Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-404/2022 04.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-468/2021 saylı, xx.xx.2021ci il tarixli hökmü ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-247-2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə çəkilməmiş cəzası 01 il azaldılmış, cəzasını çəkmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə 02 (iki) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, 31 yanvar 2022-ci il tarixdə, saat 22:15 radələrində Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən satış məqsədi ilə saxladığı 02 (iki) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,741 qram və 0,698 qram, ümumi təmiz çəkisi 1,439 qram kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və səthində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd qara rəngli elektron tərəzi əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək bildirdi ki, təxminən yanvar ayının sonları olardı, axşam saat 9-10 radələrində siqaret almaq üçün evdən çıxmışdır. Bu zaman bir nəfər ona yaxınlaşaraq saxlamış və ciblərini axtarmışdır. Üzərindən heç nə tapılmamış, onu qonşu qapının ağzına çəkib orada saxlamışlar. Onun gəldiyi yola nəzər yetirib oradan bir büküm taparaq ona yerə atdığını demişlər. Bu bəhanə ilə onun evinə girərək axtarış etmişlər. Evdən bir balaca büküm və tərəzi tapmışlar. Bu hadisəyə oğlu ilə onun dostu da şahid olmuşdur. Sonra onu polis idarəsinə aparmışlar. Orada bildirmişdir ki, həmin maddə onun üzərindən deyil, evindən çıxmışdır. Evinə girərək həmin maddəni və tərəzini götürmüşlər. Onu evinin yaxınlığında saxlayıblar. Evi Xəzər bağları, Qaladərəsi küçəsində yerləşir. Sonradan bilmişdir ki, onu saxlayanlar əməliyyatçılardır. Evə girən şəxslərin sayı 8 nəfər olmuşdur. Onlardan ikisini tanıyır. Səhv etmirsə adları Elnur və Ruslan olmuşdur.. Evi axtardıqdan sonra yataq otağında şkafın içindən tərəzini və bir bükümü tapmışlar. Bükümlə bağlı bildirmişdir ki, həmin bükümdəki xına qarışığı olan dərmandır. Mazla qarışdırıb ayağına vurur. Təxminən 2-3 ay əvvəl bir qadından pulsuz almışdır. Aldıqdan sonra 2-3 dəfə istifadə etmiş, sonra əllərini yandırdığı üçün və kömək etmədiyi üçün istifadə etməmiş, qalanını evdə saxlamışdır. Tərəzi ilə bağlı bildirir ki, əvvəldən qızıl işi ilə məşğul olmuşdur, detallardan qızılları əridib çıxarırdı və tərəzidən həmin qızılı ölçmək üçün istifadə edirdi. Həmçinin həmin tərəzidən narkotik vasitə də çəkmişdir. Narkotik vasitəni tərəzidə çəkməsinə səbəb miqdarda onu aldatmasınlar deyə olmuşdur. Ümumiyyətlə narkotik vasitə istifadə edir, lakin satışı ilə məşğul olmur. “Kakos” adlanan narkotik vasitədən istifadə edir. Narkotik vasitəni çayxanada olan adlarını bilmədiyi şəxslər vasitəsilə alırdı. Çox zaman yarım qram narkotik vasitə almış və narkotik vasitəyə 25-30 manat pul sərf etmişdir. Sonuncu dəfə saxlanmamışdan 2 gün qabaq narkotik vasitə almışdır və sonuncu dəfə saxlandığı gün səhər tezdən istifadə etmişdir. Narkotik vasitəni əvvəllər inyeksiya yolu ilə qəbul etmiş, sonra tərgitmişdir. Hazırda narkotik vasitəni çəkmək yolu ilə istifadə edir. Saxlanıldıqdan sonra polis idarəsinə gətirilmişdir. Orada çəkiliş aparılmışdır. Gec olduğundan polis əməkdaşları ona çəkilişi evdə deyil, orada aparmağı təklif etmişlər. O da gec olduğundan, evdə ailə üzvləri olduğundan və o polis tırıfindın hədələndiyindən razılaşmışdır. Ona “həbs” qətimkan tədbiri seçilməsindən ötrü məhkəməyə gətirilən zaman bununla bağlı fikir bildirməmişdir. Ona təzyiq göstərən əməkdaşları tanımır. Həmin vaxt istifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. 1 ilə yaxındır ki, həmin nömrəni istifadə edir. Tutulduğu son günə kimi həmin nömrə onda olmuşdur. Saxlanılan zaman bir nəfər onu tutmuş, Ruslan adlı əməkdaş isə üzərini axtarmışdır. Sonra Ruslan yerdən bir büküm taparaq gətirmişdir. Həmin bükümü də evdən tapdıqları dərman bükümün və tərəzinin yanına qoymuşlar. Digər büküm ona məxsus olmasa da çəkiliş zamanı hər iki bükümün ona məxsus olduğunu bildirmişdir. Həm şübhəli şəxs qismində tutulan zaman, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələri oxumamış, yalnız sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi işin halları, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 31 yanvar 2022-ci il tarixdə icraatına təxminən 55-60 yaşlarında, Mirzəağa adlı şəxsin üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat qrupu yaradılmışdır. Şahid2 ilə birlikdə 31 yanvar 2022-ci il tarixdə, saat 22:15 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları massivində piyada hərəkət etdiyini görüb sonuncuya yaxınlaşmışlar. Onlar Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, üzərində narkotik vasitə olması ilə bağlı şübhəli olduğunu izah etmişlər və ətrafda olan şəxslərin tədbirə mane olacaqlarını nəzərə alıb Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Polis İdarəsində xidməti otaqda videoçəkilişlə vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanarkən sonuncuya təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunsuz əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan qara rəngli gödəkçəsinin sol iç cibində saxladığı 2 ədəd şəffaf rəngli sellofan bükümü və 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmış və əynindəki gödəkçəsinin sağ yan cibindən bir ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Mizəağa Ağamirzəyevin təqdim etdiyi 2 ədəd şəffaf rəngli sellofan bükümlərin tərkibi ondan soruşulan zaman o, aşkar olunan maddənin "ayağa sürtmək üçün xına qarışığı” olduğunu, həmin maddəni tanımadığı bir qadından öyrəndiyi üsulla hazırladığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmçinin 1 ədəd qara rəngli elektron tərəzini mikrosxemlərdən çıxan qızılı ölçmək üçün istifadə etdiyindən üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra həmin maddələr tərəziyə qoyulub çəkildikdən sonra 01 ədəd elektron tərəzi ilə birlikdə ekspertizaya təqdim olunması üçün zərf qoyulub qablaşdırılaşdırılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi şəxsin kimliyini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərində 1 ədəd elektron tərəzi aşkar edilməsindən və onlarda olan məlumata əsasən, sonuncu narkotik vasitələrin satışı ilə məşğul olmuş, həmin tərəzi ilə narkotik vasitələrin miqdarını müəyyən edib satışını təşkil etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 bükümdə olan narkotik vasitə heroini həm satmaqdan, həm də qəbul etməkdən ötrü üzərində saxlamışdır. Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl narkotik vasitələrlə bağlı cinayət törətdiyi üçün cəza çəkmiş, buna görə də sonuncu törətdiyi əməlin cinayət olduğunu dərk etmiş, üzərindən götürülmüş 2 bükümün narkotik vasitə olduğunu bilmiş və cinayət məsuliyyətindən yayınmaq üçün özünü müdafiə edərək üzərindən götürülmüş 2 bükümün narkotik vasitə olmadığını, 1 ədəd elektron tərəzini isə mikrosxemlərdən çıxan qızılı ölçmək üçün istifadə etdiyi üçün üzərində gəzdirdiyini bildirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs yanvar ayının 31-i yaşadığı Xəzər bağları ərazisində saxlamışlar. Şəxs saxlanılan zaman o və Emil adlı əməkdaş olmuşdur. Əməliyyata rəhbərliyi Emil etmişdir, əməliyyatda iki nəfər iştirak etmişdir. Şəxsi saxladıqdan sonra polis idarəsinə dəvət etmişlər. Vəkil gəldikdən sonra üzərinə baxış keçirilmişdir. Vəkil gələnə qədər xidməti otaqların birində gözləmişlər. Çəkiliş də vəkilin iştirakı ilə olmuşdur. Üzərindən bir qram yarım heroin və tərəzi aşkar edilmişdir. Üzərindən çıxan narkotik maddə ilə sənədləşdirilmişdir. Özü də həmin maddələrin və tərəzinin ona məxsus olduğunu, narkotik vasitə istifadəçisi olduğunu etiraf etmişdir. Şəxsin üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı aparılmış videoçəkiliş barədə bildirdi ki, həmin vaxt 1 saniyəliyinə büküm olan stola yaxınlaşmış, lakin həmin bükümə heç toxunmamışdır, orada heç bir dəyişiklik etməmişdir. Çəkiliş zamanı telefonun səsi mane olduğu üçün sadəcə olaraq telefonun səssiz rejimdə olub-olmamasını yoxlamaq üçün həmin stola yaxınlaşıb qayıtmışdır. Ümumiyyətlə həmin vaxt ərzində bükümü dəyişməsi, yaxud başqa dəyişiklik etməsi mümkün deyildir. Videoşəkliş zamanı və vəkilin gözü önündə bunun edilməsi heç bir məntiqə sığmır. Ola bilsin ki, stola yaxınlaşan zaman təsadüfi toxunuş olub, buna görə yeri dəyişmişdir. Lakin həmin vaxt əhəmiyyət kəsb edən hər hansı bir hal olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 oğlu ifadəsində bildirdi ki, təqsirləndirilən şəxsin oğludur. Həmin gün polis əməkdaşları onların evinə gələrək ona zəng etmiş, atasının tutulduğunu bildirmişlər. O da evə gələrək qapını döymüş, polis əməkdaşları onu qarşılamışdır. Həmin vaxt orada 5-6 nəfər polis əməkdaşı olmuşdur. Atası polis əməkdaşları ilə birlikdə mətbəxdə olmuş, onu da dəhlizdə saxlamışlar. Dostu da çöldə olmuşdur. Polis əməkdaşları evi axtarmışlar. Həmin vaxt ona bildirmişlər ki, atasının üzərindən narkotik vasitə tapılıb. Lakin evdə axtarış aparan zaman heç nə tapmamışlar. Evdə axtarış aparılması ilə bağlı onlara heç bir protokol və ya sənəd imzalatdırılmamışdır. Sonra polis əməkdaşları atasının qoluna girərək onu aparmışlar. Kurtkasını o atasına vermişdir. Həyətdə iki maşın olmuşdur. Maşına mindirərək atasını aparmışlar. Qış vaxtı olmuşdur, tarixi və vaxtı xatırlamır. Tərəzi ilə bağlı bildirdi ki, evdə bir tərəzi olmuşdur. O tərəzi də ona məxsusdur. Ətir satmaqla məşğuldur, tərəzini də ətiri çəkmək üçün istifadə edir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxsin oğlunun dostudur. Həmin gün birlikdə olarkən Murada zəng gəlmiş, atasının tutulduğunu bildirmişlər. Ona məxsus avtomobil ilə Muradgilin yaşadığı Xəzər bağları ərazisində yerləşən evlərinə getmişlər. Evin işıqları sönülü olmuşdur. Murad qapını döymüş, içəridən atası “kimdir” deyə səslənmişdir. Qapı açılan zaman polis əməkdaşları Muradı içəri salmışlar. Ondan isə kim olduğunu soruşmuşlar. O da Muradın dostu olduğunu bildirmişdir. Polis əməkdaşları ona aşağıda gözləməsini bildirmişlər. 10-15 dəqiqə gözlədikdən sonra Murad, atası və polis əməkdaşları aşağıya düşmüşlər. O, 4 nəfər polis əməkdaşının olduğunu görmüşdür. Həyətdə 2 maşın olmuşdur. Həyətdə də 5 dəqiqə gözlədikdən sonra getmişlər. Saat təxminən 9-10 radələrində baş vermişdir. Özü 13-cü mikrorayonda yaşayır. 4-5 dəfə Muradgilin evində olmuşdur. Muradın atasını üzdən tanıyır. Onun hər hansı narkotik vasitə istifadə edib-etməməsindən xəbəri yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri mövcud olduğundan həmin maddə ilə fakta görə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Xəzər bağları ərazisi, yaşadığı evin yaxınlığında xx.xx.2022-ci il tarixdə saat 22:15-də tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X6 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxlamış olduğu 2 ədəd şəffaf rəngli sellofan bükümü və 1 ədəd elektron tərəzini təqdim etmiş, həmin şəffaf rəngli sellofan bükümlərin içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı aşkar olunan maddə kütləsinin "ayağa sürtmək üçün xına qarışığı” olduğunu, aşkar olunmuş həmin maddəni tanımadığı bir qadından öyrəndiyi üsulla hazırladığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmçinin 01 ədəd qara rəngli elektron tərəzini mikrosxemlərdən çıxan qızılı ölçmək üçün istifadə etdiyindən üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 2 ədəd şəffaf rəngli sellofan bükümdə olan qəhvəyi rəngli toz halında maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin birinci bükümdə 1.32 qram, ikinci bükümdə 0,91 qram olmaqla ümumi çəkisinin 2.23 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr və 01 ədəd elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan 6/637 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 124” möhür əksi, “Saxlanılan şəxs...Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,741 qram, 0,698 qram, ümumi təmiz çəkiləri 1,439 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 02 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, elektron tərəzinin səthində heroinin izləri müəyyən edilmişdir. Təqdim olunmuş elektron tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Heroin Azərbaycan Respublikası 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata sərf edildi-0,1 qram, qalıq-1,339 qram İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 153 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-71/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni 31 aprel 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 (iki) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,741 qram, 0,698 qram, ümumi təmiz çəkiləri 1,439 qram olan narkotik vasitə heroin, səthində heroinin izləri olan 01 (bir) ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-yə aparıldıqdan sonra üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə yazılmış videoçəkiliş işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınması, ekspertizadan qaytarılmış təmiz çəkisi 1,339 qram narkotik vasitə heroin və 01 (bir) ədəd elektron tərəzi istintaqın yekunlaşmasından məhkəməyədək saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin saxlama kamerasına təhvil verilməsi, DVD disk isə cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə daxil olaraq içərisindəki videogörüntüyə baxdıqda müəyyən edilir ki, təhqiqatçı Elnur Feyzullayev özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, vətəndaş da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz döviyyəsində şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirildiyini bildirir və polis əməkdaşlarına da özlərini təqdim etməsini deyir və onlar da özlərini təqdim edirlər. Sonra təhqiqatçı ona hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt regional vəkil bürosunun vəkili X6 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində qara rəngli gödəkçəsinin sol iç cibindən 1 ədəd qara rəngli elektron tərəzini, bir ədəd şəffaf sellofan bükülünü və bir ədəd siqaret qutusunu çıxararaq təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, onun əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd mobil telefon aşkar olunur, üzərindən əlavə olaraq qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş siqaret qutusuna baxıldıqdan içərisində bir ədəd şəffaf sellofan bükülü olması müəyyən olunur. Bundan sonra hər iki sellofan bükümlər açıldıqda içərisində qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə olması görünür. Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddələrin nə olduğu soruşulduqda bildirir ki, həmin maddələr ayağa sürtmək üçün xına ilə qarışıq dərmandır. Təqsirləndirilən şəxs elektron tərəzini hansı məqsədlə üzərində gəzdirməsi soruşulduqda sonuncu mikrosxemlərlə məşğul olduğu üçün həmin tərəzidən istifadə etdiyini bildirir. Təqsirləndirilən şəxs həmin maddələri kimdən əldə etməsi soruşulduqda tanımadığı qadından aldığını, ayağında yara olduğu ayağına sürtmək məqsədi ilə üzərində saxladığını bildirir. Bundan sonra 1-ci bükümdəki kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 1,32 qram, 2-ci bükülü elektron tərəzidə çəkildikdə çəkisinin 0,91 qram, hər iki bükülü birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 2,23 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlələr qablaşdırılır, möhürlənir və imzalanır. Sonda isə çəkiliş dayandırılır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə yazılmış videoçəkilişə baxış keçirilmiş, xx.xx.2022-ci il tarixli protokolda əks olunan məlumatlardan başqa görünür ki, şəxsi axtarış vaxtı Təqsirləndirilən şəxs əynində qara rəngli gödəkçəsinin sol iç cibindən 1 ədəd qara rəngli elektron tərəzini, bir ədəd şəffaf sellofan bükülünü və bir ədəd siqaret qutusunu (siqaret qutusunun içərisində bir ədəd şəffaf sellofan bükülü olunur) çıxararaq masanın üzərinə qoyur, sonra onun üzərində şəxsi axtarış aparılır və əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd mobil telefon aşkar olunaraq masanın üzərinə qoyulur, daha sonra davam edən axtarış zamanı videokameranın obyekti Təqsirləndirilən şəxs üzərinə yönəldiyi vaxt Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid2 masa tərəfə keçir və qayıdır, həmin vaxt Şahid2 sol qolu çəkilişə düşmür və prosess cəmi 2 saniyə çəkir. Daha sonra ikiqat selofana bükülmüş hər iki büküm açılarkən yaxından Təqsirləndirilən şəxs göstərilir və həmin bükümlərin ona məxsus olduğunu təsdiq edir və içərisində xına ilə qarşıq dərman olduğunu, əl və ayağına sürtdüyünü bildirir və qeyd edir ki, həmin dəriman özü tərəfindən hazırlanmış, tərkibində xına, qoz qabığı qarışığı olan dərmandır və lavazalin mazı ilə qarışdırıb yaralarının üzərinə çəkir. Videoçəklişdə iştirak edən vəkil X6 polis əməkdaşlarının onun narkotik vasitənin saxlanmasında şübhəli olduğuna dair yenidən hüququnu izah edən zaman Təqsirləndirilən şəxs üzərində nə varsa təqdim etdiyini bildirir. Bundan sonra 1-ci bükümdəki kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 1,32 qram olduğu müəyyən edilən vaxt Təqsirləndirilən şəxs bükümün çəkisinin selofanla birlikdə olduğunu vurğulayır, 2-ci bükülü elektron tərəzidə çəkildikdə çəkisinin 0,91 qram, hər iki bükülü birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 2,23 qram olduğu bildirilən zaman Təqsirləndirilən şəxs yenidən ümumi çəkinin selofanla birlikdə olduğunu xatırladır. Müdafiəçi X6 xına qarışığı olan dərimanın çəkisinin əmələ hər hansı təsiri etmədiyini bildirdikdə Təqsirləndirilən şəxs ekspertizaya göndərildiyi üçün, nəticənin hələ bilinmədiyini qeyd edir. İş materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-468/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında olduğu vaxt nəzərə alınaraq təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 04 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 21-2/3-4315 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-468/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 04 ay 24 gün müddətinə azadlğın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. “8 X14” ilə bağlı verilmiş xx.xx.2021-ci il tarixli amnistiya aktı tətbiq edilmiş xx.xx.2021-ci il tarixə ona təyin olunmuş 01 il 04 ay 24 gün azadlığın məhdudlaşdırılması növündə cəzadan 01 il hissəsi azaldılmış, qalan cəzasını çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 1137 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında həyat yoldaşı-1975-ci il təvəllüdlü X5, oğlu-1998-ci il təvəllüdlü X7 oğlu, oğlu-2000-ci il təvəllüdlü X9 oğlu ilə birlikdə yaşayır. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin üzərində zavod üzsulu ilə “nar” və üzərində qələmlə yazılmış “3444”, “6603” yazıları olan bir ədəd kompakt diski kompüter dəstinin sistem blokuna daxil etdikdə diskin yaddaşında “Zənglərin Detallaşması **********2307 708784725” kimi qeyd olunmuş 700 KB həcmində, “X2 **********2337 ********* NAR” kimi qeyd olunmuş 71 KB həcmində, “SMS Tarixçəsi **********2747 708784725” kimi qeyd olunmuş 70 KB həcmində və “SMS Tarixçəsi **********2757 708784725” kimi qeyd olunmuş 74 KB həcmində PDF formatlı faylların olması aşkar olunmuşdur. “X2 **********2337 ********* NAR” kimi qeyd olunmuş fayla baxış keçirilərkən ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs adına sənədləşdirildiyi müəyyən olunmuşdur. “SMS Tarixçəsi **********2747 708784725” kimi qeyd olunmuş 70 KB həcmində fayla baxış keçirilən zaman xx.xx.2022-ci il tarixdə, saat 20:42:34-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***- **-** saylı mobil telefon nömrəsindən “1 dənə tema qalıb gör nəğd istəyən varsa gətirim verim”, xx.xx.2022-ci il tarixdə, saat 20:44:26-da həmin mobil telefon nömrəsindən “1 dənə nəğd pula verim” və xx.xx.2022-ci il tarixdə, saat 20:45:33-də həmin mobil telefon nömrəsindən “NƏĞD VERƏN VARSA GƏTİRİM TEMA GÖTÜRMƏYƏ PUL ÇATMİR” məzmunlu SMS-lərin yazıldığı müəyyən olunmuşdur. X2 **********2337 ********* NAR” kimi qeyd olunmuş 71 KB həcmində fayla baxış keçirilən zaman ***-***-**-** saylı mobil telefon nömrəsinin ünvan 6 ünvanında yaşayan X3 adına sənədləşdirildiyi müəyyən edilmişdir. Digər fayylardakı zəng, eləcədə SMS tarixçələrinə baxış keçirilən zaman iş üçün əlavə olaraq əhəmiyyət kəsb edəcək zənglər və SMS mətnləri aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 (iki) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,741 qram, 0,698 qram, ümumi təmiz çəkiləri 1,439 qram olan narkotik vasitə heroin, səthində heroinin izləri olan 01 (bir) ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-yə aparıldıqdan sonra üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə yazılmış videoçəkiliş iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınması, ekspertizadan qaytarılmış təmiz çəkisi 1,339 qram narkotik vasitə heroin və 01 (bir) ədəd elektron tərəzi istintaqın yekunlaşmasından məhkəməyədək saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin saxlama kamerasına təhvil verilməsi, DVD disk isə cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun ifadəsində göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs bir bükümün və tərəzinin ona məxsus olmasını etiraf edir, lakin həmin bir bükümün narkotik maddə deyil tərkibində xına qarışığı olan dərman olduğunu və tanımadığı qadın tərəfindən verdiyini, eyni zamanda həmin bükümün və tərəzinin üzərindən deyil, evindən aşkar olunduğunu bildirir. Digər bükümün isə ümumiyyətlə ona aid olmadığını qeyd edir. Lakin, ibtidai istintaq zaman Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən təqdim etdiyi hər iki bükümün ona məxsus olduğunu bildirmişdir. İşin araşdırılan hallarından görünür ki, hər iki bükümdəki maddələr narkotik vasitə olan-heroindir. İki bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərində aşkar olunmuş bükümlərdən yalnız birinin ona məxsus olması və həmin bükümün də xına tərkibli dərman olmasına dair ifadəsi ona satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək saxlamaqla daşımasına dair elan edilmiş ittihamdan yayınmaq məqsədini güdür. Məhkəmə eyni zamanda hesab edir ki, videoçəklişlə şəxsin üzərinə axtarış keçirilən zaman Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükülünü və bir ədəd siqaret qutusunun içərisində sonradan müəyyən edilmiş digər bükümün Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid2 tərəfindən dəyişdirilməsinə dair müdafiə tərəfinin gətirdiyi dəlil öz təsdiqini tapmır. Belə ki, Şahid2 vəkilin iştirakı ilə videoçəkliş vaxtı 2 saniyə ərzində tək əllə çevik hərəkət etmədən həmin bükmülərin dəyişdirilməsi fiziki cəhətdən mümkün deyildir. Həmçinin Təqsirləndirilən şəxs yanında yaxından izləyəkən sözügedən bükümlər açılmış, maddə göstərilmiş və ona məxsusluğu tərəfindən təsdiq edilmişdir. Şübhəni aradan qaldıran digər məqam ondan ibarətdir ki, görünən bükümün ölçüsünün dəyişməməsi, bükümlərin eyni tərkibli olması, onların ikiqat sellofana bükülməsi və maddənin rənginin əməliyatçı tərəfindən əvvəlcədən müəyyən edib oxşarı ilə əvəz edilməsi ümumiyyətlə ağlabatan deyildir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində ***-***-**-** mobil nömrəsinin ona məxsus olmasını, tutulduğu son günə qədər həmin nömrəni istifadə etdiyini bildirmişdir. İş materiallarından görünür ki, sorğu verilərək həmin nömrənin həqiqətən də Təqsirləndirilən şəxs adına sənədləşdirildiyi müəyyən olunmuşdur. Həmin nömrəyə ***-***-**-** saylı mobil telefon nömrəsindən “1 dənə tema qalıb gör nəğd istəyən varsa gətirim verim”, “1 dənə nəğd pula verim”, “nəğd verən varsa gətirim tema götürməyə pul çatmır” məzmunlu smslərin yazıldığı müəyyən olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs həmin nömrəni xatırlamadığını, kimə məxsus olmasını bilmədiyini, ilk dəfə eşitdiyini bildirmişdir. Lakin "xxxx" MMC-yə verilmiş sorğuya cavab olaraq təqdim edilmiş siyahıdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılmamışdan əvvəl də həmin nömrə ilə əlaqə olmuşdur. Məhkəmə xüsusi olaraq vurğulayır ki, tanımadığı nömrədən yuxarıda göstərilən məzmunlu bir neçə sms gəlməsi yanaşı sübutlarla birlikdə nəzər yetirdikdə təsadüf olmadığı nəticəsinə gəlməyinə əsas verir və təqsirləndirilən şəxsin ifadəsinin özünümüdafiə xarakteri daşıdığını təsdiq edir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində tərəzinin ona məxsus olduğunu, həmin tərəzi vasitəsilə mikrosxemlərdən çıxan qızılı ölçmək üçün istifadə etdiyini bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin oğlu şahid X7 oğlunun ifadəsində tərəzinin şəxsi əşyası olaraq ona məxsus olması, ətir satmaqla məşğul olduğu üçün həmin tərəzinin ətirin miqdarının ölçülməsi məqsədi ilə saxlanılması, atasının evdə tutulması ilə bağlı onun və dostu X4 ifadəsinə tənqidi yanaşır və hesab edir ki, şahidlərin təqsirləndirilən şəxsə münasibətdə qohumluq və yaxınlıq dərəcəsi nəzərə alınmalı, onların bu cür ifadə verilməsində məqsədi Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlaması Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən diskdən, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olan sənədlərdən, elektron tərəzindən, məhkəmə-kimyəvi ekspertizasının rəyindən, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-468/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 110 (bir yüz on) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-404/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli, 422 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək vəkili Müdafiəçi1 ilə müqavilə bağladığından qərarla ona təyin edilmiş Müdafiəçi2 hüquqi yardımından imtina etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 05 (beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübut olan, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,339 qram narkotik vasitə heroin və 01 (bir) ədəd elektron tərəzi məhv edilməli, bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,339 qram narkotik vasitə heroin və 01 (bir) ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM : ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-404/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-404/2022
04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver