Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-402/2021 24.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ailəli, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 09 mart 2021-ci il tarixdə, saat 21 radələrində Tahir Sultanlıya məxsus Sumqayıt şəhəri, Yaşma bağları, fərdi evdə həyat yoldaşı X5 ilə tanışı Zərərçəkmiş şəxs münasibətdə olmalarından şübhələnməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı bıçaqla Zərərçəkmiş şəxs başından, sol əlindən, belindən, döş qəfəsindən vuraraq başın təpə nahiyyəsinin, sol əlin V barmağının ovuc səthinin, sol bel nahiyyəsinin, sol budun orta 1/3-nin kəsilmiş-deşilmiş yaraları xəsarətləri yetirib zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,334 qr, 0,550 qr, 0,297 qr, 0,071 qram, ümumi təmiz çəkisi 1,252 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 10 mart 2021-ci il tarixdə saat 00:30-da Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs bıçaqlamaqda şübhəli olmasıyla bağlı Sumqayıt şəhəri, Yaşma bağları ərazisində saxlanılaraq bölməyə gətirilərkən üzərində narkotik vasitə olmasını bildirmiş və 2-ci Polis Bölməsində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 3 büküm ağ rəngli politilen sellofona bükülmüş, 1 büküm gümüşü rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,334 qr, 0,550 qr, 0,297 qr, 0,071 qram, ümumi təmiz çəkisi 1,252 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 1 ildir ki, narkotik vasitə qəbul edir, onda asılılıq yaranmışdır. Adətən narkotik vasitə kimi tanıdığı “şüşə” qəbul etmiş, həmin “şüşəni” də haradan oldu alaraq istifadə etmişdir. O tutulmamışdan təxminən 3 gün əvvəl Bakı şəhəri, 20 Yanvar küçəsi, körpünün yaxınlığında tanımadığı bir nəfər şəxslə söhbət əsnasında həmin şəxsin də narkotik vasitə qəbul etdiyini və satdığını bilmişdir. Söhbət zamanı həmin şəxs ona üzərində 4 büküm “narkotik vasitə” şüşə olduğunu, istəyib-istəmədiyini soruşmuş, o da ondan neçəyə verəcəyini soruşduqda o, ona hamısını 50 manata satacağını bildirmişdir. O da mütəmadi olaraq “şüşə” qəbul etdiyi üçün fikirləşmişdir ki, bükümlərin hamısını götürüb yavaş-yavaş özü istifadə edər. Ona görə də ona 50 manat vermiş və 3 büküm ağ rəngli polietilen sellofona bükülmüş və 1 büküm də gümüşü rəngli siqaret kağızına bükülmüş “şüşə” götürərək əynində olan göy cins şalvarın arxa sağ cibinə qoymuş və sonra yaşadığı Sumqayıt şəhərinə getmişdir. O, Sumqayıt şəhərinə gəldikdən sonra başı ailə məsələrinə qarışdığından həmin şüşəni istifadə edə bilməmiş və elə əynində olan göy cins şalvarın arxa sağ cibində olmuşdur. Onları evdə heç kim görməsin deyə üzərində gəzdirmişdir. Həmin günlərdə tanışı olan Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid3 qarşı başqa gözlə baxmasını hiss etmişdir. Şahid3 ilə 2016-cı il tarixdə ailə həyatı qurmuş və iki uşaqları olmuşdur. Aytac ilə münasibəti normal olsa da, son vaxtlar pisləşmiş və o da son vaxtlarda Raminlə həyat yoldaşı arasında nəsə olmasından şübhələnmişdir. Çünki Ramin bir neçə dəfə onun evdə olub-omadığını soruşmaq bəhanəsilə onun yaşadığı evə gəlmişdir. Bundan başqa bir neçə dəfə Ramin onların həyətinə gəldikdə o, onun hərəkətlərində, baxışlarında həyat yoldaşına qarşı başqa gözlə baxmasını hiss etmiş, əvvəllər həyat yoldaşından şübhələnməsə də, sonradan ona qarşı da şübhələri yaranmışdır. Aytacın da təxminən bir ay əvvəl ondan ayrılaraq uşaqlarla birlikdə Sumqayıt şəhəri, Yaşma bağlarında yaşayan qayınatasıgilə getmələri onda şübhələri daha da artırmışdır, çünki heç bir səbəb olmadan o, ona evə baxmadığını demişdir. Həmin vaxtlar Aytacla onun münasibətləri də əvvəllərə baxanda pisləşmişdir. O, artıq Aytacın da Raminə qarşı münasibətlərində şübhə hiss etmiş, sonradan Ramini götürüb qayınatasıgilə aparmağı, orada onunla Aytacın münasibətlərinə fikir verməyi düşünmüşdür. O, Raminin üzərində bir-iki dəfə bıçaq gördüyü üçün fikirləşmişdir ki, birdən evdə Ramin onun ondan şübhələndiyini görüb ailəsinin, uşaqlarının üzərinə bıçaq çıxardar. O da elə hal olarsa onu qorxutmaq üçün üzərində bıçaq götürməyi fikirləşmişdir. O, bu fikiri ilə 09.03.2021 tarixdə təxminən axşam saatlarında yaşadığı evdə özünə məxsus, təxminən 4-5 ay bundan qabaq özü düzəltdiyi və suviner kimi saxladığı bıçağı götürərək gödəkçəsinin içəri döş cibinə qoymuş və bacısının oğlu Şahid1 də onlarda olduğundan ona uşaqlara meyvə və oyuncaq almaq üçün mağazaya getməsini tapşırmışdır. O, daha sonra maşını olmadığı üçün Raminə zəng edərək onu Yaşmaya qayınatasıgilə aparmasını xahiş etmişdir. Ramin də problem olmadığını demişdir. Axşam saat təxminən 20 radələrində Ramin onlara gəlmişdir. O, onunla getmək istədikdə Hacıbala da onunla getmək istədiyini demiş və o da etiraz etməmişdir. Onlar Raminə məxsus **-TE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Nissan” markalı avtomobillə Sumqayıt şəhəri, Yaşma bağlarında yaşayan qayınatası Tahir Sultanlıgilə getmişlər. O, maşından düşdükdə Raminə də onlarla evə gəlməsini söyləmişdir. Çünki onu evə saldıqdan sonra onunla Aytacın münasibətlərinə fikir vermək istəmişdir. Qayınatası onları evə dəvət etmiş və evdə qonaq otağında qayınatası Tahir, o, Ramin və Hacıbala oturaraq çay içmişlər. Qaynatası onu tənqid edərək bir çox səhvlərinin olduğunu, ailəsinə baxmadığını demişdir. Həmin vaxtı Ramin də qayınatasının dediklərini təsdiqləmiş, o da Raminə acıqlanaraq qarışmamasını, ona aidiyyəti olmadığını demişdir. Bu zaman Ramin stoldan duraraq getmək istədikdə o, əsəbi olduğundan gödəkçəsinin içəri döş cibində olan bıçağı götürərək arxadan Raminin başına vurmuşdur. Sonra qayınatası Tahir və bacısının oğlu Hacıbala onu tutaraq ikinci dəfə onu vurmasına mane olmaq istəsələr də, onları itələyib ikinci dəfə bıçaqla Raminin belinə və sol ayağına vurmuşdur. Sonra qayınatası ilə Hacıbala onu tutaraq saxlamışlar və Ramin isə oradan qaçıb avtomobilə əyləşib getmişdir. Sonra qayınatası əlində olan bıçağı ondan alaraq evdən getməsini demiş və o, evdən çıxaraq getmiş, lakin sonra qayınatası ilə söhbət etməkdən ötrü və onun ona dediyi sözlərə aydınlıq gətirmək üçün yenidən onların evinə yaxınlaşdıqda, yəni 10.03.2021-ci il tarixdə saat 00:30 radələrində orada polis əməkdaşları onu saxlayaraq Ramini vurmaqda şübhəli olduğundan izahatının alınması üçün 2-ci Polis Bölməsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Bakı şəhərindən aldığı 4 büküm narkotik vasitə bildiyi “şüşə”ni istifadə etmədiyindən əynində olan göy rəngli cins şalvarın arxa sağ cibində olmuşdur. Yolda polis əməkdaşlarına üzərində narkotik vasitə olan “şüşə” olduğunu demiş, onlar bölməyə çatdıqdan sonra bölmədə xidməti otaqların birində çəkiliş ilə polis əməkdaşı ona özünü təqdim edərək 2-ci Polis Bölməsinin təhqiqatçısı Şamil Məmmədov olduğunu söylərək Zərərçəkmiş şəxs bıçaqlamaqda şübhəli olduğu üçün saxlanıldığını və bölməyə dəvət olunduğunu, yolda onun üzərində narkotik vasitə olan şüşə olduğunu dediyini söyləyərək özünü təqdim etməsini bildirmişdir. O da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demiş, daha sonra digər polis əməkdaşları da özlərini təqdim etmiş, ona üzərində narkotik vasitə olduğunu dediyi üçün üzərində şəxsi axtarış aparılacağını söyləmişdir. Daha sonra təhqiqatçı ona üzərində olanları çıxardaraq təqdim etməsini söyləmiş, o da əynində olan göy cins şalvarın arxa sağ cibində olan 3 ədəd politilen sellofona bükülmüş və 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü çıxardaraq təqdim etmişdir. Təhqiqatçı ondan bu bükümlərin nə olduğunu soruşmuş və həmin bükülülərin narkotik vasitə bildiyi “şüşə” olduğunu demişdir. Təhqiqatçı ondan həmin bükümləri hardan aldığını soruşduqda o, 3 gün əvvəl Bakı şəhəri, 20 Yanvar” küçəsi, körpünün yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını demişdir. Daha sonra onun üzərindən çıxan narkotik vasitə tərəzidə çəkilmiş və çəkilərinin ayrı-ayrılıqda 0,62 qram, 0,39 qram, 0,40 qram, 0,12 qram olduğu müəyyən edilmişdir. Daha sonra təhqiqatçı onun üzərinə baxış keçirtmiş və onun üzərindən başqa heçnə çıxmamışdır. Vəkil həmin bükümləri yenidən tərəzidə ölçülməsini xahiş etmiş və təhqiqatçı bükümləri yenidən tərəzidə ölçdükdə həmin bükümlərin çəkilərinin ayrı-ayrılıqda 0,63 qram, 0,40 qram, 0,41 qram və 0,12 qram olduğu müəyyən edilmişdir. Sonra vəkil ondan polis əməkdaşlarının onu harda saxladıqlarını və hər hansı şikayətinin olub-olmadığını, zor tətbiq edilib-edilmədiyini soruşmuş və o da polis əməkdaşlarının Sumqayıt şəhəri, Yaşma bağlarında saxladıqlarını, hər hansı şikayətinin olmadığını, zor tətbiq edilmədiyini demişdir. Ondan sonra çəkiliş saxlanılmış və bükümlər ekspertiza təyin olunmasından ötrü müvafiq qaydada qablaşdırılmış, o və digər iştirakçılar imza çəkmişlər. O, narkotik vasitə alqı-satqısı ilə məşğul olmamış və yalnız özü istifadə etmişdir. Onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Əsəbiləşdiyi üçün ona bıçaqla xəsarət yetirmişdir. Hazırda əməllərindən peşmandır, Sumqayıt şəhərində müxtəlif sahələrdə işləyərək ailəsini dolandırır, iki uşağı var, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir, CM-nın 128-ci maddəsi üzrə cinayət işinə xitam verilməsini və AR CM-nın 234.1-ci maddəsi üzrə barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Özünü təqsirli bilir və onun barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun tanışıdır, Şahid3 adlı arvadı və iki uşağı vardır. Bildiyinə görə əvvəllər bir yerdə yaşasalar da, sonradan aralarında problemləri olduğu üçün indi ayrılmışlar. O, özü də bir neçə dəfə Seymurun evinə gedib-gəlmiş, əvvəllər Seymurla münasibəti yaxşı olsa da, sonradan onun narkoman olduğunu bildiyi üçün onunla əvvəlki kimi münasibətdə olmamışdır. Onlar ayrılandan sonra Aytac atasının yaşadığı Sumqayıt şəhəri, Yaşma bağlarındakı bağ evinə getmiş, hazırda da orada yaşayır. 09.03.2021-ci il tarixdə, axşam saat 20 radələrində Seymur ona zəng edərək onu Yaşmaya qaynatasıgilə aparmasını xahiş etmiş, o da problem olmadığını demişdir. Axşam saat təxminən 20 radələrində o, onların yaşadığı evə getmiş, həmin vaxt Seymurun bacısı oğlu Hacıbala da orada olmuşdur. Seymur onunla getmək istədikdə Hacıbala da onlarla getmək istədiyini bildirmiş və Seymur da etiraz etməmişdir. Onlar ona məxsus **-TE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Nissan” markalı avtomobillə Sumqayıt şəhəri, Yaşma bağlarında yaşayan Tahir Sultanlıgilə getmişlər. Seymur maşından düşdükdə ona da onlarla birlikdə evə getməsini söyləmiş, o da razılaşaraq onlarla həyətə keçmişdir. Daha sonra Seymurun qayınatası Tahir onları evə dəvət etmiş, evdə qonaq otağında Tahir, o, Seymur və Hacıbala oturaraq çay içmişlər. Seymurun arvadı Aytac da çayları gətirib digər otağa keçmiş, Tahirin arvadı da digər otaqda olmuşdur. Həmin vaxt söhbət əsnasında Tahir Seymuru tənqid edərək bir çox səhvlərinin olduğunu, ailəsinə baxmadığını, avara-avara gəzdiyini bildirmişdir. O da onun dediklərini təsdiqləmiş, Seymur da ona qarışmamasını, ona aidiyyəti olmadığını demişdir. Bu zaman o, duraraq getmək istədikdə Seymur cibində olan bıçağı çıxardaraq arxadan onun başına vurmuşdur. Sonra Tahir və Hacıbala Seymuru tutaraq ikinci dəfə onun vurmasına mane olmaq istəsələr də, Seymur onları itələmiş və ikinci dəfə bıçaqla onun belinə və sol ayağına vurmuşdur. Sonra Tahir ilə Hacıbala Seymuru tutaraq saxlamışlar, o isə oradan qaçıb avtomobilə əyləşib çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Seymur polis əməkdaşları tərəfindən tutulmuş, tutulduğu zaman da üzərindən narkotik vasitə çıxmışdır. X6 hər hansı bir münasibəti, hətta ünsiyyəti belə olmamışdır. Üzərində heç vaxt bıçaq gəzdirməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxsla barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədə göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur. Onun barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs onun dayısıdır, babası İbrahim Məmmədov və nənəsi Balacaxanım Məmmədova ilə birlikdə onların qonşuluğunda yaşayır. Dayısının Şahid3 adlı arvadı və iki uşaqları vardır. Bildiyinə görə əvvəllər Seymur arvadı ilə bir yerdə yaşasalar da, sonradan aralarında problemləri olduğu üçün ayrılmışlar. Onlar ayrılandan sonra Aytac atasının yaşadığı Sumqayıt şəhəri, Yaşma bağlarındakı bağ evinə getmiş, hazırda da orada yaşayır. 09.03.2021 tarixdə, axşam saatlarında o, dayısıgilə getmiş, dayısı Seymurun evində olarkən o, ona uşaqlarına meyvə və oyuncaq almaq üçün mağazaya getməsini tapşırmışdır. O da dükana getmiş, Seymurun dediklərini alıb evə gəlmişdir. Həmin vaxt Seymur dostu Raminə zəng edərək onu Yaşmaya qayınatasıgilə aparmasını xahiş etmişdir, çünki Seymurun maşını yox idi. Ramin də razılaşaraq axşam saat təxminən 20 radələrində Seymurgilə gəlmişdir. Onlar getmək istədikdə, o da onlarla getmək istədiyini demiş, Seymur da etiraz etməmişdir. Onlar Raminə məxsus **-TE-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “Nissan” markalı avtomobillə Sumqayıt şəhəri, Yaşma bağlarında yaşayan Tahir Sultanlıgilə getmişlər. Seymur maşından düşdükdə Raminə də onlarla evə gəlməsini söyləmiş, o da onlarla həyətə keçmişdir. Daha sonra Tahir onları evə dəvət etmiş, evdə qonaq otağında Tahir, o, Ramin və Seymur oturaraq çay içmişlər. Aytac da çayları gətirmiş, sonra çıxmışdır. Həmin vaxt söhbət əsnasında Tahir Seymuru tənqid edərək bir çox səhvlərinin olduğunu, ailəsinə baxmadığını, avara-avara gəzdiyini demişdir. Ramin də Tahirin dediklərini təsdiqləmişdir. Seymur Raminə qarışmamasını, ona aidiyyəti olmadığını demişdir. Bu zaman Ramin duraraq getmək istədikdə Seymur cibindən bıçağı götürərək arxadan Raminin başına vurmuş, Tahir və o Seymuru tutaraq ikinci dəfə onu vurmasına mane olmaq istəsələr də, Seymur onları itələyərək ikinci dəfə bıçaqla Raminin belinə və sol ayağına vurmuşdur. Sonra o, Tahirlə birlikdə onu tutaraq saxlamış, Ramin isə oradan qaçıb avtomobilə əyləşib getmişdir. Tahir Seymurun əlindən bıçağı alaraq onu evdən qovmuşdur. O, Seymurla birlikdə evdən çıxmış, öz evinə getmişdir. Sonradan Seymurun polis əməkdaşları tərəfindən tutulduğunu, tutulduğu zaman üzərində narkotik vasitə də olduğunu bilmişdir. O, Seymurun Tahirin evinə gedərkən özü ilə bıçaq götürdüyünü görməmişdir. Məhkəmə iclasında Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nın 2-ci PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid5 göstərdi ki, 10.03.2021-ci il tarixdə saat 00:30 radələrində Seymur adlı şəxsin Sumqayıt şəhəri Yaşma bağları ərazisində tanışı Zərərçəkmiş şəxs bıçaqla vurması barədə daxil olmuş məlumat əsasında həmin əraziyə gedilərək Seymur adlı şəxs Sumqayıt şəhəri, Yaşma bağları ərazisində saxlanılaraq 2-ci PB-ya gətirilən zaman üzərində narkotik vasitə olduğunu bildirmişdir. Polis bölməsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona özlərini təqdim etmişlər, daha sonra ona da özünü təqdim etməsini dedikdə, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin vaxt ona bıçaqla Zərərçəkmiş şəxs vurub xəsarət yetirməkdə şübhəli olduğu üçün saxlanıldığını və üzərində narkotik vasitə olması bildirilmişdir. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş verilmiş, o da bildirişlə tanış olmuşdur. Sonra ona müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, o da etiraz etməmişdir. Ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa təqdim etməyi təklif edilmişdir. Seymur da əynindəki göy rəngli cins şalvarının arxa sağ cibindən 03 büküm ayrı-ayrı polietilen sellofana və 01 büküm gümüşü rəngli siqaret kağızına bükülmüş metamfetamini təqdim etmişdir. Ondan həmin bükümləri haradan əldə etdiyi soruşulduqda demişdir ki, həmin bükümləri təxminən 3 gün əvvəl Bakı şəhəri, 20 Yanvar ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 50 manata almışdır. Ondan götürülmüş metamfetamin tərəzidə çəkilmiş, həmin narkotik vasitə olan metamfetaminin ekspertizaya göndərilməsi və sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılmışdır. Daha sonra metamfetamin qablaşdırılmış və sənədləşdirmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nın sahə rəisi polis mayoru X2 da Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. İstintaq zamanı Sumqayıt ŞPİ-nin 2-ci PB-nın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektoru, polis kapitanı Şahid7 Vaqif oğlu da şahid qismində dindirilərkən Şahid5 ilə eyni məzmunlu ifadələr vermişlər. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. İş materiallarında olan “Cinayət törəkməkdə şübhəli şəxsin tutulması haqqında” 10 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2021-ci il tarixdə tutulmuşdur. (i.v. 13) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” 10.03.2021-ci il tarixli protokolda Sumqayıt ŞPİ-nin 2-ci PB-nın əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı 04 ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi 1,252 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsi əks etdirilmişdir. (i.v. 19) İş materiallarında olan “Təqdim etmə və götürmə haqqında” 09.03.2021-ci il tarixli protokolda Sumqayıt ŞPİ-nin 2-ci PB-nın əməkdaşlarının iştirakı ilə Şahid2 Təqsirləndirilən şəxs 09.03.2021-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağın təqdim edilməsi və götürülməsi əks etdirilmişdir. (i.v.48) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 11.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 mart 2021-ci il tarixdən hesablanmışdır. (i.v.92-93) İş materiallarında olan, məhkəmə iclasında nümayiş etdirilmiş bir ədəd diskdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nın əməkdaşları tərəfindən saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddənin psixotrop maddə-metamfetamin olduğunu etiraf etməsi əks etdirilmişdir. (i.v. 127-128) İşdə olan məhkəmə kimyəvi ekspertizasının 10.03.2021-ci il tarixli, 6/966 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı olan zərfdəki, dörd ədəd bükümdə (01 ədəd gümüşü rəngli kağız büküm, 03 ədəd sellofan kəsiyi bükümündə) ayrı-ayrılıqda təmiz çəkiləri 0,334 qr, 0,550 qr, 0,297 qr, 0,071 qr., ümumi təmiz çəkisi 1,252 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan metamfetamindir. (i.v. 26-30) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 14.04.2021-ci il tarixli, 144-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət bıçaqlara uyğun gəlir və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə dəyişiklik edilməmişdir.(i.v.158-159) İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 10 may 2021-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nın 29,120, 221, 228.4 və 234.2-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,252 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 1,172 qram çəkidə psixotrop maddə-metamfetamin və 01 ədəd bıçaq maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 2-ci PB-nın əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd DVD-R formatlı disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. (i.v.173-189) İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 23.04.2021-ci il tarixli, 421 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində başın təpə nahiyyəsinin, sol əlin V barmağının ovuc səthinin, sol bel nahiyəsinin, sol budun orta 1/3-nin kəsilmişdeşilmiş yarasınıdan ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər kəsicideşici alətlə ola bilsin ki, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində əmələ gəlmişdir, müddəti zərərçəkənin Sumşayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 09.03.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserin 1838 saylı, 10.05.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. (i.v. 172) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 15.04.2021-ci il tarixli, 1118 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 16.04.2021-ci il tarixli 806 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictiamai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barədə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosionallıq, hirslilik, eqosentrizm, konfliktə meyillik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törədərkən şüur və fəaliyyətinə mühüm təsir göstərə biləcək psixi-emosional halda olmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabilliyətinə malik olmuşdur. Qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında əsəbilik yaranmış, həmin halın yaranması situasiya (həyat yoldaşının dostu Zərərçəkmiş şəxsla münasibətlərinin olmasından şübhələnməsi, hadisə günü Raminin tez-tez onun yoldaşına tərəf baxdığını görməsi, bu barədə olan şübhələrində əminlik yaranması və s.) ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin 29.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v.158- 159) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 172) İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində iki azyaşlı uşağı (07.06.2017-ci il təvəllüdlü İbrahim Məmmədov və 25.02.2020-ci il təvəllüdlü Uğur Məmmədov) vardır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,252 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlaması və Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnın 128 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsi, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə isə ona cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən tam təcrid edilmədən islah olunması mümkündür. Ona görə də, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 01,172 qram çəkidə olan psixotrop maddə-metamfetamin və 01 ədəd bıçaq məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd DVD-R formatlı disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2021-ci il tarixdə həbs edilmiş və 24 avqust 2021-ci il tarixədək həbsdə olmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 05 (beş) ay 14 (on dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 mart 2021-ci il tarixdən 24 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 14 (on dörd) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 02 (iki) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minədək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 01,172 qram çəkidə olan psixotrop maddəmetamfetamin və 01 ədəd bıçaq məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-402/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-402/2021
24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver