Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-403/2023 12.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Möhbalıyeva Heyran Kamil qızı və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1972-ci ildə Cəlilabad rayonu, Hacıismayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməmiş, Cəlilabad rayonu, Hacıismayıllı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-247/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 4in hasarından aşaraq həyətyanı sahəyə qanunsuz daxil olub evin mətbəx otağının pəncərəsini sıxıb açmaqla evə daxil olub oradan dəyəri 180 manat olan 01 ədəd “Hoffmann” markalı, “32A3500” modelli televizoru, dəyəri 150 manat olan 01 ədəd Almaniya istehsallı laqondanı, dəyəri 3 manat olan internet mademinin 5 metr uzunluğundakı başlığında adapter olan naqili, ümumi dəyəri 30 manat olan 02 ədəd Rusiya istehsallı qazanları, ümumi dəyəri 16 manat olan 08 ədəd əncir mürəbbə bankalarını gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 379 (üç yüz yetmiş doqquz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2022-ci ilin oktyabr ayının əvvəllərində, saat 20-21 radələrində Möhbalıyeva Heyran Kamil qızına məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2 aprel küçəsində yerləşən fərdi evin hasarından aşaraq həyətyanı sahəyə qanunsuz daxil olub yardımçı otağın qapısını sındırıb açmaqla orada olan “Robello” markalı kombi aparatını gizli talayıb zərərçəkmiş Heyran Möhbalıyevaya 600 (altı yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmamışdır. xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində Sumqayıt şəhəri, Novxanı bağlar massivində gəzişərkən maddi vəziyyəti yaxşı olmadığından yaşayış olmayan bağ evindən oğurluq etmək qərarına gəlmişdir. Əvvəlcə bağın hasarından aşıb həyətyanı sahəyə daxil olmuş, sonra evin ətrafında gəzişib evə daxil olmağın yolunu axtarmışdır. Evin pəncərəsinin birinin qarşısında vintaçan görüb onu götürüb pəncərəni sıxıb açmış və evin mətbəxindən evə daxil olmuşdur. Daha sonra, evdə olan 01 ədəd “Hoffmann” markalı televizoru, 01 ədəd laqondanı, internet mademinin 5 metr uzunluğundakı başlığında adapter olan naqili, 02 ədəd qazanları, 08 ədəd əncir mürəbbə bankalarını götürüb onları 2 dəfəyə yaşadığı evə aparmışdır. Hadisədən 1-2 gün sonra 01 ədəd laqondanı, internet mademinin 5 metr uzunluğundakı başlığında adapter olan naqili, 02 ədəd qazanları və 08 ədəd əncir mürəbbə bankalarını Sumqayıt şəhəri, 34cü məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında tanımadığı şəxsə 50 manata satıb şəxsi ehtiyaclarına xərcləmişdir. “Hoffmann” markalı televizoru isə evində saxlamışdır. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən PB-yə dəvət edildikdən sonra onu 1-ci PB-yə təqdim etmişdir. Hadisəni tək törətmiş və ona kömək edən şəxs olmamışdır. Bundan başqa, Möhbalıyeva Heyran Kamil qızını tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur, Heyran Möhbalıyevaya məxsus olan bağ evi o yaşadığı küçədə yerləşir və evlər arasında təxminən 200-300 metr məsafə var. 2022-ci ilin oktyabr ayının əvvəllərində, saat 20-21 radələrində Heyran Möhbalıyevanın bağ evinin qarşısından keçərkən həyətyanı sahəsində olan nar ağaclarında yetişmiş narların olduğunu görüb onları yığmaq üçün hasarın üzərinə çıxmışdır. Sonra həyətyanı sahəyə baxdıqda evdə heç kimin olmadığını başa düşmüşdür. Maddi vəziyyəti yaxşı olmadığından evdən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də hasardan evin həyətinə düşüb həyətyanı sahədə olan yardımçı otağın bağlı olan qapısını sındırıb açmaqla həmin otaqda olan “Robello” markalı kombi aparatını götürüb bağ evini tərk etmişdir. Sonra həmin kombi aparatını aparıb yaxınlıqda olan boş torpaq sahəsində gizlətmişdir. Ertəsi gün həmin kombi aparatını Şahid1 150 manata satmışdır. Şahid1 həmin kombi aparatının özünə məxsus olduğunu, pula ehtiyacı olduğuna görə satdığını bildirmişdir. O, Zərərçəkmiş şəxs2 məxsus fərdi evdən və Möhbalıyeva Heyran Kamil qızına məxsus evdən oğurluq cinayət əməllərini tək törətmiş, yanında kənar kimsə olmamış, eləcə də cinayət əməlini törədərkən onu kimsə görməmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs kimi tanınaraq dindirilmiş X3 ifadəsində bildirdi ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2 aprel küçəsində yerləşən fərdi evin sahibinin ailə sürücüsü olaraq fəaliyyət göstərir. Qeyd olunan fərdi yaşayış evinin açarı onda da olduğu üçün arada bir yoxlamaq məqsədi ilə həmin mənzilə gedib gəlmişdir. Sumqayıt ŞPİ tərəfindən istintaqa dəvət olunmuş və zərərçəkmiş şəxs qismində tanınmışdır. Lakin mənzilin əsl mülkiyyətçisi Möhbalıyeva Heyran Kamil qızı olmuşdur, Heyran Mehbalıyevanın zərəçəkmiş şəxs kimi tanınmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən Möhbalıyeva Heyran Kamil qızı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2 aprel küçəsində yerləşən fərdi evin mülkiyyət hüququ əsasında onun mülkiyyətində olmasını, o cümlədən həmin ünvandan oğurlanan “Robello” markalı kombi aparatının ona məxsus olmasını və bu səbəbdən özünün zərərçəkmiş şəxs qismində tanınmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd olunan hallara qiymət verərək, hazırkı iş üzrə ibtidai istintaqda zərəçəkmiş şəxs qismində tanınmış X2 zərərçəkmiş şəxs qismində iştirakına xitam verərək, Möhbalıyeva Heyran Kamil qızını zərərçəkmiş şəxs qismində tanımış və izahatını almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi tanınaraq dindirilmiş Möhbalıyeva Heyran Kamil qızı bildirdi ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2 aprel küçəsində ona məxsus fərdi evi vardır. Yay aylarında həmin ünvanda yaşayır. Sonuncu dəfə həmin ünvanda 2022-ci ilin avqust ayının sonlarında olmuş, xx.xx.2022-ci il tarixdə, saat 13-14 radələrində bağ evinə getdikdə həyətyanı sahədə olan yardımçı otağın qapısının sındırıldığını görmüşdür. Həmin otağa daxil olduqda orada olan “Robello” markalı kombi aparatının oğurlandığını aşkar etmişdir. O, sonuncu dəfə həmin bağ evində 2022-ci ilin avqust ayının sonlarında olmuş, həmin vaxt “Robello” markalı kombi aparatı olduğu yerdə olmuşdur. Növbəti dəfə isə xx.xx.2022-ci il tarixdə, saat 13-14 radələrində həmin bağ evinə getmiş və kombi aparatının oğurlandığını aşkar etmişdir. Ona görə də oğurluq hadisəsi 2022-ci ilin avqust ayının sonlarından xx.xx.2022-ci il tarixdə, saat 13-14 radələrinədək olan müddət ərzində baş vermişdir. Bağ evi hasarlıdır və giriş darvazası qıfılla bağlı olmuş, həyətyanı sahədə olan yardımçı otağın qapısı açarla bağlı olmuşdur. Bağ evinə daxil olan şəxs hasardan aşmaqla həyətyanı sahəyə daxil olmuş, yardımçı otağın qapısı sındırılmaqla açılmışdır. Hazırda ona dəymiş ziyan ödənilmiş belə ki, bağ evindən oğurlanmış “Robello” markalı kombi aparatı ibtiadi istintaqda zəzərçəkmiş qismində tanınmış Zərərçəkmiş şəxs1 qaytarılmışdir. Elnur da öz növbəsində həmin kombi aparatını onlara qaytarmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs Möhbalıyeva Heyran Kamil qızının ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, ünvan 3 ünvanda yaşayır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həmin bağ evinə internet quraşdırıb getmiş, xx.xx.2022-ci il tarixdə saat 15:15 radələrində növbəti dəfə bağ evinə getdikdə mətbəx otağının pəncərəsinin açıq olduğunu, evdə olan 2 iki il əvvəl 430 manata aldığı 01 ədəd “Hoffmann” markalı, “32A3500” modelli televizorun, dəyəri 150 manat olan 01 ədəd Almaniya istehsallı laqondanın, 3 manata aldığı internet mademinin 5 metr uzunluğundakı başlığında adapter olan naqilin, ümumi dəyəri 30 manat olan 02 ədəd Rusiya istehsallı qazanların, ümumi dəyəri 16 manat olan 08 ədəd əncir mürəbbə bankalarının oğurlandığını aşkar etmişdir. Oğurluq hadisəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdə saat 15:15 radələrinədək olan müddət ərzində baş vermişdir. Çünki həmin müddətdə evdə olmamışdır. Oğurluq edən şəxs evə mətbəx otağının plastik pəncərəsini sıxıb açmaq yolu ilə daxil olmuşdur. Hazırda ona dəymiş ziyan qismən ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona dəymiş ziyan qismən ödənildiyi üçün təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, kombi ustası işləyir. 2022-ci ilin oktyabr ayında adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona zəng edərək özünə məxsus işlənmiş kombi olduğunu və onu 200 manata satmaq istədiyini bildirmiş, o, həmin vaxt evinə kombi almaq istədiyi üçün Təqsirləndirilən şəxs kombinin şəklini ona göndərməsini bildirmişdir. Təqsirləndirilən şəxs kombinin şəklini ona göndərdikdən sonra kombini almaq istəmiş və Təqsirləndirilən şəxsla 150 manata razılaşmışlar. Təqsirləndirilən şəxs “Robello” markalı kombi aparatını onun yaşadığı ünvanın yaxınlığına gətirmiş və 150 manat verərək kombini ondan almışdır. Təqsirləndirilən şəxs ona həmin kombinin özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Həmin kombini oğurlaması barədə ona məlumat verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 01 dekabr 2022-ci il tarixdə saat 19:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 33); 02 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 46-47). Sumqayıt şəhər Məhkəməsinin 4(060)-479/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3(üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablanmışdır.( i.v 67- 68) 24 fevral 2023-cü il tarixli “cinayət işlərinin birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işləri bir icraatda birləşdirilmişdir. (i.v. 122-123) xx.xx.2022-ci il tarixli Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Şahmar Səfərovun tərtib etdiyi baxış keçirilməsi barədə protokoldan göründüyü kimi, Möhbalıyeva Heyran Kamil qızına məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2 aprel ünvanında oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 5-8) xx.xx.2022-ci il tarixli Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Şahmar Səfərovun tərtib etdiyi baxış keçirilməsi barədə protokoldan göründüyü kimi, Şahid1 01 ədəd “Robello” markalı kombi aparatını polisə təhvil vermişdir. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 19-20). xx.xx.2022-ci il tarixli Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş təhqiqatçısı polis mayoru Ruslan Vəliyevin tərtib etdiyi baxış keçirilməsi barədə protokoldan göründüyü kimi, Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanında oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 131-134). xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanınax baxış keçirilmiş, 01 ədəd “Hoffman” markalı televizor aşkar edilərək götürülmüşdür. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 140-141) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/14 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, 01 ədəd 2020-ci il Çin istehsallı, 2020-ci ilin yay aylarında alınmış, üzərində “Model: Robello A Series”, “Capacity 32 KW, “Hotwater output 16L/min”, “Gas pressure G20/G30 13-20/30mber”, “Electricity parameters 230V/50Hz, “Power consumption 130W”, Weight, Netto 53kg”, “Water proof protection İPX4D”, “Dimension(H x W x D): 820x580x440” yazıları olan kombi aparatının istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 600,0 manat müəyyən olunur. (i.v. 103-105). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8722 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, 1 ədəd “Hoffmann” markalı “32A3500” modelli televizorun istifadədə olunması nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 180,0 manat müəyyən edilir. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. ( i.v. 145- 147). 19 yanvar 2023-cü il tarixli “maddi sübut kimi tanıma” haqqında qərardan görünür ki, “Robello” markalı kombi aparatı cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin nəticəsinə kimi saxlanması üçün Zərərçəkmiş şəxs1 Rafiq oğluna təhvil verilmişdir. (i.v. 101-102). Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 “Robello” markalı kombi aparatını məhkəmədə zərərçəkmiş şəxs kimi tanınmış əmlakın mülkiyyətçisi Heyran Möhbalıyeva qaytarmışdır. 25 dekabr 2022-ci il tarixli maddi sübut kimi tanıma” haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “Hoffmann” markalı televizor cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin nəticəsinə kimi saxlanması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. (i.v. 162-163). 25 fevral 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham həmin tarixdə elan edilmişdir (i.v. 196-197). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, o, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarxli, 1(060)-247/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v 86-95). İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyatda düşmüş, tutulduğu xx.xx.2022-ci il tarixədək cəzasının 08 ay 21 gününü çəkmiş, çəkilməmiş cəzası 01 il 03 ay 05 gün təşkil edir. (i.v. 83). İş materiallarında olan xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barədə heç bir şikayət daxil olmamışdır.(i.v 113). İş materiallarında olan şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü Təmkin Salmanov xx.xx.2010-cü il təvəllüdlü Sadiq Salmanov və xx.xx.2016-cı il tarixli Rəsul Salmanov adlı övladları var. Zərərçəkmiş şəxs Möhbalıyeva Heyran Kamil qızı tərəfindən təqdim edilən və iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Texniki Pasport sənədinin surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2 aprel küçəsində yerləşən ev B-319 nömrəli mənzil Heyran Möhbalıyeva məxsusdur. sübutların qiymətləndirilməsi haqqında 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, X4 oğurladığı əşyaları satdığı şəxs Şahid1 həmin əşyaların oğurluq olduğunu bilməsi istintaq zamanı sübuta yetirilmədiyinə görə AR CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış Möhbalıyeva Heyran Kamil qızına məxsus “Robello” markalı kombi aparatınını və Zərərçəkmiş şəxs2 məxsus “Hoffmann” markalı televizorun cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, saxlanılması üçün sahiblərinə qaytarılmış, məhkəmə-əmtəəşünaslıq ekspertizaların rəyi, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidin ifadələri, eləcə də digər istintaq hərəkəti protokolları sübut növü kimi qiymətləndirilmişdir( i.v. 243-248); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxlər şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi əməlindən peşman olması, cinayət nəticəsində dəymiş ziyanın zərərçəkmiş şəxslərə onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olması, CM-nin 59.1.4, 59.1.12 və 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hallar hesab edir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarxli, 1(060)-247/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyrimümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarxli, 1(060)-247/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış “Robello” markalı kombi aparatının zərərçəkmiş şəxs Möhbalıyeva Heyran Kamil qızına, 01 ədəd “Hoffmann” markalı, “32A3500” modelli televizorun zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 16 (on altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 96 (doxsan altı) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ilə, yəni 01 (bir) il 03 (üç) ay 05 (beş) gün azadlığın məhdudlaşdırılması cəzası 07 ay 17 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 01 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış “Robello” markalı kombi aparatının zərərçəkmiş şəxs Möhbalıyeva Heyran Kamil qızına, 01 ədəd “Hoffmann” markalı, “32A3500” modelli televizorun zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 96 (doxsan altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına vəkili Müdafiəçi fəaliyyət göstərdiyi Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********). Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-403/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-403/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver