Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-402/2025 30.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 08 iyun 2025-ci il tarixdə cəzaçəkmü müddəti başa çatacaq, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,434 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 13 mart 2025-ci il tarixdə saat 22:47 radələrində Sumqayıt ŞPİ-nin, NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, H.Salayev küçəsi ilə N.B.Vəzirov küçəsinin kəsişməsində saxlanılaraq və üzərində aparılan şəxsi axtarış zamanı əynindəki gödəkcənin sol yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,434 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni tam təsdiq edir. Lakin həmin ifadəni polis əməkdaşlarının psixi təzyiqi altında vermişdir. O, metadon proqramına yazılıb və çoxdandır ki, narkotiklə məşğul deyil, yəni istifadə etmir. Hətta o, tutulanda Maştağada 8 nəfər içərisində təkcə o, təmiz çıxmışdır. O, istənilən analizi verə bilər, artıq çoxdandır ki, o işlə məşğul deyildir. Pərvin adlı bir nəfər saxlanılaraq tutulub və onun telefonunda onun nömrəsi olduğu üçün 13 mart 2025-ci il tarixdə təxminən saat 22 radələrində polis əməkdaşları gəlib onu da götürüb apardılar, narkotik vasitəni boynuna qoydular. O, işlədiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, dənizkənarı ərazidə yerləşən “Şərur” restoranından tutublar. Həmin vaxt üzərində psixotrop maddə olan metamfetamin olmamışdır. Metemfetamini polis əməkdaşları özləri onun cibinə qoyublar. Görüntüyə də baxılsa, görüləcəkdir ki, həmin görüntülər real deyil. Onu başqa küçədə tutub, tamamilə başqa küçədə cibinə maddəni, yəni narkotik vasitəni qoyub onunla kino çəkmişlər. Qeyd etdiyi kimi o, işlə çoxdandır ki, məşğul deyil. Ona qolbaq taxılıb, qolbaq da ayın 8-i çıxarılmalıdır. İşləyir və tək bir yaşlı anası var, ona baxır. Polis əməkdaşları onu maşına otuzdurub şəhəri gəzdiriblər. Onu məcbur edərək narkotik vasitəni boynuna götürməsini tələb ediblər. Onu döyüb, işgəncə verməyiblər. Lakin ona psixi təzyiq göstəriblər. Əgər narkotik vasitəni boynuna götürməzsə onu Bakıya göndərəcəklərini deyiblər. Onu ilşdirəcəklərini deyiblər. Polis əməkdaşları psixotrop maddəni ona verib küçə ilə getməsini deyiblər. Küçə ilə gedəndə onu tutub çəkiliş ediblər. Onlara pulunun olmadığını bildirmişdir. Müstəntiq tərəfindən ona təzyiq olunmamış, bütün sənədlərə özü qol çəkmişdir. Polis əməkdaşlarının ona qarşı psixi təzyiq göstərmələri barədə heç yerə şikayət etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə istintaqında verdiyi ifadələri arasında mühüm ziddiyyət olduğundan Azərbaycan Respublikası CPM-nin 327.1.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün yəni, 13 mart 2025-ci il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində olarkən tanımadığı şəxsdən 10 manat məbləğində 1 ədəd bükümdə psixotrop maddə metamfetamin almış və əynində olan gödəkcənin sol yan cibinə qoyub Corat qəsəbəsində piyada hərəkətdə olduğu zaman saat təxminən 22:47 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, H.Salayev və N.B.Vəzirov küçəsinin kəsişməsində mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitə üzərində daşımasın, gəzdirməsində, istifadəsində şübhəli olduğunu deyib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Şəxsi axtarışa başlanılmamışdan qabaq hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Ona əynində olan gödəkcənin sol yan cibində saxladığı psixotrop maddə metamfetamini təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilərək büküm ilə birlikdə çəkisi 0,54 qram olduğu müəyyən edilmiş, zərf paketin üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. O, da etiraz etməmiş və onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqda videoçəkiliş vasitəsilə onu ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş, o, da polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt üzərində olan bir ədəd bükümdə psixotrop maddə metamfetamin təqdim etdiyini, həmin bükümü saxlanıldığı gün Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində olduğu zaman tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş maddə psixotrop maddə metamfetamindir, ona məxsusdur. O, həmin psixotrop maddə metamfetamini polis əməkdaşları tərəfindən saxlanıldığı gün Sumqayıt şəhəri, 13 mikrorayon ərazisində olduğu zaman tanımadığı şəxsdən 10 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, üzərində saxlayaraq daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu Şərur restoranında olan zaman nəzarətə götürülmüş, xx.xx.2025-ci il tarixdə saat 22:47-də Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən N.Vəzirov küçəsi ilə H.Salayev küçələrinin kəsişməsində müəyyən edilərək saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş predmet və ya əşya vardırsa təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra onun üzərinə yoxlama keçirilmiş və yoxlama zamanı Təqsirləndirilən şəxs qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Sorğu zamanı Elman həmin maddəni saxlanılmamışdan bir az əvvəl Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra onun üzərinə yoxlama keçirilmiş və gödəkçəsinin sol iç cibindən 01 manat pul əskinası aşkar edilmişdir. Həmin 01 manat pul sübüt əhəmiyyət kəsb etmədiyi üçün onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə metamfetamin elektron tərəzi vasitəsi ilə çəkilmiş, çəkisi 0,54 qram oldu və sonra ağ rəngli zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri Elman və onlar tərəfindən imzalanmışdır. Daha sonra sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılaraq həmin şəxs götürülmüş maddi sübutla birlikdə Sumqayıt ŞPİ-nin İŞ-yə gətirilmişdir. Rolis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir psixi və ya fiziki təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs özü sərbəst şəkildə üzərində mtamfetamin psixotrop maddə olmasını etiraf etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs təhqiqata təqdim edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə danışdıqları həqiqəti əks etdirməmiş, sonuncunun üzərindən çıxan metamfetamin ona məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı X5 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, üzərində saxlayaraq daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə saat 22:47-də Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən N.Vəzirov küçəsi ilə H.Salayev küçələrinin kəsişməsində müəyyən edilərək videoçəkiliş aparılmaqla polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirib, ona da özünü təqdim etməsini xahiş etdilər. O, da özünü təqdim edir. Daha sonra Elmana narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirilib üzərinə yoxlama və götürmə aparılmamışdan əvvəl hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüquq izah olunur və üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş predmet və ya əşya vardırsa təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra Elmanın üzərinə yoxlama keçirilir və yoxlama zamanı Təqsirləndirilən şəxs qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə olan metamfetamini çıxarıb təqdim edir. Sorğu zamanı Elman həmin maddəni saxlanılmamışdan bir az əvvəl Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Daha sonra Elmanın üzərinə yoxlama keçirilir və gödəkçəsinin sol iç cibindən 01 manat pul əskinası aşkar edilir. Həmin 01 manat pul sübüt əhəmiyyət kəsb etmədiyi üçün onun özünə qaytarılır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə metamfetamin elektron tərəzi vasitəsi ilə çəkilir, çəkisi 0,54 qram müəyyən olunur və sonra ağ rəngli zərfə qoyulub qablaşdırılır, zərfin üzəri Elman və polis əməkdaşları tərəfindən imzalanır və sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılır. Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 22:47-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, H.Salayev küçəsi ilə N.B.Vəzirov küçəsinin kəsişməsində hərəkət edərkən saxlanılıb, üzərinə yoxlama aparılarkən, üzərindən psixotrop maddə metamfetamin aşkar edilmiş Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-yə gətirilmiş və orada xidməti otaqlarının birində onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılır. Orada Sumqayıt ŞPİ-nin TŞnin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov əvvəl özünü təqdim edir, daha sonra Təqsirləndirilən şəxs də özünü təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs də özünü təqdim edir. Həmçinin polis əməkdaşları da özlərini təqdim edir. Daha sonra təhqiqatçı Zaur Cəfərov tərəfindən Elmana hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkil Elmin Mahmudov təqdim edilir, Elman bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra təhqiqatçı X8 polis əməkdaşları tərəfindən saxlanılan zamanı üzərindən metamfetamin aşkar edildiyini və üzərinə şəxsi axtarış keçirəcəyini bildirərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs özü əynində olan gödəkçənin sol iç cibində saxlamış olduğu 01 manatlıq pul əskinasını çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış davam etdirilən zaman onun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilmir. Daha sonra bir ədəd üzərində müvafiq qeydlər aparılmış ağ zərf təqdim edilərək, həmin zərfin içərisində Təqsirləndirilən şəxs saxlanılan zaman təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamin olduğu, sonuncu saxlanılan zaman videoçəkilişdən istifadə edilməklə üzənə baxış keçirildiyini, baxış zamanı aşkar edilən və hazırda təqdim olunan zərfin içərisindəki maddə elektron tərəzidə çəkilmiş və çəkisinin şəffaf sellofan bükümlə birlikdə 0,54 qram olduğunun müəyyən edildiyini bildirilir. Sorğu zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq, təqdim edilmiş möhürlənmiş zərfin içərisindəki maddənin ona məxsus olduğunu, həmin maddənin metamfetamin olduğunu, onu saxlanılmamışdan əvvəl Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş 01 manatlıq pul əskinası əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılır. Bundan sonra videoçəkiliş dayandırılır. Cinayət işinin 23-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 69-cu vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 29-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bir bükümdə olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin olmasını bildirmiş, büküm elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 0,54 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 42-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin xx.xx.2025-ci il tarixli, 3- 16-16/2-xx/xx/2025 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs..” sözlər və imzalar olan kağız paketdəki 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,434 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Cinayət işinin 43-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir. Cinayət işinin 102-107-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,384 qram metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış video görünütləri əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 98-99-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 1991 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxs kimi hal-hazırda narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 90-93-cü vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 620/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən psixi təzyiqə məruz qalması nəticəsində psixotrop maddə olan metamfetaminin ona məxsus olması barədə etirafedici ifadələr verməsi, onun üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilməməsi, üzərindən aşkar edilmiş metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadələrini cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Belə ki, Elman Qulyev əvvəllər CM-in 234.1-ci maddəsi ilə məhkum edilmiş, psixotrop maddə olan metamfetaminin ona məxsus olması barədə etirafedici ifadə verəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyini dəqiq bilmiş, buna baxmayaraq verdiyi ilkin izahatında, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli şəxs verdiyi ifadəsində və təqsirləndirilən şəxs kimi dindirilərkən ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək metamfetaminin ona məxsus olması barədə etirafedici ifadələr vermiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azadlıqda olmasına baxmayaraq polis əməkdaşları tərəfindən psixi təzyiqə məruz qalması barədə heç bir orqana şikayət etməmiş, ibtidai istintaqda ittiham ona elan edilərkən, iş materialları ilə tanış olarkən mtemfetamin psixrop maddənin ona məxsus olmaması barədə heç bir etiraz bildirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqdakı etirafedici ifadəsini işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən onu sübut kimi qəbul edir. Məhkəmədə özünü təqsirli bilməməsinə dair ifadəsinə isə yuxarıda qeyd əsaslara görə tənqidi yanaşaraq onu sübut kimi qəbul etmir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məəcəələnin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Probasiya Şöbəsinin 05 may 2025-ci il tarixli 21-2/3-2804 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2025-ci il tarixdə cəzasının 2 il 4 ay 23 gün hissəsini çəkmiş, 05 may 2025-ci il tarixə çəkilməmiş cəzası 1 ay 3 gün təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 67.1-ci maddəsi tətbiq edilməklə cəza təyin edilməli, çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hazırki hökm üzrə təyin edilmiş cəzaya tam birləşdirilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, təqsirləndirilən şəxsin əvvəllər eyni xarakterli cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cazasəna məhkum edilməsinə baxmayaraq həmin çəzanı çəkib qurtarmadae yenidən eyni xarakterli cinayət əməli törətməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 mart 2025-ci il tarixdən 15 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 30 may 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün — ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 1991 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxs kimi hal-hazırda narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,384 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPMin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 9 günü CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla cəmi 4 gün hazırki hökmlə təyin edilmiş 1 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 1 il 4 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 mart 2025-ci il tarixdən 15 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,384 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 14 saata görə 154 (yüz əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(060)-402/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-402/2025
30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver