Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-402/2023 14.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi – “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Aslan oğlunun iştirakları ilə xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 153.1 və 153.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 10:30-da Sumqayıt şəhəri, 18-ci mikrorayon, 5 saylı binanın 3-cü blokunda öz cinsi ehtirasını təmin etmək məqsədi ilə aşkar surətdə 14 yaşına çatmamış xx.xx.2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 öpərək ona öz cinsi orqanını göstərməklə aşkar surətdə 14 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon, 30 saylı binanın yanında öz cinsi ehtirasını təmin etmək məqsədi ilə aşkar surətdə 16 yaşına çatmamış xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 öz istifadəsində olan mobil telefonda seksual xarakterli şəkil göstərərək 50 manat müqabilində seksual xarakterli hərəkətlər etmək istədiyini deməklə aşkar surətdə 16 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1 və 153.2-ci maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisənin biri oğlunun, biri isə qızının doğum günü tarixində baş vermişdir. Hər iki hadisə zamanı içkili olduğundan hadisələri xatırlamır. İş materiallarına əlavə edilmiş videogörüntünün tədqiqi zamanı Zərərçəkmiş şəxs1 barəsində epizodu xatırlayaraq bildirmişdir ki, 11 noyabr 2022-ci il tarixində qızının doğum günü olmuş, səhərisi gün içki içərək gəzmək üçün evdən çıxmışdır. Zərərçəkmiş şəxs1 qarşı törətdiyi əməl həmin gün baş vermişdir. Digər epizod üzrə isə bildirdi ki, 26 dekabr 2022-ci il tarixdə oğlunun doğum günündə evdə içki içərək çölə çıxmış, çöldə də pivə içmişdir. Sərxoş vəziyyətdə olduğundan sonra nə baş verdiyini xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən o cür ifadə vermədiyini bildirmişdir. Əməlindən peşmandır. İki az yaşlı övladı vardır. Məhkəmədən nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, X3 Sumqayıt ŞPİ-in 1-ci polis bölməsinə ünvanladığı ərizəsi ilə əlaqədar bildirmişdir ki, o, ünvan 3nzil 15 də ailə üzvləri ilə birlikdə yaşayır, 2009-cu ildə Tursiyyə Məmmədova ilə ailə həyatı qurmuş və nikahlarından 2010-cu il təvəllüdlü X6 və 2014-cü il təvəllüdlü X7 adlı övladları vardır. Son 3-4 ay olar ki, cinsi istəyində artım yaramışdır. O, həyat yoldaşı ila cinsi istəyini qarşılasa da onu qane etmirmiş, onda həvəs günün istənilən vaxtı yaranırmış və belə olan halda yolda olan vaxt belə olsa cinsi həvəsini söndürmək üçün yolun kənarında olan ağaclıqda və ya hər hansısa bir dalana keçib həvəsini söndürürmüş. xx.xx.2022-ci il tarixdə səhər evdən çıxan zaman həyat yoldaşı ilə cinsi əlaqədə olmuş, gəzmək üçün çölə çıxmış, gəzəgəzə Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisinə keçmiş, yenidən cinsi həvəsə gəlmiş və mobil telefonunda pornoqrafıq videolara baxarkən cinsi həvəsini söndürmək qərarına gələrək daldalanacaq yer axtarmağa başlamış, bu zaman təqribən 12-13 yaşlı bir qızı görmüş və həmin vaxt qız Sumqayıt şəhəri 18-ci mikrorayon 5 saylı binanın 3-cü blokuna girdiyini görüb onun arxasınca bloka girmiş və blokda qızı səsləmişdir. Adı ona sonradan məlum olan Jalə 2-ci mərtəbədən aşağı düşmüş, ona yaxılaşaraq onunla salamlaşaraq üzündən öpmüş, bundan sonra mobil telefonunda ona porno videonu göstərərək yenidən üzündən bir dəfə öpmüş, sonra isə şalvarının zəncirini açaraq ona cinsi orqanını göstərən zaman qız qaçmış, özü isə cinsi orqanını oynadaraq sakitləşməyə çalışıb şalvarını nizama salaraq çıxıb yaşadığı evə getmiş və yenidən arvadı ilə cinsi əlaqədə olmuşdur. Bundan əlavə xx.xx.2022-ci il tarixdə yenidən nahar vaxtı həyat yoldaşı ilə cinsi əlaqədə olmuş, çölə çıxaraq gəzə gəzə Sumqayıt şəhəri 6-cı mikrorayon ev 30-un yanına gəlmişdir. Orada təqribən 14-15 yaşlı qızı görmüş, ona yaxınlaşaraq mobil telefonunda olan pronoqrafik videonu göstərmiş, o, qışqıraraq qaçmağa başladığı üçün 50 manat pul verəcəyini təklif etmişdir. Bundan sonra adı ona Nərmin kimi məlum olan Nərmin adlı azyaşlı binanın blokuna daxil olmuş, o isə oradan çıxıb getmiş və onu PPX əməkdaşları saxlayaraq polis bölməsinə gətirmişlər. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə2 və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X5 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verə bilmədiyindən, məsləhətçi-psixoloqun fikiri nəzərə alınaraq məhkəmə onun dindirilməsinə zərurət görməmiş, ifadəsinin elan olunması ilə kifayətlənmişdir. Məhkəmə iclasında ibtidai istintaq dövründə qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə 10-11 radələrində bibisi Xatirə Quliyeva ilə ona məxsus olan ayaqqabını düzəltmək üçün evdən çıxıb yol yoldaşı kimi ayaqqabı ustasına getmiş, bibisinin ayaqqabısını düzəltdikdən sonra həyətə tərəf geri dönəndə bibisi onu binanın blokundan evə yola salmış, bu zaman o, binanın ikinci mərtəbəsinə çıxarkən təqribən 40- 45 yaşlı kişi onu “qızım, qızım bura bax ” deyə çağırmış, o, həmin kişinin çağırışına gələn zaman o da 1-ci mərtəbə ilə ikinci mərtəbənin arasına qalxmışdır. Bundan sonra onun üzündən öpmüşdür. Sonra cibindəki mobil telefonu çıxararaq telefonda pis əxlaqsız şəkillər göstərmiş və təkrar öpmüş, bundan sonra o, əynindəki şalvarın ön hissəsini açaraq cinsi orqanını ona göstərmiş və bunu görən kimi qaçmış, lakin həmin şəxs onun arxasınca gəlməmişdir. O, evə çıxan kimi bu barədə atası Natiqə demiş və o, tez bir zamanda həyətə düşərək onu axtarmağa başlamış, lakin həmin şəxsi tapa bilməmişdir. Təqribən 2022-ci ilin dekabr ayının sonunda o, atası ilə birlikdə polis bölməsinə çağırılmış və orada ona əxlaqsız hərəkət edən adamı görən kimi onu tanıyaraq ona qarşı tərbiyəsiz hərəkət edən şəxsin bu şəxs olduğunu, eyni əynində olan paltarların həmin gün də geyindiyini polislərə bildirmişdir. Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə2 məhkəməyə ərizə təqdim edərək şikayətçi olduğunu, təqsirləndirilən şəxsə ən ağır cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə1 və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X5 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 9-cu sinif şagirdidir. Təxminən bir neçə ay bundan əvvəl oxuduğu 27 saylı məktəbdən çıxıb evə gedən zaman bir nəfər 40-45 yaşlı bir şəxs onu səsləyərək dayanmağını bildirərək telefonunda ona bir nəfər şəxsin şəklini göstərərək tanıyıb-tanımadığını soruşmuş, o da ilk öncə həmin adamın öz qızını axtardığını düşündüyündən ona yaxınlaşmış, bu zaman həmin şəxs ona yaxınlaşıb mobil telefonunda əxlaqsız video göstərən zaman qışqırıb uzaqlaşaraq qaçmış və o, arxasınca səsləyərək qorxmamağını və 50 manat pul verəcəyini demişdir. Binaya çatan zaman binanın qarşısında olan toyxananın pəncərəsinin yansımasından həmin şəxsin gəldiyini görmüş və tez binanın qapısını açaraq içəri daxil olub oradan evə çıxmışdır. Evdə ağlaya-ağlaya atasına işarə edərək aşağını göstərmiş, atası heç bir söz demədən onunla birlikdə çölə çıxaraq həmin şəxsi axtarmağa başlamış, daha sonra o, evə qayıtmışdır. Həmin şəxsin Təqsirləndirilən şəxs olmasını təsdiq edir. Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə1 məhkəməyə ərizə təqdim edərək şikayətçi olduğunu, təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş ən ağır cəza tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində göstərdi ki, tarixi xatırlamadığı vaxtda evdə nahar edən zaman qızı Nərmin ağlayaraq evə gəlmiş və əli ilə çölü işarə edərək aşağını göstərmişdir. O da aşağıda bir hadisə baş verdiyini başa düşdüyündən qızına heç bir söz demədən onunla birlikdə həyətə düşmüşdür. Həyətdə həmin şəxsi axtaran zaman qızı ona baş verən hadisəni danışmağa başlamışdır. Təxminən 70 metr məsafədən həmin şəxs uşağı görərək tanımış və Heydər park istiqamətində qaçmağa başlamışdır. O da həmin şəxsin arxasınca qaçmışdır. Həmin vaxt orada olan iki polis əməkdaşı həmin şəxsi tutmuş və polis bölməsinə aparmışlar. Qızının deməsinə görə həmin şəxs uşağa yaxınlaşaraq ilk öncə telefonda şəkil göstərərək tanıyıb-tanımadığını soruşmuş, o da hansısa uşağın valideyni olduğunu zənn etmiş, yaxınlaşan zaman həmin şəxs telefonda ona erotik video göstərmiş, 50 manat qarşılığında əxlaqsız təklif etmiş, uşaq da qorxaraq binaya tərəf qaçmış, həmin şəxs də uşağı izləyərək onun arxasınca gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 atasıdır. Hadisə olan zaman o, evdə hamam otağında olmuş, o çıxana qədər şəxs qaçıb getmişdir. Lakin hadisə qonşusuna məxsus kamerada qeyd alınmış, görüntüyə baxdıqdan sonra həmin şəxsin tanıdıqları və ya orada yaşayan şəxs olmadığını görmüş, sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin videogörüntünü polis idarəsində də təqdim etmişdir. Uşaq evə ağlaya-ağlaya gəlmiş, hadisəni anasına danışmış, anası da ona demişdir. Videogörüntü olduğundan uşaqdan heç nə soruşmamış, bu barədə onunla danışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-in PPX taborunda işləyir, xx.xx.2022-ci il tarixdə Qocalı Qoşqar, Şahid6 və Şahid7 ilə birlikdə Sumqayıt 6-cı mikrorayon ərazisində xidmətdə olan zaman bir nəfər şəxsin 30 saylı binanın yaxınlığında azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etdiyi məlumatı daxil olmuş və həmin şəxsin Heydər Əliyev adına parka qaçdığı bildirmişdir. Onlar həmin istiqamətdə hərəkətə başlamış, bu zaman Elton adlı məzuniyyətdə olan əməkdaş onlara zəng edərək bir nəfər şübhəli şəxsin qaçdığını görüb onu saxladığı barədə bildirmiş və ona həmin şəxsi axtardıqlarını deyərək ona yaxnlaşaraq həmin şəxsi Eltondan təhvil almışlar. Onunla söhbət zamanı o, bildirmişdir ki, Sumqayıt şəhəri 6-cı mikorayon 30 saylı binanın qarşısında azyaşlı qıza mobil telefonunda porno video göstərmişdir. Bundan sonra onu postaçı yoldaşları ilə birlikdə 3-cü PB-nə təhvil verərək xidmətlərinə davam etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 və Şahid6 Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid5 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, yaşadığı binada qapı qonşuları Natiq, Natiqin yoldaşı Ülviyyə və azyaşlı uşaqları yaşayır. xx.xx.2022-ci il tarixdə saat 10:17-də yaşadığı mənzilin eyvanında özünə məxsus ***-***-**-** nömrəli telefondan WhatsApp vasitəsi ilə Bakıda yaşayan qızına səsli mesaj göndərmiş, həmin zaman görmüşdür ki, qonşusu Natiqin azyaşlı qızı Jalə öz bibisi Xatirə ilə birlikdə yaşadıqları inanın arxasında yerləşən ayaqqabı təmir kökünə tərəf getmişlər və köşk bağlı olduğu üçün geri qayıtmağa başlamışlar. Onlar köşkdən uzaqlaşanda görmüşdür ki, köşkdə işləyən usta öz köşkünə gəlmiş və sonra o, eyvandan mənzilinin içərisinə daxil olub mənzilinin giriş qapısını açaraq 1-ci mərtəbədə yaşayan oğlunun mənzilinə getmək istəyərkən Xatirəyə ustanın öz köşkünə gəlməsini bildirmək üçün Natiqin mənzilinin qapısını döymüş, Natiqin yoldaşı Ülviyyə qapını açanda Ülviyyəyə bildirmişdir ki, “Xatirəyə denən usta gəldi”, həmin zaman görmüşdür ki, Natiqin qızı Jalə öz anasını qucaqlayıb ağlayır, Ülviyyə ondan blokda kiminsə olub-olmadığını soruşmuş, o isə kimsəni görmədiyini bildirmiş, bundan sonra Ülviyyə ona bildirmişdir ki, naməlum şəxs Jaləni binanın girişində kimsə qorxutmuşdur. Sonradan ona məlum olmuşdur ki, binanın girişində naməlum şəxs Jaləyə qarşı əxlaqsız hərəkət etmişdir.Hadisə xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon, 5 saylı binanın 3-cü blokunda baş vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, binanın blokuna bir azyaşlı qız daxil olub binanın ikinci mərtəbəsinə doğru hərəkət edən zaman ondan sonra binaya 1 nəfər bəstə boylu kişi cinsinə məxsus olan şəxs daxil olur, Təqsirləndirilən şəxs həmin şəxsin onun özü olduğunu bildirir. Həmin şəxs uşağa yaxınlaşaraq əlini onun boynuna sarıyıb, ilk öncə onu öpür, sonra əlini cibinə salaraq mobil telefon çıxararaq yenidən onu öpür, bundan sonra mobil telefonuunda ona nəsə göstərərək yenidən öpən zaman diskin həmin hissəsi pozulur və Təqsirləndirilən şəxs ona cinsi orqanını nümayiş etdirən zaman həmin uşağın oradan qaçaraq yuxarı mərtəbəyə çıxdığı və sonuncunun isə cinsi orqanını oynadaraq şalvarının ön hissəsini nizama salıb oradan uzaqlaşdığı məlum olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:00-da cinayət töərtməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)- 519/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 dekabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” qərardan görünür ki, baxış zamanı telefonda istintaqa əhəmiyyət kəsb edən görüntü və ya şəkil aşkar edilmədi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində, Qanuni nümayəndə1 onun qanuni nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində, Qanuni nümayəndə2 onun qanuni nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə xx.xx.1986-cı il təvəllüdlü X2 ilə nikaha daxil olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Məmmədov Nihad və xx.xx.2010-cu il təvəllüdlü Məmmədova Əsmər adlı övladları vardır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 11 sayı MKS tərəfindən verilmiş xasiyyənamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Qanuni nümayəndə2 Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsindən keçməkdən imtina etdiyindən qərar icrasız olaraq geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan komission kompleks ambulator məhkəmə psixatrik və psixoloji ekspertizasının 271 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosionaliradi sferasında qıcığa qarşı həssaslıq müşahidə edilir. Hövsələsizlik, inadkarlıq, Özünü psixoloji müdafiə etməyə meyillilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: 1. Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. 2. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: 1. Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, Özünü psixoloji müdafiə etməyə meyillilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. 2. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı alaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan məhkəmə psixoloji ekspertizasının 651 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs2 ünsiyyətçillik, adaptivlik, aktivlik, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. 2. Zərərçəkmiş şəxs2 öz hərəkətlərini, habelə, onunla edilən hərəkətləri tam dərk etmək qabiliyyətinə malikdir. 3. Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərində yalan danışmağa meyillilik müəyyən edilmədi. 4. Hazırki müayinə zamanı Zərərçəkmiş şəxs2 özündən uydurmağa meyillik əlamətləri müəyyən edilmədi. İş materiallarında olan komission kompleks ambulator məhkəmə psixatrik və psixoloji ekspertizasının 455 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Zərərçəkmiş şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: Aparılmış eksperimentalpsixoloji müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs1 c ızmm əqli və psixi inkişafı normaya uyğundur. O, iş üçün əhəmiyyət kəsb edən halları qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: 1. xx.xx.2011-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs1 ifadə verərkən öz hərəkətlərini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur.
2. xx.xx.2011-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 məhkəməpsixiatrik ekspertizasından təqsirləndirilən şəxs qismində keçmədiyindən həmin suallar cavablandırılmır. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: 1. Zərərçəkmiş şəxs1 fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçillik, emosionallıq, aktivlik, zirəklik kimi xarakterik xüsusiyyətlərə malikdir. 2. Zərərçəkmiş şəxs1 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malikdir. 3 və 4. Zərərçəkmiş şəxs1 fərdi-psixi xüsusiyyətlərində yalan danışmağa, fantaziya etməyə, özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmadı. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qızma qarşı heç bir zor göstərmədən, təcavüz etmədən, onlara qarşı əxlaqsız hərəkətlər etdiyindən və onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1, 150.3.3, 151 və 152-cü maddələrinin tərkibi olmadığından, həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qızma qarşı heç bir zor göstərmədən, təcavüz etmədən, onlara qarşı əxlaqsız hərəkətlər etdiyindən və onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1, 150.3.3, 151 və 152-cü maddələrinin tərkibi olmadığından, həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1 cə 153.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-95/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 15 gün müddətinə uzadılmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1 və 153.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1 və 153.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 153.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə hadisəni xatırlamadığını bildirsə də həmin epizod üzrə təqsirliliyi zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və iş materialları ilə öz təsdiqini tapmış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması onun cəzası yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, baş vermə şəraitini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1 və 153.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsinə əsasən eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 26 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1 və 153.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)- 402/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 496 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi2 Aslan oğlu ilə müqavilə bağladığından dövlət hesabına təyin edilmiş vəkildən imtina etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 06 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1 və 153.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 06 (altı) saat hüquqi yardıma görə 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zaur Hacıyev