Məhkəmə qərarları › İş №1(060)-403/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-403/2022

04.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-403/2022 04.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci il Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarxli, 1(060)- 544/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 02 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 2\68, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,170 qram çəkidə narkotik vasitə olan heroini və eləcə də, 0,255 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 03 fevral 2022ci il tarixdə, saat 10:30-da, Sumqayıt şəhəri, N.Nərimanov küçəsi 45-ci məhəllə ərazisində, “İOL” göz klinikasının qarşısında saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki ağ rəngli gödəkçənin sağ yan cibində olan 01 ədəd “Maqna” siqaret qutusunun içərisində saxlamış olduğu 01 büküm gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə 0,170 qram çəkidə narkotik vasitə heroin və 01 büküm gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə 0,255 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 10:30 radələrində, Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, 45-ci məhəllə ərazisində yerləşən “İOL” göz klinikasının yaxınlığında olan zaman 2 (iki) nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Sumqayıt şəhəri Pİ-nin 3-cü PB-nə dəvət etmişdirlər. O, heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 3-cü PB-nə getmiş, orada onun icazəsi ilə video çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə təhqiqatçı onun üzərində hər hansı narkotik vasitə olub-olmadığını soruşmuş və olduğu təqdirdə təqdim etməsini xahiş etmişdir. O, həyacanlı olduğu üçün üzərində heç bir narkotik vasitə olmadığını, üzərində telefon və siqaret olduğunu bildirmişdir. Belə olan halda təhqiqatçı onun üzərində olan əşyaları çıxardıb təqdim etməsini xahiş etmişdir. O, əynində olan ağ rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Maqna” siqaret qutusunu, 051 ***-**-** mobil nömrəsi ilə işlətdiyi özünə məxsus “KGTEL” markalı mobil telefonu, sol yan cibindən 01 ədəd cib dəsmalını və eləcə də, əynində olan cins şalvarın arxa sağ cibindən 2 manat 60 qəpik pulu çıxardıb təqdim edərək, masanın üzərinə qoymuşdur. Ardınca polis əməkdaşı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilsə də, əlavə heç bir şey aşkar olunmamışdır. Bundan sonra, onun əynindəki ağ rəngli gödəkçənin sağ yan cibindən çıxardıb təqdim etdiyi 1 ədəd “Maqna” siqaret qutusunun qapağı təhqiqatçı tərəfindən açıldıqda siqaret qutusunun içərisində 06 ədəd siqaret və 02 büküm siqaret kağızına bükülmüş kütlələr aşkar olunmuşdur. Təhqiqatçı, onun təqdim etdiyi siqaret qutusunun içərisindəki həmin bükümlərin nə olduğunu soruşduqda, o, siqaret kağızına bükülmüş həmin bükümlərdən birinin içərisində “kakos”, digərinin içərisində isə “şüşə” olduğunu bildirmişdir. Təhqiqatçı, onun üzərində hər hansı biri narkotik vasitə olub olmadığını soruşduqda nə üçün üzərində siqaret, mobil telefon və puldan başqa heç bir şey olmadığını bildirməsinə aydınlıq gətirməsini xahiş etdikdə, o, təqdim etdiyi siqaret qutusunun içərisində 01 büküm “kakos” və 01 büküm “şüşə” olmasının onun “fikrindən çıxdığını”, həmin bükümlərin ona məxsus olduğunu bildirmişdir. Sonra həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda bir bükümün içərisində ağ rəngli kristal hissəciklərdən ibarət kütlə, digər ikinci bükümün içərisində isə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, toz halında kütlə aşkar olunmuşdur. O, təhqiqatçının suallarını cavablandıraraq, üzərindən aşkar olunmuş 01 büküm psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 01 büküm narkotik vasitə olan heroinə bənzər kütləni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Xırdalan şəhərində, “Cahangir” adlı şəxsdən, hər bükümə görə ayrı-ayrılıqda 05 manat, ümumilikdə 10 manat ödəyərək, öz istifadəsi üçün aldığını, təxminən 5 il müddətdir ki, narkotik vasitə heroin və psixatrop maddə metamfetamin istifadəçisi olduğunu bildirmişdir. Sonra onun üzərindən aşkar olunaraq götürülmüş 01 büküm psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 büküm narkotik vasitə heroinə bənzər kütlə növbə ilə büküldükləri kağızla birlikdə, elektron tərəziyə qoyulub çəkilmişdir. Bundan sonra onun üzərindən aşkar olunaraq götürülmüş 01 büküm psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 büküm narkotik vasitə heroinə bənzər kütlə məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, qablaşdırma onun və onun vəkili tərəfindən imzalanmışdır. Hazırda etdiyi əmələ görə peşmandır, tutulmamışdan öncə narkotik vasitələrdən həddən artıq aslı olmuş, mütəmadi narkotik vasitə qəbul etdiyindən səhəti pis olmuşdur. Hazırda isə həbs olduğundan xeyli yaxşılaşmış və bir daha narkotik vasitə qəbul etməyəcəkdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PBnin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 2\68, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə Sumqayıt ŞPİ, 3-cü PB-nə əməliyyat məlumatı daxil olmuş, məlumat onun raportu vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməsi üçün o, da əlavə edilmişdir. Yaradılmış əməliyyat qrupunun üzvləri xx.xx.2022-ci il tarixdə, Sumqayıt şəhəri, N.Nərimanov küçəsi 45-ci məhəllə ərazisində pusqu qurmuş, saat 10:30-da Təqsirləndirilən şəxs küçə ilə hərəkətdə olduğunu görüb, “İOL” göz klinikasının qarşısında Təqsirləndirilən şəxs saxlamışlar. O və əməliyyat qrupunun digər üzvü özlərini təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, saxlanılan şəxsdən özünü təqdim etməsini xahiş etmişdirlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra, saxlanılan şəxsə istintaq hərkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getməli olduğunu bildirib, etirazının olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs etirazının olmadığını bildirərək onlarla birlikdə 3-cü PB-nə getmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs icazəsi ilə video çəkiliş vasitəsi ilə sonuncunun üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə olub-olmadığını soruşmuş və olduğu təqdirdə təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitə olmadığını, üzərində telefon və siqaret olduğunu bildirmişdir. Belə olan halda təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxardıb təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs əynindəki ağ rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Maqna” siqaret qutusunu, “KGTEL” markalı mobil telefonu, sol yan cibindən 01 ədəd cib dəsmalını və eləcə də, əynində olan cins şalvarın arxa sağ cibindən 02 manat 60 qəpik pulu çıxardıb təqdim edərək, masanın üzərinə qoymuşdur. Ardınca təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, sonuncunun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs əynindəki ağ rəngli gödəkçənin sağ yan cibindən çıxardıb təqdim etdiyi 01 ədəd “Maqna” siqaret qutusunun qapağı təhqiqatçı tərəfindən açıldıqda siqaret qutusunun içərisində 06 ədəd siqaret və 02 büküm siqaret kağızına bükülmüş kütlələr aşkar olunmuşdur. Təhqiqatçı, Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisindəki həmin bükümlərin nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs siqaret kağızına bükülmüş həmin bükümlərdən birinin içərisində “kakos”, digərinin içərisində isə “şüşə” olduğunu bildirmişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində hər hansı biri narkotik vasitə olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs nə üçün üzərində siqaret, mobil telefon və puldan başqa heç bir şey olmadığını bildirməsinə aydınlıq gətirməsini xahiş etdikdə, Təqsirləndirilən şəxs, təqdim etdiyi siqaret qutusunun içərisində 01 büküm “kakos” və 01 büküm “şüşə” olmasını unutduğunu, həmin bükümlərin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu bildirmişdir. Sonra həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda bir bükümün içərisində ağ rəngli kristal hissəciklərdən ibarət kütlə, digər ikinci bükümün içərisində isə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, toz halında kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq, üzərindən aşkar olunmuş 01 büküm psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 01 büküm narkotik vasitə olan heroinə bənzər kütləni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Xırdalan şəhərində, “Cahangir” adlı şəxsdən, hər bükümə görə ayrı-ayrılıqda 05 manat, ümumilikdə 10 mant ödəyərək, öz istifadəsi üçün aldığını, təxminən 5 il müddətdir ki, narkotik vasitə heroin və psixatrop maddə metamfetamin istifadəçisi olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 büküm psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 büküm narkotik vasitə heroinə bənzər kütlə növbə ilə büküldükləri kağızla birlikdə, elektron tərəziyə qoyulub çəkildikdə həmin 01 büküm psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi 0,31 qram, 01 büküm narkotik vasitə heroinə bənzər kütlənin çəkisi isə 0,19 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 büküm psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 büküm narkotik vasitə heroinə bənzər kütlə məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf Təqsirləndirilən şəxs və vəkili Qoşqar Abbasov tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 manat 60 qəpik pul, siqaret və dəsmal özünə qaytarılsa da, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “KGTEL” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyində götürülmüşdür. İş materiallarında olan "Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səbuhi Dadaşov tərəfindən xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v 16-17) İş materiallarında olan "Şəxsi axtarışın keçirilməsi barədə" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra inspektorkriminalist rəqəmsal tipli "Panasonic" tipli rəqəmsal kameranı işə saldı və iştirakçılarla birlikdə həmin tarixdə saat 11:25-də PB-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş, tutulması barədə protokol və Sumqayıt şəhər 1 saylı vəkil burosunun vəkili X3 oğlu təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsi ilə üzərinə axtarış başlanılmışdır. Təqsirləndirilən şəxs şəxs axtarışdan əvvəl üzərində narkotik vasitə və ya psixotropmaddə olmadığını bildirmiş, sonra isə özü əynində olan ağ rəngli gödəkçənin sağ yan cibindən 01 qutu “Maqna” adlanan siqaret qutusunu, 02 manat 60 qəpik pulu , üzərində 051 ***-**-** mobil nömrəsi olan “KGTEL” markalı mobil telefonu, 01 ədəd cib dəsmalını çıxarıb təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, sonuncunun üzərindən hər hansı əşya və əhəmiyyət kəsb edən maddi sübut aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi “Maqna” adlanan siqaret qutusunun qapağı təhqiqatçı tərəfindən açıldıqda siqaret qutusunun içərisindən 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümlər, bir neçə ədəd siqaret aşkar olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisində narkotik vasitə olan heroinə bənzər maddənin, digərinin içərisində isə psixatrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda bir bükümün içərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddənin, digər bükümdə isə ağ rəngli kristal şəkilli psixatrop maddə olan metamfetaminə bənzər maddənin olduğu aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan bükümdə olan maddələri xx.xx.2022-ci il tarixdə, səhər saatlarında, Xırdalan şəhərində, adının “Cahangir” olduğunu bildiyi, lakin həmin şəxs haqqında digər məlumatlara malik olmadığı şəxsdən hər bükümü 05 manat, ümumilikdə 10 mant ödəyərək, öz istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş 02 manat 60 qəpik pul, 1 ədəd dəsmal, “Maqna” adlanan siqaret qutusu əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılsa da, üzərində 051 ***-**-** mobil nömrəsi olan “KGTEL” markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülərək tərtib edilmiş protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2 bükümdə olan maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, 1-ci bükümdə olan heroinə bənzər maddənin gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisi 0,19 qram, 2-ci bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər maddənin gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisi 0,31 qram olmuş, həmin maddələr ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılılmış, DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmış, bir neçə saniyədən sonra video çəkiliş dayandırılmışdır. (i.v 23-24) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/692 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN Zərflər üçün №127” möhür əksi, “Təqsirləndirilən şəxs üzərinə...” və s.yazılar imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,255 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,170 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/692 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. (i.v 36-41) İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 831 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 97-98) İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-75/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3(üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.( i.v 75-76) İş materiallarınfa olan "Maddi sübut kimi tanıma barədə" xx.xx.2021-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,170 qram olan, lakin aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq xalis çəkisi 0,120 qram çəkidə heroin və ilkin təmiz çəkisi 0,255 qram olan, lakin aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq xalis çəkisi 0,205 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və məsul saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 1 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. (i.v 81) İş materiallarında olan "Diskə baxış keçirilməsi haqqında" xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin diskə daxil olduqda, «00077.MTS» rəqəm və hərfləri yazılmış qovluq müəyyən edilir ki, orada 12 dəqiqə 22 saniyədən ibarət videogörüntü var. Həmin video görüntünün ilk saniyəsində otaqda polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı polis mayoru, Səbuhi Dadaşov özünü təqdim etdikdən sonra qarşısında dayanan mülki geyimli şəxslərdən özlərini təqdim etmələrini xahiş edir. Həmin şəxslər növbə ilə özlərini təqdim edərək, Sumqayıt ŞPİ- nin 3-cü PB-nin əməliyyat müvəkilli, polis kapitanı Şahid1, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkilli, polis baş leytenantı Şahid2 və vətəndaş Təqsirləndirilən şəxs olduğunu bildirirlər. Təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı ünvanı və təvəllüdünü soruşduqda o, ünvan 1da yaşadığını, xx.xx.1977-ci il təvəllüdlü olduğunu bildirir. Ardınca təhqiqatçı, Təqsirləndirilən şəxs onun narkotik vasitələrin istifadəsində üzərində gəzdirilməsində şüphəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən, Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində, “İOL” göz klinikasının yaxınlığında saxlanılaraq 3-cü PBnə gətirildiyini, bu səbəbdən də, onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsi zərurəti yarandığını izah edir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində üzərində gəzdirilməsində şüphəli bilindiyi üçün, tutulduğunu qeyd edərək, tutma haqqında protokolun surətini ona təqdim edərək tanış olmasını xahiş edir. Təhqiqatçı, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs hüquqlarını izah etdikdən sonra, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinin adları olan siyahıdan Təqsirləndirilən şəxs özünün seçdiyi vəkil X2 Təqsirləndirilən şəxs təqdim edərək, vəkilə etirazının olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs etirazı olmadığını bildirir. Təhqiqatçı hüquq və vəzifələrinin izah olunması barədə protokolu Təqsirləndirilən şəxs təqdim etdikdən sonra onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçiriləcəyini elan edir. Videogörüntünün 02:57-ci anında təhqiqatçı saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən öncə, sonuncudan üzərində qanunla qadağan edilmiş hər hansı bir narkotik vasitə vardırsa təqdim etməsini xahiş edir. Şüphəli şəxs Təqsirləndirilən şəxs “xeyr” deyərək cavab verir və üzərində narkotik vasitə olmadığını bildirir. Təhqiqatçı bir daha Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub olmadığını soruşduqda, o, üzərində telefon və siqaret olduğunu, narkotik vasitə olmadığını bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini xahiş edir. Video görüntünün 03:09-cu anında Təqsirləndirilən şəxs əynindəki ağ rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd “Maqna” siqaret qutusunu, 1 ədəd qara rəngli mobil telefonu, sol yan cibindən isə 01 ədəd cib dəsmalını və eləcə də, əynindəki cins şalvarın arxa sağ cibindən 02 manat 60 qəpik pulu çıxardıb təqdim edərək, masanın üzərinə qoyur. Videogörüntünün 03:25-ci anında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlansada, Təqsirləndirilən şəxs üzərindən əlavə heç bir şey aşkar olunmur. Bundan sonra, Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavbalandıraraq üzərindən aşkar olunmuş mobil telefonun onun özünə məxsus olduğunu, 051 ***-**-** mobil nömrəsi ilə işlətdiyini bildirir. Təqsirləndirilən şəxs əynindəki ağ rəngli gödəkçənin sağ yan cibindən çıxardıb təqdim etdiyi 01 ədəd "Maqna” siqaret qutusunun qapağı Videogörüntünün 04:25ci anında təhqiqatçı trəfındən açıldıqda siqaret qutusunun içərisində 06 ədəd siqaret və 02 büküm siqaret kağızına bükülmüş kütlələr aşkar olunur. Təhqiqatçı, Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisindəki həmin bükümlərin nə olduğunu soruşduqda, o, siqaret kağızıa bükülmüş həmin bükümlərdən birinin içərisində ‘kakos”, digərinin içərisində isə “şüşə” olduğunu bildirir. Təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində hər hansı biri narkotik vasitə olub olmadığını soruşduqda nə üçün üzərində siqaret, mobil telefon və puldan başqa heç bir şey olmadığını bildirməsinə aydınlıq gətirərək, təqdim etdiyi siqaret qutusunun içərisində, 01 büküm “kakos” və 01 büküm “şüşə” olmasının “fikrindən çıxdığını”, həmin bükümlərin ona məxsus olmasını bildirir. Sonra həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda bir bükümün içərisində ağ rəngli kristal hissəciklərdən ibarət kütlə digər ikinci bükümün içərisində isə tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, toz halında kütlə aşkar olunur. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq üzərindən aşkar olunmuş 01 büküm psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 01 büküm narkotik vasitə olan heroinə bənzər kütləni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Xırdalan şəhərində, “Cahangir” adlı şəxsdən, hər bükümə görə ayrı-ayrılıqda 05 manat, ümumilikdə 10 mant ödəyərək, öz istifadəsi üçün aldığını, təxminən 5 il müddətdir ki, narkotik vasitə heroin və psixatrop maddə metamfetamin istifadəçisi olduğumu bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 büküm psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 büküm narkotik vasitə heroinə bənzər kütlə videogörüntünün 07:01-ci anından etibarən növbə ilə büküldükləri kağızla birlikdə, “elekttron tərəziyə qoyulub çəkildikdə həmin 01 büküm psixotrop maddə maddə metamfetaminə bənzər kütlə və 01 büküm narkotik vasitə heroinə bənzər kütlə videogörüntünün 07:01-ci anından etibarən növbə ilə büküldükləri kağızla birlikdə, elektron tərəziyə qoyulub çəkildikdə həmin 01 büküm psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi 0,31 qram, 01 büküm narkotik vasitə heroinə bənzər kütlənin çəkisi isə 0,19 qram olduğu müəyyən olunur. Bundan sonra sözügedən 01 büküm psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 büküm narkotik vasitə heroinə bənzər kütlə məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılır. Təqsirləndirilən şəxs, vəkil Qoşqar Abbasovun suallarını cavablandıraraq polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və ya təziq göstərilmədiyini, üzərindən aşkar olunmuş “narkotik vasitə” və “psixotrop maddə” bükümlərinin onun özünə məxsus olduğunu bildirir. Sonra qablaşdırmış zərf Təqsirləndirilən şəxs və onun vəkili Qoşqar Abbasov tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 manat 60 qəpik pul, siqaret və dəsmal onun özünə qaytarılsa da, üzərindən aşkar olunmuş 01 ədəd “KGTEL” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyində götürülür. Bir neçə saniyədən sonra video çəkiliş dayandırılır. Həmin 01 ədəd DVD formatlı disk protokola əlavə edilir.(i.v 78-80) İş materiallarında olan, məhkəmə iclasında nümayiş etdirilmiş 1 ədəd diskdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən tutulan və saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddənin narkotik vasitələrin heroin və psixotrop maddə metamfetamin olduğunu etiraf etməsi əks etdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, o, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarxli, 1(060)-544/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 02 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v 102-107) İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində “08 noyabr Zəfər Günü” ilə bağlı verilmiş xx.xx.2021-ci il tarixli amnistiya aktı tətbiq edilmiş, xx.xx.2021-ci il tarixə ona təyin olunmuş 02 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzadan 01 il hissəsi azaldılmış, o, tutulduğu tarixə, yəni xx.xx.2022-ci il tarixə cəzasından 02 ay 17 gün çəkmiş, çəkilməmiş cəzası 01 il 03 ay 09 gün təşkil edir. İş materiallarında olan 12 saylı MKS-nin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barədə heç bir şikayət daxil olmamışdır.(i.v 91) Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hallar hesab edir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarxli, 1(060)-544/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyrimümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarxli, 1(060)-544/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,120 qram çəkidə heroin və qalıq xalis çəkisi 0,205 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd CD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 14 (on dörd) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 84(səksən dörd) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ilə, yəni 01 (bir) il 03 (üç) ay 09 (doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası 07 ay 19 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 03 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 110 (yüz on) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,120 qram çəkidə heroin və qalıq xalis çəkisi 0,205 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd CD disk isə iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 84 (səksən dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar