Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-403/2021 29.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2amış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatlarını əldə etmiş, gəzdirmiş, daşımış, və saxlamışdır. Belə ki, o, zavod üsulu ilə keçmiş SSRİ-də 1975-ci ildə istehsal olunmuş bir ədəd 9 mm kalibrli texniki cəhətdən saz və atəş üçün yararlı, Makarov konstruksiyalı tapanca hesab edilən MP-5432 nömrəli bir ədəd yivli odlu silahı, həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bircərgəli, texniki cəhətdən saz 01 ədəd darağını və zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin(APS) konstruksiyalı və s. kalibrli silahlardan atəş üçün nəzərdə tutulmuş, istifadəyə və atəşə yararlı döyüş sursatı hesab edilən 05 ədəd patronları istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlayıb gəzdirməklə Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən 1 saylı Notariat ofisinin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 13 mart 2021-ci il tarixdə saat 12:00-da Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən 1 saylı Notariat ofisinin yaxınlığında saxlanılmış və Baş İdarəyə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının arxa kəmər hissəsində qanunsuz saxladığı zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1975-ci ildə istehsal olunmuş bir ədəd 9 mm kalibrli texniki cəhətdən saz və atəş üçün yararlı, Makarov konstruksiyalı tapanca hesab edilən MP-5432 nömrəli bir ədəd yivli odlu silah, həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bircərgəli, texniki cəhətdən saz 01 ədəd daraq və zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin(APS) konstruksiyalı və s. kalibrli silahlardan atəş üçün nəzərdə tutulmuş, istifadəyə və atəşə yararlı döyüş sursatı hesab edilən 05 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, şübhəli şəxs qismində tutulduğu vaxtdan təxminən 10 gün əvvəl Sumqayıt şəhərində dənizkənarında gəzərkən yerdə qara bağlamaya ayağı dəymiş və içinə baxdıqda içində 01 ədəd Makarov tipli tapança, sandıqçasında da 05 ədəd patronun olduğunu görmüşdür. Uşaqlıqdan silaha həvəsi olduğundan tapançanı götürüb özündə saxlamaq qərarına gəlmişdir. Bu məqsədlə tapançanı patronları ilə birlikdə götürüb üstündə gəzdirməyə başlamışdır. Lakin bu barədə heç kimə məlumat verməmişdir. Tapançanı belində sandıqçasını isə yerindən çıxarıb patronları ilə birlikdə cibində gəzdirmişdir. 13 mart 2021ci il tarixdə saat təxminən 12 radələrində idarə etdiyi qardaşı Ramil Qədəşova məxsus **- KT-*** dövlət nömrə nişanlı Range Rover markalı avtomobillə Sumqayıt şəhəri 45-ci məhəllədə olduğu zaman bir neçə mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Ondan özünü təqdim etməsini istəmişlər və o öz anket məlumatlarını onlara demişdir. Bundan sonra polis əməkdaşları onun odlu silah və döyüş sursatını üzərində saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirib idarə etdiyi avtomobillə birlikdə baş idarəyə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkil təqdim olunmuşdur. O vəkillə söhbət edib ona etirazı olmadıqdan sonra onun barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra ona odlu silah və döyüş sursatını üzərində saxlamaqla gəzdirməkdə şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O, etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış və götürmə keçirilmişdir. Ona üzərində qanunsuz əşya, odlu silah, döyüş sursatı və sair bu qismdə əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O bel nahiyyəsində odlu silah olan tapançanın olduğunu bildirmiş və iştirakçılarla birlikdə tapançanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra masaya doğru yaxınlaşıb əynində olan qara rəngli gödəkçəsinin sol iç yan cibindən 01 ədəd sandıqçanı, gödəkçəsinin yan ciblərindən 02 ədəd mobil telefonu və 01 ədəd avtomobil açarını, əynində olan qara rəngli parça materiallı şalvarının sağ yan cibindən pul vəsaitini və şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra ona şalvarının ciblərini tam olaraq göstərməsi və ayaqqabılarını çıxarması təklif edilmişdir. O deyilənləri etmiş, şəxsi axtarış zamanı üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqdim etdiyi pul vəsaitinin sayılaraq 402 manat olduğu müəyyən edilmişdir. Təqdim etdiyi avtomobil açarının idarə etdiyi «Range Rover» markalı avtomobilə aid olması müəyyən edilməklə, pul vəsaiti və açar özünə qaytarılmışdır. Mobil telefonlar barəsində sual oldunduqda onların ’’İphone 11 pro max” markalı və “Nokia 8800” markalı mobil telefonlar olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Mobil telefonlar və şəxsiyyət vəsiqəsi araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanılmışdır. Təqdim etdiyi silahın “Makarov” tipli tapança olduğunu bildirmişdir. Tapançaya baxış zamanı üzərində «MP 5432 1975» yazısının yazıldığı, 01 ədəd sandıqçaya baxış zamanı isə içində 05 ədəd patronun olduğu müəyyən edilmişdir. Ardınca üzərindən aşkar olunmuş bir ədəd Makarov tipli tapança və 05 ədəd patronun olduğu sandıqça onun iştirakı ilə müvafiq qaydada 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və o iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsinin nəticələri ilə bağlı protokol tərtib edilmişdir ki, o protokolu imza edib təsdiq etmişdir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 13 mart 2021-ci il tarixdə “Nəcəf” adlı şəxsin odlu silah və döyüş sursatı əldə edərək saxlamaqla gəzdirməsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Nəcəf” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 29/4, mənzil 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə edilmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 3 nəfərdən yəni, ondan, baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 ibarət qrup yaradılmışdır. Həmin qrupa o rəhbərlik etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə birlikdə Sumqayıt şəhəri, 45-ci məhəllə, 1 saylı Notariat Ofisinin yaxınlığında olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 13.03.2021-ci il tarixdə saat 12:00-da yuxarıda qeyd etdiyi ünvanının yaxınlığında idarə etdiyi “Range Rover” markalı, **-KT-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılmışdır. Həmin vaxt özlərini təqdim edərək onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib, saxlamaqla üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu bu məqsədlə Baş İdarəyə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Baş İdarəyə gələcəyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində şəxsi axtarış aparılmasına, eləcə də idarə etdiyi avtomobilinə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxsla bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, müşaiətləri altında saxlandığı yerdən idarə etdiyi avtomobili ilə birlikdə Baş İdayərə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silahı və döyüş sursatını əldə edərək saxlayaraq gəzdirməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ona aydın olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildikdən sonra ona daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, odlu silah və ya döyüş sursatı varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs bel nahiyyəsində odlu silah olan tapançanın olduğunu bildirmiş və iştirakçılarla birlikdə silah tipli əşya masanın üzərinə qoyulmaqla təqdim olunmuşdur. Ardınca şübhəli şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli gödəkçəsinin sol iç yan cibindən 01 ədəd sandıqçanı, gödəkçəsinin yan ciblərindən 02 ədəd mobil telefonu və 01 ədəd avtomobil açarını, əynində olan qara rəngli parça materiallı şalvarının sağ yan cibindən pul vəsaitini və şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi və ayaqqabılarını çıxarması təklif edilmişdir. O, deyilənləri etmiş, şəxsi axtarış zamanı üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqdim etdiyi pul vəsaiti sayılaraq 402 manat olduğu müəyyən edilmişdir. Təqdim olunan avtomobil açarının şübhəli şəxsin idarə etdiyi «Range Rover» markalı avtomobilə aid olması müəyyən edilməklə, pul vəsaiti və açar araşdırma üçün əhəmiyyət kəsb etmədiyindən şübhəli şəxsin özünə qaytarılmışdır. Mobil telefonlar barəsində sual oldunduqda şübhəli şəxs onların ”İphone 11 pro max” markalı və “Nokia 8800” markalı mobil telefonlar olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Şəxsiyyət vəsiqəsinə baxış zamanı onun şübhəli şəxsə aid olduğu müəyyən edilmişdir. Mobil telefonlar və şəxsiyyət vəsiqəsi araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanılmışdır. Şübhəli şəxsdən təhqiqatçı tərəfindən təqdim etdiyi silah tipli əşya barəsində sual olunduqda “Makarov” tipli tapança olduğunu bildirmişdir. Odlu silah tipli dəmir predmetə baxış zamanı üzərində «MP 5432 1975» yazısının yazıldığı, təqdim olunan 01 ədəd sandıqçaya baxış zamanı isə içində 05 ədəd patronun olduğu müəyyən edilmişdir. Bundan sonra tapança boş olub-olmaması məqsədi ilə yoxlanılmış və boş olduğu aşkar edilmişdir. Təhqiqatçı tərəfindən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs “Makarov” adlı tapançaya bənzər əşyanı patronları ilə birlikdə təxminən 10 gün əvvəl Sumqayıt şəhərində dənizkənarından tapdığını, silaha marağı olduğundan üzərində saxlamaqla gəzdirdiyini bildirmişdir. Şübhəli şəxs həmçinin odlu silahdan istifadə etmədiyini və hər hansı kriminal niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd “Makarov” adlı tapançaya bənzər əşya və 05 ədəd patron özünün iştirakı ilə müvafiq qaydada bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, Təqsirləndirilən şəxs və digər iştirakçılarla birlikdə o da həmin qablaşdırmanın üzərinə imza etmişdir. Bundan sonra şəxsi axtarış aparılmasının nəticələrinə dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edildiyi üçün digər iştirakçılarla birlikdə tərəfindən imzalanmışdır. Məhkəmədə şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 13 mart 2021ci il tarixdə Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə–ballistik ekspertizasının 14 mart 2021-ci il tarixli 21/201R №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd MP-5432 N-li silah, zavod üsulu ilə keçmiş SSRİ-də 1975-ci ildə istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizimlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov(PM), Steçkin(APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Həmin rəyin qeyd hissəsindən görünür ki, təqdim edilmiş 05 ədəd 9 mm kalibrli patronlardan 3 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Təhqiqatlar İdarəsinin 15.03.2021-ci il tarixli 011-2362-1221 saylı məktubundan görünür ki, təqdim edilmiş 01 ədəd 9 mm kalibrli MP-5432 nömrəli Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri DİN-in KTİ-nin “gülləgiliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi özünün təqsirini tam etiraf etməsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, təqsirləndirildiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, maddənin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılmalıdı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 01.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları-27.11.2013-cü il təvəllüdü X3 və 04.04.2017-ci il təvəllüdlü X4 vardır. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsi, əməlindən peşman olması, himayəsində iki azyaşlı uşağının olmaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edildi və cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddələsin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.03.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 13 mart 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq və BMCMİ-nin saxlancında saxlanılan bir ədəd Makarov konstruksiyalı tapanca hesab edilən MP-5432 nömrəli bir ədəd yivli odlu silah, həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bircərgəli, texniki cəhətdən saz 01 ədəd daraq və zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin(APS) konstruksiyalı və s. kalibrli silahlardan atəş üçün nəzərdə tutulmuş, istifadəyə və atəşə yararlı döyüş sursatı hesab edilən tədqiqatlardan sonra 02 ədəd qalmış patronlar müsadirə olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Həmçinin BMCMİ-nin saxlancında saxlanılan maddi sübut hesab olunmayan 01 ədəd bıçaq və 01 ədəd beyzbol idman oyununda istifadə olunan toxmaq məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 01 iyun 2021-ci il tarixli (iş № 1(060)-403/2021) qərarını icra edərək, 01 iyun 2021-ci il tarixli 601/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddələri ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlancında saxlanılan iş üzrə maddi sübut bir ədəd Makarov konstruksiyalı tapanca hesab edilən MP-5432 nömrəli bir ədəd yivli odlu silah, həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş bircərgəli, texniki cəhətdən saz 01 ədəd daraq və zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin(APS) konstruksiyalı və s. kalibrli silahlardan atəş üçün nəzərdə tutulmuş, istifadəyə və atəşə yararlı döyüş sursatı hesab edilən tədqiqatlardan sonra 02 ədəd qalmış patronlar müsadirə olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlancında saxlanılan maddi sübut hesab olunmayan 01 ədəd bıçaq və 01 ədəd beyzbol idman oyununda istifadə olunan toxmaq məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” kompakt disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-403/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-403/2021
29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver