Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-405/2025 05.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, "xxxx" QSC-nin 47F YDM-də operator işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Məktəbli küçəsi, ev 16, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd ağ rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,275 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 18:24 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən H.Z.Tağıyev parkının yaxınlığında küçədə saxlanılaraq üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd ağ rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,275 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Məktəbli küçəsi, ev 16, mənzil 1-də qeydiyyatda olmaqla yaşayır. Bir neçə aydır ki, psixotrop maddədən çəkməklə istifadə edir. xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində yerləşən H.Z.Tağıyev adına parkın yaxınlığında küçədə tək piyada hərəkət edən zaman mülki geyimdə olan bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini Sumqayıt şəhər polis idarəsinin əməkdaşları olduqlarını bildirmiş və onu narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində, qəbulunda və üzərində gəzdirməyində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah etmiş, üzərinə videoçəkiliş ilə baxış keçiricəklərini söyləmişlər, o, etiraz etməmiş, bundan sonra üzərində qanunla qadağan edilmiş hər hansı əşyanın olub- olmadığını, varsa təqdim etməyini bildirmişlər. Bundan sonra o, əynində qara rəngli qış gödəkçəsindən bir ədəd kağıza bükülmüş kütləni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərində olan bükümün içərisində “patı” deyilən psixotrop maddə metamfetamin olmuş, Bakı şəhəri, 20 yanvar deyilən ərazidə tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 10 manata alıb üstündə saxlamışdır. Sonra həmin maddə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və zərfə qoyulmuşdur. Daha sonra onu Sumqayıt ŞPİ-yə gətirmişlər. İdarəyə gəldikdən sonra videoçəkiliş ilə ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Daha sonra zərf onu bölməyə gətirən polis əməkdaşları tərəfindən təqdim olunmuş, həmin təqdim edilən zərfə təhqiqatçı tərəfindən baxış keçirilmiş, o, polis əməkdaşlarına təqdim olunan zərfdə olan maddənin onun özünə məxsus olduğunu bildirmişdir. Məhkəmənin sualına cavab olaraq metamfetamindən istifadə etdiyini, təzə istifadə etməyə başladığını, üzərində aşkar olunmuş bükümü 20 Yanvar ərazisində tanımadığı şəxsdən aldığını, polis əməkdaşları tərəfindən saxlanılarkən və ya polis idarəsində ona qarşı hər hansı təzyiq və ya təsir göstərilmədiyini bildirmişdir. Son söz olaraq anası və atasının xəstə olduğunu, əməlini səmimi etiraf etdiyini, ilk dəfə məhkum olunduğunu nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsin üstünün yoxlanılması və şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə təxminən saat 18 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən H.Z.Tağıyev parkının yaxınlığında küçədə bir nəfər şəxsin tək hərəkət etdiyini görüb, polis əməkdaşları olduqlarını bildirib ona yaxınlaşmışlar. Onu saxlamaqda məqsədlərini, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin cibindən bir ədəd ağ rəngli siqaret kağızına bükülmüş bükümü çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin “ağardıcı maddə, patı” deyilən psixotrop maddə metamfetamin olduğunu, Bakı şəhərində 20 yanvar ərazisindən 10 manata aldığını bildirmişdir. Sonra həmin kütlə videoçəkiliş ilə elektron tərəzidə çəkilmiş, zərfə qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün Sumqayıt ŞPİ-nə gətirmişlər. İdarəyə gəldikdən sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış psixotrop maddəyə bənzər kütlə videoçəkiliş ilə təhqiqatçıya təqdim olunmuşdur, həmin bükümə təhqiqatçı tərəfindən baxış keçirilmiş, bu barədə protokol tərtib olunmuş və imzalanmışdır. Şəxs qaçmağa cəhd göstərməmiş və onlara heç bir müqavimət göstərməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid3 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v.1) Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokola və həmin əməliyyat axtarış tədbirinin həyata keçirilməsi zamanı qeydə alınmış video görüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə, saat 18:24-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən, H.Z.Tağıyev parkının yaxınlığında saxlanılmış, Təqsirləndirilən şəxs hüquqları və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunla qadağan edilmiş, predmet və əşya vardırsa, təqdim edilməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən ağ rəngli siqaret kağızını təqdim etmiş, həmin kütlənin “ağardıcı maddə, patı” yəni psixotrop maddə metamfetamin olduğunu, həmin kütləni, Bakı şəhərində “20 yanvar” ərazisindən öz istifadəsi üçün aldığını bildirmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, üzərindən qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Həmin büküm açılmış və içərisinə baxış zamanı içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə müəyyən olunmuş, həmin büküm elektron tərəzidə çəkilmiş və 0,27 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunaraq götürülmüş büküm 1 ədəd ağ zərfə qoyularaq qablaşdırılmış, ŞPİ-nin 124 saylı möhürü ilə möhürlənmişdir. (i.v.10-11) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:24 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən H.Z.Tağıyev adına parkın yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.24) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi nəzərdə tutulmuşdur. (i.v. 31) Şəxsi axtarışın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən, həmin tarixdə saat 20:00-da Təqsirləndirilən şəxs ağaakişi oğlunun üzərinə şəxsi axtarışa başlamazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əməliyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində qanunla qadğan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut olmadığını bildirmiş, şəxsin üzərinə şəxsi axtarış davam etdirilən zaman sonuncunun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtda və yerdə üzərində saxlamış olduğu 1 ədəd ağ rəngli kağıza bükülmüş halda olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etdiyini, daha sonra həmin narkotik vasitənin müvafiq qaydada götürülərək qablaşdırıldığını bildirmişdir. Baxışda iştirak edən Sumqayıt CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 üzərində müvafiq qeydlər aparılmış və DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş ağ rəngli zərfi təqdim etmiş və həmin zərfin içərisində Təqsirləndirilən şəxs saxlanıldığı vaxtda və yerdə üzərində saxlamış olduğu 1 ədəd ağ rəngli kağıza bükülmüş halda olan “metamfetamin”ə bənzər maddəni təqdim etdiyini, daha sonra həmin maddənin müvafiq qaydada götürülərək qablaşdırıldığını, həmin maddənin çəkisinin 0,27 qram olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin zərfin içərisində qablaşdırılaraq götürülmüş maddənin “metamfetamin” olduğunu, həmin maddəni tanımadığı şəxsdən Bakı şəhəri ərazisində 10 manata aldığını bildirmişdir.(i.v.33- 34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 20/67 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN “Zərflər üçün № 124” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs /imza/; İştirakçılar: Şahid3 /imza/; Şahid2 /imza; Şahid1 /imza/; xx.xx.2025” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,275 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edildi 0,275 qram, nümunə götürüldü 0,05 qram, 0,225 qram kütlə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğində müəyyən edilmişdir. (i.v.45-48) Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X10 xx.xx.2025-ci il tarixli, 339 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir.(i.v.50-51) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə ona ittiham elan edilmiş, həmin tarixdə də təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır.(i.v.60-69) Təqsirləndirilən şəxsin X6 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs dərhal saxlanıldığı Sumqayıt ŞPİ-nin X6 azad edilmiş və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.70-71) Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,275 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatdan sonra 0,255 qram qalığı cinayət işinə əlavə edilməklə məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir.(i.v.79) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkumluq barədə məlumatlar aşkar edilməmişdir.(i.v.87) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsin Ambulator X2 barədə xx.xx.2025-ci il tarixli, 1553 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.89-90) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham qanuni və əsaslı olduğundan öz qüvvəsində saxlanılmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmış, iş üzrə ilkin yoxlama materialları, şahid ifadələri, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, kimyəvi ekspertizanın xx.xx.2025-ci il tarixli, narkoloji ekspertizanın xx.xx.2025-ci il tarixli 1553 nömrəli rəyi, MTE-nin xx.xx.2025-ci il tarixli 339 nömrəli rəyi, xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, xx.xx.2025-ci il tarixli şəxsi axtarış keçirilməsi barədə protokol, DVD diskə baxış keçirilməsi barədə protokol sübut növü kimi tanınmış, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,275 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra 0,255 qram qalıq çəkisi məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, iş üzrə 02 ədəd DVD formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən xx.xx.2025-ci il tarixli qərarla maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (i.v.92-96) Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş üstünü yoxlama və şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməklə təqsirini boynuna almasını və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən psixotrop maddənin növünü və miqdarını, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını, əməlindən peşman olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X5 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1553 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması qeyd edilməklə ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X5 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1553 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,255 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmənin hazırlıq iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilin təqdim etdiyi hesabata əsasən onun məhkəmənin hazırlıq iclasında iştirakı və işlə tanış olduğu 05 saata görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,225 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 05 saata görə 55 (əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-405/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-405/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver