Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-405/2022 14.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 29, mənzil 24-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, 12B saylı binanın qarşısına gələrək sonuncunun istifadəsində olan həyətdə saxladığı Mercedes Benz 190 markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan qapısının şüşəsini özü ilə gətirdiyi vint açarla sındırıb salona daxil olaraq avtomobilə quraşdırılmış 150 manat dəyərində 01 ədəd “Pioneer-7150” markalı avtomaqnitolanı gizli talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 150 (yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədi xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 1 ünvanının qarşısına gələrək sonuncuya məxsus həyətdə saxladığı Mercedes Benz C180 markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan qapısının şüşəsini özü ilə gətirdiyi vint açarla sındırıb salona daxil olaraq avtomobilə quraşdırılmış 150 manat dəyərində 01 ədəd “Pioneer-7150” markalı avtomaqnitolanı gizli talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 150 (yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədi xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 2 ünvanının qarşısına gələrək sonuncunun istifadəsində olan həyətdə saxladığı Mercedes Benz C230 markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan qapısının şüşəsini özü ilə gətirdiyi vint açarla sındırıb salona daxil olaraq avtomobilə quraşdırılmış 150 manat dəyərində 01 ədəd “Pioneer-7150” markalı avtomaqnitolanı gizli talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 150 (yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədi xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs4 Maarif oğlunun yaşadığı ünvan 3 ünvanının qarşısına gələrək sonuncunun istifadəsində olan həyətdə saxladığı VAZ 21144 markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan qapısının şüşəsini özü ilə gətirdiyi vint açarla çıxardıb salona daxil olaraq avtomobilə quraşdırılmış 160 manat dəyərində 01 ədəd “Pioneer-7050 bt” markalı avtomaqnitolanı və 75 manat nağd pulu gizli talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 235 (iki yüz otuz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədi xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı ünvan 4 ünvanının qarşısına gələrək sonuncuya məxsus həyətdə saxladığı Mercedes Benz C240 markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan qapısının şüşəsini özü ilə gətirdiyi vint açarla sındırıb salona daxil olaraq avtomobilə quraşdırılmış 160 manat dəyərində 01 ədəd “Pioneer-7950BT” markalı avtomaqnitolanı gizli talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 160 (yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir yerdə işləmir. 2021-ci ilin sentyabr ayının sonlarında uzun müddətdən bəri siqaret almağa və xərcləməyə pul tapa bilmədiyi üçün pul əldə etmək məqsədi ilə gecə saatlarında Sumqayıt şəhəri ərazisində gəzişərək avtomobillərdən gizlincə maqnitofon oğurlayıb satmaq qərarına gəlmişdir. Bu məqsədlə 12 oktyabr 2021-ci il tarixdə, gecə saat 02 radələrində yaşadığı mənzili tərk edib Sumqayıt şəhəri ərazisində gəzişməyə başlamışdır. Evdən çıxarkən fürsət düşərsə oğurluq edəcəyi avtomobilin salonundan maqnitofonu zədələmədən sökmək üçün özü ilə vintaçan götürüb şalvarının cibinə qoymuşdur. 12 oktyabr 2021-ci il tarixdə gecə saat 04 radələrində Sumqayıt şəhəri, 12-ci mikrorayon, 12B saylı yaşayış binasının qarşısında dayanmış yaşıl rəngli, Mercedes Benz 190 markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil diqqətini cəlb etmişdir. Bir neçə dəqiqə ətafı diqqətlə izləyib binanın həyətində hər hansı şəxsin olmadığını tam yəqin etdikdən sonra sakitcə Mercedes Benz 190 markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır. Avtomobilə yaxınlaşdıqdan sonra cəld avtomobilin salonuna göz gəzdirərək salonda «Pioneer» markalı maqnitofonun quraşdırıldığını görüb bir daha ətrafa boylanmış və ətrafda hər hansı şəxsin olmadığına əmin olduqdan sonra cibindən vintaçanı çıxarıb avtomobilin arxa sol yan üçbucaq formalı şüşəsini sındırmışdır. Sonra həmin şüşədən əlini içəri salaraq əvvəlcə avtomobilin arxa sol yan qapısını, daha sonra isə qabaq sol yan qapısını açmışdır. Cəld avtomobilin salonuna daxil olaraq vintaçanla sürət qutusunun ön tərəfində quraşdırılmış «Pioneer» markalı maqnitofonu söküb götürmüş və sakitcə oradan uzaqlaşıb yaşadığı evə qayıtmışdır. 12 oktyabr 2021-ci il tarixdə səhər saatlarında yuxudan qalxdıqdan sonra oğurladığı həmin maqnitofonun satışı ilə bağlı «Tap.az» saytında uydurma ad altında elan yerləşdirmiş və müştəri tapdıqdan sonra həmin gün Bakı şəhərinə gedib maqnitofonu tanımadığı şəxsə 90 (doxsan) manata satmışdır. İki-üç gün ərzində əldə etdiyi 90 (doxsan) manat məbləğində pulu öz ehtiyaclarına xərcləyib qurtardırqdan sonra heç kəsin ondan şübhələnmədiyini görüb yenidən eyni üsulla oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 16 oktyabr 2021-ci il tarixdə gecə saat 02 radələrində Sumqayıt şəhəri, 48-ci məhəllədə gəzişərkən 3 saylı binanın qarşısında tünd göy rəngli Mercedes Benz C180 markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil diqqətini cəlb etmişdir. Bir iki dəqiqə ətrafı müşahidə edib sakitlik olduğunu yəqin etdikdən sonra sakitcə həmin avtomobilə yaxınlaşıb cibində gəzdirdiyi vintaçanla zərbə vurmaqla avtomobilin qabaq sol yan şüşəsini sındırmışdır. Bundan sonra qapını açıb sükan arxasına keçərək cəld vintaçanla sürət qutusunun ön tərəfində quraşdırılmış «Pioneer» markalı maqnitofonu söküb götürmüşdür. 10-15 saniyə ətrafa göz gəzdirib binanın həyətində hər hansı şəxsin olmadığını yəqin etdikdən sonra avtomobildən uzaqlaşıb yaşadığı ünvana qayıtmışdır. Oğurladığı maqnitofonun satışı ilə bağlı həmin gün, səhər saatlarında hazırda xatırlamadığı internet saytında elan yerləşdirmişdir. Elə həmin ərəfələrdə Sumqayıt şəhərində Mercedes Benz C180 markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan söküb oğurladığı «Pioneer» markalı maqnitofonu tanımadığı şəxsə 80 (səksən) manata satmışdır. Əldə etdiyi pulu öz ehtiyaclarına sərf edib xərcləmişdir. 19 oktyabr 2021-ci il tarixdə, gecə saat 03 radələrində pul əldə etmək üçün yenidən maqnitofon oğurlamaq məqsədi ilə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində gəzişərkən 4 saylı binanın qarşısında Mercedes Benz C230 markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil diqqətini cəlb etmişdir. 3-4 dəqiqə ərazini müşahidə etmiş və tam sakitlik olduğunu görüb həmin avtomobilə yaxınlaşaraq cibində gəzdirdiyi vintaçanla vurub avtomobilin qabaq sol yan şüşəsini sındırmışdır. Sonra vintaçanla sürət qutusunun ön tərəfində quraşdırılmış «Pioneer» markalı maqnitofonu səliqə ilə söküb götürərək cəld oradan uzaqlaşmışdır. Oğurladığı həmin maqnitofonun satışı ilə bağlı «Tap.az» və ya «Lalafo.az» saytında uydurma ad altında elan yerləşdirərək maqnitofonu tanımadığı şəxsə təxminən 100 (bir yüz) manata satmışdır. 23 oktyabr 2021-ci il tarixdə, gecə saat 03 radələrində yenidən oğurluq etmək məqsədi ilə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində gəzişərkən 22 saylı binanın qarşısında VAZ-21014 markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görüb həmişəki kimi bir neçə dəqiqə ətrafı müşahidə etdikdən sonra həmin avtomobilə yaxınlaşmışdır. Cəld bir şəkildə vintaçanla vurub avtomobilin arxa sol yan şüşəsini sındıraraq qapını açmışdır. Avtomobilin salonundan vinaçantanla «Pioneer» markalı maqnitofonu sökmək istəyən zaman sürət qutusunun yanında 75 (yetmiş beş) manat pul aşkar edib götürmüşdür. «Pioneer» markalı maqnitofonu vintaçanla söküb götürdükdən sonra sakitcə oradan aralanıb uzaqlaşmışdır. Oğurladığı maqnitofonu həmin ərəfələrlə internet vasitəsilə tanımadığı şəxsə təxminən 80 və ya 90 manata satıb əldə etdiyi pulu öz ehtiyaclarına sərf edərək xərcləmişdir. Pul əldə etmək məqsədi ilə yenidən maqnitofon oğurlamaq məqsədi ilə 25 oktyabr 2021-ci il tarixdə, gecə saat 03 radələrində Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində gəzişərkən 5 saylı binanın qarşısında dayanmış Mercedes Benz 240 markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil diqqətini cəlb etmişdir. Ehtiyat üçün həmişə olduğu kimi bir neçə dəqiqə ətrafa göz gəzdirdikdən sonra həmin avtomobilə yaxınlaşıb vintaçanla avtomobilin ön sol yan şüşəsini vurub sındırmışdır. Sonra avtmobilin sürət qutusunun ön tərəfində quraşdırılmış “Pioneer” markalı maqnitofonu vintaçanla söküb götürərək cəld oradan uzaqlaşmışdır. Həmin maqnitofonu da internet vasitəsilə tapdığı müştəriyə təxminən 80 (səksən) manata satıb əldə etdiyi pula özü üçün siqaret, pivə və digər bu kimi şeylər almışdır. 23 sentyabr 2021-ci il tarixdə, gecə saatlarında Sumqayıt şəhəri, 12ci mikrorayon ərazisində «Mercedes» markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin, habelə 07 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində «Niva» markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan maqnitofon oğurladığına görə Sumqayıt şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 30 (otuz) gün müddətinə inzibati həbs olunmuşdur. Əməlindən peşmandır. Bir daha oğurluq etməyəcəkdir. Hazır ki, cinayət işi və barəsində məhkəmənin icraatinda olan digər cinayət işi üzrə bütün ziyanları ödəmiş, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətləri yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə, zərərçəkmiş və şahid ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilir. İş üzrə Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 12B, mənzil 79-da qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Onun özünə məxsus Mercedes Benz 190 markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobil qeydiyyat şəhadətnaməsi ilə onun adına olmasa da avtomobil faktiki olaraq ona məxsusdur və həmin avtomobili etibarnamə ilə idarə edir. Avtomobil saxlamaq üçün qarajı olmadığı üçün avtomobilini adətən yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, 12B saylı binanın qarşısında açıq havada saxlayır. 11 oktyabr 2021-ci il tarixdə, saat 22 radələrində mağazadan ərzaq alıb idarə etdiyi avtomobillə yaşadığı ünvana qayıtmışdır. Həmişəki kimi avtomobili yaşadığı 12B saylı binanın qarşısında saxlayıb qapılarını kilidləyərək mənzilə qalxmışdır. Yorğun olduğu üçün yemək yedikdən sonra yataq otağına keçib yatmışdır. Növbəti gün, yəni 12 oktyabr 2021-ci il tarixdə, səhər saat 10 radələrində mənzili tərk edib həyətə düşərək avtomobilinə yaxınlaşan zaman avtomobilin arxa sol yan üçbucaq formalı şüşəsinin sındırıldığını görüb həyəcanlanaraq cəld avtomobilin qapısını açıb salona baxmışdır. Bu zaman avtomobilin salonunda sürət qutusunun ön tərəfində quraşdırılmış “Pioneer-7150” markalı avtomaqnitolanın sökülərək oğurlandığını aşkar etmişdir. Bu səbəbdən narahat olaraq həyəcanlanmış və ***-***-**-** nömrəli mobil telefonu ilə Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Həmçinin hadisə barədə onunla bir ünvanda yaşayan atası Şahid xəbər vermişdir. Bir neçə dəqiqə sonra Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları hadisə yerinə gəlib onun iştirakı ilə hadisə yerinə və avtomobilə baxış keçirərək sənədləşdirmə aparıb onu izahat vermək üçün atası ilə birlikdə həmin bölməyə dəvət etmişlər. Etiraz etməyib Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə gedərək hadisə ilə bağlı izahat vermişdir. Atası Şahid isə hadisə ilə bağlı tədbir görülməsi üçün ərizə yazaraq həmin bölməyə təqdim etmişdir. Bir neçə gün qonşulardan həmin gecə həyətdə yad adam və ya özünü şübhəli aparan hər hansı şəxs görüb-görmədiklərini soruşub maraqlanmış, lakin ona məxsus avtomobildən avtomaqnitolanı oğurlamış şəxsi tapa bilməmişdir. 2021-ci ilin dekabr ayında Sumqayıt şəhər polis idarəsinə dəvət olunduqda ona məlum olmuşdur ki, 12 oktyabr 2021-ci il tarixdə, gecə saatlarında ona məxsus avtomobilin salonundan avtomaqnitolanı Sumqayıt şəhər sakini Eldar adlı şəxs oğurlamışdır. Həmin şəxsi əvvəllər tanımamış, onunla heç bir ədavət və ziddiyyəti olmamışdır. “Pioneer-7150” markalı avtomaqnitoladan başqa ona məxsus avtomobildən digər hər hansı əmlak və ya predmet oğurlanmamışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 dekabr 2021-ci il tarixli, 9/8150 nömrəli rəyinə əsasən ona məxsus avtomobilin salonundan oğurlanmış bir ədəd «Pioneer-7150» markalı avtomaqnitolanın orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiymətinin nəzəri qaydada təxminən 150 manat məbləğində müəyyən edilməsi ilə tam razıdır, bununla bağlı heç bir vəsatəti, şikayəti və etirazı yoxdur. Hadisədən bir neçə gün sonra 40 (qırx) manat məbləğində xərc çəkib avtomobilinin arxa sol yan üçbucaq formalı şüşəsini yenisi ilə əvəz etmişdir. Həmin şüşənin sındırılması nəticəsində ona 40 (qırx) manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, ünvan 1, mənzil 67-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Şəxsi mülkiyyətində Mercedes Benz C180 markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Avtomobil saxlamaq üçün qarajı olmadığı üçün avtomobilini adətən yaşadığı Sumqayıt şəhəri, 48ci məhəllə, 3 saylı binanın qarşısında açıq havada saxlayır. 15 oktyabr 2021-ci il tarixdə, saat 23 radələrində yaşadığı ünvana qayıtdıqdan sonra həmişə olduğu kimi avtomobili yaşadığı binanın qarşısında saxlayıb qapılarını kilidləyərək siqaret çəkdikdən sonra yaşadığı mənzilə qalxmışdır. Növbəti gün, yəni 16 oktyabr 2021-ci il tarixdə, səhər saat 10:30 radələrində ərzaq almaq məqsədi ilə mağazaya getmək üçün mənzili tərk edib həyətə düşərək avtomobilinə yaxınlaşmışdır. Bu zaman avtomobilin qabaq sol yan şüşəsinin sındırıldığını və avtomobilin salonunda sürət qutusunun ön tərəfində quraşdırılmış “Pioneer-7150” markalı avtomaqnitolanın sökülərək oğurlandığını aşkar etmişdir. Dərhal ***-***-**-** nömrəli mobil telefonu ilə Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Sonra həyətdə rastlaşdığı qonşulardan yaxınlıqda və ətrafda özünü şübhəli aparan hər hansı şəxsi görüb-görmədiklərini soruşmuş, lakin hadisəni kimin törətməsini aydınlaşdıra bilməmişdir. Bir neçə dəqiqə sonra Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları hadisə yerinə gəlib onun iştirakı ilə hadisə yerinə, o cümlədən avtomobilə baxış keçirərək sənədləşdirmə aparmış və onu izahat vermək üçün həmin bölməyə dəvət etmişlər. Etiraz etməyib Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə gedib hadisə ilə bağlı ərizə yazaraq izahat vermişdir. 2021-ci ilin dekabr ayında Sumqayıt şəhər polis idarəsinə dəvət olunduqda ona məlum olmuşdur ki, 16 oktyabr 2021-ci il tarixdə gecə saatlarında ona məxsus avtomobilin salonundan avtomaqnitolanı Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Həmin şəxsi əvvəllər tanımamış, onunla heç bir ədavət və ziddiyyəti olmamışdır. “Pioneer-7150” markalı avtomaqnitoladan başqa ona məxsus avtomobildən heç bir əmlak və ya predmet oğurlanmamışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 noyabr 2021-ci il tarixli, 9/7980 nömrəli rəyinə əsasən ona məxsus avtomobilin salonundan oğurlanmış bir ədəd «Pioneer-7150» markalı avtomaqnitolanın orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiymətinin nəzəri qaydada təxminən 150 manat məbləğində müəyyən edilməsi ilə tam razıdır, bununla bağlı heç bir vəsatəti, şikayəti və etirazı yoxdur. Hadisədən bir müddət sonra 45 (qırx beş) manat məbləğində xərc çəkib avtomobilinin qabaq sol yan şüşəsini yenisi ilə əvəz etmişdir. Həmin şüşənin sındırılması nəticəsində ona 45 (qırx beş) manat məbləğində maddi ziyan vurulmuşdur.Ona dəymiş ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Neftçala rayonu, Tatarməhlə kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə ünvan 2, mənzil 46-da yaşayır. Onun özünə məxsus Mercedes Benz C230 markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobil qeydiyyat şəhadətnaməsi ilə onun adına olmasa da faktiki olaraq ona məxsusdur, avtomobili etibarnamə əsasında idarə edir. Avtomobil saxlamaq üçün qarajı olmadığı üçün avtomobilini adətən yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, 4 saylı binanın qarşısında açıq havada saxlayır. 18 oktyabr 2021-ci il tarixdə, saat 22 radələrində evə qayıtdıqdan sonra adətən olduğu kimi avtomobili yaşadığı binanın qarşısında saxlayıb qapılarını kilidləmişdir. Yaxınlıqda yerləşən mağazadan çörək alıb yaşadığı mənzilə qalxmış və şam yeməyi yedikdən sonra yatmışdır. Növbəti gün, yəni 19 oktyabr 2021-ci il tarixdə, saat 08 radələrində həyətə düşmüşdür. Həyətdə avtomobilinə yaxınlaşan zaman qabaq sol yan şüşəsinin sındırıldığını və avtomobilin salonunda sürət qutusunun ön tərəfində quraşdırılmış “Pioneer-7150” markalı avtomaqnitolanın sökülərək oğurlandığını aşkar etmişdir. Dərhal ***-***-**-** nömrəli mobil telefonu ilə Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Təxminən 15-20 dəqiqə sonra Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları hadisə yerinə gəlib onun iştirakı ilə hadisə yerinə, o cümlədən avtomobilə baxış keçirərək sənədləşdirmə aparıb onu izahat vermək üçün həmin bölməyə dəvət etmişlər. Elə həmin gün Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə gedib hadisə ilə bağlı ərizə yazıraq izahat vermişdir. 2021-ci ilin dekabr ayında Sumqayıt şəhər polis idarəsinə dəvət olunduqda ona məlum olmuşdur ki, 19 oktyabr 2021-ci il tarixdə, gecə saatlarında ona məxsus avtomobilin salonundan avtomaqnitolanı Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Həmin şəxslə heç bir əlaqə və münasibəti olmamışdır. “Pioneer-7150” markalı avtomaqnitoladan başqa ona məxsus avtomobildən digər hər hansı əmlak və ya predmet oğurlanmamışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 noyabr 2021-ci il tarixli, 9/7977 nömrəli rəyinə əsasən ona məxsus bir ədəd «Pioneer-7150» markalı avtomaqnitolanın orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiymətinin nəzəri qaydada təxminən 150 manat məbləğində müəyyən edilməsi ilə tam razıdır, bununla bağlı heç bir vəsatəti, şikayəti və etirazı yoxdur. Hadisədən bir müddət sonra 60 (altmış) manat məbləğində xərc çəkib avtomobilinin qabaq sol yan şüşəsini yenisi ilə əvəz etmişdir. Həmin şüşənin sındırılması nəticəsində ona 60 (altmış) manat məbləğində maddi ziyan vurulmuşdur. Ona dəymiş ziyan ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs4 Maarif oğlu ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs4 Maarif oğlu ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3, mənzil 40-da qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Onun özünə məxsus VAZ-21014 markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili o, atası Marif Ağakişiyevin adına sənədləşdirmiş, avtomobili etibarnamə ilə idarə edir. Avtomobil saxlamaq üçün qarajı olmadığına görə avtomobilini adətən yaşadığı binanın qarşısında açıq havada saxlayır. 22 oktyabr 2021-ci il tarixdə, axşam saat 20 radələrində idarə etdiyi VAZ-21014 markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt Dənizkənarı Bulvarına getmişdir. Təxminən iki saat bulvarda gəzişdikdən sonra mağazadan ərzaq alıb idarə etdiyi VAZ-21014 markalı, **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə evə qayıtmışdır. Avtomobili həmişəki kimi yaşadığı binanın qarşısında saxlayıb qapılarını kilidləyərək mənzilə qalxmış və bir müddət televizora baxıb istirahət etdikdən sonra yatmışdır. Növbəti gün, yəni 23 oktyabr 2021-ci il tarixdə səhər saat 08 radələrində yuxudan qalxıb mağazadan çörək almaq üçün həyətə düşmüşdür. Həyətdə avtomobilinə yaxınlaşan zaman arxa sol yan şüşəsinin sındırıldığını və avtomobilin salonunda sürət qutusunun ön tərəfində quraşdırılmış “Pioneer-7050” markalı avtomaqnitolanın sökülərək oğurlandığını aşkar etmişdir. Əvvəlcə həyəcanlanaraq özünü itirib nə edəcəyini bilməmiş, lakin bir anlıq polisə məlumat vermək lazım olduğunu düşünüb cəld mobil telefonu ilə Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Avtomobilin salonuna diqqətlə göz gəzdirdikdə sürət qutusunun yanına qoyduğu bir ədəd 50 manatlıq, bir ədəd 20 manatlıq və bir ədəd 5 manatlıq əskinaslardan ibarət 75 (yetmiş beş) manat məbləğində pulunun da oğurlandığını aşkar etmişdir. Təxminən 10-15 dəqiqə sonra Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları hadisə yerinə gəlib onun iştirakı ilə hadisə yerinə, habelə avtomobilə baxış keçirərək sənədləşdirmə aparmış və izahat vermək üçün onu həmin bölməyə dəvət etmişlər. Yubanmadan Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə gedib hadisə ilə bağlı ərizə yazaraq izahat vermişdir. 2021-ci ilin dekabr ayında Sumqayıt şəhər polis idarəsinə dəvət olunduqda ona məlum olmuşdur ki, 19 oktyabr 2021-ci il tarixdə, gecə saatlarında ona məxsus avtomobilin salonundan 70 manat pulunu və avtomaqnitolanı Sumqayıt şəhər sakini Eldar adlı şəxs oğurlamışdır. “Pioneer-7050” markalı avtomaqnitola və 75 manat məbləğində pul vəsaitindən başqa ona məxsus avtomobildən digər hər hansı əmlak və ya predmet oğurlanmamışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 noyabr 2021-ci il tarixli, 9/7979 nömrəli rəyinə əsasən ona məxsus bir ədəd «Pioneer-7050 bt» markalı avtomaqnitolanın orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiymətinin nəzəri qaydada təxminən 160 manat məbləğində müəyyən edilməsi ilə tam razıdır. Bununla əlaqədar heç bir vəsatəti, şikayəti və etirazı yoxdur. Hadisədən bir müddət sonra o, 50 (əlli) manat məbləğində xərc çəkib avtomobilin qabaq sol yan şüşəsini yenisi ilə əvəz etmişdir. Həmin şüşənin sındırılması nəticəsində ona 50 (əlli) manat məbləğində maddi ziyan vurulmuşdur. İş üzrə Zərərçəkmiş şəxs5 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs5 ibtidai istintaqda verdiyi elan edilmiş ifadəsindən görünür ki, ünvan 4, mənzil 22-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Şəxsi mülkiyyətində Mercedes Benz 240 markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Avtomobil saxlamaq üçün qarajı yoxdur. Bu səbəbdən avtomobilini adətən yaşadığı Sumqayıt şəhəri, 11-ci mikrorayon, 5 saylı binanın qarşısında açıq havada saxlayır. 24 oktyabr 2021-ci il tarixdə, saat 23 radələrində evə qayıtdıqdan sonra həmişə olduğu kimi avtomobili yaşadığı binanın qarşısında saxlayıb qapılarını kilidləmişdir. Bir neçə dəqiqə həyətdə gəzişdikdən sonra mənzilə qalxıb yatmışdır. 25 oktyabr 2021-ci il tarixdə, saat 06 radələrində şəxsi işi ilə əlaqədar Bakı şəhərinə getmək üçün həyətə düşmüşdür. Həyətdə avtomobilinə yaxınlaşan zaman qabaq sol yan şüşəsinin sındırıldığını və avtomobilin salonunda sürət qutusunun ön tərəfində quraşdırılmış “Pioneer-7950” markalı avtomaqnitolanın sökülərək oğurlandığını aşkar etmişdir. Dərhal ***-***-**- ** nömrəli mobil telefonu ilə Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Təxminən 20 dəqiqə sonra Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları hadisə yerinə gəlib onun iştirakı ilə hadisə yerinə, eləcə də avtomobilə baxış keçirərək sənədləşdirmə aparıb onu izahat vermək üçün həmin bölməyə dəvət etmişlər. Elə həmin gün Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə gedib hadisə ilə bağlı ərizə yazaraq izahat vermişdir. 2021-ci ilin dekabr ayında Sumqayıt şəhər polis idarəsinə dəvət olunduqda ona məlum olmuşdur ki, 25 oktyabr 2021-ci il tarixdə, gecə saatlarında ona məxsus avtomobilin salonundan avtomaqnitolanı Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Həmin şəxslə heç bir ədavəti, habelə əlaqə və münasibəti olmamışdır. “Pioneer-7950” markalı avtomaqnitoladan başqa ona məxsus avtomobildən digər hər hansı əmlak və ya predmet oğurlanmamışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 noyabr 2021-ci il tarixli, 9/7978 nömrəli rəyinə əsasən ona məxsus bir ədəd «Pioneer-7950BT» markalı avtomaqnitolanın orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiymətinin nəzəri qaydada təxminən 160 manat məbləğində müəyyən edilməsi ilə tam razıdır, bununla bağlı heç bir vəsatəti, şikayəti və etirazı yoxdur. Hadisədən bir müddət sonra 60 (altmış) manat məbləğində xərc çəkib avtomobilin qabaq sol yan şüşəsini yenisi ilə əvəz etmişdir. Həmin şüşənin sındırılması nəticəsində ona 60 (altmış) manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid, Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 dekabr 2021-ci il tarixli, 9/8150 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd «Pioneer-7150» markalı avtomaqnitolanın orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 150 manat müəyyən olunur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 noyabr 2021-ci il tarixli, 9/7980 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd «Pioneer-7150» markalı avtomaqnitolanın orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 150 manat müəyyən olunur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 noyabr 2021-ci il tarixli, 9/7977 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd ədəd «Pioneer-7150» markalı avtomaqnitolanın orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 150 manat müəyyən olunur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 noyabr 2021-ci il tarixli, 9/7979 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd «Pioneer-7050 bt» markalı avtomaqnitolanın orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 160 manat müəyyən olunur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 noyabr 2021-ci il tarixli, 9/7978 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd «Pioneer-7950BT» markalı avtomaqnitolanın orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 160 manat müəyyən olunur. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə, barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutlar təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsini təsdiq edir. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmaması və əməlindən peşman olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, o islah olunması üçün cəmiyyətdən təcrid edilməlidir, ona görə də, ona cəzasını yüngülləşdirən hal nəzərə alınmaqla təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 250 (iki yüz əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 10 (on) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 14 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 60 (altmış) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-405/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-405/2022
14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver