Məhkəmə qərarları › İş №1(060)-405/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-405/2023

02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-405/2023 02.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,670 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 16 fevral 2023-cü il tarixdə saat 15:10 radələrində Sumqayıt ŞPİ-nin X1 əməkdaşları tərəfindən narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə əlaqədar keçirilmiş əməhyyat-axianş tədbirləri zamanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Çərkər Qurbanov küçəsi, 2/7-8 saylı fərdi yaşayış evinin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibatı oinasına gətirilmiş və Sumqayıt ŞPİ-də onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 01 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş, təmiz çəkisi 0,670 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvələr məhkum olunmamışdır. ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Narkotik vasitələrdən və psixotrop maddələrdən təxminən 5-6 aya yaxındır istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almaq qərarına gəlmiş, polis əməkdaşları tərəfindən saxlanıldığı gün yəni, 16 fevral 2023cü il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 20 (iyirmi) manat dəyərində 01 (bir) ədəd bükümdə narkotik vasitə heroin və 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin alıb üzərində saxlamışdır. 16 fevral 2023-cü il tarixdə təxminən saat 15:10 radələrində yaşadığı ünvan 2 ünvanının yaxınlığında olan zaman bir neçə şəxs ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onu narkotik vasitəni üzərində daşımağında, gəzdirməyində şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Etiraz etməmiş, onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqda ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuşdur. Əynindəki şalvarının sağ arxa cibindən özünə məxsus 01 (bir) ədəd bükümdə narkotik vasitə leroini və 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən 01 (bir) ədəd bükümdə narkotik vasitə heroindən və 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüçdür. Polis idarəsində ona qarşı hər hansı fiziki yə ya psixi təsir göstərilməmiş, üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə maddə narkotik vasitə heroin, 01 (bir) ədəd bükümdə maddə isə psixotrop maddə metamfetamin ona məxsus olmuş, həmin kütlələri istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin yalnız istifadəçisi olmuş, satışı ilə heç vaxt məşğul olmamışdır. Əməlindən peşman olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbulu, üzərində gəzdirməsi və saxlaması ilə məşğul olması barədə qərəzsiz mənbədən şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat bölmə rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 16 fevral 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda onunla bərabər, bölmənin əməliyyat müvəkkilləri Şərail Quluyev və Şahid2 iştirak etmişdir. Bölmə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 15:10 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürülmüş, bir qədər sonra onu yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi yaşadığı ev 2/7-8 saylı fərdi evin yaxınlığında piyada hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış, Gülnarəyə yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirmişlər. Sonra özlərini ona təqdim etmiş, üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə onunla Sumqayıt ŞPİ-ə aparılacağını ona bildirmişlər. Bundan sonra Gülnarə müqavimət göstərmədən onlarla avtomobilə mindikdən sonra Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmişdir. Polis İdarəsində Təqsirləndirilən şəxs təhqiqatçı Səadət Qənbərov tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın gedişatı videokamera ilə çəkilmiş, şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə onu könüllü sürətdə verməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın arxa sağ cibində saxlamış olduğu 02 (iki) ədəd gümüşü rəngli kağızında olan bükümü təqdim etmiş, həmin bükümlər sonradan elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. İstintaq hərəkətinin davamında Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinə bənzər və psixotrop maddə olan metamfetaminə bənzər kütlələri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində tanımadığı şəxsdən 20 (iyirmi) manata alıb öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qızının narkotik vasitə və psixotrop maddəni aşkar etdiyi şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tərdbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı X5 da Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 15:10 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, 2/7-8 nömrəli evin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gəlirilmiş və idarədə xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videoçəkiliş aparılmaqla sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs təhqiqatçı Səadət Qənbərov özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib saxlanılmasının səbəbini bildirir. Təqsirləndirilən şəxs da özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl Səadət Qənbərov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili İsməli Kazımov təqdim olunur. O, hüquq və vəzifələri ilə tanış olub, vəkilinə etiraz etmir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O da əynində olan qara rəngli şalvarın arxa sağ cibində saxlamış olduğu 02 (iki) ədəd gümüşü rəngli kağıza bükülmüş 02 (iki) ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin gümüşü rəngli kağıza bükülmüş büküm içərisindən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər maddələrin olduğu müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, narkotik vasitələrin istifadəçisidir, ondan aşkar olunan bükümlərdən qəhvəyi rəngli kütlə “kakos” ağ rəngli kristal şəkilli maddə “Patıd”dır. Həmin narkotik vasitəni Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində tanımadığı şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün əldə etmiş və üzərində saxlamışdır. Həmin vaxt üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə tərəzidə çəkilərək qablaşdırılır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 fevral 2023cü il tarixli 6/974 nömrəli rəyində göstərilmişdir ki, ”... vət. Təqsirləndirilən şəxs..." sözləri yazılmış zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,670 qram olan qəhvəyı rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,086 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Heroinin təmiz çəkisi - 0,670 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,620 qram. Metamfetaminin təmiz çəkisi - 0,086 qram, tədqiqata sərf edildi - 0,020 qram, qalıq - 0,066 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1023 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs U.40 İDLƏR İN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,670 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,620 qram narkotik vasitə heroin və ilkin çəkisi 0,086 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,066 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 192 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03 (üç) azyaşlı uşaq vardır (xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X6). İş materiallarında olan 1 nömrəli MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 03 (üç) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,670 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,620 qram narkotik vasitə heroin və ilkin çəkisi 0,086 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,066 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 81.00 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,620 qram narkotik vasitə heroin və qalıq çəkisi 0,066 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 81.00 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar