Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-404/2023 19.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1999-cu il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 01 il 02 ay 17 gün hissəsi 6 ay azaldılmış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə növündə cəzasının çəkilməmiş 01 ay 11 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, İsmayıllı şəhəri, A.Aslanov küçəsi ev 12 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində Sumqayıt şəhəri. 10-cu mikrorayon, 44 nömrəli binanın qarşısında park olunmuş, Zərərçəkmiş şəxs1 məxsus "KİA Optima" markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomaşının sol ön şüşəsini sındıraraq avtomaşının salonundan içərisində 500 (beş yüz) manat pul oları bir ədəd 5 (beş) manat dəyərindəsüni dəri materialından pul kisəsini, birədəd 300 (üç yüz) manat dəyərində150 ml həcmli "Blue de Chaıiıel Parfum" markalı kişi ətrini və bir ədəd 120 (yüz iyirmi) manat dəyərində "İphone" markalı qulaqcıqları gizli talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə 925 (doqquz yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022- ci il tarixdə, saat 13 radələrində Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən 3 nömrəli binanın qarşısında park olunmuş, Zərərçəkmiş şəxs2 məxsus "KİA Optima" markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomaşının sol ön şüşəsini sındıraraq avtomaşının ön oturacaqlarının arasında olan qoltuqaltıdan bir ədəd 125 (yüz iyirmi beş) manat dəyərində üzərində nömrə olmayan “Xiaomİ MİA-2” markalı mobil telefonunu və içərisində günün məzənnəsinə uyğun 850 (səkkiz yüz əlli) manata bərabər 500 (beş yüz) ABŞ dolları pul olan bir ədəd pul kisəsini gizli talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə 975 (doqquz yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022- ci il tarixdə, saat 05 radələrində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 İmran oğluna məxsus, sonuncunun yaşadığı binanın qarşısında park etdiyi “Hyundai Grandeur” minik markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ ön yan şüşəsini sındıraraq avtomaşının sürücü tərəfdəki qapı cibliyində olan içərisində günün məzənnəsinə uyğun 2720 (iki min yeddi yüz iyirmi) manata bərabər 1600 (min altı yüz) ABŞ dolları və 300 (üç yüz) manat pul olan bir ədəd pul qabını gizli talayaraq, Zərərçəkmiş şəxs3 ümumilikdə 3020 (üç min iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq elmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs5 məxsus, sonuncunun yaşadığı binanın qarşısında park etdiyi “Honda Аkkord” minik markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ ön yan şüşəsini sındıraraq avtomaşının arxa sağ oturacağının üzərində olan bir ədəd 2000 (iki min) manat dəyərində “Dell” markalı notebookunu və bir ədəd 500 (beş yüz) manat dəyərində göy rəngli "Lacoste" firmasının istehsalı olan dəri gödəkçəsini gizli talayaraq, Zərərçəkmiş şəxs5 ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 məxsus, sonuncunun yaşadığı binanın yanında park etdiyi "Hyundai Elantra" markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ ön yan şüşəsini sındıraraq avtomaşının ön oturacaqlarının arasında olan qoltuqaltıdan günün məzənnəsinə uyğun 170 (yüz yetmiş) manata bərabər 100 (yüz)ABŞ dolları və 20 (iyirmi) manat pulunu, bir ədəd 300 (üç yüz) manat dəyərində "Cartier" markalı kişi qol saatını, bir ədəd 200 (iki yüz) manat dəyərində qara rəngli "Montblanc" markalı qol saatını, bir ədəd 15 (on beş) manat dəyərində 5000 mah gücündə olan "poverbank" enerji adapterini, bir ədəd 20 (iyirmi) manat dəyərində “Redmi” markalı, 20.000 mah gücündə olan “poverbank" enerji adapterini və bir ədəd 20 (iyirmi) manat dəyərində rəngli gödəkçəsini gizli talayaraq, Zərərçəkmiş şəxs4 ümumilikdə 745 (yeddi yüz qırx beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 04 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon, 46 nömrəli uşaq bağçasının yanında park edilmiş, Zərərçəkmiş şəxs6 məxsus “Mercedes Benz C” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomaşının sol ön yan şüşəsini sındıraraq orada olan 220 (iki yüz iyimi) manat pulunu və salon güzgüsündən bir ədəd 250 (iki yüz əlli) manat dəyərində olan qızıl boyunbağını gizli talayaraq, Zərərçəkmiş şəxs6 ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,329 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə, saat 17.30 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Gecəqondu massivi, ev 395-in yaxınlığında küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofan bükümdə təmiz çəkisi 0,329 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində binaların arası ilə piyada hərəkət etdiyi zaman “KİA Optima” markalı avtomaşının yanından keçərkən oğurluq məqsədi ilə avtomaşının yanında dayanmış və ətrafa baxdıqda heç kimin görmədiyindən əmin olduqdan sonra cibində olan avtomobil şam, yəni "sveça” adlanan avtomobil hissəsi ilə avtomobilin sağ ön tərəfdən yan şüşəsini sınaraq avtomaşına daxil olmuş və salonda saxlanc yerini açmış və oradan 1 ədəd ətir, 1 ədəd qulaqcıq, içərisində bəzi sənədlər və 500 manat pul olan pul kisəsini götürərək, tez həmin ərazidən uzaqlaşmışdır. Oğurladığı ətiri özü istifadə etmiş, mobil telefonu olmadığından qulaqcığı yaxınlıqda olan zibil qabına atmışdır. Oğurladığı pulu isə şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində binaların arası ilə piyada hərəkət etdiyi zaman “KİA Optima” markalı avtomaşının yanından keçdikdə qırmızı rəngli qadın pul qabı və telefon olduğunu görmüş, cibində olan avtomobil şamı ilə avtomobilin sürücü tərəfdən yan şüşəsini sınadıraraq avtomobilin içərisindən telefon və pul qabını götürüb oradan uzaqlaşmışdır. Sonra binaların arasında pul qabını açaraq içərisinə baxdıqda 500 ABŞ dolları, 20 manat olduğunu görüb götürmüşdür. Telefon isə Redmi MİA 2” markalı olmuşdur. Pul qabını isə irəlidə binaların aralığında tullamışmışdır. Telefonu bir neçə gün cibində saxlasa da sonradan bazar ərazisində tanımadığı şəxsə 20 manata satmışdır. Sonradan polis əməkdaşları onu müəyyən edərək, polis bölməsinə aparmışlar. Bundan bir müddət sonra, yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 05 radələrində Bakı şəhəri Xətai metrostansiyası yaxınlığından piyada hərəkət etdiyi O.Sabit küçəsində olan binaların həyətinə daxil olmuş, orada bir neçə avtomobilə nəzər salmış və içərisində heç nə görməmişdir. Daha sonra orada nömrəsini xatırlamadığı Hyundai markalı avtomaşına yaxınlaşmış və avtomaşına baxdıqda sol qapı cibinin içərisində pul qabı olduğunu görmüş və buna görə də yerdən tapdığı daş ilə həmin avtomaşının sağ ön süşəsini sındırıb qapısını açıb sol tərəfdə qapı cibliyində olan pul qabını götürüb oradan uzaqlaşmışdır. Pul qabının içərisinə baxmış və orada 1600 ABŞ dollar və 300 manat pul olduğunu aşkar etmişdir. Pulları götürüb pul qabını orada tullayaraq uzaqlaşmışdır. Həmin pulları şəxsi tələbatları üçün xərcləmişdir. Вir neçə gün sonra pulları bitmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə getmişdir. Təxminən saat 03 radələrində ünvan 5 ünvanın yaxınlığından keçdiyi zaman orada olan "Honda" markalı avtomaşının içərisinə baxdıqda içərisində "notebook", yəni diz üstü kompyuter olduğunu görmüş və cibində olan 1 ədəd avtomobil şamı ilə həmin avtomobilin arxa sağ qapısının şüşəsini sındıraraq qapını açıb orada olan 1 ədəd "notebook"u və 1 ədəd göy rəngli dəri gödəkçəni götürmüşdür. Gödəkçənin ciblərinə baxdıqda pul olmadığını görüb xatırlamadığı binalardan birinin qarşısında tullamış, "notebook'Tı isə Tap.Az saytı vasitəsilə tanımadığı şəxsə Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığından 150 manata satmışdır. xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində binaların arası ilə piyada hərəkət etdiyi zaman "Hyundai’’ markalı avtomaşının yanından keçdikdə cibində olan avtomobil şamı ilə avtomobilin sağ yan şüşəsini sındırmış, avtomobilə daxil olaraq qoltuq altı hissədə 1 ədəd 100 ABŞ dolları, 1 ədəd 20 manatlıq əskinas, arxa sərnişin yerinin üzərindən 1 ədəd qara rəngli dəri gödəkçə, avtomaşının saxlanc yerindən isə 2 ədəd saatı götürmüş və dərhal oradan uzaqlaşmışdır. Həmin gün saat 04 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən 46 saylı uşaq bağçasının yaxınlığında məhəllələrin arasında saxlanılmış Mercedes Benz markalı avtomaşını görmüş və ətrafa baxaraq heç kimin olmadığından əmin olduqdan sonra zərbə ilə həmin avtomaşının sol şüşəsini vurub sındıraraq avtomaşına daxil olmuşdur. Orada avtomaşının güzgüsündən asılmış 1 ədəd qızıl boyunbağını və 220 manat pulu oğurlamışdır. Həmin pulları şəxsi tələbatları üçün xərcləmiş, dəri gödəkçəni tanımadığı şəxsə 10 manata satmış, hər iki saatı isə lalafo.az saytı vasitəsilə tanımadığı şəxsə satmış, qızıl boyunbağını isə üzdən tanıdığı, adını bilmədiyi qadına 80 manata sataraq həmin pulları da şəxsi tələbatı üçün xərcləmişdir. Oğurluqları edən zaman tək olmuş, gödəkçəni və saatları satdığı şəxsləri tanımır, onlara əşyaların özünə məxsus olduğunu demişdir. Qızıl boyunbağını satdığı şəxsi bir neçə dəfə bazar ərazisində görsə də dəqiq tanımır. Sürayə Rzayevaya məxsus avtomaşından oğurladığı mobil telefonu sonuncu dəfə xx.xx.2022-ci İl tarixdə iki avtomaşından oğurluq edərək qaçdığı zaman cibindən düşərək itmişdir. Bundan başqa narkotik vasitə heroindən çəkməklə istifadə edir. Saxlanıldığı gün Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 25 manata bir bükümdə narkotik vasitə olan heroin alaraq üzərində saxlamışdır. xx.xx.2022-ci tarixdə saat 17.30 radələrində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə dəvət etmişlər. Bölmənin xidməti otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, vəkil təqdim etdikdən sonra üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. O, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş həmin bir bükümün içərisində olan heroini təqdim etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə sellofan büküm ilə birlikdə elektron tərəziyə qoyulub çəkilmişdir. Təhqiqatçı tərəfindər xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiq göstərilməmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməmişdir. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, özünə məxsus **-DT-*** dövlət nömrə nişanlı "Kia Optima" markalı avtomaşını vardır ki, hər gün axşam işdən yaşadığı evə gəldikdə avtomaşını binanın qarşısında saxlayaraq yaşadığı evə gedir. Sonuncu dəfə, yəni xx.xx.2022-ci il tarixdə də təxminən saat 23 radələrində avtomaşını ilə yaşadığı evə gəlmiş və yaşadığı binanın qarşısında avtomaşını saxlayaraq evə getmişdir. Bir gün sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 05.30 radələrində işə getmək üçün evdən çıxıb binanın həyətinə düşmüş və avtomaşınına yaxınlaşdıqda avtomaşınının sağ ön şüşəsinin sındırıldığını görmüşdür. Başa düşmüşdür ki, oğurluq hadisəsi baş vermişdir. Dərhal DİN-nin 102 xidmətinə zəng edərək avtomaşına baxış keçirmişdir. Avtomaşınına baxdığı zaman oradan 1 ədəd içərisində 500 manat nəğd pul olan qəhvəyi rəngli dəri pul qabı, 1 ədəd "Blue de Chanel parfum” orijinal kişi ətiri, 1 ədəd İphone markalı qulaqcığın avtomaşından oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə pullar ilə birlikdə 1055 manat maddi ziyan dəymişdir. Avtomaşınının şüşəsinin sındırılması nəticəsində ona 150 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Şikayətçidir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 ifadəsində göstərdi ki, özünə məxsus **-VY- *** dövlət nömrə nişanlı "Kia Optima" markalı avtomaşını vardır ki, hər gün günorta saat 13 radələrində nahar fasiləsində öz yaşadığı evə gedir, 15 radələrində işə geri qayıdır. xx.xx.2022-ci İl tarixdə də saat 16 radələrində yaşadığı Sumqayıt şəhəri 16-cı məhəllə yeni tikili binanın qarşısında avtomaşınını saxlayaraq evinə getmiş və saat 14.30 radələrində geri qayıtmaq üçün avtomaşınına getdiyi zaman avtomaşınının ön sol şüşəsinin sındırıldığını görmüş və avtomaşına baxdığı zaman orada olan qol altı saxlanc yerinə qoyduğu içərisində 500 ABŞ dolları, Kapital Bank və Bank of Baku bank kartları olan pul qabının və içərisində telefon nömrəsi olmayan "Xiaomi Mia 2" markalı telefonunun oğurlandığını aşkar etmişdir. Kartlardan pul oğurlanmamışdır, telefonun qiyməti 150 manat olmuş, mobil telefonun İMEİ kodunu təqdim edə bilmir, telefonda mobil nömrə istifadə edilməmişdir, avtomaşının şüşəsinin sındırılması nəticəsində ona ümumilikdə 200 manat maddi ziyan dəymişdir. Pul qabına görə ona maddi ziyan dəyməmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Şikayətçidir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 İmran oğlu ifadəsində göstərdi ki, özünə məxsus **-CU-*** dövlət nömrə nişanlı Hyundai Grandeur markalı avtomaşını vardır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində avtomaşını ilə yaşadığı evə gəlmiş və yaşadığı binanın qarşısında park edərək evə getmişdir. Bir gün sonra səhər işə getmək üçün evdən çıxıb yaşadığı binanın həyətinə düşmüş və avtomaşınına yaxınlaşdığı zaman avtomaşının sağ yan qapısının şüşəsinin sındırıldığını görmüş və oğurluq baş verdiyini başa düşmüşdür. Buna görə də avtomaşınına baxdığı zaman avtomaşınının sol qapı cibliyinə qoyduğu özünə məxsus içərisində 1600 ABŞ dolları və 300 manat pul olan pul qabının oğurlandığını aşkar etmişdir. Ətrafa baxdıqda təxminən 20 metr kənarda pul qabını tapsa da içərisi boş olmuşdur. Şüşənin sındırılması nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Şikayətçidir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, özünə məxsus **-TJ-*** dövlət nömrə nişanlı Honda markalı avtomaşını vardır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində avtomaşını ilə yaşadığı evə gəlmiş və yaşadığı binanın qarşısında park edərək evə getmişdir. Bir gün sonra səhər saatlarında işə getmək üçün evdən çıxıb yaşadığı binanın həyətinə düşmüş və avtomaşınına yaxınlaşdığı zaman avtomaşının sağ arxa qapısının şüşəsinin sındırıldığını görmüş və oğurluq baş verdiyini başa düşmüşdür. Buna görə də avtomaşınına baxdığı zaman avtomaşınının arxa oturacağının üzərində olan "DELL" markalı notebookunun və göy rəngli gödəkçəsinin oğurlandığını aşkar etmişdir. Buna görə də DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Qeyd etdiyi ’’Dell” markalı notebookunu 2021-ci ildə təzə vəziyyətdə almışdır, hal-hazırda qiyməti 2000 manat təşkil edir, gödəkçəsini isə 2022-ci ildə 500 manata almışdır, markası "Lacoste"dir. Şüşənin sındırılması nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Əşyaların qaytarılmasını tələb edir. Şikayətçidir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, özünə məxsus **-TO- *** dövlət nömrə nişanlı Hyundai Elantra markalı avtomaşını vardır. xx.xx.2022-ci il tarixdə də təxminən saat 22 radələrində avtomaşını ilə yaşadığı evə gəlmiş və yaşadığı binanın qarşısında park edərək evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində işə getmək üçün evdən çıxıb yaşadığı binanın həyətinə düşmüş və avtomaşınına yaxınlaşdığı zaman avtomaşının sağ yan şüşəsinin sındırıldığını görmüş və oğurluq baş verdiyini başa düşmüşdür. Buna görə də avtomaşınına baxdığı zaman avtomaşınının qolaltı yerində olan 1 ədəd 100 ABŞ dolları, 1 ədəd 20 manat pulunun və 2 ədəd qol saatının dəqiq markalarını xatırlamadığı qol saatlarının, 2 ədəd poverbank enerji aparatının, 1ədəd qara rəngli gödəkçəsinin oğurlandığını aşkar etmişdir. Buna görə də DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Ona ümumilikdə 900 manat maddi ziyan dəymişdir. Avtomaşınının şüşəsinin sındırılması nəticəsində ona 150 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Şikayətçidir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs6 elan edilmiş ifadəsindən görünür ki, təxminən 2021-ci ilin sonları özünə Mercedes C300 markalı avtomaşın almış və hər gün axşaım evə geri qayıtdıqda yaşadığı binanın qarşısında saxlayır. xx.xx.2022-ci il tarixdə təxminən saat 02 radələrində evə gəlmiş və avtomaşınını yaşadığı binanın qarşısında saxlamışdır. xx.xx.2022-ci il tarixdə 08 radələrində yenidən işə getmək üçün evdən çıxmış və avtomaşınına getmişdir. Bu zaman avtomaşınının ön sol şüşəsinin sındırıldığını görmüş və dərhal avtomaşına yaxınlaşıb baxdıqda avtomaşının içərisinin dağınıq vəziyyətdə olduğunu görmüş və oğurluq hadisəsi baş verdiyini başa düşmüşdür. Bundan sonra DİN-rin 102 xidmətinə zəng etmiş və hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə avtomaşına baxış keçirdiyi zaman məlum olmuşdur ki, avtomaşının içərisində olan güzgüdən asılmış özünə məxsus təxminən 2 qram çəkidə olan qızıl boyunbağı, qol altı saxlanc yerindən isə 220 manat nəğd pulu oğurlanmışdır. Başqa heç nə oğurlanmayıb, qızıl boyunbağını iki il əvvəl Bakı şəhənndən 250 manata almış, ümumilikdə ona 470 manat maddi ziyan dəymişdir. Bundan başqa avtomaşının şüşəsinin sınması nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 2021-ci ilin sonları oğlu Nurlan özünə Mercedes C300 markalı avtomaşın almış və hər gün axşam evə geri qayıtdıqda yaşadığı binanın qarşısında saxlayır. xx.xx.2022-ci il tarixdə təxminən saat 02 radələrində evə gəlmiş və avtomaşınını yaşadığı binanın qarşısında saxlamışdır. xx.xx.2022-ci il tarixdə 08 radələrində oğlu onu binanın həyətinə çağırmış və o həyətə düşdükdə avtomaşının ön sol şüşəsinin sındırıldığını görmüş və ondan nə olduğunu soruşduqda o, avtomaşınından qızıl boyunbağının, qol altı saxlanc yerindən isə 220 manat nəğd pulunun oğurlandığını aşkar etdiyini demişdir. Onlar DİN-nin 102 sidmətinə zəng edərək bu barədə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı qərəzsiz mənbədən daxil olmuş məlumatı rəhbərliyə məruzə etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü xx.xx.2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün əməliyyat qrupunun üzvü 1-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı X9 ilə birikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 17.20 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi Gecəqondu massivi ev 395-in yanında hərəkət etdiyini müşahidə etmişlər və yaxınlaşıb Təqsirləndirilən şəxs tutaraq hərəkətsiz hala gətirmişlər Sonra özlərini təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nin 1ci PB-nə gətirilmişdir. Xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Vəliyev əvvəlcə özünü təqdim etmiş, daha sonra polis əməkdaşları özlərini həmin şəxsə təqdim etmişlər. Sonra təhqiqatçı X11 Kərimova ona hüquq və vəzifələri barədə bildirişi və vəkil təqdim etdikdən sonra üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkilişlə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsini ondan xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm açılan zaman içərisində qəhvəyi rəngli toz halında olan maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan maddənin heroin olduğunu, həmin maddəni saxlanıldığı gün Bakı şəhəri ərazisində, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 25 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin yarım qrama yaxın olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən təzyiq göstərilməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin CA üzrə əməliyyat müvəkkili X6 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə olan ********* saylı cinayət işinə birləşdirilmiş və ********* saylı nömrə altında istintaq davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Gecəqondu massivi, ev 395-in yanında xx.xx.2022-ci il tarixdə saat 17:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-475/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, şəxsi axtarışa başlamadan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim olundu, daha sonra hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt Regional Vəkil bürosunun vəkili X2 təqdim olundu və o etiraz etmədi, eləcə də şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs video çəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmaması soruşuldu və o, heç bir etirazının olmadığını bildirdi. Sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldı, ondan üzərində olan əşyaları təqdim etməyi bildirilərkən Təqsirləndirilən şəxs özü sağ əli ilə əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 1 (bir) ədəd bükümü təqdim etdi. Ondan təqdim etdiyi bükümün içərisində nə olduğu soruşuldu, o, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirdi, həmin şəffaf sellofana bükülmüş 1 (bir) ədəd bükümün içərisinə baxarkən içərisində tünd qəhvəyi rəngdə narkotik vasitəyə bənzər kütlə aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütləni haradan əldə edib, nə məqsədlə üzərində saxlaması suallarına cavab olaraq bildirdi ki, üzərindən aşkar olunmuş narkotik vasitəni bu gün Bakı şəhərində 20 Yanvar metorsunun yanından tanımadığı şəxsdən özü istifadə etmək üçün 25 AZN məbləğə aldığını, aldığı narkotik vasitəni üzərində saxlayaraq istifadə etmək üçün üzərində gəzdirdiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf sellofana bükülmüş 1 (bir) ədəd bükümdəki narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək məqsədi ilə aşkar edilərək götürülmüş kütlə «AOSAİ POJKET SCALE» markalı elektron tərəzi vasitəsi ilə çəkildikdə kütlənin "0,41" olması müəyyən olunaraq «panasonik» markalı video kamera ilə görüntüsü qeydə alındı, Təqsirləndirilən şəxs, aşkar edilərək götürülmüş, içərisində narkotik vasitəyə bənzər kütlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi ücün zərfə qoyularaq qablaşdırıldı və DİN-nin 125 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/6810 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №125” dairəvi möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə..” sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,329 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,279 qram heroin qalıq qalmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixədək etibarlı olan müvəqqəti şəxsiyyət vəsiqəsi verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları Şahid2, Nihad Rəhimovun və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil bürosunun vəkili X1 iştirakları ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd şəffaf sellofan bükümü təqdim etdi. Həmin büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin heroin olduğunu, həmin narkotik vasitəni bu gün səhər radələrində Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 25 manata aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qəhvəyi rəngli spesifik iyə malik olan kütlə üzərində olan sellofan büküm ilə birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin kütlənin çəkisinin 0,41 qram olduğu müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alındı. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X8 tərəfindən müvafiq qaydada qablaşdırıldı və Azərbaycan Respublikası DİN-nin 125 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma barədə” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,329 qram heroin maddi sübut kimi tanınmış və kağız paketə qablaşdırılmış tədqiqatdan sonra qalıq qalmış 0,279 qram heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmiş və təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi CM-nin 177.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinə birləşdirilmiş və ********* saylı nömrə altında istintaq davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və istintaq edilməsi üçün icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinə birləşdirilmiş və ********* saylı nömrə altında istintaq davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 234.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə olan ********* saylı cinayət işinə birləşdirilmiş və ********* saylı nömrə altında istintaq davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.2, 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinə birləşdirilmiş və ********* saylı nömrə altında istintaq davam etdirilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/6416 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində 4 il əvvəl alınmış qəhvəyi rəngli süni dəri materiallı pul kisəsi orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 5.00 manat, bir dəfə istifadə edilmiş 150 ml həcmli "Blue de Chanel Parfum" orijinal kişi ətiri 300,00 manat, 1 il əvvəl 280 manata alınmış İPHONE markalı qulaqcıq orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 120,00 manat olmaqla 3 adda malların 2022-ci ilin avqust ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 425.00 manat müəyyən olunur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7189 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, qərarda göstərilən 01 ədəd Xiaomi markalı, Mi A2 model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 125.00 (yüz iyirmi beş) manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən zaman müəyyən olundu ki, həmin diskin yaddaşında ikdə 02 ədəd videofayl vardır. Fayllara baxış keçirilərkən müəyyən oldu ki, xx.xx.2022-ci il tarixdə saat 04.20-də ünvan 6 ünvanda yerləşən avtomobilə bir nəfər kişi cinsindən olan şəxs yaxınlaşıb avtomobildən götürdüyü əşyanı gödəkçəyə bükərək oranı tərk edir. Baxış vaxtı Təqsirləndirilən şəxs qeyd etdi ki, həmin avtomobilin arxa qapısının şüşəsini özündə olan elektrik şamı ilə sındırıb avtomobilin salonundan bir ədəd “DELL” markalı noutbuku və gödəkçəni oğurlayaraq hadisə yerini tərk edir. Həmin şəxsin onun özünün olduğunu bildirdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanının qarşısında, Zərərçəkmiş şəxs3 məxsus "Hyundai" markalı, **- CU-*** d.n.n-lı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTl-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl əskləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-199/2021 saylı, 18.058.2021-ci il tarixli hökmü iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)- 158/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-199/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək onun azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 01 il 02 ay 17 gün hissəsi 6 ay azaldılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)- 778/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzasının çəkilməmiş 01 ay 11 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/315 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin oktyabr-noyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur:
1. Zərərçəkmiş şəxs Şahid1 məxsus 1 ədəd 2,1 qram çəkidə olan qızıl boyunbağının əyan barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı.
2. Zərərçəkmiş şəxs4 məxsus mallar (fotoşəkillərə əsasən): - 1 ədəd qara rəngli 5000 mAh poverbank-15,0 manat - 1 ədəd ağ rəngli “Redmi” markalı 20000 mAh poverbank-50,0 - 1 ədəd qara rəngli uzunqol gödəkçə 20.0 manat - 2 ədəd qol saatları tədqiqata təqdim edilmədən qiymətləndirmə aparmaq mümkün deyil.
3. Zərərçəkmiş şəxs5 məxsus mallar (fotoşəkillərə əsasən): - 2022-ci ildə alınmış "Lacoste" firmasına məxsus 1 ədəd kişi gödəkçəsi haqqında kifayət qədər məlumat (materialı, istismar müddəti, əmtəə görünüşü, ölçüsü və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı; -1 ədəd “Dell” markalı notebook haqqında kifayət qədər məlumat (modeli, istehsal yeri, istehsal ili, əmtəə görünüşü, texniki göstəriciləri və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-77/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 17 mart 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 768 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidilərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoioji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 1 sayı MKS tərəfindən verilmiş 958 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.
1. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və zərərçəkmiş şəxslərə dəymiş ziyanla bağlı iş üzrə mülki iddiaçı qismində tanınmaq hüquqlarının olması izah olunmuş, Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 177.2.3-1-ci və 326-cı maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət işi başlanması rədd edilmiş, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 925 manat, Zərərçəkmiş şəxs2 975 manat, Zərərçəkmiş şəxs3 İmran oğluna 3020 manat, Zərərçəkmiş şəxs5 2500 manat, Zərərçəkmiş şəxs4 745 manat, Zərərçəkmiş şəxs6 470 manat müəyyən maddi ziyan dəyməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar oluraq götürülmüş 0.329 qram kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroin maddi sübut kimi tanınması, tədqiqatdan sonra qalıq qalmış 0.279 qram kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R, Bakı şəhəri Nərimanov və Xətai rayonları ərazisində oğurluq etməsini əks etdirən videogörüntülər olan DVD disklər maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əkavə edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs oğurladığı əmlakları satdığı şəxslərin əməllərində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-99/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 gün müddətinə uzadılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənilməyib. Bundan şikayətçidir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənilməyib. Bundan şikayətçidir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənilməyib. Ondan şikayətçidir. İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənilməyib. Şikayətçidir. İş materiallarında olan Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməyib. Əşyaların qaytarılmasını tələb edir. Nəzərə alınmasını xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək onun azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 01 il 02 ay 17 gün hissəsi 6 ay azaldılmış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə növündə cəzasının çəkilməmiş 01 ay 11 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi, məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi onun əvvəlki cinayətə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının məhkumun tərbiyələndirilməsinə, yeni cinayətin törədilməsindən çəkinməsi məqsədinə nail olunmadığını göstərir və o, islah olunmadığına və hazırda cinayətin residivi hesab edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyəri 55 (əlli beş) və 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,279 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)- 404/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 498 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyəri 55 (əlli beş) və 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,279 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zaur Hacıyev