlanmasına dair ondan aliment pulunun alınmasından ötrü Samux Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmənin xx xxxxxx 2018-ci il tarixli, 2(058)-76/2018 saylı qətnaməsinə əsasən, ondan xx xxxxxx 2017-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancından 154,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra vərəqəsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamənin icrası təmin olunmamış, həmin vaxt daimi iş yeri olmamış, yalnız vaxtaşırı fərdi qaydada fəhləliklə məşğul olmuş, icra məmuru tərəfindən müvafiq sorğular göndərilsə də, adına heç bir əmlak və ya pul vəsaiti olmadığından əmlakına tələbin yönədilməsi mümkün olmamış, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 (on) gün müddətində inzibati qaydada həbs seçilmişdir. İnzibati həbsdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq imkanı olmadığından aliment üzrə yaranmış borcu tam ödəyə bilməmişdir və ona cinayət məsuliyyəti daşımağı barədə icra məmuru tərəfindən xəbərdarlıq edilmişdir. İcra zamanı aliment üzrə yalnız 60,00 manat məbləğində ödənişi təmin etmiş və icra qurumu tərəfindən göndərilmiş təqdimatda, yəni xx.xx.2019-cu il tarixədək aliment üzrə borcunun 3482,00 manat təşkil etdiyini göstərərək, onun tərəfindən alimentin icra olunmamasının bir neçə səbəbi olduğunu, ilk öncə çox vaxtı keçmiş yoldaşı Zərərçəkmiş şəxs uşaqla görüşməyə ona imkan verməməsini, bundan başqa digər səbəb, aliment miqdarının yüksək olması, özünün fəhlə işlədiyindən, stabil qazancının olmadığından aylıq daimi olaraq 154,00 manat məbləğində pulu ödəməyə imkanının olmadığını göstərmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs ilə barışmaq istəyir, bir neçə dəfə cəhd etsə də Zərərçəkmiş şəxs onunla barışmamışdır. Yuxarıda qeyd olunanların nəzərə alınaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2020-ci ildə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(058)-76/2018 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2017-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154,00 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Ötən müddət ərzində borclu Təqsirləndirilən şəxs tərəfindən cəmi bir dəfə 2019-cu ilin sentyabr ayında cəmi 60,00 manat məbləğində aliment pulu ödənilsə də xx.xx.2019-cu il tarixə kimi borclu olduğu 3482,00 manat məbləğində borcu qərəzli olaraq ödəməmişdir. Hazırda da alimrnt ödənilmir. Maddi problemləri var, bununla bağlı ehtiyacı olduğundan yığılan aliment borcunun keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini və qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahdan xx xxxxxxxx 2012-ci il tarixdə anadan olmuş uşaqları X3 iddiaçı olan anası Zərərçəkmiş şəxs yanında və himayəsində saxlanılmalı, xx xxxxxxxx 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər növ qazancından 154,00 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Alimentin tutulması xx xxxxxx 2017-ci il tarixdən hesab edilmişdir. Sumqayıt Şəhəri üzrə İcra İdarəsində xx.xx.2018-ci il tarixdə başlanılmış icraat zamanı tələb borclu tərəfindən yerinə yetirilməmiş, aliment borcunun ödənilməsinin təmin olunması üçün ona məxsus tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəliri aşkar edilməmişdir. İcra sənədinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə idarəyə dəvət olunaraq “İcraata başlamaq haqqında qərar”la və bildirişlə tanış olmuşdur. İcraat zamanı borclu Təqsirləndirilən şəxs tərəfindən həmin iş üzrə qətnamədən apelyasiya şikayətinin verdiyi müəyyən olunmuşdur. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə idarəyə ərizə ilə müraciət edərək alimentin ödənilməsi ilə bağlı icra sənədinin icra olunmasını xahiş etmişdir. Həmçinin, tələbkar xx.xx.2019-cu il tarixdə idarəyə ərizə ilə müraciət edərək Samux Rayon Məhkəməsinin 2(058)-76 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin alimentin tutulması hissəsində dəyişdirilməməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2425 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsini təqdim etmiş və alimentin ödənilməsi ilə bağlı tədbir görülməsini xahiş etmişdir. İcra sənədinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs çağırışlara üzrsüz səbəbdən gəlmədiyinə görə barəsində “Məcburi gətirilmə tədbirinin tətbiq edilməsi barədə” qərar qəbul olunmuş, həmçinin bununla bağlı təqdimatla xx.xx.2019-cu il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə onun Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi qərara alınmış və həmin qərardad aidiyyəti hissədə icra olunması üçün xx.xx.2019-cu il tarixdə X5 İdarəsinə göndərilmişdir. X5 İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubda Təqsirləndirilən şəxs aidiyyəti üzrə təmin edilməsi üçün onun yaşadığı ünvan 1 ünvanında əməkdaşlarının dəfələrlə olduqları, lakin Təqsirləndirilən şəxs göstərilən ünvanda olmadığı və Təqsirləndirilən şəxs yerinin müəyyən olunması məqsədilə tədbirlərin davam etdirildiyi bildirişmişdir. Ona görə də, Təqsirləndirilən şəxs barəsində xx.xx.2019-cu il tarixdə axtarış elan olunması haqqında qərar qəbul olunaraq icra olunması üçün xx.xx.2019-cu il tarixdə X5 İdarəsinə göndərilmiş və orada xx.xx.2019-cu il tarixdə 730185/19 saylı axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs axtarış tədbirləri nəticəsində xx.xx.2019-cu il tarixdə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə gətirilməsi təmin edilmiş, icra sənədi üzrə yaranmış 2404 manat məbləğində aliment borcunun ödənilməsi tələb olunmuş, izahatı alınmış və AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ona xəbərdarlıq edilmişdir. Bundan sonra tələb borclu Təqsirləndirilən şəxs tərəfindən tam olaraq yerinə yetirilmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün xx.xx.2019-cu il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(060)-1833/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-208 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs seçilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs aliment borcunun ödənilməyəcəyi təqdirdə AR Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdar edilmiş və icra sənədi üzrə aliment borcunun ödənilməsi üçün ona müddət verilmişdir. Bununla yanaşı verilmiş təqdimat üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmçinin, icra sənədinin icrası istiqamətində məcburi icra tədbirlərinin görülməsi məqsədilə aidiyyəti orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus olan tələbin yönəldilə bilinəcəyi əmlak və gəlir aşkar olunmamışdır. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs icra sənədi üzrə aliment borcunu ödəməmişdir. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə idarəyə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs icra sənədi üzrə xx.xx.2019-cu il tarixədək 3174 manat aliment borcunun olduğunu bildirmiş və icra sənədinin icrası ilə əlaqədar barəsində cinayət işinin başlanması üçün icra sənədlərinin istintaq idarəsinə göndərilməsini xahiş etmişdir. İcraat zamanı tələbkarın xeyrinə yalnız 60 manat aliment ödənilmiş və xx.xx.2019-cu il tarixədək aliment borcu 3482 manat təşkil edir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsini təsdiq etdi. İş materiallarında olan Samux Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi nikahın pozulması hissəsində tam, aliment tələbi hissəsində isə qismən təmin edilmişdir. İddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Təqsirləndirilən şəxs arasında xx xxxxxx 2012-ci il tarixdə Samux Qeydiyyat Şöbəsi tərəfindən 258 sayla qeydə alınmış nikah akt qeydi pozulmuşdur. Tərəflərin birgə nikahdan xx xxxxxxxx 2012-ci il tarixdə anadan olmuş uşaqları X3 iddiaçı olan anası Zərərçəkmiş şəxs yanında və himayəsində saxlanılmışdır. xx xxxxxxxx 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər növ qazancından 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iş üzrə Samux Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(058)-76/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni alimentin tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən xx xxxxxxxx 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək axlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər növ qazancından 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməli, alimentin tutulması xx xxxxxx 2017-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs seçilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş matreiallarında olan xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, vətəndaş İmanov hərbi komissarlığın göndərişi ilə sağlamlıq vəziyyətinin təyininə görə xx.xx.2015-ci il tarixdə akademik U.Musabəyli adına rayonlararası X1 müayinə üçün göndərilərkən ona "sağ gözdə mürəkkəb çəpgözlük dərəcəsi-2,0D, ümumi ammetropiyası 1,0D olan hipermetropik astiqmatizm, sol gözdə paralitik daxili çəpgözlük, mürəkkəb çəp oxlu, dərəcəsi 1,0D, ümumi ammetropiyası 2,0D olan hipermetropik astiqmatizm, xx.xx.2020-ci il tarixdə isə X4 Adına Milli Oftalmologiya Mərkəzində müayinə olunarkən onda hər iki gözdə başlanğıc fəsadlı katarakta və sol gözdə paralitik daxili çəpgözlük diaqnozu qoyulmuşdur. Qeyd edilən xəstəliklərlə əlaqədar başqa tibbi sənəd olmadığından xəstəliklərin yaranma müddəti barədə fikir söyləmək mümkün olmadı. Sağlamlığa zərəvurma dərəcəsinin təyini qaydalarında isə dərəcənin təyini yalnız xəsarətlərlə əlaqədar nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hal-hazırda əmək qabiliyyətli hesab edilir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan icra sənədində göstərilən tələbin könüllü icra edilməsi barədə bildirişdən, məhkəmə qərarının icra edilməməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunma ilə bağlı xəbərdarlıqlardan, Sumqayıt Şəhər Məhkəməsin inzibati xəta haqqında xx xxxxx 2019-cu il qərarından və icra işindəki digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Samux Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(058)-76/2018 saylı qətnaməsini qərəzli olaraq icra etməmiş, borclu olduğu məbləğdən ödəniş etməkdən yayınmışdır. Məhkəmə aşağıda göstərilən prosessual normaların tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər və andlı iclasçılar cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsini istisna edən halların dairəsi isə CPMnin 125.2-ci maddəsində göstərilmişdir. CPM-nin 125.7-ci maddəsi cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyü üzrə məsələnin həllini bir vəzifə olaraq icraatı aparan orqanın, o cümlədən məhkəmənin üzərinə qoymuşdur. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, icra işindəki məlumatları, icra ilə bağlı görülən tədbiləri nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Cəfərov (Jafarov) Azərbaycana qarşı (ərizə № 17276/07) xx xxxxxx 2010-cu il tarixli qərarinda Hornsbi Yunanıstana qarşı, xx xxxx 1997-ci il tarixli qərarının, 40-cı bəndinə istinad edərək bir daha bildirmişdir ki, 6-cı maddənin 1-ci bəndi hər kəs üçün, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəməyə və ya məhkəmə funksiyasını həyata keçirən digər orqana müraciət etmək hüququnu təmin edir; bununla da həmin bənd “məhkəmə araşdırması hüququnu” təsbit edir, məhkəməyə müraciət hüququ, yəni mülki işlərlə bağlı məhkəmədə iddia qaldırmaq hüququ isə bu hüququn bir aspektidir. Lakin iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. 6-cı maddənin 1-ci bəndi işdəki tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı; 6-cı maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı, halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə x xxx 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXMin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, Təqsirləndirilən şəxsnın cinayət əməlini şərh olunan qaydada törədərək Samux Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(058)-76/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən, müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 10 (on gün) müddətində inzibati həbs edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına baxmayaraq hərəkətlərini davam etdirməklə qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər sübutlarla tam sübuta yetirilir, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində isə cəzanı ağırlaşdıran hallar göstərilmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər: İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxsnın cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxsnın üzərinə Sumqayıt şəhəri Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-400/2020
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-400/2020
24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver