Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-401/2023 25.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-“Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1963-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,380 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 05 yanvar 2023-cü il tarixdə, saat 11:00-da, Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi, 10-cu mikrorayon ərazisi, 5 nömrəli yaşayış binasının yaxınlığında saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə 0,380 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 11:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi, 5 saylı yaşayış binasının yaxınlığında gəzən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. O da polis əməkdaşlarına özünü təqdim etmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib onu ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, PB-nə getməkdən imtina etməmiş və polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Həmin vaxt onun üzərində kakos olmuşdur. PB-də onun üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər o, isə buna etiraz etməmişdir. Ona vəkil təqdim olunmuş və şəxsi axtarış keçiriləcəyi bildirilərək, üzərində hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması əgər vardırsa, həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O da əynində olan gödəkcənin cibində saxladığı içərisində kakos olan 1 ədəd şəffaf sellofana bükülmüş kütləni təqdim etmişdir. Həmin büküm polis əməkdaşı tərəfindən açılmışdır. Sorğu zamanı aşkar olunan sellofan bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, heroini Bakı şəhəri ərazisində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra onun üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisinin sellofanla birlikdə yarım qram olması müəyyən edilərək sənədləşmə işləri aparılmışdır. O, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təzyiqə, təsirə məruz qalmamış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu göstərərək, məhkəmədən qeyd olunan halların nəzərə alınmaqla barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 1-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı o bölmə rəhbərliyinə məruzə etdikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə o da əlavə edilmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə, səhər saatlarında, Təqsirləndirilən şəxs ola biləcəyi Sumqayıt şəhəri, 10-cu mikrorayon 5 saylı yaşayış binasının yaxınlığında pusqu qurulmuşdur. Bir qədər sonra Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb, həmin ərazidə, ev 5-in yaxınlığında, saat 11-də Təqsirləndirilən şəxs saxlamışlar. Özlərini təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı saxlanıldığını bildirmişlər, saxlanılan şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Nurəddinə müvafiq istintaq hərkətlərinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olduğunu bildirmişlər, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirib onlarla birlikdə 1-ci PB-nə getmişlər. Bölmədə xidməti otaqlardan birində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı polis kapitanı Pərvin Allahverdiyev, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkil təqdim etmiş, müdafiəçinin iştirakı ilə video çəkilişlə Nurəddinin üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Təhqiqatçısı Məmmədovun narkotik vasitələrin qəbulunda, üzərində gəzdirlməsində şübhəli bilindiyi üçün, Sumqayıt ŞPİ- nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi, 10-cu mirorayon ərazisində 5 saylı yaşayış binasının yaxınlığında saxlanılaraq polis bölməsinə gətirildiyini bildirib ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir vasitə və ya pridmet vardırsa təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibində saxladığı 1 ədəd sellofana bükülmüş, narkotik vasitə olan heroinə bənzər kütləni çıxardıb təqdim edərək, masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə onun üzərindən 1 qutu siqaret aşkar olunmaqla yanaşı onun azadlığın məhdudlaşdırılması cəzsına məhkum olunduğu üçün elektron bilərzik istifadəçisi olduğu müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümünü açdıqda, bükümün içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq təqdim etdiyi həmin bükümün içərisindəki narkotik vasitə olan heroinə bənzər kütləni Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi tündqəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə, büküldüyü sellofanla birlikdə elektron tərəziyə qoyulub çəkisi ölçüldükdə çəkisinin 0,49 qram olması müəyyən edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tünd-qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq qablaşdırmişdır. Təqsirləndirilən şəxs vəkilin suallarını cavablandıraraq üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlənin özünə məxsus olduğunu 2-3 ildir ki narkotik vasitə istifadəçisi olduğunu, polis əməkdaşları tərəfindən heç bir fiziki təzyiqə məruz qalmadığını bildirmişdir. Sonra qablaşdırılmış zərf iştirakçılar tərəfindən imzalanmış və bundan sonra video çəkliş dayandırılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixatrop maddələrin satışı ilə məşğul olması barədə 1-ci polis bölməsinə əməliyyat məlumatları daxil olmamışdır. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan və şəxsi axtarış protokolundan görünür ki, işə əlavə edilmiş 1 ədəd DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra həmin diskə daxil olduqda, «00001» rəqəmləri yazılmış qovluq müəyyən edilir ki, orada 09 dəqiqə 37 saniyədən İbarət videogörüntü var. Həmin video görüntünün İlk saniyəsində otaqda polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı polis kapitanı, Pərvin Allahverdiyev özünü təqdim etdikdən sonra qarşısında dayanan mülki geyimli şəxsdən də, özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 10, mənzil 18 ünvanında yaşadığını i bildirir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirlməsİndə şübhəli bilindiyi üçün, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi, 10-cu mirorayon ərazisində 5 saylı yaşayış binasının yaxınlığında saxlanılaraq polis bölməsinə gətirildiyini bildirib, şəxsi axtarışda iştirak edən polis əməkdaşlarından özlərini təqdim etmələrini xahiş edir. Polis əməkdaşları-polis serjantı Şahid2, polis leytenantı Şahid1 və polis baş serjantı Şahid3 özlərini təqdim etdikdən sonra təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən müdafiəçi Sumqayıt Regional vəkil Bürosunun vəkili X2 təqdim edir. Ardınca təhqiqatçı, şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim edir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişlə tanış olduqdan sonra təhqiqaçı ondan, üzərində qanunla qadağan olunmuş hər hansı bir vasitə və ya pridmet vardırsa təqdim etməsini xahiş edir. Videogörüntünün 02:56-cı anında Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 1 ədəd şəffaf sellofana bükülmüş kütləni çıxardıb təqdim edərək, masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və onun üzərindən 1 ədəd siqaret qutusu və 1 ədəd elektron cihaz aşkar olunur. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümünü açdıqda, bükümün içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq təqdim etdiyi həmin bükümün içərisindəki narkotik vasitə olan heroinə bənzər kütləni Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığım bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi tünd-qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə videogörüntünün 04:53-cü anında, büküldüyü sellofanla birlikdə elektron tərəziyə qoyulub çəkisi ölçüldükdə çəkisinin 0,49 qram olması müəyyən edilir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tünd-qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq qablaşdırır. Həmin ərəfədə Təqsirləndirilən şəxs vəkilin suallarını cavablandıraraq üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlənin onun özünə məxsus olduğunu 2-3 ildir ki narkotik vasitə istifadəçisi olduğunu, polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə məruz qalmadığını bildirir. Sonra qablaşdırılmış zərf iştirakçılar tərəfindən imzalanır. Bundan sonra video çəkliş dayandırılır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-eü il tarixli, 6/35 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs İmza Təqsirləndirilən şəxs ....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,380 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (Heroinin təmiz çəkisi-0,380 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,330 qram.) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 371 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixatrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 1(060)-496/2021 saylı hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 239101 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs həbs olunduğu xx.xx.2023-cü il tarixə çəkilməmiş cəzası 02 ay 26 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə olan məhkumluğu residivin müəyyən olunması zamanı nəzərə alınmamalıdır. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, əvvəllki cinayətinə görə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtarmamış yenidən cinayət törətdiyinə görə ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 02 ay 26 günü CM-nin 68.1.1-1-ci madddəsinə əsasən 01 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbləri qaydasında qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs etmənin əvvəli 05 yanvar 2023-cü il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin hazırlıq iclasının xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 05 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,330 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumu dəyəri 88 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına Müdafiəçi təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 02 ay 26 günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 01 ay 13 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilsin və ona qəti olaraq 01 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 05 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi üzrə Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,330 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumu dəyəri 88 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-401/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-401/2023
25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver