Məhkəmə qərarları › İş №1(060)-404/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-404/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-404/2021 14.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Cəbrayıl rayonu, Qərər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Qərər kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 19.05.2021-ci il tarixdə, saat 12:45 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən metaləritmə sexinin həyətində iş yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı sonuncuya sol çənə sümüyünün sınığı, sol çənə oynağı, alın, sağ yanaq almacıq, burun kökü nahiyələrinin xəsarətləri ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən Metaləritmə sexində fəhlə işləyir. İş yoldaşı Əlməti də ordan tanıyır, əvvəllər aralarında heç bir ədavətləri, yaxud mübahisələri olmamışdır. 19.05.2021-ci il tarixdə saat 12:45 radələrində o iş yerində olarkən onlara nəzarətçi kimi təyin edilən Əlmət onu qışqıra-qışqıra çağıraraq demişdir ki, “gəlin kisələrdə olan dəmir qırıntılarını badyalara doldurun”. O “birazdan gəlirəm” demişdir, lakin buna baxmayaraq Əlmət təkrar üstünə qışqırmış və o əsəbiləşərək ona tərəf getdikdə Əlmət onu arxaya itələmişdir ki, “üstümə gəlmə”. Bu səbəbdən o sağ yumruğu ilə Əlmətin sol çənə nahiyəsindən vurmuşdur. Zərbə nəticəsində Əlmət yerdə olan dəmir qırıntılarının üstünə yıxılmışdır. Daha sonra yıxılı vəziyyətdə Əlmətin üz və alın nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuşdur. Həmin vaxt iş yoldaşları Azər və Samir ona yaxınlaşaraq arxadan onu tutmuşlar. Bundan sonra o eşitmişdir ki, Əlmət onun barsində şikayət etmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət məsuliyyətindən azad edilməsini və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs 14.06.2021-ci il tarixli ərizəsindən görünür ki, hazırda o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbi yoxdur. Cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, o 2020-ci ilin noyabr ayından metyaləritmə sexində fəhlə işləyir. Metaləritmə sexinin müdiri Azad müəllim bir həftə əvvəldən ona demişdir ki, fəhlələrə nəzarət etsin ki, işləsinlər. 19.05.2021-ci il tarixdə saat 12:45 radələrində o, metaləritmə sexinin həyətindəki dəmir qırıntıları olan kisələri dəmir badyalara doldrulması üçün Əhmədi çağırmışdır. Əhməd isə dolduracaqlarını demişdir. O təkrar ona gəlməsini dedikdə Əhməd onun üstünə gələrək “niyə qışqırırsan” demişdir. O, Əhmədi özündən kənara tərəf itələmişdir ki, “üstümə niyə gəlirsən?” Elə bu vaxt Əhməd yumruqla sol çənəsindən vurmuşdur. O, zərbənin təsirindən müvazinətini saxlaya bilməyib yerdə olan dəmir qırıntılarının üstünə yıxılmışdır. Buna baxmayaraq Əhməd yenidən üstünə gələrək o yıxılı vəziyyətdə Əhməd sağ qaşının üst alın nahiyəsinə və üzünün müxtəlif nahiyələrinə bir neçə yumruq zərbəsi vurmuşdur. Həmin vaxt orada olan işçilərdən Azər və adları yadında qalmayan 2-3 nəfər başqa işçilər onu Əhmədin əlindən alaraq Əhmədi kənara çəkmişlər. Daha sonra o, 102 qaynar xəttinə zəng edərək məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında təqdim edilmiş Zərərçəkmiş şəxs 14.06.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu ilə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılması zamanı şahidlər Şahid2 və X2 Əlmət Fikrət oğlunun və Təqsirləndirilən şəxs ifadələrini təsdiqləmişlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 548 saylı, 20.05.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər vardır: sol çən sümüyünün sınığı, sol çənə oynağı, alın, sağ yanaq-almacıq, burun kökü nahiyələrinin qançırları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni, 19.05.2021-ci il tarixdə yumruqla yetirilən zərbənin təsirindən əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir.(i.v 18-19) İş materiallarında olan 21.05.2021-ci il tarixli 10 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 29) İş materiallarında DİN-nin 35-50856-3221 saylı 21.05.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 30) İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 1915 saylı 21.05.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 31) İş materiallarında olan Sumqayıt şəhər 2 nömrəli şəhər poliklinikasının 241 nömrəli 21.05.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlyu Sumqayıt şəhər 2 nömrəli poliklinikanın psixiatrik kabinetinə müraciət etməyib və ambulator kartası yoxdur.(i.v 32) Beləliklə, məhkəmə hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, həmçinin məhkəmə tibbi ekspertiza rəyi və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən məhkəməyədək sadələşdirilmiş icraat materialı başlana bilməz, başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını və məcburi köçkün olmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 06 (altı) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 43, 344-348, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirildiyi məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə zərərçəkmiş şəxslə barışdığı üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar