Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-406/2022 09.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.2002-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyytada olmaqla həmin ünvanda yaşayan barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 22:00 radələrində özgənin əmlakını açıq talama məqsədi ilə Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 2/59 saylı binanın yaxınlığında Zərərçəkmiş şəxs məxsus içərisində 01 (bir) ədəd 05 (beş) manat dəyərində "xxxx" MMC-nə məxsus mobil nömrə olan 01 (bir) ədəd 160 (bir yüz altmış) manat dəyərində "Samsung A21" markalı mobil telefon və 21,50 (iyirmi bir manat əlli qəpik) manat məbləğində nağd pul olan 30 (otuz) manat dəyərində əl çantasını əlindən dartmaqla götürüb qaçaraq Zərərçəkmiş şəxs ümümilikdə 216,50 (iki yüz on altı manat əlli qəpik) manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 21:00 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazsində yerləşən Mərkəzi Bazarının yanında dostu İslamı görmüş və onunla piyada "Pioner" market istiqamətinə getmişdir. "Pioner" marketin yanında olarkən uzaqda iki qadının piyada getdiyini və onlardan birinin əlində əl çantasını görmüş və həmin çantanı götürüb qaçmaq qərarına gəlmişdir. O, həmin vaxt İslama əynində olan gödəkçəsini onunla dəyişməyi təklif etmiş, İslam onunla razılaşmış və əynindəki qara rəngli gödəkçəsini İslama vermiş, sonuncu da əynində olan sarı rəngli gödəkçəsini Həsənə vermişdir. Onlar gödəkçələrini dəyşdikdən sonra Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 2/59 saylı binanın yaxınlığında olarkən o, qəflətən İslamın yanından qaçmış və qaraşılarında gedən əvvəldən gördüyü həmin yaşlı qadının əlindən əl çantasını dartıb götürüb qaçaraq oradan uzaqlamışdır. Həmin vaxt İslam onun ardınca qaçaraq "nə edirsən ?" deyə ucadan onu səsləmiş, lakin o qaçaraq oradan uzaqlaşmışdır. Daha sonra oradan xeyli uzaqlaşdıqdan sonra dayanmış, bir müddət sonra İslam onun yanına gəlmişdir. İslam həmin vaxt ondan nə səbəbə belə etdiyini soruşmuş, o isə törətdiyi əməli ilk öncə ondan gizlətmək istəsə də, İslam onunla mübahisə etməyə başlamış və ona "sən oğurluq etmək üçün mənimlə qurtkanı dəyişib mənə problem yaradasan" sözlərini ona demişdir. O da ona narahat olmamasını, heç bir probelm çıxmayacağını bildirmişdir. Həmin vaxt əl çantasını açmış və orada 01 (bir) ədəd plastik kartı, 21,50 (iyirmi bir manat əlli qəpik) manat nagd pulu və 01 (bir) ədəd "Samsung A21" markalı telefon oldğunu görmüş, həmin vaxt İslama həmin puldan götürməsini təklif etmiş, lakin sonuncu imtina etmiş və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra həmin mobil telefonu Bakı şəhəri ərazisində "20 Yanvar" adlı metronun yaxınlığında yerləşən mağazalardan birində tanımadığı şəxsə həmin mobil telefonun özünə məxsus olduğunu deyərək 50 (əlli) manata satmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt qarşılarında iki qadını görmüş və onların birinin əlində əl çantasına nəzər yetirmiş və həmin əl çantasını qadının əlindən alıb qaçması barədə düşünmüşdür. Lakin ətrafda çoxlu sayda kameralar olduğuna görə də İslamdan əynindəki gödəkçələrini dəyişməsini xahiş etmiş, İslamı uşaqlıqdan tanıdığından və onlar əvvələr də paltarlarını tez-tez dəyşdiyindən həmin vaxt İslamın ona sualı yaranmamışdır. O, adını sonradan bildiyi Zərifə Arqıvaya məxsus əl çantasını tək oğurlamış və həmin cinayət əməlini törətməkdə ona İslam köməklik etməmiş və aralarında əvvəlcədən heç bir razalıq olmamış, eləcə də oğurladığı əmlakdan İslama heçnə verməmişdir. Əməlindən peşmandır. İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu, kantuziya aldığını və buna görə əsəblərinin pozulduğunu nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə qızı Flora ilə birlikdə aptekdən yaşadığı ünvana birlikdə gedən zaman qəhvəyi rəngli pul kissəsini əlində saxlamışdır. Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisi ilə gedən zaman və həmin anda əynində sarı rəngli kurtka olan bir nəfər tanımadığı oğlan qaçaraq ona yaxınlaşmış və əlində saxladığı içərisində 01 (bir) ədəd 480 manat dəyərində " Samsung" markalı mobil telefon, 21,50 (iyirmi bir manat əlli qəpik) manat pul, 30 (otuz) manat dəyərində olan əl çantasını götürüb qaçmışdır. Həmin vaxt onun arxasınca bir nəfər şəxin qaçdığını və ona "nə edirsən" ifadəsini işlətdiyini eşitmişdir. Daha sonra sarı rəngli gödəkcədə olan şəxs qaçaraq ondan uzaqlaşmışdır. Həmin vaxt əl çantasını götürüb qaçan şəxs ona heç bir xəsarət yetirməmiş, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin valideyinləri tərəfindən ona vurulan maddi ziyan ödənlidiyi üçün onun barəsində heç bir şikayət və tələbi olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli teleqramından görünür ki, ona dəymiş ziyanın ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxsla Sumqayıt şəhəri, "Pioner" marketin yaxınlığında görüşmüşlər, həmin vaxt onlar gəzərək söhbət edirmişlər, birdən Həsən ondan əynində olan gödəkçələri dəyişməsini xahiş etmiş, o da əvvələr də geyinmək üçün gödəkçələrini dəyişdiklərindən Həsənə etiraz etməmiş, gödəkçəsini ona vermişdir. Daha sonra Həsən birdən qaçmış, o da nə baş verdiyini anlamamış, Həsənin ardınca qaçmış, biraz getdikdən sonra Həsən bir qadının əlindən əl çantasının götürüb getməsini görmüş və həmin vaxt Həsəni "Ne edirsən" deyə ucadan səsləmişdir, lakin o qaçıb oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs adını sonradan bildiyi Zərərçəkmiş şəxs məxsus əl çantasını oğurladığı zaman o, qorxduğu üçün orada dayanmamış və oradan uzaqlaşmışdır. Bir müddət sonra Həsən Flüseynovla yaxınlıqda olan binaların yanında görmüş və onunla gödəkçəsini dəyişib oğurluq etdiyi üçün mübahisə etməyə başlamışdır. Həmçinin, Şahid2 ifadəsində Həsən Hüsynov həmin qadının çantasını əlindən alıb qaçması ilə bağlı əvvəlcədən ona heçnə demədiyini, sonuncuya həmin cinayəti törədən zaman heç bir köməklik etmədiyini, eləcə də oğurladığı əmlakdan ona heçnə vermədiyini bildirmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-655/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-34/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-655/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri həmin müddətə “ev düstaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin məhkəmə-əmtəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/68 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd "Samsung A21" markalı mobil telefonun satış üçün komplektləşdirməsinə daxil edilən aksessuarların olmamamsı nəzərə alınmaqla - qiyməti 160 manat, ona məxsus əl çantasının qiyməti 30 (otuz) manat olması və həmin əl çantasının içərisində 21,50 (iyirmi bir manat əlli qəpik) manat məbləğində nağd pulun, həmçinin oğurlanan "Samsung A21" markalı mobil telefonun daxilində 05 (beş) manat dəyərində "xxxx" MMC-nə aid mobil nömrə olmasını nəzərə almaqla sonuncuya dəymiş ziyan 216,50 (iki yüz on altı manat) manat müəyyən edilmişdir. İş materiallarında olan komisiyon kompleks abulator məhkəmə-psixatrik və məhkəmə- psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 633 saylı rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs Dissosiativ-konversion pozuntu" (F44) müəyyən edilir. Bunu cinayət işi materialları, anamestik məlumatlar (döyüşlərdə iştirak edən zaman stress keçirməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi zaman stress keçirilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi" Respublika Psixiatriya Xəstaxanası" da müalicədə olması və onda " Dissosiativ-konversion" pozuntu" diaqnozunun müəən edilməsi) və hal-hazırkı psixatrik müayinənin nəticələri (zahirəm bir qədər gərgin olması, davranışında nümayişkarlıq elementlərinin müşahidə edilməsi və s.) sübut edir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə : aparılmış ekseprimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesslərinin, dünya görüşünün, intellektual imkanlarının normaya uygun olması müəyyən edilir. İş üçün əhəməiyyət kəsb edən halları düzgün qavradığı, bu barədə düzgün məlumat vərə biləcəyi, nümayişkarlıq, emosional dayanıqısıszlıq, qıcığa qarşı həssaslıq, laqeyidlik, başqalarının hiss və yaşantılarına qarşı biganəlik və s. kimi fərdipsixi xüsusiyyətlərə malik olduğu müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, qəbul edilmiş qərarın təsviri hissəsinə əsasən ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.2-ci maddələrindən həmin məcəllənin 180.1-ci maddəsinə tövsif edilmiş, Şahid2 Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində xx.xx.2021-ci i tarixdə saat 22:00 radələrində ərazisində Zərərçəkmiş şəxs İmanqulu qızına məxsus içərisində 01 (bir) ədəd 480 (dörd yüz səksən) manat dəyərində “Samsung A21” markalı mobil telefon, 21.50 (iyirmi bir manat əlli qəpik) manat nağd pul olan 30 (otuz) manat dəyərində əl çantasının oğurlanmasında təqsirliliyi sübuta yetirilmədiyi üçün barəsində cinayət təqibinə xitam verilmiş və ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində 180.1-ci maddəsi ilə cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və onun əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 178, 181, 182 cə 307-ci maddələrin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayan şəxsdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında “şizofreniya əlamətləri ilə müşayət olunan polimorf psixotik pozuntu” diaqnozu ilə müalicə almışdır. İş materiallarında olan ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “şizofreniya əlamətləri ilə müşayət olunan kəskin polimorf psixotik pozuntu” diaqnozu ilə müalicə almışdır. İş materiallarında olan Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 549 nömrəli, xx.xx.2021-ci il tarixli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “şizofreniya əlamətləri ilə müşayət olunan kəskin polimorf psixotik pozuntu” diaqnozu ilə müalicə almış və bu xəstəlik hərbi xidmət dövründə alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkən şəxsə dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, əməlindən peşman olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının 180.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun “həbs” və ev dustaqlığı qətimkan tədbirində olduğu 03 (üç) ay müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) ayına bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, “həbs” və “ev dustaqlığı” qətimkan tədbirində olduğu 03 (üç) ay müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) ayına bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayon, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-406/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-406/2022
09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver