Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-401/2024 29.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Qanuni nümayəndə2, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə, xx.xx.2007-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Sumqayıt şəhəri 3 saylı Peşə liseyində 2-ci kurs tələbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2sində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixdə, saat 08:30 radələrində ünvan 3 ünvanda yerləşən ünvan 4an ərzaq mağazasından çıxan həmin Liseyin tələbəsi Zərərçəkmiş şəxs yanında olan tanışı Şahid “sənin kimilərə görə nisyə dəftəri dolub” sözünün bildirməsini ona ünvanlandığını zənn edərək, bu səbəbdən Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etməsindən sonra sonuncunun da onu təhqir etməsinə görə aralarında yaranmış mübahisə zamanı sağ əli ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə qəsdən bir dəfə zərbə vurmaqla sonuncuya burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün yerdəyişən sınığı, sol gözaltı nahiyənin qançırı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında anası-Qanuni nümayəndə1, böyük qardaşı Xəyal, nənəsi Sinəgül və babası İsrafil ilə birlikdə yaşayır. Valideynləri boşandığı üçün anasının himayəsindədir. Sumqayıt şəhəri 3 saylı Peşə Liseyində 2-ci kursda aşbazlığı oxuyur. İş olanda kafelərə gedib yemək hazırlayır. Anası xəstə olduğu üçün heç yerdə işləmir. O, Zərərçəkmiş şəxs peşə liseyindən tanıyır. Sonuncu bərbərliyi öyrənir, onunla yaxın münasibəti olmamış və aralarında mübahisə yaranmamışdır. 12 yanvar 2024-cü il tarixdə saat 08:30 radələrində 3 saylı peşə Liseyinin yaxınlığında olan ərzaq mağazasına getmiş, bu zaman Emin bir nəfər adını Aqşin kimi bildiyi, peşə liseyinin tələbəsi ilə mağazadan çıxmış, həmin vaxt Emin ona baxaraq “sənin kimilərə görə nisyə dəftəri dolub” demiş, o da həmin vaxt Eminin sözü ona dediyini zənn etmiş, həmin sözünə görə ona qarşı nalayiq ifadə işlətmişdir. Bundan sonra mübahisləri daha da böyümüş, Emin aqressiv formada onunla mübahisə etməyə başlamış və üzərinə gəlmişdir. O da Eminin üstünə getmiş, əlləri ilə onu sinəsindən geri itələmişdir. O da sağ əli ilə bir dəfə onun burun hissəsinə vurmuşdur. Zərbənin təsirindən Emin yerə yıxılmış və burnunu tutub ona yenə nalayiq sözlər deməyə başlamışdır. O, Eminin burnundan qan gəldiyini görmüş, hadisə yerindən uzaqlaşaraq mağazaya girmiş, daha sonra dərsə getmişdir. Hadisə vaxtı ətrafda kənar şəxs olmamışdır. O Emini vurandan sonra sonuncu ona söyüş söyən zaman kənardan bir neçə nəfər tələbə hadisə yerinə gəlmişdir. Mübahisə təxminən 2-3 dəqiqə ərzində baş vermiş və bitmişdir. Hadisə vaxtı o xəsarət almamış, etdiyi əməldən peşman olmuşdur. Hazırda əməlindən peşmandır, hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş zərəri tam tam ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayəti yoxdur. Ona görə də barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında anası Qanuni nümayəndə2 ilə birlikdə yaşayır və valideynləri ayrıldığı üçün anasının himayəsində qalır. O, Sumqayıt şəhər 3 saylı Peşə Liseyində 2-ci kursda bərbərliyi oxuyur, 3-cü qrup əlildir. Təqsirləndirilən şəxs peşə liseyindən tanıyır, Emil aşbazlığı oxuyur, onunla yaxın münasibəti olmamış və aralarında mübahisə yaranmamışdır. O, 12 yanvar 2024-cü il tarixdə səhər saat 08:30 radələrində tələbə yoldaşı Aqşinlə liseyin yaxınlığında olan ərzaq mağazasından çıxan zaman Aqşinə zarafatla “sənin kimilərə görə nisyə dəftəri də bağlanıb” demişdir. Bu zaman mağazaya tərəf gedən Təqsirləndirilən şəxs ona qəfildən qayıdıb səbəbsiz yerə nalayiq ifadə işlətmiş, o da Emilə qarşılığında “küçük” deyib cavab vermişdir. Emil onun üstünə hücum çəkmiş və yumruqla onun burnuna vurmuşdur. Zərbədən sonra o yerə yıxılmış və burnundan qan gəlməyə başlamışdır. Buna görə də hadisə yerinə gələn liseydə təhsil alan tələbələrdən bir-iki nəfər adlarını bilmədiyi şəxslər Emilin qolundan tutub kənara çəkmişlər. Aqşin onu aparıb liseydə burnunun qanını yumuşdur. Hadisə təxminən 1-2 dəqiqə ərzində baş vermiş və bitmişdir. Hadisə vaxtı onun yanında Aqşin olmuşdur. Emilin yanında heç kim olmamış, hadisəni görən Aqşin olmuş, başqa kimin görüb-görmədiyi barədə məlumatı yoxdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayından tanıyır, hər ikisi onun təhsil aldığı Sumqayıt şəhər 3 saylı Peşə liseyinin 2-ci kurs tələbəsidirlər. Onlar eyni kurs tələbəsi olsalar da, ayrı-ayrı fakültələrdə təhsil alırlar. Zərərçəkmiş şəxsla dost kimi münasibəti olsa da, Təqsirləndirilən şəxslə yaxın münasibəti olmamışdır. 12 yanvar 2024-cü il tarixdə saat 08:30 radələrində o, Zərərçəkmiş şəxsla birlikdə liseyin yaxınlığında olan ərzaq mağazasından çıxanda Emin ona zarafatla “sənin kimlərə görə nisyə dəftəridə bağlanıb” sözünü demiş, bu zaman mağazaya tərəf gələn Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəfildən qayıdıb səbəbsiz yerə nalayiq ifadə işlətmişdir. Zərərçəkmiş şəxs da ona qarşılığında “küçük” deyib cavab vermişdir. Bundan sonra Emil Eminin üstünə hücum çəkmiş və yumruqla onun burnuna bir dəfə vurmuşdur. Zərbədən sonra Emin yerə yıxılmış və burnundan qan gəlməyə başlamışdır. Hadisə yerinə gələn adlarını bilmədiyi tələbələr Emilin qolundan tutub kənara çəkmişlər. O, Zərərçəkmiş şəxs aparıb liseydə burnunun qanını yumuşdur. Hadisə təxminən 1-2 dəqiqə çəkmişdir. Hadisə vaxtı onun yanında liseyin bərbər qrupunda təhsil alan Zərərçəkmiş şəxs olmuşdur. Cinayət işinin 76-cı vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 13-15-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X4 Hüquqi şəxsin xx.xx.2024-ci il tarixli, 95 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burun tənəffüsünün pozulması ilə müşayət olunan burun sümüyünün yerdəyişən sınığı, sol gözaltı nahiyənin qançırından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nm zədə məntəqəsinə müraciət etdiyi vaxtdan 5-7 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin 52-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki (qanuni nümayəndəsi tərəfindən təsdiq edilmiş), zərərçəkmiş şəxsə dəymiş ziyan tərəfindən tam ödənilmiş, zərərçəkmiş şəxsin ona qarşı tələbi və şikayəti yoxdur, aralarında barışıq əldə edilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənilməsini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət təqibinə xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə iclaslarında təqsirləndirilən şəxsin hüquqlarını dövlət hesabına müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 22 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-401/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-401/2024
29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver