Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-401/2021 06.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1988-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 62, mənzil 70-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Corat bağlar massivində fərdi evdə yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,315 qram, 0,684 qram, ümumi təmiz çəkiləri 0,999 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib daşıyaraq, üzərində saxlamış, 10 mart 2021-ci il tarixdə saat 20:30-da Sumqayıt şəhəri, 43-cü məhəllə ərazidə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-də xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,315 qram, 0,684 qram, ümumi təmiz çəkiləri 0,999 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 13 mart 2021-ci il tarixdə tutulmuşdur. Həmin vaxt Samir adlı tanışı onu Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən çayxanaya çağırmışdır. Təxminən saat 14-15 radələrində çayxanaya çatmış, ora daxil olan anda polis əməkdaşları ona yaxınlaşaraq tutmuşlar. Həmin vaxt tanışı Samirin narkotik maddə istifadəçisi olduğunu və buna görə də tutulduğunu bildiyini, təximən saat 19-20 radələrində polis bölməsinə gətirildiyini, polis bölməsində onun qarşısına 2 bükümdə narkotik maddə ataraq güya onun olduğunu dediklərini, daha sonra Sumqayıt şəhərində yerləşən "Leyla" mebelin yanında video çəkiliş etdilər. Ancaq narkotik maddə istifadəçisi olmadığını və üzərində narkotik maddə olmadığını bildirmişdir. Məhkəmədə elan edilmiş Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsindən görünür ki, bitidai istintaq zamanı o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5-6 aydır ki, narkotik vasitə olan marixuanadan 6-7 dəfə istifadə etmişdir. Təxminən 2-3 ay bundan qabaq Biləsuvar rayonuna qonaq getmiş, Biləsuvar rayonunda yerləşən Gömrük keçidində olarkən tanımadığı şəxs ona yaxınlaşaraq üzərində narkotik vasitə olan kakos(heroin) olduğunu, 1 qramlıq bükümünü 10 manata satdığını bildirmiş, o, həmin şəxsə 20 manat verib ondan 2 büküm narkotik vasitə kakosu(heroin) alaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 10.03.2021-ci il tarixədək həmin heroinlərin üzərindən 6-7 dəfə götürüb istifadə etmişdir. Həmin bükümlər mütəmadi olaraq onun üzərində olmuşdur. 10.03.2021-ci il tarixdə saat 20:30 radələrində 2 ədəd içərisində narkotik vasitə kakos(heroin) olan bükümlər onun üzərində olmuşdur. O, Sumqayıt şəhəri, 43-cü məhəllədə yerləşən “Möhtəşəm” şadlıq evinin arxası ilə gedərkən 3 nəfər mülki geyimli və 2 nəfər polis formasında şəxslər onu saxlayıb polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra isə narkotik vasitələrin gəzdirilməsində, saxlanılmasında və istifadəsində şübhəli bilindiyi üçün saxlanıldığını, üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyini bildirib onu 1-ci PB-yə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə getmişdir. PB-yə getdikdən sonra xidməti otaqların birində ona vəkil təqdim edilmiş, videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi, üzərində olan əşyaları təqdim etməyini bildirildikdən sonra üzərində olan qırmızı rəngli idman gödəkçəsinin sol cibində olan qolbağını, göy rəngli cins şalvarımın sol cibində olan 42 manat pulu, həmin şalvarın sağ cibində olan 1 ədəd alışqanı və 1 ədəd ağ rəngli kağız bükülünü təqdim etmişdir. Həmin kağız bükülü açıldıqda içərisindən 2 ədəd sellofan bükülü aşkar edilmişdir. Sorğu zamanı həmin bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Sonra heroinlər elektron tərəzidə çəkildikdə çəkiləri ayrı ayrılıqda 1,00 qram və 0,47 qram, ümumilikdə isə 1,43 qram olmuşdur. Daha sonra, həmin maddə kütlələri ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Heroini aldığı şəxsi həmin gün görmüş, əvvəllər onu tanımamış, onunla heç bir münasibəti olmamışdır. Saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq edilməmiş, heç bir hüququ pozulmamışdır. Həmin narkotik vasitə olan heroini üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuşdur, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Məhkəmədə şahid qismində ifadəvermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkili Şahid1 Qəhraman oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsində şübhəli olduğundan 10.03.2021-ci il tarixdə saat 20:30 radələrində Sumqayıt şəhəri, 43-cü məhəllə ərazidə saxlanılmışdır. Sonra Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin baş təhqiqatçısı, polis mayoru Ruslan Vəliyev saxlanılan şəxsə yaxınlaşaraq özünü təqdim edib həmin şəxsə də özünü təqdim etməsini bildirmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra baş təhqiqatçı X5 Həsənova saxlanılmasının səbəbini izah etmişdir. Sonra o, 1-ci PB-nin əməliyyat müvəkkili Sahil Əliyev və kiçik əməliyyat müvəkkili Şahid3 özlərini təqdim etmişdir. Baş təhqiqatçı Ruslan Vəliyev saxlanılan şəxs Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-də onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Onlar videoçəkiliş dayandırılmadan 1-ci PB-yə gedib xidməti otaqların birinə daxil olmuşlar. Təqsirləndirilən şəxs onun müdafiəçisi X1 təqdim edilmiş, hüquq və vəzifələri izah edilərək yazılı bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs yazılı bildirişlə tanış olduqdan sonra baş təhqiqatçı X5 Həsənova üzərində olan əşyaları təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kağız bükülü çıxararaq təqdim etmişdir. Həmin kağız bükülü açıldıqda içərisindən 2 ədəd şəffaf sellofana bükülmüş bükümlər aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin “heroin” olduğunu, onları bir müddət əvvəl tanımadığı iran vətəndaşından 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bükümlər elektron tərəzidə çəkildikdə ayrı-ayrılıqda çəkilmiş və həmin bükümlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-ə göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o da öz növbəsində protokola imza etmişdir. Həmçinin şahid Təqsirləndirilən şəxs məhkəmədə göstərdiklərinin həqiqəti əks etdirmədiyini və özünü müdafiə xarakterli olduğunu göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsində şübhəli olduğundan 10.03.2021 tarixdə saat 20:30 radələrində Sumqayıt şəhəri, 43-cü məhəllə ərazidə saxlanılmışdır. Sonra Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin baş təhqiqatçısı, polis mayoru Ruslan Vəliyev saxlanılan şəxsə yaxınlaşaraq özünü təqdim edib həmin şəxsə də özünü təqdim etməsini bildirmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra baş təhqiqatçı X5 Həsənova saxlanılmasının səbəbini izah etmişdir. Sonra o, 1-ci PB-nin əməliyyat müvəkkili Sahil Əliyev və kiçik əməliyyat müvəkkili Şahid3 özlərini təqdim etmişdir. Baş təhqiqatçı Ruslan Vəliyev saxlanılan şəxs Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-də onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Onlar videoçəkiliş dayandırılmadan 1-ci PB-yə gedib xidməti otaqların birinə daxil olmuşlar. Təqsirləndirilən şəxs onun müdafiəçisi X1 təqdim edilmiş, hüquq və vəzifələri izah edilərək yazılı bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs yazılı bildirişlə tanış olduqdan sonra baş təhqiqatçı X5 Həsənova üzərində olan əşyaları təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kağız bükülü çıxararaq təqdim etmişdir. Həmin kağız bükülü açıldıqda içərisindən 2 ədəd şəffaf sellofana bükülmüş bükümlər aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin “heroin” olduğunu, onları bir müddət əvvəl tanımadığı iran vətəndaşından 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bükümlər elektron tərəzidə çəkildikdə ayrı-ayrılıqda çəkilmiş və həmin bükümlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-ə göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o da öz növbəsində protokola imza etmişdir. Həmçinin şahid Təqsirləndirilən şəxs məhkəmədə göstərdiklərinin həqiqəti əks etdirmədiyini və özünü müdafiə xarakterli olduğunu göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsində şübhəli olduğundan 10.03.2021 tarixdə saat 20:30 radələrində Sumqayıt şəhəri, 43-cü məhəllə ərazidə saxlanılmışdır. Sonra Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin baş təhqiqatçısı, polis mayoru Ruslan Vəliyev saxlanılan şəxsə yaxınlaşaraq özünü təqdim edib həmin şəxsə də özünü təqdim etməsini bildirmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra baş təhqiqatçı X5 Həsənova saxlanılmasının səbəbini izah etmişdir. Sonra o, 1-ci PB-nin əməliyyat müvəkkili Sahil Əliyev və kiçik əməliyyat müvəkkili Şahid3 özlərini təqdim etmişdir. Baş təhqiqatçı Ruslan Vəliyev saxlanılan şəxs Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-də onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Onlar videoçəkiliş dayandırılmadan 1-ci PB-yə gedib xidməti otaqların birinə daxil olmuşlar. Təqsirləndirilən şəxs onun müdafiəçisi X1 təqdim edilmiş, hüquq və vəzifələri izah edilərək yazılı bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs yazılı bildirişlə tanış olduqdan sonra baş təhqiqatçı X5 Həsənova üzərində olan əşyaları təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kağız bükülü çıxararaq təqdim etmişdir. Həmin kağız bükülü açıldıqda içərisindən 2 ədəd şəffaf sellofana bükülmüş bükümlər aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin “heroin” olduğunu, onları bir müddət əvvəl tanımadığı iran vətəndaşından 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bükümlər elektron tərəzidə çəkildikdə ayrı-ayrılıqda çəkilmiş və həmin bükümlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-ə göndərilməsi üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o da öz növbəsində protokola imza etmişdir. Həmçinin şahid Təqsirləndirilən şəxs məhkəmədə göstərdiklərinin həqiqəti əks etdirmədiyini və özünü müdafiə xarakterli olduğunu göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 11.03.2021-ci il tarixli, 6/981 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №125” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,315 qram; 0,684 qram; ümumi təmiz çəkiləri 0,999 qram maddə kütlələri kusta üsulla hazırlanmış narkotik vasitə-heroindir. 02 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər.Qeyd: Heroinin ümumi təmiz çəkisi- 0,999 qram, tədqiqata sərf edildi-0,08 qram, qalıq-0,919 qram. Cinayət işinin materiallarından görünür ki, iş üzrə 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,999 qram olan narkotik vasitə-heroindən tədqiqatdan sonra qalıq qalmış 0,919 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə-heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd diskə baxış keçirilməsi protokolundan görünür ki, işə əlavə edilmiş CD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. CD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra komputerin pəncərsində görsənən 00824 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 12 dəqiqə 38 saniyədən ibarətdir. Görüntünün 00:01-ci saniyəsində videokameranın qaranlıq hava şəraitini qeydə aldığı görünür. 00:22-ci saniyədə 2 nəfər mülki geyimli şəxs 1 nəfər şəxsi saxlayaraq görüntünün qeydə alındığı yerə gətirir. 25-ci saniyədə Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin baş təhqiqatçısı, polis mayoru Ruslan Vəliyev saxlanılan şəxsə yaxınlaşaraq özünü təqdim edib həmin şəxsə də özünü təqdim etməsini bildirir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Baş təhqiqatçı Ruslan Vəliyev saxlanılan şəxsə saxlanılmasının səbəbini izah etdikdən sonra mülki geyimli şəxslər də özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirirlər. Daha sonra baş təhqiqatçı Ruslan Vəliyev saxlanılan şəxs Təqsirləndirilən şəxs Sumqayıt ŞPİnin 1-ci PB-də onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir. Görüntünün 01:34-cü saniyəsindən 05:52-ci saniyəsinədək videoçəkiliş dayandırılmadan 1-ci PB-yə gedib xidməti otaqların birinə daxil olurlar. Görüntünün 08:25-ci saniyəsində Təqsirləndirilən şəxs onun müdafiəçisi X1 təqdim edilir, hüquq və vəzifələri izah edilərək yazılı bilidiriş təqdim edilir. Təqsirləndirilən şəxs yazılı bildirişlə tanış olduqdan sonra baş təhqiqatçı X5 Həsənova üzərində olan əşyaları təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs üzərində olan qırmızı rəngli idman gödəkçəsinin sol yan cibindən qolbağı, üzərində olan göy rəngli cins şalvarının sol yan cibindən pul əskinasları, həmin şalvarın sağ yan cibindən 1 ədəd alışqan, görüntünün 09:43-cü saniyəsində həmin şalvarın sağ yan cibindən 1 ədəd kağız bükülü çıxararaq təqdim edir. Həmin kağız bükülü açıldıqda içərisindən 2 ədəd şəffaf sellfonana bükülmüş bükümlər aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin “heroin” olduğunu, onları bir müddət əvvəl İran İslam Respublikasından qayıtdıqdan sonra tanımadığı iran vətəndaşından 20 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Bükümlər elektron tərəzidə çəkildikdə ayrı-ayrılıqda çəkiləri 1,00 qram və 0,47 qram, ümumilikdə isə 1,43 qram olması müəyyən edilir. X2 yekun məruzəsi ilə bitir. Şəxsi axtarış zamanı istintaq üçün zəruri ola biləcək başqa sübut növü aşkar edilmir. Qeyd edilən disk iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 29.04.2021-ci il tarixli,1300 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi premaratlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 17 mart 2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarının insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından qanunauyğun qəbul edilməsi və qərarla bağlı prosessual hərəkətlərin qanunauyğun həyata keçirilməsi nəzərə alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 06.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Həsənov X3 rayon Məhkəməsinin 11.01.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən 03 il nəqliyyat nasitəsini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 08.05.2018-ci il tarixli qərarı ilə 11.01.2018-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.08.2019-cu il tarixli qərarı ilə 08.05.2018-ci il tarixli qərar dəyişdirilib, cəzası 03 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 aya endirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən cəzası 01 il azaldılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkum olunmuş hesab edilir. Cinayət işinin materiallarında olan 18 may 2021-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan 10 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0:30 da 43-cü məhəllə ərazisində tutulmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarından görnür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş. Həbsetmə müddətinin əvvəli 10 mart 021-ci il tarixindən hesablanmışdır. Cinayət işinin materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli Hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2019cu il tarixli qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Təqsirləndirilən şəxs barəsindəki 08 may 2018-ci il tarixli qərarı dəyişdirilərək Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 03 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 aya endirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı məntəqə ipli cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 18 mart 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2019-cu il tarixində müəssisəyə göndərilmişdir. Müəssisədə cəza çəkdiyi müddətdə barəsində müəssisə rəhbərliyi tərəfindən həvəsləndirmə və ya tənbeh tədbiri tətbiq edilməmişdir. Cəzasının əvvəli 11 yanvar 2018-ci il cəzasının sonu 11 iyul 2022-ci il tarixidir. Cinayət işinin materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı məntəqə ipli cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müəssisədə müsbət xarakterizə olunur. Yaşayış yeri üzrə 11 saylı MKS-dan daxil olmuş xasiyyətnaəmədən də görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi üzrə müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması zamanı iştirak etmiş polis əməkdaşları Şahid2, Şahid1, Şahid3 istifadəsində olan **********, **********, **********, **********, ********** saylı mobil telefon nömrələrinin kimə məxsus olması və həmin nömrələrin 10 mart 2021-ci il tarixində qeyd olunan vaxtda anten əhatə dairəsinə dair məlumatların əldə edilməsi üçün Baksell, Azersell və Azərfon MMC-yə müvafiq qərarlar göndərilmiş və həmin qurumlardan daxil olmuş cavablardan görünür ki, təqsirləndirilən şəxsin tutulmasında iştirak etmiş polis əməkdaşlarının istifadə etdikləri mobil telefonun antenn əhatə dairəsi 10 mart 2021-ci il saat 20:30-da Sumqayıt şəhəri 43-cü məhəllə ərazisini göstərir. Bundan başqa, qeyd olunan antenn əhatə dairəsinə dair məlumatlar tədqiq olunarkən müəyyən olundu ki, qeyd olunan mobil telefonların antenn əhatə dairəsi 10 mart 2021-ci il tarixində saat 15-16 radələrində təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi 13cü mikrorayon ərazisində yerləşən antenlərin əhatə dairəsində olmamışdır. Bundan başqa, təqsirləndirilən şəxs 13 mart 2021-ci il tarixində saat 15 radələrində tutulduğunu bildirsə də Təqsirləndirilən şəxs məxsus və 10 mart 2021-ci il tarixində onun istifadəsində olan 077 ******* saylı mobil telefona həmin tarixdə daxil olan və çıxan zənglərə dair çıxarışdan görünür ki, qeyd olunan mobil telefon nömrəsinə saat 18:41-dək zənglər gəlmişdir və məhkəmə iclasında təqsirləndirilən şəxs zəng daxil olan və çıxan həmin nömrələrin onun qohum və tanışlarına aid olduğunu bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 13.03.2021-ci ildə tutulduğunu göstərsə də iş materiallarından görünür ki, sonuncu həmin tarixdə həbsdə olmuşdur. Bütün bunlar Təqsirləndirilən şəxs onun 13 mart 2021-ci il tarixində saat 15 radələlərində 13-cü mikrorayonda olan çay evində tutulmasına və tutularkən üzərində narkotik vasitə olmamasına dair bildirdiklərinin özünümüdafiə xarakteri daşıdığını göstərir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə çəkilməmiş cəzası 01 il 04 ay 01 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinin 3-cü hissəsinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə almaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59cü maddəsinin tələblərinə əsasən cəzasını yüngülləşdirən hallar aşkar olunmadı. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-cü maddəsinin tələblərinə əsasəncəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Həmin məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki. Təqsirləndirilən şəxs 10 mart 2021-ci il tarixində şübhəli şəxs kimi tutulmuşdur. Odur ki. onun cəzaçəkmə müddətinin başlanğıcı 10 mart 2021-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,919 qramçəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 27 may 2021-ci il tarixli (iş № 1(060)-401/2021) qərarını icra edərək, 03 iyun 2021-ci il tarixli 606 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. "xxxx" ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Hacıqabul rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 04 (dörd) ay 01 (bir) gün hissəsi ona hazırki hökmlə təyin olunmuş cəza ilə qismən, 03 (üç) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ilə tam toplanaraq üzərində qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 10 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 0,919 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109 (yüz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. "xxxx" ASC Sumqaıt filialı, kod 508212; VÖEN **********; Müxbir hesab AZ26NABZ********************; SWİFT BİK: TURAAZ Sumqayıt Regional Vəkil Bürosu Hesab AZ03TURA********************AZN VÖEN:29053021 Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-401/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-401/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver