Məhkəmə qərarları › İş №1(060)-400/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-400/2023

30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-400/2023 30.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon(şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-“Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Qubadlı rayonu, Dəmirçilər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Qubadlı rayonu, Dəmirçilər kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2023-cü il tarixdə, təxminən saat 23:00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 1-ci mikrorayon istiqamətində Göyərçin parkı ərazisində yerləşən "Star Rooms'' restoranının yaxınlığında tanışı Zərərçəkmiş şəxs döyərək ona sol göz qapaqları və gözaltı nahiyyənin qançırı, sol gözün ağlı qişasına qansızma xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 10 il əvvəl tanımış, belə ki, özü həmin vaxt avtobus sürmüş, Rahid də onunla birlikdə işinə gedib gəlmişdir. Həmin vaxtdan da onunla münasibəti yaranmışdır. xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhəri, Göyərçin parkı ərazisində gəzdiyi zaman "Star Rooms" restoranının yaxınlığında Rahidi görmüş, onunla söhbət etməyə başlamış, söhbət zamanı da onunla tanış olduğu müddətdə almış olduğu qaz sobasına görə borclu qalmış olduğu 20 manat pulu tələb etmiş, Rahid də hazırda maddi imkanının olmadığını, imkanı olduğu zaman ona olan 20 manat borcunu ödəyəcəyini demiş, lakin o, bir neçə ildir ki, onu görmədiyini, buna görə də pulunu indi istədiyini bildirmiş, yenə də təkid edərək pulunu istəmiş, buna görə də Rahid əsəbləşmiş, yenə imkanının olmadığını bildirərək onun üvanına nalayiq ifadə bildirmiş, bundan sonra o da Rahidin üzərinə getmiş, həmin vaxt o sağ əlində olan çəliyi yerə atmış, sağ əli ilə Rahidin sol göz nahiyyəsinə bir dəfə yumruqla zərbə vurmuş, Rahid də onun barəsində polisə müraciət edəcəyini demiş, sonra da çəliyini yerdən götürüb oradan uzaqlaşmışdır. Mübahisə zamanı orada özü və Zərərçəkmiş şəxs oİmuş, onların arasında dava-dalaş təxminən 2-3 dəqiqə davam etmiş və dava-dalaş vaxtı səs-küy olmamış, qaranlıq vaxt olduğu üçün ətrafdan bu hadisəni heç kim görməmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 10 il əvvəl tanımış, belə ki, o, həmin vaxt avtobus sürmüş, onunla birlikdə işə gedib gəmişdir. Həmin vaxtdan da onunla münasibəti yaranmışdır. xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhəri, Göyərçin parkı ərazisində gəzdiyi zaman "Star Rooms" restoranının yaxınlığında Azəri görmüş, onunla söhbət etməyə başlamış, söhbət zamanı Azər onunla tanış olduğu müddətdə ondan almış olduğu qaz sobasına görə borclu qalmış olduğu 20 manat pulu tələb etmiş, o da hazırda maddi imkanının olmadığını, imkanı olduğu zaman ona olan 20 manat borcunu ödəyəcəyini demişdir. Lakin, Azər bir neçə ildir ki, onu görmədiyini, buna görə də pulunu indi verməsini bildirmiş, o buna görə əsəbləşmiş, Azərə yenə imkanı olmadığını bildirərək onun ünvanına nalayiq ifadə işlətmiş, bundan sonra Azər onun üzərinə gəlmiş, həmin vaxt Azər sağ əlində olan çəliyi yerə atmış, sağ əli onun sol göz nahiyyəsinə bir dəfə yumruqla zərbə vurmuş, o da Azərə onun barəsində polisə müraciət edəcəyini demiş, sonra da Azər çəliyini yerdən götürüb oradan uzaqlaşmışdır. Mübahisə zamanı orada özü və Təqsirləndirilən şəxs olmuş, onların arasında dava-dalaş təxminən 2-3 dəqiqə davam etmiş və dava-dalaş vaxtı səs-küy olmamış, qaranlıq vaxt olduğu üçün ətrafdan bu hadisəni heç kim görməmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi zərərin ödənildiyini bildirərək sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2023-ci il tarixli, 527 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol göz qapaqları və gözaltı nahiyyənin qançırı, sol gözün ağlı qişasına qansızma. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla göstərilən vaxtda və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə yumruqla yetiriliən zərbənin təsirindən yetirilə bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona dəyən ziyanın ödənildiyini bildirərək sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmişə vurulan ziyanı ödəməklə onunla barışdığını bildirərək barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 787 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2015-ci ilin may ayından “Opoidlərin qəbulu nəticəsində yaranan psixi və davranış pozuntusu” diaqnozu ilə Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhəri 12 saylı MKS-nin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar